Mövzu № 9: Avtomobilin dəyanətliyi, idarə olunma qabiliyyəti və hərəkət
səlistliyi
Mühazirənin planı:
1.Avtomobilin dəyanətliyi, idarə olunma qabiliyyəti və hərəkət səlistliyi
anlayışları
2.Avtomobilin yana suruşməsi şərtinə görə kritik sürəti və onun təyin edilməsi
3.Avtomobilin yana aşması şərtinə görə kritik sürəti və onun təyin edilməsi
4.Avtomobilin texniki vəziyyətinin onun qeyd olunan xüsusiyyətlərinə təsiri
Yol hərəkətinin təhlükəsizliyinin (YHT) təmin olunmasında avtomobilin
dayanıqlıq xüsusiyyəti çox bötük rol oynayır. Belə ki,o, pozulduqda avtomobil hə-
rəkət istiqamətini ixtiyari dəyişir, aşır və ya təkərlər yol səthinin üzərində sürüşür.
Avtomobilin dayanıqlığı iki növə bölünür:
eninə və uzununa.
Avtomobilin
eninə dayanıqlıq xüsiusiyyəti əyrixətli hərəkətdə HT-nin təmin
olunmmasında çox mühüm rol oynayır. Bu hərəkətdə avtomobilin dayanıqlığını
pozan əsas qüvvə mərkəzdənqaçma qüvvəsidir. Onun təsiri altında
avtomobil
yana sürüşə və ya aşa bilər.
Avtomobilin üfiqi yol sahəsində əyrixətli hərəkət trayektoriyasının əsas
göstəriciləri 1 saylı şəkildə göstərilmişdir.
Do'stlaringiz bilan baham: