Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


Nümayəndəliyin personalının şəxsi immunitet və imtiyazları


Download 4.58 Kb.
Pdf ko'rish
bet15/42
Sana24.09.2017
Hajmi4.58 Kb.
#16373
TuriDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

5.4. Nümayəndəliyin personalının şəxsi immunitet və imtiyazları  
 
 
                                                 
 
161
Diplomatik  əlaqələr haqqında Vyana Konvensiyası nüma-
yəndəliyin başçısı  və onun əməkdaşları - diplomatik, inzibati – tex-
niki personal (həmçinin onların ailə üzvləri) və xidmətçi personal 
üçün bir sıra  şəxsi xarakterli immunitet və imtiyazlar da müəyyən 
etmişdir. Bunlara əsasən aşagıdakılar aiddir: şəxsi toxunulmazlıq, 
igamətgahın,  şəxsı kağız və yazışmaların,  əmlakın toxunulmazlığı, 
yurisdiksiyadan immunitet, vergi və rüsumlardan azad edilmə, göm-
rük imtiyazları.  
1
 Фельтхем Р.Дж. Настольная книга дипломата. Минск: Новое зна-
ние, 2002, 3-е издание, с. 65 
 
 
5. 4. 1. Diplomatik personalın immunitet və imtiyazları 
2
 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı: Hüquq 
ədəbiyyatı, 2001, s. 108 
a) Şəxsi toxunulmazlıq.  
Şəxsi immunitet və imtiyazlar arasında əsas norma diplomatik 
agentin  şəxsi toxunulmazlığı prinsipidir. Konvensiyanın 29-cu 
maddəsinə  əsasən diplomatik agentin şəxsiyyəti toxunulmazdır. O, 
3
 Heydərov K. Gömrük işinin əsasları. Birinci cild. Gömrük işinin təşkili 
və texnologiyası. Azərnəşr, 1998, s. 81 
4
 Yenə orada. 
 
160 

Pazarçinin
1
, E. Denzanın
2
  və s. ) mülahizələrini cəmləşdirərək 
müəyyən edə bilərik ki, diplomatın  şəxsi toxunulmazlığının 
məhdudlaşdırılması əsasən aşağıdakı hallarla əsaslandırıla bilər: 
hər hansı bir formada tutulub saxlanıla və ya həbs oluna bilməz. 
Yerləşmə dövləti ona lazımi hörmətlə yanaşmalı  və onun 
şəxsiyyətinə, azadlığına və  ləyaqətinə  hər hansı bir hücumların qar-
şısının alınması üçün bütün lazımi tədbirləri görməlidir.  
1)
 
diplomat öz hərəkətləri ilə özünü təhlükə altında qoyursa; 
Şəxsi toxunulmazlıq  ən  əsas immunitetdir və diplomatın digər 
immunitet və imtiyazları buradan yaranır
1
.  Şəxsi toxunulmazlıq 
prinsipinə  əsasən diplomatik agentin tutulub saxlanılmasına və  həbsə 
alınmasına yol verilmir və o, yerləşmə dövlətinin cinayət mühakimə 
aidiyyətindən tamamilə azad olunur. Diplomatik agentin hüquqazidd 
davranışı zamanı belə onun şəxsinə  zərər gətirə bilən hər hansı 
tədbirləri həyata keçirmək olmaz. Belə halda nümayəndəliyin 
yerləşdiyi dövlət konvensiyaya uyğun olaraq öz maraqlarının 
müdafiəsi məqsədilə müəyyən müdafiə vasitələrindən istifadə edə 
bilər. Belə müdafiə vasitələrinə diplomatik agentin geri çağırılmasını 
tələb etmək, onu persona non grata elan etmək və sair aiddir. Konven-
siya digər məcburetmə tədbirlərini nəzərdə tutmur.  
2)
 
diplomatın toxunulmazlığını pozan şəxslər onun rəsmi möv-
qeyindən xəbərsiz olduqda; 
3)
 
cinayət törədilməsinin qarşısını almaq məqsədilə; 
Konvensiyada  şəxsi toxunulmazlıq prinsipinin bu formada 
təsbit edilməsi təbii ki, praktikada ondan sui-istifadə edilməsi hal-
larına yol açır. Bunu nəzərə alaraq BMT-nin Beynəlxalq Hüquq Ko-
missiyasi diplomatik əlaqələr və immunitetlər haqqında Konvensiya 
layihəsini hazırlayarkən  şəxsi toxunulmazlıq prinsipinin şərhində 
qeyd etmişdir ki, o, “diplomatik agentlərə münasibətdə  nə 
özünümüdafiə tədbirlərini, nə də müstəsna  şəraitdə, onun tərəfindən 
müəyyən cinayətin və hüquqazidd əməllərin qarşısını alma 
tədbirlərini istisna etmir”
2
. Diplomatik agent tərəfindən hüquqazidd 
əməl törədilən zaman onun müvəqqəti olaraq tutulub saxlanılmasının 
qanunauyğunluğu haqqında bir sıra doktrinal fikirlər də maraq 
yaradır. Bu məsələ ilə əlaqədar əksər hüquqşünasların (D.B.Levinin
3

K.K.Sandrovskinin
4
, L.Oppenqeymin
5
, A.A.Kovalyovun
6
, H. 
                                                 
 
163
                                                                                                       
4)
 
diplomat tərəfindən müəyyən  əməllərə qarşı özünümüdafiə 
məqsədilə.  
Qeyd olunan situasiyalarla bağlı  əksər dövlətlərin praktikasında 
diplomatik  əməkdaşların qeyri-qanuni fəaliyyətinin qarşısını alan üsul 
kimi “cinayət başında yaxalanma”dan istifadə edilir 
3
.  
Cinayət başında yaxalanma, xüsusilə, fərdi  şəxslər tərəfindən 
həyata keçirilərsə (onlar diplomatın statusu haqqında məlumata malik 
olmaya da bilər), yaxud onu reallaşdıran hüquq mühafizə orqanları 
cinayət törədilməsində  şübhəli bilinən  şəxsin statusundan xəbərsiz 
olarsa daha sadə əsaslandırıla bilər.  
Cinayət törədilməsinin qarşısını almaq məqsədilə diplomatın 
saxlanılması o zaman həyata keçirilə bilər ki, onun cinayət fəaliyyəti 
haqqında dəlillərin  əldə olunacağına  əminlik olsun. Belə saxlanılma 
məhz cinayət törədilməsi anında həyata keçirilə bilər.  
Qeyd edək ki, bütün bu yuxarıda sadalanan və s. mümkün hal-
larda belə diplomatik agentin sadəcə olaraq müvəqqətu tutulub sax-
lanılmasından (həbs edilmədən) bəhs olunur.  
Göründüyü kimi şəxsi toxunulmazlıq, cinayət yurisdiksiyası 
immunitetindən fərqli olaraq mütləq xarakter daşımır. Lakin şəxsi 
toxunulmazlıq prinsipindən istisnalara praktikada nadir hallarda rast 
gəlinir. Konvensiyanın özünə isə bu cür istisnalar ona görə daxil 
edilməmişdir ki, praktikada bu, şəxsi toxunulmazlıq prinsipinin ef-
fektliliyini heçə endirərdi.  
Şəxsi toxunulmazlıq yerləşmə dövləti tərəfindən təmin olun-
1
  Демин  Д.Г.  Статус  дипломатических  представительств  и  их  пер-
сонала. М.: Международные отношения, 1995, с. 98 
 
2
  Блищенко  И.П.,  Жданов  Н.В.  Принцип  неприкосновенности  ди-
пломатического агента // СЕМП,1973. М.: Наука, 1975, с. 190 
Учебное пособие. М.: Наука, 1986.  
3
  Левин  Д.Б.  Дипломатический  иммунитет  М.–Л.  Тип  изд-ва  Ака-
демия Наук СССР в Минск, 1949.  
1
 Hüseyin Pazarci. Uluslararasi Hükuk dersleri. III kitab. Turhan 
kitabevi. Ankara, 1994.  
4
 Сандровский К.К. Право внешних сношений. Киев: Вища школа, 1986.  
2
 Denza E. Diplomatic Law 2
nd
 ed. Clarendon Press Oxford,1998 
5
 Oppenheim L. İnternational Law London-New York-Toronto, 1928.  
3
  Торкунов  Н.В.  Дипломатическая  служба.  Учебное  пособие  РОС-
СПЭН, 2002, с. 101 
6
  Ковалев  А.А.  Привилегии  и  иммунитеты  в  современном  праве 
 
162 

 
164 
malıdır və bunun üçün dövlət bütün lazımı tədbirləri görməlidir. Bu-
raya müxtəlif tədbirləri aid etmək olar. Dövlət orqanlarının və ya 
ayrı-ayrı şəxslərin diplomatik agentin toxunulmazlığına xələl gətirən 
istənilən fəaliyyətdən çəkinməsi, diplomatik agentlərə qarşı hüquq 
pozuntularının qarşısının alınması, onlara qarşı hüquq pozuntusu 
törədən  şəxslərin dövlət tərəfindən agır cəzalarla cəzalandırılması, 
diplomatların faktiki pozulmuş hüquq və imtiyazlarının bərpa 
edilməsi, vurulmuş  zərərə görə  təzminat, uyğun sahədə dövlətlərin 
əməkdaşlığının həyata keçirilməsi qeyd olunan problemin tərkib 
hissələridir. Bu problemlərin  əksər hissəsi tərəfimizdən II fəsildə 
ətraflı öyrənildiyi üçün indi yalnız bəzi məqamları qeyd etmək 
istərdik.  
Diplomatların pozulmuş hüquq və imtiyazlarının bərpası  bəzi 
hallarda mürəkkəb situasiyaların yaranmasına gətirib çıxarır. Hal- 
hazırda daha çox aktuallıq kəsb edən hallardan biri diplomatik 
agentlərin girov götürülməsi məsələləri ilə  əlaqəlidir. Bu zaman 
yerləşmə dövlətinin hakimiyyəti dilemma qarşısında qalır: diplomat-
ların toxunulmazlığını  təmin etmək üçün terrorçuların tələblərini 
yerinə yetirmək və bununla da dövlətin maraqlarını  təhlükə altına 
atmaq və yaxudda bu maraqları  əsas götürərək terrorçuların 
tələblərinə əməl etməmək və girovların həyatını təhlükəyə atmaq.  
Bu məsələnin universal həlli yoxdur, belə ki, beynəlxalq hü-
quqda bu iki seçənəkdən birinin seçilməsini müəyyən edən norma 
mövcud deyil. Bu məsələ ilə bağlı dövlətlərin praktikası da 
müxtəlifdir.  
Bütün qeyd olunan məsələlərlə bağlı dövlətlərarası 
əməkdaşlığın həyata keçirilməsində 1973-cü il dekabrın 14-də qəbul 
edilən Beynəlxalq müdafiədən istifadə edən  şəxslərə, o cümlədən, 
diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması  və 
cəzalandırılması haqqında Konvensiya mühüm yer tutur. Konvensi-
yanın əsas müddəaları ilə İİ fəsildə ətraflı tanış olmuşduq.  
 Diplomatik  agentlərin  şəxsi toxunulmazlığını  təmin edən  ən 
mühüm vasitələrdən biri dövlətlərin məsuliyyəti institutudur. Diplo-
matik agentlərin diplomatik toxunulmazlığının pozulması beynəlxalq 
deliktlərə aiddir. Bu cür deliktlər dövlətin beynəlxalq hüquqi 
məsuliyyətini yaradır. Dövlətin məsuliyyəti onun hüquqazidd 
fəaliyyəti və ya öz öhdəliklərinin yerinə yetirilməməsində ifadə olu-
nan fəaliyyətsizliyindən yaranır.  
 
165
 
b) İqamətgahın, şəxsı kağız və yazışmaların, əmlakın 
toxunulmazlığı 
Diplomatik agentin şəxsi iqamətgahı da nümayəndəlik 
binalarının istifadə etdiyi toxunulmazlıq və müdafiədən istifadə edir 
(maddə 30, bənd 1).  
Şəxsi iqamətgaha akkreditiv dövlət tərəfindən icarəyə götürü-
lən və ya ona məxsus olan yaşayış yerləri və  həmçinin diplomatın 
şəhərkənarı bağı da aiddir.  
Beynəlxalq hüququn adət normasına  əsasən  əgər səfər inko-
qnito deyilsə bu toxunulmazlıq eyni qaydada diplomatın müvəqqəti 
iqamətgahına da şamil edilir.  
Konvensiyanın 30-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq 
diplomatların kağızları  və yazışması toxunulmazdır. Bu toxunul-
mazlığa  əsasən onların saxlanılmasına, açılmasına və ya yerli 
hakimiyyət orqanları  tərəfindən rəsmi məqsədlərlə istifadə olun-
masına icazə verilmir. Diplomatın  şəxsi korrespondensiyasının 
diplomatik poçtdan fərqli olaraq xarici görünən  əlamətlərə malik 
olmaması praktikada onun toxunulmazlığının təmin ediməsində 
müəyyən problemlər yarada bilər.  
Qərb hüquq ədəbiyyatlarında korrespondensiyalara texniki 
vasitələrlə  nəzarətin həyata keçirilməsinin mümkünlüyü, yalnız 
xidməti kağız və yazışmalara toxunulmazlığın verilməsi və sair kimi 
məsələlərı əsaslandırmaq cəhdləri olunur.  
Mülkiyyətin toxunulmazlığı Konvensiyanın 31- ci maddəsinin 
3-cü bəndindəki istisnalarla təmin olunur. Bu isə artıq 
yurisdiksiyadan immunitet məsələləri ilə bağlıdır.  
 
c) Yurisdiksiyadan immunitet  
Diplomatik agentin yerli dövlətin yurisdiksiyasından 
immuniteti məsələsi 1961-ci il Vyana Konvensiyasının 31-ci 
maddəsində öz əksini tapmışdır. Konvensiya təsdiq edir ki, yerləşmə 
dövlətinin cinayət yurisdiksiyasından diplomatik agent tamamilə 
azad edilir. Diplomatik agentin mülki və inzibati yurisdiksiyasından 
kənar edilməsinə gəldikdə isə, burada istisnalar mövcuddur.  
Birinci istisna daşınmaz əmlaka aiddir. Diplomata qarşı, onun 
olduğu dövlətin  ərazisində yerləşən və akkreditiv dövlətin adından 
malik olmadığı xüsusi daşınmaz mülkiyyətinə  tələblə bağlı iddia 

 
166 
qaldırıla bilər.  
İkinci istisna varisliklə bağlıdır. Yəni diplomata qarşı, onun 
vəsiyyətinin icraçısı kimi, irsi əmlakın qoruyucusu və ya himayəçisi 
(qəyyum) kimi, varis kimi çıxış etdiyi hallarda varislik məsələləri ilə 
bağlı iddia qaldırıla bilər. Təbii ki, bu zaman diplomat akkreditiv 
dövlətin adından deyil, adi şəxs kimi çıxış edərsə.  
Üçüncü istisna peşəkar və kommersiya fəaliyyəti ilə 
əlaqədardır. Öz rəsmi funksiyaları hüdudlarından kənarda olduğu 
dövlətdə  həyata keçirdiyi hər hansı peşəkar və ya kommersiya 
fəaliyyəti ilə əlaqədar diplomata iddia qaldırıla bilər.  
Ümumiyyətlə, diplomatın öz rəsmi funksiyalarından kənar, 
professional və ya kommersiya fəaliyyəti ilə məşğul olması məsələsi 
mürəkkəb məsələdir. Əslində Konvensiyanın bu maddəsi onun 42-ci 
maddəsi ilə ziddiyyət təşkil edir, 42-ci maddəyə  əsasən diplomatik 
agentə  şəxsi mənfəət məqsədiylə kommersiya və ya professional 
fəaliyyətlə məşğul olmağa icazə verilmir.  
Y.Q.Demin yazır ki, Konvensiyada təsdiq olunmuş mülki-
hüquqi yurisdiksiya immunitetindən istisnalar müasir diplomatiya 
praktikasının tələblərinə cavab vermir. Hal-hazırda əksər dövlətlər öz 
diplomatik agentlərinə yerləşmə dövlətində  şəxsi daşınmaz  əmlaka 
malik olmağı, həmçinin şəxsi peşəkar və ya kommersiya fəaliyyəti ilə 
məşğul olmağı qadağan edirlər. Diplomatların varislik məsələləri ilə 
əlaqədar işlərdə iştirakına isə çox nadir hallarda rast gəlinir.  
Doğrudan da, diplomatik agent tərəfindən cinayət hadisəsi 
törədildikdə onun xidməti və ya qeyri-xidməti fəaliyyəti arasında fərq 
qoyulmur və o, istisnasız cinayət mühakimə aidiyyətindən azad 
olunur. Mülki hüquq pozuntusu törətdikdə isə, baxmayaraq ki, bu 
zaman diplomat yerləşmə dövlətinə 1-ci haldan fərqli olaraq daha az 
ziyan vurmuş olur, Konvensiya yurisdiksiya immunitetindən onun 
xidməti fəaliyyəti ilə  əlaqəli olmayan hallarda istisnalar nəzərdə 
tutur. Fikrimizcə, gələcəkdə, diplomatiya hüququnun sonrakı 
məcəllələşdirmə prosesində bütün bunlar nəzərə alınacaq və 
diplomatik agentlər mülki-hüquqi yurisdiksiya immunitetindən 
istisnasız istifadə edəcəklər.  
Yurisdiksiya immunitetindən daha bir istisna Konvensiyanın 
32- ci maddəsində öz əksini tapmışdır. Belə ki, yurisdiksiya 
immunitetindən istifadə edən  şəxsin məhkəmədə  iş qaldırması onun 
əsas iddia ilə bilavasitə  əlaqəsi olan qarşılıqlı iddiaya münasibətdə 
yurisdiksiya immuniteti hüququndan məhrum edir. Lakin immunitetə 
istinad etməyin mümkün olmadığı hallarda belə beynəlxalq hüquqa 
əsasən məhkəmə  və ya inzibati qərarların icrası diplomatik agentin 
şəxsi toxunulmazlığına və  həmçinin, onun iqamətgahının 
toxunulmazlığına xələl gətirməməlidir.  
 
167
Konvensiyanın 31-ci maddəsinin 2- ci bəndinə  əsasən dip-
lomatik agent şahid kimi ifadə vermək öhdəliyindən azad olunur. 
Akkreditiv dövlətin icazəsi ilə o, məhkəməyə cəlb olunmaq öhdəliyi 
olmadan bunu yazılı və ya şifahi formada edə bilər.  
Diplomatik agentlərə yerləşmə dövlətinin cinayət, mülki və 
inzibati hüquqi yurisdiksiyasından immunitetlər verilməsi o demək 
deyildir ki, onlara heç bir hüquq norması  şamil edilmir və onların 
əməlləri cəzasız qalır. Onları hüquqazidd əməllərinə görə 
cəzalandırmağın iki real imkanı vardır:  
1) Konvensiyanın 31-ci maddəsinin 4-cü bəndinə  əsasən dip-
lomatik agentin yerləşmə dövlətinin yurisdiksiyasından immuniteti 
onu akkreditiv dövlətin yurisdiksiyasından azad etmir. Yəni 
diplomatik agent yerləşmə dövləti və ya ayrı-ayrı  şəxslərin vəsatəti 
ilə akkreditiv dövlətdə məsuliyyətə cəlb oluna bilər.  
Azərbaycan Respublikasının “Diplomatik xidmət haqqında” 
qanununun Diplomatik xidmət  əməkdaşlarının məsuliyyətini 
müəyyən edən 19-cu maddəsinə  əsasən “diplomatik xidmət 
əməkdaşları... Azərbaycan Respublikasının müvafiq qanunvericilik 
aktları ilə müəyyən edilmiş hallarda və qaydada məsuliyyətə  cəlb 
oluna bilərlər”;  
Lakin bu normanı kifayət qədər effektiv vasitə hesab etmək 
doğru olmazdı. İstənilən halda diplomatik agentin akkreditiv dövlətin 
tapşırığı ilə həyata keçirdiyi hüquqazidd əməlləri cəzasız qalacaqdır. 
Eyni qaydada törənmiş  əməlin yerləşmə dövlətindən fərqli olaraq 
akkreditiv dövlətin ərazisində hüquq pozuntusunu təşkil etməməsi də 
mümkündür.  
2) Konvensiyanın 32-ci maddəsinə  əsasən diplomatik 
agentlərin yurisdiksiya immunitetindən akkreditiv dövlət imtina edə 
bilər (imtina aydın ifadə edilməlidir).  İmmunitetdən imtina qərarın 
çıxarılmasına qədər məhkəmə araşdırmasının istənilən mərhələsində 
edilə bilər.  
1961-ci il Vyana Konvensiyasının mətni olan əsas sənədlə 
yanaşı mülki iddialara baxılmasına dair qətnamə də qəbul edilmişdir. 

Qətnamədə tövsiyə olunurdu ki, akkreditiv dövlət,  əgər bu 
nümayəndəliyin funksiyalarının yerinə yetirilməsinə ziyan vurmazsa 
mülki iddialara münasibətdə immunitetdən imtina etsin.  
Akkreditiv dövlətin immunitetdən imtina etməsi və diplomatik 
agentin yerləşmə ölkəsində  məsuliyyətə  cəlb olunması hallarına 
praktikada rast gəlinir.  
İmmunitetdən diplomatın özü deyil, yalnız akkreditiv dövlət 
imtina edə bilər. Bunun üçün diplomatın razılığı  tələb olunmur və 
diplomat bu qərara tabe olmalıdır. Akkreditiv dövlət immunitetdən 
imtinanı geri götürə bilməz.  
İmmunitetdən imtina olunmasının dəqiq proseduru Konvensiya 
ilə müəyyən olunmamışdır. Doktrinalarda üstünlük təşkil edən fikrə 
əsasən nümayəndəliyin başçısı bunu akkreditiv dövlətin adından 
həyata keçirə bilər.  
İmmunitetdən imtina ilə bağlı son olaraq onu da qeyd edək ki, 
Konvensiyaya uyğun olaraq mülki və inzibati işlərə münasibətdə 
yurisdiksiya immunitetindən imtina qərarın yerinə yetirilməsinə qarşı 
imtina etmək deyildir, bunun üçün xüsusi imtina tələb olunur.  
Konvensiyaya əsasən diplomatik, agentlər həmçinin immunitet 
və imtiyazlara ziyan vurmadan yerli dövlətin qanun və qaydalarına 
hörmət etməli, onun daxili işlərinə qarışmamalıdırlar (maddə 41, 
bənd 1). Azərbaycan Respublikasının “Diplomatik xidmət haqqında” 
qanununda da müəyyən olunmuşdur ki, diplomatik xidmət 
əməkdaşları xaricdə  işlədikləri dövrdə olduqları dövlətin qanun və 
qaydalarına hörmət bəsləməyə borcludurlar (maddə 17).  
 
 d) Vergi və gömrük imtiyazları.  
 
Konvensiyanın 34-cü maddəsində  nəzərdə tutulan vergi 
imtiyazları diplomatik agentlərin  şəxsi və  əmlak xarakterli bütün 
ümumdövlət, rayon və  bələdiyyə vergi, rüsum və  xərclərdən azad 
edilməsini nəzərdə tutur. Lakin burada da bir sıra istisnalar vardır. 
Belə ki, diplomat aşağıdakı vergilərdən azad olunmur: 1) adətən, 
malın və ya xidmətin qiymətinə əlavə olunan vasitəli vergilərdən; 2) 
yerli dövlətin ərazisində yerləşən və nümayəndəliyin məqsədləri üçün 
istifadə olunmayan şəxsi daşınmaz əmlakın vergi və xərclərindən; 3) 
yerli dövlət tərəfindən toplanan miras vergilərindən və varislik 
rüsumlarından; 4) yerli dövlətdə yerləşən gəlir mənbələrindən 
qazanılan  şəxsi gəlirə olan rüsum və vergilərdən və  həmçinin yerli 
dövlətdəki kommersiya müəssisələrinə kapital qoyuluşunun 
vergilərindən; 5) konkret xidmət növünə görə yığılan rüsumlardan; 6) 
qeyd, məhkəmə  və reyestr (siyahıya alınma) xərclərindən, ipoteka 
rüsumlarından və daşınmaz  əmlaka münasibətdə gerb rüsumundan 
(sənədlərdən alınan dövlət rüsumu).  
 
169
Diplomatik agentin digər mühüm imtiyazı gömrük imtiyazıdır. 
Vyana Konvensiyasının 36-cı maddəsi diplomatik agentin şəxsi 
istifadəsi üçün nəzərdə tutulan əşyaların gətirilməsini və onların 
gömrük rüsumlarından azad edilməsini (1
b
  bənd), həmçinin 
diplomatik agentin şəxsi baqajının gömrük nəzarətindən azad 
edilməsini (2-ci bənd) nəzərdə tutur.  
Diplomatik agentin və onun ailəsinin  şəxsi istifadəsi üçün 
ölkəyə  gətirilən və  həmçinin ölkədən çıxarılan  əşyaların gömrük 
rüsumlarından azad edilməsi beynəlxalq hüququn adi ümumtanınmış 
normasıdır və bir çox dövlətlərin daxili qanunvericiliyində  də öz 
əksini tapmışdır. Artıq öncə də qeyd etdiyimiz kimi bu imtiyazların 
verilməsində müəyyənedici rol yerləşmə dövlətinin milli 
qanunvericiliyinə ayrılır. Yerləşmə dövləti bu və ya digər  əşyaların 
ölkəyə gətirilməsi və ya ölkədən çıxarılması qaydalarını və həmçinin 
məhdudiyyətləri müəyyən edə bilər.  
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 197-ci 
maddəsi (xarici dövlətin diplomatik nümayəndəliyinin başçısı  və 
nümayəndəliyin diplomatik heyətinin üzvləri üçün gömrük 
güzəştləri), 198-ci maddəsi (xarici dövlətin diplomatik 
nümayəndəliyinin inzibati-texniki heyətinin  əməkdaşları üçün 
gömrük güzəştləri) və 199-cu maddələri məhz bu məsələlərin 
tənzimlənməsinə xidmət edir. 
1
  
Konvensiya yerləşmə dövlətində  əldə olunan və xaricə 
çıxarılan  əşyaların gömrük rüsumlarından azad olunmasını  nəzərdə 
tutmur. Şəxsi istifadə üçün nəzərdə tutulmayan əşyaların gətirilməsi 
üçün də gömrük rüsumları müəyyən edilə bilər.  
Diplomatik agentin şəxsi baqajının gömrük nəzarətindən azad 
edilməsi isə mütləq xarakter daşımır. Belə ki, baqajda ölkəyə 
gətirilməsi və ya çıxarılması qanunla qadağan olunan ya da yerləşmə 
dövlətinin xüsusi qaydaları ilə  tənzimlənən mallar olması haqqında 
                                                 
1
 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı, 2001. s. 109-110 
 
168 

 
170 
kifayət qədər əsas olduqda, gömrük baxışı diplomatik agentin və ya 
onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər. Bu 
maddə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 197-ci 
maddəsində də öz əksini tapmışdır.  
Onu da qeyd edək ki, Konvensiyanın bu maddəsi onun 30-cu 
maddəsinin 2-ci bəndi ilə ziddiyyət təşkil edir. Həmin maddədə 
diplomatik agentin şəxsi mülkiyyətinin toxunulmazlığı  təsbit olun-
muşdur. Və bu toxunulmazlığa  əsasən diplomatın baqajı onun şəxsi 
mülkiyyəti kimi nəzarətdən tamamilə azad edilməlidir. Bu 
uyğunsuzluq diplomatiya hüququnun sonrakı məcəllələşdirilməsində, 
zənnimizcə, aradan qaldırılmalıdır.  
Diplomatın özünə  gəldikdə isə, o, şəxsi nəzarətdən azaddır. 
Lakin son dövrlərdə, xüsusilə terror hadisələri ilə  əlaqədar bəzi 
dövlətlər, hətta ayrı-ayrı aviaşirkətlər tərəfindən təhlükəsizlik 
məqsədilə gömrük keçidlərində nəzarət daha da gücləndirilmişdir ki, 
bununla əlaqədar olaraq diplomatların şəxsi bagajlarına, hətta onların 
özlərinə nəzarət həyata keçirilir. Baş vermiş hadisələri nəzərə alaraq 
buna müəyyən mənada haqq qazandırmaq mümkün olsa da, 
zənnimizcə, bu məsələni diplomatik agentlərin hava gəmilərinə 
buraxılmasının xüsusi prosedurlarını  nəzərdə tutan beynəlxalq 
razılaşmaların imzalanması yolu ilə tənzimləmək daha düzgün olardı.  
Dövlətlərin praktikasında qarşılıqlı  əsasda digər imtiyazların 
verilməsi də mümkündür. Onların bir çoxu beynəlxalq hüquq 
normaları ilə deyil, nəzakət normaları ilə nəzərdə tutulur.  
Yerli dövlətin vətəndaşı olan diplomatik agentlərə gəldikdə isə 
onlara zəruri olan minimum immunitetlər verilir. Konvensiyanın 38-
ci maddəsinin 1-ci bəndinə  əsasən onlar yalnız öz funksiyalarını 
yerinə yetirərkən etdiyi rəsmi hərəkətlərə münasibətdə yurisdiksiya 
immuniteti və toxunulmazlıqdan istifadə edirlər. Bununla yanaşı yerli 
dövlət belə diplomatik agentlərə  əlavə immunitet və imtiyazlar da 
verə bilər.  
Bütün bu diplomatik immunitet və imtiyazlardan diplomatik 
agentlərdən başqa, onlarla bir yerdə yaşayan və yerli dövlətin 
vətəndaşları olmayan ailə üzvləri də istifadə edir. Bu o deməkdir ki, 
diplomatik agentin ailə üzvünə  şəxsi toxunulmazlıq hüququ, əmlak 
və iqamətgahın toxunulmazlığı hüququ, artıq qeyd etdiyimiz 
istisnalarla yerləşmə dövlətinin yurisdiksiyasından immunitet, vergi 
və gömrük imtiyazları verilir.  
 
171
Diplomatik agentin ailə üzvlərinin diplomatik agentlə eyni 
immunitet və imtiyazlardan istifadə etməsi beynəlxalq hüquq və 
dövlətlərarası praktika ilə  hər zaman tanınmışdır. Onlara bu cür 
immunitet və imtiyazların verilməsi nümayəndəliyin normal 
fəaliyyətini təmin edən vasitələrdəndir. Lakin diplomatın konkret 
olaraq hansı ailə üzvlərinə bu immunitet və imtiyazların  şamil 
edilməsi ilə bağlı ədəbiyyatlarda və praktikada vahid fikir və meyar 
yoxdur. Konvensiyanın 37- ci maddəsinə müvafiq olaraq ailə üzvləri 
yerləşmə dövlətinin vətəndaşları olmamalı və diplomatik agentlə bir 
yerdə yaşamalıdır. Lakin praktikada bəzən diplomatik agentdən ayrı 
yaşayan ailə üzvlərinin də immunitetlərdən istifadə etməsi hallarına 
rast gəlinir. Bu məsələ əsasən daxili qanunvericiliklə tənzimlənir.  
Ailə üzvləri də diplomatik personalın üzvləri kimi xüsusi dip-
lomatik kartoçka alırlar.  
 
Download 4.58 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling