Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi
Download 0.55 Mb. Pdf ko'rish
|
NVT və ATE- mühazirə (əsas)
- Bu sahifa navigatsiya:
- Ə D Ə B İ Y Y A T
- Mövzu № 18. Avtomobilin qaçırılmağa qarşı təhlükəsizliyi Mühazirənin planı
Yoxlama sualları:
1.Avtomobildə ekoloji təhlükəsizlik elementləri hansı funksiyaları həyata keçirirlər? 2.Ətraf mühitin çirklənməsi dedikdə nə başa düşülür? 3.İlk Avro I ekoloji təhlükəsizlik standartı neçənci ildə qəbul edilmişdir? 4.Avtomobillərdə hansı növ katalizatorlardan istifadə edilir? 5.Avtomobilin katalizatoru onun hansı sistemi ilə sıx əlaqədə işləyir? 6.Avtomobillərin yaratdığı səs-küy səviyyəsinin azaldılması üçün hansı tədbirlər nəzərdə tutulur? 7.Minik, yük avtomobilləri və avtobusların yaratdıqları səsin səviyyəsi hansı həddi aşmamalıdır? Ə D Ə B İ Y Y A T 1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I və II hissə) 2. Ломакин В.В., Покровский Ю.Ю., Степанов И.С., и др. Безопасность автотранспортных средств: Учебник для вузов 2011 - 115с Mövzu № 18. Avtomobilin qaçırılmağa qarşı təhlükəsizliyi Mühazirənin planı: 1. Avtomobilin qaçırılmağa qarşı təhlükəsizliyi və onun yüksəldilməsi üzrə tədbirlər 2. Təhlükəsiz avtomobil konstruksiyası və onun yaradılmasının əsas istiqamətləri 59. Avtomobilin qaçırılmağa qarşı təhlükəsizliyi məsələlərinə əsasən son 20-30 il ərzində diqqətlə yanaşmağa başlanmışdır. Bunun səbəblərini bizim fikrimizçə aşa- ğıdakı səbəblərlə izah eləmək olar: -avtomobillərin sayı artdıqça onların (xüsusən də bahalı biznes klas qpupuna aid olanların) qaçırılma faktlarının sayıda artmağa başlamışdır; -müəyyən model avtomobillərin qiyməti həddindən artıq baha olduğundan on- ların sahiblərinin özlərini maşının qaşırılma faktından səğortalama istəyi; -qaçırılan avtomobillərlə çoxlu sayda müxtəlif növ yol qəzalarının və digər cinayətlərin törədilməsi. XX-cu əsrin 50-60-cı illərində avtomobillərin sahibləri maşınlarının qaçırılma- ması üçün əsasən mexaniki vasitələrdən istifadə edirdilər (məsələn təkərlərin disklərini zəncirlə harasa bağlayırdılar, ilişmə muftası əyləcini sükan çarxına xüsu- si alətlə birləşdirirdilər və s.). Bəziləri avtomobilin elektrik sisteminə müdaxilə edərək orada xüsusi ayərəcı açarlar qoyurdular. 90-cı illərdə mühəndislər tərəfindən Great Guard qaçırılmağa qarşı təhlükəsizlik sistemi yaradılmışdır. Bu sistem özünü çox effektiv və səmərəli göstərdiyindən təkmilləşdirilərək bu günə kimi istensal olunur. Bu sistemin əsas elemntləri aşağı- dakılardır: -metal qutunun içərisində yerləşdirilmiş idarəedici blok (o mexaniki zərbələrə, yüksək temperatura və nəmliyə davam gətirir); -avtomobilin salonunda yerləşdirilən və 7 rəqəmli kodla təmin edilmiş sistemə qoşulub-ayrılma pultu. Sistemin iş prinsipi ondan ibarətdir ki, qorunma işə salındıqda avtomobilin hidravlik tormoz intiqalı konturları bloklayır. Bu sistemin müasir modifikasiyala- rında tormozlarla bərabər, kapot altındakı qıfıl, starterin, benzin nasosunun və s. bliklanma dövrələri də idarə edilir. Qaşırılmağa qarşı elektron sistemlərin tətbiqi avtomobilin mühafizə olunma səviyyəsini yüksəldir. Bu gün əksər avtomobillərdə vahid aşardan istifadə edilir. Hər bir avtomobilin fərdi elektronikası alışdırma açarının elektron sxemi ilə daimi 60. şəkildə mübadilədə olur. Yəni, alışdırma, starter və yanacaq verilişi sistemləri o zaman işə düşürlər ki, avtomobil öz aşarını “tanısın”. Son on illikdə avtomobillərdə qaşırılmağa qarşı peyk sistemlərinin quraşdırıl- ması başlamışdır. Bunun əsas iş prinsipi ondan ibarətdir ki, avtomobilin hər hansı bir uzaq küncündə peyk siqnallarının qəbuledicisi yerləşdirilir. Onun vasitəsi ilə dispetçer məntəqəsi (qəbuledicinin “görmə” zonasında ən azı 3 peyk olmalıdır) avtomobilin yerləşmə koordinatlarını daimi izləyə bilir. Download 0.55 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling