Avtomatikanin rele elementləRİ VƏ onlarin
Elektromaqnit relelərinin əsas xarakteristikaları
Download 1.84 Mb.
|
Avtomatikanin rele elementl R V onlarin
- Bu sahifa navigatsiya:
- Elektron və ion releləri
- Zaman dözümlü relelər
Elektromaqnit relelərinin əsas xarakteristikaları
Elektromaqnit relelərin düzgün və etibarlı işləməsi onların dartı və mexaniki xarakteristikalarının uyğun olmasından çox asılıdır. Dartı xarakteristikası dedikdə elektromaqnit qüvvənin (FЭ) relenin lövbəri ilə elektromaqnitin nüvəsi arasındakı δ hava aralığı arasındakı asılılıq başa düşülür. Dartı qüvvəsi FЭ relenin amper – sarğılarının kvadratı yaxud Ф maqnit selinin kvadratı ilə düz, δ hava aralığının kvadratı ilə tərs mütənasibdir. Əks təsir yaradan yayın qüvvəsinin lövbərin yerdəyişməsindən asılılığına relenin mexaniki (əks təsiredici) xarakteristikası deyilir. Relenin işləməsi üçün dartı xarakteristikası mexaniki xarakteristikadan yuxarıda, buraxması üçün ondan aşağı yerləşməlidir. dartı xarakteristikaları aralıq δmin-dan δmax-a qədər dəyişmələrdə müxtəlif amper-sarğılar üçün hiperbol ailəsindən ibarətdir. mexaniki xarakteristika sınıq xətdən ibarətdir. Əgər lövbər dartılıbsa (δmin) onda elektromaqnit qüvvəsinin artması onun əlavə yerdəyişməsinə səbəb olmayacaqdır (1-2 parçası). Relenin buraxması 2 nöqtəsində baş verir, bundan sonra δ artdıqca relenin yayının əks təsir qüvvəsi tədricən azalır (2-3 parçası), sonra isə bizdən son qiymətinə qədər aşağı düşür (3-4 parçası). Dolaqda cərəyan artdıqda relenin lövbəri 4 nöqtəsində tərpənir, yalnız 3 nöqtəsində FЭ iş.-də nüvəyə dartılır. Şəkil 12 Elektromaqnit relenin dartı Fe və mexaniki xarakteristikaları. - dartı xarakteristikası. Fm – relenin mexaniki xarakteristikası (əks təsir edici). FЭ –relenin dartı xarakteristikası. Şəkil 13. Relenin statik xarakteristikası Şəkil 14. Elektromaqnit relenin vektor diaqramı. Elektron və ion releləri Elektron relelərdə müxtəlif yarımkeçirici cihazlar və vakuum elektron lampalar, ion relelərdə isə közərən boşalmalı tiratronlar (soyuq katodlu ion cihazları) istifadə olunurlar. Adətən elektron relelər sabit cərəyan gücləndiricisi olub, müsbət əks rabitə ilə əhatə olunur. Bu relelər başqa relelərə nisbətən böyük həssaslığa (işləmə gücü 10-12...10-8 Vt), yüksək güclənmə əmsalına, kiçik ətalətliyə malik olub, kontakt və tərpənən hissələri yoxdur. Əsasən onları sıfır indikator (müqayisə edilən kəmiyyətlərin kiçik fərqlənmə qiyməti və işarəsinə həssas olan müqayisəedici element kimi), zaman dözümlü rele kimi, qeyri-elektrik kəmiyyətlərin yüksək omlu vericilərindən alınmış kiçik siqnalların rele gücləndiricisi kimi istifadə edirlər. Elektron və ion relelərin çıxışına adətən idarə dövrələrini artırmaq üçün daha güclü kontakt releləri qoşurlar. Zaman dözümlü relelər Zaman dözümlü relelər avtomatikanın bir elementindən digərinə siqnal verildikdə müəyyən vaxt ləngiməsi yaratmaq üçündür. Zaman relesi xarici təsirin verilişində zamana görə ləngimə funksiyasını yerinə yetirir. Proqram relesi (qurğusu) zaman dözümlü relenin müxtəlif növü olub adətən bir neçə müstəqil nisbətən böyük zaman ləngiməsi almağa imkan verir. Nisbətən kiçik zaman dözümləri (5 saniyəyə qədər) yaratmaq üçün ən çox sadə sxem metodları tətbiq edirlər. Ş əkil 15. Sabit cərəyan relesinin buraxma və işləməsinin yavaşıdılmasının sxem üsulları. Download 1.84 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling