Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F
II FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR
Download 4.58 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- III FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULU FUNKSİYALARININ YERİNƏ YETİRİLMƏSİ QAYDALARI
- V FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ HİMAYƏÇİLİK, QƏYYUMLUQ VƏ
- VI FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ İTKİN DÜŞMÜŞ, TUTULUB SAXLANILAN, HƏBSDƏ OLAN, BAŞQA ŞƏKİLDƏ AZADLIQDAN MƏHRUM EDİLƏN VƏ YA
- VII FƏSİL AZƏRBAYACAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN PASPORT-VİZA SƏNƏDLƏRİ, SƏNƏDLƏRİN TƏLƏB EDİLMƏSİ VƏ NOTARİAT
- VIII FƏSİL KONSULLUQ RÜSUMLARI VƏ KONSULLUQ FUNKSİYALARININ YERİNƏ YETİRİLMƏSİ İLƏ BAĞLI FAKTİKİ XƏRCLƏRİN ÖDƏNİLMƏSİ
II FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN TƏYİN EDİLMƏSİ VƏ ONUN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ QAYDALARI 1.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz funksiyalarını yerinə yetirərkən Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikasının və qəbul edən dövlətin iştirak etdiyi beynəlxalq müqavilələri və eləcə də beynəlxalq adətləri, bu Əsasnaməni rəhbər tutur. 2.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndələrinin və konsulluğunun təklifi ilə həmin dövlətin müvafiq hakimiyyət orqanlarının razılığı ilə (təyin olunarkən) Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. 1.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə tabe olub Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyi və ya konsulluğunun və ya bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Na- zirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. 1.7. Ştatdankənar (fəxri) konsulun dəftərxanasının və iqamətgahının yeri, onun dərəcəsi və konsulluq dairəsi qəbul edən dövlətlə razılaşdırılmaqla müəyyənləşdirilir. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun təyin edilməsi və fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələlərin qəbul edən dövlətlə razılaşdırılması diplomatik kanallarla həyata keçirilir. 1.8. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun Azərbaycan Respublikasının Dövlət gerbini və Azərbaycan dilində ştatdankənar (fəxri) konsulun adını əks etdirən möhürü vardır. 2.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu vəzifəsinə təyin edilərkən tam ad və soyadını, vətəndaşlığını, konsulluq dərəcəsini, vəzifələrini icra edəcəyi konsulluq dairəsini, ştatdankənar (fəxri) konsulun olduğu yeri, onun səlahiyyətlərini təsdiq edən şəhadətnamə alır. 1.9. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun yerləşdiyi binaya Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun yerləşdiyi binaya Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş lövhə vurmaq hüququ vardır. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun şəhadətnaməsi Azərbaycan Respublikasının Xarici İşlər naziri və ya onu əvəz edən şəxs tərəfindən imzalanır. 1.10. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun öz iqamətgahı da daxil olmaqla yerləşdiyi binada və eləcə də öz funksiyalarının icrası ilə bağlı digər hallarda öz nəqliyyat vasitələrində Azərbaycan Respublikasının Dövlət bayrağını qaldırmaq hüququ vardır. 2.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu qəbul edən dövlətin razılığını (ekzekvaturasını) aldıqdan sonra öz funksiyalarının icrasına başlayır. Ekzekvaturanın və ya onu əvəz edən sənədin Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsuluna verildiyi tarix və onun öz vəzifəsinə başladığı tarix haqqında Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyi və ya konsulluğu, yaxud da bilavasitə ştatdankənar (fəxri) konsul tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verilir. 1.11. 1.19-cu və 1.10-cu bəndlərində göstərilən hüquqlar həyata keçirilərkən, Azərbaycan Respublikasının və qəbul edən dövlətin qanunları, digər qaydaları və adətləri nəzərə alınmalıdır. 1.12. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulları aşağıdakı dərəcələrə ayrılırlar: 2.4. Əgər Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu hər hansı bir səbəbdən öz funksiyalarını müvəqqəti olaraq yerinə yetirə bilmirsə, onun vəzifələri qəbul edən dövlətin razılığı ilə a) ştatdankənar (fəxri) baş konsul; b) ştatdankənar (fəxri) konsul; 436 437 Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, yaxud da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən başqa konsulluq darəsində fəaliyyət göstərən digər Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsuluna həvalə edilə bilər. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz konsulluq dairəsində müvəqqəti olmayacağı bütün hallarda bu barədə əvvəlcədən Azərbaycan Respublikasının diplomatik nümayəndəliyini və ya konsulluğunu, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini xəbərdar edir. 2.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz funksiyalarına aşağıdakı hallarda xitam verir. a) Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin və ya konsulluğunun başçısı, yaxud da Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən qəbul edən dövlətin hakimiyyət orqanlarına ştatdankənar (fəxri) konsulun səlahiyyətlərinə xitam verilməsi barədə məlumat verildikdə; b) ekzekvatura ləğv edildikdə; c) qəbul edən dövlətin müvafiq hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qəbul edən dövlətin həmin şəxsi artıq Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu kimi tanımadığı bildirildikdə; d) Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun funksiyalarına onun Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə əsaslandırılmış şəkildə göndərdiyi şəxsi vəsatəti əsasında da xitam verilə bilər. 2.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu vəzifəsinə təyin olunmuş şəxs ona həvalə edilmiş konsulluq funksiyalarını qüsursuz yerinə yetirəcəyi və əmək haqqı, digər mükafat tələb etməyəcəyi barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə yazılı şəkildə öhdəlik təqdim edir. 2.7. Vəzifəyə təyin edilərkən və ya vəzifədən azad edilərkən Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu gerbli möhürü, ştampları, kassanı, konsulluq rüsumları markalarını, arxivi və başqa konsulluq rekvizitini Azərbaycan Respublikasının qəbul edən dövlətdəki nümayəndəliyindən və ya konsulluğundan akt əsasında qəbul edir və ya ona təhvil verir. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin və ya konsulluğunun başçısı, yaxud da Azərbaycan Respublikasının Xarici İşlər naziri qəbul edən dövlətin hakimiyyət orqanlarına Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun funksiyalarına xitam verilməsini bildirir. III FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULU FUNKSİYALARININ YERİNƏ YETİRİLMƏSİ QAYDALARI 3.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu ona həvalə olunmuş funksiyaları şəxsən yerinə yetirir. 3.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz konsulluq funksiyalarının yerinə yetirməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının və xarici ölkələrin konsulluq dairəsindən kənarda yerləşən idarə və təşkilatları ilə, habelə bu dairədən göstərdiyi Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin və ya konsulluğunun vasitəsilə əlaqə saxlaya bilər. Qəbul edən dövlətdən Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmadığı halda həmin əlaqələr Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla saxlanılır. 3.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qüvvədə olan təlimatlarına uyğun olaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəliynin və ya konsulluğunun köməyi ilə kargüzarlığı və konsulluq arxivinin saxlanmasını təşkil edir, onun mühafizəsini və təhlükəsizliyini təmin edir. 3.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunu qeydiyyat jurnalları, ştampları və s. lazımi konsulluq rekviziti (ləvazimatları) ilə onun fəaliyyətinə bilavasitə rəhbərlik edən Azərbaycan Respublikasının qəbul edən 438 439 dövlətdəki diplomatik nümayəndəliyi və ya konsulluğu təmin edir. 3.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu kommersiya və öz peşə fəaldiyyəti ilə məşğul ola bilər. 3.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu ildə bir dəfədən az olmayaraq öz konsulluq dairəsinin ərazisini gəzməlidir. 3.7. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun hərəkətləri barədə şikayətlərə Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyi və ya konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tabeçilik qaydasında baxır. IV FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ ŞƏXSLƏRİNƏ VƏ VƏTƏNDAŞLARINA MÜNASİBƏTİNİN ƏSASLARI 4.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu onun fəaliyyətinə rəhbərlik edən Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinin və ya konsulluğunun yaxud da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin köməyi ilə Azərbaycan Respublikasının onun konsulluq dairəsində olan hüquqi şəxslərinə və vətəndaşlarına qəbul edən dövlətin qanunvericiliyi əsasında verilən, Azərbaycan Respublikası ilə həmin dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrdə nəzərdə tutulan, eləcə də beynəlxalq adətlərdən irəli gələn bütün hüquqlardan onların tam həcmdə istifadə etmələri üçün tədbirlər görür və həmvətənlərinə lazımi yardım göstərir. 4.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu konsulluq dairəsində olan Azərbaycan Respublikası hüquqi şəxslərinin və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək üçün müvafiq tədbirlər görür. 4.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz konsulluq dairəsinin ərazisində daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatını aparır, onlara lazımi konsulluq yardımı göstərir. 4.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu konsulluq dairəsinin ərazisində daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına qəbul edən dövlətin qanun və qərarları, adət və ənənələri barədə məlumat verir. 4.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının vətəndaşları və həmvətənlər üçün mədəni-maarif tədbirlərinin keçirilməsinə yardım edir. 4.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının vətəndaşları özləri olmadığı və öz işlərinin aparılmasını digər şəxsə tapşırmadıqda, yaxud başqa səbəblərə görə öz maraqlarını müdafiə edə bilmədikdə qəbul edən dövlətin idarələrində onları təmsil etmək hüququ vardır. Bu təmsilçilik təmsil edilənlər öz vəkillərini təyin edənədək və ya hüquq və mənafelərinin müdafiəsini öz üzərlərinə götürənədək davam edir. V FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ HİMAYƏÇİLİK, QƏYYUMLUQ VƏ ƏMLAK MƏSƏLƏLƏRİ İLƏ ƏLAQƏDAR FUNKSİYALARI 5.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla öz konsulluq dairəsində yaşayan yetkinlik yaşına çatmamış, valideynlərin himayəsindən məhrum olmuş Azərbaycan Respublikası vətəndaşlarının və habelə yetkinlik yaşında olan, səhhətinə görə öz hüquqlarını həyata keçirə bilməyən və öz vəzifələrini yerinə yetirə bilməyən Azərbaycan Respublikası vətəndaşlarının himayəçiliyə və qəyyumluğa götürülməsi üçün tədbirlər görür. 440 441 5.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının vətəndaşı öldükdə bu barədə təxirə salınmadan Azərbaycan Respublikasının qəbul edən dövlətdaxili diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verir və onunla razılaşdırılmaqla Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra qalmış əmlakının mühafizəsi üçün və ya əgər qalmış əmlak tamamilə, yaxud qismən xarab olmağa başlamışsa, yaxud da saxlanması çox baha başa gəlirsə, onun satılması üçün tədbirlər görür. Satışdan əldə edilmiş pul aidiyyəti üzrə göndərilməlidir. 5.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırıldıqdan sonra saxlamaq üçün Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan pulu, qiymətli əşyaları, qiymətli kağızları və sənədləri qəbul edə bilər. 5.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının dövlətinə, hüquqi şəxslərinə və vətəndaşlarına hədiyyə olunan pulun, qiymətli əşyaların və əmlakın keçirilməsini rəsmiləşdirməkdə xarici ölkələrin vətəndaşlarına və təşkilatlarına yardım edə bilər. VI FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ İTKİN DÜŞMÜŞ, TUTULUB SAXLANILAN, HƏBSDƏ OLAN, BAŞQA ŞƏKİLDƏ AZADLIQDAN MƏHRUM EDİLƏN VƏ YA CƏZA ÇƏKƏN VƏTƏNDAŞLARI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN FUNKSİYALARI 6.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu onun konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan itkin düşmüş Azərbaycan Respublikası vətəndaşının axtarışına yardım edilməsi üçün qəbul edən dövlətin səlahiyyətli hakimiyyət orqanlarına müraciət edə bilər. 6.2. Azərbaycan Respublikasının vətəndaşı tutulub saxlanıldıqda, həbs olunduqda və ya başqa formada azadlıqdan məhrum edildikdə Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu bu barədə Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal məlumat verir və onların göstərişlərinə uyğun olaraq hərəkət edir. 6.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla həbsdə olan və ya şübhəli şəxs kimi tutulub saxlanılan, yaxud Azərbaycan Respublikası vətəndaşının azadlığını məhdudlaşdıran başqa tədbirlərə məruz qalan, yaxud da azadlıqdan məhrum edilməklə cəza çəkən, habelə başqa inzibati və ya məhkəmə tədbirlərinə məruz qalan Azərbaycan Respublikasının vətəndaşı barəsində yerləşdiyi dövlətin qanunlarına və Azərbaycan Respublikası ilə həmin dövlət arasındakı müqavilələrə əməl olunmasına nəzarət edir. Qanun pozuntusu müəyyən edildikdə o, bu barədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal məlumat verir. VII FƏSİL AZƏRBAYACAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN PASPORT-VİZA SƏNƏDLƏRİ, SƏNƏDLƏRİN TƏLƏB EDİLMƏSİ VƏ NOTARİAT MƏSƏLƏLƏRİ İLƏ ƏLAQƏDAR FUNKSİYALARI 7.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu ilə razılaşdırmaqla Azərbaycan Respublikasının vətəndaşlarınn pasportlarının vaxtını artıra və bu pasportlarda dəyişikliklər edə bilər. 7.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasından sənədlərin tələb edilməsi üçün ərizələri və vəsatətləri qəbul edib onları baxılmaq üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və 442 443 ya konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərir, onların tapşırığı ilə Azərbaycan Respublikasında yerləşən təşkilatların və fiziki şəxslərin vəsatəti əsasında məhəlli xarakterli sənədlərin tələb edilməsi ilə bağlı məsələlərlə məşğul olur. 7.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı notariat əməliyyatlarını həyata keçirə bilər. a) vəsiyyətnamələrin təsdiqi; b) miras qalmış əmlakın qorunması üçün tədbirlərin görülməsi; c) sənədlərin surətlərinin və onlardan çıxarışların düzgünlüyünün təsdiq edilməsi; ç) sənəddəki imzanın həqiqiliyinin təsdiq edilməsi; d) bir dildən başqa dilə olunmuş tərcümənin düzgünlüyünün təsdiq edilməsi; f) vətəndaşın sağ olması faktının və ya vətəndaşın müəyyən yerdə olmasının təsdiq edilməsi; e) sənədlərin təqdim edilmə vaxtının təsdiq edilməsi; ə) dəniz protestlərinin verilməsi. 7.4. Notariat əməliyyatları Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun dəftərxanasında yerinə yetirilir. Lazımi hallarda bu işlər dəftərxanadan kənarda da görülə bilər. 7.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu apardığı notariat əməliyyatlarının sirrini saxlamalıdır. 7.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu notariat əməliyyatlarını yerinə yetirərkən «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur. 7.7. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu tərəfindən görülmüş notariat əməliyyatları haqqında arayışlar və sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən verilir. 7.8. Notariat qaydasında təsdiq edilən ərizələr və digər sənədlər ştatdankənar (fəxri) konsulun yanında imzalanır. Əgər ərizə və ya digər sənəd Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun yanında imzalanmayıbsa, imza edən, imzanın ona məxsus olduğunu şəxsən təsdiq etməlidir. Notariat əməliyyatlarını aparan Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikası vətəndaşlarının, hüquq və vəzifələrini onlara izah etməli, aparılan notariat əməliyyatlarının nəticələri haqqında xəbərdarlıq etməlidir ki, hüquqi məlumatsızlıqdan və bu kimi başqa hallardan onların zərərinə istifadə olunmasın. 7.9. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz adına və öz adından, arvadının (ərinin) adını və ya arvadının (ərinin) adından, qohumlarının adını və ya qohumlarının adından notariat əməliyyatları görə bilməz. 7.10. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan, məzmun etibarilə Azərbaycan Respublikasının mənafeyinə və onun vətəndaşlarının şərəf və ləyaqətinə xələl gətirə bilən notariat əməliyyatlarını aparmaqdan imtina edir. Notariat əməliyyatlarının aparılmasından imtina edilməsi səbəbləri haqqında əlaqədar şəxslərə onların xahişi ilə məlumat verilir və bu barədə şikayət verilməsi qaydaları izah edilir. 7.11. Azərbaycan Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xeyrinə vərəsəlik açıldığı Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsuluna məlum olarsa, o, bu vərəsəliyə dair və ehtimal olunan vərəsələr haqqında ona bəlli olan bütün məlumatı dərhal Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərir. 7.12. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun notariat və digər kargüzarlığı Azərbaycan dilində (və ya beynəlxalq münasibətlərdə ümumiliklə qəbul edilmiş dildə) və ya qəbul edən dövlətin dilində aparılır. VIII FƏSİL KONSULLUQ RÜSUMLARI VƏ KONSULLUQ FUNKSİYALARININ YERİNƏ YETİRİLMƏSİ İLƏ BAĞLI FAKTİKİ XƏRCLƏRİN ÖDƏNİLMƏSİ 444 445 8.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu görülən konsulluq əməliyyatları müqabilində Azərbaycan Res- publikasının konsulluq rüsumları tərəfinə uyğun olaraq yerləşdiyi dövlətin valyutası ilə konsulluq rüsumu tutur. 9.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə qarşılıqlı əlaqədə qəbul edən dövlətin müvafiq hava və dəniz limanlarında, ərazi və daxili sularında və ya öz konsulluq dairəsinin hüdudlarındakı digər məntəqələrdə qəbul edən dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikası ilə qəbul edən dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrə, yerli adətlərə uyğun olaraq, Azərbaycan Respublikasının dəniz və hava gəmilərinə kömək və konsulluq yardımı göstərir, onlara tam həcmdə hüquq və immunitetlər verilməsinə nəzarət edir. Konsulluq rüsumları Azərbaycan Respublikasının büdcəsinə keçirilir. 8.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu ilə razılaşdırmaqla özünün yerinə yetirdiyi konsulluq əməliyyatlarının aparılması ilə bağlı faktiki xərclərin ödənilməsi üçün haqq almalıdır. Alınan pul vəsaiti ştatdankənar (fəxri) konsulun sərəncamına daxil olur. 8.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu olduğu konsulluq rüsumları barədə tabe olduğu diplomatik nümayəndəliyə və ya konsulluğa, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hesabat verir. 9.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu məntəqənin sanitariya vəziyyəti, limanın və hava limanının qaydaları, gəmi komandiri, kapitanı və ya heyət üzvləri tərəfindən icrası məcburi sayılan liman qaydaları, yerli qanunlar və adətlər haqqında, habelə gəmi kapitanına və ya komandirinə yerli hakimiyyət orqanları ilə əlaqəyə girmək üçün zəruri olan məlumat verir. 8.4. Ərizələrində göstərilən səbəblər üzürlü sayılarsa, Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsuluna ayrı-ayrı şəxslərdən konsulluq rüsumlarının azaldılması və ya heç tutulmaması hüququ verilir. 9.3. O, Azərbaycan Respublikasından gələn Azərbaycan Respublikası gəmisinə baş çəkə, zəruri olduqda isə qəbul edən dövlətin vəzifəli şəxslərinin yanına gedərkən gəmi kapitanını (komandirləri) müşayiət edə bilər. 8.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu aşağıdakı hallarda konsulluq rüsumu tutmur: a) konsulluq rüsumlarının qarşılıqlı surətdə tutulması haqqında Azərbaycan Respublikası ilə qəbul edən dövlətin iştirak etdiyi beynəlxalq müqavilə olduqda; 9.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının gəmi kapitanlarına və komandirlərinə Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəlikləri və ya konsulluqları ilə əlaqə yaradılmasına yardım edir. O, dəniz və ya hava gəmilərinin qəbul edən dövlətin dəniz və ya hava limanlarına gəldiyini kapitanın, yaxud komandirin ona bildirməsinə nəzarət edir və bu barədə Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verir. b) Azərbaycan Respublikasının vətəndaşlarının vətənə qaytarılmasına aid işlərdə; c) vətəndaşların əmək stajına, sosial təminatına, aliment işlərinə aid sənədlər leqallaşdırıldıqda və ya tələb edildikdə və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda. Download 4.58 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling