Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi
Şəkil: avtomobilin katalitik çeviricisinin quruluşu
Download 0.55 Mb. Pdf ko'rish
|
NVT və ATE- mühazirə (əsas)
Şəkil: avtomobilin katalitik çeviricisinin quruluşu
Lakin avtomobilləşmə prosesinin ətraf mühitə təsiri yalnız atmosferin zərəli qazlarla çirklənməsi ilə yekunlaşmır. Bununla bərabər torpaq və su hövzəsinində çirklənmə prosesi müşaidə edilir. Bir çox hallarda avtomobllərin kiçik təmir müəs- 57. sisələri nəqliyyat vasitələrində işlədilən müxtəlif mayeləri, dəyişdirdikdən sonra, qoyulan qadağalara baxmayaraq, müvafiq tullantı qablarına deyil birbaşa torpağa axıdırlar. Nəticədə həm torpaq çirklənir, həmdə həmin mayelər yağış suları ilə bə- rabər torpağın alt qatlarına keçir və oradan da yeraltı sulara qarışır. Bu çirklənmiş yeraltı sular isə öz növbəsində sonradan müxtəlif su hövzələrinə (çaylara, göllərə və s.) daxil olaraq onları çirkləndirir. Bundan başqa avtomobillərin saxlanması üçün çoxlu sayda ərazilər tələb olduğundan kənd təsərrüfatı üçün yararlı torpaqların zəbt olunması baş verir. Şəhərlərdə səsin səviyyəsinin artması avtomobillərin aqreqatlarının işləməsi və şinlərin yol örtüyünə sürtünməsi nəticəsində yaranır. Ayrı-ayrı nəqliyyat vasitələrinin yaratdığı səs-küy 75-95dBA-ya çatır. Nəqliyyat vasitələrinin səs-küy səviyyəsinə təsir edən əsas amillər aşağıdakılardır: -nəqliyyat axınının intensivliyi; -nəqliyyat axınının sürəti; -nəqliyyat axınının tərkibi; -yol örtüyünün növü və keyfiyyəti; -yaşıl əklilərin olması. Səhiyyə normalarına görə yuxu və istirahət zonalarında səs-küyün səviyyəsi gecə 30dBA-dan, gündüz isə 35dBA-dan çox olamamalıdır. Müəssisələrdə isə səs-küyün norması onun xüsusiyyətundən asılı olaraq 40-70dBA həddində olmalıdır. Bununla əlaqədar olaraq 1985-ci ildən sonra buraxılan avtomobillərdə AİK BMT-nin 51 №-li Qaydalarına və AİB-in /№81/334 Direktivinə əsasən avtomobillər üçün buraxılan bilən səs səviyyəsi aşağıdakı kimi müəyyən edilib: -minik avtomobilləri üçün 80dBA; -yük avtomobilləri və avtobuslar üçün (tam kütləsi və tutumundan asılı) müvafiq olaraq 81-88dBA və 81-85dBA. Ətraf mühitin avtomobillər tərəfindən çirklənməsinin qarşısının alınması üçün müxtəlif istiqamətlərdə tədbirlər görülür. Bunlara misal olaraq a.ağıdakıları göstər- mək olar: 58. -mühərriklərdə yanacağın yanma prosesini təkmilləşdirmək; -nəqliyyat vasitələrində ekoloji baxımdan daha təhlükəsiz yanacaq növlərindən istifadə edilməsi (günəş enerjisi, hidrovodorod, elektrik enerjisi və s.); -şinlərin istehsalında daha müasir, az səs-küy yaradan materialların istifadə edil- məsi; -yol örtüyünün keyfiyyətinin artırılması və yeni materialların istifadə olunması. Download 0.55 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling