Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F
Maddə 6 Konsulluq dairəsi hüdudlarından kənarda konsul
Download 4.58 Kb. Pdf ko'rish
|
Maddə 6 Konsulluq dairəsi hüdudlarından kənarda konsul funksiyalarının yerinə yetirilməsi Konsulluğun vəzifəli şəxsi xüsusi hallarda yerləşmə dövlətinin razılığı ilə konsulluq funksiyalarını öz konsulluq dairəsi hüdud- larından kənarda yerinə yetirə bilər. Maddə 7 Üçüncü dövlətdə konsulluq funksiyalarının yerinə yetirilməsi Göndərən dövlət müvafiq dövlətləri xəbərdar etdikdən sonra, 276 277 bu dövlətlərin müəyyən şəkildə ifadə edilmiş etirazı olmadığı təqdirdə, bir dövlətdə açılmış konsulluq idarəsinə digər dövlətdə konsulluq funksiyalarını yerinə yetirməyi tapşıra bilər. Maddə 8 Üçüncü dövlətin adından konsul funksiyalarının yerinə yetirilməsi Yerləşmə dövlətini müvafiq şəkildə xəbərdarlıq etdikdən sonra, yerləşmə dövləti etiraz etmirsə, göndərən dövlətin konsulluğu yerləşmə dövlətində üçüncü dövlətin adından konsulluq funksiyalarını yerinə yetirə bilər. Maddə 9 Konsulluğun başçılarının dərəcələri 1. Konsuluğun başçıları dörd dərəcəyə bölünür. Bunlar aşağı- dakılardır: a) baş konsullar; b) konsullar; c) vitse-konsullar; d) konsul agentləri. 2. Bu maddənin 1-ci bəndi istənilən Razılaşmış Tərəfin, kon- sulluğun başçısı olmayan konsul vəzifəli şəxslərinin adlandırılmasını müəyyən etmək hüququnu məhdudlaşdırmır. Maddə 10 Konsulluq başçılarının təyin olunması və icazə verilməsi. 1. Konsulluğun başçıları göndərən dövlət tərəfindən təyin ol- unur və yerləşmə dövləti tərəfindən öz funksiyalarının icrasına burax- ılır. 2. Hazırkı konvensiyanın müddəalarına riayət etmək şərtilə konsulluq başçılarının təyin olunması və icazə verilməsinin təfərrüatı uyğun olaraq göndərən dövlətin və yerləşmə dövlətinin qanunları, qaydaları və adətləri ilə müəyyən olunur. Maddə 11 Konsul patenti və ya təyinedilmə haqqında bildiriş 1. Göndərən dövlət konsulluğun başçısına hər bir təyinedilmədə tərtib olunan, onun vəzifəsini təsdiq edən və ümumi qayda kimi onun tam adını və soyadını, aid olduğu kateqoriya və ya dərəcəsini, konsulluq dairəsini və konsulluğun olduğu yeri göstərən, patent və ya anoloji akt formasına malik olan sənəd verir. 2. Göndərən dövlət bu patenti və ya anoloji aktı diplomatik və ya digər uyğun kanallar vasitəsilə ərazisində konsulluq başçısının öz funksiyalarını yerinə yetirməli olan dövlətin hökumətinə göndərir. 3. Əgər yerləşmə dövləti razıdırsa, göndərən dövlət patentin və ya ona anoloji aktın yerinə yerləşmə dövlətinə hazırkı maddənin 1-ci bəndində bəhs olunan məlumatları ehtiva edən bildiriş göndərə bilər Maddə 12 Ekzekvatura 1. Konsulluğun başçısı öz funksiyalarının yerinə yetirilməsinə yerləşmə dövlətinin formasından asılı olmayaraq ekzekvatura ad- lanan icazəsi ilə buraxılır. 2. Ekzekvaturanı verməkdən imtina edən dövlət, göndərən dövlətə bu imtinanın səbəblərini göstərməyə borclu deyil. 3. 13 və 15-ci maddələrdə göstərilən hallar istisna olmaqla, konsulluğun başçısı ekzekvatura alınana qədər öz vəzifələrinin icras- ına başlaya bilməz. Maddə 13 Konsulluq başçılarının müvəqqəti icazəsi Ekzekvaturanın verilməsinə qədər konsulluğun başçısının funksiyalarının icrasına müvəqqəti icazə verilə bilər. Bu halda hazırkı Konvensiyanın müddəları tətbiq edilir. Maddə 14 Konsulluq dairəsi hakimiyyətinin məlumatlandırılması Konsulluq başçısına hətta müvəqqəti olaraq öz funksiyalarını yerinə yetirmək icazəsi verildikdən sonra yerləşmə dövləti təcili surətdə konsulluq dairəsinin səlahiyyətli hakimiyyət orqanına bu barədə məlumat verməlidir. Bundan əlavə yerləşmə dövləti konsulluq başçısına öz vəzifəsini icra etməsi və bu konvensiyadan irəli gələn üstünlüklərdən istifadə edə bilməsi üçün lazımi tədbirlər görülməsini təmin edir. Maddə 15 Konsulluq başçısı funksiyalarının 278 279 müvəqqəti olaraq yerinə yetirilməsi 1. Əgər konsulluq başçısı öz funksiyalarını yerinə yetirə bilmirsə və ya konsulluq başçısının vəzifəsi boşdursa, konsulluq başçısının funksiyaları konsulluq başçısı vəzifələri icra edən tərəfindən müvəqqəti yerinə yetirilir. 2. Konsulluq başçısının vəzifələrini icra edən şəxsin tam adı və soyadı göndərən dövlətin diplomatik nümayəndəliyi vasitəsilə və ya göndərən dövlətin yerləşmə dövlətində belə nümayəndəliyi ol- madıqda konsulluq başçısı tərəfindən, yaxud o bunu etmək imkanına malik deyilsə, onda göndərən dövlətin hər hansı səlahiyyətli orqanı tərəfindən yerləşmə dövlətinin Xarici İşlər Nazirliyinə və yaxud həmin nazirliyin göstərdiyi orqana bildirilir. Bu bildiriş bir qayda olaraq, qabaqcadan göndərilir. Yerləşmə dövləti öz razılığı ilə göndərən dövlətin yerləşmə dövlətində nə diplomatik agenti, nə də konsul vəzifəli şəxsi olmayan konsulluq başçısı funksiyalarının müvəqqəti icrasının icazəsini şərtləndirə bilər. 3. Yerləşmə dövlətinin səlahiyyətli orqanları konsulluq başçısı vəzifələrini icra edən şəxsə yardım göstərir və onu himayə edirlər. Konsulluğa rəhbərlik etdiyi müddətdə ona hazırkı Konvensiyanın müddəaları müvafiq konsulluq başçısı üçün nəzərdə tutulan əsaslarla şamil edilir. Buna baxmayaraq yerləşmə dövləti konsulluq başçısı vəzifələrini müvəqqəti icra edənin müəyyən şərtlərə cavab verməməsinə görə ona konsulluq başçısının istifadə etdiyi üstünlük, imtiyaz və immunitetləri verməyə də bilər. 4. Göndərən dövlətin yerləşmə dövlətindəki diplomatik nümayəndəliyinin diplomatik heyət üzvü göndərən dövlət tərəfindən bu maddənin birinci bəndinin müddəalarına əsasən konsulluq başçısı vəzifələrinin müvəqqəti icraçısı təyin olunarsa, o, diplomatik imti- yazlardan və toxunulmazlıqlardan yerləşmə dövlətinin buna etiraz etmədiyi təqdirdə istifadə etməkdə davam edir. Maddə 16 Konsulluq başçıları arasında birincilik 1. Konsulluq başçılarına hər bir dərəcədə onlara ekzekva- turanın verilməsinin tarixinə görə müəyyən olunan birincilik qaydas- ında müxtəlif yerlər verilir. 2. Konsulluğun başçısı ekzekvatura alana qədər öz funksiya- larının icrasına müvəqqəti buraxılırsa birincilik qaydasında onun yeri müvəqqəti buraxılmasının tarixi ilə müəyyən olunur; bu yer ona ekzekvatura verildikdən sonra da saxlanırlır. 3. Ekzekvaturanı və ya öz funksiyalarının yerinə yetirilməsinə müvəqqəti icazəni eyni gündə almış iki və ya bir neçə konsulluq başçısı arasında birincilik, onların patentlərinin və ya patentə analoji aktlarının və ya 11-ci maddənin 3-cü bəndində adı çəkilən bildirişlərinin yerləşmə dövlətinə təqdim olunduğu tarixlə müəyyən olunur. 4. Konsulluq başçılarının vəzifələrinin müvəqqəti icraçıları bir- incilik qaydasında bütün konsulluq başçılarından sonrakı yerləri tu- turlar, onların arasında birincilik isə 15-ci maddənin 2-ci bəndinə uy- ğun olaraq edilmiş məlumatlarda qeyd olunan konsulluğun başçıları vəzifələrinin müvəqqəti icrasına başladığı tarixlə müəyyən olunur. 5. Konsulluğun başçısı olan fəxri konsul vəzifəli şəxsləri hər bir dərəcədə əvvəlki bəndlərdə göstərilən qaydalara uyğun olaraq ştatlı konsul başçılarından sonrakı yerləri tuturlar. 6. Konsulluğun başçılarına birincilik qaydasında, bu statusa malik olmayan konsul vəzifəli şəxslərindən yuxarı yerlər aiddir. Maddə 17 Konsul vəzifəli şəxsləri tərəfindən diplomatik aktların həyata keçirilməsi 1. Göndərən dövlətin diplomatik nümayəndəliyə malik ol- madığı və üçüncü dövlətin diplomatik nümayəndəliyi ilə təmsil ol- unmadığı dövlətdə konsul vəzifəli şəxsi, yerləşmə dövlətinin razılığı ilə və onun konsul statusu dəyişdirilmədən diplomatik aktların həyata keçirilməsinə səlahiyyətləndirilə bilər. Konsul vəzifəli şəxsi tərəfindən bu cür aktların həyata keçirilməsi ona diplomatik immunit- itet və imtiyazlara iddia etmək hüququnu vermir. 2. Konsul vəzifəli şəxsi yerləşmə dövləti məlumatlandırdıqdan sonra istənilən hökümətlərarası təşkilatlarda göndərən dövlətin nü- mayəndəsi keyfiyyətində fəaliyyət göstərə bilər. Bu keyfiyyətdə fəaliyyət göstərərkən o, bu cür nümayəndəyə beynəlxalq adət hüququ və beynəlxalq müqavilələrlə verilən bütün imtiyaz və immunitetlərdən istifadə etmək hüququna malik olur. Lakin istənilən konsul funksiya- larının yerinə yetirilməsinə gəldikdə o, hazırkı konvensiyaya uyğun olaraq konsul vəzifəli şəxsin malik olduğu yurisdiksiya immunitetindən artıq immunitetə malik ola bilməz. 280 281 Maddə 18 İki və ya daha artıq dövlət tərəfindən eyni şəxsin konsul vəzifəli şəxsi təyin olunması İki və ya daha artıq dövlət yerləşmə dövlətinin razılığı ilə eyni şəxsi bu dövlətlərdə konsul vəzifəli şəxsi keyfiyyətində təyin edə bilər. Maddə 19 Konsulluq heyəti işçilərinin təyin olunması 1. Göndərən dövlət konsulluq heyəti işçilərini 20, 22 və 23-cü maddələrin müddəalarında göstərilən istisnalarla, azad şəkildə təyin edə bilər. 2. Göndərən dövlət yerləşmə dövlətinin istəyinə uyğun olaraq 23-cü maddənin 3-cü bəndində nəzərdə tutulan hüquqlarını həyata keçirə bilməsi üçün konsulluq başçısı istisna olmaqla, konsulluğun vəzifəli şəxslərinin tam adı və soyadını, kateqoriyalarını və vəzifə dərəcələrini qabaqcadan qəbul edən dövlətə bildirir. 3. Göndərən dövlət, əgər bu onun qanun və qaydaları ilə tələb olunursa yerləşmə dövlətindən, konsulluğun başçısı olmayan konsul vəzifəli şəxsinə ekzekvatura verilməsini xahiş edə bilər. 4. Yerləşmə dövləti, əgər bu onun qanun və qaydaları ilə tələb olunursa konsulluğun başçısı olmayan konsul vəzifəli şəxsinə ekzek- vatura verə bilər. Maddə 20 Konsulluq heyətinin sayı Konsulluq heyətinin sayı barədə konkret razılaşma mövcud olmadıqda, yerləşmə dövləti konsulluq dairəsində mövcud olan şəraiti və şərtləri və həmin konsulluğun tələblərini nəzərə almaqla heyətin sayını onun ağlabatan və normal hesab etdiyi hüdudlarda müəyyən olunmasını təklif edə bilər. Maddə 21 Konsulluğun konsul vəzifəli şəxsləri arasında birincilik qaydası Göndərən dövlətin diplomatik nümayəndəliyi və ya əgər dövlət yerləşmə dövlətində belə nümayəndəliyə malik deyilsə konsulluğun başçısı, yerləşmə dövlətinin xarici işlər nazirliyinə və ya bu nazirliyin göstərdiyi orqana konsulluğun konsul vəzifəli şəxslərinin birinciliyi qaydası və həmçinin bu qaydadakı istənilən dəyişikliklər barədə məlumat verir. Maddə 22 Konsul vəzifəli şəxslərinin vətəndaşlığı 1. Konsul vəzifəli şəxsləri prinsipcə göndərən dövlətin vətəndaşları olmalıdır. 2. Konsul vəzifəli şəxsləri yerləşmə dövlətinin aydın ifadə olunmuş razılığı olmadan bu dövlətin vətəndaşları arasından seçilə bilməz və bu razılıq istənilən zaman geri götürülə bilər. 3. Yerləşmə dövləti eyni zamanda göndərən dövlətin vətəndaşı olmayan üçüncü dövlətin vətəndaşlarına münasibətdə də eyni hüquqları saxlayır. Maddə 23 "Persona non qrata" elan olunmuş şəxslər 1. Qəbul edən dövlət istədiyi vaxt göndərən dövlətə konsulluğun bu və ya digər vəzifəli şəxsinin persona non qrata, yaxud hər hansı işçisinin arzuolunmaz şəxs olduğu barədə məlumat verə bilər. Bu halda göndərən dövlət, müvafiq olaraq, həmin şəxsi geri çağırmalı və ya onun konsulluqdakı funksiyalarını dayandırmalıdır. 2. Göndərən dövlət bu maddənin 1-ci bəndində göstərilən öhdəliyi məqbul müddətdə yerinə yetirməkdən imtina edərsə və ya yerinə yetirməzsə, yerləşmə dövləti müvafiq olaraq həmin şəxsin ekzekvaturasını və ya digər icazəsini ləğv edə, yaxud onu konsulluq personalının işçisi kimi tanımaqdan imtina edə bilər. 3. Konsulluğun işçisi kimi təyin edilmiş şəxs yerləşmə dövlətinin ərazisinə daxil olanadək və ya o, artıq yerləşmə dövlətindədirsə, konsulluqda öz vəzifələrinin icrasına başlayanadək arzuolunmaz şəxs elan edilə bilər. Hər belə halda göndərən dövlət onun təyinatını ləğv edir. 4. Bu maddənin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda yerləşmə dövləti göndərən dövlətə öz qərarının səbəbini bildirməyə borclu deyildir. Maddə 24 Təyinolunma, gəlmə və getmə haqqında yerləşmə dövlətinə bildirilməsi 282 283 1. Yerləşmə dövlətinin Xarici İşlər Nazirliyinə və ya bu nazir- lik tərəfindən göstərilən orqana aşağıdakılar barədə bildirilir: a) Konsulluğun işçilərinin təyin olunması, təyin olunduqdan sonra onların konsulluğa gəlmələri, tamamilə qayıtmaları və ya onların funksiyalarının dayandırılması, konsulluqda işlədiyi müddətdə onların statusuna təsir göstərən bütün başqa dəyişikliklər barədə; b) konsulluq işçisinin ailə üzvü olan və onunla daimi yaşayan şəxsin gəlmələri və tamamilə getmələri, habelə lazımi hallarda bu və ya digər şəxsin ailə üzvlüyünə daxil olması, yaxud ailə üzvülüyündən çıxması; c) xüsusi ev xidmətçilərinin gəlmələri və tamamilə getmələri və lazımi hallarda onların bu sifətdə xidmətlərinin dayandırılması. 2. Gəlmə və tamamilə getmə barədə bildiriş mümkün qədər qabaqcadan verilməlidir. II Bölmə. Konsul funksiyalarının dayandırılması Maddə 25 Konsulluğun vəzifəli şəxsinin funksiyasının dayandırılması Konsulluğun işçisinin funksiyaları, xüsusilə, aşağıdakı hallarda dayandırılır: a) göndərən dövlət tərəfindən onun funksiyalarının dayandırılması barədə yerləşmə dövləti xəbərdar edildikdə; b) ekzekvaturanın ləğv edilməsi halında; c) yerləşmə dövləti tərəfindən yerləşmə dövlətinin onu konsul- luq personalı kimi hesab etmədiyini göndərən dövlətə bildirilməsi halında. Maddə 26 Yerləşmə dövlətindən getmə 284 Yerləşmə dövləti, hətta silahlı münaqişə zamanı konsulluq işçilərinə və yerləşmə dövlətinin vətəndaşları olmayan xüsusi ev xidmətçilərinə və ya vətəndaşlığından asılı olamayaraq onların ailə üzvlərinə, müvafiq işçilərin funksiyaları dayandırıldıqdan sonra onların getməyə hazırlana bilməsi və mümkün qədər qısa müddətdə çıxıb getməsi üçün lazım olan vaxt və şərait yaratmalıdır. Xüsusilə onların özü üçün və ya yerləşmə dövlətində əldə edilmiş və çıxarıl- ması qadağan edilməyən əmlak üçün zəruri olan hallarda onların sərəncamına nəqliyyat vasitələri verilir. 285 Maddə 27 Konsulluq binalarının və arxivlərinin, habelə göndərən Maddə 29 dövlətin mənafeyinin müstəsna hallarda qorunması Dövlət bayrağı və gerbdən istifadə 1. İki dövlət arasında konsulluq əlaqələrinin kəsilməsi halında; 1. Göndərən dövlət bu maddənin müddəalarına uyğun olaraq yerləşmə dövlətində öz Dövlət bayrağından və gerbindən istifadə etmək hüququna malikdir. a) yerləşmə dövləti hətta silahlı münaqişə zamanı konsulluq binalarına, habelə konsulluğun əmlakına və konsulluq arxivinə hörmətlə yanaşmalı, onları mühafizə etməlidir; 2. Göndərən dövlətin Dövlət bayrağı konsulluq binası üzərində, onun dövlət gerbi konsulluğun binasında, binanın giriş qapılarında sancıla, habelə Dövlət bayrağı konsulluq başçısının iqamətgahında, xidməti vəzifələrini yerinə yetirərkən onun nəqliyyat vasitələrinin üzərində ucaldıla bilər. b) göndərən dövlət konsulluq binalarının və onlarda olan əmlakı, konsulluğun arxivinin mühafizəsini yerləşmə dövləti üçün məqbul sayılan üçüncü dövlətə tapşıra bilər; c) göndərən dövlət öz mənafeyinin və vətəndaşlarının mənafeyinin müdafiəsini yerləşmə dövləti üçün məqbul sayılan üçüncü dövlətə tapşıra bilər. 3. Bu maddədə göstərilən hüquqları yerinə yetirərkən yerləşmə dövlətinin qanun-qaydaları və adətləri nəzərə alınmalıdır. 2. Konsulluq müvəqqəti və ya tamamilə bağlandığı halda bu maddənin 1-ci bəndinin "a" yarımbəndinin müddəaları tətbiq olunur. Bundan əlavə: Maddə 30 Binalarla təmin olunma 1. Yerləşmə dövləti öz ərazisində, onun qanun və qaydalarına uyğun olaraq göndərən dövlət tərəfindən bu dövlətin konsulluğu üçün vacib olan binaların əldə olunmasında ya iştirak etməli, ya da digər yolla binanın alınmasına yardım etməlidir. a) əgər göndərən dövlətin yerləşmə dövlətində diplomatik nümayəndəliyi yoxdursa, lakin bu dövlətin ərazisində başqa konsul- luğu mövcuddursa, bağlanmış konsulluğun binalarının, onlarda olan əmlakın, konsulluq arxivinin mühafizəsini və yerləşmə dövlətinin razılı ilə, bu konsulluğun dairəsindəki konsulluq funksiyalarının yerinə yetirilməsini bu konsulluğa tapşıra bilər; və ya; 2. O, həmçinin vacib olan təqdirdə konsulluğun işçiləri üçün uyğun binaların alınmasında da konsulluğa yardım etməlidir. b) əgər göndərən dövlətin yerləşmə dövlətində nə diplomatik nümayəndəliyi, nə də konsulluğu yoxdursa, bu maddənin 1-ci bəndinin "b" və "c" yarımbəndlərinin müddəaları tətbiq edilir. Maddə 31 Konsulluq binalarının toxunulmazlığı 1. Konsulluq binaları bu maddənin müddəalarına əsasən toxunulmazdır. II Fəsi. Konsulluqların, ştatlı konsul vəzifəli şəxslərinin 2. Yerləşmə dövlətinin hakimiyyət orqanları, konsulluq binalarının yalnız konsulluq məqsədləri üçün istifadə edilən hissəsinə konsulluq başçısının, onun tərəfindən təyin olunmuş şəxsin və ya göndərən dövlətin diplomatik nümayəndəliyinin başçısının icazəsi olmadan daxil ola bilməzlər. Təcili mühafizə tədbirləri tələb edən yanğın və digər təbii fəlakət halları zamanı konsulluğun başçısının icazəsi ehtimal oluna bilər. və konsulluğun digər işçilərinin üstünlük, imtiyaz və immunitetləri I Bölmə. Konsulluqların üstünlük imtiyaz və immunitetləri Maddə 28 Konsulluqların, konsulluq işçilərinin müdafiəsi 3. Bu maddənin 2-ci bəndinin müddəalarına riayət etmək şərtilə yerləşmə dövlətinin üzərinə konsulluq binalarını hər cür zorla daxilolma və ya zərər yetirə biləcək hərəkətlərdən müdafiə etmək, konsulluğun narahatlığına səbəb olan, ləyaqətinə xələl gətirən hər cür və onlara verilən imkanlar Yerləşmə dövləti konsulluğun funksiyalarının yerinə yetirilməsi üçün bütün imkanları təmin edir. 286 287 halların qarşısını almaq üçün lazımi tədbirlər görmək kimi xüsusi vəzifə düşür. 4. Konsulluğun binası, onun avadanlığı, konsulluğun əmlakı, habelə nəqliyyat vasitələri dövlət müdafiəsi və ya başqa ictimai ehtiyaclar baxımından aparılan hər növ rekvizisiyaya qarşı immunitetdən istifadə edir. Qeyd olunan səbəblər üçün binanın özgəninkiləşdirilməsi vacib olduqda konsul funksiyalarının yerinə yetirilməsinin pozulmasının qarşısını almaq üçün bütün mümkün tədbirlər görülür və gecikdirilmədən göndərən dövlətə münasib və effektli təzminat ödənir. Maddə 32 Konsulluq binalarının vergilərdən azad edilməsi 1. Sahibi və kirayəçisi göndərən dövlət və ya onun adından çıxış edən hər hansı bir şəxs olan konsulluq binaları və konsulluq başçısının iqamətgahı konkret xidmət növlərinə görə ödəniş istisna edilməklə bütün dövlət, rayon və ya bələdiyyə vergilərindən, yığımlarından və rüsumlarından azad edilir. 2. Bu maddənin 1-ci bəndində göstərilən vergi istisnaları yerləşmə dövlətinin qanun və qaydalarına əsasən göndərən dövlətlə və ya onun adından çıxış edən şəxslə müqavilə bağlamış şəxslərdən tutulan yığımlara, rüsumlara və vergilərə tətbiq edilmir. Maddə 33 Konsulluq arxivinin və sənədlərinin toxunulmazlığı Konsulluq arxivləri və konsulluq sənədləri yerindən asılı olmayaraq hər vaxt toxunulmazdır. Maddə 34 Hərəkət etmək azadlığı Girişi qadağan edilən, yaxud dövlət təhlükəsizliyi baxımından tənzimlənən bölgələr haqqında qanun-qaydalara zidd olmadığı təqdirdə, yerləşmə dövləti konsulluğun bütün işçilərini konsulluq dairəsi ərazisində yerdəyişmə və səyahət azadlığı ilə təmin edir. Maddə 35 Əlaqələr azadlığı 1. Qəbul edən dövlət bütün rəsmi məqsədlər üçün konsulluğun əlaqələr azadlığına icazə verməli və onu qorumalıdır. Harada yerləşməsindən asılı olmayaraq göndərən dövlətin hökuməti ilə, diplomatik nümayəndəliyi ilə digər konsulluqlarla əlaqə saxlayarkən konsulluq diplomatik və konsulluq kuryerləri də diplomatik və konsulluq valizaları, şifrləşdirilmiş və kodlaşdırılmış depeşalar da daxil olmaqla bütün uyğun vasitələrdən istifadə edə bilər. Lakin konsulluq yalnız yerləşmə dövlətinin razılığı əsasında radioötürücü quraşdıra və istismar edə bilər. 2. Konsulluğun rəsmi korrespondensiyaları toxunulmazdır. Rəsmi korrespondensiyalar məhfumu altında konsulluğa və onun funksiyalarına aid yazışmalar başa düşülür. 3. Konsulluq valizası açıla və tutulub saxlanıla bilməz. Lakin yerləşmə dövlətinin səlahiyyətli oqranlarının valizada korrespondensiyalar, sənədlər və ya bu maddənin 3-cü bəndində göstərilən əşyalardan başqa digər əşyaların olmasını güman etməyə ciddi əsasları olduqda o, göndərən dövlətin müvəkkil edilmiş nümayəndəsinin iştirakı ilə valizanın açılmasını tələb edə bilər. Göndərən dövlətin hakimiyyəti bu tələbi yerinə yetirməkdən imtina etdiyi halda valiza göndərildiyi yerə qaytarılmalıdır. 4. Konsulluq valizasını təşkil edən bütün yerlər onların xarakterini göstərən aydın görünən zahiri işlərələrə malik olmalı və yalnız konsulluğun rəsmi istifadəsi üçün ayrılmış rəsmi korrespondensiyalardan, sənədlərdən, əşyalardan ibarət ola bilər. 5. Konsulluq kuryeri onun statusunu və konsulluq valizasını təşkil edən yerlərin sayını göstərən rəsmi sənədlə təchiz edilir. Yerləşmə dövlətinin razılığı olan hallar istisna edilməklə, o nə yerləşmə dövlətinin vətəndaşı ola bilməz, göndərən dövlətin vətəndaşı olmadığı təqdirdə, nə də qəbul edən dövlətdə daimi yaşayan şəxs ola bilməz. Öz funksiyalarını yerinə yetirərkən, o, yerləşmə dövlətinin müdafiəsi altında olmalıldır. O, şəxsi toxunulmazlıqdan istifadə edir, bu və ya digər formada nə həbs edilə, nə də tutulub saxlanıla bilməz. 6. Göndərən dövlət, onun diplomatik nümayəndəlikləri və konsulluqları xüsusi ad hoc konsulluq kuryerlərini təyin edə bilərlər. Bu halda hazırkı maddənin 5-ci bəndinin müddəaları belə bir istisna ilə tətbiq edilir ki, konsulluq kuryeri ona etibar edilmiş valizanı aidiyyətı üzrə çatırdığı andan burada qeyd olunan immunitetlər dayandırılır. 288 289 7. Konsulluq valizası liman və ya aeroporta istiqamət alan və ora gəlməyə icazəsi olan gəmi və ya mülki təyyarə komandirinə tapşırıla bilər. O, valizanı təşkil edən yerlərin sayını göstərən rəsmi sənədlə təchiz edilir, lakin o, konsulluq kuryeri sayılmır. Səlahiyyətli yerli hakimiyyət orqanları ilə razılığa əsasən konsulluq öz işçilərindən birini gəmi və ya təyyarə komandirindən valizanı bilavasitə və maneəsiz qəbul etməsi üçün göndərə bilər. Download 4.58 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling