Avtomatikanin rele elementləRİ VƏ onlarin
Download 1.84 Mb.
|
Avtomatikanin rele elementl R V onlarin
- Bu sahifa navigatsiya:
- MÖVZU: AVTOMATİKANIN RELE ELEMENTLƏRİ VƏ ONLARIN ƏSAS XARAKTERİSTİKALARI P L A N
- GƏNCƏ 2011 AVTOMATİKANIN RELE ELEMENTLƏRİ VƏ ONLARIN ƏSAS XARAKTERİSTİKALARI
- Maqnitoelektrik rele
- Elektrodinamik rele
- Ferromaqnit rele
- Elektrik istilik relesi
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK fakültəsi ELEKTRİK MÜHƏNDİSLİYİ kafedrası Mühazirəçi: T.E.N., PROF. İ.M.Əliyev FƏNN: AVTOMATİKANIN ƏSASLARI Mühazirə 13 MÖVZU: AVTOMATİKANIN RELE ELEMENTLƏRİ VƏ ONLARIN ƏSAS XARAKTERİSTİKALARI P L A N Relelərin təsnifatı. Relenin parametrləri. Elektromaqnit relelər. Elektromaqnit relelərin əsas xarakteristikaları. 5. Elektron, ion və zaman relələri. ƏDƏBİYYAT İ.M.Əliyev, Q.İ.Abbasov Avtomatikanın əsasları Gəncə 2008. Г.И.Головинский. Основы автоматики М.2001. В.И.Загинайлов, Л.Н.Шеповалова. Основы автоматики. М.2001. GƏNCƏ 2011 AVTOMATİKANIN RELE ELEMENTLƏRİ VƏ ONLARIN ƏSAS XARAKTERİSTİKALARI Rele – müxtəlif avtomatik sistemlərin ən çox yayılmış elementlərindən biri olub, onun girişinə xarici fiziki kəmiyyət təsir etdikdə çıxış kəmiyyətinin qiyməti sıçrayışla dəyişir. Relelər hiss etdiyi (qavradığı) fiziki kəmiyyətlərin növünə görə (iş prinsipinə görə) elektrik, mexanik, maqnit, istilik, optik, radioaktiv, akustik və kimyəvi relelərə bölünürlər. Proqramda yalnız elektrik relelərinin öyrənilməsi nəzərdə tutulmuşdur. İş prinsipinə görə elektrik releləri aşağıdakı siniflərə bölünürlər: Şəkil 1.
Rele xaricdən verilən siqnala görə elektrik dövrələrinin avtomatik kommutasiyası üçün qurğudur. Rele – rele elementindən və qrup elektrik kontaktlarından ibarətdir. Rele – elementinin vəziyyəti dəyişdikdə kontaktlar qapanırlar yaxud açılırlar. Relelər avtomatik idarəetmə, nəzarət, siqnallaşdırma, mühafizə, kommutasiya və s. sistemlərdə istifadə olunurlar. Maqnitoelektrik rele quruluşca maqnitoelektrik ölçü cihazına oxşayır. Relenin dolağı çərçivə şəklində hazırlanır və sabit maqnit sahəsində yerləşdirilir. Çərçivə, ondan cərəyan keçdikdə yayın müqavimətini dəf edərək dönür və elektrik kontaktlarını idarə edir. Elektrodinamik rele iş prinsipinə görə maqnitoelektrik releyə oxşayır, amma onda maqnit sahəsi maqnit məftilində yerləşdirilmiş xüsusi təsirlənmə dolağı vasitəsilə yaradılır. İnduksion relenin iş prinsipi onun dolağında yaradılmış dəyişən maqnit seli və mühərrik lövhədə, silindrdə yaxud qısa qapanmış çərçivədə induksiyalanan cərəyanın qarşılıqlı təsir hadisəsinə əsaslanır. Ferromaqnit rele maqnit kəmiyyətlərinin (maqnit seli, maqnit sahəsinin gərginliyi) yaxud ferromaqnit materialların maqnit xarakteristikalarının (maqnit nüfuzluluğu qalıq induksiyası və s.) dəyişməsini qavrayırlar. İnduksion relelər elektrik qurğularının avtomatik mühafizə quruluşlarında güc, faza, cərəyan və tezlik releləri kimi geniş tətbiq tapmışlar. Elektron və ion releləri bilavasitə elektron, yarımkeçirici yaxud ion cihazların keçiriciliyinin sıçrayışlı dəyişməsinə səbəb olan cərəyanın yaxud gərginliyin qiymətini qavrayırlar. Elektrik istilik relesi istilik kəmiyyətlərinin (temperatur, istilik seli və s.) dəyişməsini qavrayır. Onların iş prinsipi temperaturun təsiri altında materialların xassəsinin dəyişməsinə əsaslanır: xətti yaxud həcmi genişlənmə, maddənin bərk haldan maye halına keçməsi yaxud maye halından qaz halına keçməsi, materialların xüsusi müqavimətinin yaxud dielektrik nüfuzluluğunun dəyişməsi və s. Download 1.84 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling