Avtomatikanin rele elementləRİ VƏ onlarin


Download 1.84 Mb.
bet3/6
Sana23.04.2023
Hajmi1.84 Mb.
#1384972
TuriMühazirə
1   2   3   4   5   6
Bog'liq
Avtomatikanin rele elementl R V onlarin

Relenin parametrləri

İş prinsipi və konstruksiyalarının müxtəlif olmasına baxmayaraq relelər bir sıra ümumi parametrlərlə xarakterizə olunurlar. Onlardan mühümləri aşağıdakılardır.


İşləmə parametri – giriş siqnalının minimum qiyməti olub bu qiymətdə relenin işləməsi daha doğrusu kontaktlarının çevrilməsi baş verir. Elektrik releləri 10 mkA-dən (elektron releləri) 10-larla A-ə (elektromaqnit relelər) qədər işləmə cərəyanına hazırlanırlar.
Buraxma parametri – giriş siqnalının maksimum qiymət olub, bu qiymətdə relenin ilk vəziyyətə qayıtması baş verir. Relenin işləmə və buraxma parametrləri bir-biri ilə qayıtma əmsalı ilə bağlıdır. Buraxma parametrinin işləmə parametrinə olan nisbətinə relenin qayıtma əmsalı deyilir.

Elektromaqnit relelərin qayıtma əmsalı 0,4...0,9, elektron relelərin isə qayıtma əmsalı 0,98...0,99-a çatır.
İşçi parametr – relenin işçi nominal rejimində fiziki kəmiyyətin qərarlaşmış qiymətidir.
İşçi parametrin işləmə parametrinə olan nisbətinə işləmədə ehtiyat əmsalı deyilir. Məsələn, güc relesi üçün:

burada Pişçi –relenin işçi gücüdür.
Buraxma parametrinin işçi parametrə olan nisbətinə buraxmada ehtiyat deyilir. Məsələn, həmin rele üçün:

İşləmədə ehtiyat əmsalı həmişə vahiddən böyük, qayıtmada isə həmişə vahiddən kiçik olur.
Relenin mühüm parametrləri – onun işləmə müddəti və buraxma müddətidir.

Şəkil 2
İşləmə və buraxma zamanı relenin dolağından axan cərəyanın dəyişməsi.


Relenin dolağına gərginlik verildikdə o həmin anda deyil, tişl. müddətində (müəyyən vaxt müddətində) işləyir ki, həmin müddətə relenin işləmə müddəti (vaxtı) deyilir.
Gərginlik kəsildikdə yaxud buraxma parametrinin qiymətinə qədər azaldıqda rele dərhal buraxmır, müəyyən vaxtdan sonra buraxır ki, buna relenin buraxma vaxtı (tbur.) deyilir.
ttər tərpənmə müddəti ərzində relenin mütəhərrik (tərpənən) hissələri sakit vəziyyətdə olur, cərəyan isə relenin Iişl. cərəyanına qədər artır. tişl – ttərp. zaman intervalında (həddində) relenin mütəhərrik hissələri bir dayanıq vəziyyətdən digər dayanıq vəziyyətə keçirlər, yəni rele işləyir.



Download 1.84 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling