Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F
IX FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR
Download 4.58 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- AZƏRBAYCAN RESPUBLİKASININ DƏNİZ VƏ HAVA GƏMİLƏRİ İLƏ ƏLAQƏDAR FUNKSİYALARI
- X FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN AVTOMOBİL, DƏMİR YOLU NƏQLİYYATI VASİTƏLƏRİ İLƏ ƏLAQƏDAR FUNKSİYALARI
- XI FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN SANİTARİYA MÜHAFİZƏSİ İLƏ ƏLAQƏDAR FUNKSİYALARI
- KONSULLUQ KORRESPONDENSİYASININ QORUNUB SAXLANILMASI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN
- RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN FUNKSİYALARI VƏ HESABATI
- XII FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN FİTOSANİTARİYA VƏ BAYTARLIQ MÜHAFİZƏSİ İLƏ ƏLAQƏDAR FUNKSİYALARI
- AZƏRBAYCAN RESPUBLİKASI VƏ ÖZBƏKİSTAN RESPUBLİKASI ARASINDA KONSULLUQ KONVENSİYASI
- Maddə 1 Təriflər
- Maddə 2 Konsulluqların açılması
- Konsulluq başçısının təyin olunması
- Maddə 5 Konsulluq heyəti işçilərinin təyin olunması
- Maddə 6 Konsulluq vəzifəli şəxslərin vətəndaşlığı Konsulluğun vəzifəli şəxsi göndərən dövlətin vətəndaşı olmalıdır. Maddə 7
- Maddə 9 Konsulluq və yaşayış binalarının əldə edilməsi
- Maddə 10 Fəxri konsulluq vəzifəli şəxsləri
- Maddə 11 Konsulluqların, konsulluq işçilərinin müdafiəsi və onlara verilən imkanlar
IX FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN 9.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının gəmi kapitanından gəminin üzmə vəziyyəti ilə bağlı məlumat alır. AZƏRBAYCAN RESPUBLİKASININ DƏNİZ VƏ HAVA GƏMİLƏRİ İLƏ ƏLAQƏDAR FUNKSİYALARI 446 447 Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin və ya konsulluğunun tapşırığı ilə ştatdankənar (fəxri) konsul gəmi heyətindəki dəyişikliklərin qeydiyyatını apara bilər. 9.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun a) Azərbaycan Respublikasının dəniz və ya hava gəmisinin dənizə və ya hava limanına daxil olmasına, dayanmasına və limandan çıxmasına yardım etmək; b) gəminin kapitanı və ya komandiri ilə gəmi heyəti üzvləri qəbul edən dövlətin liman və digər yerli təşkilatları, şirkətləri polis, gömrük və s. idarələri arasında yaranmış mübahisəli məsələlərin həll edilməsinə kömək etmək; c) gəmi heyətinin istirahəti üçün mədəni və idman tədbirlərinin təşkilinə və həyata keçirilməsinə yardım etmək; ç) Azərbaycan Respublikası gəmiləri ilə əlaqədar deklarasiyaları və digər sənədləri qəbul etmək və bu barədə Azərbaycan Res- publikasının qəbul edən dövlətdəki diplomatik nüma- yəndəliyinə və ya konsulluğuna məlumat vermək hüququ vardır. 9.7. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu lazım gəldikdə və Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyi və ya konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla dəniz və hava gəmilərinin şəxsi heyəti üzvlərinin, sərnişinlərinin müalicəsini və Azərbaycan Respublikasına göndərilməsini təşkil edir. Gəmi heyəti üzvləri və ya Azərbaycan Respublikasının vətəndaşı olan sərnişin öldükdə Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının diplomatik nümayəndəliyini və ya konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırdıqdan sonra mərhumun cəsədinin, sənədlərinin və şəxsi əşyalarının Azərbaycan Respublikasına göndərilməsi üçün tədbirlər görür. 9.7. Azərbaycan Respublikasının gəmisinin batdığı, qəzaya uğ- radığı halda, ştatdankənar (fəxri) konsul Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu barədə dərhal məlumat verib sərnişinlərin, heyət üzvlərinin, gəminin və yükün xilas edilməsi üçün ondan asılı olan bütün tədbirləri görməlidir. O, zərərçəkənlərə tibbi yardım göstərilməsini təşkil etməkdə adamların Azərbaycan Respublikasına göndərilməsində, dəniz protesti aktının və digər sənədlərin hazırlanmasında gəmi kapitanına və ya komandirinə lazımi kömək göstərir. 9.9. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu kapitanın və ya komandirin ştatdankənar (fəxri) konsulun dəftərxanasına gəldiyi gün gəniz və hava gəmiləri kapitanı və ya komandirinin xahişinə əsasən gəminin gəlməsi və getməsi, sərnişinlərin sayı və habelə yükün sayı, növü və çatacağı yeri göstərən şəhadətnamə vermək hüququna malikdir. 9.10. Əgər Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunda olan məlumata əsasən gəminin hər hansı limana daxil olması təhlükəli, yaxud qeyri-mümkün olduqda, o, bu barədə gəminin kapitanını və ya komandirini xəbərdar etməlidir. X FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN AVTOMOBİL, DƏMİR YOLU NƏQLİYYATI VASİTƏLƏRİ İLƏ ƏLAQƏDAR FUNKSİYALARI 10.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu avtomobil, dəmir yolu nəqliyyatı vasitələrinə konsulluq funksiyalarını yerinə yetirərkən bu Əsasnamənin III fəslinin müddəalarını rəhbər tutur. XI FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN SANİTARİYA MÜHAFİZƏSİ İLƏ ƏLAQƏDAR FUNKSİYALARI 11.1. Karantin və başqa yolxucu, xüsusilə tropik, QİÇS və bəzi digər yolxucu xəstəliklərin əvvəllər bu xəstəliklərdən azad olan 448 449 KONSULLUQ KORRESPONDENSİYASININ QORUNUB SAXLANILMASI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN ərazilərdə meydana çıxdığı zaman Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu xəstəliyin yayıldığı rayonu, yoluxma hallarının sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal bu barədə məlumat verir. RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN FUNKSİYALARI VƏ HESABATI 13.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun istifaləsində olan şeylər - Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi, konsulluq sipəri, rəsmi möhürü və ştampı, habelə konsulluq arxivi Azərbaycan Respublikasının mülkiyyətidir. 11.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasına gəlmək icazəsi almış şəxslərə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən peyvənd olunduğu barədə beynəlxalq sertifikatın və digər müvafiq sənədlərin təqdim edilməsi zərurətini bildirir. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu onların qorunub saxlanması və toxunulmazlığını təmin etmək üçün tədbirlər görür və bunun üçün şəxsi məsuliyyət daşıyır. 13.2. Konsulluq korrespondensiyaları, Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun xidməti fəaliyyətinə aid olan və Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən ona verilmiş rəsmi kitablar və nəşrlər Azərbaycan Respublikasının mülkiyyətidir. XII FƏSİL AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ) KONSULUNUN FİTOSANİTARİYA VƏ BAYTARLIQ MÜHAFİZƏSİ İLƏ ƏLAQƏDAR FUNKSİYALARI Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun korrespondensiyası Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinin və ya konsulluğunun, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi razılığı olmadan çap oluna və ya üçüncü şəxsə verilə bilməz. 12.1. Kənd təsərrüfatı bitkilərinə aid təhlükəli xəstəliklər və ziyan- vericilər meydana çıxdığı zaman, habelə mal-qara və quşların kütləvi xəstələndikləri hallarda, yaxud insan və heyvanlar üçün ümumi olan xəstəliklərin yayılmaq təhlükəsi yarandıqda Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu barədə dərhal məlumat verir. 13.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hər il yanvar ayının 31-dək özünün ötən ilki konsulluq fəaliyyəti barədə hesabat verməlidir. 12.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasına gəlmək icazəsi almış şəxslərə Azərbaycan Respublikasına daxil olarkən aparılan xammal, heyvanlar, heyvan mənşəli ərzaqlar barədə baytarlıq sertifikatının təqdim edilməsi zərurətini bildirir, toxumların, bitkilərin, təzə meyvə və tərəvəzlərin gətirilməsi qaydaları haqqında məlumat verir. İllik hesabatda, xüsusilə, konsulluq dairəsində müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasının iştirakı ilə yaradılmış təşkilat və şirkətlər, konsulluq dairəsinə gələn dəniz və hava gəmiləri heyəti ilə əlaqədar Azərbaycan Respublikası ştatdankənar (fəxri) konsulunun fəaliyyəti, görülmüş konsulluq əməliyyatları, qəbul edən dövlətin konsulluq fəaliyyətinə dair yeni qanunvericilik aktları barədə, habelə konsulluq dairəsinin ticarət, iqtisadi və XIII FƏSİL 450 451 mədəni həyatında baş vermiş hadisələr haqqında məlumatlar verilir. 13.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının qəbul edən dövlətdən diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ötən il ərzində konsulluq əməliyyatları və xidmətlərinə görə alınmış konsulluq rüsumlarının məbləği, konsulluq əməliyyatlarını həyata keçirərkən faktiki xərclər daxil olmaqla, konsulluq funksiyalarının icrası ilə əlaqədar xərclər barədə maliyyə hesabatı təqdim edir. AZƏRBAYCAN RESPUBLİKASI VƏ ÖZBƏKİSTAN RESPUBLİKASI ARASINDA KONSULLUQ KONVENSİYASI Azərbaycan Respublikası və Özbəkistan Respublikası, iki ölkə arasında dostluq münasibətləriinin inkişafına yardım etmək, habelə öz vətəndaşlarının hüquqlarını və mənafeyini daha səmərəli qorumağa səy göstərərək, 24 aprel 1963-cü ildə Vyanada imzalanmış konsulluş əlaqələri haqqında Vyana Konvensiyasını inkişaf etdirmə məqsədilə konsulun münasibətləri yerinə yetirmək üçün əlavə müddəalar müəyyən etmək arzusu ilə aşağıdakılar barədə razılığa gəldilər. Maddə 1 Təriflər Bu Konvensiyada işlədilən terminlər aşağıdakı mənaları daşıyır: 1. «Konsulluq» hər hansı baş konsulluq, konsulluq, vitse-konsulluq və konsulluq agentliyi. 2. «Konsulluq dairəsi» qəbul edən ölkənin ərazisində konsulluğa öz vəzifələrini yerinə yetirmək üçün ayrılmış bölgə; 3. «Konsulluq başçısı» - konsulluğa rəhbərlik etmək tapşırığı almış şəxs; 4. «Konsulluğun vəzifəli şəxsi» - konsulluq başçısı daxil olmaqla, konsulluq funksiyalarını yerinə yetirmək tapşırığı almış hər hansı şəxs; 5. «Konsulluğun əməkdaşı» konsulluqda inzibati və texniki vəzifələri yerinə yetirən hər hansı şəxs; 6. «Xidtmət personalı işçisi» - konsulluqda xidmət işlərini yerinə yetirən şəxs; 7. «Konsulluğun işçiləri» - yəni konsulluğun vəzifəli şəxsləri, konsulluq əməkdaşları və ya xidmət personalı işçiləri; 8. «Konsulluq personalı işçiləri» - konsulluğun vəzifəli şəxsləri (konsulluq başçısı istisna olmaqla), habelə konsulluğun əməkdaşı və xidmət personalı işçiləri; 9. «Xüsusi ev xidmətçisi» - konsulluq işçisinin yalnız xüsusi xidmətində olan şəxs; 10. «Konsulluq binaları» - kimin mülkiyyətində olmasından asılı olmayaraq, yalnız konsulluq funksiyalarını yerinə yetirmək üçün ayrılmış binalar və ya bina hissələri, bu binalara və yaxud bina hissələrinə aid torpaq sahəsi; 11. «Konsulluq arxivləri» - konsulluğa aid bütün kağızlar, yazışmalar, sənədlər, kitablar, filmlər, vildesəsyazma lentləri, konsulluğun reyestrləri, şifr və kod cədvəlləri, kartotekalar, onların saxlanılması və mühafizəsi təmin edilməsi üçün ayrılmış ləvazimatlar; 12. «Göndərən dövlətin hava gəmisi» - hərbi hava gəmiləri istisna olmaqla göndərən dövlətdə qeydiyyatdan keçirilmiş bildirici işarələrini daşımaq hüququna malik olan hər hansı üçün aparatı deməkdir. Maddə 2 Konsulluqların açılması 1. Göndərən dövlətin konsulluğu qəbul edən dövlətin ərazisizində yalnız qəbul edən dövlətin razılığı ilə açıla bilər. 2. Konsulluğun yerləşdiyi ərazi, onun dərəcəsi, konsulluq dairəsi və konsulluğun vəzifəli şəxslərinin sayı göndərən dövlətlə qəbul edən dövlət arasında razılığa əsasən müəyyənləşdirilir. 3. Konsulluğun yerləşdiyi ərazidə, onun dərəcəsində və konsulluq dairəsində, yaxud konsulluğun vəzifəli şəxslərinin sayında sonrakı dəyişikliklər göndərən dövlət tərəfindən qəbul edən dövlətin razılığına əsasən həyata keçirilə bilər. 452 453 Maddə 3 4. Baş konsulluq və konsulluq, yerləşdiyi ərazidə kənarda vitse- konsulluq agentliyi açmaq istədiyi halda da qəbul edən dövlətin razılığı zəruridir. Konsulluq başçısının təyin olunması 1. Konsulluq başçısı təyin edilməzdən əvvəl göndərən dövlət tərəfindən diplomatik və ya digər müvafiq kanallarla təklif olunan şəxs barədə qəbul edən dövlətin razılığı alınmalıdır. 5. Mövcud konsulluğun tərkib hissəsini təşkil edən dəftərxananın onun yerləşdiyi ərazidən kənarda açılması üçün də qəbul edən dövlətin əvvəlcədən müəyyən razılıq verməsi zəruridir. 2. Qəbul edən dövlət hər hansı bir şəxsin konsulluq başçısı sifətində təyin olunmasına razılıq verməzsə, o, göndərən dövlətə bu imtinanın səbəblərini göstərməyə borclu deyil. 3. Göndərən dövlət diplomatik kanallar vasitəsilə qəbul edən dövlətin Xarici İşlər Nazirliyinə konsulluq patentini və ya konsulluq başçısının təyin edilməsi barədə digər analoji sənədi göndərir. Bu sənəddə konsulluq başçısının tam adı, soyadı, vətəndaşlığı, konsulluğun yeri, dərəcəsi və konsulluq dairəsi göstərilir. 4. Qəbul edən dövlət konsulluq patentini və ya analoji sənədi aldıqdan sonra konsulluğun başçısının təyin edilməsi üçün ona formasından asılı olmayaraq ekzekvatura adlanan icazə sənədi verir. Ekzekvaturan və ya digər icazəni verməkdən imtina edən qəbul edən dövlət, göndərən dövlətə bu imtinanın səbəblərini göstərməyə borclu deyil. 5. Bu maddənin 6-cı bəndində və 4-cü maddədə göstərilən hallar istisna olmaqla, konsulluq başçısı yalnız belə ekzekvatura və ya digər icazə verildikdən sonra öz funksiyalarını yerinə yetirməyə başlaya bilər. 6. Qəbul edən dövlət ekzekvatura və ya digər icazə sənədi verənədək müvəqqəti olaraq konsulluq başçısına öz funksiyalarını yerinə yetirməyə razılıq verə bilər. Bu halda hazırkı Konvensiyanın müddəaları tətbiq edilir. 7. Konsulluq başçısına hətta müvəqqəti olaraq öz funksiyalarını yerinə yetirmək icazəsi verildikdən sonra qəbul edən dövlət təcili surətdə konsulluq dairəsinin səlahiyyətli hakimiyyət orqanlarına bu barədə məlumat verməlidir. Bundan əlavə, qəbul edən dövlət konsulluq başçısının öz vəzifələrini icra etməsi və bu Konvensiyadan irəli gələn üstünlüklərdən istifadə edə bilməsi üçün lazımi tədbirlər görülməsini təmin edir. 454 455 Maddə 4 Konsulluq başçısının funksiyalarının müvəqqəti olaraq yerinə yetirilməsi 1. Əgər konsulluq başçısı öz funksiyalarını yerinə yetirə bilmirsə və ya konsulluq başçısının vəzifəsi boşdursa, konsulluq başçısının funksiyaları konsulluq başçısının vəzifələrini icra edən tərəfindən müvəqqəti yerinə yetirilir. 2. Konsulluq başçısının vəzifələrini icra edən şəxsin tam adı və soyadı göndərən dövlətin diplomatik nümayəndəliyi vasitəsilə və ya göndərən dövlətin qəbul edən dövlətdə belə nümayəndəliyi olmadıqda, konsulluq başçısı tərəfindən, yaxud o bunu etmək imkanına malik deyilsə, onda göndərən dövlətin hər hansı səlahiyyətli orqanı tərəfindən qəbul edən tərəfin Xarici İşlər Nazirliyinə və yaxud həmin Nazirliyin göstərdiyi orqana bildirilir. Bu bildiriş, bir qayda olaraq, qabaqcadan göndərilir. 3. Qəbul edən dövlətin səlahiyyətli orqanları konsulluq başçısı vəzifələrini icra edən şəxsə yardım göstərir və onu himayə edirlər. Konsulluğa rəhbərlik etdiyi müddətdə ona bu Konvensiyanın müddəaları müvafiq konsulluq başçısı üçün nəzərdə tutulan əsaslarla şamil edilir. 4. Göndərən dövlətin qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinin diplomatik heyət üzvü göndərən dövlət tərəfindən bu maddənin 1-ci bəndinin müddəalarına əsasən konsulluq başçısı vəzifələrinin müvəqqəti icraçısı təyin olunarsa, o, diplomatik imtiyazlardan və toxunulmazlıqlardan qəbul edən dövlətin buna etiraz etmədiyi təqdirdə istifadə etməkdə davam edir. Maddə 5 Konsulluq heyəti işçilərinin təyin olunması 1. Göndərən dövlət konsulluq heyəti işçilərini 6-cı və 7-ci maddələrin müddəalarında göstərilən istisnalarla, azad şəkildə təyin edə bilər. 2. Göndərən dövlət qəbul edən dövlətin istəyinə uyğun olaraq 7-ci maddənin 3-cü bəndində nəzərdə tutulan hüquqlarını həyata keçirə bilməsi üçün konsulluq başçısı istisna olmaqla, konsulluğun vəzifəli şəxslərinin tam ad və soyadlarını, kateqoriyalarını və vəzifə dərəcələrini qabaqcadan qəbul edən dövlətə bildirir. 3. Qəbul edən dövlət konsulluğun bütün işçilərinə və onların ailə üzvlərinə, onların statusuna müvafiq olaraq, konsulluq işçiləri və ailə üzvləri sifətində tanıyan şəxsiyyət vəsiqələri verir. Maddə 6 Konsulluq vəzifəli şəxslərin vətəndaşlığı Konsulluğun vəzifəli şəxsi göndərən dövlətin vətəndaşı olmalıdır. Maddə 7 «Persona non qrata» elan olunmuş şəxslər 1. Qəbul edən dövlət istədiyi vaxt diplomatik kanallarla göndərən dövlətə konsulluğun bu və ya digər vəzifəli şəxsinin «persona non qrata», yaxud hər hansı işçisinin arzu olunmaz şəxs olduğu barədə məlumat verə bilər. Bu halda göndərən dövlət, müvafiq olaraq, həmin şəxsi geri çağırmalı və ya onun funksiyalarını dayandırmalıdır. 2. Göndərən dövlət bu maddənin 1-ci bəndində göstərilən öhdəliyi məqbul müddətdə yerinə yetirməkdən imtina edərsə və ya yerinə yetirməzsə, qəbul edən dövlət müvafiq olaraq həmin şəxsin ekzekvaturasını və ya digər icazəsini ləğv edə, yaxud onu konsulluq işçisi kimi tanımaqdan imtina edə bilər. 3. Konsulluğun işçisi kimi təyin edilmiş şəxs qəbul edən dövlətin ərazisinə daxil olanadək və ya o artıq qəbul edən dövlətdirsə, öz vəzifələrinin icrasına başlayarkən arzuolunmaz şəxs elan edilə bilər. Hər belə halda göndərən dövlət onun təyinatını ləğv edir. 4. Bu maddənin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda qəbul edən dövlət göndərən dövlətə öz qərarının səbəbini bildirməyə borclu deyildir. Maddə 8 Təyinolunma, gəlmə və getmə haqqında qəbul edən dövlətə bildirilməsi 456 457 1. Qəbul edən dövlətin xarici işlər nazirliyinə və ya bu nazirlik tərəfindən göstərilən orqana aşağıdakılar barədə bildirilir: a) konsulluğun işçilərinin təyin olunması, təyin olunduqdan sonra onların konsulluğa gəlmələri, tamamilə qayıtmaları və ya onların funksiyalarının dayandırılması, konsulluqda işlədiyi müddətdə onların statusuna təsir göstərən bütün başqa dəyişikliklər barədə; b) konsulluq işçisinin onunla daimi yaşayan ailə üzvü, habelə lazımi hallarda bu və ya digər şəxsin üzvlüyünə daxil olması yaxud ailə üzvlüyündən çıxması; c) xüsusi ev xidmətçilərinin gəlmələri və tamamilə getmələri və lazımi hallarda onların xidmətlərinin bu sifətdə dayandırılması; d) qəbul edən dövlətdə daimi yaşayan imtiyaz və immunitetlərə malik olan şəxslərin konsulluq işçiləri və ya xüsusi ev xidmətçiləri qismində əmək fəaliyyətinə cəlb edilməsi, yaxud azad edilməsi. 2. Gəlmə və tamamilə getmə barədə bildiriş mümkün qədər qabaqcadan verilməlidir. Maddə 9 Konsulluq və yaşayış binalarının əldə edilməsi 1. Göndərən dövlət öz adından və ya onun tərəfindən müvəkkil edilmiş hər hansı fiziki və ya hüquqi şəxs vasitəsilə qəbul edən dövlətin qanun və qaydalarına uyğun olaraq və bu dövlətin razılığı ilə mülkiyyət şəklində, istifadə üçün, icarəyə götürmək və ya hər hansı başqa formada sahiblik üçün aşağıdakıları əldə edə bilər: a) konsulluq binaları, konsulluq başçısının iqamətgahı, hər bir konsulluq vəzifəli şəxsinin, qəbul edən dövlətin vətəndaşı olmayan və bu dövlətdə daimi yaşamayan hər bir konsulluq əməkdaşının yaşayış binasını; b) hər hansı belə konsulluq binalarının və yaşayış binalarının tikilməsi üçün tutulan torpaqları; 2. Bu maddənin 1-ci bəndində göstərilən şərtlərə uyğun olaraq göndərən dövlət eləcə də konsulluq və yaşayış binaları, ya torpaq sahələrini yaxşılaşdıra bilər. 3. Qəbul edən dövlət göndərən dövlətə bu maddənin 1-ci və 2-ci bəndində göstərilən hüquqları həyata keçirməkdə müvafiq yardım göstərir və onu himayə edir. 4. Bu maddədə göstərilən müddəalar qəbul edən dövlətin binaların yerləşdirilməsini, tikintisini və habelə şəhər planlaşdırılmasını və rayonlaşdırılmasını tənzimləyən qanun və qaydalarına riayət etmək məsuliyyətindən göndərən dövlətin azad edilməsi kimi təfsir olunmamalıdır. Maddə 10 Fəxri konsulluq vəzifəli şəxsləri Razılaşan hər iki tərəf fəxri konsulluq vəzifəli şəxsinin təyin olunması barədə razılığa gələrsə, onlar fəxri konsulluq vəzifəli şəxslərinə tətbiq edilən rejimin müəyyən edilməsi məqsədilə bu Konvensiyanın müddəaları və beynəlxalq ümumi hüququ normalarına əsasən müvafiq sazişlərin bağlanması məsləhəti ilə əlaqədar məsləhətləşmələr keçirəcəklər. Maddə 11 Konsulluqların, konsulluq işçilərinin müdafiəsi və onlara verilən imkanlar 1. Qəbul edən dövlət konsulluğa funksiyalarını yerinə yetirmək üçün bütün imkanları təmin edir. 2. Qəbul edən dövlət konsulluğun vəzifəli şəxslərinə lazımi hörmətlə yanaşır, konsulluğun vəzifəli şəxslərinin və qəbul edən dövlətin vətəndaşları olmayan, qəbul edən dövlətdə qanuni olaraq daimi yaşayış icazəsi olan əcnəbi statusuna malik olmayan digər konsulluq işçilərinin, habelə yuxarıda göstərilən hər hansı birinin onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsiyyətinə azadlığına və ləyaqətinə xələl gətirə bilən halların qarşısını almaq üçün bütün lazımi tədbirləri görür. Download 4.58 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling