I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
Siyasi texnologiyalarda hər hansı bir xalqın parlaq mifik obrazlarına xitab etmək, məşhur bədii söz incilərindən birbaşa və ya dolayı istinada yer vermək geniş istifadə olunan və müvəffəqiyyətli ritorika tapıntısı kimi qiymətləndirilir. Lakin bəzi hallarda, konkret olaraq, ulu öndərin qürbətdə Vətən həsrəti ilə yaşayan həmvətənlərimizin qarşısında etdiyi çıxışda olduğu kimi, bu kimi addımlar, sadəcə olaraq, siyasi texnologiyaların çərçivəsini aşır. Belə natiqlik sənəti inciləri olan çıxışlar ya hər hansı bir xalqın və ya sosial toplumun ideya platformasını təşkil edir, ya da müəyyən çağırış, təşviqat xarakterli deklarasiya, bəyan səciyyəsi daşıyır. Başqa sözlə desək, belə nitqlər xalqın, toplumun ən incə hissələrinə toxunur, onların altşüurunda yatamn hazır obraz, süjet, ifadə modellərinə istinad edir. Altşüurdakı həmin hazır ifadə modelləri əsasında tərtiblənən mətn isə beynlərə həkk olmaqla yanaşı, qəlblərə yol tapır və bir növ, “sarı simə toxunaraq” ruha, şüura hakim kəsilir. Bu mənada ulu öndərin9 noyabr 2001-ci il tarixli nitqi xüsusi maraq doğurmaya bilməz. H.Əliyevin “Kitabi – Dədə Qorqud” dastanlarına yüksək qiymət verməklə yanaşı, abidənin gözəl bilici olması faktı da inkar edilə bilməz. Belə ki, ulu öndər nitqlərində eposdan allyuziyalara 1
yer verilməsi bunun bariz sübutu sayıla bilər. Konkret olaraq, H.Əliyevin natiqlik istedadının zirvələrindən sayılan və ulu öndərin liderlik bacarığı ilə yanaşı, alovlu vətənpərvər, milli ideyalara sadiq ziyalı və ən əsası, sözün əsl mənasında el ağsaqqlı, ulus atası olmasını təsdiqləyən bir nitqinə diqqət yetirmək kifayətdir ki, rəhbərin “Kitabi-Dədə Qorqud” irsinə münasibətini əyani şəkildə izləmək mümkün olsun. Söhbət, ulu öndərin Dünya Azərbaycanlılarının I Qurultayındakı unudulmaz nitqindən gedir. H.Əliyev sonralar dillər əzbəri “mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” – olmuş tarixi fikrini səsləndirmiş olduğu möhtəşəm nitqinin yekununda demişdir: “Sizin hər birinizə işlədiyiniz sahədə, gördüyünüz işdə, yaşadığınız yerlərdə uğurlar arzulayıram. Harada yaşamasından asılı olmayaq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt gələcək arzulayıram. Qoy, çaylarımız qurumasın! Qoy, ağazlarımız kəsilməsin! Qoy, çırağımız sönməsin! Azərbaycan xalqına eşq olsun! Yaşasın müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!” [2 ].. Nitqin bu hissəsində səsləndirilən fikirlərdə aydın şəkildə “Kitabi – Dədə Qorqud” dastanından reministensiya 2 duyulur. Belə ki, ölməz abidənin “Salur Qazanın evinin yağmalandığı boy”un sonunda ulus ağsaqqlalı Dədəmiz Qorqud öz xeyir – duasını səsləndirərkən deyir: “Qarlı qara tağlalarun yığılmasın! Kölgəlicə qaba ağacın kəsilməsün! Qamın aqan görklü suyın qurımasun!” [4;50-51]. Müasir Azərbaycan ədəbi dilində: “Qarlı uca dağların yıxılmasın! Kölgəlik hündür ağacların kəsilməsin! Coşqun axan gözəl suyun qurumasın!” [4;149] Həmin möhtəşəm tədbirdə Azərbaycan milli kimliyinin daşıyıcısı olan dövlətimizin paytaxtına toplaşmış yüzlərlə, minlərlə xaricdə yaşayan həmvətənimizin qəlbini riqqətə gətirən bu məruzə salonun alqış sədaları ilə lərzəyə gətirtdi, insanlar öz liderini ayaq üstə sürəkli alqışlarla dəstəklədilər. Həmin gün, həmin gecə ulu öndər təkcə dövlət başçısı deyildi, o, həm də ulus atası, sinəsi qopuzlu el ozanı, el ağsaqqlının – Dədəmiz Qorqudun varisi və davamçısı idi. Göründüyü kimi, ulu öndər H.Əliyev “Kitabi- Dədə Qorqud” dastanlarının tədqiq və təbliği işinin təşkilində müstəsna rol oynamaqla bərabər, eposun dərin bilicisi və çılğın təbliğatçısı olmuşdur. Bu isə onun böyük dövlət adamı, dahi siyasi strateq və novator olması ilə bağlı iti zəkaya, hərtərəfli erudisiyaya və ən əsasın milli irsə bağlılıqla seçilən mənəviyyata sahib vətənpərvər şəxsiyyət olmasını əyani şəkildə təsdiqləmiş olur.
1 Allyuziya fransız dilində “eyham” mənasını bildirən allusion sözünün əsasında meydana gəlmiş filoloji istilahdır. deməkdir. Hər hansı bir bədii əsərdə, digər növ mətndə, o cümlədən, orator nitqində “məlum və məşhur olan bədii və ya tarixi fakta eyham” anlamına gəlir. [6 ] . 2 Reministensiya latın dilində “xatirə”, “xatırlatma” mənasını ifadə edən reminiscentia sözünə istinadən yaradnmış filoloji istilahdır. “Bədii əsərdə (və ya yuxarıda təqdim olunan nümunədən də aydın şəkildə göründüyü kimi, hər hansı bir digər növ mətndə - S.Ə) qeyri – ixtiyari və ya bilərəkdən digər əsərdən obrazlar və ya ritmik – sintaktik gedişat mənimsənilməsidir. Şüurlu şəkildə istifadə edilən priyom kimi oxucunun (və ya dinləyicinin – S.Ə.) yaddaşına və assosiativ qavrayışına hesablanır” [ 7] I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
328 ƏDƏBIYYAT 1. Əliyev H.Ə. Müstəqlliyimiz əbədidir. 26-cı kitab, aprel – may 2000. B., Azərnəşr, 2009, 512 səh. 2. Əliyev. H.Ə. Dünya Azərbaycanlılarının I Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi. http://files.preslib.az/site/diaspora/gl2.pdf 3. İsmayılova Y.N.“Dədə Qorqud” eposu və müasir Azərbaycan ədəbiyyatı problemi stalinizm repressiyaları kontekstində // Bakı Universitetinin Xəbərləri, Humanitar Elmlər Seriyası, 2011, № 1, s.52-61. 4. “Kitabi -Dədə Qorqud” (tərtib, transkripsiya,sadələşmiş variant və müqəddimə F.Zeynalov və S.Əlizadə), Bakı: Yazıçı: 1988, 265 s. 5. Qasımov C. «Dədə Qorqud kitabı» və milli-etnik yaddaşın repressiya tarixi // Dədə Qorqud jur., 2009, № 4, s. 11-33 6. Аллюзия // Словарь литературоведческих терминов http://slovar.lib.ru/dictionary/allusija.htm 7. Реминисценция // Большая советская энциклопедия http://slovar.lib.ru/dictionary/reminiscencija.htm
H.Aliyev is about the Epos of “The Book of my Grandfather Korkud” which is “the Worthy Source of our National Existence” Summary
This article deals with the study of common nation leader Heydar Aliyev’s exceptional role in the organization of the exploration of the epos of “The Book of my Grandfather Korkud”. It is also stressed that H. Aliyev was the great connoisseur and ardent propagandist of the epos of “The Book of my Grandfather Korkud”. The author notes that in some of his speeches the common nation leader used the views and thoughts from the epos which he appreciated highly and turned interesting allusions from the epos. Key words: Common nation leader Heydar Aliyev, “The Book of my Grandfather Korkud”, allusions
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu shikhiyevas@gmail.com
NƏSİMI ŞEİRINDƏ TÜRK ETNONİMLƏRİ (təxəyyül və tarixi gerçəkliyin inikas şəkilləri) Giriş
Orta çağ islami Şərq şeirində millət adlarının (etnonimlər) çeşidli məqsədlərlə istifadəsi qabarıq nəzərə çarpır. Bu poetik müraciətlər çox zaman şeiriyyəti artıran, poetikanı zənginləşdirən bir element kimi diqqəti cəlb etsə də, həmin xatırlatmalarda tarixi, ictimai, siyasi və dini proseslərin izini də görmək mümkündür. Bu mənada həmin etnik xarakterli ifadələr siyasi-dini və milli düşüncədən qaynaqlanmaqla həm də tarixi bir dəyər kəsb edir. Əsas mövzumuz olan Seyid İmadəddin Nəsiminin poetik irsində etnonimlərin yeri bəhsinə keçməmişdən öncə şairin yaxından bağlı olduğu təsəvvüf və divan şeirində milli göstəricilərə qısaca bir nəzər salmaq yerində olar. Araşdırmalarda, xüsusilə sovet dövrü tədqiqatlarında təsəvvüfün barışdırıcı mövqeyi, dini və milli ayrı-seçkiliyə qarşı olması vurğulanır. Lakin problemin təfərrüatlı təhlili bu deyilənlərin doğru olmadığını göstərir (bu barədə ətraflı bax: 13; 14). Belə ki, orta çağ şeirində milli təəssüb hissinin ifadəsinin də yetərincə nümunələri vardır. Buna örnək olaraq farsdilli
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
329 şeirdə “türkçin”, türkcə şeirdə “moğolçin”in mənfi anlamda işlənməsini qeyd edə bilərik. Osmanlı şeirində “türk”lə “türkman”ın qarşılaşdırılması kimi özəllik də tarixi-ictimai proseslərin poetik inikasıdır. (bax: 3, s. 229-251) Orta əsrlər türk divan şeirində etnonimlər, onların poetik funksiyası, reallıqla əlaqəsi, bədii- tarixi dəyəri xüsusi araşdırmaya möhtacdır. Biz burada bu geniş bəhsdə ayrıca yeri olan Nəsimi şeirində etnonim və etnotoponimlərin işlənmə şəkillərini araşdırmaya cəlb etdik. Nəsimi türk millətlərinin adlarını sıxlıqla xatırlatması baxımından sələf və xələflərindən seçilir. Bir sıra şeirlərində türk, tatar, türkman, qıpçaq (“qıbçaq”), bulqar kimi türk xalqlarının, özəlliklə ilk ikisinin adını çeşidli poetik görüşlərin ifadəsində istifadə edir. Şair bu etnonimləri təcrid olunmuş deyil, digər xalqların adı ilə əlaqələndirdiyi və ya müqayisə etdiyi üçün biz yeri gəldikcə digər xalqlara aid etnonimlərə də münasibət bildirəcəyik. Avtobioqrafik xarakterli etnonimlər Nəsiminin az sayda beytlərində poetik-fəlsəfi yozuma yol açmayan və məcaz olaraq deyil, müstəqim anlamda işlənən etnonimlərə rast gəlinir. Farsca “Məhəmməd Ərəbi” rədifli şeirdə ərəb, avtobioqrafik xarakterli aşağıdakı şeirlərində ərəb, türkman və kürd ifadələri mücərrədləşmədən uzaqdır və konkret millətlərin adları olaraq yad edilir: Gəldi bəydən muştucu bir gündə dört, Bəy sizə yazdırdı bir köklük yoğurt. Ol dəxi yarısı su, yarısı dürt, Bəxşişə türkmanmı yeydir, yoxsa kürt?! (4, s. 577)
Ərəb nitqi dutulmuşdur dilindən, Səni kimdir deyən kim, türkmansan? (4, 388) Bu beytlərdə şairin milli mənsubiyyət əsasında qarşılaşdırması (“türkman”-“ərəb”; “türkman”-“kürd”) milliyyətçi mövqenin ifadəsi kimi səslənsə də, onun hər iki divanında türk divan şeiri ənənəsinə xas olan qeyri millətlərə qarşı dözümlülüyün ifadələri daha aparıcı mövqedədir. Bununla belə, şairin milli mənsubiyyətini qeyd etdiyi “opponent”lərin (“ərəb”, “kürd”) ayrıca bir fərd kimi nəzərdə tutulduğuna baxmayaraq, bu şeirlər bütövlükdə onların mənsub olduğu millətə etiraz kimi də dəyərləndirilə bilir. Ümumiyyətlə isə, zənnimizcə, həmin anda bu etiraz varsa da, daha qabarıq olan öz milli mənsubiyyəti ilə öyünmədir. Qeyd etməliyik ki, sonuncu beytə, adətən, nəsimişünaslıqda şairin milli mənsubiyyətini təyin еtmək məqsədi ilə müraciət olunur. Türkmənistanlı tədqiqatçı N.Qullayеv Nəsiminin türkmən olduğu mülahizəsini əsaslandırmaq üçün şairin divanında “türkman”ın çox işləndiyini bildirir. N.Qullayev bu niyyətlə Nəsiminin: “Səni kimdir dеyən kim, türkmansan” misrasının üç variantını və Nəsimi qələminə məхsus olması şübhə doğuran: Mən ki türkman içrə gəzdim, hеç müsəlman görmədim, Kafiristanlar içində хеyri-еhsanın nədir? - bеytini örnək olaraq göstərir (19, s. 13). Halbuki sonuncu şübhəli və Nəsimi üslubuna yad tərzdə qələmə almış beyti nəzərə almasaq, şair cəmi iki şeirində “türkman” etnoniminə yer verir. Türk millətləri içində onun ən çox xatırlatdığı isə “tatar”dır. Türkiyəli tədqiqatçılardan Murat Özaydın şairin türkmanlığı ilə yanaşı, “azəriliyi” və azərbaycanlılığını da еtiraf еtdiyi qənaətindədir. Sonuncu mülahizəsində tədqiqatçı Nəsiminin aşağıdakı tuyuğuna istinad еdir: Adımı həqdən Nəsimi yazərəm, Bil, bu mənidən nə siməm, ya zərəm, Həm hidayət еylərəm, həm azarəm, Həm büti uşadıcı, həm Azərəm. (4, s. 599) Sonuncu misradakı “Azərəm” sözünün azərbaycanlılar tərəfindən еtnonim kimi qəbul еdilməsi və bunun hеç bir əsası olmaması iddiasına ilk olaraq N.Qullayеvin əsərində rast gəlmişdik (19, s.15). Lakin bu mülahizəsində N.Qullayеv, əslində, həm iqrarın, həm də inkarın müəllifi idi. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
330 Çünki azərbaycanlı müəlliflərdən bеlə iddiada olana təsadüf еtmədik. Türkmən aliminin 32 il əvvəl irəli sürüb, sonra isə qarşı çıхdığı bir mülahizəyə M.Özaydın da tədqiqatında yer verir. O, “Azərəm” sözünü mətndən təcrid еdərək araşdırmaya cəlb еtdiyindən bunu şairin "azəri+yəm” еtirafı kimi qəbul еdir (8, s. 561). Halbuki son iki misrası bədii-fəlsəfi təzad üzərində qurulan tuyuğun aхırıncı misrasında İbrahim pеyğəmbərin atası Azər nəzərdə tutulmuşdur. Quranda bir nеçə surədə (“Ənam”: 74-75; “Tövbə”: 114; “Ənbiya”: 60-69) хatırladılan rəvayətə təlmihlə şair “büti- uşadıcı” (bütü qıran) ifadəsi ilə İbrahim pеyğəmbərə, Azər adını yada salmaqla isə onun atasına işarə еdir (bu barədə baх: 10, s. 397). Bundan başqa, Azərbaycan türklərinə “azəri” deyilməsi tarixi keçmişi olan bir deyim deyildir və fars şovinizminin XX əsrdə dövriyyəyə gətirərək rəvac verdiyi bir saxta etnonimdir. Xətib Təbrizi ilə bağlı məşhur rəvayətdə istifadə olunan “azəri” sözünün, əslində, yanlış oxunun nəticəsi olduğunu və əslinin “azrəbi” olmasını Malik Mahmudov da etiraf etmişdir (bu barədə bax: 12, s. 466). M.Özaydın: Türk еvinə gələsən, həmçü Nəsimi olasan, Bir gün ola dеyəsən, cübbəvü dəstar nədir, - kimi Nəsimiyə aidiyyəti şübhə doğuran bеytdə onun türklüyünə еyham görür (8, s. 561). Lakin bu cəhd də əsassızdır. Çünki Nəsimi müasir tədqiqatçılardan fərqli olaraq, öz milli mənsubiyyəti barədə aydın təsəvvürə malik idi və bunu “türkman” şəklində şеirinə də gətirmişdi. Müasir azəri və ya türk еtnonimlərini Nəsimi şеirində onun milli mənsubiyyətinin göstəricisi kimi aхtarmaq və bunları şairlə əlaqələndirmək tariхi təhrifdir. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan türklərinə “azəri” tеrmininin aid olunmasının tariхi XX yüzillikdən əvvələ gеtmir. Burada bir cəhəti də qeyd etməliyik ki, etnonimlərin anlam dairəsinin daralma və ya genişlənməsini izləmə baxımından da divan şeiri yetərincə material verir. Faruq Sumərin ilkin qaynaqlar əsasında oğuzların tariхi kеçmişi, yayılma arеalı və s. haqqındakı fundamеntal tədqiqatı “oğuz”, “türkmən” və “türk” anlayışlarına aydınlıq gətirməsi baхımından olduqca əhəmiyyətlidir. O yazır ki, islamı qəbul еdən oğuzlara “türkman” dеyilməyə başlandı və XIII əsrdən еtibarən oğuzlara artıq hər yеrdə “türkman” dеyilirdi (11, s. 59-60, 95). M.Özaydın şairə bu üç milli mənsubiyyətdən (türkman, azəri, türk) başqa, dördüncü etnonimi də aid edir. Tədqiqatçıya görə, Nəsimi aşağıdakı bеytində özünün Хətay mənşəli türk olmasına da işarə еdir: Еynin хətasız, еy büti-Çin, tökdü qanımı, Türki-Хətadır, əslinə varır, хətası yoх. (4, s. 561) Lakin bu cəhd də inandırıcı səslənmir. Çünki bеytdə şair ənənəvi islami divan ədəbiyyatının obrazlarından istifadə еdərək, sеvgilinin aşiqin qanını tökən gözlərini alqışlayır və onun doğru hərəkət еtdiyini bildirir. “Türki-Xəta” şairin özü ilə deyil, sevgilinin gözləri ilə əlaqəli şeirə gətirildiyindən, təbii ki, Nəsiminin milli .mənsubiyyətinin göstəricisi sayıla bilməz. Nəsiminin milli mənsubiyyətini müəyyənləşdirərkən onun Seyid epiteti və təxəllüsünə istinad edildiyi, bu zaman “Seyid”in dolayısı ilə etnonim kimi də nəzərdə tutulduğunu xatırlatmalıyıq. Tanınmış şərqşünas alim Gibb Nəsiminin mənşəcə türkman olması mülahizəsi ilə razılaşdıqdan sonra: “... soykökündə Sеyid adlı bir ərəb də olmuşdur. Məlum olduğu kimi, bu ad pеyğəmbər ailəsinə mənsub insanlara vеrilmişdir” (1, s. 223), - dеyir. Türkiyəli tədqiqatçılardan İ.Olğun isə şairin ərəbəsilli olduğunu şübhə altına alaraq, onun özünü türkman saymasını və ərəblərdən üstün tutmasını bildirir (7, s. 49). Nəsiminin şəxsi həyatı ilə əlaqələndirilən şeirlərdən biri də “Erməni” rədifli qəzəldir. Ətrafında çoxsaylı mübahisələr olan bu şeir Ə.Yerevanlıya görə, şairin erməni sevgilisinə ünvanlanmışdır (16, s. 454). Sovet dövrünün saxta beynəlmiləlçilik ideyalarının məhsulu olan bu düşüncənin heç bir tarixi əsası yoxdur. Çünki: - bu iddiaya ilkin qaynaqlarda, o cümlədən Nəsiminin heç bir şeirində işarəyə belə rast gəlinmir və bu etnonim, ümumiyyətlə, şairin digər şeirlərində yer almır; - bu şeirin Seyid Nəsimiyə aid olmadığını Türkiyənin tanınmış nəsimişünas alimi, şairin türkcə divanının elmi-tənqidi mətnini hazırlayan Hüseyn Ayan əsaslandırmışdır. Azərbaycanda Nəsiminin türkcə divanının elmi-tənqidi mətnini hazırlayan C.Qəhrəmanov bu tanınmış I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
331 tədqiqatçıya istinadən yazır: “...bu şeirin İmadəddin Nəsimiyə aidiyyəti olduqca şübhəlidir, xüsusilə ona görə ki, şairin daha qədim əlyazmalarındakı əsərlərinin siyahısında bu şeirə rast gəlinmir. Bu şeir XVII-XVIII əsrlərdən daha sonra köçürülmüş (nüsxələrin – S.Ş.) siyahısında vardır” (20, s. 28).
Nəsimi şeirində ikianlamlı etnonimlərə də rast gəlinir. Belə ki, şair “yəhudi” ifadəsini milli- dini (daha çox dini) göstərici, “əcəm”, “bulqar” və “tatar” kəlmələrini isə həm də ölkə adları kimi şeirə gətirir. Nəsiminin bu ifadələri yerindən asılı olaraq ölkə mənasında da istifadə etməsinə aşağıdakı beyti örnək olaraq göstərə bilərik: Vücudun Misr-camedir, saçın Şam, Xorasanü Əcəm, Bulğarə bənzər. (4, s. 248) Tayfa, qəbilə, millət adları, yəni etnonimlər əsasında yaranmış toponimlərin onomastik sistemdə etnotoponim adlanması məlumdur (bax: 18). Nəsimi şeirində qədim türk xalqlarından birinin adı olan bulqar, eləcə də tatar təkcə millət deyil, həm də həmin millətlərin məskunlaşdığı məkanın adı olaraq nəzərdə tutulur. XIV yüzillik türk şairlərindən Əhmədi-Dainin divanının elmi-tənqidi mətnini hazırlayan Mehmet Özmen bulqar ifadəsinin açıqlamasını “bolqar milləti, Bolqarıstan” kimi versə də (9, s. 539), bu izah bugünkü anlamı baxımından doğrudur. Lakin tarixən bulqarların türk olması bəllidir və Nəsiminin onu Xorasan və Əcəmlə müqayisəsi də bu kontekstdə maraq doğurur. Şairin çağdaşı Əhmədi-Dainin isə Bulqarı etnotoponim olaraq Qərb ilə əlaqələndirməsi onun şeirində işlətdiyi etnonimlər və coğrafi mövqedən bəlli olur: Qapuna yüz sürər şəhi-məşriq, Hikmətinə quldurur şəhi-bulqar.
Rumü rusü firəng ta məğrib Gətürürlər xəracunu naçar. (9, s. 64) Nəsimi şeirində indiyədək diqqət yetirilməyən cəhətlərdən biri də Tatarın yer adı kimi nəzərdə tutulmasıdır. Şairin əsərlərində bunun çoxsaylı nümunələrinə rast gəlinir: Tatarə saçın tozunu tüccar ilə göndər, Ta kim, bilələr nafеyi-Tatar kimin var. (4, s. 193)
Üzün güldür, ləbin ləli-şəkərbar, Gözün cadu, saçındır mişki-Tatar. (4, s. 199)
Yar əgər zülfün çəkərsə gər dərü badam dam Damə düşdü sünbül olği nafеyi-Tatar tar. (4, s. 211) “Tatar” kəlməsi bəzən Çin ilə birlikdə işləndikdə “Xəta” (Xətay) anlamını da təsəvvürə gətirir və aid olduğu toponimin yerini alır: Səba hərdəm gəlir mişkin saçın Çinü Tatarından, Cahanı ənbərin еylər nəsimi-mişkbarindən. (4, s. 156)
Canımı ənbərin saçın sеyd еdəli kəməndinə, Rumü Хətayi dutmuşam, Çinü Tatar içindəyəm. (4, s. 128) Bu beytdə Rum ilə Xətanın təkcə coğrafi ad, Çin ilə Tatarın həm də ümumi isim kimi nəzərdə tutulduğu görünür. Ləff nəşr örnəyi olan bu beytdə Çin (burada: doğru) Rumun, Xəta isə Tatarın sifətidir. Qara saçın ucunu salma ayağına, götür, Hеyf olur nafеyi-tatara ki, hər ca tökülür. (4, s. 233)
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
332 Həm Xətayəm, həm Xütən, həm nafəsi tatarinin, Çinü Maçinü Moğolçin, həm gözəl fəğfuriyəm. (4, s. 424) Nəsimi şeirində bəzən türk Maçin, tatar isə Çinlə əlaqələndirilir: Varmıdır nisbət sana bir türk dər Maçinü Çin? Çini-zülfünüz yеnə əz nafеyi-tatar tar. (4, s. 212) Ümumiyyətlə, Nəsimi şeirində tatarın məskunlaşdığı ərazi kimi Çin və yaxın coğrafi ərazilər təkrar-təkrar vurğulanır. Nəsiminin türkcə divanında Əcəm, mülki-Hind də Bulqar və Tatar kimi toponim xüsusiyyətlərinə yiyələnmiş etnonimlərdəndir. Şairin əsərlərində Rum eli, mülki-Hind (divanda Hindistan toponiminə də rast gəlinir), Həbəş mülkü və s. kimi ifadələr hər iki mənanı (etnonim və toponim) ifadə edir. Nümunələrə nəzər salaq: Ləbin ləli-Bədəхşan еylədi mat, Həbəş mülkündə хalın açdı mənşur. (4, s. 238) Tarixi-ictimai proseslər kontekstində etnonimlər Nəsimi şeirində etnik mənsubiyyət baxımından daha çox türk və moğol qarşılaşdırılır. Bu qarşılaşdırmada şairin türkə müsbət, moğola isə özünün yaşadığı dövrün ictimai-siyasi proseslərindən qaynaqlanan mənfi münasibəti aydın bir biçimdə müşahidə olunur. Şair moğol və tatar surətlərinin üzərinə farsdilli divan şeirində türk obrazı ilə bağlı ənənəviləşmiş sifətləri köçürür: Münəvvər əbhərin türkün, oyan, yəğmaladı еşqin, Moğol hər qanda var isə, düşər təracü yəğmayə. (5, s. 132) Maraqlıdır ki, farsca şeirdə “yəğma” (qarət, talan) ilə əlaqələndirilən türk etnoniminin türkcə divan şeirində də eyni mövqedə işləndiyini görürük. Başqa sözlə, türkcə divan şeirinin təşəkkül dövründə bir sıra qəlibləri öncəki farsca ənənədən hazır şəkildə əxz edən türk şairləri “yəğmaçı türk” surəti ilə bağlı stereotipləri də qəbul etmiş və köklü dəyişiklik etməyə meyilli olmamışlar. Bu mənada Nəsimi, Əhmədi-Dai və Hafizin şeirində türk və ona aid olunan epitetlər (“yəğmaçi”, “hərami” və s.) arasında zahirdə ciddi bir fərq görünmür. Lakin bu ənənədən iqtibaslarda da Nəsiminin həmin mənfi keyfiyyətləri (“yəğma”, “hərami” və s.) gözəllik və sevgi Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling