Avtomatikanin rele elementləRİ VƏ onlarin


Download 1.84 Mb.
bet5/6
Sana23.04.2023
Hajmi1.84 Mb.
#1384972
TuriMühazirə
1   2   3   4   5   6
Bog'liq
Avtomatikanin rele elementl R V onlarin

Elektromaqnit relelər

Relelərin ən geniş yayılmış növünə elektromaqnit relelər aiddir.


Elektromaqnit relelər – dolağından keçən cərəyanı hiss edir. Yaranan maqnit sahəsi ferromaqnit lövbərin yaxud kontaktlı nüvənin dartılmasına səbəb olur.

Elektromaqnit relelər müəyyən parametrlərin dəyişməsinə öz kontaktlarının qapanması yaxud açılması ilə cavab verirlər.


Dolaqdan axan cərəyanın növünə görə elektromaqnit relelər sabit və dəyişən cərəyan relelərinə, sabit cərəyan releləri isə öz növbəsində neytral və qütbləşmiş relelərə bölünürlər.
Neytral relelər siqnalın qütblüyünü fərqləndirmir və dolaqdan axan sabit cərəyanın hər iki istiqamətini eyni hiss edirlər.
Ş əkildə sadə elektromaqnit relenin sxemi göstərilmişdir. Rele aşağıdakı hissələrdən ibarətdir:

  1. tərpənən lövbər;

  2. tərpənməyən nüvə;

  3. dolaq;

  4. əks təsir edən yay;

  5. kontaktlar;

  6. ştift.

Şəkil 4
Relenin dolağından cərəyan axdıqda tərpənən lövbər elektromaqnitin tərpənməyən nüvəsinə dartılır. Lövbərin yerdəyişməsi kontaktların qısaqapanmasına səbəb olur. Dolaqda cərəyan olmadıqda lövbər və kontaktlar əks təsir yaradan yay vasitəsi ilə ilk vəziyyətə qayıdır.
Qütbilənmiş rele neytral elektromaqnit rele kimi tərpənən lövbərə və dolağa malikdir. Amma relenin nüvəsi, onu qütbləşdirən, daha doğrysy releni cərəyanın istiqamətinə həssas edən sabit maqnitə malikdir:

  1. s abit maqnit;

  2. nüvə;

  3. dolaq;

  4. 4′ - tərpənməyəm kontaktlar.

1 - sabit maqniti nalşəkillidir. Cərəyanın istiqamətindən asılı olaraq 2 lövbəri bu və ya digər istiqamətə maqnitlənir. 3 dolağının içərisində yerini dəyişdirir, bu və ya digər qütbə dartılır və 4 yaxud 4′ kontaktını qapayır.
Dəyişən cərəyan elektromaqnit relesi sabit cərəyan relesinə nisbətən başqa cür qurulur.

  1. sabit maqnit; 2- lövbər; 3 - sonluq; 4 - maqnit məftili ləçək; 5 - ox;

6- maqnit keçirən yiv; 7 - elektromaqnit.
S – cənub qütbü;
N – şimal qütbü.

Şəkil 5. Qütbilənmiş rele


a – maqnit sellərinin paylanma sxemi;
b – sağ kontaktı qapanmış iki mövqeli (vəziyyəti)
Dəyişən cərəyan elektromaqnit relesi sabit cərəyan relesinə nisbətən başqa cür qurulur.
Həqiqətən, əgər adi sabit cərəyan elektromaqnit relesinin dəyişən cərəyan dövrəsinə qoşsaq, onda lövbər titrəyəcəkdir, çünki bir period ərzində cərəyan iki dəfə sıfırdan keçir. Titrəmə səs əmələ gətirir, yeyilməni sürətləndirir və kontaktların işini çətinləşdirir.
Titrəməni aradan qaldırmaq üçün dəyişən cərəyan relesi elə hazırlanır ki, lövbərə fazaca biri digərinə nisbətən sürüşdürülən iki maqnit seli təsir edə bilsin. Bunun nəticəsində də dartı qüvvəsi heç vaxt sıfıra düşmür. Şəkildə telefon tipli dəyişən cərəyan relesinin konstruktiv sxemi göstərilmişdir.

Şəkil 6.
Bunun üçün relenin nüvəsinin qütbü iki hissəyə ayrılır və birinə ekran adlandırılan qısa qapanmış mis sarğı geydirilir. Sarğıda e.h.q.-si induksiyalanır və öz növbəsində maqnit seli yaradan cərəyan əmələ gəlir.


Nəticədə qısa qapanmış sarğıdan keçən F2 maqnit seli, qütbün sərbəst hissəsindən keçən F1 maqnit selindən φ bucağı qədər geri qalır.
Bir-birindən φ bucağı qədər sürüşmüş F1 və F2

Beləliklə, FA və FB maqnit selləri
bir-birindən φ bucağı qədər sürüşdürülür.
Şəkil 8
Elektromaqnit relenin vektor
diaqramı

Şəkil 7




Şəkil 9 Qısa qapanmış sarğılı dəyişən cərəyan
elektromaqnit relesinin konstruksiyası
Maqnit sellərinin yaratdıqları FЭ1 və FЭ2 dartı qüvvələrinin cəmi heç vaxt sıfıra bərabər olmur.

Dartı qüvvələrinin cəmi orta qiymət ətrafında nisbətən az meyl edir, relenin etibarlı işini təmin edir və titrəməni demək olar ki, tamamilə aradan qaldırır.

Şəkil 10. Qısa qapanma sarğısı olmayan dəyişən cərəyan relesinin dartı


qüvvəsinin dəyişmə qrafiki


Şəkil 11. Qısa qapanma sarğısı olan dəyişən cərəyan relesinin dartı


qüvvəsinin dəyişmə qrafiki



Download 1.84 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling