Elmi redaktor: Rəvcilər: dos. E. N. Kərimo v prof. I. A. Kərimli dos. T.Ş.Şükürov


Mövzu lO.Əmtəənin və firmanın beynəlxalq rəqabət qabiliyyəti


Download 4.84 Mb.
Pdf ko'rish
bet18/62
Sana28.01.2018
Hajmi4.84 Mb.
#25475
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

Mövzu lO.Əmtəənin və firmanın beynəlxalq rəqabət qabiliyyəti 

Mövzunun planı 

1.

 



Əmtəənin əsas və əlavə xüsusiyyətləri və onların beynəlxalq rəqabət qabiliyyətinin 

təmin edilməsində rolu. 

2.

 

Əmtəənin beynəlxalq rəqabət qabiliyyətinin əsas tərkib hissələri. 



3.

 

Dünya bazarlarında əmtəənin keyfiyyətinin yüksəldilməsinin əsas sistemləri. 



4.

 

Əmtəələrin keyfiyyət standartlarının beynəlxalq və milli sistemləri. 



5.

 

Beynəlxalq rəqabət qabiliyyətinin məhsuldarlıq, məsariflər (xərclər) və qiymət tərkib 



hissəsi. 

6.

 



Beynəlxalq rəqabət qabiliyyətinin elmi-texniki tərkib hissəsi və ETTKİ-nin 

beynəlmiləlləşdirilməsi. 

7.

 

Biznes bilikləri - dünya bazarında əmtəənin və firmanın rəqabət mövqeyinin əsasıdır. 



8.

 

Ölkənin rəqabət mövqeyi və gücü şirkətin və onun əmtəələrinin beynəlxalq rəqabət 



qabiliyyəti amili kimi. 

1.

 

Əmtəənin əsas və əlavə xüsusiyyətləri və onların beynəlxalq rəqabət 

qabiliyyətinin təmin edilməsində rolu 

Xarici bazarlarda məhsulun satışının genişləndirilməsinin mühüm şərtlərindən biri onun 

yüksək  beynəlxalq  rəqabət  qabiliyyətidir.  Beynəlxalq  rəqabət  qabiliyyətinin  yüksək 

səviyyəsinin  saxlanılması  vəzifəsi,  elmi-texniki  tərəqqinin  inkişafı  və  firmada-  xili 

idarəçilikdə  marketinq  yanaşması  firmalar  tərəfindən  buraxılan  məhsulun  nomen- 

klaturasmın  sürətli  yeniləşdirilməsinin  zəruriliyini  qarşıya  qoyur  və  əmtəə  strategiyasının 

qurulmasına  və  firmanın  məhsulu  və  əmtəə  planları  üzrə  marketinq  proqramları  işlənib 

hazırlanmasına marketoloqlar tərəfimdən xüsusi diqqət yetirilməsini tələb edir. 

Firmalar  məhsulun  beynəlxalq  rəqabət  qabiliyyətinin  yüksəldilməsi  məsələsini  həll 

etməklə  eyni  zamanda  dünya  bazarında  öz  payını  və  iştirakını  genişləndirmək  məqsədi 

güdürlər, bunun üçün malların istehsalına və irəliləməsinə nisbətən az xərclərlə maksimum 

yüksək deyil, optimal rəqabət qabiliyyətinə nail olunmasını təmin etməyə çalışırlar. 

Bazar  şəraitində  məhsul,  əgər  ictimai  istehlak  dəyərinə  və  istehlakçının  və  ya 

istifadəçinin  konkret  tələblərini  ödəmək  imkanına  malikdirsə,  mübadilə  obyekti  ola  bilər. 

Malın rəqabət  qabiliyyəti,  keyfiyyəti və faydahhğı  tamamilə nisbidir və bazarın müəyyən 

seqmentlərinin  və  son  istehlakçıların  konkret  tələblərindən  asılıdır,  çünki  hər  alıcı  və 

iştirakçı  mah  almaq  haqqında  qərar  qəbul  edəndə  onu  analoji  (oxşar)  xüsusiyyətləri  və 

istehlak  xarakteristikaları  olan  digərlərilə  özünün  qiymətləndirmə  meyarlarına  uyğun 

tutuşdurur. 

Malın  beynəlxalq  rəqabət  qabiliyyətinin  mühüm  tərkib  hissələri  onun  keyfiyyət  və 

texniki xarakteristikalarıdır. Bir sıra xarici iqtisadçılar və işgüzar adamlar (praktiklər) malın 

“rəqabət  qabiliyyəti”  terminindən,  ümumiyyətlə  istifadə  etmirlər  və  onun  əvəzində  sözün 

daha  geniş  mənasında  “keyfiyyət”  termininə  müraciət  edirlər  və  ona  mala  xas  olan 

xarakteristikalar və xüsusiyyətlər kompleksini daxil edirlər. 

Məhsulun xüsusiyyətləri (xassələri) əsas və əlavə xüsusiyyətlərə bölünür və “məhsul” və 

onun “xüsusiyyətləri” anlayışlarının nisbəti riyazi ifadədə belə təqdim edilə bilər: 

114 


Up = f{a,h,c,d,...n), 

burada, Up - p məhsulunun faydalılıgmın cəmlənmiş həcmidir; 



a,h,c,d,...n - p məhsulunun ayrı-ayrı xüsusiyyətləridir, onun keyfiyyətidir. 

Əgər  məhsulun  ayrı-ayrı  xüsusiyyətləri  onun  faydahhğma  zərər  vurursa,  onda 

bütövlükdə xüsusiyyətlərin hamısının məcmusu mənasını itirir, yəni 

AL^/A(7 > 0 

Beləliklə, a xüsusiyyəti artan halda məhsulun faydahhğmm məcmu həcmi də artır. 

Məhsulun əsas və əlavə xüsusiyyətləri müstəqil (sərbəst) dəyişənlər kimi ifadə edilirlər. 

Onların fərqi ondan ibarətdir ki,  əsas xüsusiyyətlər  göstəricilərə müstəqil dəyişənlər kimi 

mütləq daxil edilməlidir, əlavə xüsusiyyətlər isə yox: 



Up = f{a,b,c,d,...k,l,i)un), 

burada, a,h,c.d - əsas xüsusiyyətlərdir; 



k,Lm,n - əlavə xüsusiyyətlərdir. 

Əgər məhsul yalnız əsas xüsusiyyətlərə malikdirsə, onun faydahhğı və mənfəətliliyi ən 

aşağı səviyyədədir. Firmalar xarici bazarlarda öz məhsulunun rəqabət qabiliyyətinin optimal 

səviyyəsinə nail olunması üçün məhsulun əsas xüsusiyyətlərindən artıq daha hansı növ və 

həcmdə əlavə xüsusiyyətləri olmasının vacibliyini aydınlaşdırmağa çalışırlar. 

Hər ölkədə beynəlxalq fəaliyyətdə məhsul mütləq əsas xüsusiyyətlərə malik olmalıdır, 

lakin  əlavə  xüsusiyyətlər  isə  müvafiq  ölkənin  marketinq  mühitinin  və  bazarının  konkret 

şəraitindən sıx asılı olmaqla, ya malın istchlak xüsusiyyətlərinin ümumi dəstindən çıxarıla, 

yaxud müxtəlif həcmdə və keyfiyyətdə ona əlavə daxil edilə bilər. Belə yanaşma firmalara 

malın müxtəlif xarici bazarların istehlakçılarının tələbinə optimal uyğunluğuna nail olmaq 

və fəal bazar tələbi yaratmaq imkanı yaradır. 

Malın rəqabət qabiliyyəti - nisbi anlayışdır: müəyyən firmanın eyni mah bir xarici ölkədə 

rəqabət qabiliyyətli olmaya, digərində isə - ola bilər ,yaxud xarici bazarın bir seqmentində 

böyük tələb olunar, digərində isə olunmaz.  İnkişaf  etməkdə olan ölkələrdə ixrac təyinatlı 

mallar daxili bazar üçün mallara nisbətən əlavə xüsusiyyətlərin daha böyük dəstinə malik 

olur.  Nəticədə  yalnız  daxili  bazarda  işləyən  firmalar  transmilli  şirkətlərə  və  beynəlxalq 

fəaliyyətlə  fəal  məşğul  olan  şirkətlərə  nisbətən  əmtəə  siyasətinin  və  buraxılan  məhsulun 

keyfiyyətinin  və  rəqabət  qabiliyyətinin  idarə  edilməsi  siyasətinin  seçiminin  xeyli  dar 

diapazonuna malik olurlar. 

İnkişaf etmiş ölkələrdə əlavə xüsusiyyətlərin həmin dəsti eyni ola (üst-üstə düşə) bilər, 

bir sıra hallarda isə o, yerli istehlakçıların daha yüksək tələbləri nəticəsində daxili bazar üçün 

daha böyük nüfuza malik ola bilər (məsələn, Yaponiyada). 

Şirkətlər müvafiq xarici bazarlar (multimilli yanaşma halında) və ya bütövlükdə dünya 

bazarı  (qlobal  yanaşma  halında)  üçün  malların  əsas  və  əlavə  xüsusiyyətlərinin  dəstinin 

optimallaşdırılması strategiyasını işləyib hazırlayarkən malın beynəlxalq və ya lokal (yerli) 

rəqabət qabiliyyətini müəyyən edən əsas və əlavə xüsusiyyətlərinin qrafikini tərtib edirlər. 

Tutaq  ki,  hansısa  beynəlxalq  şirkət  X  özünün  əmtəə  strategiyasını  A  ölkəsində  və  B 

ölkəsində inkişaf etdirir (şəkil 10.1). 



1 1 5  

A ölkəsində malm xüsusiyyətlərinin cəmi 

(



T



>» 






Ä 



 

A ölkəsində onun məqsədi malı i əsas xüsusiyyətləri və m əlavə xüsusiyyətləri ilə, B 

ölkəsində isə müvafiq surətdə i və n ilə istehsal etmək məqsədi vardır. Əgər fərz etsək ki, m 

«-dən böyükdür, onda A ölkəsinə mal əlavə xüsusiyyətlərin daha böyük dəstilə (məsələn, 

funksiyalarının, estetikliyinin və b.k., yəni faydahhgının) göndəriləcəkdir. 

Beləliklə,  həmin  malın  A  ölkəsində  (l+m),  B  ölkəsində  isə  (/+«)  optimal  rəqabət 

qabiliyyəti  vardır.  m-n  =  k  fərqi  məhsulun  keyfiyyətində  və  rəqabət  qabiliyyətinin 

səviyyəsindən fərqi və ya X şirkətinin malının əlavə xüsusiyyətlərinin fərqini təşkil edir. 

Beynəlxalq və xarici-iqtisadi fəaliyyətlə məşğul olan X firması üçün k - laqdır (Lccway). 

Məsələn,  hansısa  yerli  firma  B  ölkəsində  malın  əlavə  xüsusiyyətlərinin  P  miqdarda 

artmasına nail ola bilmişdir, yəni mah bazara (/ + « + p) xüsusiyyətlərilə göndərir, lakin nə 

qədər ki, A: > p X şirkəti B ölkəsində bu yerli firmaya A ölkəsindən [(/ + «?) =(/ + « + A')] 

xüsusiyyətlə mal gətirmək yolu ilə qarşı dura bilər, bu (/ + « + p) xüsusiyyətlər dəstindən 

artıqdır. 

Belə marketinq strategiyası X şirkətinə malın əlavə xüsusiyyətlərinə dəyişən tələblərə 

çevik  cavab  verməklə  və  müvafiq  tələb  xarakteri  yaranmış  bazarlara  yüksək  rəqabəti! 

malları buraxmaqla dünya bazarında rəqabət üstünlüyünü saxlamaq imkanı yaradır. 

2.

 

Əmtəənin beynəlxalq rəqabət qabiliyyətinin əsas tərkib hissələri 

Malın  beynəlxalq  rəqabət  qabiliyyəti  yalnız  onun  istehlak,  texniki-iqtisadi 

xüsusiyyətlərindən ibarət ola bilməz. Bu daha geniş anlayışdır. Bir sıra xarici ölkə alimləri 

rəqabət qabiliyyətinin məzmununun üç tərkib hissəsini: 

116 


 

Malın təyinatını; 



 

Funksional səmərəliliyini (faydalı effektini); 



 

Istehlakmm və istismarının qənaətcilliyini əhatə edən şərhinə tərəfdar çıxırlar. 



Malın  təyinatı,  ilk  növbədə,  onun  konkret  alıcılarının,  bazarın  konkret  seqmentinin 

tələblərindən asılıdır. 

Malın  faydalı  effekti  və  istehlakmm  qənaətcilliyi  qiymətlə  yanaşı,  əvvəldən  verilmiş 

rəqabət və bazarın inkişafı şəraitində bazarda malın analoji mallarla müqayisəli mövqelərini 

müəyyən  edirlər.  Bu  zaman  təyinat  istehsalçı  firmanın  funksional  səmərəlilikdən  və 

istehlakın qənaətcilliyindən daha operativ təsiri obyekti olur. 

Digər alimlər rəqabət qabiliyyətinin tərkib hissələri kimi: 

 



Keyfiyyət xarakteristikalarını; 

 



Kommersiya üstünlüklərini və ya çatışmazlığını; 

 



istifadənin və işlədilmənin qənaətcilliyini müəyyən etməyi təklif edirlər. 

Bu zaman müasir bazar mexanizmi şəraitində rəqabət qabiliyyətinin idarə edilməsində 

imkanların xeyli dar olması və qiymət təsiri təhlükəsi qeyd edilir ki, bu da, ilk növbədə, satış 

qiymətinin  səviyyəsi  və  istehsalın  və  satışın  yol  verilən  rentabellik  həddini  təmin  edən 

minimum qiyməti arasında yol verilən aranın (fərqin) çərçivələrilə əlaqədardır. 

Beynəlxalq bazar rəqabət qabiliyyəti firmanın marketinq proqramına və əmtəə siyasətinə 

ETTKİ  mərhələsində  malın  hazırlanması  zamanı  daxil  edilir.  Malın  rəqabət  qabiliyyəti 

sahəsində idarəçilik strategiyasının məqsədi əsas etibarilə onun keyfiyyəti və onu müşayiət 

edən  kommersiya  və  digər  xidmətləri  və  onların  xərcləri  arasında,  habelə  məhsulun 

keyfiyyəti  və  ona  bazar  və  istehlakçı  tərəfindən  irəli  sürülən  tələblər  arasında  nisbətdə 

oplimallığa nail olunmasından ibarətdir. 

Bu zaman rəqabət  qabiliyyətinin  marketinq, kommersiya və nüfuz tərkib  hissələrinin, 

habelə  firmanın  fəaliyyətinin  digər  istehsaldan  kənar  aspektlərinin,  məsələn,  onun  pablik 

rileyşnz  və  korporativ  imici  sahəsində  işləmələrinin  (tədqiqatlarının)  artan  rolunu  xüsusi 

qeyd  etmək  olar.  Sonuncu  getdikcə  daha  böyük  əhəmiyyət  kəsb  edir,  belə  ki,  qabaqcıl 

beynəlxalq  firmalar  texniki,  kommersiya  və  iqtisadi  rəqabət  qabiliyyəti  imkanları 

baxımından  təxminən  bərabər  vəziyyətdədirlər  və  öz  alıcılarına  eyni  bazar  təklifi  şəraiti 

təmin etmək iqtidarındadırlar. 

Hazırda  rəqabət  mübarizəsinin  mərkəzi  (əlbəttə,  dünya  bazarında  malların  rəqabət 

qabiliyyətinin  yuxarıda  göstərilmiş  tərkib  hissələrinin  əhəmiyyəti  saxlanılmaqla)  konkret 

firmanın ticarət  markasına alıcıların  yüksək loyalhğınm qazanılmasına keçirilir, mübarizə 

istehlakçının  hissləri  uğrunda  onun  tərəfindən  həmin  firmanın  mallarına  inamı  və  onların 

üstün  vəziyyətinin  qəbul  edilməsi  uğrunda,  onda  məhz  həmin  firmanın  mallarının  onun 

konkret  tələblərini  və  istəklərini  ödəmək  imkanı  olmasına  əminlik  yaradılması  uğrunda 

gedir. 

Mal  əfsanəvi  Oreol  (şan  və  şöhrət),  mənəvi  status,  fetişizm  kəsb  edir.  Şirkətlər 



beynəlxalq marketinqin empirik hazırlanmış texnologiyasının köməyilə məhsulun istehlakı 

ilə  əlaqədar  istehlakçıda  müvafiq  təəssüratlar  və  hisslər  tipləri  yaratmaq,  müsbət  xəyallar 

oyatmaq,  xoşbəxtlik,  məmnunluq,  şadlıq  hissləri  yaratmaq  qabiliyyətinə  malikdirlər. 

İstehlakçıya  sadəcə  hamburger  deyil,  müasir  amerikanlaşdırılmış  fəal  həyat  tərzi,  sadəcə 

yoqurt deyil, sağlam həyat tərzi və b.k. təklif edilir. 

Son  onilliklərdə  şirkətlərin  biznes  biliklərinin  rəqabət  qabiliyyətinin  mühüm  tərkib 

hissəsi kimi əhəmiyyəti artmışdır. Əgər malın keyfiyyətinin səviyyəsi, onun rekla- 

117 


minın, salış texnologiyalarının səviyyəsi asanlıqla yamsılana bilərsə, malın istehsalının və 

dünya bazarına irəliləməsinin təşkili üzrə biznes biliklər onilliklərlə toplanır və yamsılana 

bilmir, bu da digər şirkətlər üçün əlçatmaz olan xüsusi rəqabət üstünlüyü yaradır. 

Beynəlxalq marketinqdə şirkətin rəqabət qabiliyyətinin sanballı tərkib hissəsi sifətində, 

habelə şirkətin təmsil etdiyi ölkənin özünün rəqabət mövqeyi də qəbul edilir. Məsələn, əgər 

ölkənin iqtisadi, siyasi gücü zəifləmişdirsə, digər dövlətlərlə rəqabətə tab gəlirmirsə, həmin 

ölkəni  təmsil  edən  şirkət  aparıcı  danışıqlarda  çətinliklər  çəkəcək,  qiymətlər  və  kontraktın 

digər şərtləri üzrə daha çox uduzacaqdır. Bununla əlaqədar olaraq malın beynəlxalq rəqabət 

qabiliyyətinin vəzifəsini tərtib etmək olar (şəkil 10.2). 

 

Şəkil 10.2. Malın beynəlxalq rəqabət qabiliyyətinin xəritəsi. 

Bu xəritə malın beynəlxalq rəqabət qabiliyyətinin əsas tərkib hissələrini seçib göstərir və 

şirkətin marketinq texnologiyalarının və biznes biliklərinin əhəmiyyətini xüsusi qeyd edir. 

O, habelə rəqabət qabiliyyətinin səviyyəsinin nisbiliyini sübut edir. Çox şey əsas rəqiblərin 

mövqeyindən asılıdır. Əgər həmin xarici ölkədə rəqiblər zəifdirsə və passivdirsə, onda bu 

firmanın rəqabət mövqeyi  yüksək olur. Əgər həmin xarici bazarda rəqiblər güclüdürsə və 

fəaldırsa, onda bu firmanın rəqabət mövqeyi aşağı olacaqdır. 

Xəritə yalnız malın rəqabət qabiliyyətinin əsas tərkib hissələrini müəyyən etmir, həm də 

onun rəqəmlə müəyyən edilməsinin iki ən çox yayılmış üsulunu tərklif edir. 

Birinci  üsul  həmin  firmanın  bazar  payının  onun  əsas  rəqibinin  bazar  payı  ilə 

tutuşdurulmasma əsaslanmışdır. Əgər həmin əmsal vahiddən böyükdürsə, onda bu firmanın 

rəqabət mövqeləri yüksəkdir. 

ikinci  üsul  həmin  firmanın  məhsul  vahidinə  xərclərin  əsas  rəqibinin  məhsul  vahidinə 

xərclərilə müqayisə edir. Əgər həmin əmsal vahiddən kiçikdirsə, onda bu firmanın rəqabət 

mövqeləri yüksəkdir. 

118 


3. Dünya bazarlarında əmtəələrin keyflyyətinin 

yüksəldilməsinin əsas sistemləri 

Bir sıra müvəffəqiyyətli beynəlxalq şirkətlərdə firmanın mənafelərini yüksək keyfiyyətli 

rəqabət qabiliyyətli məhsulun hazırlanması, istehsalı və satışı məqsədlərinə tabe edilməsinə 

əsaslanmış  uğur  (müvəffəqiyyət)  fəlsəfəsi  geniş  yayılmışdır,  bu  da  idarəçiliyin  əmtəə 

konsepsiyasına xeyli dərəcədə uyğundur. 

Qabaqcıl  firmalar  başlanğıcı  yapon  şirkətləri  tərəfindən  qoyulmuş  məhsulun 

keyfiyyətinin idarə edilməsinin hərtərəfli nəzarətinin (total quality control - TQC) səmərəli 

inkişaf etmiş vahid sisteminə malikdirlər. Bu halda malın yüksək keyfiyyətinin və rəqabət 

qabiliyyətinin təmin edilməsi üçün zay məhsulun istehsalın son mərhələsində aşkar edilməsi 

deyil, onun qarşısının alınması daha vacibdir, bu isə malm hazırlanması prosesində istehsalın 

hər mərhələsində keyfi

3

^ətə nəzarət edilməsi hesabına təmin edilir. 

Malın  keyfiyyətinin  kompleksli  sistemli  idarə  edilməsi  istehsal  şöbəsinin,  marketinq 

şöbəsinin,  topdansatış  firmalarının  və  subpodratçılarm  iştirakı  ilə,  məhsulun  istehsalı, 

realizasiyası və istehlakı proseslərini əhatə etməklə həyata keçirilir. 

Keyfiyyətə nəzarət prosesinin qarşılıqlı əlaqəliliyi və qarşılıqlı ardıcıllığı labüddür, bu 

zaman  malın  işlənib  hazırlanmasının,  istehsalının  və  satışının  hər  sonrakı  mərhələsində 

icraçı  istehlakçı  kimi  qəbul  edilir,  o,  qəbul  edilən  materialların,  detalların  və  qovşaqların 

keyfiyyətinə  nəzarət  edir  və  onu  qiymətləndirir.  Keyfiyyətə  hərtərəfli,  daimi  və  ardıcıl 

nəzarət firmada hazırlanan bütün məmulatlar üçün hər ayrıca istehsal əməliyyatında onun 

yerinə  yetirilməsinin  vahid,  razılaşdırılmış  (uyğunlaşdırılmış)  metodlarını  və  vasitələrini 

təmin edir. 

Beynəlxalq şirkətlərin malın keyfiyyətinin idarə etməsi ilk növbədə istehsalın təşkilinin 

xarakterilə əlaqədardır. Belə ki, müasir şirkətlər ilk dəfə Toyota avtomobil şirkətində işlənib 

hazırlanmış və sınaqdan keçirilmiş “Kamban” sistemindən fəal istifadə edirlər. Bu sistem 

hazırda bütün dünyada geniş qəbul edilmişdir və malların xərclərinin azalması və rəqabət 

qabiliyyətinin  yüksəldilməsi  (o  cümlədən  dünya  bazarlarında  da)  məqsədlərilə  istifadə 

olunur.  “Kamban”  sistemi  sifarişlər  sistemi  üzrə  fasiləsiz  istehsal  prosesinin  sığorta 

ehtiyatları  yaradılması  zərurəti  olmadan  çevik  mexanizmini  təmin  edir.  Bu  halda  işin 

təşkilinin xüsusiyyəti elədir ki, istehsal-satış şəbəkəsində çıxış bölməsi başlanğıc və tədarük 

bölmələrinə  göndərilmələrin  şərtlərini  və  həcmlərini  diktə  edir,  əksinə  olmur.  “Kamban” 

sistemi  sifarişçilərdən  icraçıya  gedən  xüsusi  kartoçkalar  formasında  təqdim  olunan,  öz 

aralarında əlaqəli sifarişlər şəklində rəsmiləşdirilir. 

“Kamban”  sistemi  müəyyən  mənada  müəssisənin  material-texniki  təchizatının 

logistikasınm  qurulmasının  Yaponiyada  yaradılmış  “dəqiq  vaxtında”  (just-in-time  -  JİT) 

sisteminə yaxındır. Məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin  yüksəldilməsinin bu 

sistemi xammalın, materialların, detalların və qovşaqların sifarişlə müəyyən edilmiş, dəqiq 

vaxtda göndərilməsini nəzərdə tutur. 

“Kamban”  sistemi  firmanın  istehsal-satış  fəaliyyətinin  idarə  edilməsində  marketing 

yanaşmasına tam cavab verir və “genəldici”istehsal sisteminin (pull system - “dart” sistemi) 

nümunəsidir,  bu  zaman  işin  ritmini,  istehsalda  olan  xammalın,  detalların  və  qovşaqların 

həcmini və nomenklaturasmı son quraşdırma (yığma) buraxılış xətləri və bazarın tələbləri 

müəyyən edirlər. Eyni zamanda nəzərə almaq 

119 


lazımdır ki, “Kamban” sistemi baş müəssisəni ən əlverişli vəziyyətə qoyur, anbar xərcləri 

yükünü və bazar tələbatının, sifarişlərin və satışın dəyişilmələrilə əlaqədar çətinlikləri kiçik 

və orta firmaların - mal göndərənlərin və subpodratçılarm üzərinə qoyur. Belə sistem habelə 

istehsal prosesinin  hər  mərhələsində keyfiyyətə nəzarəti nəzərdə tutur və detalı (qovşağı) 

qəbul edən hər işçi onların keyfiyyətini yoxlayır. 

Yuxarıda nəzərdən keçirilmiş sistemdən fərqli olaraq bir çox Azərbaycan firmaları onlar 

üçün ənənəvi və az səmərəli olan istehsalın və satışın planlaşdırılması sisteminə əsaslanırlar, 

detalların  və  qovşaqların  əv^•əlcədэn  müəyyən  edilmiş  partiyasının  növbəti  mərhələyə 

“itələnməsi” prinsipi (push system - “itələ” sistemi) ilə işləyirlər və nəzərə almırlar ki, onlar 

belə  miqdarda  orada  və  bu  konkret  vaxtda  lazımdır  yoxsa  yox,  yəni  belə  sistem  bazar 

tələblərinə əsaslanmır və idarəçiliyin marketinq konsepsiyasının mahiyyətinə uyğun deyil. 

Belə  sistem  ardıcıl  nəzarət  edilməsini  nəzərdə  tutmur,  məhsulun  buraxılışının  son 

mərhələsində  TNŞ-nin  xüsusi  xidmətləri  tərəfindən  ümumi  nəzarəti  nəzərdə  tutur.  Belə 

yanaşma artıq özü özlüyündə malın və firmanın beynəlxalq rəqabət qabiliyyətini azaldır. 

istehsalın  ritmliliyi  və  çevikliyi,  onun  yenidən  qaydaya  salınmaya  və  yeni  məhsul 

buraxılmasına hazır və qabiliyyətli  olması,  anbara  yığma sisteminin əslində olmaması və 

komplcktləşdiricilərin və xammalın dəqiq vaxtında göndərilməsi, istehsalın səmərəliliyinin 

yüksəldilməsi və izafi işçi qüvvəsinin istisna edilməsi firmanın istehsal- satış fəaliyyətinin 

idarə  edilməsində  müasir  marketinq  yanaşmasına,  istehsalın  və  mal  axınlarının  idarə 

edilməsinin,  qurulmasının  “genəldici”  sistemə  əhəmiyyətli  dərəcədə  uyğundur, 

məmulatların  keyfiyyətini  və  müəssisələrin  işinin  səmərəliliyini,  bütövlükdə  isə  - 

beynəlxalq rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldir. 

istehsalın  avtoniatlaşdırılmasmm  və  robotlaşdırılmasının  səviyyəsinin  yüksəldilməsi, 

texnoloji  və  detallar  üzrə  ixtisaslaşmadan  predmet  ixtisaslaşmasına  keçid,  istehsal 

avadanlığının  sazlanmasının,  onun  vəziyyətinin  və  istismarının  keyfiyyətinə  qabaqcıl 

nəzarət  sistemləri  işlənib  hazırlanması,  texnoloji  hədlərin  normalaşdırıl-  masmm  yüksək 

səviyyəsi, kompleks muxtar iş sahələrinin təşkili və b.k. də beynəlxalq şirkətlərə buraxılan 

malların keyfiyyətini xeyli yüksəltmək imkanı yaradır. 

istehsalın muxtariyyətləşdirilməsi (avtonomlaşdırılması) müəyyən iş sahəsi çərçivəsində 

keyfiyyətə  tam  nəzarət  etməklə  və  nöqsansızlıq  zəmanəti  ilə  bitmiş  məmulat  istehsalını 

nəzərdə  tutur.  Məhsulun  keyfiyyətinə  muxtar  (avtonom)  nəzarət  edilən  zaman  iş  yerində 

xüsusi  nəzarət  qurğuları  quraşdırılır,  onlar  buraxılan  məmulatların  keyfiyyətinə  fasiləsiz 

nəzarət edirlər, kütləvi surətdə zay məhsul yaranmasının qarşısını alırlar, avadanlıqla olan 

nöqsanlar və nasazlıqlar haqqında xəbərdar edirlər və istehsal xətlərinin avtomatik açılması 

mexanizmlərilə təchiz edilmişlər. 

istehsal  logistikası:  istehsal  prosesində  materialların  hərəkətinin  səmərəli  sistemi, 

istehsal  sahəsində  avadanlığın  və  mexanizmlərin  yerləşdirilməsi  aiqoritminin 

optimallaşdırılması,  iş  yerlərinin  və  istehsal  sahələrinin,  xüsusilə  avadanlığın 

yerləşdirilməsinin  U-şəkilli  sisteminin  tətbiqi,  işçi  heyətin  sayının  tənzimlənməsi  və  s. 

hesabına planlaşdırılması malların keyfiyyətinin yüksəldilməsinə və rəqabət qabiliyyətinin 

artmasına kömək edir. 

120 


4. Əmtəələrin keyfiyyət standartlarının beynəlxalq və milli sistemləri 

Malların  keyfiyyətinin  beynəlxalq  səviyyəsinin  təmin  edilməsinin  mühüm  şərti 

beynəlxalq  keyfiyyət  standartlarına  və  həmin  firmanın  mallarının  ixrac  edildiyi  ölkənin 

keyfiyyət  standartlarına  uyğunluğudur,  o,  xarici  bazarların  beynəlxalq  və  lokal  şərtlərinə 

məcburi uyğunlaşmam (adaptasiyanı) nəzərdə tutur. 

Hazırda  9000  seriyalı  (2000/2001)  ISO  beynəlxalq  keyfiyyət  standartları  qüvvədədir, 

onlar  şirkətləri  keyfiyyətin  monitorinqini  və  kontrollinqini  həyata  keçirərək  kəmiyyət  və 

keyfiyyət  göstəricilərinin  köməyilə  idarəetmə  prosesini  ölçməyə  və  bununla  da  xarici  və 

daxili 

marketinq 



mühitinin 

dəyişilməsinə 

istiqamətlənməklə 

menecmentin 

optimallaşdırılması sistemini işləyib hazırlamağa və təkmilləşdirməyə məcbur edir. 

Şirkət  dünya  bazarında  keyfiyyətin  səviyyəsinə  uyğunlaşmaq  məqsədilə  beynəlxalq 

keyfiyyət  standartlarına  riayət  etməklə  yanaşı,  milli  keyfiyyət  standartlarını  da,  habelə 

məhsulun ixrac edilməsi planlaşdırılan xarici ölkələrin milli keyfiyyət standartlarını yerinə 

yetirməlidir. Bizim ölkəmizdə RF-nm dövlət keyfiyyət standartları belə standartdır. 

Milli  keyfiyyət  standartları  sistemini Yaponiyanın timsalında ətraflı nəzərdən keçirək, 

orada  həmin  iş  olduqca  yüksək  səviyyədədir  və  nəinki  yalnız  yapon  mallarının  dünya 

bazarında yüksək rəqabət üstünlüyünün bazasını (əsasını) yaradır, həm də bir sıra hallarda 

malların xaricdən yapon bazarlarına daxil olması yolunda ciddi maneə yaradır. 

Yaponiyada  1945-ci  ildə  Yaponiya  Standartlar  Assosasiyası  (birliyi)  təşkil  edilmişdir, 

1949-cu  ildə  isə  sənaye  standartlaşdırılması  haqqında  qanun  qəbul  edilmişdir, 


Download 4.84 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling