Ekologiya və su təsərrüfatı jurnalı, №3, may, 2018- ci il


Download 313.21 Kb.
bet8/9
Sana18.10.2020
Hajmi313.21 Kb.
#134328
1   2   3   4   5   6   7   8   9

ƏDƏBİYYAT


  1. Ивахненко А.Г., Мюллер И.А. Самоор- ганизация прогнозирующих моделей. – Киев: Texnika, 1985, Берлин: Феб Фер- лаг Техник, 1984. - 223 с.

  2. Ивахненко А.Г., Кротов Г.И. Мультип ликативно-аддитивный нелинейный ал-

горитм МГУА с оптимизацией степени факторов // Автоматика. – 1984. № 3. – С. 13-18.

  1. Пугачев В.С. Теория случайных функ- ций и ее применение к задачам автома- тического управления. –М.: Физматгиз, 1960. -883с.

  2. Козубовский С.Ф. Корреляционные экстремальные системы. – Киев: Наук. думка, 1973. -233с.



XÜLASƏ



Ekoloji proseslərin fərq –proqnoz modellərdə gecikmə arametrlərin optimal çoxluğun təyin edilməsində korrelyasiya analizin tətbiqi
Modelləşdirilmə və proqnoz məsələlərinin həllində çox vaxt gecikmə parametrlərinin nəzərə alınması problemi yaranır. Bu məsələ- də gecikmə parametrlərinin optimal sayının müəyyənləşdirilməsi üçün korrelyasiya anali- zindən istifadə edilməsi daha məqsədə uyğun- dur.

SUMMARY



At the proqnoz difference models processes of optimum parameters of the delay of ecological determining the

correlation analysis, the application of the majority
Modeling and prediction of parameters to take into account problems delayed the issue of resolving the issues often arise. Correlation analysis to determine the optimum number of parameters delayed this issue is more suitable to be used.
Məqaləyə AMEA-nın Ekologiya İnstitutunundirektor müavini f.r.e.n.

N.F. Kazımov rəy vermişdir.



UOT 52(15)(091); 52(15)(092)


Q.E. ŞÜKÜRLÜ
Azərbaycan Memarlıq və İnşaat Universiteti, magistr

KÜR-ARAZ DÜZƏNLİYİNİN EKOLOJİ-MELİORATİV CƏHƏTDƏN YAXŞILAŞDIRILMASINDA KOLLEKTOR-DRENAJ SİSTEMİNİN TƏTBİQİ VƏ MÖVCUD VƏZİYYƏTİ





Relyef baxımından kənd təsərrüfatının in- kişafı üçün əlverişli sayılan Kür-Araz düzənli- yi respublikamızın ən çox şoranlaşmaya mə- ruz qalan sahəsi sayılır. Düzənlik Azərbaycan ərazisinin 26%-ə yaxın sahəsini tutur. Kür- Araz düzənliyi Mingəçevir şəhərindən cənub- şərq istiqamətdə Xəzər dənizinə qədər 250 km uzanır. Həmçinin ovalıq Qarabağ, Mil, Mu- ğan, Salyan və Şirvan düzlərini əhatə edir.

Ovalıqda yeraltı suların relyeflə əlaqədar olaraq axıma malik olmaması suvarma şəra- itində qrunt sularının səviyyəsinin qalxmasına və şorlaşmaya səbəb olur. Bəzən təbiq edilən qeyri-müntəzəm suvarma texnikası, yəni sel- ləmə suvarması nəticəsində torpaqlar dərindən islandığına görə sular çox aşağı təbəqələrə hoparaq qrunt sularına qovuşur və məsamələr- lə struktursuz torpaq şəraitində həmin mine- rallaşmış sular tədricən yuxarı qalxır [4].

Uzaq keçmişdə bu ərazinin dəniz suların- dan azad olması düzənliyin torpaqlarında suda asan həll ola bilən duzların toplanmasına sə- bəb olmuşdur. Hazırki şəraitdə Kür-Araz dü- zənliyində torpaqların şorlaşmasına təsir edən ən mühüm amil duzlu qrunt suları hesab olu- nur.

Kür-Araz düzənliyində qrunt sularının kimyəvi tərkibi müxtəlif olduğundan müxtəlif meliorativ tədbirlərin görülməsini tələb edir. Salyan, Muğan, Şirvan düzləri şiddətli şoran- laşmaya məruz qaldığından daha ciddi ya- naşma tələb etməklə kollektor-drenaj sistemi- nin yaradılmasını qaçılmaz edir. Belə ki, dre- naj qurğuları, daha geniş miqyasda kollektor- drenaj şəbəkə və sistemləri vasitəsilə təbii normal axımı olmayan yeraltı qrunt suları əra- zilərdən kənarlaşdırılır və torpaq-qruntun ae- rasiya zonasında əlverişli su-duz rejiminin ya- radılması təmin olunur.

Kollektor - drenaj şəbəkəsinin əsas ele- mentləri ilkin drenlər, təsərrüfatlararası ma- gistral kollektorlar, onun boyunca istismar

yolları üzərindəki nasos stansiyaları və hidro- texniki qurğulardır. Təcrübə göstərir ki, tor- paq-qrunt qatının susızdırma qabiliyyəti zəif olan, qrunt sularının təbii axımı olmayan sa- hələrin kollektor-drenaj şəbəkəsi tətbiq edil- mədən yuyulub, yararlı hala salınması müm- kün deyildir. Dünya ölkələrinin təcrübəsi şor- laşmış torpaqların duzdan təmizlənməsində hidrotexniki meliorasiyanı, yəni kollektor-dre- naj fonunda şorlaşmış torpaqların yuyulması- nı əsas tədbir kimi qəbul etməyə əsas verir [1; 5].

Sahədə şorlaşmış torpaqların tərkibində olan duzlar müxtəlif miqdarda ola bilər. Odur ki, hər bir hissəni öz şorlaşma dərəcəsinə uy- ğun su norması ilə yumaq üçün, əvvəlcə sahə- nin şorlaşma xəritəsi tərtib edilməlidir. Torpa- ğın bir metrlik üst qatında, eləcədə aşağı qatda olan duzların miqdarını hesablamaq və buna əsasən torpağın yuma normasını təyin etmək üçün yuyulacaq sahədə tədqiqat işləri aparılır. Götürülmüş torpaq nümünələrinin və yeraltı suların kimyəvi tərkibi laboratoriyada öyrəni- lərək, ləklərin duzluluq dərəcəsi təyin olunur. Sonra sahədə yeraltı suların hansı dərinlikdə olması və tərkibində nə qədər duz saxlaması müəyyən edilir. Bu məlumatlar və yumaq üçün ayrılmış sahədə olan kollektor-drenaj şə- bəkəsi xəritə üzərinə köçürülür, onun ümumi və xüsusi uzunluğu (I hektar sahəyə düşən dren, sutoplayan və kollektorun uzunluğu), drenin dərinliyi və ara məsafəsi əsasında kol- lektor-drenaj şəbəkəsinin suötürmə qabiliyyə- ti müəyyən olunur. Kollektor-drenaj şəbəkəsi- nin suötürmə qabiliyyəti zəif olduqda əlavə tədbirlər nəzərdə tutulmalıdır [1].

Böyük vəsait tələb edən şorlaşmaya qarşı mübarizə tədbirlərinin seçilməsi əsaslandırıl- malıdır. Əgər kollektor-drenaj şəbəkəsi tikilə- nə qədər yuxarı 1,5-2 metrlik torpaq qatı şor- laşmışdırsa və o buraxıla bilən həddən yuxarı- dırsa, belə hallarda ərazidə kollektor-drenaj






şəbəkəsi tikilməli və torpaqlarda əsaslı yuma aparılmalıdır. Yuma üçün verilən su (yuma norması) hesabat qatında olan duzları həll edir və sonra da sıxışdırıb oradan çıxarır.

Kür-Araz düzənliyində əkin altında istifa- də olunan torpaqların şorlaşmasını müəyyən etmək üçün bir çox əkin sahələrinin şum və şumaltı qatlarından götürülən torpaq nümunə- lərinə əsasən müəyyən olunmuşdur ki, düzən- liyin əkin sahələrində duzların miqdarı 0,15- 0,35% arasında dəyişir [4].

Torpaqdakı duz miqdarı, nəinki ondakı məhlulun minerallığını aşağı salır, həmçinin torpağın fiziki, fiziki-mexaniki xassələrinə tə- sir edərək onun strukturluğunu pozur. Şorlaş- mış torpaqlarda aparılan meliorativ tədbirlərdə başlıca məqsəd torpaq qatından zərərli duzları kənar etmək, torpaq məhlulunun minarallığını azaldaraq qrunt suyu səviyyəsini aşağı sal- maq, onda dənəvər struktur yaradaraq bitkinin normal inkişafı üçün aktiv qatın fiziki və kimyəvi xassələrini yaxşılaşdırmaqdır [1].

Torpaqların yuyulması, aktiv qatda Cl io- nunun miqdarı 0,2-0,3% olduqda aparılır. Yu- madan sonra aktiv qatda Cl-un miqdarı 0,01- 0,02%-dən, sulfat ionunun miqdarı isə 0,15- 0,20%-dən aşağı salınırsa yuma effektli sayı- lır. Ərazinin geoloji və hidrogeoloji şəraitin- dən asılı olaraq torpaqların yuylması sahədə dren tikmədən və kollektor-drenaj fonunda aparıla bilər (A.N. Kostyakov, 1951):



  1. Əgər torpağın aktiv qatından aşağı 1,5-2,0 dərinlikdə yaxşı su keçirən lay olub, qrunt suları dərində yerləşməklə təbii axıma ma- likdirsə, yuma dren tikmədən aparıla bilər. Bu halda torpaqdakı duz məhlulu yuma su- yu ilə sıxışdırılıb aşağı qata aparılacaq, ora- dan isə təbii axımla sahədən kənara çıxarıla- caqdır.

Dren tikmədən sahənin yuyulmasını pa- yız-qış aylarında, qrunt sularının Yer səthin- dən dərində olduğu, buxarlanmanın az və tor- paq qatında rütubət miqdarının çox olduğu dövrdə aparmaq məsləhət görülür.

  1. Sahənin dren fonunda yuyulması minerallı qrunt suyunun Yer səthinə yaxın (2-3m) olub təbii axıma malik olmadığı, torpaq qatı sukeçirən olub yumadansonra üst qatdakı duzlu məhlulun aşağı qata süzülməsi uzun müddət tələb etdiyi; torpaq qatının yüksək dərəcədə duzlaşdığı və yuyulması üçün bö-

yük həcmdə su tələb edildiyi hallarda tətbiq edilir.

Ölkəmizdə zonalar üzrə torpaqların şorlaş- ma dərəcəsinin və növünün, qrunt sularının minerallığının, həmçinin torpaq-hidrogeoloji şəraitinin bir-birindən xeyli fərqlənməsinə baxmayaraq, suvarılan torpaqların şorlaşması- na qarşı aparılmış çoxillik mübarizə təcrübəsi, habelə onların yuyulması üzrə toplanmış küllü miqdarda elmi-təcrübə işlərinin nəticələri, şor- lu torpaqların meliorasiyasının kollektor-dre- naj fonunda aparılmasının səmərəli olduğunu göstərir (H.Q. Aslanov,1999).

Düzənliyin ərazisinin torpaq-qrunt şəraiti və meliorativ vəziyyəti nəzərə alınaraq 1934- 1935-ci illərdə düzənliyin Muğan-Salyan mas- sivində dərin kollektor-drenaj şəbəkəsi çəkil- miş və şoranlaşmış torpaqların yuyulmasına başlanılmışdır.

Düzənlikdə şoranlaşmış torpaqların yuyul- ması 1935-38-ci illərdə Muğan meliorativ təc- rübə stansiyasında, 1954-56-cı illərdə cənub- şərqi Şirvanda Qara-Çala sovxozunda (310 ha), 1958-59-cu illərdə Şirvan təcrübə stansi- yasında (40 ha), 1958-63-cü illərdə Muğan təcrübə stansiyasında (64 ha) və s. başqa əra- zilərdə aparılmışdır [4].

1946-cı ildə tikintisi başlayan və 1953-cü ildə tamamlanan Mingəçevir su anbarı düzən- likdə meliorativ tədbirlərin aparılmasına xüsu- si təkan vermişdir. Tikintiyə qədər artıq res- publika ərazisində 700 km uzunluğunda meli- orativ tədbir olaraq kollektor-drenaj şəbəkəsi yaradılmışdır. Hazırda Kür -Araz düzənliyi 4000 km-ə yaxın uzunluğa malik kollektor- drenaj sisteminə malikdir. Kollektor-drenaj şəbəkəsinə yuyularaq tökülən duzlu sular ha- zırda güclü suötürən qurğular və stansiyalarda nasoslar vasitəsilə Xəzər dənizinə axıdılır. Muğan təcrübə stansiyasında aparılmış çoxil- lik təcrübələr şoranlaşma nəticəsində sıradan çıxmış torpaqların yuma üsulundan istifadə et- məklə meliorativ tədbirlərin həyata keçirilmə- si torpaqların təsərrüfatın dövriyyəsinə qayta- rılmasının mümkün olmasını göstərdi. Təcrü- bə stansiyasında aparılan tədqiqat işlərinin nə- ticəsi olaraq Salyan və Mil düzündə kifayət qədər torpaqlar təsərrüfatın dövriyyəsinə qay- tarıldı [3].

Kür-Araz ovalığında yuma üsulu ilə şoran torpaqların təsərrüfatın dövriyyəsinə qaytar-






mağın əhəmiyyəti nəzərə alınaraq 1948-1952- ci illərdə 102 km uzunluğa malik olan Muğan- Salyan kollektorunun tikintisi tamamlandı. Kollektor adları çəkilən düzlərdə 200 min hektara yaxın torpağın duzlardan yuyulmasına imkan verdi. Bundan sonra kollektor-drenaj sistemlərinin yaradılması istiqamətində aparı- lan işlər daha da gücləndirilərək 1957-1964- cü illər ərzində tikintisi aparılan Baş Şirvan və Mil-Qarabağ kollektorları istismara verildi. Qeyd olunan kollektorlar bu gün də öz əhə- miyyətini saxlamaqdadır.

Pambıqçılığın inkişaf etdirilməsi siyasəti torpaqların duzlardan təmizlənərək yeni sahə- lərin təsərrüfatın dövriyyəsinə qaytarılmasını tələb edirdi. Bu məqsədlə Baş Şirvan kanalı- nın inşası daha da sürətləndirildi və 211 km uzunluğa malik bu kanal 1956-cı ildə istifadə- yə verildi. Bu iş davam etdirilərək 1964-1966- cı illər ərzində Şirvan düzündə 142 km uzun- luğunda kollektor-drenaj sistemləri yaradıldı.

1967-ci ilə qədər Kür-Araz düzənliyi ərazisində 1197 km uzunluğunda kollektor, 4254 km uzunluğunda isə drenaj şəbəkəsi çəkilmiş və bunlar 221,2 min hektar ərazini əhatə etmişdir [4].

Qeyd etmək lazımdır ki, son 20 ildə dü- zənliyin ərazisində meliorasiya-tikinti işləri- nin həcmi kəskin azalmaqla bərabər, həm də bu işlərin təsiri nəticəsi olaraq tədqiq etdiyi- miz düzənliyin bir çox suvarma sistemlərində su itkisi artmış, kollektor-drenaj şəbəkələri isə bərbad vəziyyətə düşmüşdür.



Kür-Araz ovalığında şorlaşmış və şorakət- ləşmiş torpaqların müəyyən dövrlərdə uçotu aparılmış və xəritələri də tərtib olunmuşdur. 2012-ci ildə “SPOT-6” Yerin süni peykind- ən çəkilmiş təsvirlərin emalı nəticəsində Kür- Araz düzənliyinin şorlaşma xəritəsi tərtib olunmuşdur. Kür-Araz düzənliyinin şorlaşma xəritəsindən görünür ki, bu ərazinin torpaqla- rının təxminən yarısını orta, yüksək şorlaşmış və şoran torpaq sahələri təşkil edir. Müəyyən edilmişdir ki, 2012-ci ildə Kür-Araz düzən- liyin ərazisində yüksək şorlaşmış və şoran torpaqların sahəsi təxminən 450 min hektara çatır. Kür-Araz düzənliyində aparılmış torpaq tədqiqatları, eləcə də kosmik təsvirlərin emalı nəticələri göstərir ki, düzənliyin başqa ərazilə- rinə nisbətən, Şirvan düzündə torpaqlar daha çox şoranlaşmışdır [4]:





Müəyyən dövrlər ərzində Kür-Araz düzən- liyində meliorativ cəhətdən yaxşılaşdırılmış torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə qaytarılmışdır. Beləliklə, həyata keçirilmiş kompleks meliorativ və aqrotexniki tədbirlər

nəticəsində respublikada mühəndisi-meliora- siya və su təsərrüfatı sistemləri fonunda tor- paqlardan intensiv istifadəsini təmin edə bilən əkinçilik sisteminin inkişafına əlverişli şərait yaradılmışdır.






Suvarılan torpaqların meliorativ vəziyyəti- nə nəzarəti həyata keçirmək, kənd təsərrüfatı məhsulları istehsalı prosesi nəticəsində tor- paqlarda baş verən hidrogeoloji-meliorativ də- yişiklikləri müəyyənləşdirmək, torpaqların şor- laşması, şorakətləşməsi və bataqlaşmasının səbəblərini öyrənmək, onların miqyasını ay- dınlaşdırmaq və qarşısının alınması məqsədi ilə tədbirlər hazırlamaq üçün suvarılan torpaq- ların meliorativ vəziyyətinə sistemli nəzarət təşkil edilməlidir. Suvarma və kollektor-dre- naj şəbəkələrinin texniki vəziyyəti sahələrdə tədqiqatlar aparmaqla müəyyənləşdirilir [2].

Bu məqsədlə ayrı-ayrı suvarma aparılan rayonların torpaqdan istifadə xəritələri hazır- lanır və ərazidə istismar olunan suvarma və kollektor-drenaj şəbəkələri həmin xəritənin üzərində oturdulur. Tədqiqat məqsədi ilə ay- rılmış marşrutlar üzrə suvarma və kollektor- drenaj şəbəkəsinin vəziyyəti barədə qeydiyyat aparılır. Şorlaşmanı və şorakətləşməni müəy- yən etmək məqsədi ilə isə ərazinin xarakterik yerlərindən analiz üçün torpaq və qrunt suyu nümunələri götürülür. Aparılmış müşahidə materiallarına əsasən suvarma, kollektor-dre- naj şəbəkələrinin vəziyyəti qiymətləndirilir, onların yaxşılaşdırılması üzrə tövsiyyələr ha- zırlanır.

Meliorasiya-tikinti qurğularının istismar müddəti qəbul olunmuş normalara görə 30-40 il nəzərdə tutulur. Lakin Kür-Araz düzənliyin- də çəkilmiş əksər kollektor-drenaj şəbəkələri- nin istismar müddəti artıq bir neçə ildir ki, ba- şa çatmışdır. Ona görə də onların əksəriyyəti layihə gücündə işləyə bilmir və yaxud işlət- mək mümkün deyil. Belə bir vəziyyət həmin sahələrin torpaqlarında təkrar şorlaşma prose- sinin getməsinə ciddi təsir göstərir [4].

Hal-hazırda yeni təsərrüfatçılıq şəraitində torpaqların mülkiyyətçiləri və istifadəçiləri onun şorlaşmasına, şorakətləşməsinə, eroziya- ya uğramasına, bataqlaşmasına yol verməmə- lidir. Belə ki, bu məqsədlə vaxtlı-vaxtında şor- laşmış torpaqlarda yuma, şorakətləşmiş tor- paqlarda gipsləmə işləri aparmaqla suvarma rejiminə əməl edilməli və su itkisinə yol veril- məməlidir [2].

Kollektor-drenaj sistemlərinin işlək vəziy- yətdə saxlanılması məqsədi ilə cavabdeh qur- umlar tərəfindən daimi onun işinə nəzarət edilməlidir. Kollektor-drenaj şəbəkəli suvarı-

lan torpaqlarda təkrar şorlaşmanın baş vermə- məsi üçün sistemin bütün istismar dövrü ər- zində işlək vəziyyətdə saxlanılması təmin edilməlidir.




Download 313.21 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling