Elmi redaktor: Rəvcilər: dos. E. N. Kərimo v prof. I. A. Kərimli dos. T.Ş.Şükürov


Download 4.84 Mb.
Pdf ko'rish
bet15/62
Sana28.01.2018
Hajmi4.84 Mb.
#25475
1   ...   11   12   13   14   15   16   17   18   ...   62

2.

 

Ölkənin beynəlxalq rəqabət reytinqi 

Xarici  bazarların  mənimsənilməsi  və  öyrənilməsində  müxtəlif  beynəlxalq  təşkilatlar 

tərəfindən  ölkələrin  rəqabət  qabiliyyəti  reytinqini  illik  nəşrlərinin  öyrənilməsinə  diqqət 

etmək lazımdır. Xüsusilə beynəlxalq rəqabət sorğu kitabından istifadə etmək əlverişlidir. Bu 

sorğu  kitabını  Lozannadakı  «İnkişaf  və  idarəetmə»  Beynəlxalq  Universitetindo(İMD) 

aparılan tədqiqatlar əsasında nəşr edilir. İllik nəşrdə xarakterizə olunan ölkələrin sayı daim 

artır. Belə ki, 1998-ci ildə ora 46 dövlət, 1999-cu ildə 47 dövlət ,2003-cü ildə isə 49 dövlət 

əlavə olunmuşdur. Lozanna Universitetinin tədqiqatları nəticəsində yaranan reytinq İMD-nin 

tərtib  etdiyi  reytinq  293  kriteriyaya  əsasən  tərtib  edilir  və  4  bölməyə  ayrılır:  hökumətin 

effektivliyi, təhsilin keyfiyyəti, infrastrukturun və idarəetmənin səmərəliliyi. 

Göstəricilərin 2/3-ni TMD beynəlxalq, o cümlədən region və milli statistikadan götürür. 

Öz növbəsində 1/3-ni isə reytinqi müəyyənləşdirilən ölkənin iqtisadçı və menecerlərindən 

sorğu keçirməklə alırlar. İMD tərəfindən hazırlanmış anket sorğu soru- şulanlardan ölkənin 

rəqabət qabiliyyətini bu və digər aspektdən 6 balhq şkala ilə qiymətləndirməyi tələb edirlər. 

Yerlərdə  anketləşdirməklə  İMD-nin  partnyorları  məşğul  olurlar.  2004-cü  ildə  38  belə 

partnyor mövcuddur. 

Dünya  ölkələrinin  2004-cü  ildə  nəşr  olunmuş  rəqabət  qabiliyyəti  reytinqi  aşağıdakı 

kimidir. 

93 


Cədvəl 8.1 

Rəqabət qabiliyyətli reytinq 

Ölkələr


 

2003-cü ildə yeri

 

2004-cü ilə görə yer dəyişməsi



 

1. ABŞ


 

1.

 



0

 

2. Sinqapur



 

2.

 



0

 

3. Finlandiya



 

3.

 



+1

 

4. Lüksenbıırq



 

4.

 



+2

 

5. Niderland



 

5.

 



+2

 

6. Honkonq



 

6.

 



+6

 

7. İrlandiya



 

7.

 



+2

 

8. İsveçrə



 

8.

 



+6

 

9. Kanada



 

9.

 



-1

 

10. İsveç



 

10.


 

+3

 



11. Avstraliya

 

11.



 

-1

 



12. Almaniya

 

12.



 

+ 1


 

13. İslandiya

 

13.


 

-4

 



14. Avstriya

 

14.



 

+ 1


 

15. Danimarka

 

15.


 

-2

 



16. İzrail

 

16.



 

+5

 



17. Belgiya

 

17.



 

+2

 



18. Tayvan

 

18.



 

+2

 



19. Böyük Britaniya

 

19.



 

-3

 



20. Norveç

 

20.



 

-3

 



21. Yeni Zelandiya

 

21.



 

-3

 



22. Estoniya

 

22.



 

-

 



23. İspaniya

 

23.



 

0

 



24. Çili

 

24.



 

+ 1


 

25. Fransa

 

25.


 

-3

 



26. Yaponiya

 

26.



 

-2

 



27. Macarıstan

 

27.



 

-1

 



28. Cənubi Koreya

 

28.



 

0

 



29. Malayziya

 

29.



 

-2

 



30. Yunanıstan

 

30.



 

+ 1


 

31. Braziliya

 

31.


 

0

 



32. İtaliya

 

32.



 

0

 



33. Çin

 

33.



 

-3

 



34. Portuqaliya

 

34.



 

-4

 



35. Çexiya

 

35.



 

+5

 



36. Meksika

 

36.



 

-3

 



37. Slovakiya

 

37.



 

-

 



38. Tayland

 

38.



 

-

 



39. Slovakiya

 

39.



 

-3

 



40. Filippin

 

40.



 

-3

 



41. Hindistan

 

41.



 

-2

 



42. CAR

 

42.



 

+ 1


 

43. Argentina

 

43.


 

-1

 



44. Türkiyə

 

44.



 

-2

 



45. Rusiya

 

45.



 

+2

 



46. Kolumbiya

 

46.



 

-1

 



47. Polşa

 

47.



 

-9

 



48. Venesuela

 

48.



 

-2

 



49. İndoneziya

 

49



 

-5

 



Öz növbəsində Ümumdünya İqtisadi Forum (ÜİF), Harvard Universiteti (HU) 1986-cı 

ildən  dünya  ölkələrinin  illik  rəqabət  qabiliyyəti  reytinqini  tuturlar.  Reytinq-  ləşdirilən 

ölkələrin tərkibi İMD-nin reytinqi kimi daim əlavə olunur. Məsələn, 2003- 

94 


cü üdə «Dünya rəqabət qabüiyyəti haqqında» məruzədə 95 ölkə təqdim olunmuşdur. 2000-ci 

ildə bu 58 idi. ÜİF-n və HU-nin metodikası əsasında hər bir ölkə üçün 8 kompleks rəqabət 

qabiliyyətü  amil  müəyyənləşdirilib:  açıqlıq,  dövlət,  maliyyə,  infrastruktur,  texnologiya, 

idarəetmə, əmək, institutlar. Hər bir kompleks faktor bir sıra işçi göstəricilərdən seçilərək 

əldə olunur. Bu işçi göstəricüərin sayı 16-dan 24-ə qədər dəyişir. 

Növbəti cədvəldə ÜİF-un 54 ölkənin qiymətləndirilməsindən seçilmiş 11 dövlətin qlobal 

RQ-i (reqabet qabiliyyəti) ilə mikro raqəbat qabiliyyəti indeksinin müqayisəsi verilmişdir. 

Cədvəl 8.2 

Qlobal rəqabət reytinqi ilə mikro rəqabət qabiliyyəti indeksinin müqayisəsi 

Ölkələr


 

Mikro RQ-də yeri

 

Qlobal RQ-də yeri



 

ABŞ


 

2

 



1

 

Böyük Britaniya



 

8

 



9

 

İsyeçrə



 

7

 



13

 

Almaniya



 

3

 



15

 

Noryeç



 

20

 



16

 

Yaponiya



 

14

 



21

 

Koreya



 

27

 



29

 

İtaliya



 

24

 



30

 

Kitay



 

44

 



41

 

Rusiya



 

52

 



55

 

ÜİF  (ümumdünya  iqtisadi  forum)  rəqabət  qabiliyyətli  indekslərini  tərtib  edərkən  4600 



kampaniya  rəhbərləri  ilə  sorğu  keçirmişlər.  Tədqiqatçılar  sahibkarların  ölkədəki 

mikrosabitlik,  tənzimləyici  normaların,  qanunçuluğun  keyfiyyəti,  texnologiyanın  inkişaf 

səviyyəsi haqqında fikirləri maraqlandıran sorğuların nəticəsində iki indeks hazırlanır. Cari 

rəqabət  qabiliyyəti  indeksi  (Current  Competitiverues  Index-CCI)  və  perspektiv  rəqabət 

qabiliyyəti indeksi (Grows Compc titivenes Index - GCI). 

CCI indeksi ilə ölkənin rəqabət qabiliyyətini hazırki vəziyyətdə, GCI indeksi ilə 5 illik 

perspektivdə rəqabət qabiliyyəti qiymətləndirirlər. 

«Məruzənin» müəlliflərinin fikrinə görə onların tədqiqatlarının nəticələri, hər bir ölkənin 

zəif və güclü tərəflərini aşkara çıxarmağa imkan verir. 

3.

 

Beynəlxalq bazarlarda rəqabət mübarizənin xüsusiyyətləri 

«Ədalətli ticarət» konsepsiyası.  «Ədalətli ticarət» konsepsiyası ABŞ-da 70-ci illərdən 

formalaşır və inkişaf edir (Y.Vayner, V.Keybl, L.Anyel və b). Bu konsepsiyanın elementləri 

ABŞ-m  qanunçuluğunda  70-ci  illərdən  ortaya  çıxır.  ABŞ  hələ  indiyədək  başqa  ölkələr 

tərəfindən ciddi etirazlara baxmayaraq, ticarət siyasətində əsas istiqamət kimi ədalətli ticarət 

ideyasında qalır. 

«Ədalətli  ticarət»  prinsipləri,  idxalçı  ölkələri  ixracatçı  ölkələrin  daxili  iqtisadi 

siyasətindən  asılı  olaraq,  ticarət  məhdudİ

3

Ayətləri  qəbul  etməyə  sövq  edir.  Belə  bir 

yanaşmanın əsasında belə bir fərziyyə durur ki, haqlı rəqabət ancaq bu və ya digər dərəcədə 

eyni  şəraitdə  fəaliyyət  göstərən  müəssisələr  arasında  mövcuddur.  Müəssisələrin  rəqabət 

qabiliyyəti bu və ya digər dərəcədə onun yüksəldilməsinə təsir edir. Dövlətin siyasəti, istehsal 

vasitələrindən istifadə qaydaları nöqteyi-nəzərindən gərək bərabər əhəmiyyətli olsun. 

Dövlətin  qeyri-bərabər  siyasəti  nəticəsində  bu  və  ya  digər  malın  rəqabət  qabiliyyə- 

tindəki xüsusi üstünlüyünə səbəb olan tipik faktorlar aşağıdakılardır; 

95 


-

 

məcburi və uşaq əməyindən istifadə; 



-

 

minimum  əmək  haqqına  münasibətdə  standartların  iş  vaxtının,  əməyin 



təhlükəsizliyinin, işçilərin sağlamlığının qorunmasının pozulması; 

-

 



əməyin ödənilməsində qadınların diskriminasiyası; 

-

 



işçilərin hüquqlarının həmkarlar ittifaqının yaradılmasında və kollektiv müqavilələrin 

bağlanmasında pozulması; 

Ədalətli ticarət konsepsiyasının xeyirinə aşağıdakı əsas arqumentlər gətirilir; 

a)

 



Onun  tərəfdarları  idxal  məhdudiyyətlərinə  ticarət  partnyorlarına  öz  idxal 

məhdudiyyətlərini zəiflətməyə məcburetmə vasitəsi kimi baxırlar; 

b)

 

beynəlxalq  ticarət  sisteminə  vahid  milli,  qlobal,  hüquqi  və  iqtisadi  sistem  kimi 



baxmaq. Bu ölkələrdən siyasət və iqtisadiyyat və hüquq sahəsində müəyyən standartların 

yerinə yetirilməsini tələb edir. 

Qeyd  etmək  lazımdır  ki,  ÜTT/TTBR-mn  qaydalarına  əsasən  idxal  məhdudiyyətləri, 

«ədalətli  ticarət»ə  uyğun  olaraq  yolverilməzdir.  Konsepsiya  əlehdarlarınm  ən  sambal-  h 

arqumenti  odur  ki,  yeni  ticarət  maneələri  «ədalət  ticarət»  tərəfdarları  tərəfindən  tətbiq 

olunması beynəlxalq iqtisadi cəmiyyətin ümumi tendensiyası onların kənarlaş- dırılmasına 

yönəldilir. 

BMT-nin  baş  katibi  Kofi  Ananın  dediyinə  görə  AİB  ölkələri,  öz  lİMM-nin  6-7%-ni 

bütün mümkün himayəçilik tədbirlərinə sərf edir. 

TTBR (Ticarət və Tariflər üzrə Ali razılıq) Beynəlxalq Ticarət praktikasında və müasir 

nəzəriyyədə «sosial dempinq», «iqtisadi dempinq» anlayışlarından istifadə olunur. Bu çox 

vaxt  ixracatçı  ölkənin  sosial  və  iqtisadi  ekoloji  fəaliyyətində  aşağı  standartlardan  istifadə 

olunarkən  baş  verir.  Əksər  hallarda  göstərilən  sferalar  dempinq  anlayışı  ilə  bağlı  ola 

bilməzlər, çünki dempinqin əsasını təşkil edən daxili və xarici bazar arasındakı asimmetriya 

elementləri bu halda yoxdur. 

«Ədalətli ticarət»in doğma konsepsiyası «İdarə olunan ticarət» və ya «Ticarətin strateji 

nəzəriyyəsi»dir  (L.Turou).  Onun  fikrinə  görə,  Yaponiyadan,  Qərbi  Avropadan,  inkişaf 

etməkdə olan ölkələrdən malların amerikan bazarına daxilolmasının artan sürəti ABŞ-ı milli 

sənayeni qorumaq strategiyasını işləyib hazırlanmağa vadar edir. L.Turou hesab edir ki, bir 

çox  sahələrin  xarici  rəqabətdən  qorunmağa  ehtiyacı  var.  Başqa  sahələr  isə  xarici 

kampaniyalar  ilə  effektiv  rəqabət  perspektivində  və  mo-  dernləşdirmədə  dəstəklənməsini 

tələb edirlər. Yeni yaradılmış sahələrin də dəstəyə ehtiyacı olur. 

Bir  sıra  dövlətlər  firmalara  münasibətdə  aktiv  proteksionist  ölçülər  götürürlər. 

L.Turouya görə ABŞ-m bir sıra rəqibləri idarə olunan ticarət siyasətini artıq çox illər ərzində 

həyata keçirirlər. 

2003-cü ildə dünya ixracının 54% ABŞ-a AİB-də (AİB-in öz daxilindəki ticarət nəzərə 

alınmadan) Yaponiyaya, Kanadaya istiqamətlənir. 

Bununla  belə,  dünya  bankının  göstəricilərinə  görə  kasıb  ölkənin  taciri  inkişaf  etmiş 

ölkənin  orta  tacirinə  nisbətən  2  dəfə  artıq  ticarət  təhlükələrini  dəf  etməli  olur.  İnkişaf 

etməkdə olan ölkələrdən idxal gömrük rüsumu, iqtisadiyyatı inkişaf etmiş ölkələrə nisbətən 

təqribən  4  dəfə  yüksəkdir.  İlk  növbədə  bu,  kənd  təsərrüfatı  mallarına  (xüsusən  AİB  və 

Yaponiya), tikili mallara, geyimə, ayaqqabıya aiddir. 

ABŞ  son  5  ildə  3  dəfə  ucuz  işçi  qüvvəsi  olan  ölkələrdən  toxuculuq  mallarının 

gətirilməsinə  məhdudiyyət  qoymuşdu  (Kosta-Rika,  Hindistan,  Pakistan).  Bu  halda  ÜTT- 

u(Ümümdünya  Ticarət  Təşkilatı)  ABŞ-dan  toxuculuq  mallarına  qoyulan  kvotaların 

götürülməsini tələb edir. 

96 


4.

 

Haqsız rəqabətin xarakterik cəhətləri və onlarla mübarizə metodları 

Haqsız  rəqabət  anlayışı  altında  adətən  elə  rəqabət  nəzərdə  tutulur  ki,  onun  nəticələri 

bazarda qəbul edilmiş, qoyulmuş norma və qaydaları pozur. 

Haqsız rəqabət formalarına daxildir: 

-

 

dempinq; 



-

 

bazarda üstünlük təşkil edən qaydaların bilərəkdən pozulması; 



-

 

kommersiya şərtlərində qiymətin diskriminasiyasmdan istilu,də etmək; 



-

 

torqlarda gizli razılaşmalar; 



-

 

alıcını çaşdırmaq məqsədi ilə yalan məlumat və reklamdan istifadə; 



-

 

rəqibin mallarının qeyri-qanuni surətini çıxarmaq. 



Bu  sıradan  olan  rəqabət  mübarizəsinə  vəzifəli  şəxsin  rüşvətlə  alınması  məqsədi  ilə 

korrupsiya da aiddir. Bununla guya onlar öz rəqabət mövqelərini möhkəmləndirirlər. 

Saydığımız rəqabət mübarizəsi metodları beynəlxalq iqtisadi birliklər tərəfindən, bazar 

münasibətlərinin tənzimlənməsi üzrə, qiymətli kağızlar ilə əməliyyatlar üzrə, monotoliyalara 

nəzarət  üzrə  qanunlara  görə  qadağan  olunurlar.  Məhdud  İşgüzar  Praktika  (MİP)  dedikdə, 

(Restrictive Business Praktice - RBP) müəssisənin, hər şeydən əvvəl TMK-nın davranışı və 

ya fəaliyyəti başa düşülür ki, onların bazarda ağalıq etməsinə və bu hala bilərəkdən ziyan 

vuranların əmələ gəlməsinə gətirib çıxarır. BMT-nin 1980-ci ildə Ali Assambleyası 35/63 

dərkənarh  -  çoxtərəfli  razılaşdırılmış  ədalətli  prinsiplər  və  MİP-ə  nəzarət  üzrə  qaydaların 

külliyyatını qəbul etdi. 

BMT-nin  rezalyusiyası  MİP-i  müəssisənin  davranışı  və  fəaliyyəti  kimi  kvalifikasiya 

edir.  MİP-ya  nəzarət  üzrə  qaydalar  və  prinsiplərin  külliyyatı  müəssisənin  MİP-ə  aid  olan 

konkret fəaliyyətini xarakterizə edir. 

-

 



rəqibin sıxışdıniması məqsədi ilə aşağı qiymətlə satış; 

-

 



qiymətin  diferensial  təyinatı  ilə  müəyyən  alıcılar  və  mal  göndərənlərin  çıxılmaz 

vəziyyətə salınması; 

-

 

qarışdırma,  tutma,  udma,  rəqiblərin  idarəetmə  sisteminə  üfiqi,  şaquli  və  ya  onların 



renqlamerata daxil edilməsi üzrə nəzarət edilməsi; 

-

 



mal  nişanı  prinsipi  üzrə  süni  surətdə  yüksək  qiymət  yaratmaq  məqsədi  ilə  idxalı 

məhdudlaşdırmaq. 

Bir  neçə  konkret  olaraq  ABŞ-m  haqsız  rəqabətin  aradan  qaldırılması  üçün  apardığı 

siyasətdən misallara diqqət edək. 

Bu  siyasətdə  əsas  rolu  antidempinq  qanunçuluğu  tutur.  Bunun  əsas  məqsədi  yerli 

sahibkarları  ölkəyə  xaricdən  gətirilən  malların  maya  dəyərindən  aşağı  qiymətlə 

satılmasından qorumaqdır. Belə hal ABŞ-m sənayesinə itki gətirir. Belə hal aşkar olunanda 

idxal olunan mala antidempinq rüsumu əlavə olunur ki, onun da miqdarı, ixracatı ölkənin 

bazar qiyməti ilə maya dəyər arasındakı fərq qədər müəyyən olunur. 

Antidempinq qanunçuluğundan başqa «vicdansız» rəqabəti aradan qaldırmaq üçün xarici 

ixracatçılar tərəfindən «Tarif haqqında qanuna kompleksasiya rüsumu haqqında» maddədən 

istifadə olunur. 

ABŞ bu maddəyə uyğun olaraq xarici dövlət tərəfindən ölkəyə subsidiya olunmuş idxal 

mallarına alınmış subsidiya miqdarında kompensasiya rüsumu əlavə edir. 

Roma  müqaviləsinin  85-86  maddələri  beynəlxalq  müqavilələrdə  vacib  əhəmiyyətə 

malikdir. 

85(1)  maddəsi  bütünlükdə  özü  ilə  və  yaxın  rəqiblə  rəqabətin  qarşısının  alınması, 

məhdudlaşdırılması, azaldılması məqsədilə razılaşmanın qəbuledilməz olmasına əsaslanır. 

97 


86-cı  maddə,  öz  növbəsində  üstün  mövqeyi  olan  müəssisələrə  öz  əhəmiyyətləri  ilə 

rəqiblərinə və istehlakçılarına ziyan vurmaq üçün sui istifadənin qadağan olunmasına əsas 

verir. 

85-86-cı maddələrə AİB komissiyası tərəfindən nəzarət edilir. 



85(1) maddəsi geniş tətbiq sahəsinə malikdirlər. Bu maddə aşağıdakı birgə təcrübəni və 

razılaşmaları qadağan edir ki,bunlar 

-

 

köklü olaraq alış və satış qiymətlərini və ya istənilən digər ticarət şərtlərini müəyyən 



eqnp; 

-

 



istehsal, bazar, texniki inkişaf və ya investisiya üzərinə nəzarət müəyyən olunur və ya 

məhdudlaşdırır; 

-

 

bazarlar və ya təchizat mənbələrini bölüşdürür; 



Maddə 86 aşağıdakı hallardan sui istifadənin əksinə yönəlmişdir: 

-

 



birbaşa və bilavasitə ədalətsiz alış və salış qiymətlərinin və ya digər ədalətsiz ticarət 

şərtlərinin qoyulmasının; 

-

 

istehlakçının  itkisində  istehsalın,  bazarın  və  ya  texniki  proqresin  məhdudlaş- 



dırılmasının; 

-

 



başqa  ticarət  partnyorları  ilə  bərabərəhəmiyyətli  saziş  üçün  onların  rəqabət 

qabiliyyətinə ziyan gətirən qeyri-bərabər şərtlərin qoyulmasının;. 

85-86-cı maddələri qəbul etməyən sahibkarları ciddi sanksiyalar gözləyir. 

85(2) maddəsini pozan işgüzar razılaşmalar ləğv olunur. 

AİB  komissiyası  yalan  və  çaşdırıcı  məlumata  görə  cərimə  təyin  etmək  hüququna 

malikdir. 

Məsələn,  Yaponiyanın  elektrotexnika  kampaniyası  «Matsusita»nın  fransız  Belqiya 

filialı, AİB komissiyası tərəfindən onun, yəni «Matsusita»nm məhsulunun qiyməti haqqında 

yalan  informasiya  verilməsinə  görə  cərimə  olunmuşdur.  2ü01-ci  ilin  noyabrında  Avropa 

komissiyası İsveçrə kampaniyası Rocheni və alman firması BASF-ı və bunlarla birlikdə 6 

kampaniyanı  rekord  miqdarda,  yəni  855  mln.avro  dəyərində,  vitamin  bazarında  qiymətin 

fiksirovkasına görə cərimə etdiyini elan etdi. 

1984-cü  ildən  ABŞ-da  Xarici  Ticarət  Korporasiyası  (XTK)  qanunu  fəaliyyət  göstərir 

(Foreign Sales Corporation - FSC). 

XTK-sı mexanizmi aşağıdakı tərzdə fəaliyyət göstərir. ABŞ-ın ixracının 50%-ə qə- dəri 

yerli istehsaldan olan istənilən kampaniyanın xaricdə mal satışı üzrə korporasiya yaratmaq 

hüququ var. Faktiki olaraq XTK-sı özündə ofşor zonada qeydiyyatdan keçmiş poçt qutusu 

rolunu  əks  etdirir.  XTK-nın  90%-i  Virciniya  Barbados  və  Siam  adalarında  qeydiyyatdan 

keçib. 

Qeyd etmək lazımdır ki, onlarla iri Avropa TMŞ-ri vergilərin miqdarını azaltmaq üçün 



(ABŞ-dan  çıxarılan)  xüsusi  özünün  olan  XTK-rı  yaradırlar.  Belə  kampaniyalara  ICl, 

Daimler-Benz ,Simens və s. göstərmək olar. 



Yoxlama sualları 

1.

 



Beynəlxalq rəqabət qabiliyyəti nədir? 

2.

 



Rəqabətin hansı növləri var? 

3.

 



Beynəlxalq rəqabət reytinqi nədir və necə müəyyən edilir? 

4.

 



Azərbaycanın beynəlxalq rəqabət reytinqi haqqında nə deyə bilərsiz? 

5.

 



’’Haqsız rəqabət” nədir və onun xarakterik cəhətləri hansılardır? 

98 




BOLMə 

BEYNƏLXALQ MARKETİNQDƏ ƏMTƏƏ SİYASƏTİ 

Mövzu 9. Beynəlxalq marketinqdə əmtəə siyasətinin xüsusiyyətləri 

Mövzunun planı 

1.

 



Əmtəə siyasətinin xüsusiyyətləri. 

2.

 



Əmtəənin qablaşdırılması. 

3.

 



Beynəlxalq əmtəə nişanı praktikasının xüsusiyyətləri. 

4.

 



Əmtəə nişanının beynəlxalq qorunması. 

5.

 



Əmtəə markasının hazırlanmasının metodoloji prinsipləri. 

6.

 



Kiqanm əmtəə strategiyası. 

7.

 



Azərbaycan Respublikasında əmtəə nişanlarının qeydiyyatı və hüquqi qorunması. 

8.

 



Əmtəənin beynəlxalq həyat dövrü. 

1.

 

Əmtəə siyasətinin xüsusiyyətləri 

Marketinq mühitinin tədqiqatı - standartlaşma və uyğunlaşma strategiyası seçimində, 

eləcə də əmtəə siyasəti hazırlığı məsələlərinin həllində lazımi informasiya mənbəyidir. 

Standartlaşdırma  strategiyası  1983-cü  ildə  T.Levett  tərəfindən  formalaşdırılmışdır  və 

aşağıdakı fərziyələrə əsaslanır: 

 

Texnologiyanın,  nəqliyyatın,  əlaqələrin  inkişafına  əsasən,  dünya  istehlakçılarının 



bir-birinə tədricən yaxınlaşmaları; 

 



Spesifik  tələbatının  ödənilməsindənsə,  istehlakçılar  üçün  ucuz  qiymətə  yüksək 

keyfiyyət vacibdir; 

 

Standartlaşdırma məhsulun maya dəyərini aşağı salan geniş iqtisadiyyat təmin edir; 



 

Standartlaşdırmanm  əleyhidarları  hesab  edirlər  ki,  beynəlxalq  tələbatın  homog- 



enizasiyası ancaq ayrı-ayrı bazar seqmentinə xarakterikdir, onunla bərabər isə milli, mədəni 

və region fərqliliyi gücündə alıcı üstünlüyünün personifıkasiyası da fəaliyyət göstərir. 

1)

 

Standartlaşmaya  görə  qiymətin  endirilmə  imkanı  hər  region,  hər  əmtəə  üçün 



xarakterik olmayan qiymətinə görə elastik tələbat üçün aktualdır. 

2)

 



Sıx texnoloji xətlər standartlaşmanın  üstünlüyündən istifadə  etməyə imkan verərək 

əmtəəni onun differensiallaşmasma əsasən uyğunlaşmasına imkan verir. 

3)

 

Standartlaşma çox vaxt qeyri-tarif maneələrinə çevrilir, belə ki, məhsulu qəbul edən 



ölkənin  milli  normalarına  uyğun  gəlmir,  beynəlxalq  standartlara  uyğun  istehsal  olunan 

məhsullardan  başqa.  Ancaq  heç  də  bütün  istehsalçıların  istehsal  səviyyəsi  beynəlxalq 

standartın mənimsənilməsini təmin edə bilməz. Dünyada elektrotexnika və elektrik alətləri 

sahələrində MEK beynəlxalq standartlarından geniş istifadə olunur. 

Milli  standartlar  tələblərindəki  müxtəlifliyə  görə  bəzi  ölkələr  də  proteksionist 

məqsədlərdə istifadə olunurlar. 

99 


Uyğunlaşma - standartlaşmaya əks strategiyadır. 

Əmtəənin  məqsədyönlü  xarici  bazarın  tələblərinə  görə  uyğunlaşması  üçün  onların 

oxşarlığını deyil, birini digərindən fərqləndirən həqiqi fərqlərinin olmasım bilmək lazımdır. 

Dünya bazarına bütövlükdə hemogen kimi deyil, heterogen mühit kimi baxılır. Əmtəənin 

özünəməxsus  xüsusiyyətlərinin  uyğunlaşması  və  firmanın  təklifi  bütövlükdə  bütün 

marketinq  kompleksi:  alıcıların  milli,  mədəni,  davranış  ənənələrinə  və  onun  adətlərinə, 

bazarın  infrastruktiv  xarakteristikasına  (əmtəə  satış  şəbəkəsi,  informasiya  daxil  olması, 

ticarət  qaydaları,  nəqliyyatın  inkişafı)  iqlim  şəraitinə:  iqtisadi  inkişafın  səviyyəsinə  və 

rəqabət mühitinə (rəqabət dərəcəsinə milli rəqabətin mövcudluğu, rəqabət aparan firmaların 

iş praktikası, rəqabət növü) əsaslanır. 

Bazarın  hemogenizasiya  və  qloballaşma  dərəcəsi  necə  olursa-olsun,  onlar  arasındakı 

fərq  gələcəkdə  də  saxlanılır.  Bununla  bağlı  əmtəə  strategiyası  seçimini  həll  edərkən 

üstünlükləri  və  çatışmamazhğı,  əsas  məqsəd  nəzərə  alınmaqla  hər  birinin  məq- 

sədyönlülüyünü,  kampaniyanın  tapşırıq  və  imkanlarını,  eləcə  də  bütöv  bazarın  kompleks 

tədqiqatlarını götür-qoy etmək lazımdır. 

Əmtəə siyasəti üçün standartlaşma və uyğunlaşma seçərkən aşağıdakı vacib meyarları 

nəzərə almaq lazımdır: 

 



Əmtəənin texniki və funksional xarakteristikasını. 

 



Məqsədli bazarda əmtəənin qəbulolunma xüsusiyyətini. 

 



Uyğunlaşma xərcləri və gözlənilən səmərəli effekt. 

 



Bazarın həcmi və alıcılıq qabiliyyətini. 

 



İstehsalçının texniki inkişafının səviyyəsini. 

Əmtəənin uyğunlaşmasını iki növə ayırırlar: məcburi və lazımi. 

Məcburi  uyğunlaşma  ixracatçıların  hamısı  üçün  mütləq  olan  tələbat  və  normaların 

əmtəənin  istehsalında  nəzərə  alınması  vacibliyi  ilə  bağlıdır.  Belə  tələblərə  təhlükəsizlik 

normaları, gigiyena (onların uyğunluğunu sertifikat yolu ilə təsdiqləmək lazımdır), texniki 

normalar (cərəyanın gərginliyi və tezliyi) və s. aiddirlər. Hər hansı sahədə istehsalçı ölkənin 

aftoriteti, onların standartlaşma üzrə beynəlxalq təşkilatlarda iştirakına nail olmağa, onların 

milli normalarının, beynəlxalq norma qismində qəbul olunmasına imkan yaradır. Amerkan 

Petrollum Insitute (Amerikən Petrolium İnstitut - Amerika Neft İnstitutu) - APİ standartı, 

neft istehsalı avadanlığına tələbatlar belə olmuşdur. 



Download 4.84 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling