Elmi redaktor: Rəvcilər: dos. E. N. Kərimo v prof. I. A. Kərimli dos. T.Ş.Şükürov
Download 4.84 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Göndərmə müddətinə (qiymətlərin dinamikasına, inflyasiyaya) uyğun düzəlişlər.
- Keyfiyyətə uyğun düzəlişlər.
- Texniki xidmət və servis şərtlərinə uyğun düzəlişlər.
- Qiymətqoymanın əsas metodları və qiymət strategiyaları Mövzunun planı
- Dünya bazarında cari qiymətlərinə riayətetmə strategiyası.
- Beynəlxalq təcrübədə qəbul olunmuş qiymətqoyma metodları əsasında strategiya.
- Dünya ticarətində liderin mallarının qiymətlərinə riayətetmə strategiyası.
- Beynəlxalq marketinqdə qiymətqoymanın mübahisəli (yarış) metodu.
Qeyri-qiymət dempinqi (bəzən onu keyfiyyət dempinqi adlandırırlar) daha yaxşı keyfiyyətli, böyük miqdarda əlavə xidmətlər dəsti ilə müşayiət olunan malın bazarda qəbul olunmuş orta qiymətə təklif edilməsini nəzərdə tutur. Bu şirkətə dempinqlə əlaqədar təqib edilməkdən yayınmağa və eyni zamanda əhəmiyyətli beynəlxalq rəqabət üstünlükləri almağa imkan verir.
Beynəlxalq qiymətqoyma sahəsində mütəxəssislər beynəlxalq fəaliyyətdə danışıqların başlanması üçün qiyməti müəyyən edərkən analoji məhsullar təklif edən müxtəlif şirkətlərin müvafiq qiymət məlumatlarını əldə edirlər, xüsusi sənədlərin (“ixrac qiymətinin əsaslandırılması” və idxal üzrə “rəqabət vərəqi”) tərtib edilməsi yolu ilə həmin şirkətlərin mallarının qiymətlərini müqayisəli bazaya gətirirlər və danışıqlara başlamaq (“adlandırmaq”) və mah almaq və ya satmaq mümkün ola bilən qiymətin səviyyəsini müəyyən edirlər, habelə danışıqların aparılması üçün firmaları aşkar edirlər və qiymətlər üzrə danışıqların qaydasını müəyyən edirlər. I
mərhələ - rəqib şirkətlərin mallarının qiymətinin ən azı üç göstəricisini tapırlar. Bu qiymətlər: •
valyuta ilə ödənilən böyük ixrac və idxal bölgü kommersiya əməliyyatları aparılır; •
Mötəbər qiymətlər olmalıdır və dünya bazarında həmin malın istehsalçıları və istehlakçıları arasında davamlı münasibətləri ifadə etməlidir; •
olmalıdır. Qiymətlər üzrə informasiya mənbələri _______________________________________ •
-
sorğu qiymətləri (preyskurantlar, birja qiymətlərinin təyin edilməsi, hərracların, satışların qiymətləri); -
faktiki əqdlərin qiymətləri; -
böyük şirkətlərin təklif etdiyi qiymətlər. •
Əvvəlki əqdlərin qiymətləri •
Hesablama qiymətləri _________________________________________________ II
mərhələ - seçilmiş qiymətləri vahid, müqayisəli bazaya gətirirlər (necə deyirlər, qiymətlərin tənzimlənməsini həyata keçirirlər), məsələn, inflyasiya, göndərmə bazisinə, ödəmə şərtlərinə və valyutasına, göndərmənin həcminə, qiymətlər üzrə informasiyanın növünə və digərlərinə uyğunlaşdırılan düzəlişlər edirlər. Göndərmə müddətinə (qiymətlərin dinamikasına, inflyasiyaya) uyğun düzəlişlər. Bu halda qiymətlərin indeksindən istifadə edirlər. Hesablama aşağıdakı düsturla həyata keçirilir: 159
əqd tarixhə olan qiymət
məlumatolan tarixə qiymət
əqd tarixilə və ya ona ən yaxın tarixə olan qiymət indeksi məlumatolan tarixəqiymətindeksi Sövdələşməyə uyğun düzəliş. Qiymət informasiyasının növündən asılı olaraq; -
-
kataloqlar və preyskurant qiymətləri 40-50% azaldılır; -
birja qiymətləri, hərrac qiymətləri adətən dəyişilmir, onlar nisbətən təmiz qiymətlərdir. Göndərmənin şərtlərinə (bazisinə) uyğun düzəlişlər: -
-
idxal üzrə qiymətlər SİF (SİF) şərtinə gətirilir (uyğunlaşdırılır). Ödəmə şərtlərinə uyğun düzəliş: -
Qiymətlər diskontlaşdırma vasitəsilə nağd ödəməyə uyğunlaşdırılır; -
Diskontlaşdırma əmsalı Kd bu düsturla hesablanır: K ______ “ “ ( l + F ) " Burada, F - kredit verilən faizdir; n - əqd bağlanandan sonra ödəmə aparılan illərin sayıdır. Güzəştlərə düzəliş: -
-
skonto güzəştləri; -
dövriyyə güzəştləri (15-30%); -
müvəqqəti güzəştlər (göndərmələrin miqdarı və ya seriyahhğı); -
həmin bazarın həmin mal üzrə adətləri əsasında satın alınan malların miqdarından asılı olan güzəştlər (əlavələr); -
diler güzəştləri (15-20%); -
preferensial (xüsusi) güzəştlər; -
ixrac güzəştləri; -
mövsümi güzəştlər (15%); -
gizli güzəştlər (qiymətdə deyil, digər xidmətlər edilməsində - fraxtın ödənilməsi, faizsiz kredit verilməsi); -
III
mərhələ - malın özünün xüsusiyyətlərini nəzərə almaqla konkret güzəşt şərtləri üçün qiyməti hesablayırlar. Komplektləşdirməyə düzəlişlər əsas mala əlavə olunan və ümumi dəyərə daxil edilmiş əlavə detallar, aksessuarlar və digər əlavə məhsul növlərinin komplekti (dəsti) ilə əlaqədar qiymətə dəyişikliklər edilməsini nəzərdə tutur. Texniki-iqtisadi parametrlərdə fərqə uyğun düzəlişlər. Bu halda Berin düsturundan daha çox istifadə edilir: P, Xf
2
Burada, P), P
- malların qiymətləridir, onlardan birini hesablamaq lazımdır; Xı, X
- malın texniki parametrinin qiymətidir; Kt - tormozlama əmsalıdır, əsas texniki parametrin dəyişilməsindən 160
qiymətin düzxətli olmayan asılılığım səciyyələndirir. Keyfiyyətə uyğun düzəlişlər. Təbii ki, danışıqlara hazırlaşan və qiyməti ilkin hesablayan zaman malın keyfiyyət xarakteristikaları, həm də tərkib hissələrinə bölməklə nəzərə alınır. Yüksək keyfiyyət qiymətin artırılması üçün sanballı əsasdır, lakin təcrübədə belə asılılıq heç də həmişə birbaşa olmur. Texniki xidmət və servis şərtlərinə uyğun düzəlişlər. Ödənilməsi ümumi qiymətə daxil olan xidmətlər təqdim edilməsi də onun səviyyəsini yüksəldə bilər. Danışıqlar aparılmasına və ən yaxşı qəbul edilə bilən qiymət səviyyəsi seçilməsinə hazırlaşan zaman qiyməti hesablayanda xidmətlərin dəyərini də nəzərə almaq lazımdır. Belə düzəlişlərin ümumi sayı xeyli - 20-30 və daha çox ola bilər.
Beynəlxalq kontraktlarda qiymət şərtlərinin formalaşdırılması (ifadə edilməsi) zamanı ölçü vahidi; qiymət bazisi; qiymətin valyutası; ödəmə valyutası; qiymətin təsbit edilməsi müəyyən edilir.
qiymət barrelə, malın vahidinə, tona görə (həm də hansı ton (qısa və ya uzun) beynəlxalq kontraktda qəbul edilməsi dəqiqləşdirilməlidir) qoyula bilər.
ödənilməsinə dair hansı çərtlərlə qiymətin səviyyəsinin müəyyən edilməsini, habelə riskin və mala sahibkarlıq hüququ satıcıdan alıcıya keçən anı (vaxtı) göstərir. Hazırda dünya təcrübəsində İNKOTERMC-2000 şərtlərinə əsaslanırlar, orada: ixracçının mah xarici istehlakçıya çatdırması üzrə riskləri və xərclərinin ağırlığı ən minimal olan “franko-zavod şərtindən istehsalçı şirkət mah xarici ölkədən son alıcıya çatdırmalı olmalı “franko-təyinat yeri” şərtinə qədər 13 müxtəlif bazis şərtləri sadalanmışdır. Ən çox istifadə olunan bazis şərtləri FOB, SİF, KAF və s. şəklində təqdim edilir. Qiymətin valyutası beynəlxalq kontraktlarda böyük əksəriyyət hallarda yaranmış təcrübəyə uyğun olaraq ABŞ dollarıdır. Yoxlama sualları 1.
Qiymət yaradan amillər hansılardır? 2.
Beynəlxalq marketinqdə əsas qiymət məqsədləri və strategiyaları hansılardır? 3.
Xarici bazarda qiymətlərin səviyyələrinin müəyyən edilməsi mərhələləri hansılardır? 4.
’’Hannibalizm effekti nədir? 5.
Qiymət və qeyri-qiymət dempinqi nədir? 6.
Beynəlxalq kontraktlarda nəzərə alman qiymət şərtləri hansılardır? 7.
İxrac qiyməti hesablanarkən hansı göstəricilərdən istifadə edilir? 161
MÖVZUİ4. Qiymətqoymanın əsas metodları və qiymət strategiyaları Mövzunun planı 1.
Beynəlxalq rəqabətə istiqamətlənməklə qiymətqoyma metodları. 2.
Dünya ticarətində qiymətqoymanın marketinq sistemi. 3.
Yeni məhsullara qiymət qoyulmasının marketinq strategiyası. 4.
Malların və mal qruplarının parametrik sıralarının qiymətlərinin hesablanması əsasında qiymətqoyma metodları. 1. Beynəlxalq rəqabətə istiqamətlənməklə qiymətqoyma metodları Firma bazarda inhisarçı və ya təxminən inliisarçı mövqe tutan zaman “xərclər plyus” metodundan istifadə etməklə tam sərbəst surətdə ən bö
ik mənfəət ala bilər, lakin ölkələrin əksəriyyətində antiinhisar qanunvericiliyi qüwədə olması ilə əlaqədar demək olar ki, belə yüksək bazar payını saxlaya bilən firmalar çox azdır, bir sıra sahələrdə isə ümumiyyətlə yoxdur. Bundan əlavə, müasir dövrdə TMK, bir qayda olaraq, eyni texniki və idarəçilik səviyyəsinə malikdir, bu isə onları bazar mühitində təxminən bərabər xəziyyətə qoyur. Həm də bazarın yetkinliyi nə qədər yüksək olarsa (inkişaf etmiş ölkələrdə hazırda məhz belə bazar yaranmışdır), ona yeridilməyə və differensiasiya və diversifikasiya strategiyaları həyata keçirmək hesabına müxtəlif sahələr arasında rəqabəti inkişaf etdirməyə fəal çalışan firmaların sayı o qədər çox olur. Belə şəraitdə ixrac qiyməti müəyyən ediləndə dünya və/və ya xarici ölkə bazarında firmanın və həmin malın və ya xidmətin rəqabət vəziyyətini, habelə ümumi rəqabət mühitini nəzərə alan metod daha münasib olur. Beynəlxalq rəqabətə istiqamətlənən qiymət qoyulması metodu, yuxarıda artıq qeyd edildiyi kimi, qiymətqoymanın xərclərə əsaslanan metodu və satışa istiqamətlənən metodu ilə yanaşı müasir beynəlxalq marketinqdə ən fəal istifadə olunan qiymətqoyma metodunu təqdim edir. Həmin metoda əsasən satılan malların və xidmətlərin qiymətini müəyyən konkret bazarda həmin firmanın mallarının differensiasiyası qüvvəsinin təhlili və rəqib firmalarla müqayisəsi yolu ilə, habelə bazarda yaranmış qiymətlərin müvafiq təhlili və müqayisəsi yolu ilə müəyyən edirlər. Beləliklə, rəqabətə istiqamətlənməklə qiymətin müəyyən edilməsi metodu dünya və/və ya xarici ölkə bazarında rəqabət mühitini və həmin firmanın rəqabət vəziyyətini nəzərə almaqla qiymət qoyulmasından ibarətdir. O, öz növbəsində, alt növlərə bölünür. Beynəlxalq rəqabətə istiqamətlənən qiymətqoyma metodları •
•
Beynəlxalq təcrübədə qəbul olunmuş qiymətqoyma metodları; •
Dünya ticarətində liderin mallarının qiymətlərinə riayətetmə strategiyası; •
Beynəlxalq rəqabət qiymətqoyulması (rəqibin qiymət hərəkətlərindən asılı olaraq); •
Beynəlxalq marketinqdə qiymətqoymanın mübahisəli metodu. ________________ Dünya bazarında cari qiymətlərinə riayətetmə strategiyası. Bu metod qiymətin o şərtlə müə 3 ^ən edilməsini nəzərdə tutur ki, müəyyən malı beynəlxalq bazarda satan 162
və ya müvafiq xidməti təklif edən hər satıcı qiymətləri bazarda yaranmış qiymətqoyma adətlərinə və qiymətlərin səviyyəsinə hörmətlə yanaşaraq, orta dünya bazar qiymətlərinin real mövcud olan səviyyəsinə əsaslanaraq və bu zaman həmin səviyyəni əhəmiyyətli dərəcədə pozmayaraq müəyyən edir. Bu zaman, əgər həmin firma öz mallarının və xidmətlərinin differensiasiyası dərəcəsini rəqib firmaların mallarına və xidmətlərinə nisbətən yüksəldirsə, o, adi qiymətlərlə müqayisədə bir qədər yüksək səviyyədə qiymət qoymaq iqtidarındadır. Bazar qiymətlərinin qəbul olunmuş adi səviyyəsinə riayətetmə (əməl) metodu kimi ənənəvi qiymətqoyma metodu beynəlxalq şirkətlər tərəfindən çətin differensiasiya edilən (fərqləndirilən) mallara, məsələn sementə, şəkərə, neftə və s. qiymət qoyulmasında fəal tətbiq edilir. Lakin belə üsulla müəyyən edilmiş qiymət xüsusi qiymət zonasında hər firma tərəfindən sərbəst müəyyən edilməlidir. Əgər firmalar arasında qiymətlərin səviyyəsinin uyğunlaşdırılması üzrə razılıq bağlanarsa, onda belə hərəkətə antitrest qanunvericiliyin hüquqi pozulması kimi baxılacaqdır. Bu, məsələn, Yaponiyanın çox böyük Shiseido kosmetika şirkətində olmuşdur. O, 1993-cü ildə pərakəndə satış şəbəkəsinə münasibətdə öz məhsullarının yüksək qiymətlərinin saxlanılması üzrə sərt siyasət aparmışdır, onun nəticəsində böyük qalmaqal yaranmışdır.
Beynəlxalq təcrübədə bütöv bir sıra mallara münasibətdə xarici ticarət qiymətqoymasının nümunəvi yanaşmaları və metodikaları yaranmışdır. Məsələn, nadir maşın və avadanlıq növlərinin ixrac qiymətinin hesablanması BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) tərəfindən təklif edilmiş düsturla həyata keçirilir. Birja malları üçün qiymətin səviyyəsinin müəyyən edilməsi üçün birja qiymət təyin edilmələrindən istifadə edən öz qiymətqoyma təcrübəsi vardır və b.k.
ondan ibarətdir ki, dünya və/və ya xarici ölkə bazarında ən böyük bazar payına malik olan, yəni həmin sahədə istehsal və satış miqyasları, texnologiya səviyyəsi, nüfuzluluq və bu k. Üzrə lider vəziyyəti tutan lider firmanın mallarının qiymətlərinə əsaslanaraq firma öz mallarının qiymətlərini gizli surətdə müəyyən edir. Beləliklə, müvafiq bazarda liderlik vəziyyəti tutan, alıcıların ən yüksək dərəcədə inamını qazanmış firma istehsal xərcləri və qiymətlərin səviyyəsini təklif etmək sahəsində öz liderliyini göstərmək üçün üstün vəziyyətdə olur. O, digər ixracçılara nisbətən bazarda özü üçün daha faydalı səviyyədə qiymətlər müəyyən etmək üçün geniş imkanlara malik olur və qiymət qoyulan zaman rəqabət vəziyyətini olduqca sərbəst nəzərə ala bilər. Hazırda bu tipli firmalar arasında belə meyl müşahidə olunur ki, onlar üçün mah aşağı qiymətlərlə satmaq faydalı olmamasını anlayaraq və öz sahəsinin inkişafının sabitliyi vəzifəsinə əsaslanaraq, satış qiymətini elə səviyyədə müəyyən etməyə çalışırlar ki, o, digər, az güclü firmalara da yaşamaq imkanı versin, yəni öz gücləri çatan qədər qiymətin aşağı salınmasına getmirlər. Həm də bu onlara əlavə mənfəətlər almaq imkanı yaradır. Adətən öz qiymət siyasətinin formalaşdırılmasmda liderin arxasında gedən firmalar həm xərclərin səviyyəsi üzrə, həm marketinq texnologiyalarında səriştəlilik səviyyəsi üzrə, həm tanınma dərəcəsi üzrə, həm alıcılar tərəfindən onların ticarət markasının tanınması dərəcəsi üzrə çox zəif olurlar və ona görə də öz məhsulları üçün lider firmanın müəyyən etdiyi səviyyəni saxlamaqdan başqa əlacı qalmır. Bunun nəticəsində, hərçənd firmalar öz aralarında qiymətlərə dair hər hansı saziş bağlamırlar, təcrübədə elə alınır ki, malları və xidmətləri onlar müəyyən, sanki 163
razılaşdırılmış səviyyə hədlərində satırlar, yəni ixrac qiymətlərinin orta həddə gətirilməsi baş verir.
Əslində hər hansı bir qiymət qoyulmur, həmin firmanın bazarda vəziyyətindən, mallarının və xidmətlərinin lider firmanın mallarına münasibətdə differensiasiyası (fərqləndirilməsi) qabilİ
^əti və dərəcəsi nöqteyi-nəzərindən onun mövqeyindən asılı olaraq belə qiymətlərin bir neçə səviyyəsi (qiymət zonası, qurşağı) müəyyən edilir. Əksəriyyət hallarda elə vəziyyət müşahidə olunur ki, hər belə firmanın mallarının qiymətləri müəyyən çərçivələrlə məhdudlaşdırılır və bu zaman lider firmanın müvafiq mallarının qiymətlərindən aşağı olur. Liderin arxası ilə gedən qiymət strategiyası ondan istifadə edən şirkətlər üçün müəyyən təhlükələr yarada bilər. Əvvəla, lider şirkət qiymətdə səhv buraxa bilər, bu isə onun arxasınca gedən şirkətlərin müflisləşməsinə səbəb ola bilər, hərçənd lider şirkətin özü daha güclü olduğundan, təbiidir ki, davanı gətirəcəkdir, ikincisi, lider şirkət onun ardınca gedən şirkətlər tərəfindən hücum strategiyasından narahat olaraq, qəsdən elə addımlar ata bilər ki, yamsılayan şirkətlər tərəfindən onların təkrarlanması həmin şirkətlərin arzuolunmaz vəziyyətinə və müflisləşməsinə gətirib çıxarda bilər. Belə strategiyanın müsbət tərəfi ondan ibarətdir ki, yamsılayan şirkət səriştəli marketinq hazırlaması və tətbiqi üçün xərclərə qənaət edir və yalnız dünyanın güclülərini yamsılamaqla dünya bazarında babat yaşaya bilər. Beynəlxalq rəqabət qiymətqoyulması rəqibin qiymət hərəkətlərindən asılı olaraq qiymət siyasətində mümkün olan üç strategiyadan optimalını seçir: •
•
rəqibin qiymət hərəkətlərinə baxmayaraq qiyməti dəyişməmək; •
rəqibin əksinə hərəkət etmək (əgər o, qiyməti aşağı salmışsa, onda onu artırmaq, əgər artırmışdırsa, onda azaltmaq). Bu zaman rəqiblərin dəyişilməsi səviyyəsi mühüm cəhətdir - qiyməti əsas rəqib kimi səviyyədə dəyişmək, yoxsa rəqib tərəfindən qiymətlərin dəyişilməsi səviyyəsindən fərqli miqdarda dəyişmək. Bu vəziyyətdə marketoloq qiymətə aid qərarları diqqətlə fikirləşir və əsaslandırır, bir sıra hallarda isə məqsədli seqmenti və malın mövqeyini dəyişir. Beynəlxalq marketinqdə qiymətqoymanın mübahisəli (yarış) metodu. Belə qiymətqoyma metodu əsas etibarilə birjalarda, hərraclarda və sövdələşmələrdə əməliyyatlar həyata keçiriləndə tətbiq olunur. Birja metodu, qiymətin müəyyən edilməsinin mübahisəli (yarış) metodu kimi daim fəaliyyət göstərən dünya bazarlarında kütləvi xammala və ərzaq mallarına dair alqı-satqı əqdləri bağlanmasından ibarətdir. Birjada dövriyyədə olan mallar nümunəvi, tipik əlamətlərə malik olur. Onlar keyfiyyətcə (bircinslidir) eynidir və qarşılıqlı dəyişilə biləndir, müəyyən edilmiş standartlara və nümunələrə uyğundur. Dünya birja ticarəti obyektləri hazırda mis, qalay, sink, gümüş, qızıl, platin, neft, propan qazı, yanacaq, mazut, taxıl, yuyulmuş yun, kofe, kakao, broylerlər, şəkər və bir çox digər mallardır. Birja əməliyyatları zamanı mala əvvəlcə baxış keçirilməsi nəzərdə tutulmur və o, faktiki olaraq birjada olmur. Müasir birja ticarətində real mallara dair əqdlər 1% təşkil edir, 99% isə mala hüquqi malik olmaq məqsədi daşıyan əqdlərə (kağız əqdlərinə) düşür, onlar konkret icra olunan dövrdə qiymət dəyişilən halda mümkün ola bilən itkilərdən sığortalanma imkanı yaradır. Alver əməliyyatlar birja kontraktlarının alqı-satqısmdan onların bağlandığı günə və icra edildiyi günə qiymətlərin fərqi nəticəsində mənfəət qazanmaq 164
məqsədilə həyata keçirilir. Birjada əməliyyatların böyük həcmi konkret birja malının orta birja dünya qiymətini aşkar etmək imkanı yaradır, o, birja çərçivələrindən kənarda real beynəlxalq əqdlərin kontrakt qiymətləri müəyyən edilən zaman sorğu qiyməti kimi qəbul edilir. Qiymətin müəyyən edilməsinin hərrac metodundan da şirkətlər beynəlxalq ticarətdə fəal iştirak edirlər. Hərraclar xüsusi razılaşdırılmış yerlərdə və müəyyən vaxtda vaxtaşırı fəaliyyət göstərən beynəlxalq bazarlardır, burada fərdi xüsusiyyətlərə və müxtəlif keyfiyyətlərə malik olan, əvəz edilə bilən mallar satılır. Hərrac ticarəti zamanı mala qabaqcadan baxış keçirilməsi nəzərdə tutulur. Hərraclarda onların təşkil edildiyi yerdə olan real mallara dair əqdlər bağlanır. Beynəlxalq hərrac ticarətinin obyektləri xəzlər, antikvar əşyalar, çay, tütün, gül, tərəvəzlər, meyvələr, balıq, at, yuyulmamış yun, cod tük, tropik meşə növləri və digərləridir. Dünyada hər il təxminən 150 beynəlxalq hərrac keçirilir. Hərrac metodundan qiymətli kağızlar bazarında da istifadə edihr. Beynəlxalq təcrübədə hərrac keçirilməsinin iki texnologiyası tətbiq edilir: •
hərrac keçirilməsinin yüksəltmə metodu, bu zaman əvvəlcə ən aşağı qiymət elan edilir, sonra onun yüksəldilməsi gedir və mal ən yüksək qiymət təklif edənə çatır. •
qiymət elan edilir və belə qiymətə alıcı tapılmırsa, qiymət azaldılır. Bu halda müvafiq malın alqı-satqısma dair əqd bağlanması hüququnu o alıcı qazanır ki, o, satıcının elan etdiyi qiyməti birinci qəbul edir və beləliklə hərracın qalan iştirakçıları ilə müqayisədə satıcının elan etdiyi ən yüksək qiymətlə razılaşır. Belə metod hərracın daha sürətli (tez) keçirilməsinə imkan verir. Lakin mübahisəli (yarış) ticarətin vəziyyətini və mühitini nəzərə alaraq, konkret tərəf üçün daha qəbuledilə bilən qiymətə sövdələşməyin mümkün olacağını hesablamaq çətin olur. Hərracların qiymətləri hərrac ticarəti çərçivəsindən kənarda müvafiq məhsullara dair real kontraktlar bağlanan zaman sorğu qiyməti olur. Beynəlxalq sövdələşmələr. Xarici-iqtisadi və beynəlxalq fəaliyyətlə məşğul olan şirkətlər belə metodikadan, bir qayda olaraq, irimiqyaslı əqdlər üzrə, müxtəlif ölkələrdən ən faydalı təchizatçı (mal göndərən) və ya podratçı müəyyən edilən zaman istifadə edirlər. Beynəlxalq sövdələşmələrin obyektləri maşın və avadanlıq dəstləri və obyektlər (zavodlar, bəndlər, idman qurğuları) tikilməsidir. Beynəlxalq sövdələşmələr 80% hallarda inkişaf etməkdə olan ölkələr tərəfindən elan edilir, onlar irimiqyaslı layihələr həyata keçirərkən optimal tərəfdaşların müstəqil müəyyən edilməsində, habelə biznes-planı və texniki-iqitisadi əsaslandırmanı daxil edən geniş təkliflər tərtib edilməsində kifayət qədər təcrübəyə malik deyil. Bu, habelə onunla da izah edilir ki, bir sıra inkişaf etməkdə olan ölkələrdə xaricdən maşınlar və avadanlıq alan zaman kontraktın dəyəri müəyyən məbləğdən yüksək olan halda onun bağlanmasına qanunvericilik qaydasında yalnız sövdələşmələr vasitəsilə həyata keçirməyə icazə verilir. Məsələn, Birmada və Misirdə əslində bütün malların idxalı və bütün podrat əməliyyatları sövdələşmələr vasitəsilə həyata keçirilir. Sövdələşmələr tenderlər vasitəsilə həyata keçirilir. Tenderlər deyəndə sövdələşmələrdə iştirak üçün təklif, sövdələşmələrin təşkili üçün lazımi tender sənədləri dəsti, sövdələşmələrin təşkilatlarının tərtib etdiyi şərtlər-təkliflər, habelə sövdələşmələrdə iştirak etmək istəyənlər tərəfindən ofert (müqavilə təklifi) və sövdələşmələrin qalibinin müəyyən edilməsinin qapalı prosedurası başa düşülür. 165
Beynəlxalq sövdələşmələr üç növ olur: •
Açıq sövdələşmələr, onlarda iştirak etmək üçün arzu edən bütün şirkətlər və təşkilatlar dəvət olunurlar; •
sayda iştirakçılar dəvət edilirlər; •
Tək sövdələşmələr, onlarda iştirak etmək üçün yalnız bir firma dəvət edilir, lakin sövdələşmələrin təşkili və keçirilməsi üzrə bütün qaydalara riayət olunur. Oferentlərin (müqavilə, saziş təklif edənlərin) olmaması şərtilə sövdələşmələr aparılması nəticəsində alınmış kontrakt qiyməti dünya bazarının sövdələşməni təklif edən idxalçı tərəfi üçün ən faydalı qiyməti kimi müəyyən edilə bilər. Sövdələşmələr üzrə qiymətlər kontraktlar bağlanan zaman sövdələşmələrin çərçivəsindən kənarda mallara müvafiq olmayan xidmətlər üçün də sorğu qiyməti ola bilər.
Download 4.84 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling