I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
poeziyası Anadolu gözəllərini vəsf etməkdən heç vaxt yorulmamışdır: Bir xoş, bir xoş durur əda naz kimi, Arxasında saçı tel-tel saz kimi, I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
275 Xas bağça içində top nərgiz kimi, Qaralarmı geydin alın üstünə? (8, s. 217) Türkiyə aşıqları XVII əsrdə əsasən mani, qoşma, gəraylı, türkü, varsağı, ağıt, divan, dastan formalarında yaratmışlar. Lakin dövrün bir sıra aşıqları heca vəznində, milli şeir formalarında şeir deməklə kifayətlənmir, əruz vəznində, klassik şeir formalarında da əsərlər yazırdılar: «Bu əsrdə divan ədəbiyyatını təqlid etmək də çox yayılmışdı. Bu vəziyyət «şəhər, qəsəbə, kənd şairləri» kimi bir bölgünü ortaya çıxartdı. Şəhər şairləri, yəni divan ədəbiyyatı təsirinin başlıca təmsilçiləri – müməssilləri Aşıq Ömər və Gövhəri olmuşdur» (7,s.17). XVII yüzillikdə Azərbaycan aşıq poeziyasının nümayəndələri də klassik ədəbiyatdan xəbərdar olmuş, əsərlərində onun obrazlarından, bədii ifadə vasitələrindən istifadə etmişlər. H.Araslı əlyazma cünglərdə Abbas Tufarqanlının qoşma və gəraylıları ilə bərabər qəzəllərinin, dini mövzuda yazılmış müxəmməslərinin də mövcudluğu barədə məlumat vermişdir (1,s.108). XVII əsrdə Füzuli şöhrəti, Füzuli təsiri Azərbaycanda olduğu kimi, bir sıra türk xalqları arasında da geniş yayılmışdı. Orta Asiyada Füzuli təsiri özbək şairlərindən Mütrib, Balarəhim Məşrəb, Vəfai, Nadiri və başqalarının əsərlərində özünü büruzə verir. Tədqiqatçılar göstərirlər ki, Füzuli haqqında ilk məlumat verən Türkiyə təzkirəçiləri olduğu kimi, onun qəzəlinə ilk təxmis yazan müəllif də Osmanlı şairi Baqi əfəndi (1526-1600) olmuşdur (9,s.37). Füzuli şeirlərindəki məğrur ədanı, lirik qəhrəmanın eşqi yolunda hər cür cəfaya dözməyə hazırlığını Baqidə də görürük. Baqi Füzulinin bədii təsvir vasitələrindən, üslub xüsusiyyətlərindən faydalanmış, ifadələrini təkrar etmiş, onun rədif, qafiyə və vəznləri ilə səsləşən əsərlər yazmışdır. Orasını da qeyd etmək istərdik ki, Sadiq bəy Əfşar «Məcməül-xəvas» təzkirəsində Baqi əfəndi ilə Hələb şəhərində görüşüb tanış olduğunu, şairin yaradıcılığını yüksək dəyərləndirdiyini yazmış, onun əsərlərindən nümunələr vermişdir (6,s.145-146). XVII əsr Azərbaycan şairi Şükri də Baqinin şeirlərinə nəzirə yazmış, adını ehtiramla yad etmişdir. Bunun bir səbəbi də bəlkə Şükrinin Osmanlı imperatorluğu ərazisində yerləşən Bəsrə şəhərində yaşaması olmuşdur. Baqinin «Dönə-dönə» rədifli qəzəlinə 10 beytlik nəzirə yazan şair burada onun yaradıcılığından bəhrələndiyini minnətdarlıqla qeyd edir: Buldu tövri-süxənim Baqi əfəndidən feyz, Çox degil gər gəzə iqlimləri dönə-dönə (11,s.74). Şükrinin Baqi qəzəlinə yazdığı 8 beytlik digər nəzirəsi «Könül mülkündür, ey şahim, nədir məqsud yıxmaqdan» misrası ilə başlanır. Bu şeirdə də müəllif Baqinin adını hörmətlə yad edir, onun təsiri altında olan çox şairlərin yüksək dərəcələrə çatdığını söyləyir: Tətəbbö’ etdigim Baqi əfəndi şeirin oldur kim, Yetirdi çox fəqiri rütbeyi-əlayə alçaqdar (11,s.70). Türkiyə ədəbiyyatında görkəmli lirik şair, qəsidələr müəllifi kimi tanınan Ömər Nəf’i (1572- 1635) Füzuli ənənələri ilə bağlı olubdur. Baharın gəlişini, güllərin açılmasını, aləmin cənnətə dönməsini, sərv boylu, qönçə ağızlı gözəllərin bəzənməsini, eyş və işrət zamanının gəldiyini təsvir etdiyi bir qəsidəsini şair Füzulinin «Məni candan usandırdı, cəfadan yar usanmazmı» qəzəlinin formasında yazmışdır. «Əsdi nəsimi-novbahar, açıldı güllər sübhdən» misrası ilə başlanan bu qəsidə də Füzulinin qəzəli kimi müsəmmətlidir, daxili qafiyələnmə sisteminə malikdir: «Şəkli cəhətdən yeni tipli bu qəsidənin oynaq bir vəzndə meydana gətirilməsi, həm də Nəf’inin ustalığına dəlalət eləyən və janrın şəkli xüsusiyyətlərinə yenilik gətirən bir hal kimi qiymətləndirilməlidir» (3,s.116). Aydın Abi Aydın Nəf’inin Füzulinin «Bilir» rədifli qəzəlinə yazdığı nəzirəsi barədə yazır: «Füzuli qəzəlindəki, vüsal həsrətindən, ayrılıq dərdindən, hicran qəmindən, eşq iztirablarından şikayət sanki Nəf’inin şeirlərində davam və inkişaf etdirilir. Buradakı məzmun da, bədii ifadə motivləri də, forma və ahəng də tam uyğun gəlir» (3,s.130). Türkiyə didaktik ədəbiyyatının görkəmli nümayəndəsi Yusif Nabi (1642-1712) əsərlərində Azərbaycan şairlərindən Nizami, Xaqani və Saib Təbrizinin adını hörmətlə yad edibdir. O, Füzuli və Saibin qəzəllərinə təxmis yazmışdır. Nabi Füzulinin «Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən» misrası ilə başlanan 9 beytlik qəzəlidən yalnız 5 beytini təzmin etməsini tədqiqatçılar onunla izah edirlər ki, Nabi, ümumiyyətlə, bütün şairlərin qəzəllərindən yalnız beş beyt seçib işlətmişdir: «Onun çoxlu təxmisləri arasında bir dənə də olsa, beş bəndlikdən artıq şeir yoxdur»
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
276 (9,s.40). Füzuli təsirinə Nabinin başqa əsərlərində də rast gələ bilərik. Füzuli «Şikayətnamə»sindəki bəzi fikirlərin izlərini Nabinin «Qəsideyi-əzliyyə» adlı qəsidəsində görürük. Yusif Nabi bu şeirində dövrün amansızlığını, cəmiyyətdəki daxili çəkişmələri, insanların nankorluğunu təsvir etmişdir. XVII əsrdə «səbki-hindi» («hind üslubu») adlandırılan bədii üslub İrandan, Azərbaycandan Türkiyəyə gəlmiş, divan şeirinə təsir etmişdir. «Hind üslubu»nun ən qüdrətli ustadlarından biri böyük Azərbaycan şairi Saib Təbrizi olmuşdur. Saib dövrünün Türkiyə ədəbiyyatına güclü təsir etmiş sənətkardır. Onun bir müddət Türkiyəni səyahət etməsi, əsərlərinin burada yayılması, divanının mədrəsələrdə bir dərslik kimi tədris olunması Saib yaradıcılığının Türkiyə şairlərinə əhəmiyyətli təsir etməsinə səbəb olmuşdur (2,s144). Dövrün Nəf’i, Naili, Nişati, Nabi kimi osmanlı şairlərinin yaradıcılığında bu üslub özünü göstərməkdədir. F.Köprülü XVIII əsr osmanlı şairi Asim Çələbizadənin (?–1759) əsərlərində Füzuli və Saibdən təsirləndiyini, onun Qövsinin misrasını təzmin etdiyini göstərmişdir (4,s.138). Məlum olduğu kimi, XVII əsr osmanlı poeziyasında türkünün qarşılığı olan, bəndləri daha çox dörd, az hallarda beş misradan ibarət şeir forması meydana çıxmışdır. İlk nümunələrinə Naili yaradıcılığında rast gəldiyimiz, «şərqi» adlanan bu lirik şeirlərin bənd sonlarındakı təkrar olunan misraları nəqarət adlanır. Fikrimizcə, XVII əsr şairimiz Təsir Təbrizinin iki şeiri «Sana bivəfa deyəllər» nəqarətlı 9 bəndlik və «Sana gəncəli deyəllər» nəqarətlı 10 bəndlik şeirləri şərqi janrında yazılmışdır və həmin dövrdə Türkiyə ilə ədəbi əlaqələrimizin daha bir sübutudur. Şah İsmayıl Xətaidən sonra Səfəvilər dövlətində ən yüksək təbəqəyə mənsub olan şəxslərin, şah, şahzadə və sərkərdələrin ana dilində istər klassik, istərsə də şifahi xalq ədəbiyyatı formalarında şeirlər yazmaları geniş yayılmışdı. Dediyimizə misal olaraq Şah İsmayıl Xətainin nəvəsi İbrahim Mirzə Cahinin varsağılarını, I Şah Abbasın türkcə qəzəl, rübai və qoşmasını, II Şah Abbasın qoşmasını, Yəzd əmiri olmuş, sərkərdə M.Əmaninin klassik üslubda şeirlərini, qoşma, gəraylı və bayatılarını, saray kitabxanasının kitabdarı Sadiy bəy Əfşarın, Səfəvi hökmdarının baş vəziri olmuş Vəhid Qəzvininin, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi və Ərdəbil vəziri Mürtəzaqulu xan Şamlunun, Məşhəd valisi, Herat bəylərbəyi Səfiqulu bəy Səfinin, Qum valisi Mürtəzaqulu Sultan Şamlunun, şeyxülislamlar – Mövci Əhəri, Mirzə Saleh Təbrizi və başqalarının ana dilində yazdıqları əsərlərini göstərə bilərik. XVII əsr Osmanlı Türkiyəsində də yüksək məqama sahib olan müxtəlif şəxslər fəal surətdə türkcədə yazıb-yaradırdılar. Bu dövrdə türkcə şeir yazan Osmanlı hökmdarlarından «Bəxti» təxəllüslü I Əhmədin (1603-1617), «Faris» təxəllüslü II Osmanın (1618- 1623), IV Muradın (1623-1640) adını çəkmək olar. IV Muradın qadını Əfifə sultan aşıq şeiri tərzində əsərlər müəllifidir (5,s.653). Yüksək dini vəzifələrə sahib olmuş Şeyxlislam Yəhya (1561- 1644) və Şeyxülislam Bəhayi (1601-1653) də türkcə divan ədəbiyyatını inkişaf etdirmişlər.
ƏDƏBIYYAT 1. Araslı H. Aşıq yaradıcılığı. Bakı: Birləşmiş nəşriyyat, 1960 2. Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Azərbaycan Universiteti Nəşriyyatı, 1956 3. Aydın Abi Aydın. Füzuli və Türkiyə poeziyası. Bakı: Ozan, 2002 4. Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. III cild. Bakı: Elm, 2009 5. Banarlı N.S. Resimli türk edebiyyatı tarihi. İki ciltte. II c. İstanbul: Yedigün, 1949 6. Əfşar Sadiq bəy. Məcməül-xəvas. Bakı: Elm, 2008 7. Quliyeva – Qafqazlı Xalidə. Qaracaoğlan. Bakı: Elm, 1985 8. Min beş yüz ilin oğuz şeiri (Antologiya). I kitab/ Tərtib edəni: Anar. Bakı: Azərbaycan, 1999 9.
təxmislər. Filol.elm.nam... dis. Bakı: 2007 10.
Türk xalq şeirindən seçmələr / Tərtib edəni: Məmməd Aslan. Bakı: Gənclik, 1980 11.
Şükri. Divan. Tehranın Məclse-Şuraye-İslamiye-İran kitabxanası. № 2460
Pasha Kerimov I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
277
On the Azerbaijani-Turkish literary connections in the XVII century Summary In the XVII century, there is interest in the Azerbaijani and Turkish literatures to folklore, works of simplified language. At this time, the glory, the influence of the great Azerbaijani poet Fizuli spreads all over the Ottoman Empire. Many Ottoman poets in the XVII century wrote nazira- on imitation of Fizuli poetry. Very popular among the Ottoman poetry lovers enjoyed the verses of Azerbaijani poet of the XVII century Saeb Tabrizi. The Ottoman madrasas its divan collection of poems, was used as a textbook. Key words: poetry, ghazal, ashiq, dastan, takhmis
Salidə Şərifova, fil.ü.e.d. AMEA Nizami adına Ədəbiyyat İnstitutu baş elmi işçi salidasharifova@yaho.com
ƏHMƏD YƏSƏVİNİN BƏDİİ VƏ FƏLSƏFİ-DİNİ İRSİ HAQQINDA Müasir dövrdə Əhməd Yəsəvi irsi yaradıcılığı Orta Asiya xalqlarının mədəniyyətini birləşdirən mühüm bir amilə çevrilmişdir. Təsadüfi deyil ki, Əhməd Yəsəvinin yaradıcılığı Qazaxıstan və Türkmənistan xalqı rəhbərliyi tərəfindən yüksək dərəcədə qiymətləndirilmişdir. Ə.
Yəsəvinin dünya mədəniyyətinin inkişafına göstərdiyi təsir artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. Ə. Yəsəvinin yaradıcılığı Azərbaycan tədqiqatçılarının maraq dairəsində olmuşdur. Əhməd Yəsəvi Orta Asiya xalqlarının ədəbiyyat və dillərinin inkişafına təsir göstərmiş yazar və dilçi, dərin biliklərə malik filosof və dini xadim kimi tanınır. 2010-cu il sentyabrın 22-23-də Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə “Xoca Əhməd Yəsəvi və Şərq sufi ədəbiyyatı” mövzusunda Beynəlxalq elmi konfransı, 1993-cü ilin may ayında YUNESKO-nun qərarı ilə Türkiyənin Kayseri şəhərində keçirilən Millətlərarası Xoca Əhməd Yəsəvi simpoziumu keçirilmişdir. 2015-ci ildə Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türk dünyası Ədəbiyyat institutları direktorlarının iclasının qərarı ilə Əhməd Yəsəvinin “Divani-hikmət” əsərinin Qazaxıstan Elmlər Akademiyasının Muxtar Auezov adına Ədəbiyyat İnstitutu tərəfindən çapa hazırlanması tövsiyə edilmişdir. Almatı şəhərində küçələrdən birinə Əhməd Yəsəvinin adı verilmiş, adına məscid var. 2016-cı il YUNESKO-nun qərarı ilə Xoca Əhməd Yəsəvi ili elan edilib. YUNESKO-nun qərarına əsasən, Əhməd Yəsəvinin Almatıdakı milli kitabxananın nadir kitablar və əlyazmalar fonduna 1931-ci ildə daxil olmuş və fondda qorunan beş nadir əlyazması, yəni poetik əsərlər və fəlsəfi traktatları Dünya sənədli miraslar registrinə salınmışdır. Əhməd Yəsəvinin bədii yaradıcılığı janr və bədii üslub axtarışları ilə səciyyələnir. Əhməd Yəsəvi Orta əsr klassik janrların elementlərinin folklora xas janrların elementləri ilə birgə istifadə etməsinə üstünlük verir. Bununla da, Əhməd Yəsəvi Orta Asiya xalqlarının ədəbiyyatlarında özəl janr sistemlərinin formalaşmasına təkan verir. Əhməd Yəsəvinin “Vücudnamə” əsərində, həm klassik, həm də aşıq şeiri janrların xüsusiyyətlərini müşahidə edirik. Təəssüf ki, “Vücudnamələr” əvvəllər yalnız aşıq şeiri janrı kimi tədqiq edilmişdir. Sufi rəmzlərindən aşıq yaradıcılığında geniş istifadə edilməsi vücudnamələri aşıq ədəbiyyatının tərkib hissəsinə çevirmişdir. Misal kimi Əhməd Yəsəvinin “Divani hikmət”ini göstərmək olar. Əhməd Yəsəvi özü qələmə aldığı mənzumələri, şeirləri hikmət adlandırmışdır. Qeyd etmək olar kı, hikmət Əhməd Yəsəvi yaradıcılığında metajanr kimi çıxış edir. Əhməd Yəsəvinin yaradıcılığında “Divani-hikmət” əsəri xüsusi yer tutur. Bu əsər I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
278 əsrlər sonra Yəsəvi dərvişləri tərəfindən tərtib edilməsi baxımından dil xüsusiyyətləri öz dövrünü deyil, sonrakı yüzillikləri ək etdirir. “Divani-hikmət” əsəri qafiyə sistemi və vəzn baxımından qoşmalara bənzəyən dördlüklərdən və əruz vəznində yazılmış qəzəllərdən tərtib edilmişdir. Əhməd Yəsəvinin xalq şeir ənənəsinə uyğun qələmə almış olduğu şeirlərin əksər qismi yeddi (4+3=7) və on iki (4+4+4=12) heca bölgüsündədir. Ədəbiyyatşünaslıqda on iki hecalı şeir növü on bir hecalıya çevrilmişdir. Əhməd Yəsəvinin yaradıcılığında əruz vəznində qələmə alınmış poetik nümunələrə də rast gəlmək mümkündür: Aşiq kişilər gecələr yatmasa behrah, Hər dərdü ələm tıqsa, fəğan etməsə behrah... Hərdən eşidib aydı munı Əhmədi-miskin, Çün bəndəsini sinasidən getməsə behrah. Əruz vəzninin müsəmməni-əxrəbi-məkfufi-məksur (məf”Ulü məfA”İlü məfA”İlü məfA”İl) növünə uyğun gələn bu poetik nümunədə mətlə (birinci beyt) və məqtə (ikinci beyt) beytləri qəzəl formasındadır. Əhməd Yəsəvinin qəzəlləri daha çox ondördhecalı müsəmmət formasındadır. Bu poetik nümunələrdə daxili qafiyələrə daha çox müraciət edilmə də diqqətdən yayınmır. Əhməd Yəsəvi ərəb və fars dillərini mükəmməl bilmiş, öz görüşlərinin təbliğində isə əsasən milli dilə üstünlük verməsi ilə diqqəti cəlb edir. Əhməd Yəsəvinin doğma dili çağatay türkcəsi (əski özbək türkcəsi) olmasına baxmayaraq, sufi şair yaradıcılığını əsasən oğuz türkcəsində yaratmışdır. Bu baxımdan da, şəriəti, təriqəti, mərifəti və həqiqəti əsas tutan ədibin dili sadə olduğu qədər başa düşüləndir: On səkkiz min aləmdə Heyran bulğan aşiqlər. Tapmaq məşuq sorağın, Sərsan bulğan aşiqlər. İlk təhsilini Sayramın ən məşhur vəlilərindən olan atası Şeyx İbrahimdən almış Ə.Yəsəvinin Buxarada mürşidi məşhur təsəvvüf şeyxi Əbu Yaqub Yusif Həmədani (1048 – 1140) olmuşdur. O, Əhməd Yəsəvinin fəlsəfi və dini görüşlərinə önəmli təsir göstərmişdir. Məsələn, onun hüsnü mütləq ideyası dünyanı eşq ilə dərk etməsi ideyası sufi ənənəsi ilə sıx əlaqəlidir. Dünyanı eşq ilə dərk etməyi təlqin edən eşqin şirin olan əzabları varlığını Tanrıda əritməyə doğru istiqamətlənib. Ədib öz varlığında Tanrının nurunu görür ki, bu nur da sufi aşiqin iç dünyasını işıqlandıraraq Tanrıya çatmış olur:
Ciltan birlə şərab içib, həmrah boldum İçim tışım haqq nurigə toldu, dostlar. Özünü Tanrısına qovuşmuş hesab edən Ə. Yəsəvi bunu poetik dillə canlandırır: İşk sevdası kimqə düşsə, rəsva kılur, Pərtav salıb haqq özüqə şeyda kılur. Məcnun sifət əqlin alıb Leyla kılıb, Allah hakkı bu sözlərin yalğam yok. Əhməd Yəsəvi yaradıcılığında idrak vasitəsilə hər şeyi anlamaqla insanlara yaxın olmağa, onlara yardım göstərməyə çağırır: Nerdə görsen gönlü kırık, merhem ol sen, Öylə mazlum yolda kalsa, yoldaş ol sen. Maşher günü dergahına yaxın ol sen, Ben-benlik güden kişilerden kaçtım men işte. Ə.Yəsəvinin yaradıcılığında “qəriblik” mövzusu diqqəti cəlb edir. Simvolik-ürfani səciyyəsi ilə diqqəti “qərib” obrazı doğma yurd-yuvasından ayrı düşüb onun həsrətini çəkən insana söykənir.Qürbətə dözümsüzlüyü əks etdirən “qərib” torpağa bağlılıq və sevgi duyğularını göstərən genetik-psixoloji keyfiyyətdir. “Qərib” obrazı və qəriblik mövzusu özünü bu günahlarla dolu olan dünyada qərib sayan mütəfəkkir-şairin yaradıcılığında bəzən həqiqi anlamda, bəzən isə təxəyyülünün ifadəsi kimi təsvir edilir: Qərib, fakir, yetimləri sevindirsen, Parçalayıp aziz canım eylə kurban.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
279 Məlumdur ki, qəriblik mövzusu təsəvvüf ədəbiyyatında bəzən canın (ruhun) bu fani dünyada qonaq olması ideyasına əsaslanması ilə əlaqəlidir.Təsəvvüf ədəbiyyatında “qəriblik” mövzusu və “qərib” obrazı rəmzi səciyyə daşıyaraq fəlsəfi-ürfani mənауа malikdir. Əhməd Yəsəvinin “Qəriblər” rədifli şeirində qərib obrazı Tanrıya çatmaq üçün ömür fəda edən insan aşiq kimi, qəriblik isə hər kəsin davam gətirə bilməyəcəyi hünər kimi təqdim edilmişdir: Qəriblik qattıq işdür, ay əzizim, Kim ol bəqədr olar miskin qəriblər, Gəllimdi, Əhməda, özünə baxgil, Qəribəm sən, qərib, misgin qəriblər. Təsəvvüfdə insan dünyaya gəldiyi andan öz bütövündən – “Vücud” adlandırılan Tanrıdan ayrılmış vəziyyətdə olması ilə qürbətə düşür. İnsan Allaha qovuşana qədər sufi qərib olur. Qəribliyin keçdiyi yol, yəni Tanrıya qovuşmanın yolu özünü təkmilləşdirmə mərhələ və məşəqqətli sınaqlar olur. Əhməd Yəsəvinin etik gorüşləri, sufilyə xas nəfs anlayışı ətrafında cəmləşdirilib. Nəfs və ondan doğan tamah, qürür, xəbislik, acgözlük, paxıllıq və s. kimi təsəvvüf ədəbiyyatının mövzuları Əhməd Yəsəvi yaradıcılığından yan keçməmişdir. Məhz bu amillərin insanı Tanrısından uzaqlaşdıran, kamillik mərtəbəsinə ucalmağa imkan verməyən əngəlliklər kimi təlqin edən, nəfsə uyanları «şeytanla dost» adlandıran Əhməd Yəsəvi qələmə alırdı: Nefsim beni yoldan çıxarıp hakı eyledi Çılpındırıp halka ablamaklı eyledi. Zikr söyletmeyip şeytan ilə dost eyledi, Hazırsın deyip nefs başını deldim ben işte. Əhməd Yəsəvinin təlqin etdiyi əqidə nəfsin quluna çevrilmək deyil, əksinə nəfsi əqlinə tabe etdirmək böyük sərvətdir. Nəfsi təpib eşq yolunda sadiq olmağa səsləyiş də onun yaradıcılığının leytmotivinə çevrilmişdir: Zahid olma, abid olma, aşiq ol sən, Möhnət çəkib eşq yolunda sadiq ol sən, Nəfsi təpib, dərgahına layiq ol sən, Eşqsizlərin həm canı yox, imanı yox. Əhməd Yəsəvi nəfsə baş əyməyənlərin ilahi eşqin cazibəsində məqamdan-məqama yüksəlməsini, Yaradana yaxınlaşaraq ona qovuşmasını eşq, əzab hissiylə mümkünlüyünü göstərə bilmişdir: Qul Xoca Əhməd nəfs laqidən çıkıb aşdı, Fəna fillah makamına yavuklaşdı. Əhməd Yəsəvi nəfsə boyun əyənlərin rüsvay olmalarını, yollarından azmalarını poetik dillə göstərməyə nail olmuşdur: Nefs yoluna girən kişi rüsva olur, Yoldan azıb gezib tozan şaşkın olur. Yatsa, qalxsa şeytan ilə yoldaş olur Nəfsi tep sən, nefsi tep sən, ey bəd-kirdar. Əhməd Yəsəvi din xadimi kimi Orta Asiyadan başqa Şərqin digər hissələrində də dərin iz qoymuşdur.Sufi ideyaları üzərində təşəkkül tapmış Əhməd Yəsəvi yaradıcılığı Orta Asiya ilə yanaşı Azərbaycanda, Anadoluda sufi ədəbiyyatının təşəkkülünə, həmçinin Dədə Ömər Rövşənin, Yunis İmrənin yaradıcılıqlarına təsir göstərmişdir. Əhməd Yəsəvinin fəaliyyəti Yəsəvilik təriqətini formalaşdırmasına gətirib çıxartmışdır. Yəsəvi təriqəti Nəqşibəndilik, Bəktaşilik, Babai, Mövlanəlik, Xəltvətilik və digər təriqətlərin formalaşmasına təkan vermişdi. İslamın təbliğində Əhməd Yəsəvinin təsəvvüf poeziyası önəmli rol oynamışdır.Təsəvvüf poeziyası ilə islamı xalqa yaxınlaşdıra bilmiş Əhməd Yəsəvi yaradıcılığı çoxşaxəliyi ilə diqqəti cəlb edir. Təsəvvüf ədəbiyyatının könül azadlığı, könül sındırılmasının günah olması, insan könlünə dəyər verilməsi, insana bel bağlanması, din sərbəstliyi, nəfs və ondan doğan tamah, qürür, xəbislik, acgözlük, paxıllıq kimi əsas mövzuları Əhməd Yəsəvi yaradıcılığında yer tutmuşdur. Əhməd
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
280 Yəsəvi insan könlünü müqəddəs Kəbə ilə müqayisə etməsi, hətta üstünlüyü insan könlünə verməsi onun təsəvvüf görüşlərindən irəli gəlir. Allaha ilahi eşqlə bağlı olan Əhməd Yəsəvinin Fakrnamədə (“Risalə”) İslamiyyətin əsasları izah edilir.Əhməd Yəsəvinin təsəvvüf poeziyasında insanın ibadət etməsini Allaha qovuşmağın vacib şərti kimi dəyərləndirmişdir. Əhməd Yəsəvi Yaradanın verdiklərinə insanın şükür etməli olması amilini də qabarda bilmişdir: Səhər vaxtı qalxıb ağla, nalə eylə, İnləyişindən yer və göylər nəva qılsın. Haqqa sığınıb göz yaşını jalə eylə, Ondan sonra Haqq dərdinə dəva qılsın. Əhməd Yəsəvi öz təsəvvüf poeziyasında peyğəmbərə, miraca və sair bu kimi mövzulara toxunur.Əhməd Yəsəvinin “Divani-hikmət” əsərində peyğəmbərə sonsuz hörmət və sevgisi öz əksini tapmışdır.Əhməd Yəsəvi Həzrəti-Peyğəmbərimizin (s.ə.v.) həyat tərzi və yaşantısına varlığı ilə bağlanmışdır. Həyatını Rəsulullahın (s.ə.s. ) dünyada yaşadığı dövrə bənzədərək, peyğəmbərin 63 ildən artıq yaşamamasını əsas götürərək, Əhməd Yəsəvinin 63 yaşına çatdığında torpaqdan bir yer qazıb orada yaşaması rəvayətində bu sevgi daha qabarıq şəkildə özünü göstərmişdir. Təsəvvüf Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling