Elmi redaktor: Rəvcilər: dos. E. N. Kərimo v prof. I. A. Kərimli dos. T.Ş.Şükürov


Klirinq  hesabındakı  qalığın  üçüncü  tərəfə  satılması


Download 4.84 Mb.
Pdf ko'rish
bet36/62
Sana28.01.2018
Hajmi4.84 Mb.
#25475
1   ...   32   33   34   35   36   37   38   39   ...   62

Klirinq  hesabındakı  qalığın  üçüncü  tərəfə  satılması  artıq  ikitərəfli  deyil,  üçtərəfli 

əsasda klirinq hesablaşmaları sazişi bağlanmasını nəzərdə tutur. Bu o zaman olur ki, alıcı 

ğlkədən  gətirilən  malları  istifadə  etmək  və  ya  satmaq  çətindir.  Bu  halda  üçüncü  tərəfin 

xidmətlərindən istifadə edirlər, o, adətən ona güzəşt verilməsi şərtilə həmin malları sərbəst 

dəyişilən valyuta ilə alır. 

Qarşılıqlı satınalma - ixracçının idxalçı tərəfindən satılmaya təklif edilən məhsulların 

siyahısından  öz  aralarında  əlaqəli  olmayan  malları  razılaşdırılmış  dövr  ərzində  (bir  neçə 

aydan bir neçə ilə qədər) satın almağı öz öhdəsinə götürməsidir. Bu siyahıya adətən başqa 

formada satılması çətin olan mallar daxil edilir. 



Qarşılıqlı hesablanmalar (zaçotlar) - silah ticarətində çox geniş yayılmış təcrübədir, 

lakin  mülki  sahələrin  məhsullarını  böyük  miqdarda  satın  alan  zaman  da  tətbiq  edilir.  Bu 

halda satıcı alıcıya mah qabaqcadan müəyyən edilmiş qiymətə satmağı öhdəsinə götürür və 

ödənişi nağd pulla alır. Bu zaman belə satınalmanın zəruri şərti ondan ibarət olur ki, satıcı 

alıcıya  qarşılıqlı  güzəştlərə  getməyə  razılaşmalıdır  (məsələn,  satınalma  müəyyən  dövrdə 

həyata keçirilir və b.k.). 



Girovalma  - beynəlxalq satışın təşkilinin sürətlə inkişaf edən formasıdır. Girov-  alma 

sazişinə əsasən ixracçı şirkət alıcının ölkəsində zavod tikir, müvafiq texnologiya avadanlıq 

verir və göstərilmiş müddət ərzində həmin zavodun məhsulunun müəyyən faizini satınalmaq 

öhdəliyi götürür. 



Kompensasiya sazişləri (sənaye obyektləri inşası üzrə) girovalma formasını xatırladır, 

lakin  onların  öz  xüsusiyyəti  vardır.  Bu  sazişlərin  sənaye  və  digər  obyektlərin  inşası  üzrə 

irimiqyaslı  layihələr  həyata  keçirilən  zaman  böyük  əhəmiyyəti  vardır.  Kompensasiya 

sazişləri  çərçivə,  baş  sazişlərdir  və  adi  əmtəə  mübadiləsindən  elmi-  texniki  və  sənaye 

əməkdaşlığına  qədər  geniş  əməkdaşlıq  dairəsinə  toxunan  hüquqi  sənədləri  əhatə  edir.  Bu 

sazişlər xarici tərəfi tikintinin təmin edilməsi üçün maliyyə və digər vəsaitlər verməyə vadar 

edir və xarici maliyyələşdirmə şərtlərini (kredit, lizinq, nağd ödəmə) müəyyən edir. Xarici 

tərəf  müvafiq  avadanlıq,  materiallar  gətirməyi,  tikinti  xidmətləri  və  digər  xidmətlər 

göstərməyi öhdəsinə götürür. O cümlədən, sənaye avadanlığı gətirilməsi və quraşdırılması 

ilə yanaşı, habelə layihə, tikinti, mühəndis işləri və digər işlər də bu sazişlərə daxil edilir. 

Ərazisində  sənaye  obyekti  və  ya  digər  böyük  obyekt  inşa  edilən  qəbuledici  tərəf  təqdim 

edilən maliyyə vəsaiti, avadanlıq və tikinti xidmətləri əvəzində həmin müəssisədən məhsulu 

yaxud ona analoji məhsulu 

249 


ixrac etməyi öhdəsinə götürür. Baş saziş təşkiledici və koordinasiyaedici xarakter daşıyır, 

maşınların  və  avadanlığın  həcmini  və  gətirilmə  müddətini,  lisenziyalar  satılmasının, 

zəmanətlərin,  zərərlərin  ödənilməsinin  həcmini  və  müddətini,  ixraca  göndərmənin,  o 

cümlədən kreditlər üzrə hesablaşmalar üçün göndərilmənin ümumi şərtlərini göstərir. Orada 

habelə  qiymət  qoyulmasının  ümumi  prinsipləri,  onların  cari  dünya  rəqabət  qiymətlərinin 

qiymətlərini  nəzərə  almaqla  razılaşdırılması  bazası  ehtiva  edilir,  bu  isə  çox  mürəkkəb 

sxemdir və ciddi ilkin araşdırma tələb edir. 

Çərçivə kompensasiya sazişlərini inkişaf etdirərkən eyni zamanda və ya müəyyən vaxt 

fərqilə  uzunmüddətli  ixrac  və  idxal  kontraktları  bağlanır.  Bu  zaman  ixrac  kontraktlarının 

ikipilləli  dəqiqləşdirici  bağlanma  qaydası  ola  bilər:  ixrac  kontraktlarının  imzalanması  ilə 

eyni  vaxtda  kompensasiya  obyektindən  məhsul  göndərilməsinin  müddətləri,  qaydası  və 

şərtləri haqqında ümumi xarakterli ilkin ixrac kontraktları imzalanır, sonra isə, göndərmə ili 

ərəfəsində, qiyməti dəqiq müəyyən etməklə son ixrac kontraktları bağlanır. 

Baş  saziş  çərçivəsində  kontraktlar  öz  məzmununa  görə  çox  müxtəlif  olur.  Onlar 

avadanlıq və sənaye qurğuları göndərilməsini, tikinti və mühəndis işlərinə dair podratı (əgər 

əməkdaşlıq  podrat  şərtləri  formasında  edilirsə),  konstruktor  xidmətləri  göstərilməsini, 

texnologiyalar, patentlər, lisenziyalar alqı-satqısmı, kompensasiya obyektinin məhsulunun 

və ya ona analoji məhsulun göndərilməsini və b.k. nəzərdə tutur. Rusiyada belə sazişlər XX 

əsrin 70-ci illərində geniş tətbiq edilirdi. 

Kompensasiya  əsasında  irimiqyaslı  saziş  bağlanandan  öncə  biznes-plan  tərtib  edilir 

(yenidənqurmaya  qədər  Rusiyada  o,  texniki-iqtisadi  əsaslandırma  adlanırdı),  orada 

kompensasiya  obyektinin  inşası  üçün  lazımi  ümumi  məbləğ  və  maddələr  üzrə  xərclər 

hesablanır. 

Kompensasiya  əməkdaşlığının  iştirakçılarının  dairəsi  genişdir  -  onlar  dövlət, 

yarımdövlət  və  xüsusi  təşkilatlar,  ölkədə  fəalİ

3

Ayət  göstərən  və  ya  kompensasiya 

layihələrinin  həyata  keçirilməsi  üçün  məxsusi  yaradılan  sənaye  və  ticarət  şirkətləri 

assosiasiyaları  və  birlikləri  ixrac-idxal  banklar  və  digər  dövlət,  yarımdövlət  və  xüsusi 

maliyyə-kredit institutları, ticarət və sənaye firmalarıdır. Kompensasiya əsasında beynəlxalq 

əməkdaşlıq  təşkil  edilən  zaman  birgə  layihələrin  həcmlərini  və  miqdarını  nəzərə  alaraq, 

iştirakçı  ölkələrin  hökumətləri  qoşulur  (məsələn,  baş  sazişin  imzalanması  üçün  çox  vaxt 

hökumət orqanlarının razılığı tələb olunur). 

Çox  zaman  təcrübədə  avadanlıq  və  materiallar  bir  şirkətlərdən  alınır,  xarici 

maliyyələşdirmə digər təşkilatların xəttilə həyata keçirilir, ixrac məhsulunu isə firmaların 

üçüncü qrupu alır. 

Kompensasiya sazişləri açar altı, hazır məhsul buraxılması şərtlərlə həyata keçirilə bilər 

və  ya  xarici  şirkət  (yaxud  şirkətlər  konsorsiumu)  tərəfindən  müəyyən  vaxt  ərzində 

müəssisənin idarə edilməsi şərtlərini ehtiva edə bilər. 



Kontrakt üzrə idarəetmə (şirkətin xarici idarəyə verilməsi)  elə saziş bağlanmasını 

nəzərdə  tutur  ki,  ona  əsasən  şirkətin  (müəssisənin)  xarici  şirkət  tərəfindən  idarə  edilməsi 

göstərilən  dövr  ərzində  yerli  şirkətə  etibar  edilir  (verilir),  yəni  yerli  şirkət  xarici  şirkətin 

kapitalını idarə edir. Beləliklə, yerli şirkət məhsul ixrac etmir, menecment xidmətləri ixrac 

edir. Məsələn, Hilton şirkəti bütün yer kürəsi üzrə öz otellərinin idarə edilməsinin təşkilində 

belə sazişdən istifadə edir. 

Lakin  adətən  beynəlxalq  əməkdaşlığın  belə  növü  həmin  müəssisənin  və  ya  həmin 

şirkətin  sahibi  olan  şirkətin  menecmentinin  təcrübəsinin  qənaətbəxş  olmaması  ilə 

əlaqədardır. Belə birgə sahibkarlıq forması xarici bazarlara çıxışın az riskli və yüksək 

250 


gəlirli metodudur. O, şirkət gələcəkdə idarə edilən şirkətin səhmlərini almağı nəzərdə tutan 

halda xüsusilə səmərəlidir. Əgər idarəçilik istedadının daha faydalı tətbiqi dairələri vardırsa 

və ya əgər şirkəti alaraq daha bğyük mənfəət əldə etmək olarsa, bu metod çətin ki, prioritet 

ola bilər. 



Beynəlxalq  lisenziya  sazişi  patentlər  lisenziyalar,  nou-hau,  əmtəə  nişanları,  sənaye 

nümunələri şəklində elmi-texniki biliklərin 20 ilə qədər dövr ərzində mübadiləsini (ticarətini 

və  ya  müvəqqəti  istifadə  hüququ  verilməsini)  nəzərdə  tutur.  Beynəlxalq  patentlər  və 

lisenziyalar  ticarəti  vasitəsilə  ixtiralar,  qabaqcıl  istehsal  texnologiyası,  texniki  biliklər  və 

təcrübə həyata keçirilir. Bu ticarət patent qanunvericiliyinin köməyilə müəlliflik hüququnun 

müdafiəsinə və ixtiraların mühafizəsinə əsaslanır, bu qanunvericilik patent sahibinin və ya 

lisenziya sahibinin istifadə hüququnu təmin edir. 

Lisenziya sazişlərində istehsal, elmi, idarəçilik və digərlərinin texnologiyalarına, habelə 

onlardan təsərrüfatda istifadəyə görə haqq ödənilməsi (texnoloji renta), həmin texnologiyalar 

əsasında  biznes  təşkili  üsuluna  hüquqlar  lisenziardan  lisenziata  (lisenziya  sahibindən 

lisenziyanı  alana)  verilməsi  nəzərdə  tutulur.  Ödəniş  ya  royalti  (satışların  həcmindən  faiz 

ayırmaları)  formasında,  ya  birdəfəlik  cəmlənmiş  ödəmə  formasında,  yaxud  kombinasiya 

edilmiş şəkildə - ilk ödəniş və sonradan royalti şəklində ödəniş formasında həyata keçirilir. 

Məsələn,  Oriental  Land  şirkəti  Wall  Disney  Company  şirkətindən  aldığı  lisenziya 

əsasında Tokyo Disney Land şirkətinə sahiblik edir və onu idarə edir. Təxminən 50 il ərzində 

lisenziya  Amerika  şirkətinə  təsbit  edilmiş,  habelə  giriş  biletləri  satışından  10%  və  parkın 

ərazisində yemək, içkilər və suvenirlər satışından 5% gəlir verir. 

Lisenziya sazişi zamanı lisenziya verən firma istehsalın nizama salınmasında lisenziya 

alana  yardım  göstərilməsi  və  lazımi  halda  lisenziyalaşdırılan  məhsulun  marketinqinin 

təşkilində  məsləhət  verilməsi  üçün  xarici  tərəfdaşının  müəssisəsinə  öz  nümayəndələrini 

göndərir. Bundan əlavə, ilk mərhələdə, bəzən bütün sonrakı mərhələdə də xarici lisenziya 

alanlar  adətən  lisenziya  verəndən  xammal,  komp-  lektləşdirici  məmulatlar  və  materiallar, 

habelə  məsləhət  xidmətləri  almağa  məcbur  olurlar.  Məsələn,  Coca-Cola  və  Pepsi-Cola 

şirkətləri, bir qayda olaraq, beynəlxalq əməkdaşlığa lisenziya sazişindən başlayırlar, o, sonra 

françayzinqə və uzunmüddətli servis kontraktlarına çevrilir. 

Beynəlxalq  əməkdaşlığın  bu  forması  minimal  risklə  xarici  bazara  yol  açır,  xarici 

dövlətlərdə ticarət-siyasi maneələri aradan qaldırmaq, dünya bazarlarında məhsulun satışını 

xeyli  artırmaq,  şirkətin  beynəlxalq  ticarətdə  iştirak  payım  və  müvafiq  surətdə  onun 

miqyaslarını və mənfəətlərini artırmaq imkanı yaradır. 

Lisenziyalaşdırmadan daha çox farmasevtika və kimya sənayesində əsas etibarilə kiçik 

şirkətlər  istifadə  edirlər,  onların  xaricdə  birgə  və  ya  özlərinin  şirkətlərini  yaratmaq  üçün 

vəsaitləri kifayət qədər deyil. 

Lisenziya  satılması  böyük  şirkətlərə  rəqabətin  sərbəstliyini  məhdudlaşdırmaq  və 

lisenziya  sazişlərinə  ərazi  düzəlişləri  əlavə  edilməsi  hesabına  dünya  bazarında  inhisarçı 

vəziyyətə  nail  olmaq  imkanı  yaradır,  bu  düzəlişlər  çərçivəsində  lisenziyanı  almış  şirkətə 

lisenziya  texnologiyasından  istifadə  etməklə  hazırlanmış  məhsulu  satmağa  icazə  verilir. 

Lakin lisenziyalaşdırma vicdansız rəqabət haqqında qanunların qüvvəsi altına düşmür. Belə 

ki, məsələn, Avropa komissiyası lisenziya fəaliyyətinə sərbəst elmi-tədqiqat işləri aparılması 

üçün kifayət qədər vəsaitləri olmayan firmaların yeni texnologiyalara yolunun açılması üsulu 

və Avropa və dünya miqyasında yeni texnologiyaların mübadiləsi vasitəsi kimi baxır. 

251 


Lisenziya  sazişləri  üzrə  alqı-satqı  obyektləri  olan  ixtiralar  və  nou-hau  haqqında  isə 

texnoloji yeni müstəmləkəçilik variantı müşahidə olunur, bu zaman səyal və elmi cəhətdən 

qabaqcıl  ölkələr  geridə  qalmış  ölkələrə  artıq  köhnəlmiş  texnologiyalar  verirlər,  qabaqcıl 

bilikləri  və  təcrübəni  isə  ciddi  qoruyurlar,  onlarda  özlərinin  beynəbcalq  rəqabət 

qabiliyyətinin əsas tərkib hissələrindən birini görürlər. 

Lisenziya sazişləri şirkətin sahibi olan haldakı kimi biznesin təşkilinə səmərəli nəzarət 

edilməsi və mənfəətlər alınması imkanları yaratmır. Bundan əlavə, şirkət lisenziya sazişləri 

çərçivəsində  əslində  özünün  istehsal  təcrübəsini,  biznesin  aparılması  təcrübəsini  satır  və 

lisenziya sazişinin müddəti qurtaranda aşkar edilə bilər ki, şzünə layiqli rəqib yetişdirmişdir 

və bu zaman özü istehsal və idarəçilik sirlərini itirmişdir. 

Bir sıra hallarda lisenziya sazişləri az səmərəli olur və ləğv edilir. Belə hal Amerikanın 

Anhoiser  Bush  pivə  istehsalı  şirkəti  və  Yaponiyanın  Suntory  şirkətinin  münasibətlərində 

olmuşdur. Amerikanın Anhoiser Bush şirkəti Budwiser ticarət markalı pivənin çətin əlçatan 

Yaponiya bazarına daxil olmaq üçün XX əsrin 80-ci illərində onun istehsalına və satışına 

dair  Yaponiyanın  Suntary  şirkətinə  lisenziya  satmışdır.  Lakin  həmin  içkinin  Yaponiya 

bazarına yavaş templərlə daxil olması ilə əlaqədar 1993-cü ildə Amerika tərəfinin təşəbbüsü 

ilə həmin lisenziya sazişi ləğv edilmiş və artıq Yaponiyanın Kirin şirkətilə Budwiser Yapan 

birgə müəssisəsi  yaradılmışdır. Bu halda Amerika tərəfi Yaponiya pivə bazasında 5%-lik 

pay  qazanmaq  istəyirdi,  lakin  Budwiser  Yapan  birgə  müəssisəsinin  məhsulunun  satışları 

aşağı  düşməsi  davam  etmiş  və  1999-cu  ildə  onun  payı  cəmi  1%  təşkil  etmişdi.  Amerika 

tərəfi həmin ildə bu şirkəti ləğv etmək qərarına gəlmiş və elə həmin Kirin firması ilə 2000-ci 

ildə 2Ü03-20Ü5-Cİ illərdə bazar payının ikiqat artmasını hesablayaraq pivə istehsalına dair 

lisenziya sazişi bağlamışdır. 

Françayzinq lisenziya sazişləri formasını inkişaf etdirir və bütöv xidmətlər paketindən: 

ticarət  markasından  və  müəyyən  biznesin  təşkili  və  idarə  edilməsi  texnologiyalarından 

istifadə edilməsi hüququnun satılmasının xüsusiyyətlərini müəyyən edir. 

Beynəlxalq təcrübədə françayzinqin aşağıdakı növlərini fərqləndirirlər: 

 



əməliyyatların  obyekti  üzrə  -  şirkətin  malının  və  ticarət  markasının  françayzin-  qi, 

habelə biznes-françayzinq; 

 

əqdin istiqaməti üzrə - ixrac və idxal françayzinqi (şəkil 19.4). 



 

Şəkil 19.4. Françayzinqin əsas növləri. 

Milli françayzinqdən fərqli olaraq ixrac françayzinqi əmtəə nişanından və menecment 

texnologiyalarından istifadə edilməsi üzrə hüquqların milli şirkətə deyil. 

252 


xarici şirkətə verilməsini nəzərdə tutur. 

Birinciyə Coca-Cola şirkəti misal ola bilər, o, beynəlxalq fəaliyyəti alkoqolsuz içkilərin 

xarici  istehsalçılarına  franşiz  satılması  vasitəsilə  fəal  yerinə  yetirir,  onlara  şirkətin  ticarət 

markasından və firma adından istifadə etmək hüququ verməklə xüsusi sirop göndərir. 

ikinci tip - biznes - françayzinq - franşiz paketinə şirkətin məhsulundan və firma adından 

əlavə  iş,  idarəçiliyin  təşkili  və  keyfiyyətə  nəzarət  metodlarını  da  daxil  edir.  Bu  tipli 

françayzinq  əsas  etibarilə  xidmət  sahəsində  (restoranlarda,  mehmanxana  şəbəkələrində  və 

pərakəndə  ticarətdə)  tətbiq  olunur.  Məsələn,  Mc  Donald's  “təcili  mətbəx”,Kentucki  Fried 

Chiken  restoranlar  və  Dunkin  Donuts  ponçikxanalar  beynəlxalq  şəbəkələri,  Marriot 

mehmanxanalar şəbəkələri, Seven- Eleven mağazalar şəbəkələri və b.k. françayzinq sazişləri 

əsasında qurulmuşdur. Yalnız Kentucki Fried Chiken şirkətinin franşiz şərtlərilə dünyanın 56 

ölkəsində  2700  filialı  vardır,  bütövlükdə  Amerika  şirkətləri  isə  XX  əsrin  80-ci  illərinin 

ortalarında həmin şərtlərlə təxminən 32 min xarici filiala malik idilər. 

Françayzerlər  öz  təşkilatlarını  yaratmaq  niyyətində  olduqları  ölkənin  və  tərəfdaşların 

öyrənilməsində çox ehtiyatlı olmalıdırlar. Səhvlərin mümkünlüyü iflasa səbəb olar. Kontucki 

Fried  Chiken  şirkətinin  Honkonqda  ilk  11  qəlyanaltıxanasının,  Mc  Donald's  şirkətinin 

Amsterdamın şəhər ətrafı ərazisində qəlyanaltıxanalarının və s. uğursuzluğu bunun sübutu 

ola bilər. 

Bu  hüququ  qazanan  şirkətlər  onlara  etibar  edilmiş  texnologiyalara  ciddi  riayət 

etməlidirlər  ki,  malların  və  xidmətlərin  keyfiyyətinə  və  ticarət  markasının  nüfuzuna  zərər 

vurulmasın, franşiz təqdim edən şirkət isə ciddi nəzarət etmək hüququna malikdir. Məsələn, 

Mc  Donald's  öz  məhsulunun  keyfiyyətinə  ciddi  riayət  edilməsi  məqsədilə  öz  şəbəkəsinin 

bütün  restoranlarına  qida  məhsulları  tədarükçülərini  (göndərənləri,  gətirənləri)  özü  təyin 

edir. 


Françayzinq  malların  və  xidmətlərin  standartlaşdırılmasma  şərait  yaradır,  biznes 

miqyasında  qənaət  verir,  eyni  zamanda  yerli  bazarlarda  istehlakçıların  tələblərinə  qismən 

uyğunlaşmaq  imkanını  saxlayır.  Məsələn,  Mc  Donald's  Almaniyada  və  Fransada  öz 

restoranlarının müştərilərinə salat təklif edir; həm də Almaniyada pivə, Fransada isə çaxır 

sifariş  vermək  olar.  Benetton  şirkəti  xarici  tərəfdaşlarına  alıcıların  müəyyən  seqmentləri 

üçün malların ehtiyatlan yaradılması üzrə bəzi sərbəstlik verir, baxmayaraq ki, bu onun əsas 

qaydalarına ziddir. 

Françayzinq rəqabətin azaldığı haqqında qanunların qüvvəsi altına düşmür. 



Injinirinq tipli xidmətlər göstərilməsinə dair beynəlxalq mühəndis-texnik sazişləri. 

Injinirinq beynəlxalq sazişləri məsləhətçi tərəfin sifarişçi tərəfə obyektin layihələndirilməsi, 

tikilməsi  və  istismara  verilməsi  üzrə,  habelə  sifarişçinin  müəssisəsində  yeni  texnoloji 

proseslərin  işlənib  hazırlanması,  istehsal  proseslərinin  təkmilləşdirilməsi  üzrə 

mühəndis-texnik xidmətləri kompleksinin və müəyyən növünün təqdim edilməsini nəzərdə 

tutur. Bununla əlaqədar məsləhətçi, texnoloji və tikinti injini- rinqlərini fərqləndirirlər. 

inkişaf  etməkdə  olan  ölkələrin  bazarlarına  TMK-m  ekspansiyası  ilə  və  həmin 

xidmətlərin  (injinirinqin)  inkişaf  etmiş  ölkələr  tərəfindən  inkişaf  etməkdə  olan  ölkələrə 

kömək və texniki yardım üzrə hökumət proqramlarına daxil edilməsilə əlaqədar injinirinq 

fəal inkişaf etmişdir. 



istehsala  və  satılmış  texnikaya  texniki  xidmət  edilməsi  üzrə  beynəlxalq  sazişlər. 

Belə sazişlər obyektlərə və avadanlığa material-texniki xidmət edilməsi üzrə və onların 

253 


istismar vəziyyətində saxlanılması üzrə, habelə qurğunun ehtiyat hissələrinin və ya binanın 

elementlərinin  təmiri,  dəyişdirilməsi  üzrə  kommersiya  əsasında  xidmətlər  göstərilməsini 

nəzərdə tutur. Bu zaman təmir həm cari, həm də əsaslı ola bilər. 

Bir qayda olaraq, avadanlığın istismarına görə sifarişçi məsuliyyət daşıyır, podratçı isə 

sazişin  mətninə  müvafiq  bənd  daxil  edilən  halda  onun  aparılmasına  riayət  edilməsinə 

nəzarəti təmin edir. Lakin elə hallar rast gəlir ki, istismara görə tam məsuliyyət podratçının 

üzərinə qoyulur və o, təşkilati fəaliyyət sahəsində qısamüddətli və uzumüddətli perspektivdə 

bütün idarəçilik qərarlarını qəbul edir. 

Beynəlxalq  satışın  təşkilinin  belə  forması  yalnız  xarici  ölkələrdə  obyektlər  tikiləndə 

deyil,  həm  də  sənaye  və  texnika  məhsulu  ixrac  ediləndə  fəal  istifadə  edilir.  Qeyd  etmək 

lazımdır ki, satışdan əvx'əlki ser\isə dair, bh* qayda olaraq, sazişlər bağlanmır və o, ixracın 

stimullaşdırılması vasitələrindən biri olmaqla, ödənişsiz əsasda həyata keçirilir. 



Beynəlxalq  icarə  sazişləri:  lizinq,  hayrinq,  rentinq  (çarter).  Beynəlxalq təcrübədə 

sənaye məhsulunun (o cümlədən maşın və avadanlığın) satışının təşkili forması kimi çox 

zaman uzun müddətli 3-5, bəzən 15-20 ilə qədər (daha çox rast gələn lizinq sazişləri), orta 

müddətli 2-3 ilə qədər (hayrinq) və qısamüddətli - bir ilə qədər (rentinq və ya çarter) icarə 

sazişləri  bağlanır.  Müvafiq  avadanlığı  icarəyə  götürən  tərəf  yalnız  ona  icarəyə  verilmiş 

avadanlığa  görə  icarə  haqqı  ödəməli  deyil,  həm  də  ondan  istifadə  edilməsi  qaydalarını 

danışıqsız  yerinə  yetirməlidir  və  bu  özünün  mülkiyyət  hüququnu  saxlayan  icarəyə  verən 

tərəfindən vaxtaşırı yoxlanmalıdır. 

Belə  əməliyyatda  adətən  üçüncü  tərəf  iştirak  edir.  Bir  qayda  olaraq,  bu  bank  və  ya 

investisiya  şirkəti  olur  və  o,  əməliyyatın  maliyyə  tərəfini  və  ödəmələrə  faktiki  möhlət 

verilməsini təmin  edir. Lizinq icarəyə verən firma icarədə maraqlı olan firmanın konkret 

tədarükçüyə  sifariş  verdiyi  daşman  və  ya  daşınmayan  əmlakın  (adətən  avadanlığın)  tam 

dəyərini ödəyir. Belə lizinq maliyyə lizinqi adlanır. 

Cari  lizinq  əvvəldən  icarəyəverici  tərəfindən  əldə  edilmiş  avadanlığın  müəyyən 

müddətə və icarə haqqında müqavilədə və ya preyskurant icarə tarifləri əsasında göstərilmiş 

müəyyən haqq ödəməklə icarəyə verilməsini nəzərdə tutur. 

icarəyə götürən icarə müddəti qurtaranda bir çox hallarda avadanlığı satın alır və onun 

mülkiyyətçisi  olur.  Bu  halda  icarə  sazişi  alqı-satqı  əməliyyatının  uzunmüddətli 

kreditləşdirilməsi haqqında sazişə çox oxşayır. 



Forfeytinq  -  malların  göndərilməsində  (tədarükündə)  istifadə  olunan  borc  və  ödəniş 

sənədlərinin xüsusi kredit institutu (forfeytor) tərəfindən nağd hesablaşma ilə satınalmasıdır. 

Əgər  göndərilmə  (tədarük)  üçün  idxalçı  forfeytorla  hesablaşa  bilməsə  veksellər  yenidən 

ixracçıya  yönəldilməyəcək,  yəni  forfeytor  borc  sənədlərini  ixracçıya  reqres  (əks  tələb) 

hüququ  olmadan  əldə  edir.  Beləliklə,  forfeytor  bütün  risk  növlərini  öz  üzərinə  götürür, 

ixracçı tələblərin hüquqi aspektlərinin təmin edilməsinə görə, məsələn, forfeytora tələblərin 

düzgün verilməsinə görə cavab vermir. 

Forfeytorun əldə etdiyi borc öhdəliyi: 

 

məhsulun  alıcısı  tərəfindən  buraxılmış  və  aksept  verilmiş  sadə  və  ya  köçürmə 



(köçürülən) bank zəmanəti olan veksel; 

 



ödəməyə möhlət verilməklə geri çağrılmayan akkreditiv

 



bank  və  ya  dövlət  zəmanətilə  təmin  edilmiş  digər  maliyyə  vasitələri  şəklində 

rəsmiləşdirilə bilər. 

Borc  vasitələrini  (sənədlərini)  idxalçı  yalnız,  ixracçı  qəbul  edir  və  idxalçının  bankı 

qeyd-şərtsiz  ona  zəmanət  verir.  Ödənişin  əvəzində  idxalçıdan  borcların  alınması  hüququ 

forfeytora keçir. Təcrübədə forfeytor ya həmin öhdəlikləri onların qüvvədə 

254 


olduğu bütün müddət ərzində özündə saxlayır yaxud onları yenə də dövriyyəsiz əsasda digər 

forfeytora satır.  Borc sənədlərinin qüvvədə olma müddəti  qurtaran zaman onları  saxlayan 

ödəyicinin bankına onların ödənilməsi üçün təqdim edir. 

Təcrübə göstərir ki, forfeytinq texnoloji avadanlıq satılan zaman daha çox tətbiq edilir. 

Kontraktlar orta və uzunmüddətli olur və böyük məbləğə (orta hesabla 1-2 milyon dollara) 

bağlanır,  kontraktın  minimum  məbləği  isə  250  min  dollar  təşkil  edir.  Forfeytinq  zamanı 

ixracçının aldığı pul vəsaitlərinin həcmi adi kommersiya kreditlərinin miqdarından yüksək 

olur,  lakin  eyni  zamanda  böyük  maşın  və  avadanlıq  partiyaları  göndərilməsini 

maliyyələşdirən investisiya kreditlərinin miqyasına çatmır. Forfeytinq onların arasında aralıq 

(orta) vəziyyəti tutur. 

Məsələn, Amerikanın tibb avadanlığı istehsal edən Amerikan Medical Co şirkəti  yeni 

bazara yeridilməyi - Rumıniyaya tibb avadanlığı göndərməyi qərara almışdır. Rumıniyanın 

Səhiyyə Nazirliyi ödəməni iki il təxirə salmağı xahiş etmişdi, ölkənin Maliyyə Nazirliyi isə 

avadanlığın dəyərinin ödənilməsinə müvafiq zəmanət vermişdir. Amerikan Medical Co onun 

üçün  yeni  olan  bazarın  risklərindən,  habelə  ödənilməmə  riskindən  ehtiyat  edərək,  belə 

şərtləri qəbul etməyi qərara almamış və yardım üçün forfeytinq şirkətinə müraciət ctmi.şdi. 

Rumıniyanın  Səhiyyə  Nazirliyi  avadanlığın  göndərilməsi  kontraktı  üzrə  ödənilmə 

müddətlərinə  müvafiq  ödəmə  müddətlərilə  Maliyyə  Nazirliyinin  icazə  (viza)  verdiyi  dörd 

borc qəbzi yazmışdır. Amerikan Medical Co lazımi sənədləri təqdim edəndən dərhal sonra öz 

malları üçün pulları almışdır. 

Forfeytor öz xidmətlərinin haqqı kimi borc öhdəliklərilə ödənilən kreditin verilməsinin 

bütün dövrü ərzində razılaşdırılmış səviyyədə faiz (adətən diskont formasında) çıxır. 

Satıcı bu halda aşağıdakı üstünlüklərə malik olur; 

 



siyasi,  kredit  və  digər  risklər  üzrə  vaxtında  ödənilmədən  və  defoltdan  müdafiəyə. 

Bundan əlavə, o, faiz dərəcəsinin və valyutaların kurslarının arzuedilməz dəyişilmələrindən 

özünü qoruya bilər (ABŞ dollarının kursunun aşağı düşməsi fonunda xüsusilə aktualdır); 

 



idxalçıya  kommersiya  təklifinin  bir  hissəsi  kimi kontraktın  dəyərinin  100%-ə  qədər 

ödənişin maliyyələşdirilməsinin təxirə salınması imkanı; 

 

maliyyələşdirmənin malın qiymətinə daxil eciilməsi imkanı; 



 

rəqiblərlə  müqayisədə  bir  qədər  daha  faydalı  vəziyyətə,  çünki  alıcılara  orta  və 



uzunmüddətli maliyyələşdirmə təqdim etmək imkanı var. 

Forfeytinq faktorinqə bənzəyir. Lakin birinci yalnız beynəlxalq əqdlərdə tətbiq edilir və 

bir qayda olaraq, forfeytor bankın iddia hüququnu tək-tək alması ilə məhdudlaşır. Bu kredit 

vasitələri arasında seçim edərkən şirkətin rəhbəri nəzərə almalıdır ki, forfeytinqin mahiyyəti 

ixrac tələblərinin əlahiddə müqavilələr əsasında ixracçıya reqressiz (tələb hüququ olmadan) 

satmahnmasmdan  ibarətdir,  ixrac  fak-  torinqində  isə  çox  zaman  öhdəliklər  müqavilə 

çərçivəsində riskin faktora keçməsilə satılır, bu müqavilədə bütün öhdəliklərin müəyyən vaxt 

ərzində  alınması  qeyd  edilir.  Bu  iki  beynəlxalq  vasitənin  fərqləri  19.1  cədvəlində  əks 

olunmuşdur. 

İxracçı forfeytinq əqdinin həyata keçirilməsi üçün forfeytora məlumat göndərir, orada 

alıcının  adını;  ödəməyə  əlavə  zəmanətin  növü  və  zəmanət  verənin  (zaminin)  adını;  tələb 

olunan  əmtəə  kreditinin  müddətlərini  və  əqdin  həyata  keçirilməsinin  planlaşdırılan 

müddətlərini;  əqdin  təxmini  məbləğini  göstərir.  Bunun  cavabında  ixracçı  forfeytordan 

indikativ təklif alır, orada forfeytinq əqdinin əsas şərtləri qeyd edilməlidir; 

255 


əlavə təminat olan borc vasitəsinin növü; kredit üzrə 

ödəmələrin qrafiki; 

maliyyələşdirmənin dəyəri (forfeytoriın komissiya haqqı). 

Cədvəl 19.1 



Download 4.84 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling