I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
Üçüncü qrupa aid: bolşevik, sosializm, anarxizm, dekabrist, zemstva, çinovnik. Milli demokratik mübarizənin güclənməsi ilə dövrün siyasi mənzərəsi daha da genişləndi. H.Yusifbəyli, Ə.Hüseynzadə, Ü.Hacıbəyov və başqaları öz əsərlərində Azərbaycan dilinin zənginləşməsində əhəmiyyətli rol oynadılar. Türk, elm, elani-istiqlal, mücadilə, uşkol, hürriyyəti- mətbuat, hərəkat, milliyyət, ictimaiyyət, demokrasi, federasion, və s. sözlər dövrün siyasi mənzərəsini anlamaq üçün kifayət edir. Görkəmli Azərbaycan maarifçisi Əli bəy Hüseynzadənin məşhur “Siyasəti fürusət” əsərinin zəngin termin birləşmələri ilə dolu olduğunu müşahidə edirik. Bu birləşmələr əsasən metoforik xarakterlidir. Məsələn Pruşkeviç obrazı –çarizmin müstəmləkəçiliyini ifadə edən obraz, əjdaha- Çar Rusiyası, tarixi yol- cənubi Azərbaycanda xalqın birgə mübarizəsi, istiqlal qazanması, qara çətə - quldur, şuluqluq salan, quyruq həvəskarı – irticaçı qüvvələr, odlardan yanıb kül olan, sonra yeni dirilən Feniks- hürriyət vətən yolunda canlarını, həyatlarını qurban verən Təbriz mücahidləri, Feniks- inqilab quşu, Qacarlar –İranın qanlı gözləri. Fransız yazıçılarından böyük Fransa inqilabını öz 14 iyul, Danton, Robespyer əsərlərində geniş işıqlandıran Roman Rolanı göstərmək olar. Onun əsərində istifadə edilən terminlər internasional xarakterlidir. Onların arasında alınma kök və prefiks vasitəsilə istifadə olunanlar da var. Məsələn – béchénier – konventin deputatları. Fəhlə və sənətkarların istehsalatla olan narazılıqlarını təqdim edən ultra sağçı partiya. Le marais – istehsal və ticarət burjuaziyasının nümayəndələri. Konventdə bir qrup deputatlar. Les montagnares – konventdə demokratik deputatlar qruplaşması. Bu qruplaşmanın adını Konventdə deputatlar iclas zalında ən yüksək kürsüdə oturduqlarına görə götürmüşdülər. Dağlıların çox hissəsi Yakobinçi klubunun üzvləri idilər. Les Dantonistes – Yakobinçilərin sağ qanadı, qışda 1793- cü illərdə Dantonun ətrafında qruplaşan yakobin hakimiyyətini təqdim edən (xüsusən Robespyeri) müxalifət. Le décret messidor- (26 iyun 1794) məhsulun müsadirə edilməsi haqqında dekret. Commune – Kommuna, 1789-cu il iyulda yaranan Paris yerli idarəetmə orqanı. Yakobin diktaturası zamanı təsiredici orqan idi, konventə nisbətən. Les gillotineurs- Lion cəlladları. Lionda 1793-cü il (may – oktyabr), aylarında əksinqilabi üsyan və onun iştirakçıları ilə qəddar haqq-hesab. Les muscadins- inqilab zamanı küçə çaxnaşmalarında reaksionerlərə silahlı dəstək verən gənc zədagən dəstələri. Yuxarıda sadalanan termin və termin birləşmələri fransız dilini qədim latın, yunan dillərindən keçmiş suffikslər və artiklin müəyyən forması hesabına əmələ gəlmişdir. Bu terminlərdə biz metaforanı və hadisələrin cərəyan etdikləri ərazi ilə bağlılığını müşahidə edirik. Fransız dilinin bazasını latın dili təşkil edir. Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyovun publisist məqalələrində işlədilmiş frazeoloji birləşmələr zənginliyi və üslubi xüsusiyyətləri ilə diqqəti cəlb edir. Məsələn, dövlət dumasına cilov vurmaq, yəni qapılarını əbədi bağlamaq, quyuları dolanıb, yol aparmaq, yəni ittifaqda çalışmaq. Əkinçi qəzeti və onun naşiri H.Zərdabi da Azərbaycan dilində termin yaradıcılığına xüsusi diqqət yetirmişdir. Əkinçi qəzeti Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında baş verən bütün hadisələrlə maraqlanır və öz səhifələrində bunlara geniş yer verirdi. Ona görə də, qəzetdə hökumət, dövlət, cəmiyyət, sinif, istismar, millət, vergi, məvacib, gömrükxana, xırda, ticarət, dövlət bankı, gömrük siyasəti, qətnamə kimi terminlər tez-tez işlənir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
218 Fransız dilinin ictimai-siyasi terminlərlə zənginləşməsində XIX əsrin görkəmli nümayəndələri Balzak, Hüqo, Qotye də öz əsərləri ilə göstərmişlər. Hətta belə bir ifadə də mövcud idi: “Nous sommes trois à Paris, qui savons notre langue, Hugo, Gautier et moi” (5стр, 274). Dilimizi Parisdə dərindən bilən bizik, Hüqo, Qotier və mən. XIX əsr fransız ƏDƏBIYYATını vərəqləyəndə görürük ki, bu dövrün yazıçıları Qonkur qardaşları, A.Doza, Jorj Sand, Mopassan, Flober neologizm-terminlərdən yan keçməmişdilər, onları kiçik dairədə də olsa təqdim etmişlər. Məsələn, Qonkurların dilində Bruno fransız dilinin tədqiqatçısı misallar gətirir: empoignant (qəsb edən), échappade (qaçqın), éclairenement (aydın), serpentenement (qarıçıq), éveillée (şübhə oyadan). Düzdür bu terminlərin bəziləri əsərlərin daxilində qalsa da yəni “couleur locale”, bəziləri geniş əhatə dairəsinə daxil olaraq işləklik qazanmışlar. Bir məqamı da qeyd etməliyik ki, fransız dilinin ictimai-siyasi terminləri digər dillərin o cümlədən ingilis dilinin bədii ƏDƏBIYYATına da təsir etmişdir. Məsələn XIX-XX əsrin ingilis yazıçılarından olan Uilyam Meykpis Tekkerey, O.Xaksli , R.Oldinqktonun əsərlərində biz fransız ictimai-siyasi terminlərinin alınmasını müşahidə edirik. Bu yazıçıların əsərlərində işlədilən terminləri aşağıdakı kriteriyalara bölmək olar: 1. Orfoqrafiyası və tələffüzü saxlanılmış terminlər: ménage (qarmaqarışıqlıq), demagogue (demaqoq) 2. –ment, -able,-tion,-sion suffikslərinin iştirakı ilə: indispensable (vacib), situation (vəziyyət) 3. –ai, -ion,-lie: hərf birləşmələrinə görə, affaire (iş), conclusion (nəticə), aide-de-camp (adyütant) İctimai-siyasi həyatı əks etdirən əsərlərdə aşağıdakı terminlər mənimsənilmə olmadan işlədilmişdir: employé (fəhlə), partie (partiya), monde (cəmiyyət), camaraderier (dini moizə), abbé (abat), noblesse (zadəganlıq), mouvement (hərəkat) və s. Bu terminlər ona görə olduğu kimi işlənmişdir ki, o dövrün ictimai-siyasi hərəkatları gənc yazıçıların şüuruna böyük təyziq və U.Tekkereyin fransız dilinə olan hədsiz məhəbbəti onu bu terminlərə dəyişiklik edilmədən işlənməsinə təsir etmişdir. XIX əsr fransız yazıçılarnın əsərlərində də yeni ictimai-siyasi xarakterli terminlər də vardir. Məsələn, absolutism (mütləqiyyət), absolutiste (mütləqiyyətçi), abstentionniste (bitərəf), coopérative (ünsiyytəçil), centralisateur (mərkəzləşdirici), codifier (kodlaşdırmaq), constitutionnaliser (konstitutsiya çərçivəsinə salmaq), démangogique (istiqamətsizlik), étatiser (dövlət qurmaq), étatisme (dövlətçilik), électionner (səs vermək), protectionnisme (müdafiə), protocole (protokol), radical (radikal, köklü dəyişilklik), reéactionnaire (inqilabçı), solutionner (razılığa gəlmək), ultra- libéral (ultra-liberalçı),socialiste (sosialist), capitalisme (kapitalizm), industrialisme (sənaye), prolétariat (proletariat), grève générale (ümumi nümayiş), grèviste (nümayişçi) və s. XIX əsrin əvvəllərində Azərbaycan dilinin zənginləşməsi uğrunda mübarizədə, eləcə də Azərbaycan dilində yeni ictimai-siyasi terminlərin yaradılmasında “Molla Nəsrəddin” jurnalının və həmin jurnalın ətrafında toplaşan ziyalıların böyük xidməti olmuşdur. Molla Nəsrəddin jurnalında ən müxtəlif sahələri aid terminlərdən, o cümlədən də ictimai-siyasi terminlərdən istifadə edilirdi. Jurnalda oktyabrist, istiqlaliyyət, komitə, partiya, məclis, konfrans kimi terminlər çox tez-tez işlədilirdi. Fransız dilində dərc olunan Le Point siyasi-ictimai jurnal terminlərin tədqiqi üçün faydalı mənbələrdən hesab olunur. İctimai-siyasi xarakterli terminlərin işlədilməsi və yeni mənalar qazanmasında jurnallar münbit mənbə hesab olunur. Məsələn, La fusion verte - 1. Yaşıl tüfəng, 2.təbiəti qoruyan, le flamboyant poète – 1. çiçəklənən şair, 2. prezident haqqında, une pomme de discorde – 1. əsas mübahisəli ərazi, 2. mübahisəli alma, le téléphone rouge -1. qırmızı telefon, 2. dövlət rəsmləri arasında vacib danışıqlar, bras de fer – 1. dəmir qol, 2. Nəhəng hərbi potensiala malik dövlət, un cactus – 1.bitki, maneə siyasətdə, la nuit verte – 1.yaşıl gecə, 2. avropalıların müsəlmanlara qarşı təşkil etdikləri şəhər təşkilatı. Müasir ədəbi dilin üslubları üzərindəki müşahidələr (burada publisistik, bədii, elmi üslublar nəzərdə tutulur) belə bir həqiqəti aşkara çıxarmışdır ki, elmi üslubun tikinti materialları olan terminlər daha çox kütləviliyə meyllənir və bunlar məcazi mənada da işləkliyi ilə seçilir. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
219 S.Cəfərov də haqlı olaraq bir çox dillər kimi Azərbaycan dilinin də bu cür alınmalardan kənarda qalmadığını, əksinə bu prosesin günümüzdə də davam etdiyinə diqqət çəkir: “Dünyanın başqa xalqları kimi, Azərbaycan xalqı da tarix boyu müxtəlif xalqlarla yaxın və uzaq bir şəkildə əlaqə və münasibətdə olduğundan həmin xalqların dillərindən Azərbaycan dilinə minlərcə söz keçmişdir. Bu proses dilin leksikasını zənginləşdirən əsas amil olaraq indinin özündə belə, fəal surətdə davam etməkdədir (2, səh 10). Nəriman Nərimanovun XIX əsrin axırı XX əsrin başlanğıcında ədəbi dilimizin bədii, publisist və elmi üslubunun inkişafında böyük xidmətləri olmuşdur. O, həm bədii əsərlərdə, həm də elmi əsərlərində Azərbaycan ədəbi dilinin saflığı və təmizliyi uğrunda fəal mübarizə aparmışdır. Onun əsərləri ədəbi dilimizin tarixinə, elmi üslubuna, lüğət tərkibinə, eləcə də terminologiyaya aid qiymətli material verir. N.Nərimanovun terminologiya ilə bağlı fikirləri “Türk Azərbaycan dilinin müxtəsər sərf- nəhvi (Bakı 1899) və “Müəllimsiz türk dilinin öyrənməkdən ötrü ruslar üçün asan kitabça” dərsliklərində tibbə dair yazdığı əsərlərində elmi-pulisistik məqalələrində və ayrı-ayrı yığıncaqlarındakı məruzə və çıxışlarında öz əksini tapmışdır (1, səh.200). N.Nərimanovudilimizə başqa dillərdən keçən sözlər də düşündürmüşdür. N.Nərimanov publisist məqalələrində də terminlərin mənası, işlənmə məqamlarına da toxunmuşdur onları izah etməyə çalışmışdır. Məsələn, o “sosializm” terminini insanların bir-birinə yoldaş, müttəfiq, iqtisadi və siyasi həyatda milyon qazanıb, bir qarın çörəyə dustaq olub heyvan dərəcəsinə düşməməsi kimi başa düşürdü. N.Nərimanov bir sıra terminləri əvvəlki variantları ilə paralel şəkildə işlətmişdir. Məsələn, Rusiya-Respublika, kapital-sərmaye, xərc-naloq, idareyi-ürfiyyeyi-əksəriyyə- voyennaya polojeniye. Müəllifin terminləri paralel şəkildə işlətməyin səbəbi- xalq içərisində yenicə işlənməyə başlayan terminlərin əvvəlki mənasını oxucuya çatdırmaqdır. N.Nərimanov ingilis mənşəli “boykot” terminindən fel düzəldib ana dilinə daxil edilməsinə etiraz etmirdi. Əksinə, “boykot”, termininin başqa nitq hissələrinə aid edilməsinin də tərəfdarı idi. Məqalələrində xalqa zülm edənlərə, hürriyyətə düşmən kəsilənlərə qarşı “boykot” terminindən cəsarətlə istifadə etmişdir. Demək, təkcə terminləri işlətmək deyil, hətta dilimizin leksik fondunun artması prosesini izah etmişdir.
N.Nərimanov əsərlərində rus dilindən alınmalara da üstünlük vermişdir. O, qosudarstvennıy sovet, revolusioneri terminlərini geniş işlətmişdir. O, sələfi olan M.F.Axundovun liberal, fanatik, despotizm, temb terminlərini də tərcümə edilmədən olduğu kimi işlənməsini lazım bilmişdir. Süni olaraq yeni sözlər düzəltmək bizə çox aydın olan sözləri ərəb, fars sözlər ilə əvəz etmək çox məzmunsuz bir işdir. Hər iki dilin bədii və publisistik əsərlərində geniş alınmaların və onların mənalarının dəyişilməyinin ictimai-siyasi terminologiyaya zənginlik gətirməyinin şahidi olduq.
ƏDƏBIYYAT 1. Əli bəy Hüseynzadə. Siyasəti fürusət. Bakı-Elm-1994, 226 s 2. Məmməd Əmin Rəsulzadə. Azərbaycan Cumhuriyyəti. 1990 3. Sayalı Sadıqova. Dilçiliyin nəzəri problemləri. Bakı – Elm – 2010, 212 s. 4. Səlim Cəfərov. Azərbaycan dilində söz yaradıcılığı. Bakı -1960,203 s 5. М.Сергиевский. История французского языка. Москва-1947, 247 стр Summary Sources of enrichment of socio-political terms
This paper researched sources of socio-political terms in fiction. The process of their emergence was studied.
Кеу words: sources, internation terms, enrichment, suffix. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
220
Fidan Salayeva, fil.ü.f.d. AMEA Nəsimi adına Dilçilik İnstitutu, Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçi salayeva_fidan@mail.ru
AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTLƏRİNƏ DAİR MƏSƏLƏLƏR
Mənbələrdən də məlum olur ki,1925-ci ildə nəzərdə tutulan Birinci Türkoloji qurultay [1, 29] 1926-cı il fevralın 26-da keçirilmişdir. Qurultayın rəyasət heyətinə 22 nəfər nümayəndə təklif olunmuşdur ki,onların içərisində iki nəfər azərbaycanlı – Səmədağa Ağamalıoğlu və Ruhulla Axundov təmsil olunmuşdu.Qurultayın fəxri rəyasət heyətinə isə Əlibəy Hüseynzadə (o vaxt Ə.Hüseynzadə İstanbul Universitetinin professoru idi), redaksiya heyətinə isə Bakıdan filoloq A.Z.Zifeld, katibliyinə isə Pənah Qasımov və Ayna Sultanova kimi görkəmli simalarımız seçilmişdir. Böyük əhəmiyyəti olan qurultayda türk tayfalarının etnoqrafiyasının öyrənilməsinin vəziyyəti və ən yaxın vəzifələri(S.İ.Rudenko), Qafqaz türklərinin etnoqrafiyasının öyrənilməsi sahəsində yaxın vəzifələr (Çursin), türk xalqlarının təsviri incəsənəti haqqında (A.A.Miller), türk dillərinin yaxın qohumluğu məsələsi(N.N.Poppe), qədim türk dillərinin öyrənilməsi(S.Y.Malov) və bir çox məsələlər haqqında çıxışlar olmuşdur. Qurultayda diqqətçəkən məsələlərdən biri də bu olmuşdur ki,- ( indiki dövrümüz üçün də çox vacibdir) - erməni nümayəndəsi HraçyaAcaryan Azərbaycan türkcəsində çıxış etmişdir. O,çıxışında qeyd etmişdir ki, türk dilinin erməni dilinə təsiri çox böyükdür.Mən bu işə 1902-ci ildə xüsusi irihəcmli əsər həsr etmişəm. Bu əsərdə mən,demək olar ki, İstanbul, Van, Qarabağ, Naxçıvan və s. yerlərdə türk dillərindən erməni dilinə keçən bütün alınmaları qeyd etmişəm. Bu alınmaların sayı 4 mindir. Bir qayda olaraq alınmalar isimə, bəzən sifətə, nadir hallarda feilə aid olur. Saylar, bağlayıcılar, zərflər bir dildən başqasına keçmir. Amma bu elementlər türk dillərindən erməni dilinə eyni dərəcədə keçmişdir. Bir çox əyalətlərdə 70,80 və 90 say adları 99-a qədər təmamilə türkcədir. (Görəsən, Azərbaycan torpağının 20 faizini işğal edən mənfur ermənilər hazırda bu faktı görüb utanıb xəcalət çəkmirlərmi ?!). Qurultayda müzakirə olunan sahələrdən – orfoqrafiya, terminologiya və əlifbada əsas məsələlərdən olmuşdur. Biz burada yalnız orfoqrafiya ilə bağlı məsələlərdən bəhs etməyi qarşımıza məqsəd qoyduq. Qeyd edək ki, qurultayın altıncı və yeddinci iclası məhz orfoqrafiya ilə bağlı məsələyə həsr olunmuşdur. İlk olaraq iclasda L.V.Şerba “Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti” adlı məruzəsi ilə çıxış etmisdir. O, öz məruzəsində orfoqrafiyanın tərtibi ilə bağlı dörd prinsip göstərmişdir: 1.Fonetik prinsip. 2.Morfoloji prinsip. 3. Tarixi prinsip. 4.İdeoqrafik prinsip. Bu prinsiplər daha çox rus dilinin orfoqrafiyası ilə bağlı olsa da, L.V.Şerba türk dilləri üçün fonetik və morfoloji prinsipləri daha əlverişli hesab edirdi. Qurultayın iclasında Fərhad Ağazadə də Azərbaycan dilinin orfoqrafiyası ilə bağlı məruzə etmişdir. O, məruzəsində Azərbaycan dilinin orfoqrafiya qaydalarının tərtibi üçün 9 tezis irəli sürmüşdür ki, həmin tezislər indi də öz əhəmiyyətini saxlamaqdadır. Məsələn, o, orfoqrafiya lüğətinin tərtibində əsas fonetik prinsipi əlverişli hesab edir, dilimizə keçən ərəb sözlərinin heç bir istisna olmadan yazılmasını irəli sürür, türk dillərinə keçməyə başlamış Avropa sözlərini türk dillərinin fonetik qanunlarına tabe olmasını vacib sayır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
221 Doğrudur, Birinci Türkoloji Qurultayda bəzi məsələlərdə ümumi yollar göstərilmişdir. Lakin istər Azərbaycan dilinin orfoqrafiyasında, istərsə də Azərbaycan ədəbi dili məsələləri konkret olaraq həll olunmamışdır. Bu məsələlər nəinki Azərbaycan dilçiliyində, həmçinin türkologiyada belə öz həllini tapmamışdı. Qeyd edək ki, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadə hələ Şerbadan da əvvəl dilimizin orfoqrafiyasında fonetik prinsipi əsas götürməyi irəli sürmüşdür. Onun bu fikri yalnız əsl azərbaycanca olan sözlərə aid olmamış, həmçinin ərəb və fars dilindən milli dilimizə daxil olmuş və xalq dilində müəyyən dəyişikliklərə uğramış sözlərə də aid olmuşdur. M.F.Axundzadənin fikri bu idi ki, ərəb və fars dillərindən alınmalar xalq dilində necə tələffüz olunursa, o cür də yazılmalıdır. Odur ki, onun dram əsərlərinin dilində də həmin sözlər canlı xalq danışıq dilində deyildiyi kimi öz əksini tapmışdır. O dövrdə Fərhad Ağazadə və bir çox müəllimlər də bu təşəbbüsü bəyənmişlər. Çünki o vaxt ibtidai siniflərdə Azərbaycan dilinin əlifbası fonetik üsulla öyrədilirdi. Fərhad Ağazadə bu məsələni Birinci Türkoloji Qurultayda “Türk dilində imla qaydaları” adlı məruzəsində daha ətraflı qeyd etmişdir. Onun rəyi bu idi ki, türk dilində ərəb sözləri çox olsa da, hətta onlar doxsan faizlik bir çoxluq təşkil etsə də, türk dilinə daxil olduqları üçün mütləq türk qrammatikası qanunlarına tabe olmalıdır. Bu həmçinin başqa dillərdən alınmalara da aiddir. Qurultayın müzakirə etdiyi orfoqrafiya ilə bağlı məsələlərdən sonra 9 bənddən ibarət qətnamə qəbul edildi və orada fonetik və morfoloji prinsipə üstünlük verildi. Artıq Birinci Türkoloji Qurultaydan kecən 90 il ərzində Azərbaycanda lüğətçilik sürətlə inkişaf etmiş, dilimizin orfoqrafiya lüğətinin 6-cı nəşri, dördcildlik “ Azərbaycan dilinin izahlı lüğəti” iki dəfə, üçcildlik “Rusca-Azərbaycanca lüğət” 6 dəfə, dördcildlik “Azərbaycanca-rusca lüğət” iki dəfə çap olunmuşdur. Bu lüğətlərlə yanaşı, bir çox sahələri əhatə edən ikidilli və çoxdilli terminoloji və birdilli izahlı lüğətlər də nəşr olunmuşdur. Qeyd edək ki, orfoqrafiya lüğəti hər bir dilin qaydalarına görə hazırlanır və istər alınma, istərsə də milli sözlərin yazılışı da bu qaydalar üzrə aparılır. Orfoqrafiya lüğəti fonetik, morfoloji və tarixi-ənənəvi prinsiplərə əsaslanmaqla, sözlüyə əsasən, müasir ədəbi dildə işlənən sözlər daxil edilir. Burada sözün ədəbi dildə necə yazılması göstərilir. Azərbaycan dilçiliyində ilk orfoqrafiya lüğəti H.Həsənovun da qeyd etdiyi kimi, 1911-ci ildə nəşr olunmuş M.Mahmudbəyovun “İmlamız” adlı kitabıdır[2,241].Müəllif burada orfoqrafiya qaydalarını düzəltməkdə fonetik prinsipi qəbul etmir, yalnız morfoloji prinsipi əsas götürür. O yazır ki, imlamızı islah etmək üçün yeganə yol dilimizin əsasına və sərt (qrammatika - S.F.) qanunlarına rica edib bunlara mütləq müxtəlif imlamızı tədqiq edək. Hansı imla bu iki şərtlə düz gələr isə onu qəbul, düz gəlməz isə rədd edək. Göründüyü kimi, orfoqrafiya məsələsi hələ o dövrdən polemika doğurur və bu, hələ də öz həllini tam şəkildə tapmamışdır. Sonda o, belə nəticəyə gəlir ki, Azərbaycan dili yazısında azərbaycanca olan sözlərdə və mümkün olduğu dərəcədə azərbaycanlaşmış ərəb və fars sözlərində hərəkələr ləğv edilib, əvəzində imla hərfləri, yəni sait hərfləri yazılsın. Yazıda dilimizin ahəng qanununa riayət edilsin, yəni qalın hecalarla bitən sözlərə şəkilçilər qalın, incə hecalarla bitən sözlərə bitişən şəkilçilər isə incə şəkildə yazılsın. Brinci Türkoloji Qurultaydan sonra bir sıra orfoqrafiya konfransları keçirilmişdir. Bu konfranslardan biri 1928-ci ildə Bakıda keçirilmişdir. Konfransa sədrlik edən B.Çobanzadə məruzə ilə çıxış etmişdir. Konfransda B.Çobanzadənin “İmlada ümumi prinsiplər” adlı məruzəsinin tezislərinə əsaslanaraq aşağıdakıları qərara almışdır: 1) Türk dili və onun yazı qanunlarına əsas olaraq fonetik prinsip qəbul edildi. 2) Şəkli-morfoloji prinsip dilimizdə üç cür tətbiq olunmalıdır: a) sözlərin köklərində; b) fars- ərəb və Avropa dillərindən alınmış sözlərin yazılışında; c) suffikslərdə (ədatlarda). 3) Bu dörd (namus, qarpuz, sabun, pambuq) sözdən başqa bütün türkcə və türkləşmiş kəlmələrdən, tarixi ənənə və formanı atmalı, bu kimi sözlər canlı dilin tələffüz etdiyi kimi yazılmalı və oxunmalıdır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
222 4) Azərbaycan türkcəsində səslərin yerdəyişməsi hadisəsi nəticəsində bəzi sözlər müxtəlif cür yazılır: topraq,yapraq və s. Bunu torpaq, yarpaq kimi işlətməli. 5) Dilimizdə “x” ilə bağlı sözləri “k” ilə yazmalı...[1,165-166]. 1929-cu ildə isə latın qrafikalı Azərbaycan əlifbası ilə Vəli Xuluflunun tərtib etdiyi “İmla lüğəti” [3] 5000 tirajla çap olunmuşdur. Bu lüğətin çapı qurultaydan üç il sonraya təsadüf edir.“ İmla lüğəti” birinci Azərbaycan imla konfransının qərarları ilə uyğunlaşdırılmış və dövlət elmi şura tərəfindən təstiqedilmişdir. Odur ki, lügətdə ön sözdən sonra konfransın 41 bənddən ibarət qərarları verilmişdir. Bundan sonra isə Azərbaycan birinci imla konfransında H.İmanovun “Avropa istilahları yazılışı” mövzusundakı məruzəsinə dair cıxarılan imla qaydaları verilmişdir. Lüğətin sonunda isə əlavə olaraq ixtisar sözlərin yazılışı, məşhur adamların və dövlət fəallarının adlarının, bəzi coğrafi yerlərin və Azərbaycanın qəza mərkəzlərinin siyahısı öz əksini tapmışdır. Nəhayət, axırda isə “söz ardı” verilmişdir. “İmla lüğəti”ndə nöqsan cəhətlər də az deyildir. Belə ki, lüğətdə fonetik prinsip əsas götürülüb, dialektizmlərə geniş yer verilib, sözlərin yazılışında ikilik özünü göstərir və s. Lakin lüğətin tərtibində yol verilən nöqsanlara baxmayaraq, bu kitabın Azərbaycan dilinin sonrakı Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling