I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
başını qaldırdı, qəlbindəki həyəcanı boğmadı, böyük günün əbədiliyi eşqinə, inqilabın tribunu dilləndi: -Yoldaşlar!... Bu səs bahar havası, bayram müjdəsi kimi kəndləri, şəhərləri ayıltdı. -Yoldaşlar!... Bu səs adamları yeni mübarizələrə, bəxtiyar həyat yollarına çağırdı. -Yoldaşlar!... Bu səs parlaq bir qılınc kimi üfüqləri kəsdi, gələcəyə qədər işlədi (Mir Cəlal) Kataforik əlaqə. Katafor-mətn daxilində sonra gələcək məlumata işarə edən dil elementidir. Mətndə həmin funksiyada adəti üzrə determinativlər və əvəzliklər çıxış edir. Determinativlər və əvəzliklər söyləm (söz birləşməsi) şəklində çıxış edərək mürəkkəb sintaktik bütövləri məntiqi- semantik cəhətdən də bütövləşdirir (13, s.193 (s.138-209). “Bütövlükdə cümləyə aid olan, cümlənin ümumi məzmunu ilə bağlı olan determinantlar” (3, s.156) mətndə kataforik əlaqə yaradır, mətnin həcmini genişləndirir: Bir həftə sonra uşaq yoxa çıxdı. Bir həftədən sonra isə onu dağ yamaclarından birində tapdılar (S.Əhmədli).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
238 Qeyri-determinant vasitələrin də kataforik əlaqənin yaradılmasında rolu var. Məs.: O, anaların üsyanını çağıran vulkan kimi səsləndi. Bu yaralı səsi nə hava itirdi, nə torpaq boğdu, nə sular əritdi, nə məsafə pozdu. Busəs ildırım kimi üfüqləri, dağları yarıb ötürdü. Daşları, qayaları əridirdi. Hər şey, hər yer, həyatın damarına daraşan vəhşilikdən başqa hər kəs busəsi duyur, anaya acıyır, ananı dinləyirdi. Böyük qəlblər bu səsə, şərəfli anaya acıdı və önündə əyildi (Mir Cəlal). Beləliklə “mətnin kommunikativ təşkili tipi” anlayışı mətnin funksional, məntiqi-semantik və formal-qrammatik xarakteristikasının cəmini (yekununu) bir yerə toplayır: 1) mətnin ümumi funksional istiqaməti- janr tipini müəyyənləşdirməyə imkan verir; 2) mətnin məntiqi-semantik strukturu bütövlük əmələ gətirir; 3) mətnin tərkibində cümlə-söyləmlərin tipik semantikası və formal-qrammatik cəhətdən təşkili-qaydaya salınır.
ƏDƏBIYYAT
1.Musayev M. Türkoloji dilçilik. Bakı, Mütərcim, 2012, 456 s.) 2.Гальперин И.Р. Текст как объект лингвистического исследования. М., 1980 3.Kazımov Q. Seçilmiş əsərləri. 10 cilddə, V cild, Bakı, «Nurlan», 2008 4.Məmmədov A. Mətn yaranmasında formal əlaqə vasitələrinin sistemi. Bakı, Elm, 2001 5.Лосева Л.М. Как строится текст. М., 1980 6.Лосева Л.М. Синтаксическая структура целого текста. Одесса, 1974 7.Дресслер В. Синтаксис текста. М., Наука, 1976 8.Гальперин И.Р. О понятии текста. М.: Наука, 1974 9.Гальперин И.Р. Текст как объект лингвистического исследования. М.: Наука, 1981 10.Verdiyeva Z., Ağayeva F., Adilov M. Dilçilik problemləri.I hissə, Bakı, «Maarif» nəşriyyatı, 1982 11.Закиев М.З. Синтаксический строй татарского языка. Казань, 1963 12.Abdullayev Ə. Mətni anlama modelləri. Bakı, Səda, 1999 13.Kazımov İ. Azərbaycan dilinin funksional sintaksisi: Söyləm.- Veysəlli F.Y., Kazımov Q.Ş., Kazımov İ.B., Məmmədov A.Y. Azərbaycan dilinin funksional qrammatikası: Sintaqmatika, söyləm və sadə cümlə sintaksisi. III cild, Bakı, 2014
Vafa Ibishova Summary
The article analyzes logical-semantic characteristics of the belles- lettristic texts of Azerbaijan language. Communicative and logical-semantic approach of text opens great perspectives for investigation of some language mechanisms. The shown characteristics and results of logical-semantic integrity may accelerate proqress of new linguistic sectors.
Key words: connectivity, cohesion, integration, retrospection, prospection
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
239 BÖLMƏ 6
TÜRK XALQLARININ ƏDƏBIYYATI VƏ FOLKLORU
Alxan Bayramoğlu, fil.ü.e.d., prof. Bakı Dövlət Universiteti alxan.memmedov@mail.ru
SEYİD ƏZİM ŞİRVANİNİN İKİ SATİRASI HAQQINDA Seyid Əzim Şirvani XIX əsr Azərbaycan ədəbiyyatı tarixində lirik və satirik şair, publisist, təzkirəçi, alim, maarifçi, realist qələm sahibi kimi tanınmışdır. Onun əsərləri dəfələrlə nəşr edilmiş, haqqında elmi əsərlər – məqalə və monoqrafiyalar yazılmışdır. Həmin əsərlərin bir çoxunda şairin “Həmədan kəndinin əhvalatı” və “Yerdəkilərin göyə şikayəti” satiraları da təhlilə cəlb edilmişdir. Təhlil və nəşr zamanı “Həmədan kəndinin əhvalatı” satirasına ikinci bir ad verilərək, “Allaha rüşvət” kimi təqdim olunmuşdur. Bu da həmin satiranın ideyasının, müəllif qayəsinin yanlış dərki və elmi şərhi ilə nəticələnmişdir. Belə ki, Kamil Mir Bağırovun yazdığına görə, guya, “Allaha rüşvət” və “Yerdəkilərin göyə şikayətə getmələri” satiralarında müəllifin (S.Ə.Şirvaninin – A. B.) dinə laqeydlik ruhu özünü hiss etdirir. “Allaha rüşvət” satirası oxucuda allahın “adil” olması haqqındakı uydurmalara inamsızlıq doğurur. Satirada şairin dini etiqada laqeydliyi və ateistik ruhu aydın görünür, (5, 226). Sonra K.M.Bağırov sözünə davam edərək bildirir ki, Seyid Əzim “.... ateistik ruhu tərənnüm edən qəzəllərində dini ehkam əleyhinə çıxdığı kimi, “Allaha rüşvət” şeirində də allahı lağa və məsxərəyə qoyur, allahı rüşvətxor hakimlərə oxşadır, yağışın bol yağmasını allahın çoxlu rüşvət alması və “həbbi-nişat” atması ilə əlaqələndirir...” (5, 226). Göründüyü kimi, burada satiranın əsas ideyası izah edilərkən müəllif mövqeyi düzgün müəyyənləşdirilməyib. Ona görə də S.Ə.Şirvani ateist, “Həmədan kəndinin əhvalatı” isə allaha, onun rüşvətxorluğunun tənqidinə yönəlmiş bir əsər kimi mənalandırılmış, nəticədə, əsl mətləbdən yayınılmışdır. Bu cür vəziyyəti akademik Feyzulla Qasımzadənin yanaşmasında da müşahidə edirik. O, “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” (Bakı, 1974) adlı tədqiqatında yazır: “Cahil adamların və ruhanilərin tənqidində şair bir maarifçi kimi feodalizmə, onun ictimai həyatda və hüquq sahəsində doğurduğu nəticələrə qarşı çıxır. “Allaha rüşvət” və “Yerdəkilərin göyə şikayətə getmələri” kimi satiralarında şair ateizmə yaxınlaşır. “Allaha rüşvət” satirasında müəllif avam kəndlinin dili ilə kəndxudanı allaha, onun yanındakı tazıları isə ölüm məlaikəsi Əzrailə oxşadır... Avam və cahil mühitdə allahı məsxərəyə qoymağın özü ateizm əlamətlərindən biridir” (4, 426). Göründüyü kimi, F. Qasımzadə Seyid Əzimin feodalizmin “.... ictimai həyatda və hüquq sahəsində doğurduğu nəticələrə qarşı çıxdığını” qeyd etsə də, adı çəkilən satiralarda onun ictimai və hüquqi bəlanı tənqid etdiyini deyil, məhz ateizmə yaxınlaşdığını, ... avam və cahil mühitdə allahı məsxərəyə qoymağın elə ateizm əlamətlərindən biri” olduğunu vurğulayır. Bu satiradan danışarkən filologiya elmləri namizədi, dosent Əlifağa Bağırov onun mövzusunun 1876-cı ildə “Kafkaz” və “Bakinskoe izvestiya” qəzetlərində Şamaxı mahalında quraqlıq və yağış yağdırmaq məqsədi ilə bağlı keçirilən mərasim haqda “Zaqorsk” imzası ilə dərc edilmiş bir məqalədən götürüldüyünü yazır (1, 72-73). Ancaq o da satiranın adını “Allaha rüşvət” şəklində göstərərək bildirir ki, Seyid Əzim “... kəndlilərin dili ilə söylənilən, yuxarıdakı sözlərlə, xalq arasında müsəllaya olan inamı qırmağa çalışmış, allahın varlığı haqqındakı fikri məsxərəyə qoymuşdur. Kəndlinin ovçunu “Xudaya”, yanındakı iki tazını Əzrailə, əlindəki şahini Cəbrailə bənzətməsi Seyid Əzimin, heç şübhəsiz, dinə müxalifətçi meylindən doğmuşdur” (1, 74). Bu sətirlər Ə.Bağırovun da satiranın mətnindən çıxış etmədiyini göstərir. Haqqında söhbət gedən satiradan danışarkən filologiya elmləri doktoru Sadıq Hüseynov bir qədər irəli gedərək yazır: “Allaha rüşvət şeirində kəndxuda ilə həmin şəxsin yanında ov tazıları olan atlı adamın – (A.B.) arasında baş verən hadisənin (daha doğrusu, olan söhbətin – A.B.) təsvirində şairin allaha və I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
240 onun simasında hakim qüvvələrə, özlərini imam övladı hesab edən ruhanilərə qarşı istehzası qüvvətlənir, satirası daha da kəskinləşir. Burada maymaq, sadəlövh kəndxudanın obrazı nə qədər real, təbiidirsə, avam xalqı soymağa adət etmiş əmiri-Şahsuvarın obrazı da eyni dərəcədə inandırıcı və qüvvətlidir” (3, 63). Ancaq, təəssüf ki, S.Hüseynov kəndxudanın maymaqlığı, əmiri-Şahsuvarın xalqı soymağa adət etmələrinin sosial-psixoloji səbəb və kökləri haqda heç nə demir. Sadəcə olaraq, fikrini belə yekunlaşdırır ki, “... şeirdə, ümumiyyətlə, allahın “adilliyi” barəsindəki dini əfsanələrə inamsızlıq təbliğ olunur. Şair (S.Ə.Şirvani – A.B.) yoxsul kəndliləri başa salır ki, sənin “allah”ın bir ovuc tüfeyli ünsürlərdir, onlar sənin son tikəni belə əlindən alır və səni suya, çörəyə möhtac qoyurlar. “Həbbi-nişat” atmaq əhvalatı ilə şair zəhmətkeş xalqın hesabına yeyib harınlayan və rəiyyətin üstündə “allahlıq” edənlərin məişətcə pozğun, əxlaqsız olduqlarını demək istəmişdir” (3, 64). Bu mülahizələrin hamısı şeirin mətninə və onun yazıldığı dövrün sosial-psixoloji, mənəvi- əxlaqi xüsusiyyətlərinə əsaslanmayıb, ancaq sovet ideoloji qəliblərindən irəli gəldiyi üçün satiranın ideyasını, orada güdülən əsas məqsədi ifadə etmir. Professor Xeyrulla Məmmədov “Həmədan kəndinin əhvalatı” satirasından, onun mövzusu və ideya istiqamətindən, şairin ümumiləşdirmə bacarığından söhbət açarkən yazmışdır: “Allaha rüşvət”də ... hakimlərə hər iri və xırda işdən ötrü rüşvət verən kəndlilər yağış yağdırmaq üçün allaha da rüşvət verməyi qərara alırlar. Kəndli həyatından alınıb məharətlə ümumiləşdirilmiş bu epizodlar şairə gerilik və maarifsizlik üzündən vətəndaşların avam və nadan qaldıqlarını göstərmək üçün lazım olmuşdu” (7,19). Müəllif bir neçə il sonra bu fikrini belə ümumiləşdirmişdir: “Allaha rüşvət” satirasında məmur və ruhanilər tərəfindən soyulan və hər işdən ötrü rüşvət verməyə adət edən kəndlilərin obrazı ümumiləşdirilmişdir” (8, 193). Göründüyü kimi, X.Məmmədov özündən əvvəlki müəlliflərdən fərqli olaraq, haqqında söhbət gedən satiraya əsasən, Seyid Əzimi ateist elan etmir. Ancaq o da fikrini axıradək söyləmir; mövzusu kəndli həyatından alınan əsərdə, satiranı yazmaqda müəllifin əsas məqsədinin “gerilik və maarifsizlik üzündən vətəndaşların avam və nadan qaldıqlarını göstərmək, ... məmur və ruhanilər tərəfindən soyulan və hər işdən ötrü rüşvət verməyə adət edən kəndlilərin obrazını ümumiləşdirmək üçün lazım olduğunu” bildirməklə kifayətlənmişdir. Bu zaman vətəndaşların, kəndlilərin hər işdən ötrü məmurlara rüşvət verməyə “adət etmələrinin” sosial-psixoloji, mənəvi-əxlaqi kökləri haqda bir söz deməmişdir. Məlum olduğu kimi, çar Rusiyası Cənubi Qafqazı, o cümlədən Azərbaycanı işğal etdikdən sonra yerli əhalinin güzəranı get-gedə daha da ağırlaşmağa başladı. Bəy, xan, mülkədar zülmünə çar məmurlarının özbaşnalıqları, qəddarcasına soyğunçuluq və bürokratlıqları, yerli-yersiz həbs, sürgün və kötək cəzaları da əlavə edilmişdi. Həmin qansızlıq, məmur rüşvətxorluğu və soyğunçuluğu haqda apardığı real müşahidələrin nəticəsi olaraq, hələ XIX əsrin ortalarında Qasım bəy Zakir ölkədəki mövcud sosial-psixoloji vəziyyət haqda yazmışdı: Yüz təşnələbi-qəhr olasan, xadimi dövlət Verməz bir içim su sənə ta almaya dərya. Simü zər ilə doldurasan ta gərək ovcun, Ondan sora zahir qıla şayəd yədi-beyza. ... Hər kimsə ki düşdü tora müşküldü xilası, Çəkməzlər əl ondan şirəsin sormayalar ta. Professor Kamran Məmmədov Q.Zakirin “Gün kimi tutub aləmi...” (10, 78-79) sözləri ilə başlayan bu satirasından danışarkən haqlı olaraq yazmışdır: “Zakir çar hakimlərinin və yerli ağaların rüşvətxorluğunu xüsusi bir qəzəblə lənətləyirdi”. O, satiradan dörd misra misal gətirdikdən sonra sözünə belə davam edirdi: “Böyük şair öz tənqidini konkret həyati hadisələr üzərində qurur, gördüklərinə əsaslanırdı. Belə olmasaydı, onun satiraları bu qədər həyati, kəskin, canlı olmazdı” (6, 9). Doğrudan da, satiranın əvvəlində divan əhlinin ədalətdə tayı-bərabəri olmadığı barədəki söhbətin tamamilə yanlışlığı haqda Q.Zakir belə yazırdı: ...Vallah, yalandır, dəxi billah, yalandır, Şol söylənən əhval quru ismdir əmma.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
241 Keyfiyyəti-məlumdən ötrü mən özüm də Bir neçə biladi elədim seyrü təmaşa. Şair bu müşahidələrinin nəticəsi kimi sözünə davam edir ki, “yüz təşnələbi qəhr olasan xadimi dövlət...”. Ölkədə getdikcə kütləvi hal alıb adi həyat tərzinə və yazılmamış qanuna çevrilən bu vəziyyət əsrin (XIX əsrin) ikinci yarısında artıq ehkama çevrilmişdi. Camaatda belə bir qəti fikir formalaşmışdı ki, rüşvətsiz ən xırda məsələni belə həll etmək mümkün deyil. Ona görə quraqlıq ucbatından məhsulun yanıb tələf olmasının qarşısının alınması üçün də hökmən kiməsə rüşvət verməyin gərəkliyini düşünürlər. Yağışın yağıb-yağmaması isə o zamankı təsəvvürə görə allahın əlindədir. Belə olan halda rüşvət ancaq allaha verilməlidir ki, quraqlıqdan əziyyət çəkən Həmədan kəndinin camaatı da məhz bu yolu seçməli olur. Odur ki, mövcud vəziyyətdən bu cür nəticə çıxarılıb allaha da rüşvət vermək qərarına gəlmələri həmədanlıların avamlıqlarından və maarifsizliklərindən çox yaşadıqları sosial-siyasi, mənəvi-psixoloji həyat tərzindən irəli gəlmişdir. Satirada da allahın rüşvətxorluğundan, həmədanlıların allahı rüşvətxor kimi tanıdıqlarından deyil, düşdükləri quraqlıq bəlasından yaxa qurtarmaq üçün yığışıb “gərək tanrıya rüşvət verək ki, bizə göydən yağış göndərə (endirə)” (9, 440) qərarına gəlmələrindən söhbət gedir. Qeyd etdiyimiz kimi, həmədanlılar burada gülüş hədəfindən çox ölkədə hökm sürən məmur özbaşınalığı və rüşvətxorluğun qurbanıdır. Onlar ümumən Azərbaycanda çarizmin çoxqatlı zülm, işgəncə və soyğunçuluq siyasətinin acılarını yaşayan, ağır sosial-psixoloji məngənəsi altında əzilən kəndlilərin ümumiləşdirilmiş obrazıdırlar. Daha bu satirada allah yox, çarizmin işğalçılıq əməllərinin nəticələri, xalqı hər cəhətdən zəlalətə və cəhalətə salan siyasəti tənqid hədəfi kimi seçilmişdir. “Yerdəkilərin göyə şikayəti” (9, 478) satirası bu baxımdan “Həmədan kəndinin hekayəsi”nin məntiqi davamı təsiri bağışlayır; yer üzündəki o zamankı vəziyyətlə bağlı əsərdə oxuyuruq: Bir zaman tutdu zülm dünyanı, Ucalır xəlqin ərşə əfqanı. Hərcü mərc oldu dari-mülki-cahan, Dəhrdə qətlü qarət oldu əyan. Yığışıb xəlq etdilər şura, Göyə getsin gərək neçə dana. Eyləsinlər şikayət allahə, Çarə qılsın bu qövmi-gümrahə. Beləliklə, on nəfərdən ibarət seçmə qrup allahın yanına göndərilir ki, yer üzündə, insanlar arasında əmələ gələn hərc-mərcliyin, qətl və soyğunçuluğun, insanların bir-birlərinə qənim kəsilməsinin qarşısının alınması üçün ondan məsləhət alsın. Ancaq onlar dərdlərini, düşdükləri çıxılmaz vəziyyətdə çarəsizliklərini bildirsələr də, allahdan heç bir məsləhət ala bilmirlər. Daha doğrusu, tanrı qocalıb əldən düşdüyünü, dünya işlərinin nizamına nəzarəti İsayə verdiyini bildirir. İsa peyğəmbər isə ondan dərdlərinə çarə istəyən kimsələrə vaxtilə onun və istəklilərinin, əzizlərinin başına gətirilən oyunları birbəbir onların üzlərinə çırpıb bildirir ki, mənim yenidən yer üzünə, adamların arasına gəlməyimi istəyirsiniz ki, həmin əməlləri yenidən daha amansızlıqla başıma açasınız? Bu niyyətinizdən əl çəkin. O həmin imtinanın səbəbini belə izah edir: Bu xəyalatdan düşün, heyhat! Zatüvüz çün mənə olub isbat. Yəni mən bir də xakdanə gələm, Qoyuban göyləri cahanə gələm? Canuvuz çıxsın, ey üzü qarə, Başıvuzçün gedin qılın çarə. İsanın insanları, ona minnətə gedən kimsənələri rədd etməsinin sosial-mənəvi-əxlaqi səbəbləri haqda professor Zaman Əsgərli haqlı olaraq yazır: “... İsa... haqq yolundan azmış bəndələrin dərdinə çarə etmək istəmir. Çünki bir-birinə qənim kəsilmiş bu bəndələr olduqca qəddar və zülmkardılar” (2,32). Əsərin əsas ideyası da bəşər övladının haqq yolundan, insanlıqdan tamamilə uzaq düşmələrini, onların hər iki dünyada “üzü qarə” olduqlarını açıb göstərməkdən ibarətdir. İsa peyğəmbər də onlara sərt şəkildə bildirir ki, öz dərdinizə özünüz çarə qılın, dünyanın
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
242 nizamını öz bəd əməllərinizlə necə pozubsunuz, elə də qaydasına qoyun, başınızın çarəsini qılın. Demək, yer üzünün, təbiət və cəmiyyətin nizamı, harmoniyası o dərəcədə pozulub ki, bəşər övladından Allah da, İsa da bezar olub, üz döndəribdir. Hər iki əsərdə – “Həmədan kəndinin əhvalatı” (“Allaha rüşvət” yox) və “Yerdəkilərin göyə şikayətə getmələri” satiralarında insanlar düçar olduqları, üz-üzə dayandıqları fəlakətdən qurtarmaq üçün Allaha müraciət etmək qərarına gəlirlər. Bu fəlakətin biri təbiət hadisəsi, digəri cəmiyyətdə əmələ gələn xaosla bağlı olub bir-birinin davamı təsiri bağışlayır. Hər iki fəlakətdən xilas yolunu isə Allaha müraciətdə görürlər. Əslində, birinci əsərdəki Allaha müraciət qərarı da, göstərdiyimiz kimi, cəmiyyətdə nizamın pozulması, məmur özbaşınalığı və rüşvətxorluğun tüğyan etməsi səbəbindən insanları, Həmədan kəndlilərini həmin qərara – Allahın da onlardan rüşvət umub gözləməsi qənaətinə gətirmişdir. Seyid Əzim Şirvani isə cəmiyyətdə əmələ gələn bu nizamsızlıqları – əqli, şüuri, sosial-siyasi, mənəvi-əxlaqi pozuntuları (Allahı yox) tənqid etmək, bəşər övladını haqq yoluna çağırmaq məqsədi ilə həmin əsərləri qələmə almışdır. ƏDƏBIYYAT
1. Bağırov Ə.A. S.Ə.Şirvani və məktəb. Bakı, Maarif, 1986. 2. Əsgərli Z. S.Ə.Şirvani. Bakı, Elm, 2005. 3. Hüseynov S. S.Ə.Şirvani. Bakı, Yazıçı, 1987. 4. Qasımzadə F. XIX əsr Azərbaycan Ədəbiyyatı tarixi. Bakı, Maarif, 1974. 5. Mir Bağırov K. S.Ə.Şirvani. Bakı, Uşaqgəncnəşr, 1959. 6. Məmmədov K. Ön söz. Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı, Yazıçı, 1984, səh. 3-18. 7. Məmmədov X. Seyid Əzim Şirvani. S.Ə. Şirvani. Seçilmiş əsərləri. Bakı, Maarif, 1990, səh. 5-23. 8. Məmmədov X. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, CBS, 2006. 9. Şirvani S.Ə. Əsərləri. 3 cilddə. II c. Tərtibçi və şərhlərin müəllifi Süleyman Rüstəmov. Bakı, Azərb.SSR EA nəşr-tı, 1969. 10.
Zakir Q. Seçilmiş əsərləri. Tərtib və müqəddimə Kamran Məmmədovundur. Bakı, Yazıçı,1984.
Elman Hilaloğlu (Quliyev), fil.ü.e.d., prof. AMEA akad.Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu “Türk filologiyası” şöbəsi, aparıcı elmi işçi elman.guliyev@box.az
ZİYA PAŞA YARADICILIĞINDA SATİRA XIX əsr Türkiyə türk ədəbiyyatının Avropa meylli nümayəndələrindən biri də Əbdülhəmid Ziya Paşa (1829-1880) olmuşdur. Ziya Paşanın yaradıcılığı olduqca zəngin və maraqlıdır. O, Tənzimat ədəbiyyatının əsas simalarından biridir. Şair Tənzimat ədəbiyyatının nümayəndəsi olmaq etibarilə divan şeirinin də inkişafında xidmətləri olan sənətkarlardandır. “Tərcibənd”, “Tərkibbənd”, “Zəfərnamə şərhi”, “Röya”, “Vərasəti səltənəti seniyə”, “Ərzi-hal” və s. əsərlərin, bir çox tərcümələrin və dil-ədəbiyyatla bağlı məqalələrin müəllifidir. Ziya Paşanın “Külliyatı Ziya Paşa” adlı şeirlər toplusu 1924-cü ildə İstanbulda çap olunmuşdur. Divan adlandırılan həmin şeirlər toplusuna Şeyx Qalib, Füzuli, Nedim, Nabi kimi klassik şeir ustadları üslubunda yazılmış minacat, nət, mərsiyə, qəsidə, qəzəl və s. nümunələr daxil edilmişdir. Lakin Ziya Paşa yaradıcılığında klassik şeir ənənəsi mühafizə olunsa da, bu şeirlərin bir çoxu mövzu və ideya baxımından Avropayönlü ədəbiyyat nümunələrinə yaxındır. Çünki bu nümunələr forma etibarı ilə köhnə, məzmun etibarı ilə yeni şeirlər hesab olunurdu. Ziya Paşanın qəsidələrində İran, qəzəllərində isə türk şeir ənənələrinə bağlandığı qeyd olunsa da, bir tənzimatçı kimi yaradıcılığındakı üstünlük Qərb ədəbi ənənələrinin
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
243 xeyrinə inkişaf edirdi. Ziya Paşanın qəzələ gətirdiyi yeni məna və ifadələr şairin Avropa ədəbi dəyərlərinə verdiyi üstünlüyün nəticəsi idi. Konkret desək, Ziya Paşa ilk növbədə qəzəldəki lirik duyğu ifadəsini ictimai-siyası düşüncə ifadəsi ilə əvəzləyə bildi. Bu səbəbdən şairin yaradıcılığında ictimai-siyasi səciyyə genişlənməyə başladı. Ziya Paşa divan ədəbiyyatındakı məhəlliləşmə cərəyanının fəal üzvlərindən biri kimi tanınmışdır. Divan ədəbiyyatındakı məhəlliləşdirmə cərəyanı aşıq tərzi ilə divan tərzinin birləşməsindən yaranan bir ədəbi hərəkatdır. Ona görə də Ziya Paşanın belə bir üslubda yazılmış şeirləri dil baxımından sadə və anlaşıqlıdır. Dağları duman bürüdü, əğyar seçilməz, Ovçu qurmuş tuzağını yarə keçilməz, Vəfasızın məclisində badə içilməz. Gir sürüyə, qurd qapmasın, gəl, quzucağım, Sonra yardan ayrılarsan, ah, yavrucağım. Ziya Paşanın bir çox şeirləri dil və ifadə baxımından xalq yaradıcılığı ənənəsinə uyğun olaraq daha çox diqqəti cəlb edir: Neçün naləndəsən böylə, Könül, dərdin nədir, söylə Səni mən istəməm öylə, Könül, dərdin nədir, söylə.
Havalandın bu günlərdə, Nə yel əsdi əcəb sərdə. Dəva olmazmı bu dərdə? Könül, dərdin nədir, söylə. Yaxud:
Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling