I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet55/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
#21200
1   ...   51   52   53   54   55   56   57   58   ...   88

Gizli bir sesle ağlayan ey bad. 

Şimdigöklerde kater kater yanan 

Necm-i mahmuru bir dakikanihan 

Ederek sonra eyleyenikad, 

Ah, ey bad-ı hasta, bad-ı keder 

O kadarnatüvan ki gizli sesin, 

Kendi derdinle kendin ağlarsın, 

Sana derdin senin kifayeteder... 

Son bahar şeirində külək kədərdən vıyıldayan, zarıyan bir insan kimidirsə, şairin 

Rüzgarşeirində külək hirsli, qarşısına çıxan hər bir maneəni dağıdan qüvvəyə sahibdir. Bu şeirində 

də Haşım özünü küləyə bənzədir 

Bu haşr-ı giryede koştur benim de hulyamı, 

Hayal-i ülvi-i nefrette kardeşis bizler, 

Başım cünununu, ruhum gururunu gizler, 

Bu haşr-ı giryede koştur peyinde hülyamı...   

Şeirdə küləyin şiddətinə sanki qibtə edən şair, onu sakit üfüqləri dağıtmağa səsləyir, küləyi 

bağırmağa, gücünü göstərməyə səsləyir. Sanki şair içindəki ruh sarsıntılarını bayıra çıxarmaq 

istəyir, çünki artıq bu hissləri içində gizlətməkdən bezmişdir. Ümumiyyətlə, Haşım poeziyasına 

hakim olan kədər, qəm mövzusu sözsüz ki, şairin həyatındakı şəxsi məqamlarla əlaqədardır. Uşaq 

yaşlarında anasını itirməsi, zahiri görkəmiylə barışa bilməməsi və bunun nəticəsində natamamlıq 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



286

kompleksindən əziyyət çəkməsi, sonsuz iztirablardan qurtuluş yolunu isə xəyallarında canlandırdığı 

bilinməyən məkanlara qaçışda görməsi Haşimın psixoloji hallarından xəbər verir. Bir çox 

şeirlərində o, məhz qaçmağı arzulayır. Onun şeirlərində mübarizə yoxdur. Şair sanki yalnız özüylə 

vuruşur. Ətrafda baş verən ictimai-siyasi hadisələr Haşim şeirində öz əksini tapmır. Şair xəyallar 

aləminə sığınaraq öz təlatümlü hisslərini müxtəlif rəsm lövhələrinə, daha çox ekspressionistlərin 

yaratdıqları əsərlərə bənzər mənzərələr yaradaraq ifadə edir. Ümumi mənada sosial və siyasi 

mövzulara yer verməməyinin bir səbəbi də şeiri mütləq bir gözəllik sahəsi olaraq görməyindən irəli 

gəlir. Haşim üçün onun poeziyası reallığın acı həqiqətlərindən qaçmasının bir ifadəsidir. Şair bu 

qaçışlarında gah qürub vaxtına, gah gecənin sakitliyinə, gah payız fəslinin xəzanına, bilinməyən O 

bəldəyə, uzanıb bitməyən Yollara sığınır.  

Əhməd Haşimın şeirləri mövzu baxımından o qədər də zəngin olmasa da, insan hissləri 

baxımından genişdir. Onun şeirlərində ruh aləmimizin müxtəlif çırpıntılarının təzahürlərini görə 

bilərik. Sosial mövzu  sadəcə II Məşrutiyyətin elanı ilə gələn azadlıq ab-havasının daşıyan bir neçə 

şeirindən başqa digər əsərlərində qarşımıza çıxmır. 

Əruz vəznindən istifdə edən şair sərbəst müstəzadda bir çox şeirlər qələmə almışdır. Bu 

şeirlər arasında xüsusən O belde və Yollar şeirini qeyd etmək lazımdır. Məşhur türk tədqiqatçısı 

MehmedKaplanın fikrincə, O Belde və Yollar şeirinin yaranması Haşımın anasına olan həsrətindən 

irəli gəlir. Yollar şeirində şair yenə də bir çox şeirndə təsvir etdiyi axşam vaxtından bəhs edir. Daha 

sonra külək əsir, xəyal bəldəsi canlanır və bu bəldənin sakinləri olan ilahilərdən bəhs olunur:  

Yollar, 

Ah ey kimsesizgiden yollar, 

Yolların ey sükut-ı hüzn-eseri 

Bugününinmedenşeb-i kederi, 

Meabid-i emel ü histesönmeden bu ziya, 

Ölmeden onların ilahileri, 

Ah gitmez mi, kimsesiz, sessiz... (1.s.151) 

Haşimın O beldeşeiri çap olunduğu dövrdə xüsusilə gənc nəslin sevgisini qazanmışdı. 

Şeirdəsevgilisiylə hamıdan uzaqlaşmaq istəyən bir gəncin uzaq bir bəldə axtarışı dilə gətirilir.  O 

bəldə dənizin sahilindədir, orda qadınlar hamısı gözəl, saf, incədir. Və iki gənc o bəldədə  onları 

anlamayan insanlardan uzaq bir yerdə məsuddurlar. Bu şeirdə Haşimın işlətdiyi bir ifadə gənclərin 

dillər əzbəri, onların yaşam tərzinin ifadəsi olmuşdur: 

Ne sen, 

Neben 


Ne de hüsnünde toplanan bu mesa, 

Ne de alam-i fikre bir mersa 

Olan bu maideniz 

Melali anlamayan nese aşina değiliz. (1. s 157) 

Melali anlamayan nəslə aşina ola bilməyən şair bu şeirylə minlərlə gənci aşinasına çevirə 

bilmişdi.  

Haşimın müxtəlif dövrlərdə yazdığı şeirlərini gözdən keçirərkən görürük ki, son dövr 

şeirlərinin dili əvvəlkilərinə nisbətən bir qədər daha sadə olsa da, ümumilikdə şair yaradıcılığının 

başlanğıcından sonuna qədər şeirdə daxili ahəngi güdmüş və səslənişgözəliyinə önəm verməkdən 

vaz keçməmişdir. Fəcr-i ati qrupunun şüarı olan “Sənət şəxsi və möhtərmdir” fikrinə sadiq qalan 

Haşim əsərliylə tam fərdi bir poeziya nümunələri ərsəyə gətirmişdir. 

 

ƏDƏBIYYAT 



1.

  Ahmet Haşim. Bütün şiirleri. Hazırlayanlar: İnci Enginün-ZeynepKerman. İstanbul, 1987. 

2.

  AhmetKabaklı. Türk Edebiyatı. Cilt 3. İstanbul, 1997 



3.

  MehmetKaplan. ŞiirTahlilleri. İstanbul, 1975 

4.

  Türk Ədəbiyyatı Tarixi. II cild. Layihə rəhbəri Yaqub Dəliöməroğlu.  Bakı, 2010. 



 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



287

 

Bilal Dədəyev, t.ü.f.d., dos. 



Qafqaz Universiteti "Qarabağ tədqiqatları" şöbəsinin müdiri 

bdedeyev@qu.edu.az  

 

OSMANLI ƏDƏBİ İRSİNİN İNKİŞAFINDA ÖNƏMLİ ROL OYNAYAN 



AZƏRBAYCANLI ŞAHNAMƏÇİ ŞAİR NİTQİ ŞİRVANİ 

XV əsrin II yarısından XVII əsrin ortalarına qədər heç şübhəsiz dünyanın ən böyük və ən 

güclü dövləti olan Osmanlı imperiyasında elm və mədəniyyətə çox böyük önəm verilirdi. Fateh 

Sultan II Mehmed (1451-1481) dövründən başlayaraq elm və təhsil sahəsində aparılan islahatlar 

nəticəsində yeni mədrəsələrdə və dövlətin müxtəlif strukturlarında fəaliyyət göstərən elm və 

mədəniyyət xadimlərinə ehtiyac xeyli artmışdı [15, 19]. Osmanlı mənbələrində Əcəm ölkəsi kimi 

təqdim olunan Azərbaycan və İrandan elm və sənətdə püxtələşmiş alimlərin planlı bir şəkildə 

Osmanlı dövlətinə cəlb edilməsinə məhz bu dövrdən başlanılmışdır. Ənənə halını alan bu prosses 

Fateh Sultan II Mehmeddən sonra hakimiyyətə gələn Sultan II Bəyazid (1481-1512) dövründə də 

davam etdirilmişdir. Bundan sonra tarixşünaslıqdan da bilindiyi kimi 1514-cü ildə baş vermiş 

Çaldıran döyüşündən qayıdan Sultan I Səlim (1512-1520) Təbrizdən İstanbula yüzlərlə tanınmış 

azərbaycanlı elm və mədəniyyət xadimi aparmışdı. Qanuni Sultan Süleymanın (1520-1566) 

Azərbaycan Səfəvi dövlətinə qarşı ard-arda gerçəkləşdirdiyi yürüşlər zamanında və Sultan III 

Muradın (1574-1595) dövründə Osmanlı hakimiyyətinə keçən Azərbaycan bölgələrindən toplanan 

çox sayda azərbaycanlı elm və sənət adamının Osmanlı dövlətinə aparıldığı da məlumdur. Sadəcə 

XVI əsrdə Osmanlı təzkirələrindən əldə olunan məlumatlara görə Osmanlı dövlətində 30-dan çox 

azərbaycanlı şairin yaşayıb yaratdığı bilinməkdədir [21]. Ümumiyyətlə Osmanlı cəmiyyətində 

azərbaycanlı mədəniyyət xadimləri olan şairlərə çox böyük hörmət və rəğbət göstərildiyi və onların 

dövlət tərəfindən planlı bir şəkildə ölkəyə yerləşdirilməsini bütün mənbələr bir mənalı şəkildə 

təsdiqləyir. Belə adlı-sanlı elm-mədəniyyət xadimləri arasında XVI və XVII əsrlərdə Osmanlı 

dövlətində müəyyən dövrdə fəaliyyət göstərmiş "şahnaməçilik" müəssisəsini quran bir neçə 

azərbaycanlı şahnaməçi şair də öz yerini almışdır. Bunlardan biri də Nitqi Şirvanidir. 

Nitqi Şirvani haqqında sözsüz ki, ilk məlumatların alındığı yer Osmanlı mənbələridir. 

Əfsuslar olsun ki, bu orta əsr Osmanlı mənbələrində onun həyat və yaradıcılığını işıqlandıracaq 

geniş məlumat verilmir. Hələlik əlimizdəki mənbələr arasında XVI əsr Osmanlı təzkirəçiləri 

Qınalızadə Həsən Çələbinin (v.1604) "Təzkirətüş-şüəra", Gelibolulu Mustafa Alinin (v.1600) 

"Künhül-əxbar" və XIX əsr Osmanlı tarixçisi Şəmsəddin Saminin (v. 1904) "Qamusü-elam" adlı 

əsərlərində Nitqi Şirvani haqqında qısa da olsa  məlumat əldə etmək mümkündür. 

Ədəbiyyatşünaslıqda isə onun haqqında ilk məlumatı verən Salman Mümtaz olmuşdur. Mümtaz 

sadəcə Şəmsəddin Saminin yuxarıda adı keçən əsərindən istifadə edərək bu dəyərli Azərbaycan 

şairini xalqımıza tanıda bilmişdir [20, 109-110]. Daha sonra Ömər Bayram [4, 91], Vüsalə Musalı 

[20, 265-266], Mehmet Fatih Köksal [17], Murat Karavəlioğlu və Fatih Tığlı [13, 154-155] kimi 

tədqiqatçılar  qısa da olsa Nitqi Şirvaninin ədəbi yaradıcılığına öz əsərlərində bəzi əlavələr edərək 

yer veriblər. Ancaq, əldə etdiyim yeni mənbə məlumatları haqqında daha geniş məqalə yazmağıma 

şərait yaratdı. 

Əslən Şirvan türklərindən olan Nitqinin, Osmanlı dövlətinə getdiyi tarix dəqiq olaraq 

bilinmir. Əldə olan məlumatlara görə XVI əsrin son rubunda Səfəvi-Osmanlı müharibələri zamanı 

Şirvan bəylərbəyliyinin osmanlıların əlinə keçdiyi ərəfədə Şirvandan İstanbula getdiyi təxmin edilir. 

Belə ki, haqqında ilk məlumatı verən Qınalızadə 1586-cı ildə yazıb tamamladığı əsərində onun 

sarayda "qissəxan" işlədiyini və əsərinə qoymaq üçün şairin ona bir neçə beyt şeirini verdiyini qeyd 

etdiyi diqqətə alınarsa [18, 366], Nitqi Şirvani 1586-cı ildən əvvəl Osmanlı dövlətinə getmişdir. 

Bununla bağlı Salman Mümtaz "Şəksiz Özdəmiroğlu Osman Paşa ilə Övrəs xan və İmamqulu xan 

vuruşmalarının nəticəsi olaraq doğma yurdu olan Şirvanı tərk ilə İstanbula mühacirət etmişdir..." 

şəklində fikrini bildirməkdədir [20, 109]. Tarixşünaslıqdan bilindiyi qədər Şirvan bölgəsi 1578-ci 

ilin sentyabr ayında Mustafa Lələ paşa tərəfindən osmanlıların əlinə geçir və özü Ərzuruma 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



288

qayıtdığı üçün buraya komandanlıq işini Özdəmiroğlu Osman paşaya həvalə edir. Təqribən iki ay 

Şamaxıda qalan Osmanlı qüvvələri Krım xanlarının yardıma gəlməsinə baxmayaraq, səfəvilər 

qarşısında dayana bilməyib Dərbəndə çəkilirlər. Şamaxı uğrunda  Özdəmiroğlu Osman paşa ilə 

Övrəs xan və İmamqulu xanın da yer aldığı səfəvilər arasında  bir neçə il sürən şiddətli mübarizədən 

sonra, nəhayət 1583-cü ilin may ayında baş tutan "Məşəl" döyüşündə qalıb gələn osmanlılar Şirvan 

bölgəsini ələ keçirə bilirlər [24, 242-251]. Türkiyəli ədəbiyyatşünaslar Murat Karavəlioğlu ilə Fatih 

Tığlı tərəfindən ortaya çıxarılan və Nitqi Şirvaniyə aid edilən "Qanuni-məhəbbət" məsnəvisinin ilk 

nüsxəsinin h.989 (1581/82)-ci il tarixinə aid olduğu diqqətə alınırsa [13, 155-156], Nitqi Şirvaninin 

1578-ci ilin oktyabrında, məhz Mustafa Lələ paşa ilə Ərzuruma, oradan da İstanbula getdiyini 

təxmin etmək olar.   

Osmanlı dövlətinə köçüb gedən Nitqi Şirvani, Sultan III Muradın sarayında əvvəlcə 

"qissəxan" (məddah), sonra da "şahnaməçi" işinə təyin olunur. Təzkirəçi Qınalızadə saraydaki 

qissəxanlıqda işləyən Nitqi Şirvaninin müəmma janrında yazan usta bir şair olduğunu bildirir [18, 

366-367]. Şəmsəddin Sami isə Nitqi haqqında "Sultan Murad xan salisin derunində... qissəxanlıqla 

şöhrət bularaq, məqbulu əkabiri zaman və naili müsahibi cənabı padışahi olmuşdur" şəklində qısa 

olaraq fikrini qeyd edir [28, 4584]. Bu dövrdə sultanın yanında "qissəxan" və "müsahib" adlanan, 

söz sənətini mükəmməl bilən, hadisələri yumoristik bir tərzdə nəzm edən və zərif söhbətləri ilə 

sultanı əyləndirən  xüsusi vəzifəli şairlər yer alırdılar. Daha əvvəllər Fateh Sultan II Mehmedin və II 

Sultan Səlimin sarayında bu kimi şairlər fəaliyyət göstəriblər [26, 274-275, 583]. Nitqi də III 

Muradın məclislərində iştirak edən qissəxan şair kimi, bəzən də onun xüsusi söhbətlərinə qatılaraq 

"müsahibi" ola bilmişdir. 

Nitqinin çağdaşı olan Mustafa Ali, XVI əsrin sonlarında Osmanlı dövlətinin baş şahnaməçisi 

vəzifəsini icra edən Seyyid Loğmanın yanında işləyən şair Taliqzadə ilə birlikdə Nitqi Şirvaniyə də 

Sultan III Murad  tərəfindən şahnaməçi "bəratı", yəni fərmanı verildiyini qeyd edir. Ardından əlavə 

edərək "aşərəyi mahberədən (on nədimdən biri-B.D.) olan Nitqi nam tərəkəmə Əcəm şahnaməci ali-

məqam olub etilayi-şan kəsb eylədi. Qissəxan ikən şahnamə guyluq rütbəsinə layiq görüldü" 

deməklə əslində Nitqinin şairliyini bəyənmədiyini qissəxandan şahnaməçi olmaz şəklində dilə 

gətirmişdir [10, 634]. Sadəcə Mustafa Alinin əsərində keçən bu məlumatdan belə aydın olur ki,  

Nitqi Şirvani qısa müddət ərzində  Osmanlı dövlətinin şanlı tarixini nəzmə çəkmək üçün rəsmi 

şəkildə təyin edilən şahnaməçilərdən biri olmuşdur. Ümumiyyətlə götürəndə, Osmanlı dövlətində 

"şahnamə" yazma ənənəsi Azərbaycan və İran mədəniyyətinin təsiri ilə XV əsrin ortalarında ortaya 

çıxmağa başlamışdır. Rəsmi və planlı bir şəkildə isə ilk "şahnaməçilik" müəsisəsi Qanuni Sultan 

Süleyman dövründə təsis edilmişdir. Əvvəllər şahnaməçilərin gördükləri işlər əsasən Osmanlı 

xanədanının şərəfli tarixini fars dilində nəzm olunan əsərləri cildlənmiş bəzəkli kitablar şəklinə 

gətirməkdən ibarət idi. Sonradan fars dilindən türkçəyə, nəzmdən də nəsrə keçilmişdir. Osmanlı 

tarixində XVI əsrin ikinci yarısından başlayaraq XVII əsrin ortalarınadək saraydakı bu vəzifəyə 

ümumi olaraq səkkiz şahnaməçi şair təyin edilmişdir [32, 456-458]. Bu şahnaməçilərdən ilk dördü 

azərbaycanlı alim-şairlər Fətullah Arifi Çələbi (v.1561-62) [22, 5563; 8. 61-67], Əflatun Şirvani 

(v.1569) [9, 21-24], Seyyid Loğman Urməvi (v.1600) [7, 155-165] və Nitqi Şirvani olmuşdur. Nitqi 

Şirvaninin İstanbula getdiyi dövrdə Osmanlı dövlətinin baş şahnaməçisi əslən urmiyalı olan Seyyid 

Loğmandır. Seyyid Loğmanın şahnaməçi vəzifəsinə yüksəlməsində Osmanlı dövlətində yaşayan və 

əslən azərbaycanlı olan bəzi alimlərin çox böyük əməyi keçmişdir. Onlardan biri, 1548-ci ildə 

Azərbaycana yürüşündən qayıdan Qanuni Sultan Süleymanla birlikdə İstanbula gedən məhşur 

Nəqşibəndi şeyxi və təfsirçi alim Şeyx Əbu Səid-i Sani b. Sunallah (v.1572) [30, 104; 25, 225], 

digəri oğlu Nuh Əfəndi (v.1640) [14. 223; 29, 95-96] və özü də Osmanlı dövlətində "qazı əsgər" 

kimi yüksək mənsəbli müxtəlif vəzifələrdə işləmiş Şəmsəddin Əhməd Ənsari Qarabaği (v.1600) 

[14,144-145; 3, 440-442; 6, 10-11] və bir diğəri isə "Tacüt-təvarix" əsərinin müəllifi Osmanlı dövlət 

adamı, tarixçi, alim, gözəl xəttat və  Sultan III Muradın müəllimi olduğu üçün "Xacəyi sultan" 

adıyla tanınmış Xoca Məhəmməd Sadəddindir (v.1599) [10, 633-634; 31, 196-198]. Yəqin ki,  

Nitqinin saraya işə alınması və şahnaməçi kimi fəaliyyətində bu şəxslərin də müəyyən dərəcədə 

rolu olmuşdur.  

XVI əsr Osmanlı dölətində bir şahnamə əsərini kitab şəklində ərsəyə gətirmək üçün müxtəlif 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



289

sənətkarlara; bədahətən şeir söyləyə bilən şairlərə, kitabı yazmaq üçün katib-xəttatlara, kitabı 

bəzəmək üçün nəqqaş-rəssamlara və son olaraq bunları kitab halına salmaq üçün isə cildçilərə, yəni 

mücəllidə ehtiyac var idi. Seyyid Loğman da bu peşə sahiblərini bir yerə yığaraq özünə 

"şahnaməçilər qrupu" yaratmışdı. Burada çalışanların sayı 1589-cu ildə 58, 1569-1595-ci illər 

arasında isə ümumi olaraq 126  olduğu bilinir [16, 122]. Heç şübhəsiz ki, Nitqi də bu qrupun içində 

yer almışdır. 

Mənbələrdən aydın olur ki, Nitqi Seyyid Loğmanın tanınmış tələbəsi kimi klassik 

şahnaməçiliyin üsul və qaydalarını çox yaxşı mənimsəmişdir. Bütün bunlara baxmayaraq, onun 

günmüzə qədər gəlib çatan hər hansı bir şahnamə əsəri tapılmamışdır. Hələlik, ona aid edilən 25-ə 

qədər şeiri və bir də "Qanuni məhəbbət" adlı məsnəvisinin olduğu ortaya çıxarılmışdır. Salman 

Mümtazın məqaləsində Nitqiyə aid göstərdiyi şeirləri isə İsmail Hikmət (Ertaylan) 1928-ci ildə 

hazırladığı "Azərbaycan ədəbiyyat tarixi I-II" əsərində doğru qəbul etməyərək, bu beytlərin əslində 

Nitqi ləqəbli XVI əsrdə yaşamış başqa bir Osmanlı şairi olan Bəzcidzadəyə aid olduğunu 

bildirməkdədir [12, 426]. Onu da qeyd etmək lazımdır ki, Osmanlı təzkirələrində Nitqi Şirvanidən 

savayı, XVI əsrin ikinci yarısı və XVII əsrin birinci yarısında bu dövlətdə Nitqi təxəllüsü ilə yazan 

bir neçə şair yaşamışdır. Bunlar, Nitqi Hüseyin Çələbi Bəzcidzadə (v.1560?) [2, 466; 18, 366], Nitqi 

Mehmed Əfəndi Qarabaşzadə (v.1647), Nitqi Mehmed bəy Boyalı (v. 1658) və Nitqi Mehmed Pir 

Əfəndi Qaraqaşzadədir (v.1664) [27, 224; 19, 1279-1280]. Hətta bu təxəllüsdə yazan bir başqa 

azərbaycanlı şair də XVII əsrin sonlarında Cənubi Azərbaycanda yaşamış Təbrizli Xacə Qazi 

olubdur[28, 4584; 30, 263-264]. 

Nitqinin "Qanuni məhəbbət" adlı məsnəvisinə gəlincə isə bu əsər Murat Karavəlioğlu ilə 

Fatih Tığlı tərəfindən fərqli tarixlərdə üzü köçürülmüş üç əlyazma nüsxə şəklində ortaya çıxarılaraq 

nəşr edilmişdir. Birinci nüsxə h.989/1581-82-ci il tarixli 566 beyt, ikinci nüsxə rəbiüləvvəl 

1016/iyul 1607-ci il tarixli 594 beyt, üçüncü nüsxə isə tarixsiz və natamam 149 beytdən ibarətdir. 

Əlyazma nüsxələrdə müəllifin şirvanlı olduğu qeyd olunmasa da, tədqiqatçılar bu şairin XVI əsrdə 

yaşamış iki Nitqidən birinə və daha çox isə Nitqi Şirvaniyə aid  olduğunu qeyd edirlər. Aşağıdakı 

iki beyt bu məsnəvidəndir: 

Ümid oldur ki hər yerə ki ərə          

Dualar edələr Nitqi fəqirə.    

Hər kim dilərsə bunda savab qazana 

Fatihə ehsan edə bunu yazana [13, 151-156, 222]. 

Nutqi Şirvaninin vəfatı ilə bağlı əlimizdəki mənbələrdə heç bir məlumat verilmir. Salman 

Mumtaz təxmini olaraq onun 1594-1601-ci illər arasında vəfat etmiş olduğunu qeyd edir [20, 110]. 

Araşdırma zamanı diqqəti cəlb edən  bir məsələ də, xüsusilə Nitqi Şirvaninin müasirləri olan 

Osmanlı təzkirəçilərindən Əhdi Bağdadi (v. 1593), Bəyani (v. 1597)

 

[5] və Seyyid Rzanın (v.1671) 



öz əsərlərində onun haqqında heç bir məlumat verməmələridir. Doğrudur, Əhdi Bağdadi "Gülşəni-

şüəra" əsərinin ilk variantını 1563-cü ildə hazırlamışdı. Amma, o bundan sonra 30 il daha yaşayıb 

və tərtib etdiyi bu əsərinə 1592-ci ildə bəzi şairləri əlavə etməklə son variantını tamamlamışdır [1, 

4-18; 11, 107-108; 23, 681-688]. Lakin, Hasiri, Hali, Mir Qədri kimi şirvanlı şairləri tanıdan Əhdi 

Bağdadi, Nitqi Şirvanini nədənsə unutmuşdur [1, 133-134]. Bəyani də Qınalızadəni təkrar etməsinə 

baxmayaraq 1592-ci ildə qələmə aldığı əsərində Nitqiyə yer verməmişdir. Seyyid Rza isə 1591-

1640-cı illərdə yaşamış Osmanlı şairlərinə həsr etdiyi təzkirəsində Qaraqaşzadə Nitqini tanıdarkən 

[27, 224], şahnaməçi Nitqi haqqında bir cümlə belə yazmamışdır. Halbuki, Osmanlı sultanlarının 

şanlı tarixini şahnamələşdirən və sultanın rəsmi şəkildə təyin etdiyi şahnaməçi şairdən onların 

xəbərdar olmamaları, doğrusu heç də inandırıcı görünmür. 

Nəticə etibarilə, Azərbaycandan Osmanlı dövlətinə  gedən Nitqi Şirvani 20 ildən çox bu 

dövlətin sarayında fəaliyyət göstərmişdir. Ondan əvvəl Azərbaycan ədəbi irsinin təsiri sayəsində 

Osmanlı dövlətində "şahnaməçilik" müəssisəsi təsis edilmiş və bu müəssisənin fəaliyyətində əsas 

rol oynayanlar yenə də azərbaycanlı şairlər, alımlər və sənətkarlar olmuşdu. Nitqi Şirvani də 

ömrünün ahıl çağları olan XVI əsrin sonlarında bu şərəfli və məsuliyyətli işin yükünü çəkənlərdən 

biri kimi Osmanlı mədəniyyətinin inkişafında çox mühim rol oynamışdır. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



290

MƏNBƏ VƏ ƏDƏBIYYAT 

1.

  Ahdi Bağdadi. Gülşen-i Şuara, B metin, hazırlayan: Süleyman Solmaz, Denizli, 2009.  



2.

  Aşık Çelebi. Meşa'irü'ş-Şu'ara, İnceleme Tenkitli Metin. C. I, hazırlayan: Filiz Kılıç, Gazi 

Üniversitesi Sosyal Bilimler Enstitüsü Eski Türk Edebiyatı Anabilim Dalı Doktora Tezi, 

Ankara, 1994. 

3.

  Atai Nevizade. Hadaiku l-Hakaik Fi Tekmileti ş-Şakaik. hazırlayan: Abdulkadir Özcan, c. 



2, İstanbul, 1989.  

4.

  Bayram Ömer. Anadolu Sahasında Azerbaycanlı Şairler. / Journal of Qafqaz, Vol. 1, No-15, 



2005, s. 81-90. 

5.

  Beyani, Tezkiretü’ş-Şuara, Ankara, 1997. 



6.

  Dədəyev Bilal, Yeni Çağ Devri Osmanlı Devletinde Yaşamış Karabağlı Alimler./Journal of 

Qafqaz University-tarix, hüquq və siyasi elmlər, 2014, Volume  2, Number 1, Bakı,  s. 3-

14. 


7.

  Dədəyev Bilal. Osmanlı dövlətində şahnamə yazma ənənəsi və azərbaycanlı şahnaməçilər 

(XV-XVI əsrlər. /Journal of Qafqaz University-tarix, hüquq və siyasi elmlər, 2014, Volume 

2, Number 2, Bakı,  s. 155-165. 

8.

  Dədəyev Bilal. Osmanlı dövlətində şahnaməçi azərbaycanlı alimlərdən biri olan Fətulla 



Arifi Çələbi./Geostrategiya, ictimai-siyasi, elmi-populyar jurnal, noyabr-dekabr 2015 N 

06(30), s. 61-67. 

9.

  Dədəyev Bilal. Azərbaycanın mühacir şairi Osmanlı şahnaməçisi Əflatun 



Şirvani./Geostrategiya, ictimai-siyasi, elmi-populyar jurnal, may-iyun 2016 N 03(33), s. 

21-24. 


10.

  Gelibolulu Mustafa Ali ve Künhü'l-Ahbarında II. Selim, III. Murat ve III. Mehmet 

Devirleri. hazırlayan Faris Çerçi, c. III, Kayseri, 2000. 

11.


  Güler Zülfü. Ahdi ve Gülşen-i Şuara Bibliografiyası ve Yayınlanmamış Şiirleri./Fırat 

Üniversitesi Sosyal Bilimler Dergisi, c. 6, sayı:1-2, Elaziğ, 1994, s.107-119. 

12.

  Hikmet İsmail. Azerbaycan Edebiyatı Taririhi I-II. hazırlayan: Parvana Bayram, Ankara, 



2013. 

13.


  Karavelioğlu Murat, Tığlı Fatih. Nutkinin Aşka Dair Bir Mesnevisi: Kanun-ı-

Mahabbet./İstanbul Üniversitesi Türk Dili ve Edebiyatı Dergisi, C. XL, 2009,  s. 151-213. 

14.

  Katip Çelebi. Fezleke. c. II, İstanbul, 1287.  



15.

  Kazan Hilal. Ehl-i Hıref Defterlerinde Katipler (Cema'at-i Katiban-ı Kütüb), T. C. 

Marmara Üniversitesi Sosyal Bilimler Enstitüsü İslam Tarihi ve Sanatları Ana Bilim Dalı 

Türk-İslam Sanatları Tarihi Bilim Dalı, magestratura diplom işi, İstanbul, 1999. 

16.

  Kazan Hilal. Farklı Açıdan Bir Bakışla Şehnameci Seyyid Lokmanın Saray İçin 



Hazırladığı Eserler. / Osmanlı Araştırmaları, Sayı XXXV, 2010, s. 117-136. 

17.


  Köksal Mehmet Fatih. Nutki. http://www.turkedebiyatiisimlersozlugu. 

com/index.php?sayfa=detay&detay=1407(03.10.2016). 


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   51   52   53   54   55   56   57   58   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling