Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F
Download 4.58 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Maddə II Əmlak, fondlar və aktiv
- Maddə III Rabitə vasitələri
- Maddə IV Təşkilatın üzvlərinin nümayəndələri
- Maddə V Vəzifəli şəxslər
- Maddə VIII Mübahisələrin həlli
- DİPLOMATİK XİDMƏT HAQQINDA
- I Fəsil. Ümumi müddəalar
- Maddə 1. Diplomatik xidmət anlayışı
- Maddə 2. Diplomatik xidmət orqanlarının sistemi 2.1. Diplomatik xidmət orqanlarının vahid sistemini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
- Azərbaycan Respublikasının Konstitusiyasına
- Maddə 4. Diplomatik xidmət orqanları aşağıdakı əsas funksiyaları həyata keçirir
- Maddə 5. Diplomatik xidmət orqanlarının rabitə, arxiv və təhlükəsizlik təminatı
- II Fəsil. Diplomatik xidmət əməkdaşları Maddə 6. Diplomatik vəzifələr
- Azərbaycan Respublikasının Konstitusiyası
- Maddə 8. Diplomatik rütbələr
- Azərbaycan Respublikasının Konstitusiyasının
- Maddə 10. Diplomatik rütbələrdə olmanın müddətləri
Maddə I Hüquqi şəxs B ö l m ə 1. Birləşmiş Millətlər Təşkilatı hüquqi şəxsdir və: a) müqavilələr bağlamaq; b) daşınmaz və daşınan əmlak əldə etmək və onların barəsində sərəncam vermək; c) məhkəmədə iş qaldırmaq səlahiyyətlərinə malikdir. Maddə II Əmlak, fondlar və aktiv B ö l m ə 2. Birləşmiş Millətlər Təşkilatı, onun əmlakı və aktivləri, harada və kimin sərəncamında olmasından asılı olmayaraq, Təşkilat özü immunitetdən qəti imtina etdiyi hallardan başqa, • 31 may 1995-ci il üçün Konvensiyanın 135 iştirakçısı vardı. 374 375 istənilən formada məhkəmə müdaxiləsindən immunitet hüququna malikdir. Lakin nəzərdə tutulur ki, immunitetdən heç bir imtina məhkəmə-icra tədbirlərinə şamil edilmir. B ö l m ə 3. Birləşmiş Millətlər Təşkilatının binaları toxunulmazdır. Birləşmiş Millətlər Təşkilatının əmlakı və aktivi harada yerləşməsindən və kimin sərəncamında olmasından asılı olmayaraq, onlara axtarış, rekvizisiya, müsadirə, ekspropriasiya və hər hansı başqa formada icra, inzibati, məhkəmə, qanunverici və ya başqa təsirlər yolu ilə müdaxilə edilməməlidir. B ö l m ə 4. Birləşmiş Millətlər Təşkilatının arxivləri və Təşkilata mənsub olan və ya onun sərəncamında olan bütün sənədlər harada yerləşməsindən asılı olmayaraq, toxunulmazdır. B ö l m ə 5. Birləşmiş Millətlər Təşkilatı hər hansı maliyyə nəzarəti, qaydalar və ya moratori ilə məhdudlaşmadan... B ö l m ə 7. Birləşmiş Millətlər Təşkilatı, onun aktivləri, gəlirləri və digər mülkiyyəti: a) bütün birbaşa vergilərdən azad edilir... b) Təşkilat tərəfindən xidməti istifadə üçün əşyalar idxal və ixrac edilərkən gömrük rüsumlarından, idxal və ixrac qadağalarından və məhdudiyyətlərindən azad edilir... c) öz nəşrlərinin idxalı və ixracı zamanı gömrük rüsumlarından, idxal və ixrac qadağalarından və məhdudiyyətlərindən azad edilir. Maddə III Rabitə vasitələri B ö l m ə 9. Birləşmiş Millətlər Təşkilatı öz rəsmi rabitə vasitələri üçün Təşkilatın hər bir Üzvünün ərazisində Təşkilatın bu Üzvünün hər hansı başqa hökumətə... təqdim etdiyi şərtlərdən az əlverişli olmayan şərtlərdən istifadə edirlər. B ö l m ə 10. Birləşmiş Millətlər Təşkilatı şifrədən istifadə et- mək və korrespondensiyanı diplomatik kuryerlər və valizlərlə eyni immunitetlərə və imtiyazlara malik olan kuryerlər və ya valizlər vasitəsilə almaq və göndərmək hüququna malikdir. Maddə IV Təşkilatın üzvlərinin nümayəndələri B ö l m ə 11. Təşkilatın Üzvlərinin Birləşmiş Millətlər Təşkilatının əsas və köməkçi orqanlarında və Təşkilatın çağırdığı konfranslarda nümayəndələri öz xidməti vəzifələrini icra edərkən, iclasın keçiriləcəyi yerə gedərkən və geri qayıdarkən onlara aşağıdakı imtiyazlar və immunitetlər verilir: a) şəxsən həbs edilməkdən və ya tutulub saxlanmaqdan və şəxsi baqaj üzərinə həbs qoyulmasından immunitet, eləcə də onların nümayəndələr qismində dedikləri, yazdıqları və ya etdiklərinin hamısına münasibətdə hər hansı məhkəmə-prosessual immunitet; b) bütün kağızların və sənədlərin toxunulmazlığı; c) şifrədən istifadə etmək və kağızları və ya korrespondensiyanı kuryerlər və ya valiz vasitəsilə almaq hüququ; ç) onlar özləri və həyat yoldaşları öz xidməti vəzifələrinin icrası ilə əlaqədar müvəqqəti olduqları və ya ərazisindən keçib getdikləri ölkədə immiqrasiya, əcnəbilərin qeydiyyatı və ya dövlət xidməti mükəlləfiyyəti ilə bağlı məhdudiyyətlərdən istisna olunma; d) xarici hökumətlərin müvəqqəti xidməti ezamiyyətlərdə olan nümayəndələrinə təqdim edilən pul və ya valyuta mübadiləsi ilə bağlı məhdudiyyətlərə münasibətdə eyni güzəştlər; e) onların şəxsi baqajına münasibətdə diplomatik nümayəndələrə təqdim edilən immunitetlər və güzəştlər; f) yuxarıda deyilənlərə zidd olmamaqla diplomatik nümayəndələrin istifadə etdikləri sair imtiyazlar, immunitetlər və güzəştlər, idxal edilən mallar üçün gömrük rüsumlarından və ya aksiz rüsumlarından və ya satışdan rüsumlardan azadolma tələb etmək hüququ müstəsna olmaqla. B ö l m ə 12. Təşkilatın üzvlərinin Birləşmiş Millətlər Təşkilatının əsas və köməkçi orqanlarında və Birləşmiş Millətlər Təşkilatı tərəfindən çağırılan konfranslarda nümayəndələrinin öz xidməti vəzifələrini yerinə yetirərkən tam söz azadlığını və müstəqilliyini təmin etmək üçün onlara öz xidməti vəzifələrinin icrası zamanı dedikləri və ya yazdıqlarına, eləcə də bütün hərəkətlərinə münasibətdə məhkəmə prosessual immuniteti verilməsi davam edir; bu immunitet hətta onun aid olduğu şəxslər artıq Birləşmiş Millətlər Təşkilatının nümayəndələri olmadıqdan sonra da təqdim edilməkdə davam edir. B ö l m ə 14. İmtiyazlar və immunitetlər Təşkilatın üzvlərinin nümayəndələrinə ayrı-ayrı insanların şəxsi mənfəəti üçün deyil, onların Birləşmiş Millətlər Təşkilatında işlə əlaqədar öz funk- 376 377 siyalarını müstəqil şəkildə yerinə yetirmələrini təmin etmək üçün verilir. Ona görə də Təşkilatın üzvü onun fikrincə immunitet ədalət mühakiməsinin həyata keçirilməsinə mane olduğu hər bir halda öz nümayəndəsinin immunitetindən nəinki imtina etmək hüququna malikdir, həm də bu immunitetdən imtina etməyə borcludur və bu imtina onun verildiyi məqsədə xələl gətirmədən həyata keçirilməlidir. Maddə V Vəzifəli şəxslər B ö l m ə 18. Birləşmiş Millətlər Təşkilatının vəzifəli şəxsləri: a) onlar vəzifəli şəxslər qismində dedikləri, yazdıqları və etdikləri bütün hərəkətlərə görə məhkəmə məsuliyyətinə cəlb edilməməlidirlər; b) Birləşmiş Millətlər Təşkilatı tərəfindən onlara ödənilən məvacib və mükafatlar vergitutmadan azad edilir; c) onlar dövlət xidməti mükəlləfiyyətlərdən azad edilir; ç) onlar həyat yoldaşları və onların himayəsində olan qohumları ilə birlikdə immiqrasiya ilə bağlı məhdudiyyətlərdən və əcnəbilərin qeydiyyata alınması vəzifəsindən azad edilir; d) valyuta mübadiləsinə münasibətdə diplomatik missiyaların heyətinə daxil olan, müvafiq hökumətin yanında akkreditə edilmiş müvafiq rütbəli vəzifəli şəxslərə təqdim edilənlərlə eyni imtiyazlara malikdirlər; e) onlar öz həyat yoldaşları və onların himayəsində olan qohumları ilə birlikdə beynəlxalq böhranlar zamanı diplomatik nümayəndələrin istifadə etdikləri repatriasiya güzəştlərinə malikdirlər; f) müvafiq ölkədə ilk dəfə vəzifə tutarkən öz mebelini və əmlakını rüsumsuz gətirmək hüququna malikdirlər. B ö l m ə 19. Baş Katib və Baş Katibin bütün köməkçiləri 18-ci bölmədə göstərilən immunitet və imtiyazlardan əlavə onların özlərinə, həyat yoldaşlarına və yetkinlik yaşına çatmamış uşaqlarına münasibətdə beynəlxalq hüquqa müvafiq olaraq diplomatik nümayəndələrə təqdim edilən imtiyazlara və immunitetlərə, istisnalara və güzəştlərə malikdirlər. B ö l m ə 20. Baş Katib, onun fikrincə immunitet ədalət mü- hakiməsinin həyata keçirilməsinə mane olduğu və Birləşmiş Millətlər Təşkilatının mənafelərinə xələl gətirmədən immunitetdən imtina etmək mümkün olduğu hallarda istənilən vəzifəli şəxsə təqdim edilmiş immunitetdən imtina etmək hüququna malikdir və bunu etməyə borcludur. Baş Katibə münasibətdə immunitetdən imtina etmək hüququ Təhlükəsizlik Şurasına məxsusdur. Maddə VII Birləşmiş Millətlər Təşkilatının buraxılış vərəqləri B ö l m ə 24. Birləşmiş Millətlər Təşkilatı öz vəzifəli şəxslərinə Birləşmiş Millətlər Təşkilatının buraxılış vərəqələrini verə bilər. Birləşmiş Millətlər Təşkilatının bu buraxılış vərəqələri Təşkilatın üzvlərinin hakimiyyət orqanları tərəfindən səfərlər edilməsi üçün qanuni sənədlər kimi tanınır və qəbul edilir... Maddə VIII Mübahisələrin həlli B ö l m ə 29. Birləşmiş Millətlər Təşkilatı mübahisələrin müvafiq həll üsulu qaydalarını müəyyən edir: a) Birləşmiş Millətlər Təşkilatının tərəf olduğu kontraktlarla əlaqədar yaranan mübahisələr və ya xüsusi hüquq məsələlərinə dair başqa mübahisələr; b) öz rəsmi mövqeyinə görə immunitetdən istifadə edən Birləşmiş Millətlər Təşkilatının hər hansı vəzifəli şəxsinə aid mübahisələr, əgər Baş Katib bu immunitetdən imtina etməmişdirsə. B ö l m ə 30. Bu Konvensiyanın şərhi və ya tətbiqi ilə əlaqədar yaranan bütün fikir ayrılıqları, tərəflər onları başqa yolla həll etmək barədə razılığa gəldiyi hallar müstəsna olmaqla Beynəlxalq Məhkəmənin baxışına verilir. Bir tərəfdən, Birləşmiş Millətlər Təşkilatı, digər tərəfdən Təşkilatın üzvü arasında fikir ayrılığı yarandıqda Nizamnamənin 96-cı maddəsinə və Məhkəmənin Statutunun 65-ci maddəsinə müvafiq olaraq, fikir ayrılığının aid olduğu hər hansı hüquqi məsələ barədə məsləhət xarakterli rəy sorğu edilir. Məhkəmənin rəyi tərəflər üçün həlledici sayılır... Yekun maddəsi B ö l m ə 31. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının hər bir üzvünün qoşulması üçün ona təqdim edilir. B ö l m ə 32. Qoşulma Konvensiyaya qoşulma barədə aktın saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verilməsi yolu ilə həyata keçirilir. Təşkilatın hər bir ayrıca üzvünə 378 379 DİPLOMATİK XİDMƏT HAQQINDA münasibətdə Konvensiya qoşulma haqqında hər bir ayrıca aktın saxlanılmaq üçün təhvil verildiyi gün qüvvəyə minir. AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU B ö l m ə 35. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatına və Təşkilatın qoşulma barədə akt təqdim etmiş hər bir üzvünə münasibətdə Təşkilatın həmin üzvü Birləşmiş Millətlər Təşkilatının üzvü kimi qaldığı müddətdə və ya baş Assambleya yenidən baxılmış ümumi Konvensiyanı təqdim edənə və Təşkilatın həmin üzvü yenidən baxılmış bu Konvensiyaya qoşulana qədər qüvvədə qalır. Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğunun bir növü olan diplomatik xidmətin təşkilinin hüquqi əsaslarını, diplomatik xidmətdə olan dövlət qulluqçularının hüquqi vəziyyətini müəyyən edir. I Fəsil. Ümumi müddəalar B ö l m ə 36. Baş Katib Təşkilatın istənilən üzvü və ya istənilən üzvləri ilə bu Konvensiyanın müddəalarını tənzimləyən, Təşkilatın həmin üzvünə və ya həmin üzvlərinə aid olan əlavə sazişlər bağlaya bilər. Bu əlavə sazişlər hər bir halda Baş Assambleya tərəfindən təsdiq edilməlidir. Maddə 1. Diplomatik xidmət anlayışı 1.1. Diplomatik xidmət - Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların peşəkar fəaliyyətidir. 1.2. Konsul xidməti Azərbaycan Respublikasının Konsul nizamnaməsi əsasında həyata keçirilən diplomatik xidmətin bir növüdür. Maddə 2. Diplomatik xidmət orqanlarının sistemi 2.1. Diplomatik xidmət orqanlarının vahid sistemini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətini təmin etmək üçün yaradılan yardımçı təşkilatlar, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələri təşkil edir. 2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edir. Maddə 3. Diplomatik xidmət orqanlarının vəzifələri 3.1. Diplomatik xidmət orqanlarının əsas vəzifələri aşağıdakılardır: 3.1.1. Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası və əsas istiqamətləri üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi; 3.1.2. Azərbaycan Respublikasının xarici siyasətinin həyata 380 381 keçirilməsinin təmin edilməsi; 4.1.7. Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiyanın Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vasitəsilə xaricdə yayılmasının təmin edilməsi; 3.1.3. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərində vahid siyasət xəttinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə digər müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi; 4.1.8. Azərbaycan Respublikasının dövlət orqanlarının və Azərbaycan Respublikasında mövcud olan kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasının beynəlxalq vəziyyəti və xarici siyasəti haqqında məlumatlandırılması; 3.1.4. Azərbaycan Respublikasının suverenliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının, onun siyasi, iqtisadi və digər sosial maraqlarının diplomatik üsul və vasitələrlə təmin olunması; 4.1.9. Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklərin və konsulluqların fəaliyyətinə kömək göstərilməsi, öz səlahiyyətləri çərçivəsində onlara xidmət göstərən təşkilatların fəaliyyətinə nəzarət edilməsi; 3.1.5. beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına diplomatik üsul və vasitələrlə kömək göstərməsi; 3.1.6. Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin xaricdə hüquq və maraqlarının müdafiə olunması; 4.1.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qeydiyyatı, uçotu və saxlanması üzrə vahid dövlət sisteminin fəaliyyətinin təmin edilməsi; 3.1.7. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla diplomatik və konsul əlaqələrinin həyata keçirilməsi. 4.1.11. Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrin depozitarisi funksiyalarının həyata keçirilməsi; 3.1.8. Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi. 4.1.12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üzərində ümumi müşahidənin həyata keçirilməsi. 3.2. Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq digər vəzifələr də həyata keçirə bilər. 4.1.13. Xarici siyasət və beynəlxalq münasibətlər sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləşdirilməsində və bu qanunvericiliyin Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəliklərinə uyğunlaşdırılmasına dair təkliflərin hazırlanması. Maddə 4. Diplomatik xidmət orqanları aşağıdakı əsas funksiyaları həyata keçirir: 4.1.1. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edilməsi; 4.2. Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq digər funksiyaları da həyata keçirə bilər. 4.1.2. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla iqtisadi, sosial, elmi-texniki, mədəni və başqa sahələrdə əməkdaşlığının inkişafına kömək göstərməsi; Maddə 5. Diplomatik xidmət orqanlarının rabitə, arxiv və təhlükəsizlik təminatı 4.1.3. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqlarının aparılmasının və beynəlxalq müqavilənin imzalanmasının təşkili; 5.1. Diplomatik xidmət orqanlarının sərəncamında müstəqil rabitə sistemi və arxiv vardır. 4.1.4. Yüksək dövlət və hökumət səviyyələrində dövlətlərarası mübadilələrin protokol təminatı; 5.2. Diplomatik xidmət orqanlarının arxivində beynəlxalq müqavilələrin əsil və təsdiq edilmiş surətləri, habelə həmin orqanların fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan digər materiallar saxlanılır. 4.1.5. Xaricdə yaşayan həmvətənlərlə əlaqələrin inkişafına kömək göstərilməsi; 4.1.6. Diplomatik və konsul imtiyaz və immunitetlərinin yerinə yetirilməsi üzərində nəzarətin həyata keçirilməsi; 5.3. Diplomatik xidmət orqanları xüsusi kuryer xidmətindən istifadə edir. 382 383 5.4. Diplomatik xidmət orqanları qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində və xaricdə öz təhlükəsizlik sistemini təşkil edir. II Fəsil. Diplomatik xidmət əməkdaşları Maddə 6. Diplomatik vəzifələr 6.1. Diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər diplomatik xidmət əməkdaşlarıdırlar. 6.2. Diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər diplomatik xidmət əməkdaşlarına aid deyillər. Həmin şəxslərin hüquqi statusu və ixtisas dərəcələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. 6.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları üçün aşağıdakı vəzifələr müəyyən edilir: 6.3.1. Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi; 6.3.2. Baş konsul; 6.3.3. müşavir-elçi. Daimi Nümayəndənin müavini; 6.3.4. müşavir; 6.3.5. konsul; 6.3.6. birinci katib; 6.3.7. vitse-konsul; 6.3.8. ikinci katib; 6.3.9. üçüncü katib; 6.3.10. attaşe. 6.4. Azərbaycan Respublikasının ərazisindəki diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarının vəzifələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. 6.5. Diplomatik xidmət əməkdaşları diplomatik xidmət orqanlarından Azərbaycan Respublikasının digər dövlət orqanlarına vəzifəyə keçdikdə, onlar müvafiq icra hakimiyyəti orqanının eh- tiyatına daxil edilirlər. Ehtiyata daxiletmə ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. Diplomatik vəzifələrə təyinedilmə 7.1. Diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlər və sağlamlıq vəziyyətinə malik olan Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər. 7.2. Diplomatik xidmət orqanlarında vəzifələrə təyin edilmə və vəzifələrdən azad edilmə qaydaları, habelə vəzifə tutan şəxslərə dair tələblər Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 7.3. Xaricdə işlədikdən sonra Azərbaycan Respublikasına qayıdan diplomatik xidmət əməkdaşı, xaricdə tutduğu vəzifə nəzərə alınmaqla, diplomatik xidmət orqanlarında müvafiq vəzifəyə təyin edilir. Maddə 8. Diplomatik rütbələr 8.1. Diplomatik xidmət əməkdaşlarına, tutduqları vəzifə və ixtisasları nəzərə alınmaqla, aşağıdakı diplomatik rütbələr verilir: 8.1.1. Fövqəladə və Səlahiyyətli Səfir; 8.1.2. birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi; 8.1.3. ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi; 8.1.4. birinci dərəcəli müşavir; 8.1.5. ikinci dərəcəli müşavir; 8.1.6. birinci dərəcəli birinci katib; 8.1.7. ikinci dərəcəli birinci katib; 8.1.8. birinci dərəcəli ikinci katib; 8.1.9. ikinci dərəcəli ikinci katib; 8.1.10. üçüncü katib; 8.1.11. attaşe. 8.2. Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9. Diplomatik rütbələrin verilməsi qaydaları 9.1. Fövqəladə və Səlahiyyətli Səfir, birinci və ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik pütbələri Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə müvafiq olaraq verilir. 9.2. Digər diplomatik rütbələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 384 385 9.3. Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi, bir qayda olaraq, diplomatik xidmətdə tutduğu vəzifəyə uyğun olmalı, yaxud ondan bir pillə yuxarı və ya aşağı olmalıdır. 9.4. Diplomatik rütbələrin verilməsi barədə əmək kitabçasında (xidmət siyahısında) müvafiq qeyd aparılır. Diplomatik rütbələr ömürlük verilir. Maddə 10. Diplomatik rütbələrdə olmanın müddətləri 10.1. Diplomatik xidmət əməkdaşları üçün diplomatik rütbələrdə olmanın aşağıdakı müddətləri müəyyən edilir: 10.1.1. attaşe, üçüncü katib, ikinci və birinci dərəcəli katib üçün - 2 il; 10.1.2. ikinci və birinci dərəcəli birinci katib, ikinci dərəcəli müşavir üçün - 3 il. 10.2. Birinci dərəcəli müşavirdən başlayaraq yuxarı diplomatik rütbələrdə olma müddəti müəyyən edilmir. 10.3. Diplomatik xidmət əməkdaşlarının diplomatik rütbələrdə olan müddətlərinə aşağıdakılar daxildir: 10.3.1. müvafiq icra hakimiyyəti orqanında və onun yardımçı təşkilatlarında iş; 10.3.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında iş; 10.3.3. keçmiş SSRİ-nin və müttəfiq respublikaların xarici işlər orqanlarında iş; 10.3.4. beynəlxalq təşkilatlarda iş; 10.3.5. müvafiq icra hakimiyyəti orqanının ali təhsil və elm müəssisələrində elmi fəaliyyət müddəti; 10.3.6. müvafiq icra hakimiyyəti orqanının göndərişi əsasında həyata keçirilən müddəti; 10.3.7. ali təhsil müəssisələrinə, aspiranturaya (doktoranturaya) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilənlərin təhsil müddəti. Maddə 11. Diplomatik rütbənin vaxtından əvvəl və növbədən kənar veilməsi, aşağı salınması, məhrum edilməsi və bərpa olunması 11.1. Diplomatik xidmət əməkdaşlarının rütbələri, işlərində mühüm nailiyyətlərin və ya xüsusi xidmətlərin olduğu hallarda, müəyyən edilmiş müddətin başa çatmasından əvvəl və ya növbədənkənar artırıla bilər. 11.2. Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsulliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər. 11.3. Diplomatik xidmət əməkdaşının rütbədən məhrum edilməsi və ya onun rütbəsinin aşağı salınması, rütbənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 11.4. Diplomatik xidmət əməkdaşının əvvəlki rütbəsinin bərpa olunmasına yalnız həmin əməkdaş qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti attestasiyadan keçdikdən sonra yol verilir. Download 4.58 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling