Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F
Download 4.58 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- 5.3. Diplomatik nümayəndəliyin immunitet və imtiyazları
- 5.3.2. Arxiv və sənədlərin toxunulmazlığı
- 5.3.3. Nümayəndəliyin vergi və gömrük imtiyazları
- 5.3.4. Bayraq və rəmzlərdən istifadə etmək hüququ
təmsilçilik nəzəriyyəsidir. Bu nəzəriyyə də Hüqo Hrotsinin səfir toxunulmazlığı təlimindən irəli gəlmişdir. Nəzəriyyəyə əsasən səfirlər öz monarxlarını təmsil etdiklərinə görə və monarxlar bir-birləri üzərində hakimiyyətə malik olmadıqlarına görə immunitetdən istifadə edirdilər (par in parem non habet imperium). Hal-hazırda isə səfirlər öz dövlətlərini təmsil edən şəxslər kimi dövlətlərin suveren bərabərlik prinsipinə əsasən immunitetlərdən istifadə edirlər. Təmsilçilik nəzəriyyəsinin belə müasir forma almasına bax- mayaraq bəzi müəlliflər onun anaxronizm olduğunu göstərirlər 2 . 151 Doğrudan da funksional zərurət və nümayəndəlik nəzəriyyələrinin eyni zamanda tətbiq edilməsi onların hər birinin çatışmayan cəhətlərini aradan qaldırmır və bu iki nəzəriyyə heç də bütün hallarda bir-birini tamamlamır. Məsələn, bu nəzəriyyələrdən heç biri diplomatik agentlərin vergi və gömrük imtiyazlarını və ya nümayəndəliyin əməkdaşlarının ailə üzvlərinin immunitetlərini izah etmir. 1 Демин Д.Г. Статус дипломатических представительств и их пер- сонала. М.: Международные отношения,1995, с. 23 сонала. М.: Международные отношения, 1995, с. 23 2 Демин Д.Г. Статус дипломатических представительств и их пер- 1 Yenə orada. s. 25 150 5.3. Diplomatik nümayəndəliyin immunitet və imtiyazları Bütün bunlar labüd olaraq diplomatik nümayəndəliyin və onun personalının immunitet və imtiyazlarının yeni doktrinal əsaslandırılmasını tələb edir. Əksər ədəbiyyatlarda bütün immunitet və imtiyazları iki qrupa bölürlər: Diplomatik immunitet və imtiyazılar institutuna yeni yanaş- manın meydana gəlməsi bir sıra hüquqşünasların əsərlərində artıq özünü göstərmişdir. Lakin bu fikir ayrı-ayrı mülahizələr şəklində qalmaqdadır və beynəlxalq hüquq doktrinasında hələ də vahid nəzəriyyə şəklini almamışdır. Bu mülahizələri aşağıdakı şəkildə cəmləşdirmək olar. Diplomatik immunitet və imtiyazların əsasında dövlətlərin suveren bərabərliyi prinsipi durur və bu prinsipə əsasən diplomatik nümayəndəlik dövlətin orqanı kimi yerləşdiyi dövlətin yu- risdiksiyasından çıxarılır 1 . Dövlət immuniteti də məhz bu prinsipə əsaslanır 2 . Dövlət immuniteti həm onun özünə, həm də onun mülkiyyətinə, dövlət orqanlarına şamil olunur. Diplomatik nümayəndəliklər dövlətin orqanıdır və dövlətin immunitetinə əsasən yerləşmə dövlətinin yurisdiksiyasından azad olunurlar. 1) dövlətin orqanı kimi diplomatik nümayəndəliyin immunitet və imtiyazları; 2) şəxsi immunitet və imtiyazlar. Diplomatik nümayəndəliyin immunitet və imtiyazlarına nü- mayəndəliyin binasının toxunulmazlığı, avadanlıq və nəqliyyat vasitələrinin toxunulmazlığı, arxiv və sənədlərin toxunulmazlığı, vergi imtiyazları, gömrük imtiyazları və akkreditiv dövlətin bayraq və rəmzlərindən istifadə etmək hüququ daxildir. 5.3.1. Binanın və nəqliyyat vasitələrinin toxunulmazlığı Nümayəndəliklərə verilən immunitet və üstünlüklər arasında ən əsas norma nümayəndəliyin binasının xarici müdaxilədən qorun- masıdır. Bu norma mütləq xarakter daşıyır və diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində dip- lomatik nümayəndəliklərin binalarının toxunulmazlığı prinsipi kimi qeyd olunur. Toxunulmazlıq prinsipi yerləşmə dövlətinin xarici dip- lomatik nümayəndəliklərin binalarına münasibətdə iki cür öhdəliyini müəyyən edir. Bir tərəfdən 22-ci maddəyə uyğun olaraq onun vəzifəli şəxsləri bu toxunulmazlığı pozan hər hansı istənilən hərəkətdən (nümayəndəliyin başçısının icazəsi olmadan bu binaya daxil olmaq, burada axtarış, həbs və s. icra tədbirləri həyata keçirmək, nümayəndəliyə hücum etmək, onun sakitliyini, şərəf və ləyaqətini pozmaq) çəkinməlidirlər. Digər tərəfdən isə yerləşmə dövləti həmin nümayəndəliyi fiziki şəxslərin zərər gətirən müxtəlif qeyri-qanuni əməllərindən də mühafizə etməlidir 1 . K.K.Sandrovski bunları yerləşmə dövlətinin uyğun olaraq passiv və aktiv öhdəlikləri şəklində müəyyən etmişdir. Bunları nəzərə alaraq biz Deminin fikri ilə tamamilə razılaşırıq ki, bütün diplomatik immunitet və imtiyazların verilməsi zəruriliyini məhz akkreditiv dövlətin immuniteti ilə izah etmək olar. Bu, diplo- matik nümayəndəliyin, onun personalının, personalın ailə üzvlərinin bütün immunitet və imtiyazlarını nəinki izah edir, hətta bu immunitet və imtiyazların daha geniş həcmdə müəyyən olunmasını da nəzərdə tutur. Dövlət immuniteti ilə, həmçinin digər xarici əlaqə orqanlarının – konsulluqların, beynəlxalq təşkilatlarda daimi nümayəndəliklərin, orqan və konfranslardakı nümayəndələrin və s. immunitet və imti- yazlarını da əsaslandırmaq mümkündür. Bütün bu göstərilən müddəaları Y.Q.Demin dövlətin suveren immuniteti nəzəriyyəsinin əsası kimi müəyyən edir. Hesab edirik ki, funksional zərurət və nümayəndəlik nəzəriyyələri ilə əsaslandırılması mümkün olmayan situasiyalarda, şərti olaraq dövlətlərin suveren immuniteti adlandırılmış olan bu nəzəriyyədən istifadə etmək bir sıra məsələlərə aydınlıq gətirmiş olardı. Nümayəndəliyin binasının və onun həyətyanı sahəsinin mülki- hüquqi statusu onun immunitet və imtiyazlarına təsir etmir 2 . 153 1 Андреев С. Дипломатические привилегии и иммунитеты // Меж- дународная жизнь. 1986, №6, общ-во Знание, с. 159 1 Федоров Л. Дипломат и консул. М.: Международные отношения. 1965, с. 96 2 Международное право. Учебник. Отв. ред. Б.М.Колосов, В.И.Куз- нецов. М.: Межд. отношения, 1995, с. 167 2 Богуславский М. М. Иммунитет государства. М.: ИМО,1962 152 1961-ci il Konvensiyasında nümayəndəliyin binasının toxunulmazlığının mütləq xarakterinə xələl gətirə biləcək yanğın qeyd- şərti və ya hər hansı digər istisnalar öz əksini tapmamışdır. Konvensiyanın layihəsi hazırlanan zaman bəzi dövlətlər tərəfindən son zərurət, fövqəladə vəziyyət doktrinalarının qəbul etdirilməsi cəhdləri edilsə də bu cür müddəa konvensiyaya daxil edilməmişdir. Uyğun olaraq nümayəndəliyə daxil olmaq üçün onun başçısı- nın icazəsinin vacibliyi mütləq xarakter kəsb edir. Bu cür icazəni al- maq fiziki cəhətdən mümkün olmadıqda (məs., nümayəndəliyin başçısı olmadıqda və ya öldükdə), müvəqqəti işlər müvəkkili və ya diplomatk personalın hər hansı üzvü belə icazəni verir. Hüquqi cəhətdən belə davranış Konvensiyaya əsaslanmır və dövlətlər aras- ında normal diplomatik münasibətlərə ziyan vura bilər, belə ki, Kon- vensiya birmənalı şəkildə müəyyən edir ki, bu cür icazəni yalnız nümayəndəliyin başçısı verə bilər. Nümayəndəliyin başçısı həmin zaman müəyyən səbəblərdən bunu edə bilmədikdə yerləşmə dövləti bu icazəni akkreditiv dövlətin hökumətindən almalıdır. Nümayəndəliyin başçısının binaya daxil olmağa icazə verməməsi isə yerləşmə dövlətini hüquqi baxımdan binaya daxil ol- maq imkanlarından tamamilə məhrum edir. Baxmayaraq ki, qərb beynəlxalq hüquq doktrinasında son zərurət konsepsiyasının əsasandırılması cəhdlərinə rast gəlinir. 1 Diplomatik nümayəndəliyin toxunulmazlığı nümayəndəliyin özü və ya onun personalının ayrı-ayrı üzvləri tərəfindən bu prinsipdən sui-istifadə edilməsi hallarına yol açır ki, bu da yerləşmə dövlətinin maraqlarına və onun təhlükəsizliyinə ciddi ziyan vurur. Bu cür sui-istifadə hallarının qarşısını alan norma Konvensiyanın 41-ci maddəsinin 3-cü bəndində təsbit olunmuşdur. Burada deyilir ki, nümayəndəliyin binasından onun funksiyaları ilə uyğun olmayan məqsədlərdə istifadə olunmamalıdır. Nümayəndəliyin funksiyaları ilə uyğun olmayan məqsədlər dedikdə, müxtəlif məsələlər nəzərdə tutula bilər. Bunlara, əsasən, nümayəndəliyin binasında silah, kəşfiyyat tex- nikasının saxlanılması, bu binada hər hansı bir şəxsin zorla tutulub saxlanılması, diplomatik sığınacaq verilməsi və s. aiddir. Praktikada nümayəndəliyin binasından yuxarıda sadalanan məqsədlərlə istifadə edilməsi hallarına rast gəlindiyinə görə belə vəziyyətdə onun toxunulmazlığının hüdudlarının müəyyən olunması məsələsi maraq kəsb edir. Yəni bu binalardan nümayəndəliyin funk- siyalarına uyğun olmayan şəkildə istifadə olunduqda, onun toxunul- mazlığı məhdudlaşdırıla bilərmi? Müasir diplomatiya praktikasında bu suala birmənalı cavab verilmir. Bu məsələ diplomatik sığınacaq institutu ilə əlaqədar olaraq D.B.Levinin “Diplomatik immunitet” kitabında ətraflı araşdırılmış- dır 1 . Levin bir sıra məşhur beynəlxalq hüquqşünasların fikirlərinin icmalını verərək bu məsələ ilə bağlı iki ayrı yanaşmanın mövcud olduğunu müəyyən etmişdir. Bir qrup müəllif (Kamarovski, Uly- aniski, Foşil, Martens, Oppenqeym, Xaykinq və b.) hesab edirlər ki, yerləşmə dövləti nümayəndəliyin toxunulmazlığını pozaraq burada gizlənmiş cinayətkarı zorla ələ keçirə bilər. Digər müəlliflərin (Korovin, Durdenevski, Krılov, Satou) fikrinə əsasən, yerləşmə dövləti binanı mühasirəyə ala, diplomatik nümayəndənin geri çağırılmasını tələb edə bilər, lakin zorla bu binaya daxil ola bilməz. Levin hesab edir ki, müəyyən xüsusi hallarda və müəyyən şərtlərlə binanın toxunulmazlığının pozulması qanuni özünümüdafiə tədbiridir. Beynəlxalq hüququn müasir doktrinasında da belə ikili yanaşma mövcuddur. Doktrinalarda hüquqşünaslardan bir qismi (əsasən keçmiş sovet hüquq ədəbiyyatında) diplomatik nümayəndəliyin mütləq toxunulmazlığının, digər qismi isə (Denza, Hiqqins, Kaye və s.) onun müəyyən vəziyyətlərdə məhdudlaşdırılmasının tərəfdarı kimi çıxış edir və bu zaman özünümüdafiə və ya repressali institutuna istinad edirlər. Hesab edirik ki, 22-ci maddədə “yanğın qeyd-şərtinin” yer al- maması nümayəndəliyin toxunulmazlığının, məsələn, V.Q.Blyablinin qeyd etdiyi şəkildə çox geniş şərh olunmasına əsas vermir 2 . Belə ki, Blyablinə görə, Konvensiyanın 22-ci maddəsi binanın istənilən 155 1 Левин Д.Б. Дипломатический иммунитет М.–Л.: Тип изд-ва Ака- демия Наук СССР в Минск, 1949, с. 382-388 2 Бляблин В.Г. Некоторые вопросы толкования современной меж- дународно-правовой доктриной норм международного права, регули- рующих дипломатические привилегии и иммунитеты // СЕМП,1985, М.: Наука 1986, с. 213-216 1 Демин Д.Г. Статус дипломатических представительств и их пер- сонала. М.: Международные отношения, 1995, с.42 154 şəraitdə toxunulmazlıqla təmin olunması şəklində şərh olunmalıdır ki, bu da nümayəndəlik tərəfindən onun toxunulmazlığından sui- istifadə edilməsi hallarında hər hansı bir repressaliləri qeyri-mümkün edir. Nümayəndəliyin binasının toxunulmazlığı ilə bağlı yaranan məsələlərdən biri də onun mühafizəsi problemidir. Binanın mühafizəsinin təmin edilməsi yerləşmə dövlətinin öhdəliyidir. Nüma- yəndəliyin mühafizəsinin təşkil olunmasının konkret qaydalarının və həcminin müəyyən edilməsi onun səlahiyyətlərinə aiddir. Bu cür mühafizənin həyata keçirilməsi üçün xüsusi polislərdən və ya hərbi hissələrdən istifadə olunur. BMT-nin Baş katibinin 1971-ci ildə hazırladığı “Beynəlxalq hüquq icmalı” adlanan sənəddə deyilir ki,”yerləşmə dövləti hücum, basqın haqqında qabaqcadan məlumata malikdirsə və ya tam əsaslı olaraq həmin basqının mümkünlüyünü görə bilirsə, başqa şəraitdə qəbuledilməz hesab olunan tədbirlərin (məs., xüsusi mühafizə) görülməsi vacibdir ”. Onu da qeyd edək ki, repressalilər nümayəndəliyin binasına zorla daxil olmaq deyil, digər formalarda, məsələn, binanın mü- hafizəsinin götürülməsi və s. formalarda da həyata keçirilə bilər. Problem repressalilərin tətbiq olunması məsələsinin özündə deyil, daha çox onun adekvat tətbiqindədir. Repressalilərin tətbiq olunmasının qadağan edilməsi adətən beynəlxalq müqavilələrdə xüsusi qeyd olunur və Konvensiyada bunun qeyd edilməməsi onun tətbiqi imkanını istisna etmir. Praktikada diplomatik nümayəndəliklər bir cox hallarda onların fikrinə görə aşırı təşkil olunmuş və ya kifayət qədər yetərli olmayan mühafizədən şikayət edirlər. Nümayəndəliyin mühafizəsinin təmin olunması ilə yanaşı, nümayəndəliyin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitlə təmin etmək də yerləşmə dövlətinin öhdəliyi olduğu üçün yerləşmə dövləti bu iki öhdəliyini uzlaşdıraraq həyata keçirməlidir. Diplomatiya hüququnda repressalinin tətbiq olunmasının mümkünlüyü Konvensiyanın 47-ci maddəsində nəzərdə tutulmuşdur. Akkreditiv dövlət tərəfindən konvensiyanın pozulması halında repressalilər qanunauyğun hesab olunduğuna görə Y.Q.Deminin fikri ilə tamamilə razıyıq ki, akkreditiv dövlətin orqanı olan diplomatik nümayəndəliklər tərəfindən də bu müddəalar pozularsa, uyğun repressalilər tətbiq olunmalıdır. Diplomatik praktikada bu məsələ ilə bağlı çoxsaylı presedentlər mövcuddur. Nümayəndəliyin binasının mühafizəsi öhdəliyi eyni zamanda ona qarşı qeyri-qanuni əməllər törətmiş fiziki şəxslərin cəzalandırılmasını və vurulmuş zərərin təzminatının təmin edilməsini də özündə ehtiva edir. Fransız hüquqşünası F.Kaye yazır ki, ”Hesab edirik bu cür istisnalar zəruridir. Binada yanğın baş verdikdə və nümayəndəliyin başçısını tapmaq mümkün olmadıqda; orada hazırlanan cinayət haqqında məlumat olduqda; əgər nümayəndəlik yerli hökumət əleyhinə hazırlanan təxribatçılıq fəaliyyətinin mərkəzinə çevrilirsə. . . əgər nümayəndəlik yerli qanunlara hörmət etmirsə. . . və ya, əgər bu son dərəcə zəruridirsə yerləşmə dövləti müdaxilə etmək hüququna malik olmalıdır; nümayəndəliyin binası onun funksiyaları ilə uyğun olmayan məqsədlərdə istifadə olunduqda da eyni hal keçərlidir ” 1 . Kaye belə hesab edir ki, yerləşmə dövlətinin bu cür müdaxilə etmək hüququ BMT Nizamnaməsinin 51- ci maddəsində təsbit olunmuş dövlətlərin qanuni özünümüdafiə hüququndan irəli gəlir. Konvensiyanın 22-ci maddəsi binanın toxunulmazlığı ilə yanaşı, buradakı avadanlıqların, həmçinin nümayəndəliyin nəqliyyat vasitələrinin də axtarış, müsadirə həbs və icra hərəkətlərində immu- nitetini müəyyən edir (3-cü bənd). Diplomatik nəqliyyat vasitələrinin immuniteti Konvensiyanın iki maddəsi ilə müəyyən olunur. 22-ci maddə ilə yanaşı, 30-cu maddənin 2-ci bəndi diplomatik agentin əmlakının toxunulmazlığını müəyyən edir ki, buraya, həmçinin onun nəqliyyat vasitələrini də aid etmək olar. Qeyd edək ki, özünümüdafiə tezisi o zaman özünü doğrultmuş olar ki, nümayəndəlik binasından yerləşmə dövlətinə qarşı təcavüz məqsədlərilə istifadə olunsun. 157 Konvensiya nümayəndəliyin və diplomatik agentlərin nəqliyyat vasitələrini bir birindən fərqləndirmir. Diplomatik nəqliyyat vasitələri dedikdə diplomatik nümayəndəlik, onun əməkdaşları və onların ailə üzvlərinə məxsus olan, onlar tərəfindən icarəyə götürülən və ya onların istifadəsinə verilən istənilən nəqliyyat vasitələri nəzərdə tutulur. Bütün diplomatik nəqliyyat vasitələri ax- 1 Cahier Ph. Le droit diplomatique contemporain. – Geneva – Paris, 1962. - P. 203. 156 tarış, müsadirə, həbs və icra hərəkətlərindən azad olunur. Diplomatik nəqliyyat vasitələri axtarışa və yerli hakimiyyət orqanları tərəfindən nəzarətə məruz qala bilməz. Əgər diplomatik maşında diplomatik yük daşınırsa o, nəzarətdən azad olunmur, belə ki, diplomatik yük maşının ayrılmaz hissəsi deyildir və Konvensiya diplomatik yüklərin gömrük nəzarətindən azad olunmasını nəzərdə tutmur. Hüquqi cəhətdən diplomatik nəqliyyat vasitələrindən istifadə, əgər bunun hüquq pozuntusuna yol açma ehtimalı varsa müəyyən hallarda məhdudlaşdırıla bilər (məs., diplomatın içkili vəziyyətdə maşın sürməsinin qarşısını almaq məqsədilə onun maşını polis tərəfindən müvəqqəti saxlanıla bilər). Konvensiya yerləşmə dövlətinin diplomatik nəqliyyat vasitələrini fiziki şəxslərin qəsdlərindən qorumaq öhdəliyini müəyyən etməmişdir. Diplomatik nəqliyyat vasitələri xüsusi nömrə nişanlarla təmin olunur ki, bu da onların mühüm atributudur. 5.3.2. Arxiv və sənədlərin toxunulmazlığı Nümayəndəliyin immunitet və imtiyazlarının ikinci əsas növü – onun arxiv və sənədlərinin toxunulmazlığıdır. Bu norma da mütləq xarakter daşıyır. Nümayəndəliyin arxiv və sənədləri istənilən zaman, yerindən asılı olmayaraq toxunulmazdır (maddə 24). Bu toxunul- mazlıq diplomatik münasibətlərin kəsilməsi və hətta kontragent dövlətlər arasında silahlı münaqişə vaxtında belə qüvvədə qalır. “Arxiv” anlayışına Konvensiyanın özündə açıqlıq gətirilmir. Yeri gəlmişkən, 1963-cü il Konsul əlaqələri haqqında Vyana Kon- vensiyasında “arxiv” anlayışını təşkil edən predmetlərin siyahısı ver- ilmişdir. Lakin informasiya sahəsində müasir inkişaf sürətini nəzərə alaraq bu predmetlərin konkret siyahısını vermək onun məhdudlaşdırılmasına gətirib çıxara bilər. Bu baxımdan arxiv dedikdə informasiyanın istənilən daşıyıcıları nəzərdə tutulmalıdır. Arxiv və sənədlərin “ yerlərindən asılı olmayaraq “ toxunul- mazlığı onların bu və ya digər səbəbdən nümayəndəliyin ixtiyarında olmadığı hallarda belə immunitetini təmin edir. “Sənədlər” dedikdə birbaşa arxivə aid olmayan cari sənədlər nəzərdə tutulur. Arxiv və sənədlərin toxunulmazlığı, həmçinin binanın toxunulmazlığı və diplomatik poçtun toxunulmazlığı prinsipləri ilə də təmin edilir. “Toxunulmazlıq” anlayışı yerləşmə dövlətinin bir tərəfdən, arxiv və sənədləri öz hakimiyyət orqanlarının hər hansı təsirindən, digər tərəfdən arxiv və sənədləri fiziki şəxslərin qəsdlərindən qoru- maq öhdəliyini nəzərdə tutur. Yerləşmə dövləti bu və ya digər vasitə ilə onun əlinə keçmiş arxiv və sənədləri məhkəmə təhqiqatında və ya digər rəsmi məqsədlərlə istifadə etməməli, onu nümayəndəliyə geri qaytarmalıdır. Praktikada bir çox hallarda yerləşmə dövlətinin əlinə keçən nümayəndəliyin kəşfiyyat xarakterli sənədlərinin rəsmi məqsədlərlə istifadə olunmasına dövlətin təhlükəsizliyi baxımından haqq qazandırmaq cəhdləri olunur. Hüquq ədəbiyyatlarında belə hallara birmənalı yanaşılmır. Konvensiyanın məzmununa əsasən isə kəş- fiyyat xarakterli sənədlər nümayəndəliyin sənədləri kimi nəzərdən keçirilməməlidir. Bu cür sənədlər nümayəndəliyin Konvensiya ilə müəyyən olunmuş funksiyalarının həyata keçirilməsi ilə bağlı fəaliyyətilə əlaqəli ola bilməz. İmmunitet və imtiyazlar isə nümayəndəliyin funksiyalarının effektli həyata keçirilməsi məqsədilə verildiyi üçün kəşfiyyat xarakterli sənədlərə onlar şamil olun- mamalıdır. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən nü- mayəndəliyin rəsmi korrespondensiyası da toxunulmazdır. ”Korre- spondensya” dedikdə nümayəndəlikdən çıxan və ya ona daxil olan bütün yazışma və məktublaşmalar nəzərdə tutulur. 5.3.3. Nümayəndəliyin vergi və gömrük imtiyazları Nümayəndəliyin digər növ üstünlüyü vergi imtiyazlarıdır. Doktrinalarda o, adətən, fiskal immunitet adlanır. 1961-ci il Konven- siyasının 23-cü maddəsinə əsasən, akkreditiv dövlət və nüma- yəndəliyin başçısı, konkret xidmət növlərinə görə vergi və rüsumlar istisna olmaqla, nümayəndəliyin bütün binaları, o cümlədən, kirayə alınmış binalara münasibətdə hər cür vergi və rüsumlardan azad ol- unur. Bu, missiyanın başçısı və ya onun hökuməti ilə müqavilə imzalamış şəxslərə şamil olunmur; bu səbəbdən müqavilədə qeyd olunur ki, iqamətgah və missiya ilə bağlı olan istənilən ödəmələr və yığımlara 158 159 missiyanın başçısı və ya onun hökuməti cavabdehdir 1 . 5.3.4. Bayraq və rəmzlərdən istifadə etmək hüququ Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensi- yasının 20-ci maddəsində nümayəndəliyin akkreditiv dövlətin bayraq və rəmzlərindən istifadə etmək hüququ təsbit olunmuşdur. Bu cür hüquqdan istifadə edilməsinin qaydaları isə akkreditiv dövlətin milli qanunvericiliyi ilə müəyyən olunur. Xarici səfirlik və missiyalara verilən imtiyazlardan biri də gömrük imtiyazlarıdır. 1961-ci il Konvensiyasının 36-cı maddəsinin 1-ci bəndində qeyd olunur ki, nümayəndəliyin yerləşdiyi dövlət qəbul etdiyi norma və qanunlara uyğun olaraq, nümayəndəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan əşyaların gətirilməsinə icazə verir və onları bütün gömrük rüsumlarından azad edir. Gördüyümüz kimi, gömrük imtiyazlarından istifadə edən nümayəndəliklərin hüquq və vəzifələrinin konkret həcmi dövlətin daxili qanunvericiliyi ilə müəyyən olunur. “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının 8 iyun 2004- cü il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsul- luqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının dip- lomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və protokol qaydalarına uyğun olaraq qaldırılır (maddə 2. 2. ). Azərbaycan Respublikasında xarici dövlətlərin diplomatik nümayəndəlikləri üçün gömrük güzəştləri Azərbaycan Respublikası- nın Gömrük Məcəlləsinin 196-cı maddəsi ilə müəyyən olunur. Həmin maddəyə əsasən xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində olan diplomatik nümayəndəlikləri Azərbaycan Respub- likasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş qaydasına riayət edilməsi şərti ilə, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilməklə nümayəndəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası ərazisinə gətirə və Azərbaycan Re- spublikası ərazisindən apara bilərlər 2 . Bu malların təyinatı diplomatik nümayəndəlik başçısının rəsmi məktubu ilə müəyyən olunmuş qay- dada təsdiq olunmalıdır. Malların təyinatı müqavilədə və ya başqa bir yolla da göstərilə bilər 3 . Saxlanca görə ödənişlər və Azərbaycan Re- spublikası gömrük orqanlarının müəyyən edilmiş iş yerlərindən kənarda və ya iş vaxtından kənar vaxtda malların gömrük rəsmiləşdirilməsi və buna bənzər digər xidmətlər göstərilməsinə görə ödənişlər istisna edilir. Diplomatik nümayəndəliklərin rəsmi istifadəsi üçün gətirilən mallar gömrük nəzarətindən azad edilmir. Gömrük güzəştləri yalnız gömrük ödənclərinin ödənilməsindən azad etməkdən ibarət olur 4 . Qanunun 3.2-ci maddəsinə müvafiq olaraq Azərbaycan Re- spublikasının Dövlət bayrağı xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələrinin üzərində yerləşdirilir. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnaməsində Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulan yerlərə Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binaları da aid olunmuşdur (maddə 3). Download 4.58 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling