Elmi redaktor: Rəvcilər: dos. E. N. Kərimo v prof. I. A. Kərimli dos. T.Ş.Şükürov


Download 4.84 Mb.
Pdf ko'rish
bet19/62
Sana28.01.2018
Hajmi4.84 Mb.
#25475
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

0

, sənayedə 

dövlət  standartlarının  vahid  sistemini  tətbiq  etmiş  və  xarici  Ticarət  və  Sənaye  Nazirliyi 

(hazırda  iqtisadiyyat,  Ticarət  və  Sənaye  nazirliyi)  yanında  konsultativ  (məsləhətçi)  orqan 

sifətində  Dövlət  Sənaye  Standartları  Komitəsini  təsdiq  etmişdir.  Onun  işləyib  hazırladığı 

standartlar sistemi - Yapon İndustrial Standart (JİS) - tövsiyə xarakterlidir, lakin Yaponiyada 

firma və sahə standartları hazırlanması zamanı fəal tətbiq edilir. YİS elmin və texnikanın ən 

yeni  nailiyyətlərinə  və  daxili  və  xarici  bazarın  tələblərinə  uyğun  olaraq  daim  yenidən 

müzakirə  edilir.  Bu  qanun  məmulatın  attestasiyası  sistemini  və  məhsulun  YİS  tələblərinə 

uyğunluğunu sübut  edən keyfiyyət nişanı (YİS-mark) verilməsini tətbiq  etmişdir. 1957-ci 

ildə ixrac müfəttişliyi haqqında qanun qəbul edilmişdir və hazırda Yaponiyada 40-dan artıq 

belə keyfiyyət müfəttişlikləri vardır. 

Yaponiya  firmalarında  buraxılan  məmulatların  keyfiyyətinin,  istehlakçılardan  daxil 

olmuş  reklamasiyalarm  və  şikayətlərin  (iddiaların)  təhlili  məsələlərinə  baxan,  firmanın 

məhsulunun keyfiyyəti və onun yüksəldilməsi metodları haqqında informasiyanı toplayan və 

təbliğ edən, istehlakçılar və istifadəçilər tərəfindən keyfiyyətə tələbləri öyrənən və marketinq 

xidmətlərilə sıx əlaqədə işləyən xüsusi təşkilati bölmələr yaradılmışdır. 

Bundan  əlavə,  qabaqcıl  şirkətlər  müəssisənin  özünün  keyfiyyət  standartları  işləyib 

hazırlayır  və  təkmilləşdirirlər.  Onlar  bütün  yuxarıda  göstərilənləri  nəzərə  alır  və  həmin 

şirkətin məhsulunun daxili və beynəlxalq bazarlarda keyfiyyətinə və rəqabət qabiliyyətinin 

eyniləşdirilmiş səviyyəsi haqqında nadir ticarət təklifi yaradır. 

Məhsulun  beynəlxalq  rəqabət  qabiliyyətinin  və  keyfiyyətinin  yüksəldilməsinin  təmin 

edilməsi kompleks sisteminə habelə ixrac edilərkən xüsusi əhəmiyyətə malik 

121 


olan  onun  sertifikatlaşdırılması  daxildir.  Məsələn,  təyyarələrin  və  vertolyotların  ixracının 

təşkili beynəlxalq keyfiyyət sertifikatı almadan mümkün deyil. 



5.

 

Beynəlxalq rəqabət qabiliyyətinin 

məhsuldarlıq, məsariflər və qiymət 

tərkib hissəsi 

İxrac  ticarətinin  dünya  bazarında  tələbin  genişlənməsilə  artırılması  imkanları  olduqca 

məhduddur  və  daha  böyük  dərəcədə  istehsalın  və  satışın  yüksək  keyfiyyət  və  texniki- 

iqtisadi xarakteristikaları, səriştəli marketinq və s. kimi amillərlə müə



3

^ən edüir. 

Dünya  bazarında  sənaye  məhsullarının  qiymətlərinin  artması  şəraitində  ixracın 

genişləndirilməsi  imkanları  nöqteyi-nəzərindən  o  ölkələr  daha  əlverişli  şəraitdə  olur  ki, 

onlarda qiymətlərin artması nisbətən az dərəcədə və şirkətin rəqabət mövqeyinin, məhsulun 

keyfiyyətinin səviyyəsi və marketinq tərkib hissələrinin müasir tələblərinə uyğun şəraitdə 

baş verir. 

Xarici ölkələrə mal göndərənlər (eksportçular) rəqabət qiymətini müəyyən edən zaman, 

ilk  növbədə,  realizasiya  edilən  məhsulun  istehsal  xərclərini,  tələbin  səviyyəsini  və 

xarakterini, ixrac edilən  məhsulun keyfiyyətinin  səviyyəsini, habelə həmin malın  istehsal 

xərclərinin  dünya  bazarında  qiymətlərlə  müqayisə  edilməsinə  imkan  yaradan  milli 

valyutanın  kursunu  nəzərə  alırlar.  Bu  zaman  ixrac  məhsulunun  rəqabət  qabiliyyətinin 

ayrı-ayrı elementlərinin rolu daxili və xarici iqtisadi amillərin təsirilə əhəmiyyətli dərəcədə 

dəyişilir. 

Yaponiya iqtisadiyyatında istehsal xərclərinin yüksəlməsi, yanacaq-xammal ehtiyatları 

bazarındakı  dəyişikliklərin  təsirilə  onların  strukturunda  dərin  dəyişikliklər  yaranması, 

böhran  meyllərinin  kəskinləşməsi  yapon  korporasiyalarının  fəaliyyətinə  ciddi  təsir 

göstərmişdir.  Bir  halda  ki,  ixraca  təsərrüfatdaxili  fəallığın  saxlanmasının  getdikcə  daha 

mühüm vasitəsi kimi baxılmağa başlanmışdır, bir çox yapon şirkətləri xarici bazarlarda öz 

mövqelərinin möhkəmlənməsinə yönəldilmiş xüsusi tədbirlər görmüşlər. Bu şəraitdə yapon 

firmalarının idarəçilik strategiyasında əmək məhsuldarlığının artımının yüksək templərinin 

saxlanmasına  xüsusi  əhəmiyyət  verilmişdir  ki,  bu  da  məhsul  vahidi  hazırlanmasında  işçi 

qüvvəsinə xərclərin nisbətən azalmasını və əsas kapitalla qənaət edilməsini təmin etməklə 

yapon mallarının yüksək rəqabət qabiliyyətinin əsas səbəblərindən biri olmuşdur. 

Malın istismar xüsusiyyətlərinə və xarakteristikalarına artan tələblərlə, habelə buraxılan 

məhsulun tez yeniləşdirilməsi tələblərilə əlaqədar olaraq hazırda rəqabət qabilİ



3

^ətinin malın 

keyfiyyəti və yeniliyi, texniki səviyyəsi və konstruksiya xüsusiyyətləri, kontrakt şərtlərinə 

ciddi  riayət  edilməsi,  satışdan  sonrakı  xidmət  və  s.  kimi  konkret  əmtəə  bazarlarının  və 

onların  ayrı-ayrı  seqmentlərinin  tələblərinin  diqqətlə  öyrənilməsinə  əsaslanmış  amilləri 

getdikcə daha mühüm rol oynayırlar. 

Digər  ölkələrdə  universal  ticarət  firmaları  və  onların  nümayəndəlikləri  vasitəsilə 

realizasiya  kanallarının  təkmilləşdirilməsi  və  özünün  xüsusi  şöbələrinin  və  filiallarının 

şəbəkəsinin yaradılması yolu ilə satış şəbəkəsinin genişləndirilməsi getdikcə daha böyük rol 

oynayır. Hazırda inkişaf etmiş bazar iqtisadiyyatı olan aparıcı ölkələrdə yapon şöbələrinin 

və onlarda işləyən qulluqçuların sayı Yaponiyanın özündəki xarici nümayəndəliklər  üçün 

analoji  göstəricidən  bir  neçə  dəfə  artıqdır.  Xarici  bazarlarda  mübarizənin  kəskinləşməsi 

yapon  firmalarını  istehsalın  təkmilləşdirilməsinə  və  fəhlələrin  (işçilərin)  əməyinin 

keyfiyyətinə  qarşı  tələblərin  daha  da  sərtləşdirilməsinə  vadar  edir.  İri  (böyük)  biznesin 

həmin siyasəti 80-ci illərdə və 90-cı illərin əvvəlində, 

122 


necə  deyirlər,  qısaldılmış  istehsal  proqramlarının  həyata  keçirilməsində  konkret  ifadəsini 

tapmışdır. Ona uyğun olaraq istehsalın daha da intensivləşdirilməsilə yanaşı, müəssisələrdə 

“artıq”  işçi  qüvvəsinin  azad  edilməsi,  istehsal  güclərinin  bir  hissəsinin  ləğv  edilməsi  və 

dondurulması və kapital qoyuluşlarının istehsal xərclərinin azaldılması və bununla da əlavə 

rəqabət üstünlükləri təmin edilməsi məqsədilə yeni texnologiyaların işlənib hazırlanmasına 

və tətbiqinə yönəldilməsi nəzərdə tutulmuşdu. Belə siyasət 1992-1994-cü illərdə Yaponiya 

iqtisadiyyatının  məruz  qaldığı  iqtisadi  böhranın  aradan  qaldırılması  məqsədilə  məcburi 

tədbir kimi aparılmışdır. 



6.

 

Beynəlxalq rəqabət qabiliyyətinin elmi-texniki tərkib 

hissəsi və ETTKİ-nin beynəlmiləlləşdirihnəsi 

Transmilli  şirkətlər  elmi-texniki  rəqabət  sahəsində  mövqelərinin  möhkəmləndirilməsi, 

böyük iqtisadi effekti və istehlakçı üçün dəyəri olan yeni məhsul növlərdə bazarlara  çıxış 

imkanlarının  genişləndirilməsi  və  artıq  buraxılmaqda  olan  məmulatların  lazımi  səviyyədə 

çatdırılması məqsədilə xüsusi proqramlar çərçivəsində ETTKİ-nə böyük diqqət yethirlər. 

Şirkətlərin  qloballaşmasının  mühüm  istiqamətlərindən  biri  istehsal  bazası  ilə  yanaşı, 

elmi-tədqiqat bazasının da digər ölkələrə köçürülməsi, ETTKİ-nə yalnız ana (baş) şirkətlərin 

fəaliyyətinin  tərkib  hissəsi  kimi  baxıldığı  sxemdən  kənarlaşma  olmuşdur.  Əsas  baza 

ölkələrində  özlərinin  elmi-tədqiqat  mərkəzlərinin  və  laboratoriyalarının  yaradılması  xarici 

filialların və törəmə şirkətlərin transmilli şirkətlərin (TMŞ) inkişafının ümumi konsepsiyası 

əsasında  özlərinin  investisiya  və  ticarət  strategiyasını  müstəqil  həyata  keçirən  regional 

inteqrasiya edilmiş (birləşmiş) komplekslərə transformasiyası prosesini gücləndirir. 

Elmi-tədqiqat bazasının xarici filialların və fıliallaşdırılmış şirkətlərin çərçivəsinə daxil 

edilməsi  ETTKİ  istiqamətində  əhəmiyyətli  dəyişikliklərlə  də  müşayiət  olunur.  Əvvəlki 

illərdə bu fəaliyyət əsas etibarilə istehsalın qaydaya salınması üçün lisenziya xidmətləri və 

nou-hau  təqdim  edilməsini,  kapitalı  qəbul  edən  ölkələrin  bazarlarında  satışların 

genişləndirilməsi, habelə yerli istehsal bazasının yaradılması üçün ticarət infrastrukturunun 

və  şəbəkələrinin  inkişafını,  istehsal  avadanlığının  modifıkasiyasım  əhatə  edirdi.  Hazırda 

elmi-tədqiqat 

fəaliyyətinin  nəticələrinin  törəmə  şirkətlərin  istehsal  tələblərinə 

yaxınlaşmasına,  buraxılan  məhsulun  yerli  bazarın  tələbatına  daha  tez  uyğunlaşdırılması 

məqsədilə  yeni  tədqiqatların  həyata  keçirilməsinə  yönəldilmiş  ETTKİ-nin  fəallaşması  baş 

verir.  Eyni  zamanda  məhsulun  yeni  modifıkasiyalarınm  yaradılması  ilə  yanaşı, 

korporasiyaların ümumi istehsal və satış proqramlarına əsaslanan ən perspektivli eimtutumlu 

texnologiyalar sahəsində tədqiqatları genişləndirən elmi-tədqiqat mərkəzləri getdikcə daha 

çox inkişaf edir. 



7.

 

Biznes bilikləri - dünya bazarında malın 

və firmanın rəqabət mövqeyinin 

əsasıdır 

Şirkətin biznes bilikləri və ya biznes səriştəsi, işgüzarlıq qabiliyyəti, biznes aparılması 

təcrübəsi,  əsas  və  spesifik  funksiyalar  sahəsində  menecmentinin  keyfiyyəti  şirkətin 

beynəlxalq,  o  cümlədən  dünya  bazarlarında  rəqabət  qabilİ



5

^^ətinin  əsasını  təşkil  edir. 

Keyfiyyətli biznes bilikləri xarici ölkələrin istehlakçılarına şübhəsiz üstünlüklər və istehlak 

dəyərləri təklif etmək imkanı yaradır, şirkətin əsas səriştəsinin müstəsnalığını nəzərdə tutur 

və gələcəkdə yeni bazarlara yol açılmasını, onun gələcək 

123 


inkişafını təmin edir. 

Biznes  texnologiyalar  idarəçilikdə,  marketinqdə,  informasiya  təminatında,  istehsal 

prosesi  texnologiyalarında,  elmi-texniki  araşdırmalarda  və  digərlərində  sistemləşdirilmiş, 

təcrübə ilə təqdim edilmişdir. 

İ.Ansoffun  “bazar-mal”  matrisası  ilə  analogiya  üzrə  tərtib  edilmiş  Q.Hemelin  və 

K.Prahaladanın  “Biznes  bilikləri  -  bazar”  matrisasına  (şəkil  10.3)  uyğun  olaraq  hər  şirkət 

bazarın növündən (yeni və ya köhnə) asılı olaraq öz biznes biliklərini necə inkişaf etdirmək 

məsələsini həll etməlidir. Bu zaman dörd variant mümkündür; 

 

Köhnə biznes bilikləri - köhnə bazar (“boşluqlarm” doldurulması); 



 

Yeni biznes bilikləri - köhnə bazar (əsas səriştələr üstəgəl on yenisi); 



 

Köhnə biznes bilikləri - yeni bazar (ağ ləkələr); 



 

Yeni biznes bilikləri - yeni bazar (meqa imkanlar). 



 

Bazar

 

Köhnə

 

Yeni

 

Biznes bilikləri

 

Yeni

 

əsas səriştələr üsləgol on yenisi

 

Meqa imkanlar

 

Köhnə

 

'‘Boşluqlarm”

 

doldurulması

 

Ağ ləkələr

 

Şəkil 10.3. “Biznes bilikləri - bazar” matrisası (Q.Hcmel - K.Prahalada) 



Köhnə  biznes  bilikləri  -  köhnə  bazar  (boşluqlarm”  doldurulması).  Bu  strategiya 

biznesin aparılmasının mövcud texnologiyalarından daha səmərəli istifadə edilməsi yolu ilə 

mövcud  bazarların  təkmilləşdirilməsinin,  optimallaşdırılmasınm  hansı  imkanları  olması 

məsələsinin həllini nəzərdə tutur. Bu halda şirkətin bir biznes vahidi (xarici filial, bölmə) 

biliklərini digərlərilə bölüşdürür. Şirkətin bölmələri arasında ideyalar axını dövr edir. Belə 

strategiya asan həyata keçirilir və az risklidir. 



Yeni  biznes  bilikləri  -  köhnə  bazar  (əsas  səriştələr  üstəgəl  on  yenisi).  Həmin 

strategiya rəqabət qabiliyyətinin saxlanması və yüksəldilməsi məqsədilə mövcud bazarlarda 

hansı  yeni  işgüzarlıq  səriştələri  tələb  ediləcəyi  sualına  cavabı  nəzərdə  tutur.  Şirkət  yeni 

biznes bilikləri və işgüzarlıq səriştəsinə yiyələnmə hesabına artıq mənimsənilmiş bazarlarda 

lider  olaraq  qalmaq  vəzifəsini  qarşısında  qoyur.  Belə  strategiya  əlaqədar  yeni  biznes 

sahələrini səmərəli genişləndirmək, məsələn, nəinki yalnız dərmanlar istehsal etmək, həm də 

müalicə üzrə məsləhətlər (tibbi konsaltinq) həyata keçirmək imkanı yaradır. 

Köhno  biznes  bilikləri  -  yeni  bazar  (ağ  ləkələr).  Bu  halda  şirkət  mövcud  biznes 

biliklərindən və idarəçilik səriştəsindən istifadə etməklə yeni malları və xidmətləri və yeni 

xarici  bazarların  daxil  edilməsi  hesabına  özünün  əmtəə  nomenklaturasmm  və  bazarların 

coğrafiyasının  optimallaşdırılması  yollarını  müəyyən  edir.  Beləliklə,  şirkət  mövcud 

səriştəsindən yeni bazarda istifadə edilməsinin yeni üsullarını axtarır. Məsələn, Sony şirkəti 

Walkman  texnologiyasını  həyata  keçirilməsi  üçün  özünün  maqnitofonlar  və  qulaqlıqlar 

istehsalı ilə məşğul olan törəmə şirkətlərinin və filiallarının müəssisələrinə vermişdir. 

Yeni  biznes  bilikləri  -  yeni  bazar  (meqa  imkanlar).  Bu  strategiya  gələcəkdə  ən 

cəlbedici  bazarların  (həm  bazar,  həm  də  regional  nöqteyi-nəzərindən)  öyrənilməsi  üçün 

lazım olan yeni biznes bilikləri aşkar edir. Həmin strategiya riskli, lakin yüksək 

124 


gəlirli hərəkətlərlə səciyyələnir və yeni biznes sahələri mənimsənilməsini nəzərdə tutur. Bu 

zaman  yeni  biznes  biliklərinə  və  yeni  bazarlara  az  xərclərlə  yol  açılmasına  nail  olmaq 

məqsədilə ən perspektivli sahibkarlıq fəaliyyəti sahələrinin və dairələrinin, strateji  alyans, 

ittifaq, birləşmə, qazanma üçün optimal tərəfdaşların müəyyən edilməsi son dərəcə vacibdir. 

Yeni  biznes  səriştələri  (kompetensiyaları)  daha  çox  aşağıdakılar  kimi  mənbələrin 

hesabına qazanılır: 

 

Layihə komandaları və ya müvəqqəti işçi qruplar, onlar layihənin həyata keçirilməsi 



üzərində işləyərkən yeni lazımi biznes layihələrini aşkar edirlər və sistemləşdirirlər; 

 



Ixtisasıartırma kurslarında, biznes məktəblərində təhsil alınması, keyfiyyət dərnəklərin 

işində iştirak edilməsi və s. yolu ilə kadrların hazırlanması və yenidən hazırlanması; 

 

Kadrların rotasiyası və kadrların çarpaz (qarşılıqlı dəyişilən) yerləşdirilməsi - yerinə 



yetirilən vəzifələrin dəstini dəyişdirən iş yerləri üzrə şəxsi heyətin yerdəyişməsini nəzərdə 

tutur,  bu  da  işin  yerinə  yetirilməsində  mühafizəkarlığı  azaldır  və  əməkdaşların  işgüzar 

erudusiyasmı və biznes səriştəsini genişləndirir; 

 



ən yaxşı ali məktəblərin ən yaxşı məzunlarının işə qəbul edilməsi; 

 



aparıcı universitetlərlə onların elmi-tədqiqat və təcrübə-konstruktor işlərindən istifadə 

edilməsi, öz biznes biliklərinin təkmilləşdirilməsi üçün xarici qabaqcıl təcrübəni, bacarığı və 

texnologiyaların mənimsənilməsi məqsədilə əməkdaşlıq edilməsi; 

 



patentlər və lisenziyalar alınması, digər şirkətlərin və təşkilatların araşdırmalarından və 

təcrübələrindən istifadə edilməsi üçün onların mübadiləsi; 

 

yeni  sahələrdə  elmi-tədqiqatlar  aparılmasına  dair  dövlət  idarələrindən  sifarişlər 



alınması və hökumət kontraktları bağlanması; 

 



alıcılarla - istehlakçılarla, vasitəçilərlə və mal göndərənlərlə onların biznes biliklərinə 

yol tapmaq məqsədilə tərəfdaşlıq münasibətləri qurulması; 

 

yeni biznes biliklər qazanılması məqsədilə tərafdaşhq münasibətləri qurulması; 



 

yeni  biznes  biliklər  qazanılması  məqsədilə  digər  şirkətlərin  səhmlərin  bir  hissəsinin 



alınması; 

 



strateji ittifaqlar və alyanslar (birliklər) yaradılması və ya artıq yaradılmışlara, xüsusilə 

müvəffəqiyyət  qazananlara  birləşmə,  bu  yeni  biznes  biliklərə  yol  açılmasına  imkan 

verəcəkdir. 

8.

 

Ölkənin rəqabət mövqeyi və gücü şirkətin və 

onun mallarının beynəlxalq rəqabət qabiliyyəti amili kimi 

Qlobal,  dünya  biznes  mədəniyyətinə,  danışıqlar  aparılması,  beynəlxalq  kontraktlar  və 

sazişlər bağlanması regionlarını və xarici ölkələrin biznes mədəniyyətinin xüsusiyyətlərini 

bilmək beynəlxalq rəqabət qabiliyyətinin mühüm tərkib hissəsidir. Bu halda kross-mədəni 

təhlil  böyük  kömək  göstərir,  o,  nəinki  yalnız  bu  və  ya  digər  xarici  ölkənin  biznes 

mədəniyyətinin,  həm  də  onun  ümumi  mədəniyyətinin  və  bazarın  ayrıca  seqmentinin 

submədəniyyətinin xüsusiyyətlərini aşkar etmək imkanı yaradır. 

Bu  məsələlərdə  səriştəliliyini  artırmaq  üçün  müvəffəqiyyətli  şirkət  müxtəlif  xarici 

ölkələrlə  işgüzar  əlaqələrin  təşkili  məsələləri  üzrə  yüksək  ixtisaslı  mütəxəssislər  ştatına 

malik olur, yaxud onun dəvət edilən ekspertlərin müvafiq məsləhətlərini almaq 

125 


imkanları olur. 

Xarici ölkələrin və dünyanın ümumi və biznes mədəniyyətinə yiyələnmək yalnız xarici 

dilləri  deyil,  həm  də  müvafiq  tarixi,  ədəbiyyatı,  iqtisadiyyatı,  incəsənəti,  etnoqrafiyanı, 

adətləri  və  ənənələri  bilməyi  nəzərdə  tutur.  Bu  məsələlərin  qeyri-qənaətbəxş  öyrənilməsi 

şirkətin dünya və milli bazarlarda rəqabət mövqeyində ciddi itkilərə səbəb ola bilər. Ölkənin 

reytinqinin,  iqtisadi  və  siyasi  vəziyyətinin  rəqabət  gücünün,  bütövlükdə  onun  biznesinin 

imicinin  (nüfuzunun)  şirkətin  və  onun  mallarının  dünya  bazarında  rəqabət  qabiliyyətinə 

göstərdiyi təsiri yaddan çıxartmaq olmaz. Bu bizim respublikamızda 1980-ci illərin ortaları - 

üçüncü  minilliyin  birinci  onilliyi  dövründə  islahatlar  aparılmasının  nəticəsində  müşahidə 

edilə bilən vəziyyətlə təsdiq olunur. 

Respublikada  soaial-iqtisadi  vəziyyət  zəifləmişdi,  beynəlxalq  biznesdə  aşağı  imici 

(nüfuzu)  olan  subyektlərin  iştirak  etməsi  bütövlükdə  Azərbaycan  biznesinin  dünya 

bazarlarında qəbul edilməsi üçün əlverişsiz mühit yaratmışdı, bu da ayrı-ayrı şirkətlərin və 

müəssisələrin rəqabət qabiliyyətinin səviyyəsinə mənfi təsir etməyə bilməzdi. 

Bundan əlavə, bu məsələdə ölkələrin rəsmi qeydiyyata alman kredit reytinqlərini nəzərə 

almaq  lazımdır.  O,  dövlətin  və  onun  şirkətlərinin  beynəlxalq  biznes  üzrə  tərəfdaş  kimi 

mötəbərliyinin və ciddiliyinin səviyyəsini göstərir. 

Yoxlama sualları 

1



4. 

5. 


6

7. 



8

9. 



9.

 

 



11

.

 



12

.

 



13. 

Malın və firmanın rəqabət qabiliyyəti - mütləq yoxsa nisbi anlayışdır? 

Cavabınızı əsaslandırın. 

Malın əsas və əlavə xüsusiyyətlərinə nə aid olmasını misalla nümayiş etdirin. 

Onlardan hansıları rəqabət qabiliyyəti mövqeyindən ən böyük əhəmiyyətə 

malikdir? 

Malın beynəlxalq rəqabət qabiliyyətinin əsas tərkib hissələrini sadalayın və 

konkret misallarla onların xarakteristikasını verin. 

Dünya bazarlarında malların keyfiyyətinin yüksəldilməsinin hansı sistemləri 

Sizə məlumdur? 

Beynəlxalq keyfiyyət standartı ISO seriya 9000 (2000/2001) nə ilə səciyyəvidir? 

“Dünya standartları səviyyəsində mallar” nə qədər yüksək rəqabət 

qabiliyyətinə malikdir? 

Sizə məlum olan milli keyfiyyət standartlarından misallar gətirin. 

Müasir marketinqdə qiymət və qeyri-qiymət rəqabətinin xüsusiyyətləri və 

əhəmiyyəti. Beynəlxalq rəqabət qabiliyyətinin təmin edilməsində qiymətin 

rolu. 

Beynəlxalq rəqabət qabiliyyətinin təmin edilməsində innovasiyanm rolu. 



“Biznes bilikləri” anlayışının şərhini verin. 

Q.Hemelin və K.Prahaladanm “Biznes bilikləri - bazar” matrisasmm dünya 

bazarında şirkətin işinin optimallaşdırılması üçün əhəmiyyəti nədən ibarətdir? 

Biznes mədəniyyəti malın və firmanın beynəlxalq rəqabət qabiliyyətinin 

səviyyəsinə necə təsir göstərir? 

Respublikada yenidənqurma Azərbaycanın, onun şirkətlərinin və mallarının 

rəqabət qabiliyyətinin səviyyəsinə necə təsir göstərmişdir? Cavabı misallarla 

əsaslandırın. 

126 


Mövzu ll.Firmanm əmtəə çeşidlərinin beynəlxalq 

marketinqdə optimallaşdırdması 

Mövzunun planı 

1.

 



Firmanın ixracının (idxalının) çeşidlər “şəbəkəsi”. 

2.

 



İxrac (idxal) mal çeşidlərinin optimallaşdırılması və malın həyal dövrü. 

3.

 



Beynəlxalq bazarda malların həyal dövrünün klasler ləhlili və kumulyaliv əyri üzrə 

çeşidlərin oplimallaşdıniması. 

4.

 

Firmanın əmləə çeşidləri üzrə differensiasiya, diversifıkasiya, şaquli inleqrasiya, dar 



ixlisaslaşma siralegiyalan və onların oplimallaşdıniması. 

5.

 



Beynəlxalq markelinqdə malların çeşidlərinin oplimallaşdırılmasmda konqlo- 

meralhq, sinergiya və emercenllik prinsipləri. 



1.

 

Firmanın ixracının (idxalının) çeşidlər “şəbəkəsi” 

İdarəçiliyin  beynəlxalq  markelinq  konsepsiyası  prinsiplərilə  işləyən  müasir  firmalar 

nəinki  keyfiyyəlcə  yeni  və  ya  lokmilləşdirilmiş  malların  hazırlanmasını  vo  beynəlxalq 

bazarlarda meydana çıxmasını ləmin edir, həm də oplimal xarici licarəl (ixrac və ya idxal) 

əmləə  çeşidlərinin  (assorlimenlini)  (producl  mix)  və  malların  modellərinin  və 

modifıkasiyalarm paramelrik sırasını (producl line) formalaşdırır (şəkil 11.1). 

Firma  üçün  yalnız  bir  malın  və  ya  onun  növünün  buraxılmasına  və  ixracına 

isliqamətlənmək  olduqca  ləhlükəlidir,  çünki  o,  firmanın  sahibkarlıq  fəaliyyəlini  xüsusilə 

zəiflədir və bazar konyuklurası pisləşən halda onun iflası qorxusu ola bilər. Lakin dar ixrac 

(idxal)  nomenklalurasma  əsaslanaraq,  şirkəl  coğrafi  cəhəldən  müxləlif  xarici  bazarlarda 

işləməklə özünü ləhlükədən qoruya bilər. Belə vəziyyəlin zəifliyinə yol verilməməsi üçün 

şirkəllər  yeni  malların  fasiləsiz  buraxılmasına,  onların  öz  ixrac  (idxal)  sırasına 

quraşdırılmasına gedirlər, xarici licarəl nomenklalurasmı oplimal surəldə genişləndirirlər. 

Eyni  zamanda  azalma  mərhələsində  olan  mallar  bazardan  çıxarılır,  yəni  beynəlxalq 

markelinq  sahəsində  çeşidlər  (assorlimenl)  siyasəlinin  əsas  vəzifəsi  -  firmanın  əmləə 

nomenklalurasının və onun paramelrik sıralarının yeniləşdirilməsi və oplimallaşdırılmasıdır. 

Xarici  licarəl  nomenklalurası  formalaşdırılan  zaman  malların  çeşidlərinin  genişliyi 

(malların ixracda və ya idxalda çeşidlər qruplarının sayı), onun dolğunluğu (malların ümumi 

sayı),  dərinliyi  (çeşidlər  qrupu  və  ya  malların  all  növlərinin  və  modifikasiyalarının 

paramelrik  sırası  çərçivəsində  malların  sayı),  həmahəngliyi  (müxləlif  çeşidlər  qrupundan 

olan mallar arasında  yaxınlıq dərəcəsi), MHD-nün (malın həyal dövrünün) və beynəlxalq 

MHD-nün əlaqəliliyi və oplimalhgı böyük əhəmiyyələ malikdir. 

127 


 

1

 



 

2

 



 

3

 

 



 

 

la



 

 

Ib



 

 

Ic



 

I - VI - mallann parametnk sıralan (proAıct line) mallann 

növləri; 

128 


Download 4.84 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling