I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
Bakı, 1999. kimi əsərləri ilə yanaşı “Türkiyə ədəbiyyatı tarixi”nin də (Bakı, 2011) müəllifidir. Qeyd edək ki, şair-publisist, tədqiqatçı Ə.R.Xələfli görkəmli türkoloqun zəngin ədəbi irsini tədqiq edərək “Aydın Abi və Türkiyə ədəbiyyatı” adlı əsər də yazmışdır (7). Professor Ə.Rəsulovun “Türk sənədli-bədii nəsri” əsəri də XV əsrin ortalarından XXI əsrin əvvəllərinə qədərki yazılı türk sənədli-bədii nəsrinin qaynaqlarının, təşəkkülünün, inkişaf mərhələlərinin tədqiq olunduğu sanballı bir monoqrafiyadır (11). Türkologiya sahəsində böyük xidmətləri olan professor A.Babayevin Türkiyədə nəşr olunmuş “Nazim və Azərbaycan” adlı əsəri də müstəqillik illərində ədəbi əlaqələrimizin inkişafında dəyərli mənbələrdən biridir (3). Professor T.Məliklinin “Türk ədəbiyyatı: köklər və budaqlar” (1998); “Türkoloji problemlər” (2008); “Nazim Hikmət. Poeziya və poetika” (2010); “Türkiyə ədəbiyyatı tarixi” (2010) kimi sanballı əsərləri son illər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına, iki qardaş ölkənin mədəni ənənələrinin zənginləşməsinə layiqli töhfələrdir. Bunlardan başqa, müstəqillik illərində türk ədəbiyyatının müxtəlif məsələlərini fərqli aspektlərdən tədqiq edən çox maraqlı monoqrafiyalar da qələmə alınmışdır. S.Ə.Qasımova “Haldun Tanerin bədii nəsri”. Bakı: İrşad, 1994.; J.Əliyeva “Çağdaş türk şerinin poetikası”. Bakı, 2000.; J.Əliyeva “Çağdaş türk poeziyası. Sənətkarlıq problemləri”. Bakı, 2002.; X.Hümmətova "Yunus Əmrə". Bakı: Ruemi nəşriyyatı, 2006.; X.C.Quliyeva-Qafqazlı "Qaracaoğlan". Bakı: “Əli Nəşriyyat Evi”, 2009.; R.T.Quliyev “Nazim Hikmətin yaradıcılığında Şərq”. Bakı: “Əli Nəşriyyat Evi”, 2008.; E.F.Məmmədovа “Osman Türkayın poetik irsi". Bakı: Elm, 2010.; A.Məmmədli “Əhməd Cavad və Türkiyə”. Bakı: Elm və təhsil, 2010.; K.Ə.Ələkbərova “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatına türk dilinin təsiri”. Bakı, 2010.; J.Əliyeva “Çağdaş türk şeirində lirik qəhrəman”. Bakı, 2012.; S.Sadiyev “Balkan türklərinin ədəbiyyatı”. Bakı: Elm və təhsil, 2012.; S.G.Gündoğdu “Mehmed Akif Ərsoy yaradıcılığında ictimai problemlərin bədii təcəssümü”. Bakı: R.M.Kompani, 2012.; B.R.Osmanova “Maarif və mədəniyyət” jurnalında elmi araşdırmalar”. Bakı, 2013.; M.Hacıyeva “Türk aşıqları”. Bakı: Elm, 2004.; E.Babayeva “Nəcib Fazil Qısakürəyin yaradıcılıq yolu”. Bakı: Elm və təhsil, 2013.; L.F.Faiqqızı “Milli istiqlal şairi Mehmed Akif Ersoy”. Bakı: Elm və təhsil, 2014.; A.Abdulla "Türk oğlu türkəm". Bakı: "Borçalı" ictimai cəmiyyəti, 2015.; Q.Şəhriyar “M.F.Köprülü və onun “Dədə Qorqud kitabına” aid qeydlər əsəri”. Bakı: Nurlan,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
297 2015. və s. son illər Azərbaycanda nəşr olunmuş tədqiqat əsərlərindəndir. Müstəqillik dövründə elmi monoqrafiyalarla yanaşı, türk ədəbiyyatının müxtəlif problemləri dissetasiya səviyyəsində də tədqiq olunmuşdur. A.M.Abıyev “XIX əsrin ikinci yarısı -XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi”, 1996.; S.Q.Hacı “Məhəmməd Füzuli yaradıcılığı və türk ədəbiyyatşünaslığı (1940-1980)”, 1995.; Ə.A.Rəsulov “Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları”, 2004.; J.F.Əliyeva “Çağdaş türk şeirinin poetikası”, 2001.; A.R.Xəndan “Yəhya Kamal Bəyatlı yaradıcılığının sənətkarlıq xüsusiyyətləri", 2003.; Q.İ.Əsgərova “Qardaş ədəbiyyatlar” dərgisində Azərbaycan ədəbiyyatı məsələləri”, 2004.; V.A.Səmədova “XV-XVII əsrlər Türk təzkirələrinin strukturu və spesifikası (əlyazma qaynaqları əsasında)”, 2006.; F.Ə.Dursunova “Ömər Seyfəddinin poetikası”, 2007.; N.Q İsmayılzadə “Müasir Azərbaycan və türk poeziyasında sərbəst şeir (R.Rza və N.Hikmət yaradıcılığı əsasında)”, 2007.; N.S.Mustafayeva “Rəfiq Zəka yaradıcılığında türkçülük və Türkiyə”, 2007.; Ş.S.Salmanova “Türk xalqları ədəbiyyatında sufizm və Quran (Ə.Yəsəvi və Y.Əmrə yaradıcılığı əsasında)”, 2009.; M.B.Gözəlova “Postmodernizm ədəbiyyatında Şərq və Qərb (Orxan Pamuk nəsri əsasında)”, 2009.; E.A.Babayeva “Nəcib Fazil Qısakürəyin yaradıcılıq yolu”, 2010.; H.İ.Məmmədova “Yaşar Kamal yaradıcılığında folklor motivləri”, 2010.; M.N.Qasımlı “Səbahəddin Əli Nəsrinin poetikası”, 2012.; C.O.Məmmədov “Müasir Türk uşaq şeiri (1970-1990- cı illərdə)”, 2013.; Z.İ.Əliyeva “Türkiyə ədəbi mühiti və Anar yaradıcılığı”, 2014.; İ.M.Özkan “Türk ədəbiyyatşünaslığının təşəkkülü (1860-1923-cü illər)”, 2014.; L.Qasımova “XX əsrin II yarısında Türkiyə hekayəçiliyində ənənə və novatorluq (Mustafa Kutlunun hekayələri əsasında)”, 2014.; T.A.Hüseynova “Nazim Hikmətin şeir dilinin leksikası”, 2015.; S.S.Bayramov “Müasir Azərbaycan-Türk ədəbi əlaqələri (Z.Yaqub və M.Aslanın yaradıcılığı əsasında)”, 2016 və s. dissertasiya işləri Azərbaycan alimlərinin filologiya üzrə fəlsəfə doktoru və filologiya elmləri doktoru işlərinin bir hissəsidir. Çünki bu işlər bu gün də davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, son illər ölkəmizdə türkdilli əlyazmaların tədqiqi, mətnlərin tekstoloji təhlili məsələlərinə də böyük diqqət ayrılmaqdadır. Türkdilli əlyazmaların tədqiqi, Türkiyə ədəbiyyatı ilə bağlı Azərbaycanda qorunan əlyazmaların üzə çıxarılması və araşdırılmasında professor A.Musayevanın (“Dədə Ömər Rövşəni əlyazmaları üzərində araşdırmalar”. 2 cilddə, Bakı: Nurlan, 2003.; “Türkiyədə yaranan Azərbaycan ədəbiyyatı və Xəlili “Firqətnamə”si”. Bakı, 2010.; “Şeyx İbrahim Gülşəni və türk divanı”. 2 cilddə, Bakı: Elm və təhsil, 2012.; “Dədə Ömər Rövşəni və külliyatı”. Bakı: Elm və təhsil, 2013. və s.) elmi fəaliyyəti xüsusi ilə təqdirəlayiqdir. L.Süleymanova (13) , S.Əliyeva (5), V.Musalı (9) (10), R.Hüseynov (6), İ.Qasımlı (4), K.Məmmədzadə (8), T.Seyfullayeva (12) və s. kimi azərbaycanlı gənc tədqiqatçılar da əlyazmaların tekstoloji təhlili və tədqiqi sahəsində çox önəmli araşdırmalar aparmışlar. Müstəqillik illərində Azərbaycanda nəşr olunan müxtəlif ədəbiyyat tarixi əsərlərində, toplu və antologiyalarda da türk ədəbiyyatına böyük yer ayrılmışdır. (Bunlardan “Günəşi içənlərin türküsü: Nazim Hikmətin şerləri, məqalələri, Azərbaycanda onun haqqında yazılan şerlər, poemalar, məqalələr” / tərtib edəni Q.İsmayıl, ön sözün müəllifi Anar. Bakı, 2002.; E.Quliyev. “Türkyə Türk ədəbiyyatı (XIX-XX əsrlər)”. Bakı: Orxan nəşriyyatı, 2003.; “Türk xalqları ədəbiyyatı”. Bakı: Apostrorof, 2014.; N.Cəfərov “Qədim türk ədəbiyyatı”, Bakı: AzAtaM, 2004.; “1920-ci illərdə Azərbaycan mətbuatında Türkiyə ədəbiyyatının tədqiqinə dair materiallar” / tərcümə edən və toplayanlar B.Osmanlı, S.Qasımlı. Bakı: Nurlan, 2004.; N.Cəfərov “Türk xalqları ədəbiyyatı”. 4 cilddə, Bakı: Çaşıoğlu, 2007.; “Kitabi-Dədə Qorqud” mövzusu türk ədəbiyyatşünaslığında” / tədqiq edən, toplayan X.C.Quliyeva-Qafqazlı. Bakı, 2008.; “Azərbaycan-Türkiyə əlaqələri” / tərtib edən Şirəliyeva E., Əsədova S.; redaktoru M.Vəliyeva; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. Bakı, 2008.; Anar “Nazim Hikmət. Kərəm kimi”. Bakı: Elm və təhsil, 2009.; T.Məlikli “Türkiyə ədəbiyyatı tarixi”. Bakı, 2010.; T.Məmməd "Osmanlı şairlərin yaradıcılığında Azərbaycan ədəbiyyatı ənənələri". Metodik vəsait, Bakı: Mütərcim, 2010.; X.Hümmətova “Yunus Əmrə (məqalələr toplusu)”. Bakı: Elm və təhsil, 2012.; X.Hümmətova “Yunus Əmrə Azərbaycan ədəbiyyatşünaslığında”. Bakı: Elm və təhsil, 2014.; “Çanaqqala milli ruh” / ön sözün müəllifi S.A.Arslan və R.Məcid., redaktoru, N.Polad. Bakı: Apostorof, 2015. və s. adlarını qeyd edə bilərik). “Min beş yüz ilin oğuz şeiri” iki cildlik antologiyasında həm türk şairlərinin, həm də Türkiyədə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
298 yaşayan Azərbaycan şairlərinin əsərlərinə, biblioqrafik mətnlərinə yer verilmişdir (2). Bunu xüsusi ilə vurğulamaq lazımdır ki, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin böyük xidmətləri vardır. Şöbədə, türk ədəbiyyatının bir çox ədiblərinin əsərləri və Türkiyə ədəbiyyatının problemləri haqqında tədqiqat işləri yazılır, mütəmadi olaraq görüşlər, müzakirələr keçirilir. 2011-2013-cü illərdə isə şöbə 6 sayı olmaqla “Türk xalqları ədəbiyyatı” (elmi redaktor A.Məmmədov, məsul katib E.Babayeva) məqalələr toplusunu dərc etmişdir. Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbi əlaqələr”, “Ədəbiyyat məcmuəsi”, eləcə də digər (“Türkologiya”, “Şərq filologiyası məsələləri”, “Azərbaycan” və s.) jurnallarda da mütəmadi olaraq, türk ədəbiyyatına həsr olunmuş elmi məqalələr nəşr olunur. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İ.Həbibbəylinin Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafına böyük önəm verdiyini xüsusi qeyd etmək lazımdır. 2014-cü ildə Nizami adına Ədəbiyyat İnstitutu və Türkiyə Qafqaz Universitetlər Birliyi arasında anlaşma memorandumu imzalanmışdır. Əməkdaşlıq sazişini akademik İsa Həbibbəyli və professor Ramazan Qorxmaz imzalamışlar. Bundan başqa, İnstitutun Türk xalqları ədəbiyyatı şöbəsində akademik İsa Həbibbəylinin rəhbərliyi, professor M.Əliyevin redaktorluğu, İ.Osmanlının tərcüməsi və şöbə əməkdaşlarının birgə səyi ilə çoxcildli “Türk xalqları ədəbiyyatı kitabxanası” seriyasından bir cild, iki kitab kimi nəzərdə tutulmuş “Türk ədəbiyyatı antologiyası”nın “Türk ədəbiyyatı antologiyası. Poeziya” adlanan birinci kitabı hazırlanıb çapa təqdim edilmişdir. Klassik dövrdən başlayaraq, bu günə kimi türk poeziyasını əhatə edən bu kitaba daxil edilmiş şairlər haqqında qısa biblioqrafik məlumat və şeirlərindən nümunələr verilmişdir. Məlumdur ki, ədəbi əlaqələrin inkişafında bədii tərcümənin rolu əvəzsizdir. Tərcümə sahəsində R.Əskər, N.Əbdülrəhmanlı, A.Abdulla, S.Babullaoğlu, E.Babayeva və s. adlarını qeyd edə bilərik. Müstəqillik illərində, mütəmadi olaraq, türk ədəbiyyatından elmi və bədii tərcümələr edilərək, geniş oxucu kütləsinə təqdim edilir. (Kamal Tahir. “Dövlət ana” / tərcümə edən C.Xıdırov. Bakı: Azərbaycan Ensiklopediyası, 1992.; Kamal Tahir. "Yorğun savaşçı" / türkcədən çevirən P.Əlioğlu. Bakı: Yazıçı ədəbi nəşrlər evi, 2001; Bahəddin Ögəl. “Türk mifologiyası” / tərcümə edən və ön sözün müəllifi R.Əskər Bakı: Səda, 2004; Orxan Pamuk. “Qar”: roman / tərcümə edən və redaktor Y.Orucov. Bakı: Yurd NPB, 2006.; R.N.Güntəkin. "Çalıquşu" / tərcümə edən və ön süzün müəllifi M.Rzaquluzadə. Bakı: Şərq-Qərb, 2006; R.N.Güntəkin. "Yarpaq tökümü" / tərcümə edən V.Sultanlı, Bakı: Çinar-Çap, 2007; Orxan Pamuk. “Mənim adım qırmızı”: roman / tərcümə edən N.H Əbdülrəhmanlı; redaktoru Ə.Rəsulov. Bakı: Qanun, 2007.; Ebül-Hayri Rumi. “Saltuknamə”. 3 cildlik / türkcədən çevirən və nəşrə hazırlayanlar S.Qasımlı, B.Osmanlı, E.Xəlilova. Bakı: “Əli Nəş- riyyat Evi”, 2007.; Haldun Taner. “Hekayələr” / türkcədən tərcümə edən, tərtib edən və ön sözün müəllifi S.Qasımlı. Bakı: “Yom Yayınları” nəşriyyatı, 2007.; Orxan Pamuk. “Gizli üz: kinossenari və Nobel nitqi” / tərcümə edən A.Əmrahoğlu, P.Əlioğlu, S.Babullaoğlu; redaktoru Ə.Mirzallı. Bakı: Mütərcim, 2009.; Orxan Pamuk. “Pəncərədən baxmaq” / tərcümə edən A.Məmmədxanlı. Bakı, 2009.; “Türk ədəbiyyati tarixi”. 2 cilddə / tərcümə edən və ön sözün müəllifi R.Əskər. Bakı: MBM, 2010.; Namiq Kamal “Vətən yaxud Silistrə” / tərcümə edən L.Əliyeva. Bakı: Nurlan, 2010.; Əli Ağbaş. “Seçilmiş şeirləri” / tərcümə edən və ön sözün müəllifi R.Əskər. Bakı: Elm və təhsil, 2011.; N.F.Qısakürək. “Bir adam yaratmaq” / tərcümə edən, ön sözün müəllifi E.Babayeva. Bakı: Elm və təhsil, 2013.; Faruq Sümər. “Oğuzlar (türkmənlər)” / tərcümə edən və ön sözün müəllifi Əskər R. Bakı: BXQR, 2013.; Ə.H.Tanpınar. "Saatları qurma İnstitutu" / tərcümə edən N.Əbdülrəhmanlı. Bakı: Qanun nəşriyyatı, 2014. və s.). Onu da qeyd etmək lazımdır ki, Türkiyədə də, Anar, Elçin, H.Cavid, Z.Yaqub, M.İsmayıl və s. kimi görkəmli şair və yazıçılarımızın əsərləri Türkiyə türkcəsinə uyğunlaşdırılaraq geniş oxucu kütləsinə təqdim olunur. Ədəbi əlaqələrimizin inkişafında Ədəbiyyat İnstitutunun fəxri doktoru, Türkiyədə Azərbaycanşünaslıq elminin görkəmli tədqiqatçısı Yavuz Akpınarın xidmətlərini xüsusi vurğulamaq lazımdır (1). Atatürk Kültür Mərkəzi (“Türkiyə Atatürkün, Azərbaycan Respublikası Heydər Əliyevin əsəridir”. Bakı: AzAtaM, 2002.; “Azərbaycan-Türkiyə münasibətləri (1920-1922). Sənədlər və materiallar” / tərtib edənlər J.Qurbanova, M.Piriyev. Bakı: AzAtaM, 2002.; S.Nəzərli. “Heydər
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
299 Əliyev Atatürk haqqında”. Bakı: AzAtaM, 2003.; “Azərbaycanda Atatürk və Türkiyə Cümhuriyyəti araşdırmaları” / tərtib edən S.Məmmədova. Bakı: AzAtaM, 2003.; “Heydər Əliyev Atatürk haqqında” / (İngilis dilində); tərcümə edən İ.Abdullayeva, tərtb edən S.Nəzərli. Bakı: AzAtaM, 2004.; R.Ulusel. “Heydər Əliyev və Azərbaycan, Atatürk və türk dünyası Nizami Cəfərovun elmi araşdırmalarında”. Bakı: Elm, 2004.; Q.İlkin.”Türk ordusu Bakıda”. Bakı: AzAtaM, 2003.; Q.İlkin. “Türk yazıçıları Bakıda”. Bakı: AzAtaM, 2007.; A.Avşar. “Türkiyənin istiqlal müharibəsində Azərbaycan türkləri”. Bakı: AzAtaM, 2007.; A.Abbasov. “Atatürk haqqında hekayələr”. Bakı: AzAtaM, 2007.; A.Avşar. “Aydınların gözüylə Azərbaycan. Ziyalılarla kültür gəziləri”. Bakı: AzAtaM, 2007.; A.N.Abbasov (Nurağaoğlu). “Atatürk pyesi”. Bakı: Mütərcim, AzAtaM, 2007.; N.Cəfərov, M.A.Tural. “Atatürkün Azərbaycan siyasəti”. Bakı: AzAtaM, Çaşıoğlu, 2008.; Ə.Quliyev, A.Axundov. “Qazi Mustafa Kamalın dostu”. Bakı: AzAtaM, 2008) və Qafqaz Universitetinin yayınları da (M.Süleymanov. “Nuri Paşa”. Bakı: Nurlar, 2008.; M.Təkləli. “Türk kitabı”. Bakı: Nurlar, 2009.; M.Hacıyeva, M.Rıhtım. “Yəhya Kamal Bəyatlı”. Bakı: Nurlar, 2011.; “Evliya Çələbi Səyahətnaməsində Azərbaycan” / Azərbaycan türkcəsinə uyğunlaşdıran M.Təkləli. Bakı: Nurlar, 2012.; M.Rıhtım, M.Tatcı.” Yahya Şirvani’den Şaban-ı Veli’ye. Halvetiyye Sufiliği”. Bakı: Nurlar, 2013.; M.Rıhtım, A.Bakırkaya. “Könül memarları və irfan yolu”. Bakı: İpəkyolu, 2013.; M.Rıhtım. “Seyid Yəhya Bakuvi” / tərcümə edən F.Əliyeva. Bakı: Elm və təhsil, 2013 və s.) ədəbi əlaqələrimizin inkişafına böyük bir ərməğandır. Ölkəmizdə keçirilən beynəlxalq elmi konfranslar da ədəbi əlaqələrimizin inkişafında böyük rol oynayır. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “Yaşayan Yunus Əmrə” (9 dekabr, 2013); “Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” (1-2 dekabr, 2015); AMEA Folklor İnstitutunda, mütəmadi olaraq, keçirilən “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə”; Şərqşünaslıq İnstitutunda “Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları” (27-28 iyun 2013); AMEA Şərqşünaslıq İnstitutu Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə əməkdaşlığı ilə keçirilən “Türk dünyasını işıqlandıranlar: M.A.Ərsoy və H.Cavid” (16-18 may, 2013); Xəzər Universitetində “Azərbaycan dünya ədəbiyyatında” (27-29 may, 2011); Bakı-Avrasiya Universitetində “Türk dünyası araşdırmaları” (25-27 may, 2016) və s. kimi beynəlxalq elmi konfranslar Türkiyə-Azərbaycan dostluğunun, ədəbi-mədəni əlaqələrinin inkişafının göstəricisidir. Beləliklə, araşdırmamız zamanı məlum oldu ki, müsəqillik illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycan alimləri böyük işlər görmüşlər. Bu sahədə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun alimlərinin əməyini xüsusi ilə qeyd etmək lazımdır. Bundan başqa, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türk filologiyası, Folklor İnstitutunda Türk xalqları folkloru, BDU-da Türk xalqları ədəbiyyatı və Türkologiya kafedrası, ADPU-da Türk odası və s. elmi müəssisələrdə ədəbi əlaqələrin inkişafı istiqamətində çox böyük işlər görülür. Müstəqillik illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələri yeni bir müstəviyə daxil olmuş və bu işlər bu gün də bütün vüsəti ilə davam etdirilir.
ƏDƏBIYYAT 1. Akpınar Y. Azəri araşdırmaları, İstanbul: Dərgah yayınları, 1994 2. Anar. "Min beş yüz ilin oğuz şeiri" antologiya, iki cildlik, Bakı: Azərbaycan nəşriyyatı, 2010, 1013 s. 3. Babayev A. Nâzım ve Azerbaycan. Çev.: A.Kavlak, İstanbul:Zeus Yayınları, 2012, 243 s. 4. "Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbi. Taci-ədəb", nəşrə haz. İ.Qasımlı, Bakı:"Zərdabi" nəşriyyatı, 2014, 291 s. 5. Əliyeva S. Şərəf xanım Ər-Rumi və “Divan”ı (tekstoloji-filoloji tədqiqat və mətn, 2015. 6. Hüseynov R. Baqi divanının tekstoloji-filoloji tədqiqi. fil.f.d.elmi dər.al.təqd.edil.dis.avtoref., 2010. 7.
8. Məmmədzadə K. Gelibolu Müslihəddin Mustafa Süruri və onun "Bəhrül-məarif" əsərinin tədqiqi. fil.f.d.elmi dər.al.təqd.edil.dis.avtoref., 2016.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
300 9. Musalı V. Osmanlı təzkirələrində Azərbaycan şairləri", Bakı: Nurlan, 2009, 368 s. 10. Musalı V. Türk təzkirəçiliyi. Biblioqrafiya", Bakı: Elm və təhsil, 2011, 387. 11. Rəsulov Ə. Türk sənədli-bədii nəsri. Bakı:Elm, 2004, 428 s. 12. Seyfullayeva T. "Yəhya bəy Dukaqni və onun "Gəncineyi-raz" əsəri", fil.f.d.elmi dər.al.təqd.edil.dis.avtoref., 2016. 13.
Süleymanova L. Süleyman Çələbinin “Vəsilətün-nicat” əsərinin tekstoloji tədqiqi və elmi- tənqidi mətni. Bakı: Nurlan, 2006 14. Şərəf xanım qəzəlləri" mətni tranf.ed. və ön s.m. S.Əliyeva, Bakı: Nurlan, 2006, 109 s.
About literary relations between Azerbaijan and Turkey (1990-2016) Summary In this article, the literary relations between Azerbaijan and Turkey (1990-2016) were analyzed. During this period, many monographs, dissertations and articles have been written. Turkish novels and poems have been translated into Azerbaijani. All these literary relationships developed. Key words: Azerbaijan, Turkey, literary relations, monographs, dissertations, articles, translations.
Əli Əliyev, fil.ü.f.d., dos. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, aparıcı elmi işçi ali.aliyev55@gmail.com
YAZILI FOLKLOR ABİDƏSİ “KİTABİ-OĞUZNAMƏYİ-TÜRKİ” İLƏ BAĞLI BƏZİ QEYDLƏR Azərbaycan əlyazma kitabları tarixən müxtəlif yollarla dünyanın ayrı-ayrı ölkələrinə aparılmış və bu gün şəxsi kolleksiyalarda, böyük kitabxanalarda və məşhur muzeylərdə saxla- nılmaqdadır. Son vaxtlaradək xaricdə nəşr edilmiş kataloqlara əsasən mütəxəssislərin apardığı araşdırmalara görə ölkəmizdən kənarda 685 azərbaycanlı müəllifə aid orta əsrlərdə və son yüzil- liklərdə köçürülmüş 10.000-dən artıq əlyazma əsərinin saxlanıldığı müəyyənləşmişdir [1, s. 55]. Qeyd edək ki, xaricdə saxlanılan əlyazmalarımızla bağlı aparılan kataloqlaşdırma işi hələ tamamlanmamışdır. Əgər bu sahədə görülən iş yekunlaşarsa, yəqin ki, o zaman yuxarıda göstərilən rəqəm daha böyük olacaqdır. Çünki hələ də əlimizin yetmədiyi, kataloqlarını əldə edə bilmədiyimiz neçə-neçə ölkənin kitabxanalarında əlyazma kitablarımızın olması haqqında məlumatları almaqdayıq. Belə mənbələrin əslini gətizdirmək mümkün olmasa da, haqqında məlumat aldıqdan sonra xaricdə yaşayan soydaşlarımızın və bu işdə bizə yardımçı olan, həmin ölkələrdə yaşayan mütəxəssislərin köməkliyi ilə onların bəzilərinin surətlərini əldə edə bilirik. Təxminən on il bundan əvvəl surətini aldığımız əlyazmalardan biri, Almaniyada Berlin Dövlət Kitabxanasında saxlanılan “Kitabi-Oğuznaməyi-türki”dir. Əlyazmanın surətini alman əsilli, görkəmli türkoloq alim Əhməd Şimide AMEA Əlyazmalar İnstitutuna göndərmışdı. Tanınmış qorqudşünas alim, filologiya elmləri doktoru Şamil Cəmşidov hələ o zaman əlyazmanın mətnini transfoneliterasiya etməyə başlamış və yazılı abidəni 2008-ci ildə nəşr etdirmişdi [2]. Əlyazmanın əsli Berlin Dövlət Kitabxanasında “Kitab-i Oğuzname” Diez, A quart 31. Staatbibliothek Preusischer Kulturbesitz zu Berlin” şifri və adı ilə saxlanılır. Bu barədə məlumat göndərilənhəmin əlyazma surətinin ünvanında qeyd olunmuşdur. Əlyazmanın surəti ilə ilk tanışlıqdan aydın olur ki, bu, XIX əsr alman alimi Fridrix fon Ditsin (1794-1876) köçürməsidir. Alman tədqiqatçısının bu əlyazmanı köçürməsi haqqında bir sıra digər mənbələrdə də ətraflı I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
301 məlumat verilib. Görkəmli türk alimi Orxan Şaiq Gökyay “Dedem Korkutun kitabı”nda yazılı abi- dədən söz açmış və əlyazmanın 1 a -5 a vərəqlərinə aid hissəsini kitabına daxil etmişdir [3, s.CXXIX- CXXXII].Görkəmli türkoloq alim Samət Əlizadənin 1987-ci ildə nəşr etdirdiyi “Oğuznamə” (“Əmsali-Məhəmmədəli”) kitabına yazdığı “Müdrikliyin sönməyən işığı” adlı müqəddimədə [4, 8], “Kitabi-Dədə Qorqud” ensiklopediyasında [5, 226-227]və s. mənbələrdə əlyazma haqqında bəhs olunmuşdur. “Kitabi-Oğuznaməyi-türki”nin hal-hazırda əsli əlimizdə olmasa da, Əhməd Şmidenin göndərdiyi əlyazmanın surətinə əsasən onun paleoqrafik xüsusiyyətləri haqqında bizə qədərki məlumatları bir az da dəqiqləşdirib, zənginləşdirməyi nəzərdə tuturuq. Əlyazmanın həcmi 42 vərəqdir. Sonradan aparılmış paginasiyaya görə əlyazma 2-ci vərəqdən başlayıb 43-cü vərəqdə bitir. Çox güman ki, əvvəldə bir vərəq də olmuşdur. Titul vərəqinin hər iki üzündə əlyazmanın adı 3 dəfə bir-birindən fərqlənməklə yazılmışdır: “Kitabi- Oğuznaməyi-türki və tatarca zərbi-məsəldir” – رد ب ر و
وا ب (vər.2 Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling