I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
zümzümə edilən, bəzən də qışqıra-qışqıra (xüsusi qarğışlar) söylənən folklor janrlarındandır” (12, 56).
Müəllif sözünə davam edərək “Alqış və qarğışlar bu gün bizə “Kitabi-Dədə Qorqud” şifahi yaradıcılığının, nağıl, dastan və s. kimi janrların daxilində, habelə yazılı ədəbiyyatda, ayrı-ayrı obrazların dilində gəlib çatdığını” qeyd edir. Demək, xalq pisə nifrətini, yaxşıya rəğbətini ifadə etmək üçün xüsusi bir folklor janrı – qarğış və alqış formasını yaratmışdır.... Folklora aid olan bu ifadələr şairin demək istədiyi fikrə aydınlıq və kəskinlik gətirir (13, 51-52): Bəhəqqi-sureyi-ayeyi-Quran, Qırxına qalmasın azan, quduran! Atam Mirzə Tağı, sakini-İran, Anam Göyçəlidi, öz adım Nağı (5, 248). Məqalədə qeyd etdiyimiz məsələlər bu günün işığı və elmi müstəvisi baxımından öz təhlilini tapır.
1. Qırxlar. Azərbaycanda sufi pirləri. Mehmet Rıhtım, “Ləməzat”ın Türkiyə nəşri, M.Sehran Tayşi, 2014. 2. Nizami Gəncəvi. İskəndərnamə. “Lider ”. Bakı, 2004. 3. Mehmet Rıhtım. Seyid Yəhya Bakuvi və xəlvətilik. Bakı, Qismət, 2005. 4. Şah İsmayıl Xətai. Əsərləri. c. 2. ADN, Bakı-1976. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
270 5. Aşıq Ələsgər. Şeirlər. Dastan-Rəvayətlər. Xatirələr. Bakı, “Çinar-Çap”, 2003. 6. Azərbaycan dastanları. Qurbani. 5c., AMEA Folklor institutu, Bakı, “Çıraq”, 2005. 7. Fəxrəddin Salim (Baxşəliyev). Milli yaddaş sistemində ürfan və təsəvvüf. “Elm və təhsil”, Bakı, 2010. 8. Azərbaycan dastanları. Leyli və Məcnun. 5c, AMEA Folklor institutu. “Çıraq”, Bakı, 2005. 9. http//m2arslan.blogspot.com/2009/06/şems-i-tebrizinin-40-kuralı.html. 10. Şems-i Tebrizinin 40 kuralı. Elif Şafak “Aşk” kitabından. 11. Əlabbas Müznib. Müxtəsərul-ənbiya və İslam tarixi. “Gənclik”, Bakı, 1990. 12. Azad Nəbiyev. Azərbaycan folklorunun janrları. ADU, 1983. 13. Maarifə Hacıyeva. Folklor poetikası. Bakı, ADN, 2006.
The concept of “forty” in ashyg creativity and eposes Summary We know that, “the number of forty” is sacred and also very important for muslims. In tales and eposes that were created in Azerbaijan and Turkish world, we can see “the number of forty” as well. “Forties” are also the holy persons in Sufism. The expression of Forties is a figure that is used in the Prophet Muhammad life. The figure of Forty is the topic that is repeating in takkas and ashyg's poems. In literature, the number of “Forty” is using as a special folk idiom, also as praise and curse. In the article, the mentioned problems are analysed in the scientific arena. Key words: forty, sufism, ashyg's creativity, folklore, poetry
Nailə Səmədova, fil.ü.e.d. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu nailesamadova@yahoo.com
TÜRK DİLİ VƏ ƏDƏBIYYATI YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ YARADICILIĞINDA XX yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Yusif Vəzir Çəmənzəminli zəngin bədii yaradıcılığa, ədəbiyyat tarixinə, folklora dair dərin tədqiqlərə, elmi-nəzəri fikir və mülahizələrə malik bir şəxsiyyət olmuşdur. O, folkloru yüksək qiymətləndirmiş, bu mövzuda dəyərli elmi əsərlər yazmış və bütün yaradıcılığı boyu ondan ustad sənətkar kimi bəhrələnmişdir. Onun özəl həyatında Türkiyənin önəmli mövqeyi olmuşdur. Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə fövqəladə və səlahiyyətli səfiri olmuş Yusif Vəzir türk xalqlarının zəngin mədəniyyətinə bələd idi. Ədibin əsərlərini araşdırarkən bütün yaradıcılığında şifahi xalq ədəbiyyatından bəhrələndiyini görürük. 1921-ci ildə İstanbulda nəşr olunmuş “Azərbaycan ədəbiyyatına bir nəzər” kitabında Çəmənzəminli folklor haqqında elmi-nəzəri mülahizələrini irəli sürmüş və sonrakı illərdə araşdırmalarını daha da genişləndirmişdir. Onun “Xalq ədəbiyyatında bəşəri təmayüllər”, “Folklor yolunda”, “Nağıllarımızı necə toplamalı”, “Xalq ədəbiyyatının təhlili”, “Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi”, “Nağıllarımız barəsində bir-iki söz”, eləcə də AMEA Məhəmməd Füzüli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivindəki məqalələri folklorun öyrənilməsi və tədqiqində dəyərli qaynaqlardır. Yusif Vəzir Çəmənzəminli 1928-ci ildə qələmə aldığı “Nağıllarımızı necə toplamalı” məqaləsində Azərbaycan nağıllarını digər türk xalqlarının nağılları ilə müqayisə edərək bu qənaətə gəlir ki, “Azərbaycan nağıllarını başqa türk ünsürlərinin masalları və ya qissələri ilə müqayisə etdikdə, bizimkilərin məzmun və fəlsəfəcə onlardan nə qədər zəngin olduğu meydana çıxır. Məsələn, Türküstandakı tarançıların qissələrini tədqiq edirkən nağılın şəkil və məzmunca yalnız azərbaycanca təkmil olunmasına hökm verilir” [3,281]. “Molla Nəsrəddin haqqında bir neçə söz” adlı məqaləsində Yusif Vəzir Molla Nəsrəddinin
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
271 Ağşəhərdə yerləşən türbəsini sübut kimi göstərərək Türkiyədə tarixi bir sima olduğunu iddia etdiklərini bildirir. Müəllif Türkiyədəki məlumatlara əsasən Molla Nəsrəddinin Anadoluda Sivrihesarda dünyaya gəldiyini və Ağşəhərdə vəfat etdiyini qeyd edərək yazır: “Guya Ağşəhər civarında bəzi qəsəbə və nahiyələrində qazılıq yapmış; müdərrislik eləməyə məşğul olmuşdur” [7]. Onu da qeyd etmək lazımdır ki, məqalənin məzmununa əsasən “Molla Nəsrəddin məzhəkələri”nin ikinci nəşrinin müqəddiməsi üçün hazırlandığı ehtimal olunur. Yusif Vəzir Çəmənzəminli hər bir xalqın folklor nümunələrini həmin xalqın mənəviyyatını əks etdirən güzgüyə bənzədirdi. O, folklorumuzu dünya xalqlarının folkloru ilə müqayisəli şəkildə araşdırmışdır. Türk xalqlarının zəngin mədəniyyətinə dərindən yiyələnən Yusif Vəzirin publisistik yaradıcılığında türk dili və ədəbiyyatı, əsasən, türk sözləri və deyimləri mühüm yer tutur. Ədib məqalə və oçerklərində Azərbaycan və Türkiyə folklorunu qarşılıqlı şəkildə tədqiq etmiş, onlardan örnəklər vermişdir. Bu yöndə Çəmənzəminlinin elmi-nəzəri fikir və mülahizələri daha çox diqqət çəkir. O, 1928-ci ildə qələmə aldığı “Xalq ədəbiyyatında bəşəri təmayüllər” məqaləsində Türkiyədə və Azərbaycanda işlənən atalar sözlərini müqayisə edərək bunları şərh etmişdir. Aşağıdakı nümunələrdə göstərilən atalar sözlərində birincilər Türkiyədə, ikincilər Azərbaycanda işlənilir: Söz böyüyün, su kiçiyin. – Yol böyüyün, su kiçiyin. Mum dibinə işıq verməz. – Çıraq dibinə işıq salmaz. Dəvəçi ilə konuşan qapısını böyük açar. – Sarban ilə yoldaş olanın darvazası gen gərək. Qaşını doğruldarkən gözünü çıxartdı. – Qaşını düzəltdiyi idi, vurdu gözünü çıxartdı [4,57]. Müəllif sözügedən məqalədə, eyni zamanda, Türküstanda və Krımda işlənən atalar sözlərini də müqayisə edərək onlardan nümunələr vermişdir. Y.V.Çəmənzəminlinin topladığı türk atalar sözləri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı arxivində əlyazması halında saxlanılır [8]. Burada əlli atalar sözü verilmişdir. Bu nümunələrin çoxu bəlli olsa da, əksəriyyətinə indiyədək nəşr olunan kitablarda təsadüf edilməmişdir. Bəlli olan atalar sözləri də Azərbaycan atalar sözlərindən bir qədər fərqlənir. “Xalq ədəbiyyatının təhlili” məqaləsində isə Çəmənzəminli çox haqlı olaraq qeyd edir ki, türklər zəngin bir xalq ədəbiyyatına malikdirlər və çalışmaq üçün geniş bir sahə vardır. Göründüyü kimi, Y.V.Çəmənzəminli Azərbaycan şifahi xalq ədəbiyyatını toplamaqla yanaşı türk xalq ədəbiyyatı ilə də maraqlanmış, türk atalar sözlərini toplamışdır. O, topladığı folklor nümunələrindən elmi və bədii yaradıcılığında səmərəli şəkildə bəhrələnmişdir. Yazıçının arxivində mühafizə edilən kitabxanasında, eyni zamanda, türk ədəbiyyatına və tarixinə aid əsərlər: Əbdülqazi Bəhadürxanın “Türk şəcərəsi” (1925), Kamal Paşanın “Tarixi-siyasiyi-dövləti-ədliyyeyi- Osmaniyyə” (1327), Əhməd Razinin dörd cildlik “Osmanlı tarixi” (1330) və digər əsərlər özünə yer almışdır. İstanbulda nəşr olunmuş bu əsərlər Yusif Vəzirin elmi yaradıcılığında əsas istinad yeri olmuşdur. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin möhkəmlənməsi ədibi daima düşündürürdü. Bu məqsədlə 1919-cu ilin iyun ayında o, İstanbula gəlir. Çəmənzəminlinin İstanbula gəlməyi haqqında Türkiyənin bəzi siyasi, diplomatik və ədəbi dairələrinə xabərdarlıq edilmişdi. Yusif Vəzir onların bəziləri ilə, eləcə də Əhməd Fərid bəylə görüşərək mövcud durum barədə fikir mübadiləsi edir. Vətənə döndükdən sonra Azərbaycan Demokratik Cümhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Usubbəyovun qəbulunda olur və ona İstanbulda Azərbaycan səfirliyinin açılmasının vacib olmasını bildirir. Bu məsələ ilə bağlı o, “Azərbaycan” qəzetində “Xarici siyasətimiz” və “Milli mədəni işlərimiz” başlığı ilə dərc olunan silsilə məqalələrinin birində çıxış etmişdi. Beləliklə, Yusif Vəzir cənab Nəsib bəy Usubbəyovun təklifi ilə 1919-cu ilin payızında Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilir. 32 yaşlı səfir gəmi ilə Trabzona, oradan da İstanbula gedir. Bir neçə gündən sonra İstanbulda Türkiyənin o zamankı xarici işlər naziri ilə görüşüb özünü ona təqdim edir. Türkiyə qəzetləri bu görüş haqqında məlumat verdikdən sonra Yusif Vəzir öz diplomatik vəzifəsini yerinə yetirməyə başlayır. Sonralar o, “Musavatçıya cavab” məqaləsində İstanbulda səfir olarkən bəzi mətləblərə aydınlıq gətirməyə çalışmışdır. O, türkləri diplomatlığın və siyasətin incəliklərinə qədər vaqif olan bir xalq kimi dəyərləndirərək, onların səfir haqqında dediklərini yazıya almışdır: “Səfir hökuməti təmsil edir. Əgər səfir siyasətində sərbəstlik göstərirsə, haman geri çağırılır. Halbuki Vəzirov
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
272 Musavat hökuməti mövqeyini tərk etdikdən sonra belə səkkiz ay səfirlikdə davam etdi” [4,187]. İstanbulda olarkən Çəmənzəminli siyasi fəaliyyətlə yanaşı elmi yaradıcılıqla da məşğul olmuşdur. O, İstanbulun Bəyazid və Nuri-Osmaniyyə kitabxanalarında saxlanılan qədim kitablardan, Övliya Çələbinin “Səyahətnamə”sindən, o cümlədən, “Cahannüma”, “Came-ün nəzair”, “Qamus-ül əlam” və digər mənbələrdən səmərəli istifadə etmişdir. Bunu yazıçının arxivində olan qeydlər bir daha təsdiqləyir. Əli Seydinin “Dövləti-Osmaniyyə tarixi”, Nəsib Asimin “Türk tarixi”, yenə həmin müəlliflə Məhəmməd Arifin “Osmanlı tarixi” və “Cahannüma”dan bəzi türk xanlarının tarixinə aid bu qeydlər 1920-ci ildə İstanbulda edilmişdir [6]. Bütün bunlar Yusif Vəzirin yalnız Azərbaycan ədəbiyyatı və tarixi ilə deyil, eyni zamanda, türk ədəbiyyatı və tarixi ilə də ciddi məşğul olduğunu bir daha təsdiqləyir. Bu da təsadüfi deyildi. Azərbaycan Respublikasını Türkiyədə təmsil edən bir səfir kimi Çəmənzəminli bunu özünə mənəvi borc bilirdi. Türkiyə mühiti Yusif Vəzirin həyatında önəmli yer tutduğu kimi bədii yaradıcılığına da ciddi təsir etmiş, əsərlərində bu ölkənin ədəbi, siyasi mənzərəsi canlandırılmışdır. Ədibin “Halicdən gələn qız” əsəri Türkiyədə “İstanbullu qız” adı ilə çap olunmuşdur. Belə bir əsəri yalnız İstanbulu yaxşı tanıyan yazar qələmə ala bilərdi. Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri olan Yusif Vəzir oraları çox gözəl tanıyırdı. Müəllifin “Zeybək qızı” hekayəsində də İstanbulun hər bir küçəsi, körpüsü, meydanı, abidələri – əzəmətli Dolmabağça sarayı, möhtəşəm Süleymaniyyə camesi bütün incəlikləri ilə təsvir olunmuşdur. Əsərin süjet xəttini isə Türkiyənin yadelli işğalçılara qarşı apardığı milli-azadlıq mübarizəsi təşkil edir. Bu hekayədə Midhəd əfəndinin və Zeybək qızının simasında türk xalqının qəhrəmanlığı və şücaəti öz əksini tapmışdır [5,284]. Sonralar yazıçının “Əli və Nino” romanı da İstanbulda, 1972-ci ildə kitab şəklində nəşr olunmuş və Türkiyədə böyük maraqla qarşılanmışdı. 1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra Yusif Vəzir bir müddət səfirlikdə işləyir, daha sonra kitabxanada elmi işçi kimi fəaliyyət göstərərək öz ədəbi yaradıcılığını davam etdirir (1923-cü ilə qədər). 1921-ci ildə “Azərbaycan ədəbiyyatına bir nəzər”, 1923-cü ildə “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını nəşr etdirir. İstanbulda keçirdiyi illərin səmərəsi olaraq Yusif Vəzir Çəmənzəminli türk dili, türk ədəbiyyatı və bunların özəlliklərinə dərindən yiyələnmiş və bu cəhət onun bədii yaradıcılığına açıq- aydın öz təsirini göstərmişdir. Bunlar həm onun həyatının müəyyən dövrünün Türkiyə ilə əlaqədar olması ilə, həm də onun soykökünə, türkdilli xalqların mədəniyyətinə, ədəbiyyatına olan böyük sevgi və məhəbbət hissindən irəli gəlirdi. Çəmənzəminlinin bədii irsində türk sözlərinə və ifadələrinə geniş yer verilmişdir. Akademik Tofiq Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasətini və ədəbi dilini təhlil edərkən çox haqlı olaraq qeyd edir ki, “dövrün dil normasında Türkiyə türkcəsi xüsusi fəallaşır. Parlamanda nadir halda olar ki, natiqlərin dilində Türkiyə türkcəsinə məxsus bir əvəzlik, ədat və zərflər işlənməsin: şu, işbu, iştə, həp, həpimiz, kəndi, əvət, şimdi, şimdilik, kaç, yarın, nerdə. Bir çox sözlərin deyilişində türkcə tələffüz yer tutur: böylə, mayıs, anarşi, protesto, yigirmi, kibi. Bəzi isim, sifət və feillərə tez-tez təsadüf olunur: köy, sıcaq, bulunmaq, yapmaq, əfəndi. Morfoloji əlamətlərdən təsirlik halda -yı; formayı, məsələyi; indiki zaman şəkilçisi: alıyor, çalışıyor; əmr formasının birinci şəxs tək və cəmi: gələyim, bakalım, deyəlim; feilin birinci şəxs cəmində -z ünsürünün işlənməsi: bilməriz, deməliyiz, gəliyoruz; feilin bacarıq forması: deyəməyəcəyiz, anlayamam, qorxudamaz” [9,300]. Sadalanan bu əlamətlərin əksəriyyəti Çəmənzəminlinin bədii əsərlərində öz əksini tapmışdır. Çünki bu nümunələr dövrün tələbindən irəli gələn ədəbi dil faktı idi: Qurbanəli uzun-uzadı mühakimələr yürütdü və fikirlərində də həp Ruhnəvaz xanımı hədəf etdi [1,220]; Oğlum, dəlirdinmi? - dedi, - yarınkurşunamı düzülmək istəyirsən? [1,226]; Sən məni nərədən tanıyırdın? [1,228]; İnqilabın nərələrə varacağını və bizi haraya sürükləyəcəyini hələ bilmirəm [2,213]; Rüstəmbəyin yapdığı təbliğat nəticəsində üç tələbə türkcə savadsızlıqlarını ləğv etməyə razı olmuşdu [2,27]; Ötəki tərəfini görmədikləri üçün əməkdaşlara maraqlı gəlirdi [2,251];
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
273 Bütün silahlar toplanaraq saklı bir yerdə gizlədildi [2,444]; Midhət əfəndi bihuş olaraq kanapenin üzərinə sərildi [1,226]; İkisi də bir kəstanə ağacı kölgəsində qarşı-qarşıya durub, müntəzir bir hal aldılar [2,231]; Tren getdikcə dəsmal havada yellənir, üzərində daşıdığı göz yaşlarının sirlərini Rüstəmbəyə duydururdu [2,270]; Qulunun təşəbbüsü ilə bu axşam Teymurbəyin apartmanında yeni bir iclas çağırılmışdı [2,71]; Başqa mövzuya keçəlim [2,176]; Qədəhlərinizi götürün, əbədi həyatın parlaqlığı şərəfinə içəlim [2,394] və s. Bu göstərilənlərdən başqa Çəmənzəminli hekayələrində, romanlarında şəmsiyə, təpsi, bacaq, çamur, omuz, panjur, havlı, tədavi, isteri, pasta kimi nümunələrdən istifadə etmişdir. Bu sözlərin əksəriyyəti mənşəcə türk, bəziləri isə Avropa mənşəli alınma sözlərdir. Yazıçının əsərlərində işlədilən feil və feili birləşmələrin də çoxu türk sözləridir: Həyətin qapısından içəri girər-girməz məni görüb qoşdu [1,167]; Millət bizi yetişdirdi, biz də bu zəruri vaxtda millətin köməyinə qoşmalıyıq [2,271]; Çox gəzdilər, nəhayət irəliki gün bir otaq boşaldığını duyub oraya qoşdular [1,311]; Sonra “Difai” məsələsini açdı və gizli bir təşkilat yapacağını söylədi [2,50]; Mətanətsiz addımlarla bir müddət yürüdülər [2,269]; Axırda bütün yazdıqlarını yakıb, tərəddüddən aralana bilmirdi [2,298]; İstifadə etməyən peşmanlıq oduna yakılar[2,225]; Cavab verməyə söz belə bulamadı [2,185]; Sonra kiçik məsələlərin həlli ilə uğraşmağabaşlandı [2,327]; Ana məhəbbətini yoldaş məhəbbətinə tərcih etdiyi meydana çıxdı [2,410]; Oxları sındırmaq yəmin etmək deməkdir [2,428] və s. Y.V.Çəmənzəminlinin bədii irsində yaklaşmaq, bulunmaq, anlatmaq, uğraşmaq, dolandırmaq, yıkanmaq, yakışmaq, yürümək, konuşmaq və s. bu kimi türk sözləri də yer almışdır. Bədii əsərlərdə türk dilinə aid nümunələrin işlənilməsi zamanın tələbindən irəli gəlirdi. Bu nümunələr daha çox ziyalı dilinə məxsusdur. Bununla belə, o dövrdə gündəlik ünsiyyətdə də işlənilirdi. Qeyd etmək lazımdır ki, Çəmənzəminli əsərlərində olan türk sözlərinin bəziləri təhrif olunmuş şəkildədir. Məsələn, kayb etmək birləşməsi qaib etmək, kullanmaq sözü qullanmaq, panjur sözü pancur, yakıb yandırmaq birləşməsi yaqıb yandırmaq, kader sözü qədər, kolaylıq sözü qolaylıq kimi verilmişdir. Çox güman ki, bu nümunələr ərəb əlifbasından düzgün transfoneliterasiya olunmadığı üçün bu şəkildə getmişdir. Beləliklə, Yusif Vəzir Çəmənzəminlinin bədii irsində türk ədəbiyyatına aid nümunələr, türk dilinin özəllikləri öz əksini tapmışdır ki, bunlar da bu böyük şəxsiyyətin, alimin, yazıçının yaradıcılığının müəyyən cəhətlərinin işıqlandırılmasında dəyərli və önəmli amillərdən sayıla bilər.
ƏDƏBIYYAT 1. Çəmənzəminli Y.V. Əsərləri. Üç cilddə, I cild. Bakı, Avrasiya Press, 2005. 2. Çəmənzəminli Y.V. Əsərləri. Üç cilddə, II cild. Bakı, Avrasiya Press, 2005. 3. Çəmənzəminli Y.V. Əsərləri. Üç cilddə, III cild. Bakı, Avrasiya Press, 2005. 4. Çəmənzəminli Y.V. Əsərləri. Üç cilddə, III cild. Bakı, Elm, 1977. 5. Çəmənzəminli Y.V. Əsərləri. Üç cilddə, I cild. Bakı, Azərbaycan EA nəşriyyatı, 1966. 6. Çəmənzəminli Y.V. Qeydlər. AMEA Əİ, f.21, s.v.190. 7. Çəmənzəminli Y.V. Molla Nəsrəddin haqqında bir neçə söz. AMEA Əİ, f.21, s.v.154. 8. Çəmənzəminli Y.V. Türk atalar sözləri. AMEA Əİ, f.21, s.v.408. 9. Hacıyev T. Azərbaycan ədəbi dilinin tarixi. II hissə. Bakı, Elm, 2012. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
274
Naila Samadova Turkish language and literature in Yusif Vazir Chamanzaminli’s activities Summary Turkey took an important position in Yusif Vazir Chamanzaminli’s private life – who was a notable representative of the Azerbaijani literature of the 20 th century. Azerbaijani and Turkish folklore in Chamanzaminli’s articles and essays are reciprocally researched and given some examples. Chamanzaminli was deeply acquainted with Turkish language, literature and their characteristics. This feature influenced his literary activities. Key words: Chamanzaminli, Azerbaijan, Turkey, folklore, Turkish language.
Paşa Kərimov, fil.ü.e.d. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elnure1430@gmail.com
XVII ƏSRDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏDƏBİ ƏLAQƏLƏRİ BARƏDƏ XVII əsr Azərbaycan və Türkiyə ədəbiyyatlarında milli xüsusiyyətlər qabarmağa, milli dil normaları formalaşmağa başlayır, ədəbiyyatın ictimai əhəmiyyəti nəzərə çarpacaq dərəcədə artırdı. Dərin ictimai-siyasi böhran məhrələsinə qədəm qoymuş Səfəvi və Osmanlı imperatorluqlarında dövr ərəb və fars dillərinin hakimiyyəti itirməsi, türk dilinin (Azərbaycan və Anadolu türkcələrinin) nüfuzunun artması ilə əlamətdardır. Lakin fars dilli poeziya da mövqeyini tam itirməmişdi, hər iki ölkədə əsərlərini yalnız farsca yazan, türkcə ilə bərabər farsca da yazan sənətkarlar var idi. XVII əsrin Azərbaycan və Türkiyə poeziyasında folklora meylin güclənməsi, canlı xalq danışıq dili elementlərinin yazılı əsərlərə daha güclü nüfuz etməsi müşahidə olunur. XVII əsrdə Azərbaycan lirik poeziyasında klassik üslubda yazan şairlərlə bərabər Abbas Tufarqanlı, Sarı Aşıq, Əzizi kimi qoşma, gəraylı, bayatı yazan aşıqlar da fəaliyyət göstərirdi, şifahi xalq ədəbiyyatı inkişafda idi. Maraqlıdır ki, Türkiyədə də XVII əsr aşıq ədəbiyyatının qızıl dövrü hesab edilir: «XVII əsrdə yaşayıb geniş şöhrət tapmış aşıqlardan Quloğlu, Katibi, Qayıqçı Qul Mustafa, Aşıq, Üsküdari, Kəşfi, Aşıq Xəlil, İbrahim, Qul Dəvəçi, Kamil, Bənli Əli, Qazi, Aşıq Həsən, Dəmirçioğlu öz əsərlərilə xalq ədəbiyyatını daha da zənginləşdirən aşıqlardan olmuşlar. Onlardan başqa Aşıq Ömər, Gövhəri və Qaracaoğlan bu dövrdə yaşamış, geniş şöhrət tapmış böyük xalq sənətkarlarındandır» (7,s.27). XVII əsrdə Osmanlı imperatorluğunda xalq şeiri, xalq hekayəsi – dastanlar çiçəklənmə dövrünü yaşayırdı, ölkənin hər tərəfinə yayılmış saz şairləri aşıq ədəbiyyatını inkişaf etdirir, onu cəmiyyətin bütün təbəqələri arasında kütləviləşdirirdilər. XVII yüzillikdə Türkiyə aşıq ədəbiyyatının ən görkəmli nümayəndəsi Qaracaoğlandır. Şair geniş kütlələrin anlayacağı aydın bir dildə yazdığı qoşma və gəraylılarında xalqın arzu və istəklərini ifadə edirdi. Qaracaoğlanın şeir dünyası ilə onun Azərbaycandakı müasiri Sarı Aşığın lirizmi arasında oxşar cəhətlər görən Məmməd Aslan yazır: «Qaracaoğlan irsinin poetik şirinliyi eynən bizim Sarı Aşığımızın şəhd-şirəsi insaf tərəzisində bu iki dad-duz bir-birini tarazlaşdırar, şübhəsiz» (10,s.25). Qaracaoğlanın lirikası, səmimi şeirləri doğma diyarın gözəlliklərini, dumanlı dağların vüqarını, otların xoş ətrini, baharın gəlişini, təbiətdə olan bütün gözəllikləri tərənnüm edir. Şairin gözəlliyinə heyran olduğu, həsrətindən alışıb yandığı sevgilisi də sadə bir türk qızıdır. Onun lirik Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling