I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
pək çətinliklə anlaşdıra bilirlər; bu anlasızlığın əldən gəldikcə önünü almaq üçün iştə burada bu küçücük «lüğət»i artırdıq ki, onda əsasa olaraq şeirlərə aiddir; zira ki, yazılarımızda Azərbaycan oxucusunun dilini özləmək bizə nə nisbətdə az çətin idisə, yeni nisbətdə də Fikrətin şeirlərindəki çətin olan ərəbi və farsi sözlərini bu kibi böylə bir lüğətli təfsirsizin keçmək də mümkün deyildi… (4, s. 73) Yuxarıdakı qeydlərdən aydın olduğu kimi, Tofiq Fikrətin poetik yaradıcılığı Türkiyə- Azərbaycan ədəbi əlaqələr tarixində çox mühüm ədəbi hadisələrdəndir. 1923-cü ildə Azərbaycan oxucusu üçün xüsusi olaraq onun «Müntəxəb parçalar» toplusunun nəşri isə bu tarixi daha da zənginləşdirir. Şübhə yoxdur ki, bu yönümdə tədqiqat aparanlar həmin topluya dönə-dönə müraciət edəcəklər. Bizə elə gəlir ki, Tofiq Fikrətin Azərbaycan ədəbiyyatı ilə bağlılığına dair vacib bir faktı da qeyd etsək, yerinə düşər. Tofiq Fikrət dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına böyük hörmət bəsləmişdir. O, dahi sənətkara tükənməz sevgisini «Füzuli» adlı şeirində dolğun şəkildə əks etdirmişdir. Həmin şeirdən götürdüyümüz iki bəndlə fikrimizi yekunlaşdırırıq: Gözündə şölələnir atəşin günəşli İraq, Baxar həmişə həzin bir düşüncəyə dalaraq, Dühaya saf alını bir nümunədir parlaq, Soluq dodaqlarının nəğməsi həmişə fəraq… Əsərlərində bu sevdalı çöhrədir, zahir, Bu çöhrə məncə Füzuliyə çox münasibdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
371 Bu çöhrə çöhreyi-qəm, çöhreyi-məhəbbətdir, Məhəbbətin ona təsiri bir əlamətdir. Sevər və sevdiyi şey dərddir, müsibətdir, Səfası, nəşəsi yoxdur, bütün küdurətdir. Könül səmasına ağlar bulut çökər hər an. Gülümsəyirsə, yəqin bu davam edər bir an…
QAYNAQLAR 1. Araslı Həmid. Azərbaycan elm və mədəniyyət xadimləri (biblioqrafiya). «Elm» nəşriyyatı, 2009. 2.
3. Aydın Abi Aydın. «Sərvəti-fünun» ədəbiyyatı, B., «Təknur», 2013. 4. Tofiq Fikrət. Müntəxəb parçalar, M., «Mərkəzi Şərq nəşriyyatı», 1923.
Summary Tofiq Fikrat one of the most famous writers of “Sarvati-Funun period at Turkish literature. He took place at the relations between Azerbaijan and Turkey. This relations began from his first published years. For example “For Azerbaijani an readers” in 1923, in Moscow. Key words: T.Fikrat, Azerbaijan, Turkey poems, poetic relations
Salatın Əhmədova, fil.ü.f.d. Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan dili və ədəbiyyatı kafedrası
GÖRKƏMLİ DÖVLƏT XADİMİ HEYDƏR ƏLİYEV ÜZEYİR BƏY HACIBƏYLİNİN ƏDƏBİ-NƏZƏRİ VƏ PUBLİSİSTİK YARADICILIĞI HAQQINDA Azərbaycan mədəniyyəti tarixində böyük ədəbi-tarixi xidmətlər göstərmiş dahi şəxsiyyətlərdən biri taleyində qalmaqallı XX əsrin bütün ziddiyyətlərini və eyni zamanda qürur və şərəfini yaşamış "Dünya korifeylərinin öncülü" (1, s.315) Üzeyir bəy Hacıbəyli olmuşdur. Üzeyir bəyin həm milli iftixarımız olan eycəskar musiqisi həm də ədəbi-nəzəri və publisistik yaradıcılığı haqqında dəyərli əsərlər yazılmışdır. H.Əliyevin Azərbaycan Elmlər Akademiyasında ziyalılarla görüşü zamanı (21 sentyabr 1993) söylədiyi tarixi nitqdə Üzeyir bəyə verdiyi qiymət təkcə Ü.Hacıbəyliyə deyil, ümumən sənətkara tarixi münasibətin parlaq nümunəsi kimi dəyərləndirilə bilər: "Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovu götürək. O əsrin əvvəlində Azərbaycanda klassik musiqinin yaradıcısı, opera sənətinin banisidir, Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratik Respublikası himninin müəllifi olmuşdur. Sonraki dövrdə "Koroğlu" operası və başqa əsərlər yaradaraq sovet dövründə Azərbaycanın mədəniyyətini zənginləşdirmiş bir adamdır. İndi gərək Üzeyir Hacıbəyovu iki yerə bölək? Müsavat dövründəki və sovet quruluşundakı fəaliyyətini bölək? Ola bilməz axı! Üzeyir Hacıbəyov həddən artıq dəyərli şəxsiyyətdir. Onu günahlandıraq ki, 1938-ci ildə Moskvada böyük iftixar hissi ilə Stalin ilə görüşmüş, Kalinin ona Lenin ordeni təqdim etmişdir" (1, s.187). Klassik irsə, xüsusilə mürəkkəb, qalmaqallı XX əsrin sənətkarlarına münasibətin bu modeli obyektiv elmi-tarixi xarakter daşıyır. Heydər Əliyev XX əsrin özünə tarixən, tarixilik prinsipi əsasında yanaşırdı. O, dönə-dönə qeyd edirdi ki, 1920-ci ildən 1990-cı ilə qədər davam edən sovet dövrü ərzində tariximiz təhrif edilmişdir. O, cümlədən vaxtilə müsavatçı, türkçü olduqlarına görə, hətta Ü.Hacıbəyli, C.Cabbarlı I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
372 kimi sovet mədəniyyəti və ədəbiyyatının qüdrətli yaradıcıları sonralar da suçlanmışlar. 1993-cü ildə Elmlər Akademiyasında ziyalılarla görüş zamanı o, XX əsrin 20-ci illərində ziddiyyətlər burulğanına düşmüş N.Nərimanov, Ü.Hacıbəyli, C.Cabbarlı kimi sənətkarlara obyektiv tarixi qiymət verirdi. Ü.Hacıbəylinin 110 illik yubiley mərasimindəki nitqində qürur hissi ilə demişdir: “Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpər- vərliyi, ictimai-siyasi fəaliyyəti ilə, xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur. Azərbaycan xalqı dünya sivilizasiyasına böyük töhfələr vermişdir. Bunların içərisində ən görkəmli yer tutan, dünyada məşhurlaşmış, dünyanın hər yerində yayılmış musiqi əsərlərini yaradan və Azərbaycanın çoxəsrlik musiqisini sistemləşdirən, formalaşdıran və dünyaya təqdim edən Üzeyir Hacıbəyov olmuşdur. Üzeyir Hacıbəyov ömrünün son gününə qədər həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına, insanların təhsillənməsinə, maariflənməsinə həsr etmişdir. O həm yazıçı, publisist, həm də alim, maarifçi, filosof, ictimai-siyasi xadim olmuş, dövlət işlərində fəal iştirak etmişdir” (1, s.289-290). Bütün ziddiyyətlərinə, müharibə və siyasi qalmaqallarına baxmayaraq XX əsr bütövlükdə Heydər Əliyevə doğma idi. Axı bu, Heydər Əliyevin əsri idi, o bu əsrin dörddə üçdən çoxunu yaşayıb yaratmışdı. Obrazlı desək, bu yüzillik Heydər Əliyevə xidmət etmişdi. Ulu öndərin Üzeyir bəylə bağlı yubiley nitqində təkcə Üzeyir bəyə və XX əsr klassiklərinə deyil, ümumən ədəbi-tarixi şəxsiyyətlərə deyilən olduqca maraqlı bir fikir var: “Hansı hakimiyyət olursa-olsun, xalqa sədaqətlə xidmət edən, xalqın irəli getməsinə çalışan adam heç bir şeylə hesablaşmamalıdır”(1, s.295). Ü.Hacıbəyli belə ədəbi-tarixi şəxsiyyətlərdən biri idi. Beləliklə də H.Əliyev istedadı və yaradıcı şəxsiyyəti bütün hakimiyyətlərdən, ictimai mühitin təzyiqindən üstün tutur, böyük sənətkarın ilahi qüdrətini təsdiq etmiş olurdu. Heydər Əliyev ictimai-siyasi həyatda olduğu kimi ədəbi-mədəni prosesə və yaradıcı şəxsiyyətlərə münasibətdə də güzəştsiz, dönməz adam idi. Onun üçün istedad və şəxsiyyət başlıca meyar idi. H.Əliyev Ü.Hacıbəylini "dünya korifeylərinin öncülü" səviyyəsinə qaldıran bir neçə cəhəti qeyd edirdi: 1. Milli klassik musiqimizin və ilk operanın yaradıcısı olması; 2. Musiqi sənətində Şərq və Avropa dəyərlərini sintez etməsi; 3. Tarixə güvənməsi, milli yaddaşı oyatması və 4. özündən sonra milli bəstəkarlıq məktəbi yaratması. Məsələn, o yazırdı: "Xalqımızın böyük dastanı olan "Koroğlu" dastanının Üzeyir Hacıbəyov tərəfindən istifadə olunması Azərbaycan tarixində, mədəniyyəıtində, bədii həyatında çox böyük və əvəzsiz bir hadisədir" (1, s.293). Ümumiyyətlə bədii təfəkkür tarixə güvənəndə, müasirliyə dətarixin təcrübəsi ilə yanaşanda sənət əsəri milli sərvətə çevrilir. Heydər Əliyev bu cəhətə xüsusi önəm verirdi: " Üzeyir Hacıbəyov dahi bəstəkar, eyni zamanda böyük alimdir, filosofdur, maarifçidir. Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin yaranmasında, formalaşmasında Üzeyir Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük roloynamışdır. Üzeyir Hacıbəyovun yaşadığı hər gün bizim üçün qiymətlidir... yazdığı hərbir əsər. hər bir not vərəqi bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına xidmət etmişdir. Bu xidmətlər əvəzsizdir. Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır" (1, s. 297). Dahinin dahi haqqında söylədiyi bu fikirlərin gücü onun səmimiyyətində, tarixin təcrübəsi ilə zaman-zaman təsdiq olunmasındadır. Həqiqətən də qədim və ulu Azərbaycan xalqının mənəvi varlığından qopmuş qeyri-adi istedad, saf və bütöv şəxsiyyət idi. Və şübhəsiz ki, Üzeyir bəyin əzəməti onun yaratdığı bəstəkarlıq məktəbinin simasında XX əsrin sonuna kimi davam etdi və bu gün III minilliyin, XXI əsrin önlərində, Üzeyir ideallarının təntənəsini yaşayan istiqlal epoxasında - müstəqil Azərbaycanda da davam edir. H.Əliyev bunu müşahidə edir və yüksək qiymətləndirirdi: "- Azərbaycan da Üzeyir Hacıbəyov məktəbinin təsiri altında bəstəkarlar ordusu yaranmışdır. Deyə bilərəm ki, Üzeyir Hacıbəyov Azərbaycanın tarixində ilk bəstəkardır, Azərbaycanın ondan sonrakı bəstəkarlarının hamısı bilavasitə onun tələbəsi olmuş, sonrakı nəsillər onun əsərlərinin, yaradıcılığının təsiri altında təhsil almış, böyümüş, bəstəkarlıq sənətini qavramış və yeni-yeni musi-
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
373 qi əsərləri yaratmışlar" (1, s.291). Dünyada məşhur əsərlər yaratsa belə məktəb yaratmayan sənətkara dahi demək çox çətindir. Azərbaycan musiqi mədəniyyəti tarixində məktəb yaratmış ilk dahi Üzeyir Hacıbəyli olmuşdur. Onun məktəbinin nümayəndələri - Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Səid Rüstəmov, Tofiq Quliyev, Cahangir Cahangirov, Cövdət Hacıyev korifey sənətkar idi. Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, Niyazi özləri də sonra öz sənət məktəblərini yaratdılar. H.Əliyev Üzeyir bəyə onun bütün nəslinin o cümlədən Ceyhun bəy Hacıbəylinin fəaliyyəti kontekstində təhlil və dəyər verirdi.
Heydar Aliyev and literary-theoretical and publicistic work of Uzeyir bey Hajibeyli Summary Thoughts of national leader HeydarAliyev calling the work of UzeyirbeyHajibeyli as national wealth of Azerbaijani people, on great composer were given in the Article. At the same time, historical thoughts of national leader said about creative work of the composer are analyzed in the Article. Keywords: HeydarAliyev, Uzeyir Hajibeyli, personality in literature and history, scientific- historical character, national dignity, composer art
ƏDƏBIYYAT 1. Əliyev H. Ədəbiyyatın yüksək borcu və amalı: nitqlər, məruzələr, çıxışlar. Bakı: Ozan, 1999, 495 s. 2. Mədəniyyətimizin və mədəni incilərimizin hamisi / tərt. və elmi red. S.Məmmədəliyeva. Bakı: Nurlar, 2007, 424 s. 3. Vəliyeva S. Milli dövlətçilik hərəkatının yüksəlişi və xalq cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası. Bakı: Azərbaycan, 2003, 128 s.
Səba Namazova, fil.ü.f.d. Gəncə Dövlət Universiteti seba8080@mail.ru
TÜRK ƏDƏBİ-BƏDİİ, PUBLİSİSTİK DÜŞÜNCƏSİNDƏ ƏHMƏD BƏY AĞAOĞLU İMZASI Əhməd bəy Ağaoğlu XIX əsrin sonu, XX yüzilliyin əvvəllərində yalnız mənsub olduğu Azərbaycan xalqının deyil, ümumtürk ədəbi-mədəni, ictimai düşüncə tarixində özgün yeri olan fikir nəhənglərindəndir. O, örnək bir şəxsiyyət kimi, Azərbaycanın, sonrakı dönəmlərdə isə Türkiyənin ictimai həyatında mühüm rol oynamış, böyük türkçü, demokrat öz fəal mübarizə yolundan heç vaxt çəkilməmişdi. Əhməd bəy Ağaoğlunun təbirincə, “həyatı boyu yazdığı məqalələrin hamısı bir araya toplansa, Bakıdan İstanbula qədər bir geniş yol ortaya gələ bilər”. Görkəmli jurnalist, yazıçı-publisist, alim Əhməd bəy Ağaoğlu əsərlərində qələmə aldığı mütərəqqi ideyaların gerçəkləşməsi yolunda dönmədən çalışmış, heç bir siyasi konyukturaya uymadan öz prinsip və fikirlərini qətiyyətlə irəli sürmüşdü. Azərbaycan xalqının milli özünüdərk və oyanışı naminə xidmət göstərmək missiyası Əhməd bəy Ağaoğlunun ictimai-siyasi və publisistik fəaliyyətinin əsasında dayanırdı. Qarabağda, Şuşada doğulmuş, həmçinin bu şəhərdə rus gimnaziyasında vaxtilə təhsil almış beş nəfər azərbaycanlı şagirddən biri olan Əhməd bəy Ağaoğlu sonralar orada qarşılaşdığı çətinlikləri xatırlayaraq yazırdı:
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
374 “Bu beş nəfərin illər boyu davam edən təhsil həyatında erməni çocuqlarından çəkdikləri zülmü təsvir etmək imkan xaricindədir. Tənəffüslərdə biz beş nəfər türk çocuğu cəld tərpənib arxamızı divara dirəməyi qənimət bilirdik. Yüzlərlə erməni çocuğu qəflətən üstümüzə hücum edirdi. Biri başımızdan papağı alıb atırdı. Qalanları dörd-beş altun qiyməti olan Buxara papaqları təpiklə kos kimi ora-bura vururdular. Bəziləri qiymətli, əksərən dəvə yunundan toxunmuş pencəklərimizin ətəklərindən yapışır, o yan-bu yana çəkir, parçalayır, dartıb tikişlərini sökürdülər. Müqavimət göstərmək fikrinə düşəndə yumruq, qapaz, təpiklə bizi əzişdirirdilər. Bəzən gizlində sözü bir yerə qoyub üstümüzə böhtan atır, hamısı üzümüzə durur, bizə haqsız yerə cəza verdirirdilər. Dostlarımızın çoxu dözə bilmədi. Məktəbi tərk etdilər. Son sinfə qədər türklərdən yalnız mən tab gətirə bildim”. Göründüyü kimi, Əhməd bəy Ağaoğlunun təhsil illəri son dərəcə ağır, mürəkkəb situasiyaların içərisində keçmiş, hələ uşaqlıq və yeniyetməlik çağlarından etibarən, həyatı hədsiz məhrumiyyətlərlə daima müşayiət olunmuşdur. Buna rəğmən, qarşılaşdığı haqsızlıqlar, yaşadığı acılar heç vəchlə onun böyük iradəsini, əzmini sındıra bilməmişdi. Sonralar isə Əhməd bəy Ağaoğlu Peterburqda Texnologiya İnstitutunda təhsil alarkən triqonometriyadan lazımi bal toplaya bilmədiyinə görə bu şəhərlə birdəfəlik vidalaşaraq Parisə yollanır. Həyatının Paris dövrü Əhməd bəyin fikri, mənəvi-intellektual inkişafında mühüm rol oynamışdır. O, həmçinin burada altı ay gərgin fransız dili məşğələlərinə getdikdən sonra 1888-ci ildə Sorbonna Universitetində təhsilinə davam etmişdi. Bununla yanaşı, Əhməd bəy Ağaoğlu Praktik Ali Tədqiqatlar Məktəbində C.Darmstaterin, Şərq Dilləri Məktəbində isə Şefer və Barbiye de Meynarın ərəb, fars və türk dillərinə aid mühazirələrini dinləmiş, Şərq, islam tarixi ilə müntəzəm surətdəməşğul olmuşdur. Beləliklə, gənc yaşlarından etibarən ərəb, fars, rus, yunan, latın, ingilis, alman, fransız dillərini və ədəbiyyatını mükəmməl öyrənmiş Əhməd bəy Ağaoğlu ardıcıl şəkildə Birinci Tiflis gimnaziyasında, “Kollec de Frans” və Siyasi Biliklər məktəbində, daha sonralar Sorbonna Universitetində təhsil almışdı. Həmçinin, XIX əsrin 90-cı illərində Parisdə çıxan “La Nouvelli Revue”, “La Revue bleue politique et litteraire”, “Journal des debats” kimi tanınmış, nüfuzlu nəşrlər onun silsilə yazılarına öz səhifələrində yer ayırmışdı. Əhməd bəy Ağaoğlunun Tiflisdə rusca çap olunmuş “Kafkaz” qəzeti və Bakıda eyni dildə nəşr edilmiş “Kaspi” ilə əməkdaşlığı da həmin dövrə təsadüf edir. Məlumdur ki, Əhməd bəy Ağaoğlu bir neçə il Şuşada yaşamış, realni məktəbdə fransız dili dərsi demiş, bundan sonra Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıda “Kaspi” (1897), ötən əsrin əvvəllərində isə bu sahədəki fəaliyyətini bir qədər dəgenişləndirərək “Həyat”, “İrşad” (1905-1908), “Tərəqqi” (1909) qəzetlərində müəllif və redaktor kimi məhsuldar çalışmışdır. O, həmçinin “Sankt- Peterburqskie vedomosti”, “Kafkaz”, “Terek”, “Birjevıye vedomosti” qəzetlərində də siyasi və elmi yazılarını dərc etdirmişdir. Xalqın milli yüksəlişinə öz misilsiz qələmi ilə fədakarcasına xidmət göstərmiş, mətbuat səhifələrində mütəmadi çıxışlar etmiş Əhməd bəy Ağaoğlunun naşirliyi, redaktorluğu, müəllifliyi ilə işıq üzü görən “Həyat”, “İrşad”, “Tərəqqi” qəzetləri xalqda milli hisslərin formalaşmasına təkan verməklə yanaşı, orada dərc olunan müxtəlif janrlı, çoxsaylı publisistik yazılarda millətin tarixi taleyində önəm daşıyan məsələlər fikir müstəvisinə gətirilərək təhlil olunur, bütün bunlar isə ilk növbədə, xalq arasında maarif, mədəniyyət nurunun yayılmasını şərtləndirirdi. Onu da qeyd edək ki, Əhməd bəy Ağaoğlunun babası Mirzə İbrahim öz dövrünün ilahiyyat sahəsində tanınmış alimlərindən idi, həmçinin Azərbaycan və fars dillərində şeirlər yazardı. Əhməd bəyin atası Mirzə Həsən və əmisi Mirzə Məhəmməd də Şərq təhsilli idilər. Göründüyü kimi, Əhməd bəy Ağaoğlunun ailəsi Şuşanın ictimai-ədəbi və mədəni mühitində yetərincə tanınır və olduqca yüksək dəyərləndirilirdi. Əhməd bəy öz xatirələrində bu məqama hərtərəfli toxunmuş, ailə şəcərəsi barədə geniş bəhs etmiş, hətta bunlar onun fəaliyyət istiqamət- lərinin müəyyənləşməsinə ciddi təsirgöstərmişdi. Belə ki, Ağaoğlunun həmin təəssüratlardan yararlanaraq 1892-ci ildə Şərqşünasların London konqresində oxuduğu “Şiə məzhəbinin mənbələri” adlı məruzəsi Kembric Universiteti tərəfindən bir neçə dildə kitab şəklində çap olunmuşdu.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
375 1892-ci ilin sentyabr ayında Parisdə təhsil alarkən 23 yaşlı Əhməd bəy Ağayev (Ağaoğlu) Londonda keçirilmiş Avropa şərqşünaslarının IX Beynəlxalq Konqresində iştirak etmişdi. Sürəyya Ağaoğlunun yazdıqlarına görə, onun haqqında bəhs etdiyimiz “Şiə məzhəbinin mənbələri” adlı elmi məruzəsi o dövrdə böyük maraq doğurmuş, İran hökmdarı Nəsrəddin şah Ağaoğlunu brilyant qaşlı üzüklə mükafatlandırmışdı. Eyni zamanda həmin dövrdə Tiflisdə çıxan “Kafkaz” qəzeti ilə müntəzəm əməkdaşlıq etmiş Əhməd bəy Ağaoğlu redaksiyanın xahişi ilə Şərqşünasların Beynəlxalq London Konqresi haqqındakı təəssüratlarını da qələmə almışdı. Əhməd bəy Ağaoğlunun çoxşaxəli fəaliyyətinə dair daha bir təqdirəlayiq məqam üzərində də dayanmaq istərdik. O, hələ Şuşada yaşadığı zaman açdığı qiraətxana-kitabxana dövrünün yeni tipli mütərəqqi ocaqlarından hesab edilirdi. Yüksək savada malik olması, açıqfikirliliyi, türk və islam tarixinə dərindən bələdliyi qısa zamanda Ağaoğlunun nüfuzunu artırmış, cəmiyyətin müxtəlif dairələrində yetərincə tanıtmışdı. Hətta, ruhanilər belə onun düşüncələrinə qarşı çıxa bilmirdilər. Əhməd bəy Ağaoğlu o zaman “Firəng Əhməd” ləqəbi ilə də məşhur idi. Digər tərəfdən təbii ki, Əhməd bəy Şuşa mühiti ilə fəaliyyətini məhdudlaşdıra bilməzdi. O daha geniş sferada çalışmaq imkanı əldə etmək istəyirdi. Heç şübhəsiz, həmin əsnada ən əlverişli sahə mətbuat sayılırdı. Görkəmli şəxsiyyət, söz, fikir adamı Əhməd bəy Ağaoğlu zəngin yaradıcılıq potensialını bilavasitə sözügedən istiqamətə yönəldərək doğma ana dilində qəzet çıxarmaq istəyirdi və məqsədinə də nail oldu. 1905-ci il inqilabından sonra ictimai-siyasi, sosial-mədəni həyatda baş verən ciddi dəyişikliklər, oyanış meyilləri milli düşüncəyə köklənmiş ziyalıların, o cümlədən onların ən öncül nümayəndələrindən sayılan Əhməd bəy Ağaoğlunun da fəaliyyətinə təsirsiz ötüşmədi. O dövrdə Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov Hacı Zeynalabdin Tağıyevin maddi köməyi və naşirliyi ilə gündəlik “Həyat” qəzetinin nəşrinə başladılar və qısa müddətdə milli ruhlu ziyalıları, xeyli sayda istedadlı qələm adamlarını bu mətbu orqanın ətrafına cəm edə bildilər. Ən əsası budur ki, “ “Həyat” geniş coğrafi məkanda yaşayan türk və müsəlmanların milli oyanışı ilə eyni vaxtda meydana çıxmış və bu oyanışın davamlı prosesə çevrilməsində mühüm rol oynamışdı” [1, 10]. “Həyat” qəzetinin missiyası haqqında Mirzə Bala Məhəmmədzadə “Azərbaycan türk mətbuatı” adlı əsərində belə yazırdı: “Birinci inqilaba qədər olan qəzetələrimizdə dünya xəbərləri dərc etmək yasaq ikən şimdi “Həyat” hər bir tərəfdən və hər bir məsələyə dair məlumat verməklə xalqımızın qarşısında bir dünya yaratmışdır. “Həyat”da tarixi, ictimai, ədəbi və bir çox məqalələr gediyordu”[5, 43]. Buna baxmayaraq, “Həyat” qəzeti ona qarşı yönəlmiş aramsız təzyiqlərdən, əfsus ki, qurtula bilmədi. İlk sayının nəşr olunmasından ay yarım keçdikdən sonra erməni senzorların təhrikləri nəticəsində qəzetə qarşı böhtan kampaniyasına başlanıldı və nəticədə “Həyat”ın nəşrinin dayandırılması ilə bağlı Qafqaz Canişininə təkidlə müraciətlər edildi. “Həyat” qəzeti öz nəşrini dayandırsa da, bu, Əhməd bəyin yaradıcılıq əzmini qətiyyən sındıra bilmədi. Əksinə, o, daha böyük şövqlə, ciddiyyətlə çalışmağa başladı. Əhməd bəy Ağaoğlu 1905-1906-cı illərdə ermənilərin Qafqazda törətdikləri qanlı hadisələrə qarşı da zamanında öz mövqeyini bildirmiş, hətta o dövrdə “Difai” müdafiə təşkilatını yaradaraq çar məmurlarının və erməni daşnaklarının əsl simasını açan kəskin məqalələrlə mətbuatda çıxışlar etmişdi. 1909-1914-cü illərdə, Türkiyədəki mühacirət illərində Əhməd bəy Ağaoğlu ədəbi, elmi, siyasi fəaliyyətlə müntəzəm məşğul olmuş, islam Şərqinin tarixi ilə bağlı bir sıra problemlərə, aktual məsələlərə dair silsilə yazılarını nəşr etdirmişdi. Professor Yaşar Qarayevə görə, “Əhməd bəy dini elmlə, qərbçiliyi islamçılıqla üzvü şəkildə əlaqələndirir və islam zəminində Qərb dəyərləri ilə bəhrələnməyə çağırır” [4, 399]. Yeri gəlmişkən, filologiya elmləri doktoru Vilayət Quliyev Əhməd bəy Ağaoğlunun öz Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling