Elmi redaktor: Rəvcilər: dos. E. N. Kərimo v prof. I. A. Kərimli dos. T.Ş.Şükürov
Download 4.84 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Bazar
- Ağ ləkələr
- Yeni biznes bilikləri - köhnə bazar (əsas səriştələr üstəgəl on yenisi).
- Köhno biznes bilikləri - yeni bazar (ağ ləkələr).
- Yeni biznes bilikləri - yeni bazar (meqa imkanlar).
- Mövzu ll.Firmanm əmtəə çeşidlərinin beynəlxalq marketinqdə optimallaşdırdması Mövzunun planı
0 , sənayedə dövlət standartlarının vahid sistemini tətbiq etmiş və xarici Ticarət və Sənaye Nazirliyi (hazırda iqtisadiyyat, Ticarət və Sənaye nazirliyi) yanında konsultativ (məsləhətçi) orqan sifətində Dövlət Sənaye Standartları Komitəsini təsdiq etmişdir. Onun işləyib hazırladığı standartlar sistemi - Yapon İndustrial Standart (JİS) - tövsiyə xarakterlidir, lakin Yaponiyada firma və sahə standartları hazırlanması zamanı fəal tətbiq edilir. YİS elmin və texnikanın ən yeni nailiyyətlərinə və daxili və xarici bazarın tələblərinə uyğun olaraq daim yenidən müzakirə edilir. Bu qanun məmulatın attestasiyası sistemini və məhsulun YİS tələblərinə uyğunluğunu sübut edən keyfiyyət nişanı (YİS-mark) verilməsini tətbiq etmişdir. 1957-ci ildə ixrac müfəttişliyi haqqında qanun qəbul edilmişdir və hazırda Yaponiyada 40-dan artıq belə keyfiyyət müfəttişlikləri vardır. Yaponiya firmalarında buraxılan məmulatların keyfiyyətinin, istehlakçılardan daxil olmuş reklamasiyalarm və şikayətlərin (iddiaların) təhlili məsələlərinə baxan, firmanın məhsulunun keyfiyyəti və onun yüksəldilməsi metodları haqqında informasiyanı toplayan və təbliğ edən, istehlakçılar və istifadəçilər tərəfindən keyfiyyətə tələbləri öyrənən və marketinq xidmətlərilə sıx əlaqədə işləyən xüsusi təşkilati bölmələr yaradılmışdır. Bundan əlavə, qabaqcıl şirkətlər müəssisənin özünün keyfiyyət standartları işləyib hazırlayır və təkmilləşdirirlər. Onlar bütün yuxarıda göstərilənləri nəzərə alır və həmin şirkətin məhsulunun daxili və beynəlxalq bazarlarda keyfiyyətinə və rəqabət qabiliyyətinin eyniləşdirilmiş səviyyəsi haqqında nadir ticarət təklifi yaradır. Məhsulun beynəlxalq rəqabət qabiliyyətinin və keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi kompleks sisteminə habelə ixrac edilərkən xüsusi əhəmiyyətə malik 121
olan onun sertifikatlaşdırılması daxildir. Məsələn, təyyarələrin və vertolyotların ixracının təşkili beynəlxalq keyfiyyət sertifikatı almadan mümkün deyil. 5. Beynəlxalq rəqabət qabiliyyətinin məhsuldarlıq, məsariflər və qiymət tərkib hissəsi İxrac ticarətinin dünya bazarında tələbin genişlənməsilə artırılması imkanları olduqca məhduddur və daha böyük dərəcədə istehsalın və satışın yüksək keyfiyyət və texniki- iqtisadi xarakteristikaları, səriştəli marketinq və s. kimi amillərlə müə 3 ^ən edüir. Dünya bazarında sənaye məhsullarının qiymətlərinin artması şəraitində ixracın genişləndirilməsi imkanları nöqteyi-nəzərindən o ölkələr daha əlverişli şəraitdə olur ki, onlarda qiymətlərin artması nisbətən az dərəcədə və şirkətin rəqabət mövqeyinin, məhsulun keyfiyyətinin səviyyəsi və marketinq tərkib hissələrinin müasir tələblərinə uyğun şəraitdə baş verir. Xarici ölkələrə mal göndərənlər (eksportçular) rəqabət qiymətini müəyyən edən zaman, ilk növbədə, realizasiya edilən məhsulun istehsal xərclərini, tələbin səviyyəsini və xarakterini, ixrac edilən məhsulun keyfiyyətinin səviyyəsini, habelə həmin malın istehsal xərclərinin dünya bazarında qiymətlərlə müqayisə edilməsinə imkan yaradan milli valyutanın kursunu nəzərə alırlar. Bu zaman ixrac məhsulunun rəqabət qabiliyyətinin ayrı-ayrı elementlərinin rolu daxili və xarici iqtisadi amillərin təsirilə əhəmiyyətli dərəcədə dəyişilir. Yaponiya iqtisadiyyatında istehsal xərclərinin yüksəlməsi, yanacaq-xammal ehtiyatları bazarındakı dəyişikliklərin təsirilə onların strukturunda dərin dəyişikliklər yaranması, böhran meyllərinin kəskinləşməsi yapon korporasiyalarının fəaliyyətinə ciddi təsir göstərmişdir. Bir halda ki, ixraca təsərrüfatdaxili fəallığın saxlanmasının getdikcə daha mühüm vasitəsi kimi baxılmağa başlanmışdır, bir çox yapon şirkətləri xarici bazarlarda öz mövqelərinin möhkəmlənməsinə yönəldilmiş xüsusi tədbirlər görmüşlər. Bu şəraitdə yapon firmalarının idarəçilik strategiyasında əmək məhsuldarlığının artımının yüksək templərinin saxlanmasına xüsusi əhəmiyyət verilmişdir ki, bu da məhsul vahidi hazırlanmasında işçi qüvvəsinə xərclərin nisbətən azalmasını və əsas kapitalla qənaət edilməsini təmin etməklə yapon mallarının yüksək rəqabət qabiliyyətinin əsas səbəblərindən biri olmuşdur. Malın istismar xüsusiyyətlərinə və xarakteristikalarına artan tələblərlə, habelə buraxılan məhsulun tez yeniləşdirilməsi tələblərilə əlaqədar olaraq hazırda rəqabət qabilİ 3 ^ətinin malın keyfiyyəti və yeniliyi, texniki səviyyəsi və konstruksiya xüsusiyyətləri, kontrakt şərtlərinə ciddi riayət edilməsi, satışdan sonrakı xidmət və s. kimi konkret əmtəə bazarlarının və onların ayrı-ayrı seqmentlərinin tələblərinin diqqətlə öyrənilməsinə əsaslanmış amilləri getdikcə daha mühüm rol oynayırlar. Digər ölkələrdə universal ticarət firmaları və onların nümayəndəlikləri vasitəsilə realizasiya kanallarının təkmilləşdirilməsi və özünün xüsusi şöbələrinin və filiallarının şəbəkəsinin yaradılması yolu ilə satış şəbəkəsinin genişləndirilməsi getdikcə daha böyük rol oynayır. Hazırda inkişaf etmiş bazar iqtisadiyyatı olan aparıcı ölkələrdə yapon şöbələrinin və onlarda işləyən qulluqçuların sayı Yaponiyanın özündəki xarici nümayəndəliklər üçün analoji göstəricidən bir neçə dəfə artıqdır. Xarici bazarlarda mübarizənin kəskinləşməsi yapon firmalarını istehsalın təkmilləşdirilməsinə və fəhlələrin (işçilərin) əməyinin keyfiyyətinə qarşı tələblərin daha da sərtləşdirilməsinə vadar edir. İri (böyük) biznesin həmin siyasəti 80-ci illərdə və 90-cı illərin əvvəlində, 122
necə deyirlər, qısaldılmış istehsal proqramlarının həyata keçirilməsində konkret ifadəsini tapmışdır. Ona uyğun olaraq istehsalın daha da intensivləşdirilməsilə yanaşı, müəssisələrdə “artıq” işçi qüvvəsinin azad edilməsi, istehsal güclərinin bir hissəsinin ləğv edilməsi və dondurulması və kapital qoyuluşlarının istehsal xərclərinin azaldılması və bununla da əlavə rəqabət üstünlükləri təmin edilməsi məqsədilə yeni texnologiyaların işlənib hazırlanmasına və tətbiqinə yönəldilməsi nəzərdə tutulmuşdu. Belə siyasət 1992-1994-cü illərdə Yaponiya iqtisadiyyatının məruz qaldığı iqtisadi böhranın aradan qaldırılması məqsədilə məcburi tədbir kimi aparılmışdır. 6. Beynəlxalq rəqabət qabiliyyətinin elmi-texniki tərkib hissəsi və ETTKİ-nin beynəlmiləlləşdirihnəsi Transmilli şirkətlər elmi-texniki rəqabət sahəsində mövqelərinin möhkəmləndirilməsi, böyük iqtisadi effekti və istehlakçı üçün dəyəri olan yeni məhsul növlərdə bazarlara çıxış imkanlarının genişləndirilməsi və artıq buraxılmaqda olan məmulatların lazımi səviyyədə çatdırılması məqsədilə xüsusi proqramlar çərçivəsində ETTKİ-nə böyük diqqət yethirlər. Şirkətlərin qloballaşmasının mühüm istiqamətlərindən biri istehsal bazası ilə yanaşı, elmi-tədqiqat bazasının da digər ölkələrə köçürülməsi, ETTKİ-nə yalnız ana (baş) şirkətlərin fəaliyyətinin tərkib hissəsi kimi baxıldığı sxemdən kənarlaşma olmuşdur. Əsas baza ölkələrində özlərinin elmi-tədqiqat mərkəzlərinin və laboratoriyalarının yaradılması xarici filialların və törəmə şirkətlərin transmilli şirkətlərin (TMŞ) inkişafının ümumi konsepsiyası əsasında özlərinin investisiya və ticarət strategiyasını müstəqil həyata keçirən regional inteqrasiya edilmiş (birləşmiş) komplekslərə transformasiyası prosesini gücləndirir. Elmi-tədqiqat bazasının xarici filialların və fıliallaşdırılmış şirkətlərin çərçivəsinə daxil edilməsi ETTKİ istiqamətində əhəmiyyətli dəyişikliklərlə də müşayiət olunur. Əvvəlki illərdə bu fəaliyyət əsas etibarilə istehsalın qaydaya salınması üçün lisenziya xidmətləri və nou-hau təqdim edilməsini, kapitalı qəbul edən ölkələrin bazarlarında satışların genişləndirilməsi, habelə yerli istehsal bazasının yaradılması üçün ticarət infrastrukturunun və şəbəkələrinin inkişafını, istehsal avadanlığının modifıkasiyasım əhatə edirdi. Hazırda elmi-tədqiqat fəaliyyətinin nəticələrinin törəmə şirkətlərin istehsal tələblərinə yaxınlaşmasına, buraxılan məhsulun yerli bazarın tələbatına daha tez uyğunlaşdırılması məqsədilə yeni tədqiqatların həyata keçirilməsinə yönəldilmiş ETTKİ-nin fəallaşması baş verir. Eyni zamanda məhsulun yeni modifıkasiyalarınm yaradılması ilə yanaşı, korporasiyaların ümumi istehsal və satış proqramlarına əsaslanan ən perspektivli eimtutumlu texnologiyalar sahəsində tədqiqatları genişləndirən elmi-tədqiqat mərkəzləri getdikcə daha çox inkişaf edir. 7. Biznes bilikləri - dünya bazarında malın və firmanın rəqabət mövqeyinin əsasıdır Şirkətin biznes bilikləri və ya biznes səriştəsi, işgüzarlıq qabiliyyəti, biznes aparılması təcrübəsi, əsas və spesifik funksiyalar sahəsində menecmentinin keyfiyyəti şirkətin beynəlxalq, o cümlədən dünya bazarlarında rəqabət qabilİ 5 ^^ətinin əsasını təşkil edir. Keyfiyyətli biznes bilikləri xarici ölkələrin istehlakçılarına şübhəsiz üstünlüklər və istehlak dəyərləri təklif etmək imkanı yaradır, şirkətin əsas səriştəsinin müstəsnalığını nəzərdə tutur və gələcəkdə yeni bazarlara yol açılmasını, onun gələcək 123
inkişafını təmin edir. Biznes texnologiyalar idarəçilikdə, marketinqdə, informasiya təminatında, istehsal prosesi texnologiyalarında, elmi-texniki araşdırmalarda və digərlərində sistemləşdirilmiş, təcrübə ilə təqdim edilmişdir. İ.Ansoffun “bazar-mal” matrisası ilə analogiya üzrə tərtib edilmiş Q.Hemelin və K.Prahaladanın “Biznes bilikləri - bazar” matrisasına (şəkil 10.3) uyğun olaraq hər şirkət bazarın növündən (yeni və ya köhnə) asılı olaraq öz biznes biliklərini necə inkişaf etdirmək məsələsini həll etməlidir. Bu zaman dörd variant mümkündür; •
•
Yeni biznes bilikləri - köhnə bazar (əsas səriştələr üstəgəl on yenisi); •
Köhnə biznes bilikləri - yeni bazar (ağ ləkələr); •
Yeni biznes bilikləri - yeni bazar (meqa imkanlar). Bazar
Köhnə biznes bilikləri - köhnə bazar (boşluqlarm” doldurulması). Bu strategiya biznesin aparılmasının mövcud texnologiyalarından daha səmərəli istifadə edilməsi yolu ilə mövcud bazarların təkmilləşdirilməsinin, optimallaşdırılmasınm hansı imkanları olması məsələsinin həllini nəzərdə tutur. Bu halda şirkətin bir biznes vahidi (xarici filial, bölmə) biliklərini digərlərilə bölüşdürür. Şirkətin bölmələri arasında ideyalar axını dövr edir. Belə strategiya asan həyata keçirilir və az risklidir. Yeni biznes bilikləri - köhnə bazar (əsas səriştələr üstəgəl on yenisi). Həmin strategiya rəqabət qabiliyyətinin saxlanması və yüksəldilməsi məqsədilə mövcud bazarlarda hansı yeni işgüzarlıq səriştələri tələb ediləcəyi sualına cavabı nəzərdə tutur. Şirkət yeni biznes bilikləri və işgüzarlıq səriştəsinə yiyələnmə hesabına artıq mənimsənilmiş bazarlarda lider olaraq qalmaq vəzifəsini qarşısında qoyur. Belə strategiya əlaqədar yeni biznes sahələrini səmərəli genişləndirmək, məsələn, nəinki yalnız dərmanlar istehsal etmək, həm də müalicə üzrə məsləhətlər (tibbi konsaltinq) həyata keçirmək imkanı yaradır.
biliklərindən və idarəçilik səriştəsindən istifadə etməklə yeni malları və xidmətləri və yeni xarici bazarların daxil edilməsi hesabına özünün əmtəə nomenklaturasmm və bazarların coğrafiyasının optimallaşdırılması yollarını müəyyən edir. Beləliklə, şirkət mövcud səriştəsindən yeni bazarda istifadə edilməsinin yeni üsullarını axtarır. Məsələn, Sony şirkəti Walkman texnologiyasını həyata keçirilməsi üçün özünün maqnitofonlar və qulaqlıqlar istehsalı ilə məşğul olan törəmə şirkətlərinin və filiallarının müəssisələrinə vermişdir.
cəlbedici bazarların (həm bazar, həm də regional nöqteyi-nəzərindən) öyrənilməsi üçün lazım olan yeni biznes bilikləri aşkar edir. Həmin strategiya riskli, lakin yüksək 124
gəlirli hərəkətlərlə səciyyələnir və yeni biznes sahələri mənimsənilməsini nəzərdə tutur. Bu zaman yeni biznes biliklərinə və yeni bazarlara az xərclərlə yol açılmasına nail olmaq məqsədilə ən perspektivli sahibkarlıq fəaliyyəti sahələrinin və dairələrinin, strateji alyans, ittifaq, birləşmə, qazanma üçün optimal tərəfdaşların müəyyən edilməsi son dərəcə vacibdir. Yeni biznes səriştələri (kompetensiyaları) daha çox aşağıdakılar kimi mənbələrin hesabına qazanılır: •
üzərində işləyərkən yeni lazımi biznes layihələrini aşkar edirlər və sistemləşdirirlər; •
Ixtisasıartırma kurslarında, biznes məktəblərində təhsil alınması, keyfiyyət dərnəklərin işində iştirak edilməsi və s. yolu ilə kadrların hazırlanması və yenidən hazırlanması; •
yetirilən vəzifələrin dəstini dəyişdirən iş yerləri üzrə şəxsi heyətin yerdəyişməsini nəzərdə tutur, bu da işin yerinə yetirilməsində mühafizəkarlığı azaldır və əməkdaşların işgüzar erudusiyasmı və biznes səriştəsini genişləndirir; •
ən yaxşı ali məktəblərin ən yaxşı məzunlarının işə qəbul edilməsi; •
aparıcı universitetlərlə onların elmi-tədqiqat və təcrübə-konstruktor işlərindən istifadə edilməsi, öz biznes biliklərinin təkmilləşdirilməsi üçün xarici qabaqcıl təcrübəni, bacarığı və texnologiyaların mənimsənilməsi məqsədilə əməkdaşlıq edilməsi; •
patentlər və lisenziyalar alınması, digər şirkətlərin və təşkilatların araşdırmalarından və təcrübələrindən istifadə edilməsi üçün onların mübadiləsi; •
alınması və hökumət kontraktları bağlanması; •
alıcılarla - istehlakçılarla, vasitəçilərlə və mal göndərənlərlə onların biznes biliklərinə yol tapmaq məqsədilə tərəfdaşlıq münasibətləri qurulması; •
•
yeni biznes biliklər qazanılması məqsədilə digər şirkətlərin səhmlərin bir hissəsinin alınması; •
strateji ittifaqlar və alyanslar (birliklər) yaradılması və ya artıq yaradılmışlara, xüsusilə müvəffəqiyyət qazananlara birləşmə, bu yeni biznes biliklərə yol açılmasına imkan verəcəkdir.
Qlobal, dünya biznes mədəniyyətinə, danışıqlar aparılması, beynəlxalq kontraktlar və sazişlər bağlanması regionlarını və xarici ölkələrin biznes mədəniyyətinin xüsusiyyətlərini bilmək beynəlxalq rəqabət qabiliyyətinin mühüm tərkib hissəsidir. Bu halda kross-mədəni təhlil böyük kömək göstərir, o, nəinki yalnız bu və ya digər xarici ölkənin biznes mədəniyyətinin, həm də onun ümumi mədəniyyətinin və bazarın ayrıca seqmentinin submədəniyyətinin xüsusiyyətlərini aşkar etmək imkanı yaradır. Bu məsələlərdə səriştəliliyini artırmaq üçün müvəffəqiyyətli şirkət müxtəlif xarici ölkələrlə işgüzar əlaqələrin təşkili məsələləri üzrə yüksək ixtisaslı mütəxəssislər ştatına malik olur, yaxud onun dəvət edilən ekspertlərin müvafiq məsləhətlərini almaq 125
imkanları olur. Xarici ölkələrin və dünyanın ümumi və biznes mədəniyyətinə yiyələnmək yalnız xarici dilləri deyil, həm də müvafiq tarixi, ədəbiyyatı, iqtisadiyyatı, incəsənəti, etnoqrafiyanı, adətləri və ənənələri bilməyi nəzərdə tutur. Bu məsələlərin qeyri-qənaətbəxş öyrənilməsi şirkətin dünya və milli bazarlarda rəqabət mövqeyində ciddi itkilərə səbəb ola bilər. Ölkənin reytinqinin, iqtisadi və siyasi vəziyyətinin rəqabət gücünün, bütövlükdə onun biznesinin imicinin (nüfuzunun) şirkətin və onun mallarının dünya bazarında rəqabət qabiliyyətinə göstərdiyi təsiri yaddan çıxartmaq olmaz. Bu bizim respublikamızda 1980-ci illərin ortaları - üçüncü minilliyin birinci onilliyi dövründə islahatlar aparılmasının nəticəsində müşahidə edilə bilən vəziyyətlə təsdiq olunur. Respublikada soaial-iqtisadi vəziyyət zəifləmişdi, beynəlxalq biznesdə aşağı imici (nüfuzu) olan subyektlərin iştirak etməsi bütövlükdə Azərbaycan biznesinin dünya bazarlarında qəbul edilməsi üçün əlverişsiz mühit yaratmışdı, bu da ayrı-ayrı şirkətlərin və müəssisələrin rəqabət qabiliyyətinin səviyyəsinə mənfi təsir etməyə bilməzdi. Bundan əlavə, bu məsələdə ölkələrin rəsmi qeydiyyata alman kredit reytinqlərini nəzərə almaq lazımdır. O, dövlətin və onun şirkətlərinin beynəlxalq biznes üzrə tərəfdaş kimi mötəbərliyinin və ciddiliyinin səviyyəsini göstərir.
1 . 4. 5.
6 . 7. 8 . 9. 9.
11 .
12 .
13. Malın və firmanın rəqabət qabiliyyəti - mütləq yoxsa nisbi anlayışdır? Cavabınızı əsaslandırın. Malın əsas və əlavə xüsusiyyətlərinə nə aid olmasını misalla nümayiş etdirin. Onlardan hansıları rəqabət qabiliyyəti mövqeyindən ən böyük əhəmiyyətə malikdir? Malın beynəlxalq rəqabət qabiliyyətinin əsas tərkib hissələrini sadalayın və konkret misallarla onların xarakteristikasını verin. Dünya bazarlarında malların keyfiyyətinin yüksəldilməsinin hansı sistemləri Sizə məlumdur? Beynəlxalq keyfiyyət standartı ISO seriya 9000 (2000/2001) nə ilə səciyyəvidir? “Dünya standartları səviyyəsində mallar” nə qədər yüksək rəqabət qabiliyyətinə malikdir? Sizə məlum olan milli keyfiyyət standartlarından misallar gətirin. Müasir marketinqdə qiymət və qeyri-qiymət rəqabətinin xüsusiyyətləri və əhəmiyyəti. Beynəlxalq rəqabət qabiliyyətinin təmin edilməsində qiymətin rolu. Beynəlxalq rəqabət qabiliyyətinin təmin edilməsində innovasiyanm rolu. “Biznes bilikləri” anlayışının şərhini verin. Q.Hemelin və K.Prahaladanm “Biznes bilikləri - bazar” matrisasmm dünya bazarında şirkətin işinin optimallaşdırılması üçün əhəmiyyəti nədən ibarətdir? Biznes mədəniyyəti malın və firmanın beynəlxalq rəqabət qabiliyyətinin səviyyəsinə necə təsir göstərir? Respublikada yenidənqurma Azərbaycanın, onun şirkətlərinin və mallarının rəqabət qabiliyyətinin səviyyəsinə necə təsir göstərmişdir? Cavabı misallarla əsaslandırın. 126
Mövzu ll.Firmanm əmtəə çeşidlərinin beynəlxalq marketinqdə optimallaşdırdması Mövzunun planı 1.
Firmanın ixracının (idxalının) çeşidlər “şəbəkəsi”. 2.
İxrac (idxal) mal çeşidlərinin optimallaşdırılması və malın həyal dövrü. 3.
Beynəlxalq bazarda malların həyal dövrünün klasler ləhlili və kumulyaliv əyri üzrə çeşidlərin oplimallaşdıniması. 4.
ixlisaslaşma siralegiyalan və onların oplimallaşdıniması. 5.
Beynəlxalq markelinqdə malların çeşidlərinin oplimallaşdırılmasmda konqlo- meralhq, sinergiya və emercenllik prinsipləri. 1. Firmanın ixracının (idxalının) çeşidlər “şəbəkəsi” İdarəçiliyin beynəlxalq markelinq konsepsiyası prinsiplərilə işləyən müasir firmalar nəinki keyfiyyəlcə yeni və ya lokmilləşdirilmiş malların hazırlanmasını vo beynəlxalq bazarlarda meydana çıxmasını ləmin edir, həm də oplimal xarici licarəl (ixrac və ya idxal) əmləə çeşidlərinin (assorlimenlini) (producl mix) və malların modellərinin və modifıkasiyalarm paramelrik sırasını (producl line) formalaşdırır (şəkil 11.1). Firma üçün yalnız bir malın və ya onun növünün buraxılmasına və ixracına isliqamətlənmək olduqca ləhlükəlidir, çünki o, firmanın sahibkarlıq fəaliyyəlini xüsusilə zəiflədir və bazar konyuklurası pisləşən halda onun iflası qorxusu ola bilər. Lakin dar ixrac (idxal) nomenklalurasma əsaslanaraq, şirkəl coğrafi cəhəldən müxləlif xarici bazarlarda işləməklə özünü ləhlükədən qoruya bilər. Belə vəziyyəlin zəifliyinə yol verilməməsi üçün şirkəllər yeni malların fasiləsiz buraxılmasına, onların öz ixrac (idxal) sırasına quraşdırılmasına gedirlər, xarici licarəl nomenklalurasmı oplimal surəldə genişləndirirlər. Eyni zamanda azalma mərhələsində olan mallar bazardan çıxarılır, yəni beynəlxalq markelinq sahəsində çeşidlər (assorlimenl) siyasəlinin əsas vəzifəsi - firmanın əmləə nomenklalurasının və onun paramelrik sıralarının yeniləşdirilməsi və oplimallaşdırılmasıdır. Xarici licarəl nomenklalurası formalaşdırılan zaman malların çeşidlərinin genişliyi (malların ixracda və ya idxalda çeşidlər qruplarının sayı), onun dolğunluğu (malların ümumi sayı), dərinliyi (çeşidlər qrupu və ya malların all növlərinin və modifikasiyalarının paramelrik sırası çərçivəsində malların sayı), həmahəngliyi (müxləlif çeşidlər qrupundan olan mallar arasında yaxınlıq dərəcəsi), MHD-nün (malın həyal dövrünün) və beynəlxalq MHD-nün əlaqəliliyi və oplimalhgı böyük əhəmiyyələ malikdir. 127
1
2
3
la
Ib
Ic I - VI - mallann parametnk sıralan (proAıct line) mallann növləri; 128
|
ma'muriyatiga murojaat qiling