Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil
Download 4.83 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Ümumdiinya Vəhşi Təbiəti M iihafizə Fondunun ( WWF) son illərdə təşkil etdiyi ekspedisiya qrupu Cənubi Çin dənizinin Borneo adasında dünya alimləri
- «Na qadar ki, insanlar mövcuddur
- «Azarhaycon dünyanın ,>n cin bioloji hankıdır l abs isa bıı bani an zatiyin hissisidir». V
449 milyard insan xəstələnir, 500 milyon isə virusun daşıyıcısı olur, vərəmlə ild ə 10 milyon xəstələnir, 5 milyon ölür, malyariya ilə 500 milyon xəstələnir, 1,5- 2 milyon vəfat edir. Bu rəqəmlər gündən-günə artaraq ümumi inkişafa c id d i maneçilik törədir. Viruslu hepatit (A, B, D) QIÇS virusundan 100 d əfə qorxuludur. 2011-ci ildə qeyd edilən xəstəliklərin arealı həddindən a rtıq genişlənmişdir. H azırda dünyada baş verən müharibələr, etnik münaqişələr, terrorçuluq aksiyaları (İraq, Pakistan, Fələstin, Hindistan, Türkiyə, A frika, Ərəb ölkələri- (Misir, Liviya, Suriya və s.) təbii ətraf mühitin ekoloji durum unu pozaraq təhlükəli torpaq infeksiyalarmın törədicilərini y erin səthinə çıxarır və yeni infeksiya ocaqları peyda olur. Terrorçuluq aksiyaları zamanı bioloji terrorizmdən
(bakterioloji üsuldan) istifadə olunması d a yoluxucu xəstəlikləri törədən patogen agentlərin arealım çox genişləndirir və yeni infeksiya ocaqları peyda olur. Yoluxucu xəstəlik törədicilərinin h azırda dünyada çox geniş yayılmasının əsas səbəblərindən biri də beynəlxalq ticarət
və nəqliyyat vasitələridir. Dünyada baş verən epidemiya və epizootiyalar ölkəmizə də sirayət edə bilər. Çünki infeksion agentlər sərhəd tanımır, heç kəsə güzəştə getmir və əlverişli şərait yaranan anda öz hökmünü verir, xəstəlik törədir. Rəsmi statis tik məlumata görə, hazırda müayinə olunan hər 100 nəfərdən 10 nəfəri h ep a tit virusuna (В, C) müsbət reaksiya vermişdir. 2008-ci ildə 550 nəfər adam ı quduzluqla xəstə itlər dişləmiş və onlardan bəziləri ağır xəstələnmişlər. Ölkə mizdə hər 100 nəfər uşaqdan 11 nəfəri bir yaşma çatmadan patogen bakte- riya, virus, göbələk və xlamidiya ilə neonatal (ana bətnində)
və postnatal (doğumdan sonrakı ) dövrlərdə yoluxaraq respirator və mədə-bağırsaq xəstə liklərindən vəfat edir. Qeyd edilən patogen agentlər isə ana və uşaqların orqanizminə əsasən yoluxucu xəstəlik törədiciləri ilə yoluxmuş çirkli içməli su, heyvan (ət, süd, yumurta, balıq) və bitki məhsulları ilə daxil olur və ağır fəsadlar törədir. Respublikamızın ərazisində magistral neft-qaz və su kəmərlərinin, kanalların, yolların (İpək Yolu və s.) çəkilişi, yeni yaşayış m as sivlərinin salınması, arxeoloji və dağ-mədən qazıntıları və s. yoluxucu xəs təliklərdən ölən və torpağa basdırılan insan və heyvan cəsədlərinin qalıqla- rındakı infeksion agentləri torpağın səthinə çıxararaq ətraf mühiti çirklən- dirir və yeni infeksiyaların baş verməsinə zəmin yaradır. Yoluxucu xəstə likləri Respublikamızda yayan ən təhlükəli amillərdən biri də heyvandarlıq və quşçuluq təsərrüfatlarında hökm sürən antisanitariya şəraiti, gəmiri cilərin, yırtıcı vəhşi faunanın (canavar, çaqqal, tülkü, yenol və s.) və sahibsiz itlərin tüğyan etməsidir. Həmin amillərin hər biri zooantroponozların əsas rezervuarı və mənbəyidir. Son zamanlar alimlər müəyyən etmişlər ki, patogen mikroorqanızmlər, viruslar, göbələklər, helmintlər, parazitlər və onların sürfələri gəmiricilərin və vəhşi yırtıcı faunanın orqanizmində uzun müddət yaşayır, özləri xəstələnmir, ancaq həmin agentləri ətraf mühitdə yayaraq, genetik modi/ikasiyaya
uğradır,xassələrini, xüsusilə patogenliyini və virulentliyini çox gücləndirir. Iləm in agentlər insan və heyvan orqanizminə daxil olduqda ağır fəsadlar törədir Patogen agentlərin genetik statusunun dəyişilməsini tibb və baytarlıq təbabəti alimləri bəşəriyyət üçün olduqca 450
təhlükəli və neqativ hal kimi dəyərləndirir. Ferm alarda peyin biotermiki üsulla zərərsizləşdirilmədən əkin sahəsinə tətbiq edilir və yoluxucu agentlərlə ətraf mühiti çirkləndirir, dezinfeksiya, dezinseksiya, dezodorasiya, dezakari- zasiya və deheliraintizasiya tədbirlərinin vaxtında və lazımı səviyyədə aparıl- maması olduqca neqativ haldır. Gəmiricilərlə həm mərkəzi şəhərlərdə (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və ), həm də təmas xətti rayonlarının ərazisində mübarizə (deratizasiya) aparılmadığı üçün onlar həm yoluxucu xəstəlik törədicilərini yayır, ətraf mühiti çirkləndirir, həm də kənd təsərrüfatı məhsullarına (kartof, soğan, yerkökü, çuğundur, bostan və tərəvəz bitkiləri, yonca və s.) həddindən çox (50 faizdən çox) ziyan verir. 2010-cu ilin noyabr ayında ermənilərin Ağdamın işğal olunmuş təmas xətti ərazisində keçirdik ləri hərbi təlim nəticəsində sahibsiz ərazilərdə məskunlaşan həddindən çox bəzgəklər təmas xəttini keçərək rayonun əkinçilik təsərrüfatlarına (taxıl və yonca sahələrinə) çox böyük ziyan vurmuş və sahələri xarabalığa çevirmiş dir. Bəzgək sürülərinin ərazilərimizə yoluxucu xəstəlik törədicilərini yayması, epizootiya və epidemiyaların baş verməsinə səbəb olması qaçılmazdır. Qeyd edilənləri nəzərə alaraq ən dəhşətli müharibə və yanğından güclü sayılan epidemiya və cpizootiyalarla mübarizəyə hazır olmaq lazımdır. Bu, artıq günün ən prioritet tələbi hesab olunur və insan sağlamlığı üçün çox zəruridir. Baytarlıq təbabətinin məşhur alimləri bəşəriyyətin inkişafının bütün dövrlərində onun insanların sağlamlığının keşiyində dayandığını uzaqgörən liklə bəyan etmişlər. Hazırda dünyanın inkişaf etmiş ölkələrində ekoloji böhranlar insan sağlamlığı və baytarlıq təbabətinin aktual problemlərinin əsas prioritet sayılmasına baxmayaraq, Respublikamızda bu sahədə maarilləndirmə işləri həb də günün tələbi ilə uzlaşmır və lazımı səviyyədə aparılmır. Hkoloji böhran zooanlroponoz (heyvanlardan insana keçən) və antropozoonoz (insanlardan heyvanlara keçən) xəstəliklərdən ölmüş və torpağa basdırılmış cəsədlərdəki genetik mulasiyaya məruz qalmış palogen agcntbri (törədiciləri) uzun illərdən sonra yenidən torpağın səthinə çıxararaq içməli su mənbələrini baklerioloji çirkləndirir. Bu zaman onların patogenliyi (xəstəlik törətmə xassəsi) və virulcntliyi (xəstəlik törətmə dərəcəsi) güclənir, yeni inleksiya və invaziya mənbəyi yaranır, həmin xəstəliklər təkrarən baş verir, yeni əlamətlərlə səciyyələnir. Maraqlı elmi faktdır ki, son zamanlar parazitoz və helminlozların törədici və sürfələrinin həm də insan və heyvanlarda əzələdə, daxili orqanlarda, hətta beyində, sümük toxumalarında, cinsiyyət orqanlarında, gözdə və s. lokalizasiya etməsi aşkar olunmuşdur. Bu elmi yenilik isə yalnız, müasir diaqnostika cihazları (rezonans aparatı) vasitəsilə müəyyən edilə bilir Ümumdiinya Vəhşi Təbiəti M iihafizə Fondunun ( WWF) son illərdə təşkil etdiyi ekspedisiya qrupu Cənubi Çin dənizinin Borneo adasında dünya alimləri arasında çox böyük sensasiya törədən, biologiya elmində xüsusi əhəmiyyəti olan yeni maraqlı eh ' raktlar aşkar etmişdir. Borneo (Kalimantan) planetimizin 3-cii ən h< y ‘k adası olmaqla, İndoneziya, M alayziya və Bruney arasında üç yerə bölünməsi ilə unikaldır.
Sahəsi 743,33 kvadrat kilometr olan adada neft və qaz yataqları da aşkar olunmuşdur. Nəmli ekvatorial 451
qurşaqda yerləşdiyi üçün həmin ada olduqca sıx cəngəlliklərlə örtülüdür. Ekspedisiya qrupunun ilk səfəri zamanı adada 60-a qədər yeni, in d iyəd ək elmə məlum olmayan heyvan (29 onurğasızlar, 1 7 balıq, 5 qurbağa, 3 ilan, 2 kərtənkələ, l quş və 3 həşərat) və 67 m üxtəlif bitki növü aşkar olunmuşdur. Heyvan növləri arasında 2 fərqli - ağ ciyərsiz və uçan qurbağa, uzunluğu 0,5 metr olan yeni həşərat, al-qırmızı başlı, mavi bədənli ilan kimi ekzotik növlər də vardır. Lakin 2007-ci ilin fevral aymda adaya səfər edən 2-ci ekspedisiya qrupu bu adada dünyanın heç bir yerində rast gəlinməyən və
Dünyanın təbiətşünas alimləri bu əsrarəngiz adada hələ elmə məlum olmayan çoxlu sirlərin mövcud olduğunu nəzərə alaraq onun mühafizə olunmasım planetar əhəmiyyətli məsələ kim i dəyərləndirirlər. Həmin kəşf indiyədək planetimizdə mövcud olan flora və fauna növlərinin təsnifatının tamamilə dəyişilməsi və yenidən əsaslı surətdə işlənib hazırlanması zərurəti yaradır. Çünki həmin adada müxtəlif genefonda malik olan canlı aləmin yeni üzvləri intişar tapır. Adada məskunlaşan yeni mikro və raakro fauna və flora növlərinin genetik statusunun və biomüxtəlif- liyinin ətraflı surətdə öyrənilməsi, müvafiq elmi-tədqiqatların aparılması hazırda bioloqların, xüsusilə zooloq, genetik və botaniklərin qarşısında olduqca qlobal problemlər qoyur. Alimlər belə güman edirlər ki, qeyd edilən biotlar müxtəlif ərazilərdə baş verən ekoloji kataklizmlər və antropogen fəaliyyətin təsirlərindən xilas olmaq məqsədilə məhz bu adaya pənah gətirmişlər. Onların fikrincə, həmin biotlar əvvəllər başqa bölgələrdə də mövcud olmuş, sonralar isə onların kökü kəsilmişdir. Borneo adasına indiyədək insan ayağı dəymədiyindən oradakı biotlar hələ də öz nəslini və populyasiyasını saxlamışdır. Bu tarixi kəşfi təbiətşünaslıq elminin ən böyük nailiyyəti kimi dəyərləndirmək, onun ekoloji aspektlərini, mikrofaunasını ətraflı surətdə, öyrənmək və elmə daxil etmək lazımdır. Alimlər həmin adada mövcud olan biotların elmə indiyədək
həmin bəlanın qaçılmaz olduğunu bildirirlər. Hazırda dünya alimlərinin qarşısında duran ən qlobal elmi problemlərdən biri Borneo adasındakı flora və faunanın mənşəyini, təkamülünü, qohumluq əlaqəsini, növ, cins, xətt müxtəlifliyini, onların bioloji, morfofunksional, genetik, populyasiya xüsusiyyətlərinin hüceyrə, xromosom və gen səviyyəsində öyrənilməsidir. Dünyamn məşhur alimləri (arxeoloqlar, bioloqlar, geoloqlar, ekoloqlar, morfoloqlar, gene- tiklər) bu sahədə geniş proqramlı layihəni həyata keçirməyə hazırlaşır. Həmin layihədə həmçinin adadakı məməli heyvanların və quşların təsərrüfat əhəmiyyətinin, məhsuldarlığının, kəmiyyət və keyfiyyət əlamətlərinin, insan üçün yararlılıq dərəcəsinin öyrənilməsi də
elmi tədqiqat işlərinin proqram ına daxil edilmişdir. Alimlər belə qənaətə gəliblər ki, onların bu axtarışları elmə məlum olmayan çoxlu qaranlıq sirləri açacaq və dünya elminə olduqca böyük, səmərəli, mütərəqqi və fundamental-tətbiqi xarakterli yeni töhfələr 452
verəcəkdir. Atmosferə atılan karbon, azot, kükürd oksidləri, etanol və halogenlərin onu tamamilə çirkləndirməsi və böhran həddinə çatdırması nəticəsində yaranan qlobal istiləşmə və iqlim dəyişikliyi bütün canlı aləmin mövcudluğunu müəmmalı vəziyyətə salmış və onların genetik statusuna, genefonduna neqativ təsir göstərmişdir. 2010 və 2011-ci illər planetimizin tarixində ekoloji kataklizmlərin arealının həddindən çox intensivləşməsi və fasiləsiz, dinamik inkişafı ilə yadda qalır. Braziliyanın çaylarında suyun səviyyəsi 1 metr, Çinin bəzi bölgələrində 3 metr, Hihdistanda 2-2,5 metr, Almaniyanın bəzi çaylarında isə hətta 7 metrə qədər qalxaraq öz məcrasın dan çıxmış və yaşayış məntəqələrinə, təsərrüfatlara böyük zərər vurmuş, insan tələfatı ilə nəticələnmişdir. Planetimizdə baş verən geodinamik proseslər yerdə tektonik hərəkətləri çox gücləndirir. Qlobal geodinamik proseslər lokal (yerli) tektonik hərə kətlərə və torpaq sürüşmələrinə səbəb olur. 2010-cu ildə Çilidə baş verən 8,8 bal gücündə zəlzələ Haitidə də müşahidə olunmuş, həm iqtisadi, həm ağır ekoloji fəsadlar törətmiş, güclü dağıntılara və çoxlu sayda insanların ölümünə səbəb olmuşdur. Ümumiyyətlə son 10 ildə zəlzələlərin 855-i Asiya qitəsində baş verərək 4,8 milyon insan ölmüşdür. Geodinamik proseslər yerin Avrasiya, Afrika və Ərəbistan plitələrinin toqquşmasına və zəlzələlərə zəmin yaratmışdır. Hazırda Yer kürəsində mövcud olan hər üç seysmik qurşaqda (Alp-Himalay, Atlantik və Sakit okean) geodinamik proseslər ildən-ilə gücləndiyi üçün tektonik hərəkətlərin, dalğaların sayı gel-gedə artm aqla planetimizin ekoloji durumunu pozur, iqlimin xəritəsini dəyişdirir, qlobal istiləşməni və parnik effektini daha da gücləndirir, bütün patogcnlərin genetik xüsusiyyətləri dəyişilir, onlar tamamilə yeni, arzuolunmaz xassələr kəsb edir, ciddi təhlükə mənşəyinə çevrilir. 2010-cu ilin ilk 4 ayı ərzində ölkəmizdə 875 tektonik yeraltı təkan müşahidə olunmuşdur. Həmin tektonik hərəkətlər və güclü leysan yağıntıları ölkəmizin bəzi rayonlarında (Quba, Qusar, Lənkəran, Lerik, Daşkəsən, Goranboy s.) geniş miqyaslı Yer sürüşmələri törətmiş və böyük zərər vermişdir. Yağıntılar Kür çayında suyun səviyyəsinin metrdən artıq qalxmasına səbəb olmuş və Kür boyu ərazidəki rayonların (Zərdab, Kürdəmir, imişli, Ağcabədi, Şirvan, Sabirabad, Salyan və s.) bəzi kəndlərini su basmışdır. Ümumilikdə 40 rayonda sel subasmaları ölkəmizə böyük zərər vermişdir. Kür və Ara/, çaylarında suyun səviyyəsinin artması yeraltı qrunt sularının səthə çıxmasını daha da sürətləndirmiş, 50 min hektardan çox torpaq sahəsi yararsız hala düşmüşdür. Qrunt suları həm də genetik dəyişikliyə uğramış yoluxucu xəstəlik törədicilərini torpağın altından onun səthinə çıxarmaqla çox təhlükə yaradır. Çayda suyun səviyyə sinin artmasının əsas səbəbi onun Xəzərlə təmas hissəsində (deltada) gilli palçığın həddindən çox toplanması nəticəsində suyun cəmi 1-2 metr də rinliyə malik olması (deltada suyun dərinliyi 5-6 metrdən az olmamalıdır) və durğunluğun əmələ gəlməsidir. Əgər təmas xəttindəki gil vaxtında təmiz lənsəydi, onda bu ekol. • böhran baş verməzdi, iqlimin xəritəsinin kəskin dəyişilməsi, qlobal istiləşmə həm Yer təbəqəsinin müxtəlif qatlarında temperatur fərqi yaradır, həm də buzlaqların əriməsi sürətləndiyi üçün 453
dünya okeanında suyun səviyyəsi artdığından yerin təkinə təsir edərək tektonik hərəkətlərə səbəb olur, zəlzələ və vulkan püskürmələrinin dinamik inkişafına və tez-tez baş verməsinə zəmin yaradır. 2010-cu il aprelin 15-də İslandiyada 100 ildən sonra təkrarlanan və 1 aydan artıq davam edən vulkan püskürməsi planetimizdə analoqu olmayan neqativ ekoloji mənzərə yaratmış, zəhərli qazlar və kimyəvi maddələrlə zəngin olan külü atmosferə qaldıraraq Avropa ölkələrinin əksəriyyətinin üzərində tünd qara rəngli kül buludu əmələ gətirmişdir. Eyni vaxtda Mərkəzi Amerikada 100 kilometr hündürlüyə qalxan analoji vulkan püskürməsi də planetimizin ekoloji durum una çox neqativ təsir etmişdir. Onların ağır fəsadları isə heç şübhəsiz ki, tezliklə canlı aləmə öz neqativ təsirini mütləq göstərəcək və onun genetik dəyişikliyə məruz qalması prosesi büruzə verəcəkdir. Kül buludu Günəş şüalarının Yer səthinə keçməsinin qarşısını alır, hava cərəyanım pozur, iqlim anomaliyaları törədir, Yerin maqnit və elektromaqnit sahələrini, iqlimin xəritəsini dəyişdirir və havanın meteoroloji kataklizmlərüıi törədir, insan və heyvanlar üçün çox təhlükəli olan patogen agentlərin əlamət və xassələrini tamamilə dəyişdirir. Ən təhlükəli ekoloji böhranlardan biri və ən başlıcası qlobal istiləşmənin təsirindən buzlaqların əriməsi, buz dağlarınm-aysberqlərin qopub ayrılma sıdır. Dünyanın buz ehtiyatının əsas hissəsi (80 faiz) A ntarktida materikinə məxsusdur. Bu materik həm Yer kürəsində hava cərəyanını, temperaturu tənzimləyir, həm də iqlim amillərini formalaşdırır. Qlobal iqlim dəyişik- liyininin səbəbləri, onu törədən amillər və bu prosesin inkişaf dinamikası məhz A ntarktida materikində quraşdırılan cihaz və texniki qurğular vasi təsilə öyrənilir, təhlil olunur, meteoroloji məlumatlar toplanır və müvafiq nəticələr çıxarılır. Alimlər bunu nəzərə alaraq həmin qitəni dünyanın "me teoroloji laboratoriyası və məlumat mərkəzi" adlandırırlar. Antarktidanın ekoloji durumu isə o qədər də ürəkaçan deyildir. Onun buzlaqlarının hazır da çox sürətlə və aramsız olaraq əriməsi nəticəsində dünya okeanı suyunun səviyyəsinin XXI əsrin ortalarında 0,5 metr qalxması gözlənilir. A ntark tidanın buzları tamamilə əriyərsə, onda Yer kürəsində suyun səviyyəsi 80-90 metr qalxa bilər. Buzlaqların əriməsinin səbəbi parnik effekti və qlobal isti ləşmədir. Göründüyü kimi, insanların prosesin proqnozunu, törədə biləcəyi neqativ fəsadları nəzərə almadan törətdikləri ekoloji bumeranq, son nəti cədə, bəşəriyyəti qarşısıalınmaz fəlakətli ekoloji böhranlara düçar edir, bü tün canlı aləmin genetik resurslarını neqativ dəyişikliyə uğradır və onların mövcudluğunu sual altına alır. Qeyd olunanları nəzərə alaraq BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar dünya ölkələri qarşısında atmosferin çirklən məsinin, buzlaqların əriməsinin və qlobal istiləşmənin qarşısının alınması, parnik effekti, ozondağıdıcı təsir edən və qlobal iqlim dəyişiklikləri törədən qazların atmosfer havasına buraxılmasına yol verilməməsini təxirəsalınmaz məsələlər kimi ön plana çəkmiş və xüsusi tövsiyələr hazırlanmışdır. BM'l həm də bütün ölkə alimlərinin planetimiz üçün müstəsna əhəmiyyəti olan və buzlaq materiki sayılan A ntarktidada aparılan meteoroloji elmi-tədqiqa( işlərinə cəlb edilməsini, bu sahəyə öz töhfələrini verməsini və onun canli 454
aləminin mühafizə olunmasını ən prioritet və təxirəsalınmaz məsələ kir.iı qarşıya məqsəd qoymuşdur. Unutmaq olmaz ki, bu nəhəng maicrik həm də canlı aləmin olduqca nadir inciləri-suitilər, pinqvinlər, balinalar, xəıçəngki milar və s. məskunlaşdığı yaşayış yeridir. Dünya faunasının nəhəngi sayılar, ən nəhəng canlı mavi balina da (uzunluğu 35 metr, çəkisi 160 iondur) ö/; üçün vətən kimi məhz bu materiki seçmişdir. Iləyəcan doğuran haldır k- giqant materikdə məskunlaşan canlı aləmin növlərinin sayı ildən-ilə getdik e ə çox sürətlə azalır, populyasiyaların ekoloji durumu zəifləyir, nəsli kəsilir genefondu ilir və həyəcan təbili çalır. Aııtraktida materikinin ekoloji durumunun pozulması və gel-ged ' pisləşməsi bülün bəşəriyyəti narahat elməklə çox ciddi düşünməyə vadə- edir. Antarktida materiki, A rktika və Qrenlandiya yarımadası insanlardan əlini üzərək sanki Ulu 'Janrıya yalvarır, ondan imdad diləyir, köməklik gözləyir. Bu isə bülün dünya ölkələri rəhbərlərinin, beynəlxalq təşkilatların hamısının, alimlərin, bir sözlə, planetin hər bir vətəndaşının buzlaqlaiıə mühafizəsinə qoşulmasını və öz insani, bəşəri borcunu yerinə yetirmə .ini tələb edir. Çünki həmin problem harada yaranm asından asılı olmayaraq h ч bir insanın problemidir, günün ən ümdə tələbidir. Buzlaqların əriməsi nətıc.- elibarı ilə planetimizin iqlim xəritəsini çox kəskin dəyişir, ekoloji böhran v kalaklizmlər, təhlükəli epizooliya, epidemiya və pandemiyalara zəmin yaradır. 20l()-cu ildə dünyanın məşhur okeanoloqları, hidrobioloqları, tib' və baytarlıq təbabəti alimlərinin apardığı yeni elmi-tədqiqat işlərinin v. analizlərin nəticələrinə əsasən müəyyən edilmişdir ki, buzlaqların çox sürəti, əriməsi və bu prosesin gündən-günə daha da geniş vüsət alması nəticəsimi, dünya okeanının suyunda civə və digər zərərli metalların konsentrasiv ıs: həddindən çox artaraq hidrobiolları (su canlılarını) genetik modifikasıyav. uğratmış, onların irsi əlamət və xassələrini dəyişmiş, yoluxucu xəstəliklərə davamlılığını azaltmış və məhv olmasına böyük zəmin yaralmışldıı. Ol hətlə buzlaqların ərimə prosesi bu sürətlə davam etdiyi təqdirdə dünya lıidı o biollarıııın, eləcə də həmin suyu qəbul edən bütün heyvan və quşların gene tik resurslarının azalmasına çox böyük təkan verəcəyi və ağır fəsadlaı tö, . dəcəyi qaçılmaz sayılmalıdır. Dahi filosof K.M arks yazmışdır: «Na qadar ki, insanlar mövcuddur labial ıv
insanlar hir-hiri iki Maq,ular olacaqdır» I ‘mıımnıil/i l ider. Ulu önd.» Ucydar OHyev da
həmişə təbiətə qayğı ilə yanaşmağı yüksək dəyərlənib mişdir: «liiz tabiata qarşı zar islada hUmarik ,
biliram ki, qoluımın biri kaxilir».
Akademik 1 ləsən Oliyev yazmışdır. « I abiaf, duymaq, din!атак, lazım yalanda biinnı lıiss/arinı sa/ar har dayib oıııın kesi\a; da durmağı bacarmaq psixologiyasını böyiiyan nasla a.şılamuq an yaxşı lal izn darsidir».
Məşhur genetik akademik N Y.Vavilov isə ölkəmizi belə >əris etmişdir: «Azarhaycon dünyanın ,>n ~ c'in bioloji hankıdır l abs isa bıı bani an zatiyin hissisidir». V
;ik fəlsəfi sarm üz Nizami Uəncəvi hələ XIi-ə:>; insanların təbiətə düşir . :!=k mıinasibətdən əl çəkməsini tövsıyyə elmişdi'- " H a r m a r a l o v ç u n u n z iilm iiııd a n q a ç a r . Yırtıcı vəhşidir lıala insanlar Download 4.83 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling