Avtomatikanin rele elementləRİ VƏ onlarin


Download 1.84 Mb.
bet4/6
Sana23.04.2023
Hajmi1.84 Mb.
#1384972
TuriMühazirə
1   2   3   4   5   6
Bog'liq
Avtomatikanin rele elementl R V onlarin

Relenin kontaktları

Relenin etibarlılığı və kommutasiya xüsusiyyəti əsas etibarı ilə kontaktlarla müəyyən edilir. Relenin kontaktları aşağıdakı istismar parametrləri ilə xarakterizə olunurlar: cərəyan, gərginlik, güc və qoşulmaların sayının məhdudluğu.


Məhdud buraxılabilən cərəyan Iməh. kontaktların qızma temperaturu ilə müəyyən edilir. Bu temperaturda kontaktlar yumşalmır və lazımi fiziki – mexaniki xassələri saxlayırlar.
Məhdud buraxılabilən gərginlik Uməh. kontaktların izolyasiyasının deşilmə gərginliyi və açıq kontaktlar arasındakı aralığın deşilməsi ilə müəyyən edilir.
Məhdud buraxılabilən cərəyanı artırmaq üçün kontaktların müqavimətini azaltmaq və onların səthinin soyudulmasını artırmaq lazımdır. Kontaktların müqaviməti onların toxunma yerlərinin müqaviməti ilə müəyyən edilir və o bir-birinə sıxılmış kontakt yaradan hissənin qüvvəsindən asılıdır. Zəif cərəyanlı relelər üçün bu qüvvə Nyutonun yüzdə birini, 3...10 A-lik kontaktlar üçün qüvvə 1 N-a qədər çatır. Bu zaman kontaktların müqaviməti 10-5...10-3-a bərabər olur.
Məhdud buraxılabilən güc Pməhs. elektrik dövrəsinin gücü olub, həmin gücdə kontaktlarda dayanıqlı elektrik qövsü yaranmadan onu qıra bilər. Bu güc, kontaktlar açıldıqdan sonra onlar arasındakı qövsün sönməsi şəraitində (şərtində) müəyyən edilir.

nisbəti relenin güc üzrə güclənmə əmsalı adlanır.
Bu parametrlər kontaktların materialından, forma və ölçülərindən, kontakt təzyiqindən və xüsusi qövssöndürən qurğuların olmasından asılıdırlar.
Kontaktların materialından asılı olaraq cərəyan və gərginliyin müəyyən minimal qiymətlərində qövs əmələ (yaranır) gəlir.

Relelərin kontaktlarının işini (qığılcım əmələ gəlməsinin azaldılması) yüngülləşdirmək üçün əlavə elementlər tətbiq olunurlar. Onları relenin kontaktlarına yaxud dolaqlarına paralel birləşdirirlər.



Şəkil 3
P dolağının induktivliyində yaranan maqnit enerjisi kontaktlar arasındakı boşluqda deyil, əlavə elementdə - R rezistorunda və C kondensatorunda yaxud relenin dolağının özündə (şək . d) sərf olunur. R söndürücü rezistorun müqaviməti dolağın aktiv müqavimətindən 5-10 dəfə böyük, C kondensatorunun tutumu isə C= 0,5...2 mkF götürülür.


Bütün növ relelər içərisində kənd təsərrüfat qurğularının elektro-avtomatikasında elektromaqnit relelər daha geniş tətbiq tapmışlar.



Download 1.84 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling