Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


Download 4.58 Kb.
Pdf ko'rish
bet35/42
Sana24.09.2017
Hajmi4.58 Kb.
#16373
TuriDərslik
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

III.SƏFİRLİYİN FUNKSİYALARI 
 
10. səfirlik bu Əsasnamə ilə müəyyən edilmiş  vəzifələrə uyğun 
olaraq aşağıdakı funksiyaları həyata keçirir; 
10.1. müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının 
Prezidentini, Azərbaycan Respublikasının Nazirlər Kabinetini və 
Nazirliyi qəbul edən dövlətin xarici və daxili siyasət məsələləri üzrə 
məlumatlandırır; 
10.2. Azərbaycan Respublikasının qəbul edən dövlətlə iqtisadi
sosial, elmi-texniki, mədəni və başqa sahələrdə  əməkdaşlığın 
inkişafına öz səlahiyyətləri daxilində kömək göstərir; 
 
396
 
397

10.3. Azərbaycan Respublikasının qəbul edən dövlət ilə dostluq 
münasibətlərini inkişaf etdirir, habelə Azərbaycan Respublikasının 
həmin bölgədə  və bütövlükdə dünyada maraqlarının təmin 
edilməsinə dair Nazirliyə təkliflər təqdim edir; 
10.4. qəbul edən dövlətdə Azərbaycan Respublikasının xarici və 
daxili siyasəti, ölkənin iqtisadi, sosial və  mədəni həyatı haqqında 
rəsmi məlumatın yayılmasını təmin edir; 
10.5. Dövlət orqanlarına və  zəruri hallarda Azərbaycan 
Respublikasının qeyri-hökumət təşkilatlarına (ictimai birliklərinə  və 
fondlara) və  işgüzar dairələrinin nümayəndələrinə  həmin dövlətin 
qeyri-hökumət təşkilatları  və  işgüzar dairələrinin nümayəndəlikləri 
ilə əlaqələr qurmasına öz səlahiyyətləri daxilində köməklik göstərir; 
10.6. Azərbaycan Respublikası ilə  qəbul edən dövlət arasında 
beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında, Azərbaycan 
Respublikası ilə  qəbul edən dövlət arasında müqavilələrin 
bağlanması, icrası, ləğv edilməsi və qüvvəsinin dayandırılması 
barədə  təkliflərin hazırlanmasında, Azərbaycan Respublikası ilə 
qəbul edən dövlət arasında beynəlxalq müqavilələrin icrası üzərində 
ümumi müşahidənin həyata keçirilməsində öz səlahiyyətləri 
daxilində iştirak edir; 
10.7. qəbul edən dövlətdə Azərbaycan Respublikasına, onun 
xarici siyasət təşəbbüslərinə münasibətdə müsbət mövqenin təşəkkül 
tapmasına öz səlahiyyətləri daxilində köməklik göstərir; 
10.9. qəbul edən dövlətdə Azərbaycan Respublikasının  əmlak 
hüquqlarının və maraqlarının müdafiəsində öz səlahiyyətləri 
daxilində iştirak edir; 
10.10. qəbul edən dövlətin  əvvəlcədən razılığı olduğu təqdirdə, 
qəbul edən dövlətdə akkreditə olunmamış üçüncü dövlətin xahişi ilə 
həmin üçüncü dövlətin və onun vətəndaşlarının maraqlarını 
beynəlxalq razılaşmalar əsasında müdafiə edir; 
10.11. qəbul edən dövlətdə yaşayan azərbaycanlılarla  əlaqələrin 
qurulmasına və  əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində 
yardım edir; 
10.12. öz səlahiyyətləri daxilində  qəbul edən dövlətin iqtisadi, 
sosial, elmi-texniki, mədəni və başqa sahələri, habelə xarici və daxili 
siyasəti haqqında məlumat toplayır, qəbul edən dövlətin beynəlxalq 
münasibətlər sistemində yerini təhlil edir, həmçinin qəbul edən 
dövlətin yerləşdiyi bölgədə digər dövlətlərin, beynəlxalq və regional 
təşkilatların fəaliyyətini öyrənir və bu barədə Nazirliyə mütəmadi 
olaraq məlumatlar təqdim edir; 
10.13. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin, Nazirliyin tapşırıqlarını yerinə 
yetirir, həmçinin Nazirliklə razılaşdırılmış Azərbaycan 
Respublikasının digər dövlət hakimiyyəti orqanlarının müraciətlərinə 
baxır; 
10.14. yerli icra hakimiyyəti və özünüidaretmə orqanlarının, 
idarə, təşkilat və müəssisələrinin müraciətlərinə baxır; 
10.15. Azərbaycan mallarının və xidmətlərinin beynəlxalq 
bazalara çıxarılması sahəsində Azərbaycan Respublikasının aidiyyətli 
dövlət orqanlarına öz səlahiyyətləri daxilində kömək göstərir; 
10.16. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 
olaraq digər funksiyaları həyata keçirir. 
 
 
398
 
399

IV.SƏFİRLİYİN HÜQUQLARI 
Səfir və Səfirliyin digər əməkdaşları Azərbaycan Respublikasının 
və ya qəbul edən dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran 
əməllər törətməkdə  təqsirli bilindikdə, habelə Azərbaycan 
Respublikasının qanunvericiliyində  nəzərdə tutulmuş digər hallarda 
vaxtından əvvəl geri çağırıla bilərlər. 
 
11. Səfirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı 
hüquqlara malikdir: 
11.1. öz səlahiyyətləri daxilində  rəsmi nümayəndə heyətlərinin 
səfərlərinə dair Nazirliyə təkliflər vermək; 
Səfir və ya Səfirliyin digər  əməkdaşlarının vaxtından  əvvəl geri 
çağırılmasına, onlarla birlikdə yaşayan ailə üzvlərinin yuxarıda 
göstərilən  əməllərin törədilməsində  təqsirli bilinməsi də  əsas ola 
bilər. 
11.2. qəbul edən dövlətin dövlət və yerli özünüidarəetmə 
orqanları, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), 
elmi və  mədəni dairələri, kütləvi informasiya vasitələri, qəbul edən 
dövlətdə  fəaliyyət göstərən diplomatik nümayəndəlik, konsulluq və 
beynəlxalq və regional təşkilatlar ilə  işgüzar  əlaqələr qurmaq və 
inkişaf etdirmək; 
15. Səfir Səfirliyə  həvalə edilmiş  vəzifələrin yerinə yetirilməsi 
üçün  şəxsən məsuliyyət daşıyır, göstəriş  və tapşırıqların yerinə 
yetirilməsinə görə Nazirlik qarşısında hesabat verir. 
11.3. Səfirliyin səlahiyyətinə aid olan məsələlərin həll olunması 
üçün Azərbaycan Respublikasının dövlət orqanlarından, eləcə  də 
yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, idarə, təşkilat və 
müəssisələrindən müəyyən olunmuş qaydada sənədləri, məlumat və 
digər xarakterli materialları almaq; 
16. Səfir: 
16.1. Səfirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 
16.2. Dövlət sirrinin və qanunla mühafizə edilən digər sirlərin 
qorunmasını öz səlahiyyətləri daxilində təşkil edir; 
16.3. Səfirliyə ayrılan dövlət vəsaitinin səmərəli sərf olunması və 
maliyyə intizamına riayət olunması üzərində  nəzarəti öz 
səlahiyyətləri daxilində həyata keçirir; 
11.14. öz səlahiyyətləri daxilində  qəbul edən dövlətdə 
Azərbaycan Respublikasının fəxri konsullarının təyin edilməsi barədə 
təkliflərini Nazirliyə təqdim etmək; 
16.4. öz səlahiyyətləri daxilində Səfirliyin fəaliyyətinə dair icrası 
məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir; 
11.5. öz səlahiyyətləri daxilində konfranslar, görüşlər və digər 
tədbirlər təşkil etmək; 
16.5. öz səlahiyyətləri daxilində  Səfirlikdə Azərbaycan 
Respublikasının normativ hüquqi aktlarının və Nazirliyin əmr, 
sərəncam və göstərişlərinin icrasını  təşkil edir və onların yerinə 
yetirilməsi üzərində nəzarəti həyata keçirir; 
11.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə  nəzərdə 
tutulmuş digər hüquqları həyata keçirmək. 
 
V.SƏFİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ 
16.6. Səfirliyin  əməkdaşlarını lazımi iş  şəraiti ilə  təmin edir, 
müəyyən olunmuş qaydada səfirliyin fəaliyyəti ilə bağlı Nazirliyə 
təkliflər irəli sürür; 
 
12. Səfirliyə akkreditə olunduğu dövlətdə Azərbaycan 
Respublikasının  ən yüksək rəsmi nümayəndəsi olan Səfir başçılıq 
edir. Səfir Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin 
edilir və geri çağırılır. Səfir Azərbaycan Respublikasını təmsil edir. 
16.7. Nazirliyin razılığı ilə xidməti ezamiyyətlərə gedir; 
16.8. Səfirliyin xüsusi fərqlənmiş  əməkdaşlarını Azərbaycan 
Respublikasının dövlət təltifləri ilə  təltif edilməsi üçün, habelə 
Səfirliyin  əməkdaşları barəsində  həvəsləndimə  və intizam tənbeh 
tədbirləri görülməsi üçün Nazirliyə təqdimat verir; 
13. Ali təhsilli və üzərinə qoyulmuş  vəzifələri yerinə yetirmək 
üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə  və sağlamlıq 
vəziyyətinə malik olan Azərbaycan Respublikasının vətəndaşı  Səfir 
təyin edilə bilər. 
16.9. Səfirliyin diplomatik xidmət  əməkdaşlarının rütbədə  və 
vəzifədə yüksəldilməsi, Səfirliyin diplomatik xidmət əməkdaşlarının 
və inzibati-texniki xidmətini həyata keçirən  şəxslərin xaricdəki iş 
müddətinin "Diplomatik xidmət haqqında" Azərbaycan 
Respublikasının Qanununa müvafiq olaraq uzadılması haqqında 
14. Səfir təyin olunmuş  şəxsin qəbul edən dövlətdə fasiləsiz iş 
müddəti, bir qayda olaraq, beş ildir. Bu müddət Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən uzadıla bilər. 
 
400
 
401

Nazirliyə müəyyən olunmuş qaydada təklif verir; 
16.10. Səfirliyin diplomatik və inzibati-texniki əməkdaşlarının 
məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir; 
16.11. Səfirliyin ştatdankənar vəzifələrinə Nazirlik razılaşdıraraq 
işə  qəbul edir və  işdən azad edir, ştatdankənar vəzifələrdə çalışan 
əməkdaşların məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir; 
16.12. Səfirliyin əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə 
üzvlərinin Azərbaycan Respublikasına və digər ölkələrə səfərləri ilə 
bağlı məsələləri öz səlahiyyətləri daxilində həll edir; 
16.13. öz səlahiyyətləri daxilində Səfirliyin, onun əməkdaşlarının 
və onlarla birlikdə yaşayan ailə üzvlərinin təhlükəsizliyinin təmin 
edilməsi üçün lazımi tədbirlər görür, fövqəladə  vəziyyət  şəraitində 
qəbul edən dövlətdə Azərbaycan Respublikasının xaricdəki 
diplomatik xidmət orqanlarının işini və vətəndaşlarının hərəkətlərini 
müəyyən olunmuş qaydada təşkil edir və onun üzərində rəhbərliyi öz 
səlahiyyətləri daxilində həyata keçirir; 
16.14. beynəlxalq hüquqa və 
qəbul edən dövlətin 
qanunvericiliyinə görə  Səfirliyə  və  qəbul edən dövlətdə yerləşən 
Azərbaycan Respublikasının digər nümayəndəliklərinə, onların 
əməkdaşlarına və ailə üzvlərinə, diplomatik poçta və onu daşıyan 
şəxslərə, həmçinin immunitet və imtiyazlara hüququ olan 
Azərbaycan Respublikasının digər vətəndaşlarına verilən immunitet 
və imtiyazların təmin olunması məqsədilə öz səlahiyyətləri daxilində 
lazımi tədbirlər görür; 
16.15. Səfirliyin və  qəbul edən dövlətdə yerləşən Azərbaycan 
Respublikasının digər qurumlarının heyətinə  qəbul edən dövlətdə 
Azərbaycan Respublikasının maraqlarını layiqli təmsil etmələri, onun 
qanunvericiliyinə, adət və  ənənələrinə hörmət etmələri üçün 
tövsiyələr verir; 
16.16. qəbul edən dövlətlə danışıqlar aparır, beynəlxalq 
konfranslarda və görüşlərdə  iştirak edir, habelə qanunvericiliklə 
nəzərdə tutulmuş qaydada beynəlxalq müqavilələr imzalayır; 
16.17. Azərbaycan Respublikasının dövlət orqanlarının nüma-
yəndə heyətlərinin və mütəxəssis qruplarının qərarları və hərəkətləri 
Azərbaycan Respublikasının maraqlarına cavab vermədiyi halda 
Nazirliyə  məlumat verir və Nazirlik bu məlumat  əsasında həmin 
dövlət orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis 
qruplarının işinə vaxtından  əvvəl xitam verilməsi məsələsi ilə bağlı 
həmin dövlət orqanları qarşısında məsələ qaldırır; 
16.18. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 
olaraq digər səlahiyyətləri həyata keçirir. 
17. Səfir vəzifəsi vakant olduqda və ya Səfir öz vəzifəsini icra 
etmək iqtidarında olmadığı halda onun funksiyalarını Azərbaycan 
Respublikasının xarici işlər naziri tərəfindən təyin olunan 
Azərbaycan Respublikasının müvəqqəti işlər vəkili yerinə yetirir. 
Müvəqqəti işlər vəkilinin adı  Səfir tərəfindən və ya Səfir bunu 
etmək iqtidarında olmadığı halda Nazirlik tərəfindən qəbul edən 
dövlətin Xarici İşlər Nazirliyinə bildirilir. 
18 Səfirliyin strukturu və  ştat cədvəli Nazirlik tərəfindən təsdiq 
edilir. 
19. Səfirliyin maddi-texniki təminatı Nazirlik tərəfindən həyata 
keçirilir. 
20. Səfirliyin  əməkdaşlarının hüquq və  vəzifələri Azərbaycan 
Respublikasının qanunvericiliyi, Nazirliyin normativ aktları və vəzifə 
təlimatları ilə müəyyən olunur. Səfirliyin  əməkdaşları  Səfirə, Səfir 
olmadığı halda isə Azərbaycan Respublikasının müvəqqəti işlər 
vəkilinə tabedirlər və onun əmr və göstərişlərini yerinə yetirməyə 
borcludurlar. 
21. Səfirliyin işi müəyyən olunmuş qaydada Nazirlik tərəfindən 
təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur. 
22. Səfirliyə qanunvericiliklə müəyyən olunmuş qaydada 
Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri 
ezam oluna bilərlər. Səfirliyə ezam olunmuş Azərbaycan 
Respublikasının digər dövlət orqanlarının nümayəndələri öz 
qərarlarını və hərəkətlərini Səfir ilə razılaşdırmalıdırlar. 
23. Səfirlikdə Azərbaycan Respublikasının və  qəbul edən 
dövlətin qanunvericiliyinə uyğun olaraq ümumtəhsil və 
məktəbəqədər müəssisə fəaliyyət göstərə bilər. 
24. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq 
olaraq həmkarlar ittifaqı istisna olmaqla, Səfirlikdə siyasi par-
tiyaların, dini təşkilatların və qeyri hökumət təşkilatlarının (ictimai 
birliklərin və fondların) bölmələri yaradıla bilməz. 
 
 
 
 
 
402
 
403

 
 
AZƏRBAYCAN RESPUBLİKASININ  
KONSUL NİZAMNAMƏSİ 
 
I FƏSİL 
ÜMUMİ MÜDDƏALAR 
 
Maddə 1 
Azərbaycan Respublikasının konsulluqları xarici dövlətlərdə 
Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi 
şəxslərinin hüquq və mənafeyini müdafiə edir. 
Konsulluqlar Azərbaycan Respublikasının başqa dövlətlərlə 
dostluq münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki, 
mədəniyyət, ticarət, idman, turizm və digər  əlaqələrinin 
genişlənməsinə yardım göstərir. 
 
Maddə 2 
Konsulluqlar Azərbaycan Respublikası diplomatik 
nümayəndəliklərinin konsul şöbələrindən, baş konsulluqlardan, 
konsulluqlardan, vitse- konsulluqlardan və konsul agentlərindən 
ibarətdir. 
 
Maddə 3 
Konsulluqlar öz fəaliyyətində bu Nizamnamənin, Azərbaycan 
Respublikasının və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını, 
beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tutur. 
 
Maddə 4 
Konsulluqlar Azərbaycan Respublikasının Xarici İşlər 
Nazirliyinin tabeliyində olaraq Azərbaycan Respublikasının 
xaricdəki diplomatik nümayəndəliyi başçısının ümumi siyasi 
rəhbərliyi altında fəaliyyət göstərir. 
 
Maddə 5 
Diplomatik nümayəndəliklərin konsul şöbələrinə  şöbə müdirləri 
başçılıq edirlər. Onlar baş konsul və ya konsul adlanırlar. Baş 
konsulluqlara, konsulluqlara, vitse-konsulluqlara və konsul 
agentliklərinə müvafiq surətdə baş konsullar, konsullar, vitse-
konsullar və konsul agentləri başçılıq edirlər. 
 
 
Maddə 6 
Konsul bu Nizamnamədə  nəzərdə tutulmuş funksiyaları yerinə 
yetirir. 
Konsul bu Nizamnamədə 
nəzərdə tutulmamış başqa 
ffunksiyalarını da yerinə yetirə bilər, bu şərtlə ki, həmin funksiyalar 
Azərbaycan Respublikasının qanunvericiliyinə  və konsulluğun 
olduğu dövlətin qanunvericiliyinə zidd olmasın. 
 
Maddə 7 
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi olmayan 
dövlətdə bu dövlətin razılığı ilə konsula diplomatik funksiyalar da 
həvalə oluna bilər. 
 
Maddə 8 
Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi onun yerləşdiyi 
dövlətlə razılıq əsasında müəyyənləşdirilir. 
 
Maddə 9 
Konsulluq üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin 
təsviri və Azərbaycan Respublikasının dövlət dilində konsulluğun adı 
olan möhürə malikdir. 
 
Maddə 10 
Konsulluq yerləşdiyi binaya üzərində Azərbaycan 
Respublikasının Dövlət gerbinin təsviri olan, Azərbaycan 
Respublikasının dövlət dilində  və konsulluğun yerləşdiyi dövlətin 
dilində adı yazılan lövhə vurulur. 
 
Maddə 11 
Konsulluq yerləşdiyi bina üzərində Azərbaycan Respublikasının 
Dövət bayrağı qaldırıla bilər. 
Konsul öz iqamətgahında, habelə  nəqliyyat vasitələrində 
Azərbaycan Respublikasının dövlət bayrağını qaldıra bilər. 
 
 
404
 
405

Maddə 12 
Bu Nizamnamədə işlədilən terminlər aşağıdakı mənaları daşıyır: 
"konsul" - konsulluğa başçılıq edən baş konsul, konsul, vitse-
konsul və ya konsul agenti; 
"konsulluğun vəzifəli  şəxsi" - konsulluğun başçısı da daxil 
olmaqla konsul funksiyalarını yerinə yetirmək tapşırığı almış olan hər 
bir  şəxs (baş konsul, vitse-konsul, konsul agenti və konsulluğun 
katibi), habelə konsulluqlarda işləməyə hazırlanmaq üçün konsulluğa 
ezam olunmuş şəxs (stajkeçən); 
"konsulluğun  əməkdaşı" - konsulluqda inzibati və ya texniki 
vəzifələri, yaxud konsulluğa xidmət etməklə bağlı  vəzifələri yerinə 
yetirən hər hansı şəxs; 
"konsul dairəsi" - konsulluğun yerləşdiyi dövlətdə razılıq 
əsasında konsul vəzifələrini icra etmək üçün ona ayrılan ərazi. 
 
II FƏSİL 
KONSULLUQ HEYƏTİ 
 
Maddə 13 
 Konsulluğun vəzifəli şəxsləri və konsulluğun əməkdaşları Azər-
baycan Respublikasının Xarici İşlər Nazirliyində dövlət 
qulluğundadırlar. 
 
Maddə 14 
Yalnız Azərbaycan Respublikasının vətəndaşı konsulluğun 
vəzifəli şəxsi ola bilər. 
 
Maddə 15 
Vəzifəyə  təyin edilərkən konsul Azərbaycan Respublikasının 
Xarici İşlər Nazirliyindən vəkələtnamə-konsul patenti alır. 
 
Maddə 16 
Konsul, vəzifəsinin icrasına qəbul edən dövlətdən razılıq 
(ekzekvatura) alandan sonra başlayır. 
 
Maddə 17 
 
406
Əgər konsul hər hansı səbəbə görə öz funksiyalarını yeinə yetirə 
bilmirsə  və ya onun yeri boşdursa, yeni konsul təyin edilənədək 
konsul vəzifəsinin icrası bu konsulluğun və ya Azərbaycan 
Respublikasının həmin dövlətin  ərazisindəki digər konsulluğun 
vəzifəli  şəxsinə, yaxud Azərbaycan Respublikasının oradakı dip-
lomatik nümayəndəliyinin diplomatik heyəti üzvlərindən birinə 
həvalə edilir. 
 
407

III FƏSİL 
KONSUL FUNKSİYALARININ  
HƏYATA KEÇİRİLMƏ QAYDASI 
 
 
Maddə 18 
Konsul ona həvalə olunmuş funksiyaları  şəxsən icra edir və ya 
onların icrasını konsulluğun vəzifəli digər şəxsinə tapşırır. 
 
Maddə 19 
Konsul digər dövlətin konsul funksiyalarını yalnız Azərbaycan 
Respublikası Xarici İşlər Nazirliyinin xüsusi göstərişi və qəbul edən 
dövlətin razılığı əsasında yerinə yetirə bilər. 
 
Maddə 20 
Konsul, konsulluğun yerləşdiyi dövlətin hakimiyyət orqanlarına 
öz konsul dairəsi hüdudlarında konsulluğun fəaliyyəti ilə bağlı bütün 
məsələlər barədə müraciət edə bilər. 
 
Maddə 21 
Konsul konsulluq işlərinin vəziyyəti ilə yaxından tanış olmaq 
üçün ildə bir dəfədən az olmayaraq öz konsul dairəsinin  ərazisini 
gəzməlidir. 
 
Maddə 22 
Konsulluğun vəzifəli  şəxslərinin və konsulluq əməkdaşlarının 
fəaliyyətinə dair şikayətlərə tabelik qaydasında baxılır. 
 
 
IV FƏSİL 
AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞLARI 
VƏ HÜQUQİ ŞƏXSLƏRİ BARƏSİNDƏ KONSULUN 
 FUNKSİYALARI 
 
Maddə 23 
Konsul Azərbaycan Respublikası  vətəndaşlarının və hüquqi 
şəxslərinin konsulluğun yerləşdiyi dövlətin qanunvericiliyindən, 
Azərbaycan Respublikasının və  həmin dövlətin iştirak etdiyi 
beynəlxalq müqavilələrdən, habelə beynəlxalq adətlərdən irəli gələn 
bütün hüquqlardan tam həcmdə istifadə etməsi üçün tədbirlər 
görməlidir. 
Konsul həm yazılı, həm də şifahi ərizələri qəbul edir. 
 
Maddə 24 
Konsul Azərbaycan Respublikası  vətəndaşlarının və hüquqi 
şəxslərinin pozulmuş hüquqlarını  bərpa etmək üçün zəruri tədbirlər 
görür. 
 
Maddə 25 
Konsul öz konsul dairəsinin  ərazisində daimi yaşayan və 
müvəqqəti olaraq buraya gələn Azərbaycan Respublikası 
vətəndaşlarının uçotunu aparır. 
 
Maddə 26 
Konsul öz konsul dairəsinin hüdudlarında olan Azərbaycan 
Respublikası nazirliklərinin, idarə və təşkilatlarının nümayəndələrinə, 
habelə Azərbaycan Respublikasının xaricə ezam edilmiş digər 
vətəndaşlarının xidməti vəzifələrini yerinə yetirməkdə yardım 
göstərir. 
 
Maddə 27 
Konsul öz konsul dairəsində müvəqqəti olan Azərbaycan 
Respublikası  vətəndaşlarına konsulluğun yerləşdiyi dövlətin qanun 
və qərarları, habelə yerli adətlər barədə məlumat verir. 
 
Maddə 28 
Konsul konsulluq dairəsində olan Azərbaycan Respublikası 
vətəndaşları üçün mədəni-maarif tədbirlərinin keçirilməsinə kömək 
edir. 
 
Maddə 29 
Konsul, konsulluğun yerləşdiyi dövlətin bütün idarələrində 
Azərbaycan Respublikası  vətəndaşlarını, onlar orada olmadıqda və 
işin aparılmasını  hər hansı  şəxsə tapşırmadıqda, yaxud başqa 
səbəblərə görə öz mənafelərini müdafiə edə bilmədikdə, xüsusi 
vəkalətnamə olmadan təmsil etmək hüququna malikdir. 
 
408
 
409

Maddə 30 
 
Azərbaycan Respublikasının qanunvericiliyinə  əsasən konsul 
Azərbaycan Respublikası  vətəndaşlarının hərbi uçotunu aparır. 
Azərbaycan Respublikasının kişi cinsindən olan 18 yaşına çatmış 
vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılmaq üçün Azərbaycan 
Respublikasında daimi yaşayış yerlərindəki hərbi komissarlıqlara 
gəlməsini təmin edir. 
 
Maddə 31 
Konsul Azərbaycan Respublikası  məhkəmələrinin və ya istintaq 
orqanlarının Azərbaycan Respublikasının vətəndaşlarına dair 
tapşırıqlarını,  əgər həmin tapşırıqların icrası konsulluğun yerləşdiyi 
dövlətin qanunvericiliyinə zidd deyilsə, Azərbaycan Respublikasının 
qanunvericiliyinə əməl etməklə yerinə yetirir. 
 
Maddə 32 
Konsul öz konsulluq dairəsində yaşayan yetkinlik yaşına 
çatmamış, valideynlərinin himayəsindən məhrum olmuş Azərbaycan 
Respublikası  vətəndaşı olan uşaqların qəyyumluğa və himayəyə 
götürülməsi üçün tədbirlər görür. 
 
Maddə 33 
Azərbaycan Respublikası  vətəndaşının ölümündən sonra onun 
Azərbaycan Respublikasının hüdudlarından kənarda qalmış 
əmlakının mühafizəsi üçün konsul zəruri tədbirlər görür. 
Əgər həmin  əmlak tamamilə  və ya onun bir hissəsi xarab ola 
bilən  əşyalardan ibarətdirsə  və ya onun saxlanması çox baha başa 
gələrsə, konsul bu əmlakı satmaq və satışdan  əldə edilmiş pulu 
aidiyyəti üzrə göndərmək hüququna malikdir. 
 
Maddə 34 
Konsul miras əmlakı Azərbaycan Respublikasında yaşayan 
vərəsələrə vermək üçün qərar qəbul etmək hüququna malikdir. 
 
Maddə 35 
Konsul Azərbaycan Respublikası  vətəndaşlarına məxsus olan 
pulu, qiymətli əşyaları, qiymətli kağızları və sənədləri saxlamaq üçün 
qəbul edə bilər. 
 
410
 
411

Saxlanca verilmiş  əmlakın sahibi öldükdə, həmin  əmlak 
barəsində bu Nizamnamənin 34-cü maddəsinin müddəaları  tətbiq 
edilir. 
 
Download 4.58 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling