Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi


Download 0.55 Mb.
Pdf ko'rish
bet34/45
Sana30.01.2024
Hajmi0.55 Mb.
#1809070
TuriMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   45
Bog'liq
NVT və ATE- mühazirə (əsas)

Yoxlama sualları: 
1.Qəzadansonrakı təhlükəsizlik dedildə nə başa düşülür? 
2.Yanğına qarşı təhlükəsizlik tədbirlərində yanacaq və elektrik sisteminin ele- 
mentlərinə hansı tələblər nəzərdə tutulmuşdur? 
3.Avtomobilin qapı kilidlərinə təhlükəsizlik baxımından hansı tələblər nəzərdə 
tutulur? 
4.Avtomobil su hövzəsinə düşdükdə insanların təxliyyəsi üçün nə kimi təd- birlər 
görülür? 
5.Sərnişin daşıyan avtobuslarda insanların qəzadansonrakı təxliyyəsi üçün hansı 
texniki alətlər nəzərdə tutulur? 
Ə D Ə B İ Y Y A T 
1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və 
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I və II hissə) 
2. Ломакин В.В., Покровский Ю.Ю., Степанов И.С., и др. Безопасность 
автотранспортных средств: Учебник для вузов 2011 - 115с
Mövzu № 17. Avtomobilin ekoloji təhlükəsizliyi 
Mühazirənin planı: 
1. Avtomobilin ətraf mühitə təsiri.
2. Atmosferin işlənmiş qazlar,yanacaq və yağ buxarları, yeyilmə məhsulları ilə 
zəhərlənməsi və çirklənməsi
3. Səs-küylər,titrəyişlər,onların azaldılması üzrə tədbirlər. 
XX-cu əsrin 80-cı illərində avtomobil parkının yüksək templərlə inkişafı və xü- 
susən də avtomobillərin iri şəhərlərlərdə cəmlənməsi bütün inkişaf etmiş dövlətlər 
qarşısında ekoloji problemin həlli məsələsini qaldırmışdır. Ona görə də dövlət rəh- 
55. 


bərləri iri avtomobil istehsalçıları qarşısında avtomobilin layihələndirilməsi zamanı 
onun ekoloji təhlükəsizliyinin təmin edilməsi məsələsini qoydular. 
Tədqiqatlar göstərir ki, NV-nin arasında ətraf mühitin çirklənməsində 87% avto- 
mobil nəqliyyatının payına düşür. Bu gün dünyada avtomobillərin sayı artıq 2 mlrd 
yaxınlaşır. Bunlar il ərzində 2,1mlrd tondan çox yanacaq, 25mlrd tondan çox isə hava 
(yəni oksigen) işlədir və atmosferə 700 mln çox zərərli maddə ixrac edirlər. İxrac 
olunan qazların arasında zəhərli hesab olunan aşağıdakılardır: dəm qazı; karbohid- 
rogenlər; azot oksidləri; his və qurğuşunlar. 
Bu problemin həlli üçün Avropa dövlətləri tərəfindən tullantılarda zərərli maddə- 
lərin normasını tənzimləyən standartlar ilk dəfə 1988-ci ildə qəbul edilmişdir. Avro I 
standartı – 1992 ildə, Avro II – 1996 ildə, Avro III – 1999 ildə, Avro IV – 2005 ildə 
və Avro V – 2008 ildə quvvəyə minmişdilər. 
İxrac olunan qazların tərkibində insan orqanizminə ziyan vuran çoxlu sayda 
müxtəlif maddələr var. Onların arasında ən zərərli hesab olunan aşağıdakılardır: dəm 
qazı; karbohidrogenlər; azot oksidləri; his və qurğuşunlar. 
Qeyd olunan zərərli qazların neytrallaşdırılması üçün avtomobillərdə müxtəlif 
texniki vasitələrdən istifadə edilir. Bunlardan ən sadə quruluşa və böyük təsir gücü- 
nə malik olan vasitə - katalitik çeviricilərdir. Bildiyimiz kimi, katalizator dedikdə 
özü kimyavi reaksiyada iştirak edən məhsullara daxil olmayan lakin prosesi sürətlən- 
dirən maddələrə deyilir. Bu gün katalitik çeviricilərdə iki növ katalizatorlardan isti- 
fadı olunur: bərpaedici və oksidləşdirici. 
Aşağıda verilən şəkildən göründüyü kimi hər iki katalizatorun əsasını keramik 
materialdan hazırlanmış gövdə təşkil edir. Onun içindən çoxlu sayda “arı şanına” 
oxşar deşiklər keçir. Deşiklərin giriş hissəsində keramikanın üzərinə metal təbəqə 
vurulmuşdur (adətən, platin,radium və ya palladiumdan). İxrac qazları bu deşiklərdən 
keçən zaman qeyd olunan metallarnan kimyavi reaksiyaya girir və neytrallaşdırılır. 
Müasir avtomobillərin ixrac sistemlərinin çoxunda üç ədəd katalitik çeviricidən 
istifadə edilir (çeviricinin hər biri müxtəlif növ zəhərli maddələr üçün nəzərdə 
tutulub). Katalitik çeviricinin I mərhələsi bərpaedici katalizatordur. O, azot oksidi- 
56. 


nin (NO
x
) azaldılması üçün platin və radiumdan istifadə edir. Reaksiya nəticəsində 
azot oksidindən oksigen azad edilir və o neytrallaşdırılır. 
Katalitik çeviricinin II-ci mərhələsi oksidləşdirici katalizatordur. O, platin və 
palladiumun köməyilə yanmamış yanacağın və karbon oksidlərinin miqdarını onları 
yandırmaqla azaldır (nəticədə karbon 2 oksidi karbon qaza çevirilir). 
Çevirmənin III-cü mərhələsində ən yaxşı nəticələr əldə edilməsinə çalışılır. Bu 
mərhələdə ixrac qazları axınına nəzarət edilərək, alınmış məlumatlar əsasında yana- 
cağın püskürülməsi sistemi idarə edilir. Belə ki, katalizatorla əlaqədə olan oksigen 
vericisi ixrac qazlarının tərkibində nə qədər oksigen olması barədə kompyuterə mə- 
lumat ötürür. Kompyuter isə yanacağa verilən havanın miqdarını tənzimləməklə 
karbohidrogenlərin və dəm qazının oksidləşdirilməsini təmin edir.

Download 0.55 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling