Elmi redaktor: Rəvcilər: dos. E. N. Kərimo v prof. I. A. Kərimli dos. T.Ş.Şükürov


Download 4.84 Mb.
Pdf ko'rish
bet35/62
Sana28.01.2018
Hajmi4.84 Mb.
#25475
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

Şəkil 19.3. Birbaşa ixrac. 

Birbaşa ixrac: 

 



ixrac şöbələri və ya marketinq xidmətləri çərçivəsində ixrac büroları; 

 



Xüsusi (asılı) ticarət nümayəndələri-vasitəçiləri; 

 



Xüsusi  xarici  satış  firmaları  və  marketinq  filialları  (sales  company,  marketing 

subsidiary); 

 

Xüsusi xarici bölmələr (branch offıcc) vasitəsilə həyata keçirilir. 



Məsələn,  Amerikanın  General  Elektric  şirkətinin  strukturunda  xarici  dil  bilən  və 

sahibkarlıq  fəaliyyətinin  idarə  edilməsi  sahəsində  magistr  dərəcəsi  olan  60  əməkdaşdan 

ibarət xarici ticarət şöbəsi vardır, həm də onların 70%-i xaricdə doğulmuşdur. Beynəlxalq 

ticarət  fəaliyyəti  təcrübəsində  xarici  və  beynəlxalq  vasitəçilərin  köməyilə  işləməyi  də 

birbaşa  ixrac  forması  hesab  etmək  fikri  çox  yayılmışdır,  yəni  mallar  xarici  yerli  və  ya 

beynəlxalq  ticarət  vasitəçisinə  (agentə  və  ya  ticarət  firmasına)  ixracçının  ölkəsindən  yan 

keçərək  xaricə  ixrac  edilir.  Məsələn,  Finlandiyanın  süd  məhsulları  istehsal  edən  Valio 

firması öz məhsulunu birbaşa Sankt-Peterburqun mağazalarına çatdırır. 



Birbaşa ixracın yaxşı cəhətləri. Birbaşa ixrac forması şirkətin beynəlxalq ticarətə cəlb 

edilməsinin dolayı ixraca nisbətən daha böyük forması deməkdir. Firma ixrac funksiyasını 

özü idarə edir, onu müstəqil vasitəçilərə tapşırmır. Bununla əlaqədar olaraq şirkət beynəlxalq 

fəaliyyətə görə cavabdeh olan bölmələr yaradır və xarici 

242 


bazarların təhlilini aparır, beynəlxalq əmtəə hərəkətini, qiymət 

hazırlanmasını və qiymətlərin səviyyəsinin müəyyən edilməsini izləyir. 

Birbaşa ixracın yaxşı cəhətləri və nöqsanları _________________________  

strategiyası 

Yaxşı cəhətlər: 

Müstəqil satışın genişləndirilməsi üçün imkanlar Beynəlxalq və xarici lokal 

bazarlara nəzarət Marketinq proqramına riayət edilməsinə nəzarət Satışın əmtəə 

nomenklaturasma yüksək diqqət yetirilməsi Son istehlakçılarla uzunmüddətli 

münasibətlərin mümkünlüyü Yüksək rəqabətli xarici bazarlarda müstəqil 

işləmək təcrübəsi qazanılması Nöqsanlar: 

Xarici bazarlar sahəsində geniş biznes bilikləri olması zərurəti 

Yüksək ixtisaslı mütəxəssislərə ehtiyac olması Əlavə risklər və 

xərclər 

Firmanın  yalnız  mallarını  deyil,  həm  də  beynəlxalq  marketinqinin  beynəlxalq 

rəqabət qabiliyyətinə yüksək tələblər 

Xaricə satışın təşkili üzrə geniş dairədə funksiyaların yerinə yetirilməsi zərurəti 

Bu halda şirkət xarici bazarlara müstəqil nəzarət etmək, xarici istehlakçıların tələblərinin 

və istəklərinin dəyişilməsinə həssas yanaşmaq, müvafiq məhsulları onlara uyğunlaşdırmaq 

və xarici tərəfdaşlarla (istehlakçılarla) uzunmüddətli əsasda əməkdaşlıq formalarının inkişaf 

etdirilməsi imkanlarını təmin etmək və s. iqtidarında olur. Birbaşa ixracın habelə aşağıdakı 

yaxşı cəhətləri (üstünlükləri) vardır: 

 



Satışların və alıcılara təqdim edilən xidmətlərin miqdarı, keyfiyyəti və miqyasları üzrə 

qlobal və regional satış siyasəti nöqteyi-nəzərindən beynəlxalq satış şəbəkəsinə bilavasitə 

nəzarət etmək imkanı verir; 

 



istehsal-satış  fəaliyyətinin  koordinasiyası  və  korporasiyadaxili  ticarət,  korporativ 

şaquli marketinq sistemi və əlaqədar (asılı) şirkətlər tipli əməkdaşlıq sistemləri yaradılması 

prosesini asanlaşdırır; 

 



Müstəqil  vasitəçilər  səviyyəsinin  istisna  edilməsilə  əlaqədar  olaraq  onların 

xidmətlərinin haqqının ödənilməsi məbləğində vəsaitə qənaət edilir və bununla da istehsalçı 

firmanın  mənfəəti  artır  (lakin  buna  hər  konkret  halda  fərdi  baxmaq  lazımdır,  çünki 

vasitəçidən  istifadə  etmək  daha  çox  halda  bütövlükdə  beynəlxalq  satışın  səmərəliliyini 

yüksəldə və istehlakçı firmanın mənfəətini artıra bilər); 

 



istehsalçı  firma  və  buraxılan  məhsulun  son  istehlakçısı  arasında  birbaşa  və  əks 

istiqamətdə operativ informasiya əlaqəsi təmin edilir; 

 

Göndərilmiş  mala  görə  ödəmənin  alınması  bilavasitə  istehsalçı  tərəfindən  həyata 



keçirilə bilər. 

Birbaşa satış metodunun nöqsanları. Bununla belə birbaşa ixrac forması beynəlxalq 

satışın  və  malların  istehsalçıdan  son  istehlakçıya  doğru  bütün  marşrutu  üzrə  hərəkətinin 

bütün funksiyalarının həyata keçirilməsinə, şirkətin xarici bazarlar üzrə mütəxəssislərinin, 

heyətinin hazırlanmasına, beynəlxalq marketinqin inkişafına və müvafiq təşkilat strukturları 

yaradılmasına əlavə xərclər tələb edir və bu da yalnız əlavə xərclərə, həm də əlavə risklərə 

səbəb olur. 

243 


Bundan əlavə, ölkələrin əksəriyyətində ticarət mənfəəti norması istehsal sahəsində- kinə 

və ya digər sahədəkinə nisbətən aşağı olur, bu isə istehsalçı firmaların menecerləri üçün öz 

satış kanallarının təşkil edilməsinə vəsait qoyulmasını cəlbedici etmir. 

Beynəlxalq ticarətdə birbaşa satışlar metodundan istifadə etdikdə: 

 

Ticarət ərazisinin genişliyi və əqdin adresatlarmın sayı məhdudlaşır; 



 

Yalnız  mal  son  istehlakçıya  çatanda  ödəniş  edilməsilə  əlaqədar  olaraq  maliyyə 



vəsaitlərinin dövriyyəsi dövrü uzanır; 

 



əqd üzrə tərəfdaşın müflisləşməsinin mümkünlüyü ilə əlaqədar risk artır; 

 



ticarət  əqdinin  vahidinin  kiçik  miqdarı  qeyd  edilir  və  məhsul  vahidinə  düşən  son 

istehlakçılarını  və  asılı  ticarət  təşkilatlarının  sayının  böyük  olması  ilə  əlaqədar  tədavül 

xərcləri artır və bu ticarət əməliyyatlarının səmərəliliyinin azalmasına səbəb olur; 

 



ticarətin iştirakçılarının idarə edilməsi sistemi mürəkkəbləşir. 

Beynəlxalq ticarətin təşkilində birbaşa metodun artmağa doğru meyllərini qeyd etmək 

lazımdır. Bu, ilk növbədə, İnternet şəbəkəsinin və elektron ticarətin fəal inkişafı ilə, habelə 

dünya  ticarətində  elm  tutumlu,  mürəkkəb  və  nadir  məhsulların  payının  artması  ilə 

əlaqədardır və istehsalçı ilə son istehlakçının bilavasitə əlaqəsini tələb edir. 

3.

 

Dünya bazarlarında satışın təşkilində 

beynəlxalq birgə fəaliyyətin əsas 

formaları 

XX  əsrin  sonuncu  yarısı  və  XXI  əsrin  başlanğıcı  beynəlxalq  əməkdaşlığın  uzun  vaxt 

dövrü  ərzində  daha  sıx  təşkili  formalarının  fəal  inkişafı  ilə  səciyyələnir.  Beynəlxalq 

marketinqdə inteqrasiyalı əməkdaşlıq formaları aşağıda əməkdaşlıq dərəcəsinin, sazişlərin 

miqdarının, kapital sərflərinin həcmlərinin, idarəçilik xərclərinin, risk dərəcəsinin, nəzarət 

dərəcəsinin və potensial mənfəətlərin artması qaydasında şərh ediləcəkdir. 

ABŞ,  Qərbi  Avropa  və  Yaponiya  bazarları  XX  əsrin  80-ci  illərinin  sonuna  əmtəə 

qruplarının  əksəriyyəti  üzrə  müəyyən  doyulma  dərəcəsinə  çatmışdılar  və  bu  istehlakçı 

uğrunda rəqabət mübarizəsini əhəmiyyətli dərəcədə kəskinləşdirmişdi. Habelə qloballaşma 

proseslərinin, elmi-texniki tərəqqinin inkişafı, bütün dünyada iqlimin istiləşməsilə əlaqədar 

ekoloji  standartların  sərtləşməsi  baş  verir,  ətraf  mühitin  çirkləndirilməsi,  istehlakçının 

təhlükəsizliyinə  tələblərin  gücləndirilməsi,  yeni  yüksək  xərclər  sərf  edən  texnologiyalar 

problemləri birinci plana çıxır. 

Belə  sərt  rəqabət  şəraitində  hətta  istehsalın  və  kapitalın  miqyaslarına  görə  böyük 

çirkətlərə təkbaşına hərəkət etmək getdikcə çətinləşir. Bazar həqiqətlərinin özü şirkətləri biri 

digərində dəstək axtarmağa və elmi-texniki tədqiqatlarda, qlobal satışlar sistemləri və satışın 

həvəsləndirilməsi sistemləri yaradılmasında səyləri birləşdirməyə məcbur edir. 

Göstərilmiş məqsədlərə xərclərin yükünün ağırlığını azaltmaq, sahibkarlıq fəaliyyətinin 

iqtisadi  səmərəliliyini  yüksəltmək  və  rəqabət  mübarizəsində  qələbə  qazanmaq  istəyi  ən 

böyük şirkətlərin səylərini müxtəlif əməkdaşlıq formalarının köməyilə yalnız daxili deyil, 

həm  də  beynəlxalq  bazarlarda  güclərinin  birləşdirilməsi  üçün  tərəfdaşlar  axtarışına 

yönəltmişdir və həmin strategiya tipi XX əsrin 90-cı illərində və sonrakı illərdə beynəlxalq 

marketinqin inkişafı üçün nümunəvi (səciyyəvi) strategiyalardan biri olmuşdur. Bu zaman 

çox halda yalnız biznes üzrə tərəfdaşlarla deyil, həm də rəqiblərlə əməkdaşlıq inkişaf edir. 

244 


Beynəlxalq  birgə  sahibkarlıq  fəaliyyətinin  təşkili  formaları  dünya  bazarlarında  satışın 

həcmlərini və mənfəətlərin yekun miqdarını əhəmiyyətli dərəcədə artırmaq imkanı yaradır. 

Beynəlxalq marketinq fəaliyyətində biznes üzrə əməkdaşların inteqrasiyah  (birləşmiş) 

əməkdaşlığı formalarının fəallaşmasınm səbəbləri ________________________________  

 

bazarın doyması (doydurulması) 



 

satışın çətinlikləri 



 

böhran halları 



 

inkişaf və tədqiqat layihələrinin bahalaşması 



 

beynəlxalq rəqabət mübarizəsinin kəskin güclənməsi 



 

kapitalın konsolidasiyası: təmərküzləşməsi və mərkəzləşməsi. _________________  



Beynəlxalq əməkdaşlığın əsas məqsədləri bunlardır: 

 



firmanın və onun mallarının rəqabət mövqelərinin yüksəldilməsi; 

 



əlavə maliyyə və digər vəsaitlər cəlb edilməsi; 

 



əməliyyat  xərclərinin  azaldılması,  biznesin  səmərəliliyinin  və  mənfəətlərin 

yüksəldilməsi; 

 

toplanmış biznes biliklərindən və sahibkarlıq təcrübəsindən istifadə edilməsi; 



 

müxtəlif ölkələrdə satışın və istehlakşılarla işin koordinasiyası; 



 

yeni bazarlara yeridilmə və mənimsənilmiş bazarlarda payın genişləndirilməsi; 



 

satılmaya təqdim edilən malların və xidmətlərin diferensiasiyası, məhsul qammasının 



genişləndirilməsi; 

 



xarici bazarlara daxil olan zaman hüquqi və təşkilati proseduraların sadələşdirilməsi; 

Ənənəvi ixrac və idxal ticarəti formalarından fərqli olaraq birgə sahibkarlıq fəaliyyəti 

beynəlxalq satış fəaliyyətinin uzunmüddətli əsasda genişləndirilməsi məqsədilə malların və 

xidmətlərin  hazırlanması  və  satışı  üçün  xarici  ölkələrdəki  əməkdaşlarla  əməkdaşlığın  və 

səylərin birləşdirilməsinin müxtəlif formalarının nəzərdə tutur. 

Sənaye kooperasiyası  (podrat istehsalı).  Beynəlxalq ticarətdə satışın inkişafı sənaye 

kooperasiyası  formasında  həyata  keçirilə  bilər.  O,  müxtəlif  ölkələrin  firmaları  arasında 

istehsal  edilən  detalların  və  qovşaqların  nomenklaturasınm,  onların  yığılması 

(quraşdırılması)  və  son  məhsulun  satılması  üzrə  funksiyaları  dəqiq  bpiməklə  müvafiq 

məhsulların birgə istehsalı haqqında sazişlər bağlanmasını nəzərdə tutur. Bu halda sənaye 

kooperasiyası haqqında çərçivə sazişinin tərkibində podrat istehsalına dair ayrı-ayrı sazişlər 

bağlanması mümkündür. 

Məsələn,  XX  əsrin  70-80-ci  illərində  bir  çox  ölkələrin  avtomobilqayırma  şirkətləri 

özlərinin  müxtəlif  detallar  və  komplektləşdiricilər  istehsalından,  habelə  bəzi  biznes 

proseslərdən  imtina  etmiş  və  digər,  o  cümlədən  xarici  ölkələrdəki  təşkilatlardan, 

subkontraktlardan onları satın almağa başlamışdılar. Onlar istehsal prosesinin əsas hissəsini 

həyata keçirirlər, az əhəmiyyətli hissələri isə ixtisaslaşdırılmış şirkətlərə verirlər, sonuncular 

onları daha yaxşı və az xərclərlə yerinə yetirirlər. Həmin qərar son məhsulun istehsalçısı olan 

şirkətlərə investisiyaların həcmlərini azaltmaq və istehsalın və satışın  çevikliyi  dərəcəsini 

yüksəltməyə nail olmaq imkanı yaranır. 

Belə meyl indi də saxlanır. Belə ki. General Motors korporasiyası onun Saturn modelinin 

istehsalında  istifadə  olunan  detalların  və  komplektləşdiricilərin  əksəriyyətini  kənar 

tədarükçülərdən satın alınır. Detalların bir hissəsi Meksikadan, bir 

245 


hissəsi Kanadadan idxal edilir və bu korporasiyaya yeni məhsulun istehsal xərclərinə ciddi 

nəzarət etmək və rəqabət mövqeyini yüksəltmək imkanı yaradır. 

Beynəlxalq  ticarət  təcrübəsində  sənaye  kooperasiyası  haqqında  xüsusi  sazişlə 

əlaqələndirilməyən podrat istehsalına daii' əlahiddə sazişlər bağlanması mümkündür. Şirkət 

bu halda yerli bazarda onun məhsulunun buraxılmasına və ya xidmətlərinin göstərilməsinə 

dair xarici istehsalçı ilə kontrakt bağlayır. Məsələn, Sears şirkəti Meksikada və İspaniyada 

mağazalar aşılması üçün bu metoddan istifadə etmişdi, o, burada satışı ilə məşğul olduğu bir 

çox malların istehsalını ixtisaslı yerli istehsalçılara tapşırmışdı. 

Podrat  istehsalının  nöqsanları  biznesə  tam  sahib  olan  haldakma  nisbətən  nəzarətin 

səviyyəsinin  daha  aşağı  olmasından  və  potensial  gəlirin  itirilməsindən  ibarətdir,  yaxşı 

cəhətləri (üstünlükləri) isə - xarici sahibkarlığın az risklə tez başlanması imkanı, əməkdaşlığı 

daha sıx formaya salmağın, məsələn, tərəfdaşın müəssisəsini almağın mümkünlüyüdür. 



istehsala dair beynəlxalq kontraktlar, kontrakt üzrə istehsal (contract manufacture) da 

xarici ticarətin təşkil edilməsi formasıdır. Bu halda bağlanan sazişin şərtlərinə uyğun olaraq 

xaricdə konkret məhsul növü istehsal edilir. Belə forma tapşırıq üzrə istehsalı nəzərdə tutur. 

Bu halda özünün xarici ticarət filialı vasitəsilə marketinqə və kommersiya məsələlərinə 

nəzarət edən firma ilə kontrakt üzrə xaricdə yerli istehsalçı tərəfindən məhsul istehsal edilir. 

Belə forma şirkətə xarici istehsala vəsait qoymamaq və şömrük yoxlamalarına və daşınmaya 

xərc  çəkməmək  imkanı  verir.  Eyni  zamanda  kontrakt  üzrə  istehsal  daha  ucuz  yerli  işçi 

qüvvəsindən  istifadə  elmək  və  bu  zaman  onun  işə  götürülməsinə  və  idarə  edilməsinə 

məsuliyyət daşımır. Adətən beynəlxalq istehsal əməkdaşlığının bu forması tətbiq olunanda 

problemi keyfiyyətə nəzarətin təmin edilməsi məsələsidir. 

Sifarişçinin xammalı haqqında razılaşmaları (sazişləri) və ya tollinqi müəyyən mənada 

beynəlxalq istehsal əməkdaşlığının belə formasının növü adlandırmaq olar. Bu razılaşmalar 

(sazişlər) xammalın xarici ölkəyə o məqsədlə göndərilməsini nəzərdə tutur ki, orada emal 

edilsin,  bundan  sonra  isə  geriyə,  xammalı  verən  ölkəyə  gətirilsin.  Bu  halda  xammal 

göndərən firma xarici ölkədə daha güzəştli istehsal şəraitindən istifadə edilməsi sayəsində 

udur (qazanır) və bununla da, həm də ona görə ki, belə əməliyyatlar gömrük rüsumlarına 

cəlb edilmir, özünün beynəlxalq rəqabət qabiliyyətini yüksəldir. 

Rusiyada  tollinq  əməliyyatları  xaricdən  gətirilən  gil-torpaqdan  alümimiun  əridilməsi 

zamanı xüsusilə geniş tətbiq olunur. Bu halda xarici tərəfdaşlar Rusiyada elektrik enerjisinin 

qiymətinin  aşağı  olmasından,  əmək  haqqının  aşağı  səviyyədə  olmasından,  ölkənin 

müəssisələrinin  yüksək  texnologiyasından  və  istehsal  güclərindən  istifadə  edirlər.  Rusiya 

tərəfi göstərdiyi xidmətlərə görə haqq alır. Beləliklə, Rusiyaya gil-torpaq ixrac edilməli olan 

alüminium istehsalı üçün gətirilir. Belə forma hər iki tərəf üçün faydalı olur. Son nəticədə 

alüminiumu olan ölkə üçün onu zuznmüddətli sazişlər çərçivəsində sabit, həm də nisbətən 

aşağı qiymətə və xarici ticarətə xas olan rüsumlardan və digər maneələrdən yan keçməklə 

almaq  mümkün  olur.  Xammalın  emalı  ilə  məşğul  olan  Rusiya  üçün  istehsal  güclərinin 

yüklənməsini, işçi qüvvəsinin məşğulluğunu, izafi elektrik enerjisinin sərf edilməsini təmin 

etmək imkanı faydalı olur. Eyni zamanda müəyyən pozulmalar da müşahidə olunmuşdur, 

yəni  həmin  əməliyyata  bütövlükdə  nəzarət  edilməsinin  mürəkkəbliyilə  (xammalın 

gətirilməsindən hazır məhsulun aparılmasına qədər vaxt fərqi) əlaqədar olaraq, tollinq adı 

altında güzəştli, rüsumsuz rejim əsasında Rusiya gil-torpağından əridilmiş alüminium da 

246 


aparılmış və bunun nəticəsində Rusiyaya xeyli zərər vurulmuşdur. 

Tollinqi çox zaman istehsalçının xammalı (verdiyi xammal) haqqında saziş adlandırırlar. 

O, xaricdən güzəştli şərtlərlə emal üçün xammal gətirilməsinin və sonradan məhsulun xaricə 

göndərilməsinin mümkünlüyünü nəzərdə tutur. 

Güzəştli  şərtlər,  məsələn,  gömrük  rüsumları  tutulmadan  ixrac  və  ya  idxal  formasında 

ifadə  edilir.  Nəzərdə  tutulur  ki,  idxal  rüsumu  sonradan  emal  edilmiş,  hazır  məhsul  ixrac 

ediləndə qaytarılacaqdır. 

istehsalın beynəlxalq ixtisaslaşdırılması haqqında saziş buraxılan məhsulların əmtəə 

noraenklatıırasının,  bir  qayda  olaraq,  bir  sahənin  firmaları  arasında  bölüşdürülməsini, 

istehsal proqramlarının və onun nəticəsi kimi əmtəə bazarlarının bölüşdürülməsini nəzərdə 

tutur.  Belə  saziş  bağlayan  şirkətlər  müvafiq  tipə  və  nomenklaturaya  aid  şərtləndirilmiş 

məhsul qruplarını və növlərini müəyyən edilmiş həcmlərdə, müvafiq müddətlərdə, müəyyən 

edilmiş qiymətlərlə buraxmalı və müəyyən edilmiş bazarlara göndərməlidir. Bir sıra hallarda 

belə  sazişlər  ayrı-ayrı  şirkətlərin  istehsal  profilinin  dəyişilməsini  nəzərdə  tutur.  Belə 

yanaşma  beynəlxalq  rəqabətin  kəskinliyini  azaldır  və  belə  sazişlərin  iştirakçılarının 

beynəlxalq  rəqabət  qabiliyyətinin  səviyyəsini  yüksəldir.  Almaniyanın  Siemens  və 

AEG-Telefunken  böyük  elektrotexnika  şirkətləri  arasında  razılaşmalar  ixtisaslaşma 

haqqında sazişə əyani misal ola bilər. 

Faydalı  qazıntdar  çıxarılması  zamanı  məhsulun  bölünməsi  haqqında  sazişlər 

(MBS)  öz  şirkətlərinin  öz  güclərilə  sərbəst  çıxarmanın  təşkil  edilməsi  üçün  kifayət  qədər 

təcrübəsi,  maliyyə  vəsaitləri  və  texnologiyaları  olmayan,  iqtisadi  cəhətdən  zəif  ölkələrin 

ərazisində inkişaf etmiş ölkələrin böyük şirkətləri tərəfindən təbii sərvətlərin çıxarılmasına 

dair lisenziya alınmasını nəzərdə tutur. 

Misal kimi belə faktı göstərmək olar ki, Rusiyanın bir çox yataqları məhsulun bölgüsü 

(bölüşdürülməsi)  haqqında  sazişlər  əsasında  mənimsənilir,  onlar  çətin  və  az  rentabelli 

yataqlardan  neft  və  qaz  çıxardan  şirkətlərə  (bir  qayda  olaraq,  xarici)  əhəmiyyətli  vergi 

güzəştləri verir. Lakin əslində bu yataqlar heç də az rentabelli deyil, əksinə, mənimsənilmə 

üçün  çox  faydalıdır.  Bununla  da  xarici  şirkətlər  əlavə,  həm  də  xeyli  mənfəətlər  almaq 

imkanları qazanırlar, Rusiyanın dövlət büdcəsi isə hər ilə təxminən 15 milyard dollar itirir. 

Xarici  ölkədə  neft  çıxardılmasma  lisenziya  alınması  xarici  şirkəti  beynəlxalq  ekoloji 

standartlara  və  təbiəti  mühafizə  normalarına  dəqiq  riayət  etmək  öhdəliyinə  vadar  etmir, 

bunun  nəticəsində  qazıntılar  çıxardılan  ölkədə  ətraf  mühitə  böyük  zərər  vurulur.  Saxalin 

şelfində  neft  çıxarılması  üzrə  Saxalin-2  layihəsi  çərçivəsində  “Saxalin  Enerji”  və  Shell 

şirkətləri  konsorsiumunun  məhsulun  bölünməsi  haqqında  saziş  şəraitində  işləməsi  buna 

misal ola bilər. Belə ki, qazma tullantıları və çirkab suları birbaşa dənizə atılır, “Molikpak” 

neftçıxartma  platformasında  daim  səmt  qazı  yandırılır,  onun  quraşdırılması  zamanı  isə 

dənizin dibi zədələnmişdi, ondan əlavə, boru xəttinin isə məhz balina otlağından keçməsi 

planlaşdırılır. 

Elə həmin rayonda Saxalin-1 layihəsi üzrə MBS şəraitində Exon NL şirkəti də işləyir və 

o, balina otlaqları rayonunda bir neçə qazma qurğuları quraşdırmağa planlaşdırır. Bununla 

əlaqədar məhsulun bölünməsi haqqında saziş kimi beynəlxalq əməkdaşlıq formasının tətbiq 

edilməsi xüsusi ehtiyatlılıq və diqqət tələb edir. 

Beynəlxalq əməkdaşlıq nəinki yalnız ixracın inkişafını stimullaşdırmaq imkanı yaradır, 

həm  də  xüsusilə  mühüm  malların,  məsələn,  xammalın  idxal  daxilolmalarının  sabitliyinə 

şərait  yaradır.  Bununla  əlaqədar  beynəlxalq  təcrübədə  təhii  ehtiyatların  birgə  işlənməsi 



haqqında sazişlər və o cümlədən “işlədici idxal” (işlət və idxal et) sazişi 

247 


geniş  yayılmışdır.  Belə  sazişlərə  uyğun  olaraq  şirkət  xarici  ölkədə  faydalı  qazıntıların 

yataqlarının  birgə  işlədilməsi  üçün  maliyyə,  istehsal  və  texniki  vəsaitlər  təqdim  etməyi 

öhdəsinə  götürür  və  yatağın  işlədilməsində  göstərdiyi  köməyə  görə  haqq  kimi  uzun  vaxt 

ərzində çıxardılan təbii sərvətlərdən sabit alacaqdır. 



Konsessiya  sazişləri  razılaşdırılmış  ərazidə  nisbətən  uzun  vaxt  ərzində  faydalı 

qazıntıların  kəşfiyyatı  və  çıxardılması  üçün  xarici  şirkətə  və  ya  firmalar  birliyinə  dövlət 

orqanları tərəfindən xüsusi icazə verilməsini nəzərdə tutur. 

Qarşılıqlı ticarət - çox geniş anlayışdır (hərçənd onu çox zaman yalnız barter kimi başa 

düçürlər) və yeddi müxtəlif növü vardır. 

Qarşılıqlı ticarət nəzərdə tutur ki, satıcı alıcıya malları və xidmətləri mallar və xidmətlər 

almaq öhdəliyi əvəzində verir. Ticarətin təşkilinin bu forması ümumi məqsədlərlə birləşmiş 

bir  neçə  ölkə  arasında  əlaqələndirilmiş  ixrac-idxal  əməliyyatlarından  istifadə  edilməsilə 

səciyyələnir və müəyyən hallarda pul formasında hesablaşmaya da yola verə bilər. 

Məlumatlar  vardır  ki,  hazırda  qarşılıqlı  ticarətin  payına  dünya  əmtəə  mübadiləsinin 

(dövriyyəsinin) təxminən 25%-i düşür. Avropa və Yaponiya şirkətləri Amerika şirkətlərinə 

nisbətən  onun  formalarından  istifadə  etməkdə  daha  böyük  uğurlar  qazanmışlar,  Amerika 

şirkətləri qarşılıqlı ticarət təşkil edəndə çox zaman digər ölkələrin ticarət şirkətlərinə kömək 

üçün  müraciət  etməli  olurlar.  Lakin  Amerika  şirkətləri  ticarətin  təşkilinin  bu  formasının 

inkişafı  üçün  səylər  göstərmişlər  və  XX  əsrin  80-ci  illərinin  sonunda  onlardan  bir  sıra 

böyükləri  öz  strukturlarında  qarşılıqlı  ticarətə  ixtisaslaşmış  xidmətlər  yaratmışlar. 

Occidental Petroleum, Coca-Cola, Aven, Boeing, Mc Donnell Douglas, Dupont, Motorola, 

Herox, Kodak, Chrysler, IBM və başqaları belə şirkətlərə aiddir. 

Qarşılıqlı ticarət formaları adətən o şirkətlər üçün cəlbedici olur ki, onların kifayət qədər 

valyuta  vəsaitləri  yoxdur  və/və  ya  müxtəlif  səbəblərdən  öz  məhsullarını dünya  bazarında 

sata bilmirlər vəA’ə ya xarici ticarət əməliyyatı aparılması xərcləri çox yüksəkdir, hökumət 

isə müəyyən səbəblərdən şaquli inteqrasiyanı qadağan edir. Qarşılıqlı ticarət zəmanət verə 

bilər ki, satıcı kontrakt bağlanandan sonra vicdansız hərəkətlər etməyəcəkdir. 

Barter sazişləri əlahiddə kontrakta uyğun olaraq eyni məbləğdə (ən sadə halda  - pulla 

hesablaşmalar  aparılmadan)  malların  ixrac  və  qarşılıqlı  idxal  göndərmələri  vasitəsilə 

mübadiləsini nəzərdə tutur. Bu zaman barter sazişində yalnız ixrac və idxal üzrə göndərilən 

malların  miqdarı  və  keyfiyyəti  deyil,  həm  də  məhsul  vahidinin  qiyməti  göstərilir.  Lakin 

mübadilə edilməli olan malların nisbi dəyərliliyinin müəyyən edilməsində bəzi çətinliklər 

olur. Barter sazişində akkreditiv tətbiq olunmur. 

Chrisler şirkətinin Yamaykaya boksit filizi əvəzinə avtomobillər satmasını, Mc Donnell 

Douglas şirkətinin Yuqoslaviyaya konservləşdirilmiş vetçina əvəzinə təyyarələr satmasını. 

General  Motors  şirkətinin  Çinə  qoruyucu  əlcəklər  və  kəsici  alətlər  əvəzinə  avtomobillər 

satmasım, Telex Media şirkətinin bir sıra ölkələrə reklam üçün efir vaxtı əvəzinə televiziya 

şouları  göstərilməsi  hüququnu  satmasını,  Wcslinq-  house  şirkətinin  İordanimarkaya 

fosfatlar  (lOü  milyon  dollar  dəyərində)  əvəzinə  hava  hücumundan  müdafiə  radar  sistemi 

satmasını xarici ticarətin təşkilinin barter formasına misallar kimi göstərmək olar. Sonuncu 

əqdi  Wcstinqhouse  şirkəti  Yaponiyanın  Mitsubishi  universal  ticarət  fiırmasınm  köməyilə 

həyata  keşirmişdir,  bu  firma  fosfatları,  özünün  ticarət  şəbəkəsi  vasitəsilə  satmağı  üzərinə 

götürmüşdür. 

Kifayət qədər pul vəsaitləri olmayan nisbətən yoxsul ölkələr üçün barter ticarəti 

248 


olduqca  cəlbedicidir.  Belə  ölkələr  barter  üzrə  əsas  etibarilə  xammal  və  ərzaq  malları: 

Kolumbiya avtobuslar əvəzinə kofe, Rumıniya buxar turbinləri əvəzinə sement, Sudan Pepsi 

Cola konsentralı əvəzinə küncüt və b.k. təklif edirlər. 

Azərbaycanda  yenidənqurma  dövründə  XX  əsrin  9ü-cı  illərində  həm  xarici,  həm  də 

daxili ticarətdə barter çox geniş yayılmışdı. 

Klirinq  hesablaşmaları  haqqında  sazişlər  barterin  bir  növüdür  və  ona  kreditləş-  dirmə 

anlayışı daxildir. Mübadilə əməliyyatları böyük miqdarda göstərilmiş həcmdə mallar və ya 

xidmətlər  alınmasına  dair  bir  kontraktda  birləşdirilir.  Hər  ölkə  özündə  hesab  açır;  həmin 

ölkəyə digər ölkədən mal idxal edilən hər halda o, debetlənir. Razılaşdırılmış dövr qurtaranda 

hesablaşmalarda  yaranmış  disbalans  sərbəst  dəyişdirilən  valyuta  ilə  ödəniş  və  ya  mallar 

vermək yolu ilə aradan qaldırılır. 

Beynəlxalq  təcrübədə  bir  neçə  ölkənin  iştirak  etdiyi  çoxtərəfli  klirinq  formasından  da 

istifadə  edilir.  Keçmiş  sosialist  ölkələrinin  qarşılıqlı  İqtisadi  Yardım  Şurası  (QİYŞ) 

çərçivəsində  münasibətlər  çoxtərəfli  klirinqə  misal  ola  bilər.  Bu  halda  qarşılıqlı 

hesablaşmalar (zaçotlar) şərti köçürmə rublları ilə aparılırdı. 


Download 4.84 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling