Elmi redaktor: Rəvcilər: dos. E. N. Kərimo v prof. I. A. Kərimli dos. T.Ş.Şükürov


İxrac (idxal) mal çeşidlərinin opdmallaşdırılması və malın həyat dövrü


Download 4.84 Mb.
Pdf ko'rish
bet20/62
Sana28.01.2018
Hajmi4.84 Mb.
#25475
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

2. İxrac (idxal) mal çeşidlərinin opdmallaşdırılması və malın həyat dövrü 

Müasir  şirkətlər  çeşid  (assortiment)  siyasətini  formalaşdıranda  ilk  öncə  xərclərin 

əvəzinin  ödənilməsini,  maliyyə  əməliyyatlarının  tarazlaşdırılmasmı,  əmtəə  siyasətinin 

ardıcıllığını  və  s.  təmin  etmək  məqsədilə  həyat  dövrünün  müxtəlif  mərhələlərində  olan 

malların, eyni zamanda, satılması zərurətini nəzərə alırlar. 

Malların  əsas  qrupu  (firmaya  əsas  mənfəətləri  gətirən  və  inkişaf  mərhələsində  olan 

mallar A), dəstəkləyici qrupu (satışlardan mədaxili sabitləşdirən və yetkinlik mərhələsində 

olan  mallar  B),  strateji  qrupu  (şirkətin  gələcək  mənfəətlərini  təmin  etməli  olan  və  bazara 

tətbiq edilmə mərhələsində olan mallar C), taktiki qrupu (əsas mal qruplarının satılmasını 

stimullaşdırmalı olan və inkişaf və yetkinlik mərhələsində olan mallar Ç), hazırlanan və ya 

perspektiv qrupu (elmi-tədqiqatlar və təcrübə- konstruktor işləri mərhələsində olan mallar D) 

olması  tövsiyə  edilir.  Təbiidir  ki,  bazardan  gedən  və  eniş  mərhələsində  olan  mallar  E  da 

olacaqdır (şəkil 11.2). 

Bu zaman həmin qrupların nisbəti və həmin firmanın bazarda digər mal qrupları arasında 

onların payı əhəmiyyətlidir. Təcrübə göstərir ki, həmin firmanın daxili və xarici bazarlarda 

dövr edən (tədavüldə olan) bütün mallarının 73-85%-ni əsas və dəstəkləyici mallar qrupları 

təşkil edən hal optimal hesab edilir. 

Satışların 

 

I

 

II 

III 

IV MHD mərhələləri 

Şəkil 11.2. MHD mərhələləri üzrə malların optimal nisbəti. 

Şirkətlər  hər  malın,  onun  alt  növünün  və  modifıkasiyasmm  mövqeyinin  və  bir-  birilə 

nisbətinin  müəyyən  edilməsini  mühüm  hesab  edirlər  ki,  onların  xassələrinin  və 

xüsusiyyətlərinin  dəqiq  diffcrensiasiyasmı  təmin  etsinlər  və  firmanın  çeşidlər  şəbəkəsi 

daxilində bir sıra malların mövqelərinin digərlərinin üzərinə qoyulmasına və rəqabətinə yol 

verməsinlər ki, bu halda həmin şirkətin mah eyni şirkətin digər malını və ya mallarını məhv 

edir, “y^yir”, necə deyirlər, kannibalizm effekti yaranır. 

129 


üçüncüsü,  şirkətlər  ixrac  və  ya  idxal  çeşidlərinin  optimallaşdırılması  üçün  çüşidlər 

(assortiment)  siyasətinin  malların  və  əmtəə  qruplarının  parametrik  sıralarının  iqtisadi 

səmərəliliyinə  daim  nəzarət  edirlər  ki,  dünya  bazarından  və  xarici  ticarət  nomen- 

klaturasmdan  firmanın  mənfəətində  az  payı  olan  malları  çıxarırl  və  onun  elə  strukturunu 

dəstəkləsinlər  ki,  o,  firmanın  ümumi  inkişafına,  onun  bütövlükdə  rentabelliyinin  və 

mənfəətinin yüksəldilməsinə uyğun olsun. 

Şirkətin  işlədiyi  ölkələrin  hər  biri  üçün  malların  xarici  ticarət  nomenklaturasmm 

doldurulması haqqında qəbul olunmuş qərar hər ölkədə aşkar edilmiş imkanları və şirkətin 

onları  həyata  keçirmək  qabiliyyətini  nəzərə  almaqla  onun  beynəlxalq  bazarlarda  gələcək 

artımını təmin etmək məqsədilə şirkətin ümumi fəaliyyət planı ilə uyğunlaşdırılır. Məsələn, 

Jeneral  Foods  şirkəti  çeynənən  rezini  Fransaya,  dondurmanı  Braziliyaya,  makaron 

məmulatlarım  İtaliyaya ixrac edir. Bu zaman əgər Braziliyada dondurma satılması  şirkəti 

yerli istehsalçılarla müqayisədə əlverişsiz qoyardısa, onda müvafiq vəsaitlərdən digər ölkədə 

istifadə etmək daha məqsədəuyğun olardı. 

Optimal  hal,  necə  deyirlər,  Pareto  qaydasına  (80/20  qaydasına)  riayət  edilməsindən 

ibarətdir, o halda ki, bütün realizasiya edilən məhsulun 20%-i məcmu mənfəətlərin 80%-dən 

çoxunu verir. 

Beləliklə, şirkətin qlobal fəaliyyət planı ümumi nomenklaturanın optimallaşdırıl- masını 

nəzərə  almaqla  hansı  malların  və  harada  satmaq  daha  əlverişli  olmasını  müəyyən  etməyi 

tələb edir. 



3.

 

Beynəlxalq bazarda malların həyat dövrünün klaster 

təhlili və kuniulyativ (məcmu) əyri üzrə çeşidlərin 

optimallaşdırılması 

Firmalar  həm  beynəlxalq  iqtisadi  fəaliyyət  təcrübəsində,  həm  də  daxili  bazarda  öz 

mallarının hər əlahiddə bazarda və ya məcmu halda bütün bazarlarda kumulyativ ( məcmu) 

həyat dövrünü müəyyən edirlər. O, eyni zamanda daxili və xarici bazarda satışları cəm halda 

əhatə  edə  bilər.  Belə  yanaşma  firmanın  satış  həcmlərinin  artırılması  və  onun  mütərəqqi 

inkişafını həyata keçirmək imkanı yaradır. 

Bu,  necə  deyirlər,  klaster  təhlili  ilə,  yəni  qruplaşdırmanın  bu  və  ya  digər 

xarakteristikaları ilə olan ayrı-ayrı qrupların, bu halda mallar qruplarının aşkar edilməsinin 

təhlili ilə əlaqədardır (şəkil 11.3). 

Müəyyən əmtəə (parametrik) sırasının hər malının həyat dövrü həmin əmtəə sırasının 

həyat dövrünü, parametrik əmtəə sıralarının həyat dövrləri isə, öz növbəsində, firmanın bu 

bazarda və ya bazarlar qrupunda mallarının məcmu (kumulyativ) həyat dövrünü təşkil edir. 

Belə  təhlil  şirkətin,  məsələn,  ixrac  və  ya  idxal  mal  çeşidlərini  optimallaşdırmaq  imkanı 

yaradır. 

Təcrübədə,  real  bazar  şəraitində  bu  əyrinin  görünüşü  mütləq  şəkil  11.3-də  təqdim 

edildiyi  kimi  olmaya  bilər.  Bir  sıra  hallarda  əyrilər  xeyli  aşağı  düşə  bilər,  lakin  lazımi 

marketinq  yanaşması  və xarici  ticarət  nomenklaturasmm düzgün qurulması  halında firma 

bütün,  o  cümlədən  beynəlxalq  bazarlarda  bütün  malların  və  mal  qruplarının  ümumi 

realizasiyası xəttinin daim yüksəlməsinə nail olur. 

130 


Satışların həcmi 

Firmanın mallarının 

 

Şəkil 11.3. Firmanın bazarda mallarının kumulyativ (məcmu) 



həyat dövrünün qrafiki. 

Beynəlxalq  fəaliyyətlə  məşğul  olan  firmanın  əmtəə  çeşidlərinin  optimallaşdırılması 

malların  beynəlxalq  həyat  dövrünün  kumulyativ  əyrisi  üzrə  satış  həcmlərinin  daim 

genişləndirilməsi məqsədi daşıyır. 

Firmalar çox zaman malları texnologiya və ya ticarət məqsədləri üzrə qruplaşdırırlar və 

onların ən böyükləri  çeşidlər şəbəkəsinin böyük dolğunluğuna malik olur. Məsələn, Soqo 

denki elektrotexnika firması dünya bazarına məişət elektrotexnikası, ağır enerji avadanlığı, 

rabitə  cihazları  və  b.k.  buraxır  və  belə  mal  qruplarının  hər  biri  firmanın  inkişafına, 

yüksəlməsinə  ,  mənfəətliliyinə  öz  payını  verir.  Beləliklə,  ayrıca  malın,  əmtəə  (mallar) 

sırasının (product line) və malların çeşidinin (product mix) həyat dövrünün əlaqəsi nəzərə 

çarpır. 

Qabaqcıl  istehsalçı  firmalar  ixrac  edilən  malların  çeşidinin  optimal  genişliyini  təmin 

etməyə çalışaraq, eyni zamanda onu optimal məhdud çərçivələrdə saxlamağa cəhd edirlər və 

bu onların gələcək inkişafının əsaslarını təmin edir. Iş ondadır ki, əgər firmanın mallarının 

çeşidi  həddindən  artıq  geniş  olarsa,  onda  bir  sıra  malların  satışının  mürəkkəbləşməsi 

mümkünlüyü ilə əlaqədar onun daralması mənfəətlərin azalmasına səbəb ola bilər. 

Habelə,  demək  olar  ki,  firmalar,  xüsusilə  ixrac  siyasəti  aparılanda,  malların  prioritet 

qrupları  ilə  cəmlənmiş  və  ixtisaslaşdırılmış  çeşidlər  qamması  strategiyasına  əsaslanırlar, 

bunu  bir  sıra  istehsalların  prioritetli  ixrac  ixtisaslaşması  olduqca  aydın  görünən  ölkələrin 

əksəriyyətinin ixrac əmtəə strukturunda da müşahidə etmək olar. Bu dünya bazarlarında və 

çox böyük TMŞ (transmilli şirkətlər) istisna olmaqla, şirkətlərin əksəriyyəti üçün ən geniş 

cəbhə üzrə onun qızışmasma davam gətirməyi qeyri-mümkün edir. 

131 


5.

 

Firmanın əmtəə çeşidləri üzrə differensiasiya, diversiilkasiya, şaquli 

inteqrasiya və dar ixtisaslaşma strategiyaları və optimallaşdırma 

Şirkətlər  ixrac  (idxal)  nomenklalurasının  optimallaşdırılması  üçün  müxtəlif  çeşidlər 

(assortiment)  strategiyalarından  istifadə  edirlər.  Ilk  növbədə,  bu  diversifikasiya, 

differensiasiya,  şaquli  inteqrasiya  və  dar  ixtisaslaşma  strategiyalarının  müxtəlif 

variasiyalarıdır (şəkil 11.4). 

Şirkətin ixracının əmtəə (mal) sırasının diversifikasiyası yeni məhsulların hazırlanmasını 

və  dünya  bazarına  buraxılmasını,  yeni  fəaliyyət  sahələrinə,  yeni  biznes  sahələrinə 

yeridilməni  nəzərdə  tutur.  Diversifikasiya  sahibkarlıq  fəaliyyətinin  öz  aralarında  əlaqəli 

olmayan sahələrini: traktorlar, oyuncaqlar istehsalını, bank işinin, turizmin inkişafını və s. 

mənimsəmək deməkdir. Bu biznesi bu və ya digər sahibkarlıq sahəsində tələbin mümkün ola 

bilən  dəyişilmələrin  təhlükəsindən  qorumaq  imkanı  yaradır.  Məsələn,  əgər  turizmdə 

müəyyən böhran vəziyyətləri baş verərsə, onda bilavasitə bank, sığorta sahəsində, kimyəvi 

gübrələr  və  ya  hər  hansı  digər  məhsul  istehsalında  mənfəətlər  alınması  hesabına  biznesi 

inkişaf etdirmək olar. 

 

Şəkil 11.4. Şirkətin xarici ticarət 

nonıenklaturasının 

optimallaşdırılmasınm əsas strategiyaları 

Eyni zamanda belə strategiya xeyli miqdarda: maliyyə, istehsal, satış, elmi-texniki, kadr, 

idarəçilik  və  s.  ehtiyatları  tələb  edir,  yəni  bu  strategiya  kifayət  qədər  kapitalı  və  biznes 

bilikləri olan təşkilatlar və firmalar üçün mümkündür. 



Differensiasiya  təxminən  bir  tip,  lakin  müxtəlif  növlü  və  modifikasiyah  mallar 

istehsalını nəzərdə tutur. 

Differensiasiya  -  bir-birilə  əlaqəli  sahələrdə,  məsələn,  minik  və  yük  avtomobilləri, 

avtobuslar, trolleybuslar və b.k. istehsalında işdir. Bəzən differensiasiya daha dar 

132 


mənada başa düşülür, məsələn, yalnız minik (yüngül) avtomobillərin, lakin onların müxtəlif 

alt növlərinin və raodifikasiyalarmm istehsalı kimi. 



Şaquli  inteqrasiya  -  istehsal-satış  prosesinin  şaquli  silsiləsilə  əlaqəli  olan  biznes 

sahələrinin mənimsənilməsini nəzərdə tutur. Şaquli inteqrasiya “irəli” və “geri” olur. “İrəli” 

şaquli inteqrasiya müəyyən malın istehsalından onun satışına doğru biznes sahələrinin əldə 

edilməsi  və  mənimsənilməsi  ilə  əlaqədardır  və  onu  alıcıya  yaxınlaşdırır.  “Geri”  şaquli 

inteqrasiya əsas məhsulun istehsalı üçün xammalın, materialların, detalların və qovşaqların 

istehsalı  və  gətirilməsi,  hətta  faydalı  qazıntıların  əldə  edilməsinə  qədər  biznes  sahələrinin 

əldə edilməsi deməkdir, yəni xammal və materiallar təchizatı vəzifələrini təmin edən biznes 

sahələrini ələ keçirmək məqsədi daşıyır. 



Dar ixtisaslaşma əsas etibarilə kifayət qədər maliyyə və digər vəsaitləri olmayan və öz 

səylərini kiçik, olduqca məhdud fəaliyyət sahəsində cəmləşdirən şirkətlərə xas olur (məsələn, 

şirkət yalnız qayçılar və ya bıçaqlar, yaxud vintaçanlar və b.k. buraxır). Belə strategiyadan 

daha çox kiçik və orta firmalar istifadə edirlər.  Belə strategiya müəyyən dərəcədə Rusiya 

şirkətlərinin əksəriyyətinin ixrac fəaliyyəti üçün səciyyəvidir. 

Adətən  dar  ixtisaslaşma  strategiyası  differensiasiya  strategiyasının  elementlərilə,  lakin 

yalnız dar diapazonda çəpləşir. 

Beləliklə, hərçənd dar ixtisaslaşma strategiyası əksəriyyət hallarda məcburi olur, lakin o 

da sahibkarlıq fəaliyyətinin olduqca yüksək səmərəliliyini təmin edə bilər. Lakin bu halda 

zəiflik  yuxarıda  göstərilmiş  digər  strategiyalardan  istifadə  edilən  hallara  nisbətən  xeyli 

yüksək olacaqdır. Iş ondadır ki, dar ixtisaslaşma strategiyası tətbiq ediləndə hətta xarici satış 

bazarlarının  coğrafi  diversifıkasiyasım  nəzərə  almaqla  firma  bazarını  nisbətən  dar 

seqmentindən, məhz həmin mala tələbdən və bazar konyuk- turundan asılı olur. Elə ola bilər 

ki,  istehlakçılar  qayçılar  əvəzində  lazerdən  və  ya  hər  hansı  digər  texnikadan  istifadə 

edəcəklər  və  bu  zaman  qayçılara  tələb  azalacaq  və  firma  strategiyanı  dəyişdirməsə 

müflisləşmə ilə üzləşəcəkdir. 



6.

 

Beynəlxalq marketinqdə malların çeşidlərinin optimallaşdırılmasında 

konqlomeratlıq, sinergiya və emercentlik prinsipləri 

Malların və mallar qruplarının diversifıkasiyası onun həyata keçirilməsi prinsiplərindən 

asılı olaraq konqlomerat, sinergiya və emereent tipli ola bilər. 

Diversifikasiya  strategiyasının  konqlomerat  tipi  bir-birilə  qətiyyən  əlaqəli  olmayan 

mallar istehsalının inkişafım nəzərdə tutur. Bu biznesin genişlənməsinin ən yüksək xərc tələb 

edən strategiyasıdır. 

Sinergiya tipli diversifikasiya müəyyən ümumi mövqedən olan mallar istehsallarının və 

biznes  sahələrinin  inkişafını  nəzərdə  tutur.  Məsələn,  vahid  elmi-  texniki  bazası; 

laboratoriyalar, təcrübə-konstruktor işləri, elmi-texniki kadrlar, satış şəbəkələri və b.k. olan 

sahələrin inkişafı nəzərdə tutulur. Belə yanaşma işlərin müəyyən növlərində qənaət etmək 

imkanı  yaradır.  Həm  də  sinergiya  biznesin  müxtəlif  sahələrinin  mənimsənilməsi  zamanı 

onların sadəcə toplanmasına nisbətən daha yüksək effekt (səmərə) almaq imkanı verir. 

Sinergiya  prinsipi  mənbəyi  müxtəlif,  lakin  bir  sıra  parametrləri  üzrə  öz  aralarında 

əlaqələndirilmiş  strateji  təsərrüfatçılıq  zonalarının  qarşılıqlı  dəstəklənməsi  olan,  firmanın 

bəzi  bölmələrinin  (istehsal  bölmələrinin)  iş  metodları  digərlərinin  (elmi-  texniki,  satış 

bölmələrinin) idarə edilməsi metodlarını tamamlayan halda strateji 

133 


iqtisadiyyatlı  sahələrin  diversifıkasiyasını  müəyyən  optimallığını  nəzərdə  tutur. 

Sinergiyanın əsasında firmanın bütün kapital qoyuluşlarının daha yüksək məcmu verimi əldə 

olunur. 

Sinergiya  prinsipi  firmanın  fəaliyyət  dairələrinin  gücləndirilməsi  siyasəti  aparılanda, 

şirkətlər  birləşdiriləndə  və  digərinin  tərkibinə  qatılmada  əhəmiyyətlidir  və  strateji 

təsərrüfatçılıq zonalarının toplanması və kombinasiya edilməsi zamanı onlar ayrılıqda idarə 

edilən hallara nisbətən kapital qoyuluşlarının daha yüksək rentabelliyini təmin edir. Odur ki, 

hazırda  müasir  firmaların  strategiyasında,  konsolidasiya  (birləşmə)  meyli  getdikcə  daha 

böyük əhəmiyyət kəsb edir. 

Sinergiya  tipli  diversifikasiya  strategiyasından  istifadə  edən  zaman  biznesin 

səmərəliliyini  daha  da  yüksəldən  emercentlik  prinsipi  müşahidə  olunur  ki,  bu  zaman 

sahibkarlıq fəaliyyətinə əlavə biznes dairələrinin daxil edilməsindən alınmış nəticə tamamilə 

yeni  mənzərə,  toplanma  obyekti  olan  şirkətin  ayrı-ayrı  biznes  dairələrində  olmayan 

xüsusiyyətləri olan yeni yüksək nəticə verir. 



Emercentlik  prinsipi  sistemin  bütövlüyünün  ən  parlaq  təzahürüdür  və  malların  yeni 

xüsusiyyətlərinin  (xassələrinin)  və  imkanlarının  yaradılması,  onların  yüksək  rəqabət 

qabiliyyəti,  yəni  sistemin  tərkib  hissələrindən  heç  birində  əvvəllər  olmayan  xüsusiyyətlər 

(xassələr)  yaradılması  yolu  ilə  biznes  dairələrinin  genişlənməsini  nəzərdə  tutur.  Məsələn, 

şirkətin özünün fəaliyyət dairəsinə istehsal sahələrilə yanaşı, bank işinin də daxil edilməsi 

valyuta-kredit  və  hesablaşma  əməliyyatlarının  opti-  mallaşdırılması  hesabına  yeni  əlavə 

rəqabət üstünlükləri yaratmaq, kassa və digər xərclərdə qənaət edilməsini, idxalçılar üçün 

yeni  əlavə  xidmətlər  və  s.  təmin  etmək  imkanı  yaradır.  Nomenklaturaya  maddi  formada 

mallarla yanaşı, müxtəlif növ xidmətlər və s. daxil edilən zaman da bunu qeyd etmək olar. 

Qabaqcıl  firmalar  dar  ixtisaslaşmış  cəmlənmiş  ixrac  malları  nomenklaturasmm  ciddi 

zəifliyini  etiraz  edərək,  malların  çeşidlərinin  və  satış  bazarlarının  diversifi-  kasiyası 

siyasətini  strateji  çeviklik,  təhlükəsizlik,  sinergizm,  emercentlik  və  konqlo-  merathq 

prinsiplərinə əsaslanaraq aparırlar. 

Beynəlxalq  iqtisadi münasibətlərin və dünyanın  əmtəə bazarlarının inkişafının müasir 

mərhələsi  onlara  gözlənilməz  hadisələrin  və  vəziyyətlərin  təsirinin  güclənməsini  göstərir. 

Məsələn,  texnoloji  sıçrayışlar,  siyasi  və  hərbi  hadisələr,  bazarların  strukturunda 

dəyişikliklər,  istehlakçıların  davranışında  və  prioritetlərində  dəyişikliklər  kimi  hallar 

firmanın dünya bazarında rəqabət mövqeyinin strateji zəifləməsinə gətirib çıxardır. 



Strateji  çeviklik  və  təhlükəsizlik  prinsipi  şirkət  üçün  riskli  təsərrüfatçılıq  zonalarının 

istisna edilməsi deyil, mühafizəkar fikirli (düşüncəli) şirkətlər üçün potensial riskin xarici 

bazarlarda səpələnməsi, təcavüzkar işləyən firmalar üçün isə nəinki yalnız riskin müxtəlif 

strateji  təsərrüfatçılıq  zonaları  üzrə  bölüşdürülməsi,  həm  də  qeyri-sabit  sahələrdə  və  ya 

qeyri-sabit  bazarlarda  möhkəmlənməsi  imkanını  göstərən  xüsusi  əmtəə  və  sahə  siyasəti 

işlənib  hazırlanmasını  nəzərdə  tutur.  Belə  strategiya  yalnız  həmin  bazarların  inkişafı 

meyllərini  diqqətlə  müşahidə  edilməsi  və  gözlənilməz  və  xüsusilə  mənfi  vəziyyətlər  baş 

verməsi  halı  üçün  qarşısını  alma  tədbirləri  və  hərəkətlər  proqramı  işlənib  hazırlanması 

şəraitində aparılır. 

Qabaqcıl  firmalar  elə  təsərrüfat  sahələri  və  ya  dairələri  seçməyə  üstünlük  verirlər  ki, 

onlar strateji cəhətdən əhəmiyyətli artım və inkişaf perspektivlərinə malik olurlar, müxtəlif 

texnologiyalardan asılı olurlar və müxtəlif iqtisadi, mədəni və siyasi şərait 

134 


tələb edirlər ki, bir sahədə gözlənilməz hadisələr baş verdikdə digərlərinə mənfi təsir göstərə 

bilməsin.  Beynəlxalq  marketinqin  müasir  texnologiyaları  menecerlərə  əlverişsiz 

gözlənilməzliklərdən  daha  çox  əlverişli  gözlənilməzliklər  ehtimalı  olan  müxtəlif  mallar 

istehsalında  və  xidmətlərdə  möhkəmlənmək  imkanı  verir.  Firmalar  yüksək  rentabellik 

səviyyəsi olan və böyük sahibkarlıq riskli strateji təsərrüfatçılıq zonalarını az perspektivli, 

lakin həm də az riskli istehsalatçılarla və fəaliyyət dairələrilə tarazlaşdırmağa çalışırlar. 

Müasir firmalar bir strateji təsərrüfatçılıq zonasından və ya sahədən digərinə olduqca tez 

və  asan  keçirilə  bilən  istehsal  güclərinin,  maddi,  peşəkarlıq  və  idarəçilik  ehtiyatlarının 

koordinasiyasına  və  mobilliyinə  böyük  əhəmiyyət  verirlər.  Bu  zaman  yüksək  çeviklik 

dərəcəsi,  yəni tamamilə pula çevrilmə qabiliyyətinin təmin edilməsi və ya firmanın bütün 

vəsaitlərini tez nağd pula çevirmək imkanı optimal məqsəd ola bilməz, çünki bu az kapital 

tutumlu  və  texniki  səviyyəyə  yüksək  tələbi  olmayan  çox  dar  dairədə  firmalar  üçün 

mümkündür. Lakin xarici və daxili çeviklik bir-birinə ziddiyyət təşkil edir: firma öz xarici 

bazasını  nə  qədər  diversifikasiya  edirsə,  onun  daxili  ehtiyatlarının  dəyişilməsi  imkanları 

aşağı  düşür  və  diversifikasiya  ayrı-ayrı  zonalara  kapital  qoyulmalarının  azaldılmasını 

göstərir, bu da əksəriyyət hallarda mənfəətlərin azalmasına səbəb olur. Məsələn, Yaponiya 

şirkətləri üçün çeşidlər (as- sortiment) siyasətində uzun müddət konqlomerathq prinsipi, yəni 

elə  diversifikasiya  prinsipi  olmuşdur  ki,  o  zaman  sahibkarlıq  fəaliyyəti  dairələrinin  biri 

digərilə  əlaqəli  deyil:  firma  rabitə  aparatları,  kosmik  elektronika,  istehlak  malları  istehsal 

edir, mehmanxana işi aparır, avtomobilləri prokata verir, sığorta ilə məşğul olur və b.k. Belə 

firma ümumiyyətlə öz fəaliyyətinin müxtəlif dairələrinin qarşılıqlı əlaqəsi olmadan işləyir, 

bu isə hərçənd xeyli vəsait və ehtiyatlar tələb edir, bütövlükdə biznesin təhlükəsizliyini və 

möhkəmliyini əhəmiyyətli dərəcədə yüksəldir. Lakin hazırda Yaponiya şirkətləri, həm də bir 

çox digər ölkələrin qabaqcıl firmaları daha böyük dərəcədə sinergiya prinsipindən istifadə 

edirlər ki, bu da müəyyən qənaət verir. 

Təbiidir ki, firma yaşamaq uğrunda mübarizə aparan vəziyyətlərdə qarşılıqlı əlaqə rol 

oynamır.  Yaxşı  konyuktura  dövrlərində  həm  konqlomerantlıq  prinsipi  üzrə,  həm  də 

sinergizm prinsipi üzrə fəaliyyətin nəticələri təxminən eyni olur. Lakin təsərrüfat və bazar 

konyukturasmm  enişi  dövrlərində  sahibkarlıq  fəaliyyəti  strategiyasını  sinergizm  prinsipi, 

diversifikasiya  edilmiş  sahələrin  və  istehsalatların  müəyyən  qarşılıqlı  əlaqəsi  və  qarşılıqlı 

tamamlanması  əsasında  quran  firmalar  udurlar.  Rəqabətin  gözlənilən  qeyri-sabitliyi  və 

sərtliyi nə qədər yüksək olarsa, müvəffəqiyyətə nail olmaq üçün si- nergizmin səmərəsinin 

qiyməti o qədər böyük olacaq. 

Müasir  şirkətlər  çeşid  (assortiment)  siyasətini  formalaşdıran  zaman  rentabelliyin  və 

satışların  həcmlərinin  uzunmüddətli  və  qısamüddətli  istiqamətləri  arasında,  biznesin 

rentabelliyi  və  çevikliyi  arasında,  onun  çevikliyi  və  sinergiya  arasında  müəyyən 

ziddiyyətlərlə rastlaşırlar, odur ki, malların və xidmətlərin çeşid qruplarının tarazlaşdırılması 

bir-birinə zidd istiqamətlər arasında kompromislər nəzərdə tutur. 

Beləliklə  müasir  firmaların  beynəlxalq  fəaliyyətində  əmtəə  siyasəti  bazara  təsirin 

marketinq  tədbirləri  (marketinq-miks)  arasında  birinciliyi  davam  etdirir.  Məhz  əmtəə 

(mallar) dünya bazarında məhsulun yüksək rəqabət qabiliyyətinin əsasını yaradır. Bununla 

əlaqədar  şirkətlər  məhsulun  keyfiyyətinin  idarə  edilməsinə,  optimal  xarici  ticarət 

nomcnklaturasının  formalaşmasına,  onun  yeniləşməsinə  və  yeni  mallar  hazırlanmasına 

xüsusi diqqət yetirirlər. 

135 


Ən  böyük  TMŞ-nın  (transmilli  şirkətlərin)  beynəlxalq  marketinqində  innovasiya  və 

çeşid  (assortiment)  siyasətinin  təkmilləşdirilməsi,  xüsusilə  onun  prinsipcə  yeni,  yüksək 

texnologiyalı məhsullar yaradılmasına istiqamətlənməsi məsələlərinə getdikcə daha böyük 

diqqət yetirilir. 

Müasir  şirkətlər  üçün  beynəlxalq  biznesə  ən  böyük  təhlükəsizliyi  təmin  edən 

konqlomeratlıq  strategiyasından  istifadə  etmək  çətindir.  İnkişaf  etmiş  ölkələrin 

əksəriyyətinin  iqtisadiyyatında  işgüzarlığın  fəallığının  azalması  şəraitində  tədricən  si- 

nergizm  prinsipinə  keçmə  nəzərə  çarpır,  bu  zaman  bir  firmanın  çərçivəsində  sahibkarlıq 

fəaliyyətinin ayrı-ayrı dairələrinin qarşılıqlı dəstəklənməsi hesabına maliyyə vəsaitlərinə və 

digər vəsaitlərə, habelə biznes biliklərə strateji qənaət təmin edilir. 



Yoxlama sualları 

1.

 



Firmanın ixrac çeşid (assortiment) şəbəkəsi nədir? 

2.

 



Malın həyat dövrü mərhələlərini nəzərə almaqla ixrac çeşidlərini necə 

optimallaşdırmaq olar? Misallar gətirin. 

3.

 

Dünya bazarında malların həyal dövrünün kumulyativ əyrisini nəzərə almaqla ixrac 



çeşidlərini necə optimallaşdırmaq olar? Misallar gətirin. 

4.

 



Diversifikasiya,  differensiasiya,  şaquli  inteqrasiya  və  dar  ixtisaslaşdırma 

strategiyalarının  köməyilə  ixrac  çeşidlərini  necə  optimallaşdırmaq  olar?  Misallar 

gətirin. 

5.

 



Beynəlxalq marketinqdə əmtəə (malların) çeşidlərinin optimallaşdırılmasında 

konqlomeratlıq, sinergiya və emcrcentlik prinsipləri necə həyala keçirilir? 

6.

 

Azərbaycanın ixrac nomenklaturasmın xarakteristikasını verin. Onun 



oplimallaşdırılması üzrə siz hansı tədbirləri təklif edə bilərdiniz? 

136 


Download 4.84 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling