Azərbaycan Respublikası Təhsil Nazirliyi


Geniş tətbiq olunan baza məntiq mikrosxemləri


Download 5.01 Kb.
Pdf ko'rish
bet25/157
Sana21.11.2023
Hajmi5.01 Kb.
#1792576
1   ...   21   22   23   24   25   26   27   28   ...   157
Bog'liq
2014-2730 (2)

2.9. Geniş tətbiq olunan baza məntiq mikrosxemləri
 
 
 
2.9.1. Müxtəlif strukturlu məntiq mikrosxemlərinin əsas seriyaları və 
onların əsas parametrləri. Əvvəlki fəsillərdə qeyd olunduğu kimi rəqəm 
siqnalları iki stabil səviyyəyə: məntiqi sıfır səviyyəsinə və məntiqi vahid 
səviyyəsinə malik olan siqnallardır. Müxtəlif texnologiyalar üzrə yerinə 
yetirilmiş mikrosxemlərdə məntiq səviyyələri biri-birindən fərqlənə bilər. 
Hal-hazırda TTM, onun modernləşdirilmiş analoqu olan TTMŞ 
mikrosxemləri və KMOY texnologiyalı mikrosxemlər daha geniş yayılmışdır. 
TTM mikrosxemləri üçün məntiqi sıfır səviyyəsi 
0,4V, vahid səviyyəsi 2,4V 
olduğu halda, KMOY mikrosxemlərində məntiqi sıfır səviyyəsi 
0V, vahid 
səviyyəsi isə təxminən qida gərginliyinə bərabər olur. Hər bir halda vahid – 
yüksək gərginlik, sıfır səviyyə isə - aşağı gərginlik olduqda olur. Mikrosxemin 
çıxışında sıfır gərginlik olması o demək deyil ki, çıxış “havada asılı qalıb”, 
əslində ümumi şinə qoşulmuş olur. Ona görə də bir neçə məntiq çıxışlarını öz 
aralarında biri-birinə qoşmaq olmaz, çünki onlarda müxtəlif səviyyələr 
yarandıqda qısa qapanma baş verər. 
Siqnalların səviyyələrinin fərqli olması ilə yanaşı məntiq strukturları 
elektrik enerji tələbatına, sürətinə (sərhəd tezliyinə), yüklənmə qabiliyyətinə və 
s. görə fərqlənirlər. 
Məntiqin tipini mikrosxemin adına, markasına görə tanımaq olar. İstənilən 
seriyada yalnız eyni texnologiya üzrə hazırlanmış mikrosxemlər olur. 


58
Hal-hazırda ən geniş tətbiq olunan mikrosxemlər aşağıdakı seriyalardır: 
1) 
TTMŞ - K555, K1533; 
2) 
KMOY - КР561, КР1554, КР1564; 
3) 
EƏM - К1500 
TTM, TTMŞ, KMOY və EƏM mikrosxemlərinin seriyaları, onların 
uyğun xarici analoqları və əsas parametrlərinin müqayisəli təhlili cədvəl 2.1-də 
verilmişdir.
Cədvəl 2.1 
TTM 
TTMŞ 
KMOY 
Yüksək sürətli 
KMOY 
EƏM 
Adının 
açılışı 
Tranzistor-
tranzistor 
məntiqi 
TTM 
Şottki 
diodlu 
Komplementar 
metal-oksid 
yarımkeçirici 
Emitter əlaqəli 
(uzlaşdırılmış) 
məntiq 
SSRİ, Rusiya 
istehsalı 
К155 
К131 
К555,К531
КР1533 
К561 
К176 
КР1554 
КР1564 
К500 
КР1500 
Xarici 
analoqları 
74 
74LS 
74ALS 
CD40 
H 4000 
74AC 
74 HC 
MC10 
F100 
Ləngimə 
(Sürət), ns 
10…30 
4…20 
15…50 
3,5..5 
0,5…2 
Maks. tezlik, 
MHs 
15 
50..70 
1…5 
50…150 
300…500 
Qida 
gərginliyi,V 
5 ±0,5 
5 ±0,5 
3...15 
2...6 
-5,2 ±0,5 
Tələb etdiyi 
cərəyan(yük-
süz), mA 
20 
4...40 
0,002...0,1 
0,002...0,1 
0,4 
Məntiqi “0” 
səviy., V 
0,4 
0,5 
< 0,1 
< 0,1 
-1,65 
Məntiqi “1” 
səviy.,V 
2,4 
2,7 
~ U
qid. 
~ U
qid. 
-0,96 
Maksim. çıx. 
cərəyanı, mA 
16 
20 
0,5 
75 
40 
Rəqəm elektron qurğularını qurarkən eyni seriyadan olan mikrosxemlərin 
istifadə olunması tövsiyə olunur. Bu ilk növbədə məntiq siqnallarının 
səviyyələrinin fərqli olması ilə bağlıdır. 
Mikrosxem seriyasını seçərkən, əsasən onun sürəti (işçi tezliyi), enerji 
tələbatı, qiyməti, həm də asan əldə oluna bilməsi nəzərə alınır. 
Bəzən elə hal olur ki, yalnız bir seriyalı mikrosxemlərlə kifayətlənmək 
mümkün olmur. Məsələn, yaradılan rəqəm qurğusunun həm az enerji tələbatına, 
həm də yüksək sürətə malik olması tələb olunarsa, onda bir neçə seriyadan olan 


59
mikrosxemlərin sintezindən istifadə etmək lazım olur. Bunun üçün müxtəlif 
strukturlu mikrosxemləri uzlaşdırmaq üçün səviyyə çeviricilərinin istifadə 
olunması lazım olur. Belə ki, KMOY seriyalı mikrosxemlər ən az enerji 
tələbatına, EƏM-lər isə ən böyük sürətə malikdirlər. 
Bəzi hallarda müxtəlif seriyalı mikrosxemləri səviyyə çeviricisi istifadə 
etmədən uzlaşdırmaq olar. Məsələn, qida gərginlikləri eyni seçildikdə, KMOY-
mikrosxemlərinin çıxışını TTM (TTMŞ) girişinə qoşmaq olar. Lakin əksinə, 
TTM-dən KMOY-a qoşmaq məsləhət görülmür. 

Download 5.01 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   21   22   23   24   25   26   27   28   ...   157




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling