Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


Download 4.58 Kb.
Pdf ko'rish
bet18/42
Sana24.09.2017
Hajmi4.58 Kb.
#16373
TuriDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

missiyaların bitməsi  və ya onların yerinə yetirdikləri funksiyaların 
kəsilməsi hallarını nəzərdən keçirək. 1975-ci il Vyana Konvensiyası 
ümumi  şərt kimi iki halı  nəzərdə tutur. Burada deyilir ki, daimi 
nümayəndəliyin və ya onun diplomatik personalının üzvünün 
funksiyaları xüsusilə: 
1) göndərən dövlət tərəfindən bu haqda Təşkilata xəbərdarlıq 
ediləndə; 2) əgər daimi nümayəndəliklər müvəqqəti və ya tamamilə 
geri çağırılanda – kəsilmiş hesab olunur.  
6.3. Beynəlxalq təşkilatın orqan və konfranslarında  
dövlətlərin nümayəndə heyətləri 
 
Beynəlxalq təşkilatlara münasibətdə dövlətlərin diplomatik 
fəaliyyətinin həyata keçirilməsində daimi xarici əlaqə orqanları ilə 
yanaşı beynəlxalq təşkilatın orqan və konfranslarındakı nümayəndə 
heyətləri (deleqasiyalar) kimi müvəqqəti xarici əlaqə orqanları da 
mühüm rol oynayır.  
“Deleqasiya – beynəlxalq konfransın işi gedişatında müəyyən 
olunmuş  vəzifələrin həyata keçirilməsi üçün yaradılan və 
missiyalarının bitdiyi təqdirdə özü də bitən dövlətin xarici 
əlaqələrinin müvəqqəti xarici orqanıdır”. 
1
Daimi nümayəndəliklərdə olduğu kimi, beynəlxalq 
konfranslarda deleqasiyaların da hüquqi vəziyyəti onunla müəyyən 
olunur ki, deleqasiyalar belə konfranslarda öz dövlətlərini təmsil edir 
və onun adından çıxış edirlər. Konfransın istər mühüm beynəlxalq 
problemin həlli üçün, istərsə  də nisbətən kiçik texniki məsələlərin 
həlli üçün çağırılması deleqasiyaların hüquqi vəziyyətinə təsir göstərə 
bilməz – hər iki halda onlar dövlətin nümayəndələri olaraq qalırlar ki, 
bu da onların statusunu müəyyən edir.  
Deleqasiyaların hüquqi vəziyyətini müəyyən edən spesifik 
xüsusiyyət ondan ibarətdir ki, onlar konfrans keçirilən dövlətə 
akkreditə olunmur və konfransın özü və onun iştirakçıları qarşısında 
öz dövlətlərinin nümayəndəsi, təmsilçisi kimi çıxış edirlər. Bu 
                                                 
baxımdan onların mövqeyi beynəlxalq təşkilatlar yanında daimi 
nümayəndəliklərin mövqeyi ilə üst-üstə düşür.  
Deleqasiyaların daimi nümayəndəliklərdən fərqli cəhəti də 
vardır və bu da ondan ibarətdir ki, deleqasiyalar onları göndərən 
dövlətin müvəqqəti orqanıdır. Bu baxımdan onlar xüsusi missiyalara 
daha yaxındırlar. Xüsusi missiyalar məlum olduğu kimi dövlət 
tərəfindən konkret vəzifələri həyata keçirmək üçün, müəyyən, adətən 
nisbətən kiçik müddətə göndərilirlər.  
Göründüyü kimi beynəlxalq təşkilatın orqanlarında və 
beynəlxalq konfranslarda dövlətlərin deleqasiyaları  və xüsusi 
missiyalar eyni xüsusiyyətlərə malikdirlər. Bunlar aşağıdakılardır: 1) 
xarici  əlaqələrin bu cür orqanlarının nümayəndəlik xarakteri; 2) 
onların müvəqqəti xarakteri; 3) onların həyata keçirdikləri vəzifələrin 
konkret məqsədli xarakteri.  
Məhz buna görə  də bir sıra müəlliflər beynəlxalq 
konfranslardakı deleqasiyaları xüsusi missiyalara aid edirlər.  
Lakin zahirən oxşasalar da onlar diplomatiyanın ayrı –ayrı 
formalarıdırlar. Deleqasiyaların, çoxtərəfli forum olan konfranslarda 
dövlətlərin nümayəndələri kimi spesifik vəziyyətini nəzərə almaq 
lazımdır. Bundan başqa konfrans müəyyən dövlətdə keçirilir və bu 
dövlətlə deleqasiya arasında müəyyən hüquq münasibətləri yaranır. 
Lakin bu adi ikitərəfli münasibətlər deyildir. Bu münasibətlər ondan 
yaranır ki, dövlət öz ərazisində konfransı  qəbul edərkən, konfransa 
münasibətdə öz üzərinə öhdəlik götürür.  
Xüsusi missiya – ikitərəfli xarakter daşıyan missiyadır. Xüsusi 
missiyalar haqqında 1969-cu il Konvensiyasının 8-ci maddəsində 
qəbul edən dövlət tərəfindən xüsusi missiyanın üzvü kimi istənilən 
şəxsin təyin olunmasına rədd cavabının verilməsi kimi ikitərəfli 
diplomatiyaya xas olan tədbirlər nəzərdə tutulmuşdur. Eyni zamanda 
həmin Konvensiyanın 12-ci maddəsinə  əsasən xüsusi missiyanın 
istənilən üzvü qəbul edən dövlət tərəfindən persona non grata elan 
edilə bilər. Xüsusi missiyanın özü isə başqa dövlətə qabaqcadan 
ondan alınmış razılıq əsasında göndərilir.  
Bütün yuxarıda göstərilən müddəalardan heç biri, nə beynəl-
xalq təşkilatlar yanında daimi nümayəndəliklərə, nə  də 
deleqasiyaların üzvlərinə  şamil edilmir, çünki onlar yerləşmə 
dövlətinə akkreditə olunmadıqlarına görə  fərqli hüquqi statusa 
malikdirlər. Öz nüfuzuna önəm verən heç bir beynəlxalq təşkilat 
1
 Кузнецов С.А. Представители государств в международных орга-
низациях М.: Международные отношения,1980, с. 51.  
 
194 
 
195

yerləşmə dövlətinin onun dəvət etdiyi nümayəndələrə belə münasibət 
bəsləməsinə icazə verməz.  
Bütün bu göstərilənlər xüsusi missiyalar haqqında 1969-cu il 
Konvensiyasının beynəlxalq təşkilatlardakı deleqasiyalara tətbiq 
olunmasının qeyri – mümkün olduğunu isbat edir. Buna görə  də 
Beynəlxalq Hüquq Komissiyası haqlı olaraq orqan və 
Konfranslardakı deleqasiyalar bölməsini 1975-ci il Konvensiyasına 
daxil etmişdir. Bununla yanaşı Beynəlxalq Hüquq Komissiyası 
deleqasiyanın fəaliyyətinin müvəqqəti xarakterini nəzərə alaraq, öz 
işlərində eyni zamanda 1969-cu il Konvensiyasının uyğun 
müddəalarından da istifadə etmişdir.  
1975-ci il Konvensiyasının 42-ci maddəsinə uyğun olaraq 
dövlət təşkilatın qaydalarına uyğun olaraq onun orqanlarına və ya 
konfransa deleqasiya göndərə bilər. Həmin maddənin 2-ci bəndində 
deyilir ki, “təşkilatın qaydalarına uyğun olaraq” iki və ya daha çox 
dövlət eyni deleqasiyanı orqan və ya konfransa göndərə bilər.  
Orqan və ya konfransdakı deleqasiya göndərən dövlətin bir və 
ya bir neçə nümayəndəsindən ibarət olur ki, onların da arasından 
dövlət, deleqasiyanın başçısını  təyin edə bilər. Deleqasiyaya, 
həmçinin diplomatik, inzibati – texniki və xidmətçi personal daxil ola 
bilər.  
Konvensiya müəyyən edir ki, diplomatik personalın üzvləri 
deleqasiyanın, ekspert və müşavirlər də daxil olmaqla göndərən 
dövlət tərəfindən diplomatik statusla təchiz olunan üzvləridir.  
Orqan və ya konfranslardakı deleqasiyanın personalının sayı, 
orqanın funksiyalarını  və ya konfransın vəzifələrini, həmçinin 
deleqasiyanın təlabatını  və yerləşmə dövlətində mövcud şəraiti və 
şərtləri nəzərə almaqla normal və  ağlabatan həddən kənara 
çıxmamalıdır.  
Bu istisnanı  və eləcə  də, deleqasiyanın başçısı  və onun qalan 
diplomatik personalının üzvləri üçün göndərən dövlətin vətəndaşları 
olmaq tələbini nəzərə almaqla göndərən dövlət deleqasiyanın 
tərkibini müstəqil müəyyən edə bilər.  
Göndərən dövlət, təşkilatı və ya konfransı deleqasiyanın tərkibi 
haqda, onun gəlişi və gedişi haqda, deleqasiyanın xidməti binası  və 
onun şəxsi binasının yeri haqda xəbərdar etməlidir.  
Göstərilən müddəa 47-ci maddənin 1-ci bəndində  əks olunur. 
Həmin maddənin 2-ci bəndində deyilir ki; “Mümkün olduğu təqdirdə 
deleqasiyanın gəlişi və  qəti gedişi haqqında məlumat qabaqcadan 
verilməlidir.” Bu müddəa, xüsusilə, mühüm əhəmiyyət kəsb edir. 
Belə ki, əks təqdirdə  həmin  şəxslərin yerləşmə dövlətinin  ərazisinə 
gəldiyi andan immunitet və üstünlüklərlə  təmin edilməsi çətinlik 
törədər. Bu, xüsusilə, aralarında vizasız rejimi olan dövlətlərə aiddir.  
Şübhəsiz ki, yerləşmə dövləti, viza verdiyi yuxarıda adı çəkilən 
nümayəndələri gəldikləri andan immunitet və imtiyazlarla təmin 
etməlidir. Və buna görə  də, təbii ki, təşkilat və ya konfransı daimi 
nümayəndəliklərin və deleqasiyaların  əməkdaşlarının gəlişi haqda 
qabaqcadan xəbərdar etmək göndərən dövlətin öz maraqlarına xidmət 
edir. Təşkilat və ya konfrans da öz növbəsində bu cür məlumatı 
yubatmadan yerləşmə dövlətinə ötürməlidir ki, sonuncusu bütün 
dövlətlərin nümayəndələrini gəldikləri andan immunitet və 
imtiyazlarla təmin edə bilsin.  
Deleqasiyanın başçısının səlahiyyətlərinə  gəldikdə isə onların 
verilməsi qaydası daimi nümayəndəliklərdə olduğu kimidir.  
1969-cu il Konvensiyasında olduğu kimi 1975-ci il 
Konvensiyası da orqan və konfransda deleqasiyaya rəhbərlik edən 
dövlət başçısının və digər yüksək rütbəli  şəxslərin statusu haqqında 
xüsusi müddəanı əks etdirir. Müasir beynəlxalq həyatın mühüm və ən 
mürəkkəb məsələlərinin həllində xüsusi yer tutan yüksək diplomatiya 
müasir diplomatik praktikada əsas vasitələrdəndir. BMT-nin Baş 
Asambleyasına dövlət və hökumət başçıları  tərəfindən rəhbərlik 
edilən deleqasiyaların göndərilməsinə günümüzdə tez-tez rast gəlinir.  
1975-ci il Vyana Konvensiyasına əsasən xaricdə rəsmi səfərdə 
olan dövlət başçısı  və ya dövlətin konstitusiyasına uyğun olaraq 
dövlət başçısı funksiyasını yerinə yetirən kollegial orqanın hər bir 
üzvü deleqasiyanın başçısı kimi Konvensiyada nəzərdə tutulan 
immunitet və imtiyazlardan başqa bu şəxslərin beynəlxalq hüquqla 
nəzərdə tutulan digər  əlavə imkan və imtiyazlarından da istifadə 
edirlər (maddə 50, 1-ci bənd). Deleqasiyaya rəhbərlik edən hökumət 
başçısı, xarici işlər Naziri və ya digər yüksək rütbəli  şəxslər də 
həmçinin beynəlxalq hüquqla nəzərdə tutulan əlavə immunitet və 
üstünlüklərdən istifadə edirlər. (2-ci bənd).  
 
6. 4. Müşahidəçilərin hüquqi statusu  
 
1975-ci il Vyana Konvensiyasında universal xarakterli 
 
196 
 
197

maraqlanır, informasiya almaq niyyətindədir.” 
1
beynəlxalq təşkilatlar yanında dövlətlərin daimi müşahidəçilərinin 
hüquqi statuslarının, imunitet və üstünlüklərinin müəyyən olunması 
beynəlxalq hüquqda böyük yenilik olmuşdur. 
1
 Belə ki, həmin vaxta 
qədər müşahidəçilərin hüquqi vəziyyəti beynəlxalq nəzakət normaları 
ilə tənzimlənmişdir.  
Həmçinin, onu da qeyd etmək lazımdır ki, daha erkən 
zamanlarda da beynəlxalq konfrans və konqreslərdə birbaşa iştirak 
etməyən, lakin onların gedişatından maraqlı olan dövlətlər konfransın 
(konqresin) keçirildiyi dövlətdəki öz səfirliklərindən istifadə edərək 
və ya məxfi nümayəndələr göndərərək onun işinə  nəzarət edirdilər. 
Lakin bu şəxslər müşahidəçi kimi elan olunmadıqlarına görə və buna 
görə  də konfrans tərəfindən rəsmi olaraq bu keyfiyyətdə 
tanınmadıqlarına görə onların xüsusi hüquqi rejimi barədə  məsələ 
yaranmamışdır.  
Müşahidəçilər institutu nisbətən yeni institutlardandır. Mü-
şahidəçilər deyərkən bu və ya digər beynəlxalq təşkilatın üzvü 
olmayan və ya bilavasitə beynəlxalq konfransın iştirakçısı olmayan 
dövlətlər tərəfindən rəsmi olaraq təyin olunan daimi xarakterli, 
konfrans üçün isə müvəqqəti xarakterli missiyalar nəzərdə tutulur. Bu 
cür missiyaların  əsas məqsədi həmin dövləti təşkilat yanında, orqan 
və ya konfransda təmsil etmək və göndərən dövlətin adından 
müşahidəçi keyfiyyətində adı çəkilən forumların fəaliyyətində iştirak 
etməkdən ibarətdir.  
Bizim dövrümüzdə isə beynəlxalq təşkilatlar yanına, 
beynəlxalq konfranslara dövlətlər, beynəlxalq təşkilatlar və həmçinin 
milli azadlıq hərəkatları  tərəfindən nümayəndələr göndərilməsi adi 
hala çevrilmişdir.  
Azərbaycan Respublikası hal-hazırda iki beynəlxalq təşkilatda 
öz daimi müşahidəçi missiyasını təsis etmişdir.  
Onların göndərilməsinin mümkünlüyü bəzi hallarda konfrans 
keçirən təşkilatın qərarlarında, bəzən isə konfransın qaydaları ilə 
nəzərdə tutulur.  
1)
 
Azərbaycan Respublikasının Avropa İttifaqı yanında 
missiyası respublikamızın Brüsseldəki səfirinə həvalə olunmuşdur.  
Lakin artıq qeyd etdiyimiz kimi müşahidəçilərin statusu 
məsələsi beynəlxalq hüquqda yenilikdir. Baxmayaraq ki, bu institut I 
Dünya müharibəsinin sonundan bəri mövcuddur, onların vəziyyəti 
hüquq normaları ilə deyil, nəzakət normaları ilə tənzimlənirdi.  
2)
 
NATO yanında Azərbaycanın daimi missiyası.  
Azərbaycanın bu missiyalarında diplomatik personalın  əmək-
daşları həmin qurumlarla sıx əlaqə saxlayır, imzalanmış müqavilələr 
əsasında  əməkdaşlığın genişləndirilməsi imkanlarını öyrənir. 
Məsələn, NATO-nun “Sülh naminə  tərəfdaşlıq” proqramı 
çərçivəsində hərtərəfli əməkdaşlıq imkanları mənimsənilir.  
BMT-nin bütün fəaliyyəti dövründə daimi müşahidəçilərin 
hüquqi vəziyyəti tənzimlənməmiş olaraq qalırdı. BMT-nin 
Nizamnaməsində, BMT-nin mərkəzi orqanlarının yerləşməsi 
haqqında 1947-ci il BMT və ABŞ razılaşmasında, BMT-nin 1948-ci 
il 3 dekabr Bəyannaməsində üzv olmayan dövlətlərin 
nümayəndələrinin statusu haqqında heç bir müddəa 
yerləşdirilməmişdir. Buna görə  də bu nümayəndələr rəsmi tanınmış 
statusa malik deyildilər.  
Müşahidəçilər institutunun yaranmasını bir çox müəlliflər 
ABŞ-ın I Dünya müharibəsindən sonrakı praktikası ilə 
əlaqələndirirlər. ABŞ Millətlər Cəmiyyətinin üzvü olmasa da, onun 
bir sıra orqanlarına öz müşahidəçilərini göndərmişdir. Burada əsas 
məqsəd təkcə Millətlər Cəmiyyətində baş verənləri müşahidə etmək 
deyil, eyni zamanda onun fəaliyyətinə müəyən təsir göstərmək idi. 
“Onların (müşahidəçilərin)  əsas vəzifəsi dövlətin bu və ya digər 
səbəbdən rəsmi olaraq iştirak etmək istəmədiyi beynəlxalq 
konfranslarda və ya digər iclaslarda iştirak etməkdir. Müşahidəçilərin 
iştiraki onu göstərir ki, onlari göndərən dövlət həmin məsələ ilə 
                                                 
 
199
Buna görə də, nümayəndəliklərin bu kateqoriyalarının bu və ya 
digər dövlətin  ərazisində imunitet və imtiyazlarla təmin olunması 
beynəlxalq nəzakət normalarına əsaslanır. Məsələn, ABŞ-ın mövcud 
daxili qanunvericiliyinə  əsasən  əgər bu şəxslər ABŞ-ın diplomatik 
siyahısında yoxdursa, o zaman burada onlara verilə biləcək bütün 
imtiyaz və üstünlüklər yalnız nəzakət qaydalarına əsaslanır.  
                                                 
1
 Кузнецов С.А. Представители государств в международных орга-
низациях М.: Международные отношения,1980, с. 69.  
1
 История дипломатии (под ред. В.А.Потемкина), Т. III, М.-Л., 1945, 
с. 776.  
 
198 

Birləşmiş  Ştatlardan fərqli olaraq İsveçrə Cenevrədəki daimi 
müşahidəçilərə demək olar ki, BMT-nin Avropa şöbəsi yanında 
daimi nümayəndəliklərlə verilən eyni imunitet və imtiyazlar verir. 
Lakin bu da hər hansı bir razılaşma  əsasında və ya daxili 
qanunvericilik əsasında deyil, nəzakət qaydalarına əsasən verilir.  
Müşahidəçilərin rolu təbiətinə  əsasən diplomatik xarakter 
daşıyır. Onu da, xüsusilə, qeyd etmək lazımdır ki, bu nümayəndələr 
təşkilatla münasibətdə öz dövlətlərini təmsil etdiklərinə görə və lazım 
gəldiyi təqdirdə  həmin dövlətin adından çıxış etdiklərinə görə 
nümayəndəlik xarakteri daşıyırlar. Buna görə  də, bu məsələ ilə 
əlaqədar Beynəlxalq Hüquq Komissiyası iş apararkən belə bir düzgün 
nəticəyə gəlmişdir ki, beynəlxalq təşkilatlar yanında müşahidəçilərin 
hüquqi statusu daimi nümayəndəliklərin hüquqi statusu ilə 
eyniləşdirilməlidir. Bu cür yanaşmanın nəticəsi kimi Beynəlxalq 
Hüquq Komissiyası daimi nümayəndəliklərə və daimi müşahidəçilər 
missiyasına aid olan maddələri öz layihələrinin vahid hissəsində 
birləşdirmişdir.  
1975-ci il Vyana Konvensiyası bu mövqeyi tamamilə  qəbul 
etmişdir. Nəticədə Konvensiyanın II bölməsində  nəzərdə tutulan 
hüquqi status, immunitet və imtiyazlara aid olan maddələr eyni 
dərəcədə həm daimi nümayəndəliklərə, həm də daimi müşahidəçilərə 
şamil olunur.  
Konvensiyanın 1-ci maddəsinin 8-ci bəndi müşahidəçilərin 
daimi missiyasını beynəlxalq təşkilatın üzvü olmayan dövləti 
təşkilatda təmsil etməsi üçün həmin dövlət tərəfindən göndərilən 
daimi xarakterli missiya kimi müəyyən etmişdir. Onların təsis 
edilməsinin şərti daimi nümayəndəliklər üçün qoyulan şərtlə eynidir, 
yəni “əgər bu təşkilatın qaydaları ilə icazə verilərsə”. Dövlət 
personalın sayına və onun vətəndaşlığına aid olan 14 və 73-cü 
maddələri nəzərə almaqla müşahidəçilərin daimi missiyasının 
əməkdaşlarını  sərbəst müəyyən etmək hüququna malikdir. Daimi 
nümayəndəliklərdə olduğu kimi göndərən dövlət, eyni şəxsi iki və ya 
daha artıq beynəlxalq təşkilat yanında daimi müşahidəçilər 
missiyasının başçısı kimi təyin edə bilər və ya daimi müşahidəçilər 
missiyasının başçısını özünün digər daimi müşahidəçilər missiyasının 
diplomatik personalının üzvü təyin edə bilər(maddə 8, 1-ci bənd).  
Müşahidəçilərin daimi missiyasının funksiyaları, daimi 
nümayəndəliklərin funksiyaları ilə oxşar olsalar da, bir sıra fərqli 
cəhətlərə  də malikdirlər. Bu da ondan irəli gəlir ki, daimi 
müşahidəçini göndərən dövlət təşkilatın üzvü olmadığına görə onun 
fəaliyyətində bilavasitə yaxından iştirak edə bilmir. Və bu fərq də 
uyğun maddələrdə özünü göstərmişdir. Daimi müşahidəçilərin 
funksiyaları nisbətən daha məhdud xarakter daşıyır. Onlar Təşkilatın 
bu və ya digər orqanında qərar qəbul edilməsi üçün keçirilən 
müzakirələrdə, səsvermədə  iştirak edə bilməzlər. Lakin bu və ya 
digər məsələnin müzakirəsində iştirak etymək və bu məsələ ilə bağlı 
öz mövqeyini açıqlamaq, bildirmək hüququna malikdirlər.  
Konvensiya daimi müşahidəçilər missiyasının da 
funksiyalarını sadalayarkən onların tam siyahısını vermir. Burada 
Təşkilat və göndərən dövlət arasında  əlaqələri saxlamaq və onlar 
arasında  əməkdaşlığa yardım etmək, Təşkilatda həyata keçirilən 
fəaliyyəti araşdırıb bu haqda öz dövlətinin hökumətinə  məlumat 
vermək, uyğun hallarda təşkilatla danışıqlar aparmaq və  nəhayət, 
Təşkilat yanında göndərən dövləti təmsil etmək kimi funksiyaların 
adı çəkilmişdir.  
Orqan və konfranslardakı müşahidəçilərin hüquqi vəziyyətini 
tənzim edən müddəaların Konvensiyaya daxil edilməsi konfransda 
bəzi çətinliklərlə qarşılanmışdır. Konfrans uzun müzakirələrdən sonra 
“orqan və konfranslarda müşahidəçilər deleqasiyası” adlanan 
müstəqil IV bölməni Konvensiyaya daxil etməyi qərara aldı. Bu 
bölmə 71 və 72-ci maddələrdən ibarətdir. 71-ci maddədə deyilir ki, 
dövlət təşkilatın qaydalarına uyğun olaraq müşahidəçilər 
deleqasiyasını orqan və ya konfransa göndərə bilər.  
72-ci maddəyə  əsasən isə deleqasiyalara aid olan hüquq 
normaları müşahidəçilərə də tətbiq olunur.  
Onu da qeyd etmək lazımdır ki, 1975-ci il Konvensiyası, dip-
lomatiya sahəsinə aid olan ondan əvvəlki konvensiyalar kimi gələcək 
iştirakçılar keyfiyyətində beynəlxalq hüququn bütün subyektlərini 
deyil, təkcə suveren dövlətləri nəzərdə tutur. Buna görə  də öz 
azadlığı  uğrunda mübarizə aparan xalqların və o cümlədən, 
beynəlxalq təşkilatların göndərdikləri orqan və konfransdakı 
nümayəndələri və müşahidəçiləri bu Konvensiyanın məzmununa 
görə beynəlxalq hüquqi cəhətdən tənzimlənmirlər. Lakin praktika bu 
cür subyektlərin də deleqasiya və müşahidəçilərinə müəyyən formada 
imunitet və imtiyazların şamil edilməsini tələb edir.  
Məsələn, elə  həmin 1975-ci il Vyana Konfransında 81 üzv-
 
200 
 
201

dövlətin iştirakçısından  əlavə, xüsusi qətnamə ilə BMT-nin 
ixtisaslaşdırılmış müəssisələrinə - BƏT, YUNESKO, BİYB, BPİ, 
FAO, BST və AEBA və digər maraqlı olan hökumətlərarası 
təşkilatlara öz müşahidəçilərini göndərmək təklif olunmuşdur. Həmin 
konfransda bir sıra regional beynəlxalq təşkilatlarlar da öz 
müşahidəçiləri ilə təmsil olunmuşdular (Məs.: Avropa Şurası, Avropa  
İqtisadi Birliyi, Ərəb ölkələri Cəmiyyəti).  
Bir sıra məhəlli beynəlxalq təşkilatlarda beynəlxalq 
təşkilatların orqanlarında öz müşahidəçilərinə malikdirlər. Belə ki, 
aşağıdakı regional beynəlxalq təşkilatlara xüsusi qətnamə ilə BMT-
nin Baş Assambleyasında müşahidəçi statusu verilmişdir: Amerika 
Dövlətləri Təşkilatı,  Ərəb Dövlətləri Cəmiyyəti və Afrika Birliyi 
Təşkilatına.  
Baş Assambleya, həmçinin Avropa İqtisadi Birliyinə və İslam 
Konfransı  Təşkilatına da öz sessiyalarında müşahidəçi statusu 
vermişdir. Fələstin Azadlıq Təşkilatı da Baş Assambleyanın ses-
siyasında müşahidəçi statusundan istifadə edir ki, bu da beynəlxalq 
hüququn subyekti kimi, öz azadlığı uğrunda mübarizə aparan xalqın 
xarici əlaqələrdə iştirak etməsi formalarından biridir.  
Lakin orqan və konfranslara milli azadlıq hərəkatlarından 
müşahidəçilər göndərmək praktikası  hələ uyğun hüquqi əsasa malik 
deyildir. Onu demək kifayətdir ki, hətta dövlətlərin müşahidəçiləri 
belə bir sıra yerləşmə dövlətlərində imtiyazlardan istifadə etmək 
hüququna malik deyillər. Və onlara belə immunitet və üstünlüklərin 
verilməsi artıq qeyd etdiyimiz kimi nəzakət qaydalarına əsaslanır.  
Bunları  nəzərə alaraq 1975-ci il Vyana Konfransında bir sıra 
dövlətlərin təkidi ilə xüsusi qətnamə  qəbul edildi. Bu qətnamədə 
BMT-nin Baş Assambleyasından xahiş olunurdu ki, növbəti sesiyada 
milli azadlıq hərəkatından olan müşahidəçilərin statusunu, immunitet 
və imtiyazlarını nizamlamaq haqda məsələyə baxılsın.
1
 Konfrans 
dövlətlərə tövsiyə edirdi ki, bu məsələnin həllınə qədər onlar bu cür 
hərəkatlardan olan müşahidəçi və deleqasiyaları onlara vacib olan 
imunitet və imtiyazlarla təmin etsinlər.  
Və son olaraq onu qeyd etmək olar ki, bütün bu çətinliklərə 
baxmayaraq konfrans beynəlxalq praktikada ilk dəfə olaraq universal 
xarakterli beynəlxalq təşkilatlar yanında daimi müşahidəçilərin və 
                                                 
həmçinin orqan və konfranslardakı müşahidəçilərin hüquqi statusu, 
immunitet və imtiyazları haqqında dəqiq müəyyən olunmuş 
normaları çoxtərəfli konvensiya halında qəbul edə bildi. Bu 
beynəlxalq hüquqda yenilikdir və beynəlxalq hüququn proqressiv 
inkişafı yolunda mühüm addım sayılır.  
 
6.5. Dövlətin beynəlxalq təşkilat və konfranslardakı  
nümayəndələrinin immunitet və imtiyazları.  
 
Beynəlxalq təşkilatlara münasibətdə dövlətlərin nümayəndəliyi 
haqqında Konvensiyanın işlənib hazırlanmasına gətirib çıxardan əsas 
səbəblərdən biri də beynəlxalq təşkilatlar və beynəlxalq konfranslarla 
münasibətlər sahəsində  iştirak edən dövlətin nümayəndələrinin 
immunitet və üstünlüklərinin maksimum dərəcədə dövlətin xaricdəki 
səfirlik və missiyalarında çalışan agentlərinin istifadə etdikləri 
immunitet və imtiyazlara yaxınlaşdırılması idi. 1975-ci il 
Konvensiyası bu mövqeni tamamilə  mənimsəmiş  və o qüvvəyə 
mindikdən sonra dövlətlərin burada nəzərdə tutulan kateqoriyalarının 
immunitet, üstünlük və imtiyazları diplomatik immunitet və 
imtiyazlara çox yaxın və ya analoji olacaq. Belə ki, hər iki halda 
beynəlxalq hüququn subyektlərinin nümayəndələrindən, onların 
onların xaricdəki xarici əlaqə orqanlarından bəhs edilir.  
Diplomatiya sahəsində mövcud olan bütün konvensiyalarda 
olduğu kimi nəzərdə tutulan bütün immunitet və imtiyazlar iki qrupa 
bölünür: xaricdəki xarici əlaqə orqanlarının özlərinin immunitet və 
üstünlükləri və bu orqanların  əməkdaşlarının  şəxsi immunitet və 
üstünlükləri.  
Birinci qruppa – nümayəndəliklərin və orqan və konfransdakı 
deleqasiyaların binalarının toxunulmazlığı, onların arxiv və 
sənədlərinin toxunulmazlığı, vergi imtiyazları, nümayəndəliyin və 
deleqasiyaların binalarında göndərən dövlətin bayraq və 
nişanələrindən (gerb) istifadə etmək hüququ aiddir. İkinci qrupa – 
şəxsi toxunulmazlıq, qərargahın və  əmlakın toxunulmazlığı, 
sənədlərin və korrespondensiyanın toxunulmazlığı, yurisdiksiya 
immuniteti, vergi və  yığımlardan azad edilmələr, gömrük 
rüsumlarından və nəzarətindən azad olunma və s. aiddir.  
Yerləşmə dövlətinə münasibətdə Konvensiyanın müəyyən 
etdiyi ümumi prinsipə əsasən, bu dövlət, hər şeydən əvvəl göndərən 
1
 Сандровский К.К. Право внешних сношений. Киев: 1986, с. 270 
 
202 
 
203

dövlətin nümayəndəliyinə (deleqasiyasına) ümumi imtiyazlar təqdim 
etməli və onlara funksiyalarını  həyata keçirə bilmələri üçün lazımi 
imkanları yaratmalıdır. Təşkilat və ya konfrans, öz növbəsində bu cür 
imkanlarla təmin olunmaları üçün nümayəndəliklərə (deleqasiyalara) 
yardım etməli və  həmçinin öz səlahiyyətlərinə daxil olan digər 
imkanlarla onları təmin etməlidir.  
İndi də, birinci qrupa daxil olan immunitet və üstünlüklərin 
araşdırılmasına keçək. Xarici əlaqələrin bütün xarici orqanlarında 
olduğu kimi burada da nümayəndəliyin binasının toxunulmazlığı 
əsas yerdə durur. Nümayəndəliyin binası deyərkən, burada daimi 
nümayəndəliyin, müşahidəçilərin daimi missiyalarının, beynəlxalq 
təşkilatın orqanında və beynəlxalq konfranslardakı deleqasiyaların, 
orqan və ya konfransdakı deleqasiyaların binaları nəzərədə tutulur.  
Nümayəndəlik və deleqasiyaların binalarının tam 
toxunulmazlığının Konvensiya ilə  təmin olunması  məsələsi çox 
mürəkkəb məsələlərdən idi. Belə ki, Konvensiyanın nümayəndəlik 
(23) və deleqasiyaların (54) binalarının toxunulmamazlığına aid 
uyğun maddələrinin hazırlanmasında BHK-sı 1969-cu il Xüsusi 
missiyalar haqqında Konvensiyanın 25-ci maddəsində olduğu kimi 
“fövqəladə  vəziyyət” qeyd-şərtini daxil etməyi nəzərdə tutmuşdur. 
Təbii ki, bu da tam toxunulmazlığı təmin edə bilməzdi.  
Uzun müzakirələrdən sonra Vyana Konfransı, 23-cü maddənin 
son variantına daimi nümayəndəliklərin mütləq istisnasız 
toxunulmazlığı prinsipini yerləşdirdi. Lakin orqan və konfranslardakı 
deleqasiyaların xidməti binalarına münasibətdə bunu həyata 
keçirmək mümkün olmadı. Belə ki, layihənin 54-cü maddəsinin 
müzakirəsində lazımi 2\3 səs yığılmadı  və maddə Konvensiyanın 
mətnindən çıxarıldı.  
Bu zahirən belə görünməsə  də  əslində “son zərurət”, 
“fövqəladə vəziyyət” doktrinası praktikada bir sıra sui-istifadələrə yol 
aça bilər. Və mahiyyətcə bu qeyd-şərt suveren dövlətlərin xaricdəki 
rəsmi nümayəndəliklərinin binalarının ümumtanınmış toxunulmazlıq 
prinsipinə  xələl gətirmiş olur. Bu zaman nümayəndəliyin binasının 
mütləq toxunulmazlığından bəhs etmək əsassızdır.  
Bununla  əlaqədar bir çox deleqasiyalar, Konvensiyanın mət-
nində deleqasiyaların xüsusi yaşayış binalarının və onların 
əmlaklarının toxunulmazlığı haqqında layihənin 60-cı maddəsinin 
(son redaktədə 59-cu maddə) saxlanılmasına çalışmağa səy 
göstərirlər. Bu məsələdə əsas təşəbbüs Latın Amerikası ölkələrinə aid 
idi. Müzakirələrdən sonra 60-cı maddə qəbul edildi.  
Konvensiyanın 59-cu maddəsinin 1-ci bəndinin sonuncu 
redaktəsində deyilir: “Deleqasiyanın başçılarının, digər deleqatların 
və deleqasiyanın diplomatik personalının üzvlərinin xüsusi yaşayış 
binaları toxunulmazlıq və müdafiədən istifadə edir”. Bu maddənin 
çox mühüm əhəmiyyəti vardır, belə ki, mehmanxanalar (xüsusi 
yaşayış binaları) deleqatlar tərəfindən praktikada həm yaşayış, həm 
də xidməti bina kimi istifadə edilir.  
Deleqatların xidməti binalarına gəldikdə isə,  əsasən onlar öz 
dövlətlərinin nümayəndəlik və səfirliklərində yerləşirlər ki, bu binalar 
da 1961-ci il diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına 
əsasən tam toxunulmazlıqdan istifadə edirlər.  
Bundan başqa,  əgər, məsələn, deleqasiyanın başçısı xüsusi 
olaraq deleqasiya üçün tutulmuş binada yerləşirsə və eyni zamanda o, 
bu binadan yaşayış  məqsədlərindən başqa xidməti bina kimi də 
istifadə edirsə, o zaman bu bina təbii ki, yaşayış binası sayılır və 
uyğun olaraq Konvensiyanın 59-cu maddəsinə 
əsasən 
toxunulmazlıqdan istifadə edir.  
Bu məsələ ilə əlaqədar, son olaraq onu da qeyd etmək lazımdır 
ki, beynəlxalq hüququn mənbələri təkcə müqavilə normaları deyil, 
eyni zamanda adət normalarıdır ki, bu normalar dövlətlərin başqa 
xarici  əlaqə orqanlarının toxunulmazlığı ilə yanaşı deleqasiyaların 
xidməti binalarının da toxunulmazlığını nəzərdə tutur.  
İndiyə kimi biz, daimi nümayəndəliklərin və orqan və 
konfranslardakı deleqasiyaların binalarının toxunulmazlığından bəhs 
etdik. Daimi müşahidəçilər missiyasının və orqan və konfranslardakı 
müşahidəçi deleqasiyaların tutduqları binalarla əlaqədar olaraq 1975-ci 
il Konvensiyası  qərara alır ki, bu orqanları tamamilə daimi 
nümayəndəliklərin və orqan və konfranslardakı deleqasiyaların hüquqi 
statusu, immunitet və imtiyazları ilə eyniləşdirsin. Bu eyni zamanda 
onların tutduqları binaların toxunulmazlığına da aiddir. 
1
  
1975-ci il Vyana Konvensiyası nümayəndəliyin  arxiv və 
Download 4.58 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling