Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F
Download 4.58 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- BAKI – 2008 1 © «Bakı Universiteti» nəşriyyatı, 2008 MÜNDƏRİCAT
- V FƏSİL. Diplomatik immunitet və imtiyazlar
- I FƏSİL. Dövlətin xarici əlaqələrinin hüquqi təşkili
- GİRİŞ 7. 3. Xüsusi missiyaların immunitet və üstünlükləri ....................217 VIII FƏSİL. Konsulluq hüququ
- 1.1.1. Beynəlxalq sistemdə siyasət və hüquq
- 1.1.2. Xarici siyasət və diplomatiyanın qarşılıqlı əlaqəsi
Həcər Adil qızı Qasımova Elmi redaktor: h.e.d., dos. MƏMMƏDOV R.F. Rəyçilər: h.e.d., dos. ƏLİYEV Ə.İ. h.e.n. QƏMBƏROV H.D. XARİCİ ƏLAQƏLƏR HÜQUQU H.A.Qasımova. Xarici əlaqələr hüququ. Dərslik. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 480 səh. Dərslik Dərslikdə xarici əlaqələr hüququnun mühüm nəzəri və praktiki problemləri araşdırılır, Azərbaycan Respublikasının praktikasında xarici əlaqə orqanları (dövlətdaxili orqanlar, diplomatik nümayəndəliklər, konsulluqlar, xüsusi missiyalar, beynəlxalq təşkilatlardakı nümayəndələr), onların fəaliyyətini tənzimləyən prin- sip və normalar öyrənilir. Azərbaycan Respublikası Təhsil Nazirinin 25.02.2008-ci il tarixli 266 saylı əmri ilə dərslik kimi təsdiq edilmişdir. Dərslik Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası, o cümlədən hüquq ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tu- tulmuşdur. 2008 017 017 07 658 03 1207000000 − − − − − ) ( M Q BAKI – 2008 1 © «Bakı Universiteti» nəşriyyatı, 2008 MÜNDƏRİCAT 4. 6. 2. Funksiyaların həyata keçirilməsi vasitələri................137 V FƏSİL. Diplomatik immunitet və imtiyazlar .......................141 GİRİŞ...........................................................................................3 5. 1. Diplomatik immunitet və diplomatik imtiyaz anlayışları ...............................................................141 I FƏSİL. Dövlətin xarici əlaqələrinin hüquqi təşkili ...............9 5. 2. Diplomatik immunitet və imtiyazların nəzəri 1. 1. Beynəlxalq hüquq, xarici siyasət və diplomatiyanın əsaslandırılması problemi ....................................................143 qarşılıqlı əlaqəsi....................................................................9 5. 3. Diplomatik nümayəndəliyin immunitet və imtiyazları.........148 1. 1. 1. Beynəlxalq sistemdə siyasət və hüquq.....................9 5. 3. 1. Binanın və nəqliyyat vasitələrinin toxunulmazlığı......... 148 1. 1. 2. Xarici siyasət və diplomatiyanın qarşılıqlı əlaqəsi....... 11 5. 3. 2. Arxiv və sənədlərin toxunulmazlığı ...........................153 1. 2. Dövlətin xarici əlaqələri və xarici əlaqələr hüququ..............13 5. 3. 3. Nümayəndəliyin vergi və gömrük imtiyazları ...........154 1. 3. Xarici əlaqələr hüququnun müasir təbiəti ............................16 5. 3. 4. Bayraq və rəmzlərdən istifadə etmək hüququ............155 5. 4. Nümayəndəliyin personalının şəxsi immunitet II FƏSİL. Xarici əlaqələr hüququnun mənbələri ....................20 və imtiyazları .......................................................................156 2. 1. Diplomatik fəaliyyəti tənzimləyən beynəlxalq 5. 4. 1. Diplomatik personalın immunitet və imtiyazları .......156 hüququn prinsip və normaları..............................................20 a) şəxsi toxunulmazlıq .......................................................156 2. 2. Konsul fəaliyyətini tənzimləyən beynəlxalq b) iqamətgahın, şəxsı kağız və yazışmaların, hüququn prinsip və normaları...............................................47 əmlakın toxunulmazlığı .................................................159 2. 3. Dövlətdaxili qanunvericilik və xarici əlaqələr hüququ.........58 c) yurisdiksiyadan immunitet ............................................160 d) Vergi və gömrük imtiyazları .........................................163 III FƏSİL. Dövlətdaxili xarici əlaqə orqanları ........................76 5. 4. 2. İmmunitet və imtiyazlardan istifadə edən 3. 1. Konstitusion orqanlar ...........................................................76 digər kateqoriyalar .....................................................166 3. 1. 1. Prezident ....................................................................76 3. 1. 2. Hökumət və hökumət başçısı .....................................85 VI FƏSİL. Beynəlxalq təşkilatların diplomatiya hüququ.......171 3. 1. 3. Qanunverici orqan .....................................................88 6. 1. Beynəlxalq təşkilat və konfranslarda dövlətlərin 3. 2. Xüsusi orqanlar.....................................................................96 nümayəndələri anlayışı və onların hüquqi statusunun 3. 2. 1. Xarici Işlər Nazirliyi ..................................................96 fərqli xüsusuiyyətləri ............................................................171 3. 2. 2. İxtisaslaşdırılmış orqanlar ..........................................103 6. 2. Beynəlxalq təşkilatlar yanında dövlətlərin daimi IV FƏSİL. Daimi diplomatik nümayəndəliklərin təşkili və nümayəndəlikləri ..................................................................178 fəaliyyətinin beynəlxalq hüquqi tənzimlənməsi ....108 6. 3. Beynəlxalq təşkilatın orqan və konfranslarında 4. 1. Tanınma, diplomatik münasibətlərin qurulması dövlətlərin nümayəndə heyətləri ..........................................188 və diplomatik nümayəndəliklərin təsis olunması ...............108 6. 4. Müşahidəçilərin hüquqi statusu ............................................191 4. 2. Diplomatik missiyanın başlanması və bitməsi .....................113 6. 5. Dövlətin beynəlxalq təşkilat və konfranslardakı 4. 3. Diplomatik dərəcələr, rütbələr və vəzifələr ..........................119 nümayəndələrinin immunitet və imtiyazları........................196 4. 4. Diplomatik nümayəndəliyin personalı..................................122 4. 5. Nümayəndəliyin strukturu. Diplomatik korpus ....................125 VII FƏSİL. Xüsusi missiyalar hüququ.....................................206 4. 6. Diplomatik nümayəndəliyin funksiyaları və onların 7. 1. Xüsusi missiyalar institutunun anlayışı həyata keçirilmə vasitələri ....................................................129 və tarixi inkişafı....................................................................206 4. 6. 1. Nümayəndəliyin funksiyaları.....................................129 7. 2. Xüsusi missiyaların təsnifatı və onların təşkili və 2 3 fəaliyyətinin beynəlxalq hüquqi əsasları ..............................209 GİRİŞ 7. 3. Xüsusi missiyaların immunitet və üstünlükləri ....................217 VIII FƏSİL. Konsulluq hüququ................................................220 8. 1. Konsul münasibətlərinin yaradılması və konsul Xarici əlaqələrdə iştirak etmək hüququ, öz xarici əlaqə orqanları vasitəsilə beynəlxalq aləmdə təmsil olunmaq hüququ dövlətlərin suverenliyindən irəli gələn ən mühüm hüquqlardandır. nümayəndəliklərinin təsis edilməsi ......................................220 8. 2. Konsul missiyasının başlanması və bitməsi. Konsulluğun personalı, konsul korpusu ..............................224 Dövlətlərin beynəlxalq sistemdəki yeri və mövqeyi müəyyən mənada onların tarixi taleləri, öz xarici əlaqələrini hansı formada həyata keçirmələrindən, diplomatik məharətlərindən və diplomatik xidmətlərinin təşkili və fəaliyyəti səviyyəsindən asılıdır. 8. 3. Fəxri konsul institutu............................................................228 8. 4. Konsul funksiyaları ..............................................................231 8. 5. Konsul immunitet və imtiyazları .........................................235 8. 5. 1. Konsul nümayəndəliklərinin immunitet 18 oktyabr 1991-ci il Konstitusiya Aktının qəbul edilməsi ilə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respub- likası üçün də müstəqil xarici siyasət yeritmək, beynəlxalq birliyə daxil olmanın öz yollarını işləyib hazırlamaq, dövlətlərarası mü- nasibətlərin əsas istiqamətlərini müəyyən etmək kimi geniş imkanlar açılmışdı. Müstəqillik və suverenlik Azərbaycan Respublikasına dünya birliyinə inteqrasiya olmaq, bütün dövlətlərlə bərabər əsaslarla qarşılıqlı münasib əlaqələr yaratmaq imkanı bəxş etdi. və imtiyazları ..........................................................236 8. 5. 2. Konsul vəzifəli şəxslərinin immunitet və imtiyazları ..........................................................239 Əlavələr Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası.....................246 Konsul əlaqələri haqqında Vyana Konvensiyası ..........................264 Xüsusi Missiyalar haqqında Konvensiya .....................................297 Ümummilli liderimiz Heydər Əliyev 1993-cü il oktyabr ayının 10-da prezident seçilməsi ilə bağlı keçirilən rəsmi andiçmə mərasimindəki çıxışında qeyd etmişdir ki, "respublikamızın qarşıs- ında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridil- məsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz bir- inci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq möv- qelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək- dən ibarətdir” 1 . Müstəqil Azərbaycanın yeni rəhbərliyi tərəfindən həyata keçirilən sülhsevər xarici siyasət kursu beynəlxalq aləmdə geniş qəbul edilmişdir 2 . Dövlətlərin Universal xarakterli beynəlxalq təşkilatlarla münasibətlərində nümayəndəliyi haqqında Vyana Konvensiyası.....................................................................318 Birləşmiş Millətlər Təşkilatının immunitet və imtiyazları haqqında Konvensiya .................................................360 Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu...........................................366 Azərbaycan Respublikasının səfirliyi haqqında Əsasnamə..........380 Azərbaycan Respublikasının Konsul Nizamnaməsi.....................388 Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə......................................................................................407 Azərbaycan Respublikasının Ştatdankənar (fəxri) konsulu haqqında Əsasnamə ........................................................417 Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Konsulluq Konvensiyası ................................................434 5 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 1 Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I kitab, Bakı, 1997, səh. 205 haqqında Əsasnamə ......................................................................464 2 Шукуров И. Дипломатия мира. Об итогах визитов президента Азербайджанской Республики Гейдара Алиева в зарубежные страны (1993-1997 гг. ). Изд-во «Азербайджан», Баку, 1997, ъ. 11. İstifadə olunmuş ədəbiyyat siyahısı..............................................472 4 Totalitar sistem şəraitində beynəlxalq arenaya birbaşa çıxış imkanlarından illərlə məhrum olmuş respublikamız üçün təbii ki, bu, tamamilə yeni fəaliyyət sferası idi. Uzun illərdən bəri asılılıq şəraitində yaşayıb yenicə müstəqillik əldə etmiş bir xalq, bir respub- lika üçün indiki qarışıq dünyada düzgün xarici siyasət xətti müəyyən etmək və uğurla həyata keçirmək son dərəcə çətin bir iş idi. Azərbaycan nəinki heç bir dövlətdə və beynəlxaq təşkilatda müstəqil dövlət kimi təmsil olunmur, hətta xarici siyasət sahəsində mütəxəssis kadrlar hazırlayacaq heç bir instituta belə malik deyildi. Bu gün Azərbaycan diplomatiyasının səsi dünyanın bütün qitələrindən, planetimizin onlarla ölkəsindən gəlir. Azərbaycan hazırda 158 ölkə ilə diplomatik əlaqələr qurmuşdur. Ölkəmizdə 34 dövlətin diplomatik nümayəndəliyi və konsulluğu, 10-dan çox bey- nəlxalq təşkilatın nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrdəki səfirliyi, daimi nümayəndəliyi və baş konsullu- qlarının sayı artıq 54- ü keçmişdir. Azərbaycan Respublikasının xarici siyasətinin, onun dip- lomatik fəaliyyətinin həyata keçirilməsinin mühüm hüquqi və təşkilati əsasları dövlət müstəqilliyimizin, demək olar ki, ilk günlərin- dən yaradılmışdır. Respublikamız beynəlxalq hüququn subyektinə çevrildikdən sonra yaranan ən zəruri məsələlərdən biri onu xarici əlaqələrdə təmsil edəcək xüsusi orqanlar sisteminin yaradılması idi. Bu məqsədlə ölkə daxilində xarici əlaqələrin dövlətdaxili orqanları sistemini yaratmaqla yanaşı, xarici əlaqələrin xarici orqanları – Azərbaycan Respublikası- nın səfirlikləri, missiyaları, beynəlxalq təşkilatlardakı nümayəndələri, konsulluqları də təsis olunmağa başlanmışdır. Digər tərəfdən paralel olaraq Azərbaycan Respublikasının xa- rici siyasət fəaliyyətini, diplomatik xidmət orqanlarının təşkili və fəaliyyətini tənzimləyən qanunların, normativ hüquqi aktların qəbul edilməsi, xarici əlaqə orqanlarının yaradılması və fəaliyyətini tənzimləyən mühüm beynəlxalq konvensiyalara, sənədlərə qoşulması zərurəti də yaranırdı. Azərbaycan Respublikasının xarici siyasətinin, onun dip- lomatik fəaliyyətinin həyata keçirilməsinin mühüm hüquqi və təşkilati əsasları dövlət müstəqilliyimizin, demək olar ki, ilk günlərindən yaradılmışdır. Lakin bu sahəd hələ görülməli olan bir çox işlər qabaqdadır. Sevindirici haldır ki, öncəki araşdırmalarımız nəticəsində təklif kimi irəli sürdüyümüz bir sıra dövlətdaxili qanun- vericilik aktları (Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə, Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə və s.) bu gün Milli Məclis tərəfindən qəbul edilmişdir. Bu mürəkkəb prosesin ən mühüm tərkib hissələrindən biri isə beynəlxalq aləmdə milli maraqları qorumağı bacara bilən peşəkar diplomat kadrların hazırlanması üçün ali tədris müəssisələrinin yaradılması idi. Hal-hazırda Respublikamızı dünyada layiqli təmsil edə biləcək beynəlxalq hüquqşünasları yetişdirən mühüm tədris müəssisələri mövcuddur ki, hazırki dərslik də məhz bu mütəxəssislərin uyğun sahədəki vacib biliklərə yiyələnməsinə xidmət edir. Xarici əlaqələr hüququnun nəzəri və praktiki problemlərinin öyrənilməsi, xarici əlaqə orqanlarının təşkili və fəaliyyətinin milli və beynəlxalq hüquqi əsaslarının araşdırılması, ölkəmizin öz müstəqilliyinin ikinci onilliyinə inamla qədəm qoyduğu bu gü- nümüzdə, xüsusilə vacibdir. Azərbaycanın xarici siyasətinin uğurları bu məsələnin həllindən birbaşa asılıdır. 6 7 I FƏSİL DÖVLƏTİN XARİCİ ƏLAQƏLƏRİNİN HÜQUQİ TƏŞKİLİ 1.1.Beynəlxalq hüquq, xarici siyasət və diplomatiyanin qarşılıqlı əlaqəsi Beynəlxalq hüquq, xarici siyasət və diplomatiya təkcə bir- biri ilə sıx bağlı olan deyil, həmçinin, bir çox baxımdan kəsişən anlayış- lardır. Buna görə də onlardan hər hansı birinin ayrılıqda tədqiq olun- ması qeyri-mümkündür. Beynəlxalq hüququn xarici siyasət və diplomatiya ilə qarşılıqlı əlaqəsi beynəlxalq hüququn mühüm nəzəri problemlərindən birini təşkil edir. Bu qarşılıqlı əlaqə problemini daha ümumi xarakterli iki məsələnin – siyasət və hüququn qarşılıqlı əlaqəsi və xarici siyasət və diplomatiyanın qarşılıqlı əlaqəsi şəklində araşdırmaq olar. 1.1.1. Beynəlxalq sistemdə siyasət və hüquq Siyasət geniş və çoxşaxəli bir anlayışdır. ”Siyasət” sözü yun- anca politika sözündən götürülüb dövləti idarə etmək məharəti mənasını verir. Müasir anlamda bu termin dövlətin həyata keçirdiyi kurs, dövlət fəaliyyətinin müəyyən istiqaməti deməkdir. Siyasət anlayışı dövlətin fəaliyyətinin məqsəd və prinsiplərini və onun həyata keçirilməsinin üsul və vasitələrini əhatə edir. Bütövlükdə siyasət dövlətin həyatının ən müxtəlif sferalarına dəlalət edir. Ümumi siyasət anlayışı ilə yanaşı bu və ya digər konkret sahəni əhatə edən iqtisadi siyasət, mədəni siyasət kimi xüsusi anlayışlar da mövcuddur. Hər bir dövlətin siyasəti tətbiq olunma sferasına müvafiq olaraq onun daxili və xarici siyasətinə bölünür. Həm daxili, həm də xarici siyasət eyni ali dövlət orqanları – dövlət başçısı, hökumət və s. vasitəsilə idarə olunur. Lakin müxtəlif sferalarda reallaşdığına görə onların həyata keçirilməsinin üsul və vasitələri də müxtəlif olur. Xarici siyasət beynəlxalq sistemdə reallaşır və burada o, digər dövlətlərin, xarici siyasətləri ilə qarşılıqlı əlaqədə olur. Dövlətin xarici siyasət fəaliyyəti təkcə daxili faktorlarla deyil, həmçinin beynəlxalq sistemin vəziyyəti ilə də müəyyən olunur. Bütövlükdə xarici siyasət anlayışı geniş anlayış olub aşağıdakı elementləri özündə cəmləşdirir: xarici siyasət kursu, xarici siyasət doktrina və konsepsiyaları, xarici siyasəti həyata keçirən orqanlar və dövlətin xarici siyasət fəaliyyəti. Xarici siyasət və beynəlxalq hüququn qarşılıqlı əlaqəsi prob- lemi mahiyyətcə beynəlxalq sistemdə siyasət və hüququn qarşılıqlı əlaqəsi problemidir. Hər hansı bir siyasətin nəticəsi kimi yaranan münasibətlər məhz hüquq normalarının köməyi ilə qorunub saxlanılır və möhkəmləndirilir. Siyasət öz birbaşa ifadəsini hüquqda tapır. Hüquq normaları siyasi qərarlara məcburi xarakter verməklə yanaşı, həmçinin özündən öncə mövcud olan hüquq prinsiplərinə əsaslanır. Hüquq, siyasətin nəticələrini möhkəmləndirməklə və eyni zamanda onun reallaşdırılmasının təşkilati formalarını yaratmaqla yanaşı, digər tərəfdən siyasətin öz üzərində fəal təsirini də hiss edir. Onların qarşılıqlı əlaqəsində siyasət prioritetə malikdir. Belə ki, hüquq normalarının yaradılması, onun məzmununun müəyyən edilməsi ilə yanaşı, siyasət, həmçinin hüququn həyata keçirilməsi prosesinin məzmununu da müəyyən edə bilir. Bəzən müxtəlif şəraitlərdə hüququn tətbiq edilməsi prosesində onun məzmunu dəyişikliyə uğrayır. Beləliklə, hüquq və siyasətin qarşılıqlı əlaqəsi həm hüqu- qyaratma, həm də hüquqtətbiqetmə proseslərində özünü büruzə verir. Siyasi münasibətlər nəticəsində yaranan hüquq normaları elə həmin siyasi münasibətlərin tənzimlənməsinə xidmət edir. Mahiyyətcə bütün beynəlxalq hüquqi aktlar təkcə hüquqi deyil, həmçinin siyasi xarakter daşıyır. Onların doğurduğu münasibətlər də eyni zamanda həm hüquqi, həm də siyasi münasibətlərdir. Amerikalı müəllif L. Henkin yazır ki, “bütün norma və öhdəliklər öz əsaslarına görə siyasidirlər, onlara əməl etmək, həmçinin onları şüurlu surətdə pozmaq – siyasi aktdır, xarici siyasət aktıdır”. Doğrudan da beynəlxalq hüquq normalarının pozulması, həm də onlara əməl olunması xarici siyasət fəaliyyətində ifadə olunur və dövlətin uyğun qərarı isə xarici siyasət qərarıdır. 8 9 Beynəlxalq sistemdə hüquq və siyasətin qarşılıqlı münasibətlərinin nəzəri cəhətdən düzgün müəyyən olunması mühüm praktiki əhəmiyyətə malikdir. Bu narahat dövrümüzdə ən realist xarici siyasət beynəlxalq hüquqa istinad edən siyasət olmalıdır. Yalnız beynəlxalq hüququn tələblərinə əməl edərək dövlətlərin ən mühüm siyasi maraqlarına – onların müstəqilliyinə, suverenliyinə və təhlükəsizliyinə təminat vermək olar. 1.1.2. Xarici siyasət və diplomatiyanın qarşılıqlı əlaqəsi Beynəlxalq hüquq normaları dövlətin xarici siyasət, xüsusilə də diplomatik fəaliyyət prosesi zamanı yaranıb fəaliyyət göstərir. Müxtəlif müəlliflər diplomatiyaya bir çox təriflər vermişlər. Lakin diplomatiya anlayışı çoxtərəflidir və onu bir təriflə əhatə etmək mümkün deyil Fransalı diplomat Qarden diplomatiyanın tam kursunda yazır: “diplomatiya sözün geniş mənasında dövlətin xarici əlaqələri haqqında elmdir, daha dəqiq mənada isə danışıqların aparılması elmi və ya sənətidir. ” Bir sıra müəlliflər isə diplomatiyanın tərifinə subyektiv xü- susiyyətlər də əlavə edir. Məsələn, ingilis diplomatı E.Satau diplo- matiyanı müstəqil dövlətlərin hökumətləri arasında rəsmi münasibətlərin aparılmasına ağlın və taktın tətbiqi kimi müəyyən edir. Digər ingilis diplomatı Q.Nikolson da yazır ki, diplomatiya sözü nə xarici siyasəti, nə də beynəlxalq hüququ deyil, yalnız danışıqlar məharətini ifadə etməlidir. Keçmiş sovet ədəbiyyatlarında isə diplomatiya daha çox xarici siyasətin həyata keçirilməsi vasitəsi kimi təyin olunur. Diplomatik lüğətdə diplomatiyanın tərifi aşağıdakı kimidir: “Diplomatiya – həll olunan məsələnin xarakterini və konkret şərtləri nəzərə almaqla tətbiq olunan üsul və vasitələrin, qeyri-hərbi praktiki mərasimlərin məcmusundan ibarət olan dövlətin xarici siyasətini həyata keçirmək üsuludur. İkinci tərifə əsasən diplomatiya – dövlətin xarici siyasətinin məqsəd və vəzifələrinin həyata keçirilməsi, dövlətin, onun xaricdəki müəssisə və vətəndaşlarının hüquqlarının və maraqlarının qorunması üzrə dövlət və hökumət başçılarının, xarici işlər nazirinin, xaricdəki diplomatik nümayəndəliklərin, beynəlxalq konfranslardakı nümayəndə heyətlərinin rəsmi fəaliyyətidir.” Bir çox yerlərdə diplo- matiya dar mənada dövlətlər arasında danışıqlar aparmaq və müqavilələr bağlamaq məharəti, bacarığı kimi də qiymətləndirilir. Diplomatiya və xarici siyasət anlayışlarını bir-birindən fərq- ləndirmək vacibdir. Xarici siyasət daha geniş anlayışdır və dip- lomatiya onun həyata keçirilməsinin vasitəsi rolunu oynayır. Diplo- matiyadan başqa dövlətin xarici siyasətinin həyata keçirilməsinin fərqli üsul və vasitələri də mövcuddur; iqtisadi əməkdaşlıq, hərbi güc, kəşfiyyat, xarici siyasi təbliğat və c. Lakin diplomatiyadan fərqli olaraq onların bir çoxu xarici siyasətə münasibətdə müstəqil məqsəd və vəzifələrə malik olurlar. Xarici siyasət dövlətin beynəlxalq məsələlərdə ümumi kur- sudur. O dövlətin məqsəd və vəzifələrini, onun beynəlxalq münasibətlərdə fəaliyyətinin əsas istiqamətlərini, həmçinin istər sülh, istərsə də müharibə dövründə bu fəaliyyətin forma və metodlarını müəyyən edir. Deyilənlərdən aydın olaraq görünür ki, diplomatiya xarici siyasətə münasibətdə daha dar anlayışdır, çünki onun realizəsinin vasitələrindən sadəcə olaraq biridir. Lakin qeyd etmək lazımdır ki, diplomatiyanı xarici siyasətin digər üsulları ilə qarşılaşdıranda dip- lomatiya xarici siyasətin əsas vasitəsidir və yalnız onun məqsədlərinə xidmət edir. Lakin bu üsul beynəlxalq hüquqdan fərqlənir. Diplomatiya hər hansı bir dövlətin xarici siyasət maraqlarını başqa dövlətlərə (onların hökumətlərinə, ayrı-ayrı siyasi dairələrinə, ictimai fikirə) mənəvi si- yasi təsir vasitəsilə həyata keçirməyə, bu maraqların təmin olunması üçün onları başqa dövlətlərin xarici siyasət maraqları ilə razılaşdır- mağa çalışır. Diplomatiyanı beynəlxalq hüquqdan fərqləndirən cəhətlərdən biri də odur ki, beynəlxalq hüquq bütün hallarda vahid tənzimləmə sistemi kimi çıxış edir və bütün beynəlxalq aləm üçün eynidir, lakin məlumdur ki, hər kəs üçün eyni olan ümumi diplo- matiya mövcud deyildir. Hər dövlətin özünəməxsus diplomatiyası vardır ki, onların da effektivliyi həmin dövlətlərin diplomatiya məharətindən asılıdır. Diplomatiya təbiətinə əsasən beynəlxalq münasibətlərin siyasi tənzimləmə vasitəsidir və zor işlətməyin və zorla hədələmənin qada- ğan olunduğu müasir dövrdə xarici siyasətin həyata keçirilməsinin əsas vasitəsidir. K.K.Sandrovskiy diplomatiyanın spesfik və yalnız ona xas 10 11 olan bir sıra cəhətlərini ayırır. Bunlara ilk növbədə beynəlxalq işlərdə dövlətin fəaliyyətinin rəsmi xarakteri aiddir. İkincisi, diplomatik fəaliyyət dövlətin istənilən orqanları ilə deyil, yalnız və yalnız bu məqsədlə yaradılmış xüsusi orqanlar – xarici əlaqə orqanları vasitəsi ilə həyata keçirilir. Üçüncüsü isə diplomatiya bütün hallarda yalnız dinc vasitələrlə həyata keçirilməlidir. Xarici siyasəti həyata keçirmək üçün digər dinc vasitələr də mövcud olduğu üçün sülh xarakteri təkcə diplomatiyaya xas olan cəhət deyildir, lakin buna baxmayaraq o, mühüm və müəyyənedici cəhətdir. Müasir beynəlxalq hüquqda ikitərəfli və çoxtərəfli diplomatiya anlayışı mövcuddur. İki dövlət arasında diplomatik fəaliyyəti tənzimləyən ikitərəfli diplomatiyadan fərqli olaraq, çoxtərəfli dip- lomatiya beynəlxalq təşkilatlar, konfranslar və müşavirələr çərçivəsində bir neçə dövlət və dövlətlər qrupu tərəfindən həyata ke- şirilir və çoxtərəfli əsasda dövlətin danışıqları, məşvərətləri ilə mü- şayiət olunur. BMT-nin və digər beynəlxalq təşkilatların yaradılması ilə çoxtərəfli diplomatiya daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Onun özünəməxsus xüsusiyyətləri vardır: iştirakçıların razılaşdırdığı xüsusi proseduralar əsasında həyata keçirilir; iştirakçıların mövqeyi fikir mübadiləsi, açıq çıxışlar və şəxsi görüşlər əsasında işlənib hazır- lanır; qərarlar ya məcburi qüvvəyə malik olan, ya da tövsiyə xarakteri daşıyan hüquqi aktlar formasında qəbul edilir. Download 4.58 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling