I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
Aşıqları inandırır,
Yalan vədəylə qandırır. Bu huy səni utandırır, Çox naz aşiq usandırır. Ziya Paşanın ədəbi görüşlərində Avropa meylli dəyərlər özünə yer tapandan sonra əsərləri ideoloji baxımdan yeni mahiyyət kəsb etməyə başladı. Bu da bilavasitə Tənzimatın hürriyyət, məşrutə istəyi və tələbi ilə bağlı idi. Lakin burada bir incə məqama nəzər yetirmək lazımdır. Ziya Paşa Tənzimat ədəbiyyatının nümayəndəsi kimi Avropa dəyərlərinə hörmətlə yanaşır, Avropa ədəbiyyatının öyrənilməsini təbliğ edirdi. O, Avropa dillərinin öyrənilməsinə zəruri ehtiyacın olduğunu xüsusi olaraq nəzərə çarpdırırdı. Lakin, Ziya Paşa bunların müqabilində doğma dilə, doğma ədəbiyyata ögey münasibət bəsləməyin əleyhinə çıxırdı. Daha doğrusu, onun nəzərincə Avropa mədəniyyətinə yaxınlaşmaq, bütün milli-mənəvi dəyərlərə xor baxmaq deyil, əksinə, onu daha da inkişaf etdirməkdir. İstər isən anlamaq cahanı, Öyrənməli Avropa lisanı. Bilmək gərək ordakı fünunu, Tərk eylə təəssübü cünunu. Təqlid ilə əslini unutma, Milliyyətini xakir tutma. Ziya Paşa yaradıcılığında qarşıya qoyulan məsələlərə hərtərəfli münasibət vardır. İlk öncə onu qeyd edək ki, şairin sənətində təxminən həyatın bir çox problemləri özünə yer tapmışdır. Qeyd olunan problemlərə bəzən üstüörtülü, bir çox məqamlarda isə birbaşa, konkret münasibət bildirilir. Ziya Paşa Avropaya getməzdən əvvəl divan şeir tərzində “Tərcibənd” adı ilə 3 məşhur əsər yazmışdır. Bu əsərlər məzmun və ideya baxımından eyni olsalar da, beyt və bənd saylarına görə fərqlənirlər. 1859-cu ildə yazılmış “Tərcibənd” dini-təsəvvüf görüşləri əks etdirən hikmət dolu bir əsərdir. 12 bənddən ibarət olan bu əsərdə şairin kainat barədə düşüncələri, təbiət sirləri qarşısında I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
244 insanın acizliyi, yer üzündə mövcud olan nizamsızlıq, haqsızlıq, ədalətsizlik və s. məsələlər yer alır. Ziya Paşanın “Tərcibənd” əsərində klassik İslam fəlsəfəsi ilə modern Qərb fəlsəfəsi, o cümlədən, Kopernik düşüncə sistemi qarşılaşdırılır. Prof. Mehmet Kaplan Ziya Paşanın bu cür yanaşmasını yüksək qiymətləndirmiş və “əski ədəbiyyatımızda kainat və həyat haqqında bu qədər geniş, bu qədər sistemli yazılmış bir mənzumə yoxdur”– demişdir. 12 bəndlik bu əsərdə cəmiyyətlə bağlı bir sıra problemlərə aydınlıq gətirmək, onları izah etmək əsas məqsəd olsa da, bunların izahında insan düşüncə və ağlının yetərsiz olduğu bildirilir. Çünki kainatda mövcud olan bütün səbəb və nəticələr Allaha məxsusdur. Allaha məxsus olanları insan ağlı dərk etməz. Ona görə də əsərdə dünya əcaib bir dərshanəyə, məkana bənzədilir və o, fəlakət çarxı ətrafında fırlanan dəyirman kimi təqdim edilir. Müəllif dünyada baş verən ədalətsizliklərin, hərisliklərin, fəlakətlərin, mənəm-mənəmliyin, ağıllı insanların ağılsızlara, savad əhlinin nadanlara möhtac olmasının kökündə dayanan səbəbləri öyrənməyə çalışır. Yarəb, nədir bu keşməkeşi dərdi-ehtiyac, İnsanın ehtiyacı ki bir loxma nanədir.
Yarəb, nədir bu dəhrdə hər mərdi züfünun Olmuş bəlayi ağıl ilə aramdan məsun.
Yarəb, neçün bu arsada hər şəxsi arifin Miqdari fəzlinə görə dərdi olur füzun. Bu suallara cavab tapılmadıqca, biz əsərdə dünyanın qeyri-bərabərliyi, ədalətsizliyi və s. barədə sadalanan fikirlərlə rastlaşırıq. Şair dünyanın cahil insanların nəzarətində olması, könül sahiblərinin, bilgili insanların mənəvi sarsıntıya düçar olması, insanlarda varlanmaq hərisliyinin çoxalması, pisin yaxşıya qalib gəlməsi və s. kimi fikirlərlə cəmiyyətdəki pisliklərin ümumi mənzərəsini yarada bilir. Ziya Paşa “Tərcibənd”də bunun səbəbini ürəkağrısı ilə cahanda ağıllı ilə dəlini, haqq ilə nahaqqı ayıracaq tərəzinin yoxluğunda görür. Şair Şərq dünyasının özünəməxsus qüsurlarından danışarkən müsəlmanlarda əvvəlki qeyrət, səy, namus və təmizliyinin qalmamasını, insanlarda milli qürur, dövlətə sədaqətin azalmasını mənəvi eybəcərlik hesab edir və əsərdə narahatçılıq hissi ilə bu şəkildə qələmə alır: Milləti-islamda əvvəlki qeyrət qalmamış, Əski iffət, əski namus, əski himmət qalmamış.
Əski məcnunlardakı qeyrət, həmiyyət qalmamış, İndi hər kəs aqil olmuşlar, o cinnət qalmamış.
Kimsədə əvvəlki ikdam, o sədaqət qalmamış, Hasili əxlaq bitmiş mülki millət qalmamış. Lakin Ziya Paşa mənəvi eybəcərliklərdən narahat olduğunu bildirsə də, üzünü insanlara tutub “namus və insanlığı əsla xəyal edib düşünmə” deməklə, Allahın iradəsindən kənarda heç nəyin dayanmadığı qənaətini ortaya qoyur. Şairə görə dünya təkcə gözəllikləri ilə deyil, hətta bütün mənəvi eybəcərlikləri ilə də Allaha məxsusdur. Çünki bu dünyanın eyiblərini də, gözəlliklərini də Allah yaradıb. Ancaq bunları Allah yaratsa da, Allahın özü hər cür qüsur, eyib və nöqsanlardan uzaqdır, böyük qüdrət sahibidir: Subhanə mən tahayyare fi sunihil-ukül, Subhanə mən bi kudretihi ya cüzül-fuhül. (Uca qüdrəti ilə Allahı təsbih edərəm. Onun hər cür qüsur, eyib və nöqsanlardan uzaq olduğunu qəbul edər və söylərəm). Əsərdə irəli sürülən ideya budur ki, kainatda hər şey Allahın əlindədir və insan iradəsi Allahın yaratdıqları qarşısında acizdir. Bütün bunları Ziya Paşa bir islahatçı olaraq yeni hökumət qurmaq, cəmiyyətdə dəyişiklik etmək, xalqı xoşbəxtliyə qovuşdurmaq üçün atılan addımların faydasız olduğunu gördükdən sonra yazmaq məcburiyyətində qalmışdır. Şair bunları mövcud mərhələdə insanın hələlik nəyəsə nail olmasının qeyri-mümkünlüyünü dərk etdikdən sonra qələmə almışdır. Lakin bunlar o demək deyildir ki, Ziya Paşa əsərdə irəli sürdüyü I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
245 ideya ilə cəmiyyətdə insan təşəbbüskarlığı qarşısında sədd çəkir, onun həyatdakı fəaliyyət və rolunu əhəmiyyətsizləşdirir. Çünki modern ədəbiyyatın nümayəndəsi kimi Ziya Paşa yaradıcılığında cəmiyyət dəyişkənliyi ideyası öndə olmuş, insan cəmiyyətdə aparıcı və aktiv rolda təqdim edilmişdir. Ziya Paşanın 1870-cı ildə İsveçrədə qələmə aldığı “Tərkibbənd” mənzuməsi Ruhi Bağdadinin (XVI əsr) “Tərkibbənd”inə nəzirədir. Şairin bu əsəri ilə 1859-cu ildə yazdığı “Tərcibənd” arasında mövzu, ideya və forma baxımından müəyyən yaxınlıq vardır (Ziya Paşanın digər iki “Tərcibənd” və “Tərkibbənd”i mövzu və ideya baxımından eyni olsalar da, bənd saylarına görə fərqlənirlər). Hər iki əsər gerçək həyat həqiqətlərini əks etdirən yarımsatirik tərzdə yazılmış 12 bəndlik hikmətli şeir parçalarından ibarətdir. Şeir Avropada yazıldığı üçün buradakı Qərb təsiri digər əsərlərdən fərqlənir. Buna görə də əsərdəki əxlaqi-didaktika və estetiklik daha güclü hiss olunur. “Tərcibənd”də olduğu kimi “Tərkibbənd”də də göstərilir ki, Allah qüdrətlidir, o, külli- ixtiyar sahibidir. Günəşin meydana çıxması, Ayın nurlanması, göydəki quşların uçması, dəryalardakı balıqların suda yaşaması və s. hamısı Allahın hikmətindəndir. Şair yer üzündə, dəryada və göydə olan hər şeyin Allahın əmri ilə yarandığını qeyd edir. Bu səbəbdən o, yer üzündəki fitnə və fəsadların da Allahın hökmündə olduğunu bildirir. “Tərkibbənd”in 2-ci bəndində bu barədə belə deyilir: Səndədir ilahi yenə bu məkrü, bu fitnə, Bu məkrü, bu fitnə yenə səndəndir, İlahi! “Tərkibbənd”də əxlaqi-didaktik fikirlərə əhəmiyyətli dərəcədə yer verilir. Bu fikirlərdə Ziya Paşanın bir növ dini-təsəvvüfi görüşləri ilə yanaşı, ictimai baxışları da əksini tapır. Əsərdəki ağıllı insanla ağılsız insanın fərqi, var-dövlətin müvəqqəti sərvət olması, sərvət sahiblərinin qəlbinin yox, üzünün gülməsi, insanlığın əsas məqsədinin xeyirxahlıq olması, dövlət və səltənətin insana daimi bağışlanmaması, əsli pis olanların xarakterinin içki məclisində bilinməsi və s. kimi fikirlər həm reallıqları əks etdirir, həm də insan düşüncəsində təsirli iz buraxır. “Tərkibbənd”dəki saray məmurları, zalımlar, rüşvət alanlar və s. ilə bağlı nümunələrdə ictimai-siyasi məzmun daha güclüdür. Məsələn, şair xalqına əzab verən valinin istər bu dünyada, istərsə də axirətdə çəkəcəyi əziyyətlərə işarə edərək yazırdı: Qəddarlıq edə rəiyyətinə valiyi-əyalət, Dünyada və axirətdə nə zillət, nə rəzalət. Avropada kapitalizmin sürətlə inkişafı onun iqtisadi yüksəlişi ilə yanaşı, siyasi gücünü də artırırdı. İnkişaf etmiş Avropanın Şərqə marağı onun bir sıra məqsədlərinin reallaşmasına xidmət göstərirdi. Osmanlı imperiyasını dağıtmaq və Şərqdə yeni müstəmləkələr əldə etmək Avropanın Şərq maraqları sırasında birinci yerdə dayanırdı. XIX əsrdən başlayaraq Avropanın Osmanlı dövlətinə siyasi və iqtisadi baxımdan təzyiq və təsiri güclənməyə başladı. Tənzimat islahatı (1839) və Tənzimat fərmanından (1856) sonra Osmanlı dövlətinin siyasət və iqtisadiyyatında Avropasayağı tənzimləmələrə geniş şərait yarandı. Avropasayağı tənzimləmələrin uğurları ilə yanaşı, qüsurları da var idi. Bu barədə kitabın Tənzimat ədəbiyyatının xüsusiyyətlərindən bəhs edən hissəsində məlumat verilmişdir. Lakin Tənzimatın mədəni və iqtisadi pərdəsi arxasında Avropanın siyasi məkri gizlənirdi. Avropadan gələn bütün siyasi ideyalara şübhəsiz yanaşan və onu Türkiyədə tətbiq etməyə çalışanlar əslində bu məkrlərin mahiyyətini dərk etmir, pərdə arxasında gizlənənləri görə bilmirdilər. Məhz bu cür qüvvələr Türkiyənin və ümumən Şərqin geriliyini İslam dini ilə bağlayır, Qərbə uyaraq milli-mənəvi dəyərlərimizə etinasızlıq göstərirdilər. Ziya Paşa əsərdə bu cür fikir sahiblərini tənqid edir, insanları kökə, milliliyə bağlanmağa səsləyirdi: İslam imiş dövlətə pabəndi tərəqqi, Əvvəl yox idi iş, bu rivayət yeni çıxdı.
Milliyyəti nisyan edərək hər işimizdə, Əfkari firəngə tabeiyyət yeni çıxdı.
Eyvah, bu oyunlarda bizlər yenə yandıq, I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
246 Zira ki, ziyan ortada, bilməm nə qazandıq. “Ərzi-hal” Ziya Paşanın realist nəsr üslubunda yazdığı tərcümeyi-hal xarakterli əsəridir. Əsər 1867-ci ildə yazılmış və Parisdə səfərdə olan Sultan Əbdüləzizə təqdim olunmuşdur. Əsərdə Osmanlı məmləkətinin bugünkü durumu ilə bağlı maraqlı fikirlər diqqəti cəlb edir. Bununla yanaşı, əsərdə Ziya Paşanın nəyə görə saraydan çıxarılması, nəyə görə Avropaya getməsi və s. tərcümeyi- hal xarakterli məlumatlar da yer almışdır. Məktub şəklində yazılmış “Vərasəti səltənəti seniyə” (1868) əsəri daha çox “Vərasət məktubları” adı ilə tanınır. Əsər iki məktubdan ibarətdir. Avropada yazılmış bu məktublar Mustafa Fazil Paşanın hüquqlarını qorumaq məqsədi daşıyır. Şair guya məktubları Avropadan İstanbuldakı dostuna göndərir. Məqsəd Fazil Paşanın hüquqlarının müdafiəsi olsa da, Sultan Əbdülməcidin qardaşı Əbdüləzizi taxtdan uzaqlaşdırması və oğlu V Muradı vəliəhd təyin etməsi məsələsi də əsərdə yer alır. Yaradıcılığına endikcə oxucu Ziya Paşanı gah nəsihətçi, gah kinayəçi, gah da zəmanə ittihamçısı kimi görür. Təxmini ardıcıllığı izləsək görərik ki, Ziya Paşa nəsihətçiliyi son anda qəzəbə, etiraza, barışmazlığa çevrilir: Bir yerdə ki, yox nəğməni təqdir edəcək guş, Təzyiyi-nəfəs eyləmə, təbdili məqam et. Arvad kimi məğlubi-həva olma, ər ol, ər! Nəfsin səni ram etməyə, sən nəfsini ram et. Göründüyü kimi, Ziya Paşa hər bir şəxsin cəmiyyətdə özünün yerini bilməyə, mövqeyini müəyyənləşdirməyə səsləyir. Lakin onu da qeyd edək ki, Ziya Paşa sarayda olduqca ziddiyyətli bir siyasi burulğanlar şəraitində yaşamış, müəyyən qrup saray rəsmiləri ilə qarşılaşmış, nəticədə qarşı tərəfin güclü təzyiqləri ilə saraydan uzaqlaşdırılmışdır. Maraqlı faktdır ki, o, sədrəzəm kimi dövlətdə böyük bir postu tutmaq arzusunda olsa da, istəyinə çata bilməmişdir. Təbii olaraq bu proseslərin də onun yaradıcılığının siyasi və ideoloji xüsusiyyətlərinin artmasına təsiri az olmamışdır. Ziya Paşa şeirlərində zəmanədən şikayət, dövrə qarşı etiraz özünəməxsus bir deyimdə əksini tapa bilir. Əslində bu cür deyimlərdə zülm altında inildəyənlərin həyatının ümumi bir mənzərəsi diqqəti cəlb edir. Bibəxt olanın bağına bir qətrəsi düşməz, Baran yerinə dürrü gövhər yağsa səmadan Ərbabi kəmali çəkəməz naqis olanlar, Rəncidə olur dideyi huffaş ziyadan. Ziya Paşa bir maarifçi və demokratik görüşlü şəxsiyyət kimi cəmiyyətdə hökm sürən sosial ədalətsizliklə barışmamış, həmişə zəhmətkeşlərin haqqını müdafiə etmişdir. Lakin zalımların haqqa etinasızlığını, insanlara qəddar münasibətini görəndə Allaha üz tutur, haqq ilə divan etməsini arzulayır: Zalımları ədlin nə zaman haqq edəcəkdir? Məzlumların çıxmaqdadır göylərə ahı. Şair yaşadığı cəmiyyətdə hər cür eyib və qüsurlara qarşı barışmaz mövqe tutur. Ziya Paşa nəinki öz ölkəsində, bütün dünyada zülmün icraçısı olan zalımların məhvinə inam nümayiş etdirir. Zalım yenə bir zülmə giriftar olur axır, Əlbəttə olur, ev yıxanın xanəsi viran. Digər bir şeirində isə şairin bu məsələyə münasibəti başqa bir formada əksini tapır: Daşlar yedirtdi nan yerinə bir zaman fələk, Nan verdi şimdi də ah ki, dəndanə qalmadı.
Nikübəd hər kəs bulur aləmdə, bir gün etdiyin. Kəndi çəkməzsə cəza, miras qalır övladına. Ziya Paşa bu inamın davamı kimi hələlik mövcud olan, sadə və işgüzar xalqın başına gətirilən olmazın müsibətləri müvəqqəti hesab edir. Onun inamı belədir ki, hər bir şey həyatda ömrünü başa vurduğu kimi, zülmün də, zülmkarın da həyatda yaşamaq, mövcud olmaq müddəti I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
247 vardır. O nə qədər "fəaliyyətdə" olsa da, "atdığı hər bir addımla" özünün sonuna doğru gedir: Çox müqbili gördüm ki, gülər, içi qan ağlar, Xəndan görünən hər kəsi xürrəmmi sanırsan? Ziya Paşa əsərlərində xalqın haqq səsinin qalib gələcəyinə inamını bildirsə də, faktiki vəziyyət onu daim narahat etmiş, hələlik də olsa zülmdən əzab-əziyyət çəkənlərin halına acımış, xarabazara çevrilmiş əyalətlərin mənzərəsinə, müsəlman dünyasının inkişaf və tərəqqi baxımından “küfür diyarı” hesab etdiyi Avropadan geri qalmasına təəssüf etmişdir. Diyari-küfri gəzdim, bəldələr, kaşanələr gördüm, Dolaşdım mülki-islamı, bütün viranələr gördüm. Başqa bir nümunədən göründüyü kimi, “mülki-İslam” dövlətləri sırasında Osmanlı dövlətinin mövcud durumu şairi narahat etmiş və Ziya Paşa doğma vətəninin pərişanlığını əks etdirən ictimai-siyasi düşüncələrini aşağdakı formada qələmə almışdır. Deyildi dövlətin əvvəldə halı gerçi çox yaxşı, Yazıqlar, ah kim oldu yamanlardan yaman şimdi. Həyatından məlumdur ki, Ziya Paşa dövlətdaxili ictimai-siyasi proseslərin avropasayağı təkmilləşdirilməsinin tərəfdarı olmuş, bir mənada bu səbəbdən sarayda müəyyən qrup şəxslərlə mübarizə aparmışdır. Onun qatı bir formada rəqabətdə olduğu şəxs sədrəzəm Ali Paşa olmuşdur. Qeyd edildiyi kimi, şair onun bu vəzifədən uzaqlaşdırılmasını və özünün sədrəzəm olmasını istəsə də, buna nail ola bilməmişdir. Şairin həyatının və ölkədaxili proseslərin müəyyən cəhətlərini əks etdirmək baxımından xarakterik əsərlərdən biri də "Röya''dır. Əsər 1869-cu ildə Londonda yazılmış və həmin ildə “Hürriyyət” qəzetinin 68 və 69-cu saylarında dərc olunmuşdur. Mənsur və fantastik olan bu əsər bir növ xəyali formada yazılmışdır. Lakin əsərin ən başlıca xüsusiyyəti şəxsi məsələlər deyil, məhz Ziya Paşa üçün aktual görünən Türkiyənin problemlərinin əks etdirilməsidir. Əsərdə göstərilir ki, Londonda qəriblikdə olan şair parkda gəzir və yorulduqdan sonra bir oturacaqda oturaraq yuxuya gedir. Yuxuda Vətəni görür. İşlədiyi sarayı gəzir. Elə olur ki, o, Sultan Əbdüləzizlə görüşür. Türkiyənin problemlərini açıqlayır. Türkiyənin düşdüyü vəziyyətin ağırlığı, səbəbkarların kim olması barədə Sultana məlumat verir. Şair Sultana bu səbəblərin bir neçəsini sadalayır və əsas səbəb kimi Türkiyədə yüksək məmurların dövlətə xəyanət etməsini göstərir. Bu məsələdə Ziya Paşa Sultana Ali Paşanın daha çox günahı olduğunu söyləyir. Çıxış yolunu onu sədrəzəm vəzifəsindən azad etmək və Kiprə vali təyin etməkdə görür. Sultan Əbdüləziz Ziya Paşa ilə razılaşır və onun Kiprə vali təyin edilməsi barədə fərman verir. Artıq Ali Paşa möhürü təhvil vermiş, onun Kiprə yola salınması baş tutmuşdur. Ziya Paşa möhürü Sultan Əbdüləzizə gətirir. Onu Sultana təhvil vermək istərkən yuxudan oyadıldığını görür. Və əsər bu şəkildə tamamlanır. Məzmundan göründüyü kimi, əsər yarı fantastik, yarı xəyali bir formada yazılmış, lakin saf və real düşüncələri ifadə etmişdir. Əslində şair yuxu prosesindən bir vasitə kimi istifadə edir. O, hadisələrə öz maraqları daxilində müdaxilə edir. Lakin nəzərə almaq lazımdır ki, bu maraqlar dövlət maraqları daxilində özünə yer tapan, bir növ onu tamamlayan maraqlardır. Elə bu səbəbdəndir ki, əsərdə Türkiyə-Avropa,Türkiyə Rusiya münasibətlərinə, Türkiyənin nüfuzunun artırılması məsələsinə geniş yer verilir. Krit adasında və Misirdə Türkiyə əleyhinə baş vermiş üsyanların yatırılması, onlara dəstək verən xarici dövlət və daxili casuslara qarşı planların müzakirəsi daha çox maraq doğurur. Ziya Paşanın Sultan Əbdüləzizlə mükaliməsində Yeni Osmanlılar Cəmiyyətinin yaranması və onun qarşıya qoyduğu məqsədi də müzakirədən yan keçmir. Əslində Türkiyənin qarşılaşdığı problemlər və onlardan qurtarmaq məqsədilə yaradılan bu cəmiyyət Türkiyə həyatında elə bir mühüm işlər görməsə də, demokratik bir təşkilat idi. Yeni Osmanlılar Cəmiyyətinin planlarının şair tərəfindən hökmdara çatdırılması fərdi yox, ictimai səciyyə daşıyır. Ziya Paşa yaradıcılığında vətənpərvərlik motivi əsas yerlərdən birini tutur. Türkiyənin zəfər tarixi bu yaradıcılıq üçün həmişə aparıcı mövzuya çevrilmiş və şairin hadisələrə birbaşa müdaxiləsi şəklində əksini tapmışdır. Düzdür, bu cür nümunələrdə də şairin sənəti üçün səciyyəvi olan tənqiddən yan keçilmir, ayrı-ayrı şəxslər tənqid obyektinə məruz qalır. Məsələn, mövzusu 1866-cı
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
248 ildə Krit üsyanı zamanı baş vermiş hadisələrdən götürülmüş "Zəfərnamə" belə əsərlərdəndir. Tarixdən məlumdur ki, Rusiya və Yunanıstanın dəstək və himayəsi nəticəsində 1866-cı ildə Krit adasında Türkiyənin əleyhinə üsyan edilmiş, yalnız onlara muxtariyyət verildikdən sonra üsyan yatırılmışdır. Əlbəttə, bunu türk tarixində ağıllı və uğurlu siyasət kimi qəbul etmək olar. Çünki İngiltərə, Fransa, Rusiya, Yunanıstan və s. dövlətlərin antitürk birliyi mövcud Krit üsyanının başqa cür yoluna qoyulmasını qeyri-mümkün edirdi. Əsərə verilən ad ilk anda adamda elə bir fikir oyadır ki, "Zəfərnamə''də Türkiyənin böyük uğur və qələbəsi öz bədii əksini tapmışdır. Lakin Ziya Paşa bu əsərdə öz yaradıcılıq üslubuna uyğun olaraq satirik tərzi ön plana çıxarmış, Krit adasına muxtariyyət vermək plan və layihəsinin memarı olan sədrəzəm Ali Paşanı tənqid obyektinə çevirmişdir. Bu mənada qəbul olunan qərar müəllifin nəzərində sətiraltı mənada, dırnaqarası zəfər qiymətini alır, mənfi şəkildə ifadəsini tapır. Deyilən cəhət əsərdə müəllifin müqayisə və münasibətində aşkar şəkildə üzə çıxır: Kimsələr olmadı bu fəthi mübinə məzhər Nə İsgəndər, nə Hülaki, nə Sezarü Anibal. Kriti aldı geri savleti-seyfü qələmi, Xalqına gəlmiş ikən dayəyi-istiqbal. Bu nə qeyrət, nə həmiyyət, nə cəsarətdir bu, Heç görülmüşmü təvarixi seleftə əmsal. Ziya Paşanın lirikasında fəlsəfi dərinlik mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdəndir ki, onun poeziyasında adi lirizm müxtəlif çalar komponentinə çevrilir. Şairin nəzərində insan heç vaxt vəzifə və sərvətinə, gənclik və sağlamlığına güvənməməlidir. Bunların hamısı ötəridir. İnsan öz xeyirxah əməllərinə güvənməlidir. Bir gün gələcək sən də pərişan olacaqsan, Ey qönçə, bu cəmiyyəti hər dəmmi sanırsan? Ziya Paşa əsl insanlığın şərtini dünya malından əl çəkməkdə, sadə, təbii olmaqda, yalnız xeyirxahlıq göstərməkdə görür. Ona görə də şairin bu ideyalarının təbliği kimi səslənən bir çox şeiri insan probleminə, onun cəmiyyətdə yeri və rolu məsələlərinə fəlsəfi münasibət bildirmək baxımından xarakterikdir: Hürr olmaq istər isən olma cahanın, Zövqündə, səfasında, qəmində, kədərində. Ayinesi işdir kişinin, lafa baxılmaz, Şəxsin görünür rübteyi-ağlı əsərində. İnsana sədaqət yaraşır görsə də ikrah, Yardımçısıdır doğruların həzrəti Allah. Ziya Paşa həyatını yalnız və yalnız xalqının xoşbəxtliyinə həsr etmiş və yaradıcılığını da bu istiqamətdə davam etdirmişdir.Aydın məsələdir ki, şair bu yolda böyük əziyyətlər çəkmiş, xalqa əks olan qüvvələrin təqiblərinə məruz qalmışdır. Lakin tutduğu yolun haqq olduğu üçün inamını itirməmiş və mübarizəsindən dönməmişdir: Bir zamanlar mən daha düşdüm bəlayi-qeyrətə, Doğruluqla uğradım min türlü dərdi-zəhmətə. Gah vətəndən ayrılıb, getdim diyari-qürbətə, Aqibət oldum giriftar, işbu mühlik illətə. Yaxud:
Xanumanım tarümar oldu həmiyyət uğruna, Bərkü barım həp pərişan oldu qeyrət uğruna, Nəfsimə zülm eylədim xalqa ədalət uğruna Cismücan etdim fəda bu mülkü millət uğruna. Qeyd etmək lazımdır ki, Ziya Paşa divan ədəbiyyatı üslubunda yazdığı şeirlərində də klassik ənənənin çətin söz və ifadə deyimlərindən uzaqlaşmış, nisbətən sadə deyimlərdən istifadə etmişdir. Əksər kişinin surətinə surəti uymaz, Yarəb, bu nə hikmətdir, ilahi, bu nə halət. Yaxud:
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling