Azərbaycan Respublikası Təhsil Nazirliyi


Tranzistorların parametrləri, istismar şərtləri və tətbiq sahələri


Download 5.01 Kb.
Pdf ko'rish
bet133/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   129   130   131   132   133   134   135   136   ...   157
Bog'liq
2014-2730 (2)

2.2. Tranzistorların parametrləri, istismar şərtləri və tətbiq sahələri
 
Müasir standartlara görə diodun markasında birinci hərf, yaxud rəqəm 
yarımkeçirici materialın tipini göstərir: K, yaxud 1 – silisium; Г, yaxud 2 – 
germanium tranzistor olduğunu bildirir. İkinci hərf cihazın tipini bildirir
məsələn, Д – diod, T – tranzistor və s. 
Hərflərdən sonra üç, yaxud dörd rəqəmdən ibarət olan kombinasiya olur. 
Birinci rəqəm cədvəl 6-da verilmiş qiymətlərə uyğun olaraq tranzistorun yol 
verilə bilən səpələnmə gücünü və sərhəd tezliyini təyin edir. 
Cədvəl 6. Tranzistorun yol verilə bilən səpilmə gücünün və sərhəd
tezliyinin təyin olunması
P,Vt \ f, MHs 
< 3 , Aş.Tez. 3…30, Ort.Tez.
>30, Yük.Tez. və İYT
Az güclü, <0,3 



Orta güclü, 0,3...3,0 



Güclü, > 3 





288
Əgər cihazların kiçik ölçüləri hərf, yaxud rəqəm işarələrini istifadə 
etməyə imkan vermirsə onda onun korpusuna rəngli markalanma çəkilir (nöqtə, 
yaxud rəngli zolaqlar). Rəngli kod uyğun cihazın texniki şərtlərində göstərilir.
Tranzistorların JEDEC sisteminə əsasən işarələnmə sistemi. ABŞ-ın 
elektron cihazlar üzrə birləşmiş texniki şurası tərəfindən qəbul edilmiş JEDEC 
işarələmə sistemi üzrə cihazların markalanması aşağıdakı kimidir:  

bu markalama sistemində birinci rəqəm p-n –keçidlərin sayını göstərir: 
1 – diod; 2 – tranzistor; 3 – tetrod (tiristor); 

rəqəmdən sonra N hərfi və elektron sənayesi müəssisələri assosasiyası 
(EİA) tərəfindən qeydə alınan seriya nömrəsi gəlir; 

seriya nömrəsindən sonra eyni tipdən və seriyadan olan cihazların 
fərqli parametrlərə, yaxud xarakteristikalara görə ayrılmasını göstərən bir və ya 
bir neçə hərf olur. 
Lakin qeyd etmək lazımdır ki, bu sistemdə seriya nömrəsinin rəqəmləri 
ilkin materiallı, tezlik diapazonunu və ya tətbiq sahəsini təyin etmirlər.

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   129   130   131   132   133   134   135   136   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling