Ə. A. Quliyev
Download 10.77 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Elmi redaktor: Qurbanov V.M.
- Giriş
- 1.1a. Riyaziyyat v ə onun tədrisi metodikasına dair.
Ə.A.Quliyev
XI SİNİFLƏRDƏ CƏBR VƏ ANALİZİN BAŞLANĞICI
BAKI-2014 2
Fizika-riyaziyyat üzr ə elmlər doktoru, professor
Fizika-riyaziyyat üzr ə elmlər doktoru, professor
Fizika-riyaziyyat üzr ə elmlər doktoru, professor
Pedaqoji elml ər üzrə doktor, professor
Ə.A.Quliyev. X-XI siniflərdə cəbr və analizin başlanğıcı. Бакы: «Елм» nя şriyyatı, 2014. 416 s. İSBN 978-9952-495-37-9
Kitabda X-XI sinifl ərin cəbr və analizin başlanğıcı kursunun əsas möv- zularının, onların tətbiqlərinin öyrənilməsi metodikası şərh olunur və bu fənnin yekunlaşdırılması, öyrənilənlərin möhkəmləndirilməsi, habelə sistemləşdiril- m əsində istifadə etmək üçün 500-ə yaxın məqsədəuyğun, düşündürücü məsələ, misallar araşdırılır. Kitab orta m əktəb şagirdləri, müəllimləri, abituriyentlər, ali məktəbin ba- kalavr v
ə magistr pillələrinin tələbələri, yuxarı siniflərdə cəbr və analizin başlanğıcının tədrisini və şagirdlərin əqli fəaliyyətini inkişaf etdirməklə maraq- lanan t ədqiqatçı metodistlər üçün maraqlı və münasibdir.
© «Елм» няшриййаты, 2014 3
Elm v
ə texnikanın müasir inkişaf səviyyəsinə uyğun olaraq riya- ziyyatın o, cümlədən cəbr və analizin başlanğıcının məktəbdə öyrə- nilm əsinin metodik sisteminin qarşılıqlı əlaqədar problemlərinin həl- lind ə ümumiləşdirmə adlanan təfəkkür əməliyyatı xüsusi yer tutur. İn- formasiya c əmiyyətinin müasir inkişaf mərhələsində onun qarşısına qoyulan əsas vəzifələrdən biri məktəb təlimin XXI əsrin elmi-texniki naliyy ətlərinə uyğunlaşdırmaqdan ibarətdir. Bu məsələni müvəffəqiy- y ətlə həll etməyin əsas bir yolu da riyazi fənlərin tədrisi prosesində şagirdlərin ümumiləşdirmə, xüsusiləşdirmə, ümumiyyətlə elmi-məntiqi qabilliyy ətlərini didaktik prinsiplərə əsaslanaraq inkişaf etdirməkdir. X-XI sinifl ərin cəbr və analizin başlanğıcı kursu bütövlükdə mək- t əb riyaziyyatının üzvü hissəsi olub onun ayrı-ayrı mövzularının əlaqə- l əndirilməsi və əsaslandırımasında mühüm yer tutur. Odur ki, onun qurulmasına verilən əsas tələb bir tərəfdən I-IX siniflərdə riyaziyyatın öyr
ənilməsi zamanı həyata keçirilən ideyaların davamı və inkişaf etdi- rilm
əsi, digər tərəfdən isə orta siniflərdə planimetriyanın, yuxarı sini- fl ərdə isə stereometriyanın nəzəri-praktik məsələlərinin həllində ana- litik- sintetik hesablamaların tətbiqlərini göstərməkdən ibarət vahid ideya əsasında məzmunu və dərketmə metodunu müəyyənləşdirməkdir. M əktəb cəbr və analizin başlanğıcı kursunun əsas mövzularının öyrə- nilm əsi metodikasına həsr edilmiş bu vəsait dörd fəsildən ibarətdir. I f əsildə cəbr və analizin başlanğıcı kursunun məktəbdə öyrənil- m əsinin məqsədi, onun məzmununun əsas xətlərinin öyrənilməsi xüsu- siyy ətləri, toplama düsturlarının, qüvvət və üstlü funksiyaların, infor- matikada k əmiyyət anlayışının genişləndirilməsinin, Fermanın kiçik teoreminin, eyniçevirm ələrin, funksiyalar arasında məsafənin, Bezu teoreminin, Kompleks ədədlərin, ən sadə sıraların, ədədlərin toplanan- ların ayrılmasının, triqonometrik bərabərsizliklərin və tənliklərin, iki ekvivalent b ərabərsizliyin, limit və kəsilməzliyin, törəmə, inteqral və on ların tətbiqlərinin, ən sadə diferensial, funksional və fərqlər tənlik- l ərinin öyrənilməsinin metodik xüsusiyyətləri, bunlarla əlaqədar şagird- l ərin ümumiləşdirmə qabiliyyətinin inkişaf şərh olunur. II f əsildə cəbr və analizin başlanğıcının yekun təkrarı üçün 500-ə yaxın məsələ, misal təklif olunur, III fəsildə onların müfəssəl təhlili verilir, IV f əsildə isə riyazi analiz elementlərinin məktəbdə öyrənil- m əsinin metodik problemlərinə müəllimlərin diqqəti cəlb edilir. Vəsaitə 4 o q ədər də standart olmayan, şagirdlərin ümumiləşdirmə və xüsu- sil
əşdirmə qabilliyyətlərinin inkişafına kömək edən cəbr və analizin başlanğıcına aid olan məsələ və misallar daxil edilmişdir. Həlləri ilə veril ən belə məsələ və misallardan ali məktəblərə qəbul imtahanlarına hazırlaşanlar istifadə edə bilərlər. Bunu özünü yoxlamada, habelə unu- dulanları bərpa etməkdə mühüm vasitə hesab edirik. Lakin oxucular özünü sınamaq məqsədilə təqdim olunan məsələ və misalların müstəqil h əllinə cəhd göstərməli, yalnız bundan sonra həll və cavablara müraciət etm ək yaxşı olar. Bel əliklə, gənclər cəbr və analizin başlanğıcından məsələ və misal- ları burada göstərilənlərdən fərqli, özlərinə məxsus, bəzən də daha s əmərəli üsullarla həll edə bilərlər. Bu vəsaitlə yanaşı, onun sonunda göst ərilmiş ədəbiyyatda da istifadə etməklə cəbr və analizin başlanğı- cından məsələ və misalların həllində müəyyən vərdiş, habelə bacarığa nail olmaq mümkündür. M əzunlar bu vəsaitdən istifadə etməklə buraxılış, həmçinin test üsulu il ə orta ixtisas və ali məktəblərə qəbul imtahanlarına hazırlıq pro- sesind ə cəbr və analizin başlanğıcını yenidən öyrənə, habelə bu barədə özünü yoxlaya bil ərlər. Son illərdə bəzi xarici ölkələrin ali məktəblə- rind ə qəbul imtahanı zamanı cəbr və analizin başlanğıcından təklif edilmiş bir sıra məsələ və misallar da bu vəsaitə daxil edilmişdir. Çalış- malar orta m əktəbin cəbr və analizin başlanğıcı kursunun proqramınını dem
ək olar ki, əhatə edir. Habelə ölkəmizdə ümumi təhsil sistemində apa
rılan islahatların tələblərinin yerinə yetirilməsi, yeni fənn kuriku- lumlarının həyata keçirilməsi, xüsusi halda cəbr və analizin başlanğıcı f əninin öyrənilməsinin metodik sisteminin təkmilləşdirilməsi üçün faydalıdır. Kitabdakı nəzəri və praktik materialı şüurlu mənimsədiyiniz v ə təqdim etdiyimiz məsələləri müstəqil həll edə bildiyiniz halda hər hansı şəraitdə cəbr və analizin başlanğıcı ilə əlaqədar məsələlər və misallar h əllində müvəffəqiyyət qazanacağımıza əvvəlcədən təminat verm
ək olar. T əlim prosesində ümumiləşdirmə və xüsusiləşdirmə şagirdlərin ri- yazi qabiliyy ətinin yüksəldilməsində sistemləşdirici məntiqi əməliy- yatdır, habelə tədris metodudur. Vəsaitdə verilən nəzəri və məsələ ma- te rialı həmin idrak əməliyyatından düzgün istifadə etmək və bununla da c əbr və analizin başlanğıcını daha dərindən öyrənmək üçün olduqca faydalıdır. Şagirdlərin yaradıcı fəaliyyətinin inkişafında məsələlərin mü hüm rolu vardır. Bu fikir mövcud metodik ədəbiyyatda və məqa- 5 l ələrdə kifayət qədər geniş təhlil olunur və müəlllimin şagirdlərlə məsə- l ənin şərti üzərində (şərtin qısa yazılışı, bununla əlaqədar şəkillərdən və ya sxeml ərdən istifadə) necə işləməsinə dair tövsiyyələr verilir. Lakin yen ə də şagirdlərin təqdim olunan məsələni, kənardan azacıq göstərişlə, müst əqil həlli bacarıqlarını təmin etmək üzərində düşünməyə ehtiyac vardır. Öz faydalı qeydləri və təkliflərilə vəsaitin daha da təkmilləş- dirilm
əsinə kömək edəcək, xeyirxah oxuculara qabaqcadan minnətdar- lığımızı bildiririk.
6
əyat iki şeylə zinətlənir: Riyaziyyat və onun t ədrisi ilə məşğul olmaqla” S.D.Puasson I FƏSİL. X-XI sinifl ərdə cəbr və analizin başlanğıcı 1.1a. Riyaziyyat v ə onun tədrisi metodikasına dair.
İnsan fəaliyyətinin (hüquqşünaslıq, iqtisadiyyat, geologiya, dilçilik, tibb, t əbiətşünaslıq və s.) dəqiq ifadə olunmayan və düzgün təfəkkürsüz keçinm ək mümkün olan sahəsi yoxdur. Düzgün, dəqiq fikirləşməyi isə yal nız zehni çətinliklərə üstün gəlməklə, məsələlər həll etməklə, müx ətlif növ hökmlərin isbatını düşünməklə, ümumiləşdirici mücərrəd- l əşmələr aparmaqla öyrənmək mümkündür. Ağlın, idrakın bu xüsusiyyəti ixtiyari yaradıcılıqda lazımdır. Gör- k əmli ingilis filosofu və təbiətşünası Radjev Bekonun hələ 1267-ci ildə deyib ki, “Riyaziyyatı bilməyən digər elmlərin heç birisini bilməz, hət- ta özünün biliksizliyini d ə müəyyən edə bilməz”. Bəs riyaziyyat bəşə- riyy
ətə nə üçün lazımdır? Bu suala cavab vermək üçün çox vaxt Qali- leyin “T
əbiət kitabı riyazi dildə yazılmışdır” sözləri sitat gətirilir və yə- qin ki, riyaziyyatın bəşəriyyət qarşısındakı xidməti də bundan ibarətdir. Riyazi t əlim şəxsiyyətə nə verə bilər? Riyaziyyatın ayrı-ayrı şəxslər üçün əhəmiyyəti haqqında 1956-cı ild
ə Cenevrədə YUNESKO-nun himayəsi altında keçirilən XIX Beyn
əlxalq Konfransın xalq maarif nazirlərinə tövsiyələrində olduqca ön əmli sözlər deyilmişdir: “Riyaziyyat və ona xas olan təfəkkür tərzinə müasir adamın, o, dəqiq elmlər və ya texnika sahəsində fəaliyyətlə m əşğul deyilsə belə, ümumi mədəniyyətinin mühüm elementi kimi bax- maq lazımdır; riyazi-təlim şagirdləri riyaziyyatın elm və fəlsəfi kon- sepsiyalarda rolunu başa düşməyə yönəltməlidir”. Bədən tərbiyəsi fiziki sağlamlığa xidmət etdiyi kimi, riyaziyyat da şəxsiyyətin zehni imkanl
arını inkişaf etdirir. Riyaziyyat isbatlara əsaslanır, odur ki, şəxsiyyət onun köməyi ilə şeylərin mahiyyətini anlayır və müstəqil düşünmə qabiliyyətinə malik olur. M əktəbdə riyaziyyatın tədrisinin mahiyyətinə və məqsədinə müx- t əlif ardıcıllıqda olmaqla aşağıdakılar daxil ola bilər: 1. T əhsili davam etdirməyə hazırlıq; 2. G ələcək peşəyə hazırlıq; 7 3. Zehni inkişaf; 4. Dünyagörüşün formalaşdırılması; 5.Ətraf aləmə bələdlik; 6. T ədqiqatçılığa maraq oyatmaq; 7. Dünya (kainat) qanunlarını başa düşmək Ayrı-ayrı adamlar bu fikirləri müxtəlif ardıcıllıqda düzə bilər, ha- zırda birinci yerdə daha çox zehni inkişaf durur, xarici ölkələrin ço- xunda is
ə gələcək peşəyə hazırlığa üstünlük verilir, yəni peşələrə hazır- lanma birinci yer ə qoyulur. Bu probleml ərin müzakirəsinə keçməzdən əvvəl riyaziyyatın özü haqqında mühakimə aparaq. Keçən əsrin böyük riyaziyyatçılarından biri İzrail Moiseviç Qelfonal (1913-2009) 15 yaşında analizə aid adi bir d ərsliklə tanış olana qədər belə hesab etmişdir ki, iki müxtəlif riyaziyyat vardır; cəbr və həndəsə. O, yeni tanış olduğu kitabda Makloren düsturunu (bu düsturda funksiya sira şəklində göstərilir) görəndə anlayır ki, bu elml ər arasında elə də ciddi fərq yoxdur. O yazır: “Riyaziyyat mənim qarşımda vahid şəkildə göründü. Həmin vaxtdan etibarən mən başa düşdüm ki, riyaziyyatın müxtəlif bölmələri riyazi fizika ilə birlikdə tam vahidlik əmələ gətirir”. N. Burbakinin “Riyaziyyatın elementləri” adlı silsil ə əsərlərində də vahid riyaziyyatdan söhbət gedir. Vahid riyaziyyat n əyi öyrənir və nə ilə məşğul olur? Riyaziyyat- texnikanın, iqtisadiyyatın və təbiətşünaslığın dilidir; bu- nun üçün h ər bir dil kimi onun öz quruluşu, “söz ehtiyatı” və “qram- matikası” vardır. Lakin onun habelə özünün “estetikası”, gözəlliyi var və çox vaxt riyaziyyat t ətbiq edilməklə əlaqədar olmayan məsələləri həll edir. Əvvəllər hamı praktikanın məqsədəuyğunluğunu izah etməyə çalı- şırdı. Həndəsə dərslikləri belə sözlərlə başlayırdı: “Həndəə yunan dilind
ən tərcümədə “yer ölçmə” deməkdir. O, Nilin deltasında torpaq sah
ələrinin ölçmək zərurətindən yaranmışdır” və s. Hazırkı dərsliklərdə d ə bu sözlərə təsadüf olunur. Məsələn, “Həndəsə - 7” dərsliyində oxu- yuruq: “H əndəsə elmi qədim Misirdə torpaq sahələrini ölçmək zəru- r ətindən meydana gəlmişdir” (səh 3, Bakı-2003). Lakin Afin a akademiyasının yaradıcısı Platonun müəllimi olan Sokratın Hippokratla riyaziyyatın mahiyyəti, tədqiqat predmeti, anla- yışlarının necə yaranması və s. haqqında dialoqundan aydın görünür ki, bu elmin əsas xüsusiyyətləri hələ Qədim Yunanıstanda dərk olunmuş və qurulması istiqamətləri göstərilmişdir. Hətta riyaziyyatın öyrənilməsi metodunun əsası da adıçəkilən dialoqda qoyulmuşdur. Sokrat özü
8 haqqında təlimin ən yüksək metodlarından biri olan evristik müsahibə metodunu k əşf etmiş məharətli müəllim xatirəsinin yaratmışdır. F.En- gelsin m əşur materialist adlanan tərifinə qarşı qoyulan B.Rasslin (1872- 1970) idealist adlanan “Riyaziyyat – n ə haqqında danışdığımızı, nə haqqında danışırıqsa, onun doğruluğunu heç zaman bilmədiyimiz elm- dir” t
ərifində də riyaziyyatın mahiyyətininə yaxınlaşma vardır. Göründüyü kimi, riyaziyyat yarandığı gündən dərhal ikilik mey- dana g əlmişdir: elmimizin inkişafını praktik və estetik səbəblər stimul- laşdırır (həvəs yaradır). XIX
əsrdə iki görkəmli alim – Furye və Yakobi arasında riya- ziyyatda h əm də təbiətşünaslıqda diqqəti çəkən iz qoymuş mübahisə olmuşdur. Furye belə hesab edirdi ki, riyaziyyat – təbiətin təsvir edilm əsinə xidmət etməlidir, Yakobi isə ona etiraz edərək deyirdi ki, riyaziyyat – görk əmli, tanınmış insan ağlına xidmət edir. Riyaziyyat- çıların bəziləri Furyenin, digərləri isə Yakobinin fikrini müdafiə edir. H ər iki nöqteyi-nəzərdə həqiqət vardır: Riyaziyyatın yaranması və in- kişaf etməsində praktikanın və onun daxili tələbatlarının rolu olmuşdur. Dem
əli, riyaziyyat nəyi isə izah edir, öz-özlüyündə gözəldir və in- san d
ərrakəsini gücləndirərək onu şöhrətləndirir. Furyenin fikrincə, riyaziyyatın nəzəriyyəsi və metodları texnikaya, iqtisadiyyata, təbiət- şünaslığa tətbiq olunur. M əsələn, inşaatda və konstruktlaşdırmada statistik hadisələri izah etmək üçün riyaziyyat bir v ə ya çoxdəyişənli xətti və xətti olmayan tənlikləri həll edir. T əyyarənin və ya raketin uçması tipdə dinamik hadisələri təsvir etmək üçün diferensial t ənlikləri həll etmək lazım gəlir. Dünyanın quruluşunu başa dü şmək üçün bəşəriyyətin ən yüksək zehni nailiyyəti olan riyazi analiz yaradılmışdır. Məktəbdə də bu haqda danışmaq lazımdır. Tənliklər həlli ilə əlaqədar ədədlər haqqında şagirdlərə məlumat verilməlidir. Ədədləri natural, tam, rasional, h əqiqi, kompleks və onlar üzərində əməlləri şagirdlər lazımi s əviyyədə öyrənməlidirlər. Müxtəlif prosesləri öyrənmək üçün funksiya, limit, k əsilməzlik, diferensial və inteqral hesabı ilə tanış olmaq lazımdır. Bü- tün t ətbiqlərdə - zamanı, uzunluğu, sahəni, həcmi, surəti ölçmək, onlar üzə- rind ə əməliyyat aparmaq lazım gəlir. Ümumiyy ətlə, çoxluq ədəd, funksiya, kəmiyyət, fiqur, tənlik, bəra- b ərsizlik, onların sistemləri, limit, diferensial və inteqral hesabının ele- mentl əri – riyaziyyatın əsas anlayışları kimi həyatın bütün sahələrində t ətbiq olunur. Odur ki, bu təlimdə də nəzərə alınmalıdır. Riyaziyyatın 9 strukturlar v ə onların modelləri əsasında ümumiləşdirilmiş mücərrəd- likl
əri öyrəndiyi dərk olunmalıdır. Yuxarıda iqtibas gətirdiyimiz Cenevrə qətnaməsinin birinci cüml əsi belədir: “Riyazi təhsil milliyətindən, cinsindən, vəziyyətindən v ə fəaliyyətindən asılı olmayaraq hər bir insanın səadətidir”. Bu tezis c əmiyyət, dövlət və şəxsiyyət səviyyəsində dərk edilərək h əyata keçirilməlidir. Hər bir şəxs başa düşməlidir ki, riyazi təlim xoşbəxtlikdir. İnsan ondan tam istifadə etməyə bilər, lakin bu həqiqətən s əadət olduğundan hər bir şəxsin bunu başa düşməsinə kömək etmək lazımdır. Bunu valideynlər, müəllimlər və dövlət özü etməlidir. Həmin q ətnamədə deyilir: “Riyaziyyat müəllimi – müasir cəmiyyətdə ona elmi t əhsil və tərbiyə etmək vəzifəsi hüququnu verən hörmət və mövqeyindən istifad ə etməlidir”. Ümumiyyətlə, ibtidai təlimdə iki açar fənn olmalıdır: bir t ərəfdən ana dili və ədəbiyyatı, digər tərəfdən isə təbiətşünaslığın, texnikanın və iqtisadiyyatın dili olan riyaziyyat və ona aid olan isbat etm
ək prinsipi isə şeylərin mahiyyətini anlamağa kömək edir. Lakin heç d ə həmişə təlimdə riyaziyyatın əhəmiyyəti başa düşül- mür. Bertrana Rasselin (1872-1970) öz dövrü üçün aktual olan bu fikrin ə diqqət edək: “Biz zehnin və müstəqil fikrin inkişafında təhsilin başlıca mane olduğu hazırkı vaxtda paradoksal vəziyyətlə qarşılaşırıq... Deyilir ki, t əhsil – bilik vermək və müstəqil düşünmək qabilliyətini inkişaf etdirməkdən ibarət iki vəzifəni yerinə yetirməlidir. Biliyin le- hin ə nəzəriyyə və praktika qəbul edilir, intellektin lehinə isə yalnız nə- z əriyyə qəbul olunur. Çünki müstəqil düşünən insanlar arzu edilən təsir altına asanlıqla düşmürlər və inzibati çətinliklərin mənbəyi olurlar”. B əşəriyyət isə başa düşür ki, riyazi təhsil səadətdir. Odur ki, konqres- l ərin, beynəlxalq elmi mərkəzlərin, mükafatların və s. təşkilinə vəsait ayırmaq lazımdır ki, bəşəriyyətin malı olan, bütün elmlərin inkişafına s əbəb riyazi təlim səadətindən hamı bəhrələnə bilsin. Son ill ərdə çox şey dəyişmişdir. Hazırda ölkəmizdə və dünyada əsrin son dördd ə birindəki köklü dəyişiklikləri nəzərə almamaq mümkün deyil. Bu d əyişikliklər nədən ibarətdir? Bunlardan üçü xüsusilə diqqəti c əlb edir: dövlət quruluşu, gənclərin mentallığının dəyişməsi və infor- ma siya axınının son dərəcə güclənməsi. Yeni quruluşda işlə təminetməyə, məzunların təyinatı məsələsinə, peşə məşğulluğunun planlaşdırılmasına daha diqqətlə yanaşmaq lazım g əlir. Bununla əlaqədar olaraq şəxsiyyətə müxtəlif bilik sahələrində yaradıcı fəaliyyətə daxil olmaq imkanı yaratmaq üçün riyazi təlimdə 10
başlıcanı, daha mühüm olanları ayırmaq əsas vəzifə kimi qarşıda du- rmalıdır. Təlimdə illərdən bəri sınaqdan keçmiş və müvəffəqiyyət qazanmış didaktik prinsiplərə riayət etmək lazımdır. Son illl
ər məktəblilərin müəyyən hissəsi fərdi hazırlığa üstünlük ver
ərək məktəb məşğələlərində qismən və ya tamamilə iştirak etmirlər. Bu da m
əktəbdə nizam intizamın və sinif şəraitində kollektiv təlimin pozulmasına səbəb olur. Bununla əlaqədar olaraq ilk növbədə şagird- l ərin müstəqil fəaliyyətlərini gücləndirmək məqsədilə müvafiq tədbirlər görm ək, təlimdə məktəbin rolunu gücləndirmək faydalı olardı. Pedaqoji universitetl ərdə və institutlarda riyaziyyat müəllimləri və ümumiyy ətlə, riyaziyyat üzrə kadrların tələb olunan səviyyədə hazır- lıqlarını təmin etmək məqsədilə kafedralarda müəyyən dəyişiklik et- m əyi lazım bilirik. Hazırda məktəb riyaziyyat kursu ali riyaziyyatın elementl əri hesabına xeyli genişlənərək zənginləşmişdir. Gələcəkdə qa- baqcıl ölkələrdə olduğu kimi, bizim məktəblərdə də təhsilin 12 illik olması, məktəb riyaziyyat kursuna ali riyaziyyatdan başqa digər mate- rialın da daxil olması gözlənilir. Odur ki, gələcəkdə pedaqoji univer- sitetl
ərdə və institutlarda Cəbr və onun tədrisi metodikası, Həndəsə və onun t
ədrisi metodikası, İnformatika və onun tədrisi metodikası və s. adlı kafedraların yaradılması və riyazi kadrların bu istiqamətlər üzrə hazırlanması məqsədəuyğun olardı. Bütün elml ər – riyazi, təbiətşünaslıq və humanitar olmaqla üç qrupa bölünür. Dem əli, riyaziyyat elmlər sırasında xüsusi yer tutur, onu n ə humanitar, nə də təbiət elmlərinə aid etmək olmaz. Görk əmli alman alimi Qaus (1777-1855) demişdir: “Riyaziyyat – elml ərin şahıdır”. Lakin indi başa düşürük ki, o, aləmdə daha fəxri yer tutur. O, bütün elml ərə xidmət edir. Belə də demək olar: riyaziyyat bütün elml ərin xidmətçisidir. Bundan əlavə, riyaziyyat – o xidmətçidir ki, onsuz elm ola bilm əz, çünki bu və ya digər fənnin elmilik səviyyəsi ona tətbiq edil ən riyazi mühakimənin, bu fənn üçün deduktiv nəticələrin dərinliyi və m əzmunluğunun həcmi ilə olçülür. T əlimin ilk mərhələsindən başlayaraq təmiz riyaziyyatın mahiyyətini onu öyr ənənlərə tədricən anlatmaq lazımdır. Bu, onların həmin fənnə olan marağını daha da artırar. Şagirdlərdə riyaziyyatın strukturlar və onların modell
əri əsasında ümumiləşdirici mücərrəd aləmi öyrəndiyini və digər elml
ərin inkişafında mühüm yer tutduğunu dərk etmək imkanı olmalıdır. Bu, h əm də riyaziyyatın mahiyyətini başa düşmək əsasında şagirdlərdə ümumi- l əşdirici təfəkkürün inkişaf etdirilməsi üçün zəruridir. 11
Download 10.77 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling