I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet39/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
#21200
1   ...   35   36   37   38   39   40   41   42   ...   88

qrammatik cəhətdən dəyişdirilərək istifadə olunan konstruksiyalardır. “...əksər dilçilər üçün 

frazeoloji vahidlər sərbəst söz birləşmələrinin əks qütbü olan sabit söz birləşmələridir”(1, 30).  

Bu dil vahidinin formalaşma və inkişaf xətti Türkiyə dilçiliyi ilə müqayisədə Azərbaycan 

dilçiliyində müəyyən səviyyələrdə öyrənilmişdir; monoqrafiyalar, dissertasiyalar, məqalələr 

yazılmış, lüğətlər tərtib edilmişdir. Türkiyə dilçiliyində nəzəri biliklərlə müqayisədə deyim 

sözlükləri daha çoxdur. Bildiyimiz kimi, bəzi ifadələr dilin tarixi inkişaf prosesində sabitləşib leksik 

vahidə çevrilir. İfadənin tərkibindəki sözlər öz ilkin leksik mənasını itirərək məcazlaşır və 

qoşulduğu sözlə birlikdə tamamilə yeni məna yaradır. Müasir türk dillərində deyimlərin sayı 

qədimlərdən daha çoxdur. Eyni dil ailəsinə və qrupuna daxil olan Türkiyə türkcəsində və 

Azərbaycan dilində  işlənən frazeologizmlər çox qədim tarixə malik olsalar da, onlar dilin təşəkkül 

tapmasından sonrakı dövrlərdə yaranmışlar. Çünki dillərin ilkin formalaşma dövründə sözlər yalnız 

nominativ mənada işlənmişdir. Ona görə də deyimlərin yaranmasına ehtiyac olmamışdır. Sonrakı 

dönəmlərdə sərbəst birləşmələr əsasında sabit birləşmələr əmələ gəlmişdir və bu proses daim davam 

edir. 


H. Bayramov deyir: “...qədimlərə doğru getdikcə frazeoloji vahidlərin kəmiyyəti müasir 

dilimizdəkinə nisbətən azalır”(2,54). 

  Hər bir dilin lüğət tərkibində frazeologizmlər çox önəmli yer tutur. Bu dil vahidlərini 

önəmli edən cəhət frazeologizmlərin hər birinin birbaşa xalqın adət-ənələri, dünyagörüşü, həyata 

baxışı ilə bağlıdır. “Dilçilikdə tez-tez belə bir ifadə işlənir ki, dildə sinonimlərin çoxluğu o dilin 

zənginliyinə dəlalət edir. Biz isə deyərdik ki, dilin zənginliyi onun tərkibindəki frazeoloji vahidlərin 

çoxluğu ilə ölçülür”(3, 17). 

Оğuz qrupu türk dillərində, xüsusilə Azərbaycan dilində və Türkiyə türkcəsində frаzеоlоji 

vаhidlərin əksəriyyətinin üst-üstə düşməsi, bəzən isə çох cüzi dəyişikliklərlə mövcud оlmаsı həmin 

türk dillərinin kök birliyi və bu хаlqlаrın özünün tаriхən еyni sоydаn оlmаsı fikrini bir dаhа təsdiq 

еdir.  

 Türk xalqlarının yaşı qədər qədim olan türk deyimləri hər kəlməsində bir müdrik kəlamı 



hifz edib saxlayır. Türk xalqlarının deyim dünyası türklərin tarixləri, adət və ənənələri, 

mədəniyyətləri qədər qədim və zəngindir. Dünyadakı bütün türklərin deyimləri illərlə araşdırılsa, 

onlara aid  cild -cild kitablar, əsərlər yazılsa belə bütün türk dillərindəki deyimləri sonuna qədər 

bitirə bilmərik. Azərbaycan dili kimi Türkiyə türkcəsi də deyimlərlə zəngin dildir. Bu dildəki 

deyimlər tarixən müxtəlif sənətkarların dilində işlənmişlər.  

Öyrənib birtirmək bir yana qalsın, hətta bütün türklərin deyimlərini bir araya toplayıb 

onların müqayisəli sözlüyünü yaratmaq çox çətindir. Türk dillərindəki deyimləri tədqiq edərkən ilk 

öncə eyni dil qrupuna ald olan dillərdəki deyimlərin bənzər və fərqli yönlərinin necə ortaya 

çıxdığını öyrənmək gərəkdir.  

Linqvokulturoloji ümumiliyi, milli özünəməxsusluğu daha aydın göstərən frazeologıya dilin 

qədim qatlarına aid köhnəlmiş sözləri, arxaik forma və sintaktik konstruksiyaları özündə qoruyub 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



202

saxlayır. Frazeologizmlərin bu xüsusiyyəti onları “dil və mədəniyyət” , “dil və təfəkkür” kimi 

məsələlər zəminində öyrənməyi zəruriləşdirir. Frazeoloji vahidin mənası konseptual strukturdur. Bu 

struktura konsept yaradan semantik, praqmatik və kulturoloji səciyyəli əlamətlər toplusu daxil olur. 

Frazeologizmlərdə milli özünəməxsusluq onların semantik xüsusiyyətlərində, məzmununda özünü 

göstərir.  

Türkiyə türkcəsi və Azərbaycan dili bir-birlərinə  çox yaxın, eyni zamanda fərqli 

xüsusiyyətləri olan dillərdir.  Hər  hansı  bir  dili mükəmməl öyrənməyin önəmli  şərti  o dilin 

deyimlərini dərindən bilməkdir. Ümumiyyətlə deyimlər dilin ən çətin mənimsənilən qatıdır. Dildəki 

deyimlər dil daşıyıcılarının tarix və etnoqrafiyasının, psixologiyasının və düşüncə tərzinin dildə 

ifadəsi kimi meydana çıxır. Məhz buna görə də bir xalqın deyimlərinin dilçilik yönündən 

araşdırılması nəticədə o xalqın tarix və etnoqrafiyasının, həyat və yaşayış tərzinin öyrənilməsinə 

səbəb olur. Məruzəmizin mövzusu deyimlərin müqayisəsi olduğundan  biz həm də eyni zamanda 

türk və Azərbaycan xalqlarının, qismən də olsa, fərqli tarix və coğrafiyası, adət və ənənələrinə işıq 

tutacağıq. Türk və Azərbaycan dillərinin, o sıradan da  xalqların nə qədər yaxın olduğunu bir daha 

vurğulamağa, bizcə, gərək yoxdur. Tarixin müxtəlif dönəmlərində bu xalqları bir-birindən 

uzaqlaşdırmağa, ayırmağa çalışsalar da, bunu bacarmamışlar. Bu iki xalqın qəlbində bir-birinə 

duyduqları sevgi atəşini heç kimsə söndürməmişdir. Dil qədər insanları bir-birinə yaxınlaşdıran 

ikinci bir amil, zənnimizcə, yoxdur. Türk və Azərbaycan dilləri arasındakı bu eynilik və bənzərlik 

sözsüz ki, dildə ən qarışıq qat olan deyimlər arasında da vardır. Bununla birgə bu dillərdəki 

deyimlər arasında fərqliliklər də vardır.  Çünki hər bir deyim aid olduğu dilin və xalqın özünə xas 

özəlliklərini əks etdirir. Azərbaycan xalqının və osmanlı türklərinin qarşılıqlı dil əlaqələri  XX əsrin 

əvvəllərinə qədər davam etmişdir. Bildiyimiz kimi, Azərbaycan dili  türk dillərindən həm coğrafi, 

həm də siyasi yöndən ayrılmışlar. İllərcə bu xalqlar müxtəlif sosial quruluşlarda yaşamış və bu da 

Azərbaycan  və Türkiyə türkcəsində izini buraxmışdır. Buna  görə də Türk və Azərbaycan 

deyimləri arasında bənzərliklərlə birgə fərqliliklər də vardır. Bu fərqli cəhətlər deyimlərin 

semantikasında özünü göstərir. İki dilin deyimlərinin qrammatik quruluşlarında heç bir fərqli cəhət 

yoxdur.  

Ortaq mədəniyyətə sahib olan türklərin deyimləri də ortaqdır.Lakin Azərbaycan və Anadolu 

mühitində yaranan deyimlərin fərqli xüsusiyyətlərinin olması da təbiidir. Türkiyə türkcəsində olan 

deyimlərin önəmli özəlliklərindən biri Türkiyənin yerli dəniz, tarixi abidə adlarını özündə əks 

etdirən deyimlərdir. Məsələn, Azərbaycan dilində bu türk deyimlərinə rast gəlinmir: Atı olan 

Üsküdar`ı keçər; Amasiya`nın bardağı biri olmazsa, biri daha; Herkes gider Mersin`e, biz gederiz 

tersine, Senin aradığın kantar Bursa`da kestane dartar; Karadeniz`de fırtına, al pırtına, sırtına; 

Ayasofya`da dilenip, Sultanahmet`de sadaka verir(6); Amasiya, Karadeniz, Üsküdar, Mersin, 

Erzurum və s. Türkiyə ilə əlaqəli olan xüsusi adlar məhz Türkiyə tarixi, coğrafiyası ilə bağlı olduğu 

üçün yalnız Türk deyimlərinin içində yaşamaqdadır. Lakin Türkiyə türkcəsində tərkibində yer adları 

olan elə deyimlər də vardır ki, eyni ilə Azərbaycan dilində də mövcuddur. Məsələn: Türk: Burnu 

Kaf dağında olmak; Azərb: Burnu Qaf dağında olmaq(5). Maraqlıdır ki, Anadolu Türklərinin  və 

Azərbaycan türklərinin düşüncəsində Qafqaz dağları ən uca dağlardır. Özündən çox razı, burnu 

havada, heç kimsəni bəyənməyən adamlar haqda hər iki xalq “Sanki burnu Qaf dağında!” deyimini 

işlədirlər. Bəzən elə deyimlər olur ki, tərkibindəki coğrafi adlar hər iki dildə fərqli olur. Məsələn, 

türk: Karadeniz`de gemilerin mi batdl?(7); azərb: Xəzərdə gəmilərinmi batdı? və s. 

Deyimlərin içərisində yalnız yer adlarını deyil, dastan  qəhrəmanlarının tarixi şəxslərin 

adlarını mühafizə edən elə abidələrimiz var ki, onlar türk və Azərbaycan xalqları üçün ortaq 

abidələrdir. Belə abidələrdən biri də “Koroğlu” dastanıdır. Bu dastanla əlaqədar deyimlər türk və 

Azərbaycan dillərində ortaq işlənirlər. Məsələn, Azərb: Qoç Koroğlu, Misri qılınc; Çünki oldun 

dəyirmançı, çağır gəlsin dən, Koroğlu; türk: bir Koroğlu, bir Ayvaz. və s. Bəzən türk dilində 

çoxvariantlı işlənən bir deyim Azərbaycan dilində birvariantlı işlənir. Məsələn. türk: İmaret(mescit) 

yapılmadan dilenciler (körler) dizildi(7,68). Azərb: Məscid tikilməmiş kor əsasını dirədi(4,98).  

Türkiyə türkcəsində işlənən deyimlərin böyük bir hissəsinin içərisində alınma sözlər işlənir. 

Bu alınmalar, əsasən, ərəb və farscadan alınmalardır. Bəzən də elə olur ki, Türkiyə türkcəsindəki 

deyimin tərkibindəki alınma Azərbaycan dilində anlaşılmır.  Məsələn, Belaya berzah. Buradakı 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



203

“berzah” kəliməsi ərəbcədən alınmadır və sıxıntılı yer deməkdir. Bəzi hallarda türk dilində  

ərəbcədə eyni mənada işlənən deyimlərdən birinin içində alınma söz işləndiyi halda, digər dildə 

eyni alınma söz türk sözü ilə dəyişdirilir. Məsələn. Türk: Hak ile yeksan etmek(8,122); azərb: yer 

ilə yeksan etmək(4,156). 

İstər Türkiyə türkcəsində, istərsə də Azərbaycan dilində tərkibində alınma söz işlənən 

deyimlərin böyük bir qismi İslam dini ilə bağlıdır. Məsələn, Türk: Anası onu Kadir gecesi 

doğurmuş(6,69). (“Kadir gecəsi” ramazan ayının 27-ci gecəsinin adıdır.) Dini inanclara görə o gün 

ən gözəl günlərdən biridir. Qədr gecəsi dünyaya göz açan uşaq çox xoşbəxt olur. Lakin burada da 

müəyyən fərqli cəhətlər mövcuddur. Bu tip frazeologizmlərdən bəziləri Azərbaycan dilində 

işlənmir. Məsələn, Arafat`da soyulmuş hacıya dönmək(8,89).  Arafat- Hacıların Qurban 

bayramından bir gün qabaq Məkkə ətrafında ziyarətdə olduqları müqəddəs yer. İslam dini ilə bağlı 

olub Türkiyə türkcəsində işlənib, Azərbaycan dilində işlənməyən digər bir deyim “Rufailer karışır” 

deyimidir. Rufailik ərəb sözü olub islam dini və təsəvvüfü ilə bağlı deyimdir. Başqa bir örnək kimi 

isə “Gayya quyusu”deyimini göstərə bilərik. “Gayya” cəhənnəmdə olduğuna inanılan bir quyu və 

yaxud dərin bir dərə”. Azərbaycan dilində buna qarşılıq kimi  “cəhnnəm quyusu”, və yaxud “elə bil 

səsi cəhənnəm quyusundan çıxır” kimi sabit ifadələr işlənir.  

Türkiyə türkcəsində və Azərbaycan dilində eyni mənada işlənən elə deyimlər var ki, onların 

semantik yükü eyni olsa da, leksik tərkibləri fərqlidir. Məsələn, Türkiyə türkcəsi: Çantada keklik; 

Azərbaycan dili: torbada pişik  var. Bu deyimlər eyni anlamda olsalar da, bir dildə “kəklik”, o biri 

dildə “pişik” sözü işlənmişdir. 

Araşdırma apararkən şahid olduq ki, Türkiyə türkcəsində və Azərbaycan dilindəki bədən 

üzvlərinin adı ilə bağlı olan deyimlər arasında çox az fərqliliklər özünü göstərir. Əksəriyyəti eyni ilə 

hər iki dildə işlənir. 

Hər iki qohum dildə işlənən deyimlərə nəzər saldıqdan sonra onu söyləmək istərdik ki, hal-

hazırdakı dönəmdə Türkiyə türkcəsi Azərbaycan dilinə çox güclü təsiretmə mövqeyinə malikdir. 

Əlbəttə ki, burada söhbət leksik vahidlərdən gedir. Lakin bununla belə son zamanlar çox maraqlı bir 

faktı da müşayət edirik ki, Türkiyə türkcəsindən Azərbaycan dilinə leksik vahidlərlə bərabər 

deyimlər də keçməkdədir.   

 Bildiyimiz kimi, Türkiyə türkcəsi və Azərbaycan bir dil ailəsinin eyni dil qrupuna aid 

olsalar da, bu dillər arasında gedən diferensiasiya hadisəsindən sonra əlaqələr uzun müddət 

səngimişdir. XX əsirin əvvəllərində bu iki dil arasında inteqrasiya prosesi gücləndi. Türkiyə 

türkcəsinin leksikası və qrammatikası birbaşa Azərbaycan dilinə təsir etməyə başladı. Türkiyə ilə 

Azərbaycan arasında XX əsrin əvvəllərində 5 əsrlik fasilədən sonra yenidən Türkiyə  türkcəsi ilə 

Azərbaycan dili arasında inteqrasiya  prosesi baş tutdu. XX əsrdə baş tutan bu inteqrasiya prosesi 

özü iki mərhələyə ayrılır:  

1. XX əsrin əvvəllərindən 1920-ci ilə qədər olan dövr.  

2. XX əsrin sonlarından-1990-cı illərdən bu günə qədər olan dövr. 

Bu mərhələdə  Türkiyə türkcəsindən çoxlu sayda sözlər sürətlə Azərbaycan dilinə keçdi, 

Türkiyə türkcəsi ilə Azərbaycan dili arasında dil əlaqələri  intensivləşdi.  Azərbaycan dövlət 

müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə işgüzar əlaqələrin genişlənməsi və müxtəlif sahələr 

üzrə mütəxəssislərin birgə fəaliyyəti ilə bağlı dilimizdə işlədilən ərəb-fars mənşəli bəzi leksik-

terminoloji vahidlərin müasir türk dili faktları ilə yenidən əvəzlənməsi meyili müşahidə olunur. Bu 

cür dil vahidlərini xarakterik cəhətlərinə görə iki cür qruplaşdırmaq olar: 1) ümumişlək xarakter 

qazanaraq normativ dil elementlərinə çevrilənlər; 2) ümumişlək xarakter daşımayan və normativ dil 

elementinə çevrilməyənlər. 

Müstəqillik illərində Azərbaycan dilinə Türkiyə türkcəsindən leksik vahidlərlə bərabər 

deyimlər də keçmişdir. Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə elə deyimlər keçmişdir ki, 

onlar yalnız müstəqillik illərində dilimizdə işlənməyə başlamışlar. Biz Türkiyə türkcəsinin təsiri ilə 

Azərbaycan nitqində işlənən bu deyimləri iki qrupa bölmüşük. 

 1.İsmi frazeoloji birləşmələr: əlinə sağlıq; ayaqlarına sağlıq; keçmiş olsun; kisənə 

bərəkət; alan razı, satan razı; ana-baba günü; sıxıntı çəkmək; sağı-solu bilinməz; sırası deyil; 

sırası gəlmək; işin pərdə arxası və s. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



204

2. Feili frazeoloji birləşmələr: Məsələn, dili papuc kadar olmak; ağzında bakla 

islanmamak; bizim papucumuz dama atılıp; ağzından baklayı çıkarmak; burnundan fitil fitil 

gelmek; Halep orada ise arşın burada; dilin bal-şəkər yesin; ağzın paxlava yesin; soyuq duş almaq; 

gözü kəsmək və ya gözüm heç nə kəsmədi; göydən yerə vurmaq; üzərinə almaq; universitet 

qazanmaq; üzünün ifadəsi dəyişmək; adı keçmək; ağır başlı; ağız dadı; ağzını yoxlamaq; ağlında 

qalmaq, kiməsə alət olmaq; al gülüm, ver gülüm; önünə keçmək; önə sürmək;  ödü qopmaq; kiçik 

görmək, ortada buraxmaq; kilo almaq; kilo vermək; kefini çıxarmaq və s.    

Gördüyümüz kimi, Türkiyə türkcəsindən dilimizə keçən deyimlərin böyük əksəriyyəti feili 

frazeologizmlərdir. Ümumiyyətlə, Türk dillərində işlənən deyimlərin böyük əksəriyyəti feil 

tərkiblidir. 

Təbii ki,  bu deyimlər hələ bəzi kütlələr arasında işlənir və  ümumişlək xarakter qazanaraq 

normativ dil elementlərinə çevrilməyiblər. Bu tip deyimlərin Azərbaycan dilində işlənməsində isə 

televiziyanın əvəzsiz dərəcədə rolu olduğunu unutmamalıyıq. Bir faktı da nəzərinizə çatdırmağı 

lazım bilirik  ki, bu tip ifadələr daha çox gənc nəslin dilində işlənməkdədir.   

Bu deyimlərin çoxu Türkiyə türkcəsindən Azərbaycan dilinə keçmiş, ancaq hələ vətəndaşlıq 

statusu qazanmamış vahidlərdir.    

ƏDƏBIYYAT 

 

1.

  Mirzəliyeva M. Türk dillərinin frazeologiyası.(Oğuz qrupu türk dilləri) I. Hissə. Bakı. 



2009 

2.

  Bayramov H.Azərbaycan dili frazeologiyasının əsasları. Bakı, 1978. 



3.

  Mahmudova Q. Türk dillərinin frazeologiyası.(Qıpçaq qrupu türk dilləri) II hissə, Bakı, 

2009 

4.

  Azərbaycan dilinin frazeologiya lüğəti. Bakı: Altun, 2015, 287s.  



5.

  Sеyidəliyеv N.F. Frаzеоlоgiyа lüğəti. Bаkı: Çırаq, 2004, 272 s. 

6.

  Аksоy Ömеr Аsim.Аtаsözlеri vе dеyimlеri sözlüğü. Аnkаrа: Mаyа Mаtbааcılık 



Yаyıncılık Ztd. Şti, 1978, I c., 390 s.  

7.

  Аksоy Ömеr Аsim.Аtаsözlеri vе dеyimlеri sözlüğü. Аnkаrа: Mаyа Mаtbааcılık 



Yаyıncılık Ztd. Şti, 1978, II c., 967 s. 

8.

  Aksan D. Türkçenin sözvarlığı, Engin Yay, Ankara,1996. 



 

 

SUMMARY 



Rehman Kuliev 

 The linguistical analysis of the phaseological units which passed from Turkish language into 

Azerbaijani language during independence years 

 

In the independence years the lexical units passed from Turkish language into Azerbaijani 



language. The education and economical contacts between two countries have great role in this 

process.  Not only lexical units, but also phraseological units and fixed expressions passed to the 

Azerbaijani language. The television plays an important role here. These  phrases are spoken 

especially by young generation. The samples are taken from phraseological units, scientific 

literature and dictionaries. 

Key words: Turkish language, Azerbaijani language, phraseological units, lexical units 

 

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



205

 

Rəna İskəndərli 



AMEA  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,  

Multidistiplinar əlyazmalar və çap kitabları şöbəsinin elmi işçisi  

iskenderli76@ gmail.ru 

 

 



ŞƏMSƏDDİN SAMİ YARADICILIĞINDA “QAMUSİ - TÜRKİ” LÜĞƏTİ 

 

Əslən arnavud (alban) olan Fraşeri Şəmsəddin bəy(1850-1904) Yanya vilayətinin Ergiri 



sancağına tabe Pərmədi qəzasında nahiyyə mərkəzi olan bir kənddə dünyaya gəlmişdir. Şəmsəddin 

Sami bəyin ailəsi Beratdan gəlmiş Fraşer bəylərindən idi. Saminin “Qamusül-Elam”da verdiyi 

məlumata əsasən, Fraşer bəyləri daima Osmanlı səltənəti xidmətində olmuşlar. Elmə dəyər vermək 

ənənəsi olan bu bəylər qonaqlarında xüsusi müəllimlər tutub övladlarına mükəmməl şəkildə ərəb və 

fars dillərini öyrədirdilər.(6;3352) 

Şəmsəddin Sami türk və Alban tarixini, mədəniyyətini, ədəbiyyatını tədqiq edən, müxtəlif 

elm sahələrinə dəyərli əsərlər bəxş etmiş alimdir. Sadə jurnalistlik fəaliyyəti ilə başlanan müəllifin 

yazı həyatı bədii əsərlər, tərcümələr, ensiklopedik nəşriyyatlar və dilçilik sahələrinə qədər inkişaf 

etmişdir. Qeyd etmək vacibdir ki, onun istər elmi, istərsə də öz dövründə aktuallığı ilə seçilən bədii 

əsərləri xüsusi diqqətə layiqdir. O, ilk türkçə romanı olan “Təəşşük-i Tələt və Fitnət”(1872), ilk türk 

ensiklopediyası sayılan “Qamusül-Elam”(1889-1898) və müasir üslubda ilk geniş əhatəli türkcə 

lüğət olan “Qamusi-Türki”nin (1901) müəllifidir. Ayrıca “Qamusi-Fransavi” (fransızca lüğət) və 

“Qamusi-Arabi” adlı ərəb lüğətini qələmə almışdır. Ümumiyyətlə, türkcəni araşdırmaq, inkişaf 

etdirmək və öyrətmək sahələrində Saminin əvəzsiz xidmətləri olmuşdur.  

 Türk ədəbiyyatında roman və ensiklopediya sahələrinə ilk əsərləri vermiş, türk dilinə və 

mədəniyyətinə böyük xidmətlər göstərmiş Şəmsəddin Sami Azərbaycan xalqına da öz 

yaradıcılığından bir pay ayırmışdır. Onun “Qamusül-Elam” adlı ensiklopedik əsərində çoxlu sayda 

Azərbaycan müəlliflərinin, alimlərinin adları sadalanır. 

Alim ömrünün son iyirmi üç ilini yalnız ensiklopedik və dilçilik əsərlərinə həsr etmişdir. 

Onun “Qamusi-Fransəvi”, “Qamusi-Türki”, “Qamusül-Elam”, “Qamsusi-Arabi” kimi mühüm 

əsərləri nəinki Türk dünyasının, o cümlədən Qərb mütəxəsislərin və alimlərin diqqətini cəlb 

etmişdir. Əlli dörd il kimi qısa bir ömür yaşamış müəllif 55 əsər, 13750 səhifəlik bədii əsər və 2000 

səhifəlik tərcümə əsərlərini yazmışdır. 

Hazırki məqalə Şəmsəddin Saminin “Qamusi-Türki” lüğətindən bəhs edir. Müasir türk 

lüğətçiliyinin bünövrəsi sayılan “Qamusi-Türki” əsəri 1317-ci ildə (1901) tamamlanmışdır. Qeyd 

etmək vacibdir ki, iki cilddən ibarət olan bu lüğət “türk” adı ilə nəşr olunan ilk Osmanlı sözlüyü 

kimi də böyük əhəmiyyət kəsb etmişdir. Müəllif əsərin yazılışına iki ilini həsr etmişdir. Türk dili ilə 

bağlı bu önəmli əsər türk kəlmələrinə yer verən və ilk lüğət sayılan Əhməd Vefik Paşanın “Ləhce-i 

Osmani”sindən (1876) sonra o dövrün danışıq və ədəbi dilində əks olunan türk əsilli kəlmələrlə 

birlikdə ərəb, fars və qərb  mənşəli kəlmələri bir araya gətirən zəngin, ətraflı bir lüğətdir (3;521). 

Lakin “Ləhce-i Osmani” lüğəti dolğun və zəngin bir sözlük olsa da, orada bir çox mühüm nöqsanlar 

vardır. Əsərin tərtibatı da qarışıq olduğundan istifadəsi çətin idi (2;419). Şəmsəddin Saminin isə bu 

lüğətdən öncə üç böyük lüğət təcrübəsi olduğu üçün o, “Qamusi-Türki” əsərini tərtib və tərkib 

baxımından ən zəngin və mükəmməl lüğət cildinə salmışdır. Müəllif, Qərb üsulundan istifadə 

edərək lüğəti əlifba sırası ilə düzmüş (31 hərfdən ibarət Osmanlı əlifbası əsasında) və hər sözün 

yanında yalnız onun kökünü deyil, dil bilgiləri ilə bağlı bütün məlumatları açıqlamışdır. 

 

Şəmsəddin Sami “Qamusi-Türki” lüğətinə həsr olunmuş 20 Ramazan 1317-ci il tarixli 



“İfadəyi-məram” adlı ön sözündə lüğətin vacibliyini və yazılma səbəbini vurğulayaraq yazmışdır ki, 

lüğət kitabı dilin xəzinəsidir və dünyada elə bir adam təsəvvür etmək olmaz ki, dilin bütün lüğətini 

bilsin. Və çox az adamlar var ki, dillərini tamamilə qaydaya uyğun söyləyə bilsinlər. Dilləri 

xətalardan qoruyan isə ədəbiyyat və udəbalardır (Ədəbiyyatçılar). Yəni, udəbanın əsas xidməti dilin 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



206

məmləkətini təşkil edən sözləri və fəsahət qaydalarını mühafizə etməkdir. Bunun üçün isə birinci, 

dilin bütün sözlərini əhatə edən, onları əks etdirən mükəmməl bir qamusun (lüğətin) və ikincisi, sərf 

və nəhv qaydalarını cəm edən müntəzəm bir qrammatik kitabın mövcudluğu danılmazdır. Hər iki 

kitab ədəbiyyatın əsasıdır. Mükəmməl bir şəkildə tərtib olunmuş lüğəti olmayan dil öz sərvətini və 

sərmayəsini gündən-günə tərk edərək qeyb olacaq. Eyni zamanda, müntəzəm bir sərf və nəhv kitabı 

olmayan dil getdikcə daha yalnış söylənilir və sonda xətalarla dolu bir hal alınır. Daha sonra alim 

bu məsələyə tənqidi yanaşaraq, türklərin illər ərzində mükəmməl bir qrammatik kitabın olmaması 

ucbatından xeyli geniş və zəngin olan türk dilinin əksər sözləri istifadəsiz qalaraq itməsindən və 

bunun nəticəsində daha çox ərəb, fars kəlmələrindən istifadə etmələrindən, hətta ərəb-fars kəlmələri 

olmadan bir şey ifadə etmək iqtidarında olmamalarından söz açdı. Tədqiqatçı şərq və qərb 

türkçələrinin xüsusiyyətlərini şərh edərək şərq şivəsinin tələffüzcə və ifadəcə daha kobud, lakin dil 

qaydaları etibarı ilə daha doğru, qərb türkcəsi (Osmanlı türkcəsi) isə çox zərif, lakin qayda etibarı 

ilə daha çox səhvlərə məruz qalmasını qeyd edərək söyləmişdir: “Ərəb və fars kimi əcnəbi dillərin 

söz və islahatları sayəsində bizim (qərb) türkcəmiz daha genişdirsə də, əsl türk söz ehtiyatı və 

cümlələrin quruluşuna gəlincə, çağatay dili bizimkindən daha zəngindir.”(5;3) Qərb və Şərq 


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   35   36   37   38   39   40   41   42   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling