I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Download 5.08 Mb. Pdf ko'rish
|
xatirələrində Türkiyəyə etdiyi mühacirətin tarixi ilə bağlı kiçik yanlışlığa yol verdiyi fikrini irəli sürərək bu məsələyə belə münasibət bildirmişdi: “O, İstanbula özünün yazdığı kimi, 1908-ci ilin sonlarında deyil, 1909-cu ilin ortalarında gəlmişdi. Bunu mühacirətə yola düşənə qədər redaktoru olduğu “Tərəqqi” redaksiyasına göndərdiyi 28 iyun 1909-cu il tarixli məktub da təsdiq edir”[1, 17].
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
376 Hələ Türkiyədə ikən Əhməd bəy Ağaoğlu “İttihad və tərəqqi” partiyasının “Türk ocağı” məclisinin və “Türk yurdu” dərgisinin fəaliyyətində də iştirak etmiş, “Xalqa doğru”, “Siratül- müstəqim” qəzetlərində müəllif, “Tərcümani-həqiqət” adlı mətbu orqanda isə redaktor kimi çalışmışdı. Bütün bunlarla yanaşı, Ağaoğlu İstanbul Universitetinin professoru kimi də fəaliyyət göstərmiş, Milli Məclisin üzvü seçilmiş, bəzi siyasi məsələlər üzündən Malta adasına sürgün də edilmişdi. İstanbulda olduğu zaman Əhməd bəy Ağaoğlu 1921-ci ilin mayında Nəriman Nərimanovdan Azərbaycanda nazir vəzifəsinə dəvət olunduğuna dair məktub almış, bununla belə, böyük hörmət hissi ilə yazdığı cavab məktubunda həmin təklifdən imtina edərək qəbul edə bilməməsinin səbəblərini də açıqlamışdı. Türkiyədə yaşadaığı dövrdə Ağaoğlu dövlət quruculuğunda fəal iştirak edir, İki dəfə Qars vilayətindən millət vəkili seçilir, ölkənin mətbuat və informasiya naziri təyin olunur. Həmçinin, o, Ankara Universitetində Ana Yasadan, İstanbul Universitetində hüquq tarixindən dərslər aparır, “Hakimiyyəti-Milliyə” qəzetinin redaktoru kimi çalışır, “Akın” qəzetini çıxarmaqla da məşğul olur. Əhməd bəy AğaoğluŞərq və türk adət-ənənələrini, düşüncə tərzini, din, dövlətçilik məsələlərini əhatə edən, eyni zamanda fəlsəfə, sosiologiya və etikaya aid bir sıra problemləri özündə müfəssəl əks etdirən elmi ədəbi və publisistik əsərlərini də qələmə almışdı: “İslam və Ayunun”, “İslama görə və islamda qadın”, “Üç mədəniyyət” (1927), “Hindistan və İngiltərə” (1929), “Dövlət və fərd” (1936), “Sərbəst insanlar ölkəsində” (1936), “Mən nəyəm?” (1936), “İran və inqilabı” (1941-1942), “Könülsüz olmaz” (1941-1942), “İxtilalmı, inqilabmı?”, “Sərbəst firqə xatirələri”. Həyatı daima yüksək ideallar uğrunda mübarizələrdə, keşməkeşlərin və çarpışmaların içərisində keçmiş Əhməd bəy Ağaoğlu 1918-ci ildə Azərbaycana köməyə gəlmiş “Osmanlı Qafqaz Ordusu”nun siyasi müşaviri kimi Bakıya gələrək yeni qurulmuş Azərbaycan Demokratik Respublikasının Parlamentinin üzvü kimi tarixi xidmətlər göstərmişdi. O, Azərbaycan nümayəndə heyətinə Paris Sülh konfransında da rəhbərlik etmişdi. Keçən əsrin əvvəllərində Əhməd bəy Ağaoğlunun diqqət mərkəzində saxladığı digər önəmli məsələ müsəlman qadınların cəmiyyətdəki rolu, onların hüquq və azadlıqlarının qorunması idi. Heç də təsadüfi deyil ki, onun bu xüsusda bir sıra aktual mövzuları əhatə edən, rus dilində qələmə aldığı kitabı da 1904-cü ildə Bakıda çap olunmuşdu. Əsər türk alimi Həsən Əli Edizin tərcüməsində 1959- cu ildə türk dilində İstanbulda nəşr edilmişdi. Təqdirolunası haldır ki, 1918-ci ildə Şərqin ilk müstəqil Cümhuriyyəti olan Azərbaycan Demokratik Respublikasının qurulmasını hədsiz sevinclə qarşılamış Əhməd bəy Ağaoğlunun fəaliyyətinin mühüm bir hissəsi onun möhkəmlənməsi yolunda xidmətə yönəlmiş, vətənpərvər ziyalı məhz bu istiqamətdədə öz səylərini əsirgəməmişdi. Həmçinin, Cümhuriyyət dönəmində Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə qadın azadlığı ideyalarını yayan Əhməd bəy Ağaoğlunun daha bir istəyi reallığa çevrilmişdir. Əhməd bəy Ağaoğlunun ədəbi fəaliyyəti tədqiqat müstəvisinə gətirilərkən bir fikir xüsusiə nəzəri cəlb edir, onun bütövlükdə yaradıcılıq xarakterini dolğun şəkildə əks etdirir: “Ə.Ağaoğlunun yaradıcılığı mövzu, janr, problematika etibarilə geniş və çoxcəhətlidir. Yaradıcılığının ilk illərində islam və qadın mövzusuna geniş yer verirdisə, sonrakı dövrlərdə dövlət, cəmiyyət, fərd kimi məsələlərə daha geniş yer ayırırdı” [2, 99]. Sovetlər dönəmində Əhməd bəy Ağaoğlunun ədəbi irsi, ictimai fəaliyyəti haqqında çoxsayda tənqidlər deyilmiş, onun barəsində“burjua mühərriri” kimi yanlış düşüncə formalaşdırılaraq o adla damğalamağa cəhdlər edilmişdir. Bununla da böyük fikir, qələm sahibinin zəngin yaradıcılığı tədqiqatlardan demək olar ki, tamamilə kənarda qalmışdı. Görkəmli publisist Ömər Faiq Nemanzadə “Şərqi-Rus” qəzetində dərc etdirdiyi “Əhməd bəy Ağayev” adlı məqaləsində bu böyük şəxsiyyətin yaradıcılığına dair düşüncələrinə aşağıdakı sətirlərdə hərtərəfli aydınlıq gətirmişdi: “Bir az həmiyyəti-milliyəsi, məlumatı-elmiyyəsiolan Qafqaz müsəlmanları içində cənab Əhməd bəy Ağayev namını bilməyən yoxdur sanıram. Ancaq pəkuzaqda bulunan qardaşlarımızın bu ali zatı lazım olduğu dərəcədə tanımadıqları zənni ilə bu məqaləmlə bir cüzi də olsa nəzər
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
377 diqqətlərini cəlb etmək istərəm. İstərəm ki, hər mömin qardaş fürsət fot etməyərək bu millətpərvər mühərrir-aliqədrin yazdıqlarından, əsərlərindən vaxtı ilə istifadə etsin”[6, 48]. Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi yaradıcılığı da özünəməxsusluğu ilə səciyyələnir. O, çeşidli məqalələrində yeni düşüncə tərzini, yeni meyilləri əks etdirən fikirlərə üstünlük vermişdi. Bu baxımdan demək olar ki, Əhməd bəy “Həyat” qəzetinin 18 noyabr 1906-cı il tarixli sayında yer almış yazısındada məhz tarixin ibrət dərslərindən cəsarətlə söz açmışdı: “Tarix səhifələri bir məhkəmeyi-ədliyyədir. Heç bir şeydən və heç bir kəsdən çəkinməyib hər bir elmi və feli layiqincə və hər tərəfdən axtarıb təftiş edib bu mizanaməl öz hökmünü verərvə pəsə pəs düşüb yaxşıya yaxşı diyor, haqqa haqq və nahaqqa nahaqq diyor” [3]. Ümumiyyətlə, Əhməd bəy Ağaoğlu fransız, rus, fars, türk, Azərbaycan dillərində qələmə alınmış çoxsaylı məqalələrin müəllifidir. 1892-1939-cu illər arasında, təxminən yarım əsrə yaxın bir zaman ərzində o, tarix, fəlsəfə, ədəbiyyat, siyasət, gündəlik həyatı, bir sözlə, dövrün aktual məsələlərini özündə geniş şəkildə əks etdirən məqalələrini yazmışdı. Yaşadığı dövrün bütün mühüm ictimai-siyasi hadisələrinə Əhməd bəy çəkinmədən öz publisistik qələmi ilə münasibət bildirmişdi. “Əgər biz irəliləmək və həyati birliyə malik bir millət olmaq istəyiriksə, biz hər şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim irəliləmək istəyimiz, həyat şərtlərinin yaxşılaşdırılması istiqamətində olan səylərimiz islam qanunlarına vabəstə olaraq əldə edilə bilər” – deyən Əhməd bəy Ağaoğlu azərbaycanlıların etnik mənsubiyyətlərini dərindən dərk edərək milli dəyərlərinə sahib olmalarını “Həyat” qəzetinin birinci sayında dərc olunmuş proqram xarakterli məqaləsindən başlayaraq yazılarında ardıcıl şəkildə bəyan etmişdi. İctimai-mədəni, elmi fikri məşğul edən bir sıra məsələləri yaradıcılığında ustalıqla işıqlandırmışensiklopedik şəxsiyyət Əhməd bəy Ağaoğlu 1927-ci ildə İstanbulda çap etdirdiyi “Üç mədəniyyət” adlı kitabında İslam, Budda və Qərb mədəniyyətlərinə istinad etməklə mədəniyyət anlayışını, onun xarakterik cəhətlərini, əsl mahiyyətini tədqiqata cəlb etmişdi. O, burada mücərrəd məzmunlu həmin anlayışın konkret təfsirini vermişdir. “Üç mədəniyyət” Ağaoğlunun ən qiymətli nəzəri əsəri hesab edilir. Bəllidir ki, zaman- zaman mədəniyyətə fərqli təriflər verilmiş, onun məzmununa müxtəlif rakurslardan yanaşılmışdır. Əhməd bəy Ağaoğluisə ondan bəhs edərkən məhz bu amili nəzərdən qaçırmamışdı ki, əslində mədəniyyət öz ifadəsini “həyat tərzi” anlayışında tapır. Əhməd bəy Ağaoğlu XX əsrdə mədəniyyətlərin yaxınlaşması məsələsinə alim-mütəfəkkir məharətilə münasibət bildirmiş, mədəniyyətin müasir mənasına dair qənaətlərini bölüşmüşdür. Həyat yolu Şuşadan başlayan, Sankt-Peterburq, Paris, Bakı, İstanbul, Ankara kimi böyük şəhərlərdə, gərginictimai-siyasi hadisələrin baş verdiyi şəraitdə mübarizələrlə dolu şərəfli ömür yaşamış, taleyinə çoxsaylı əzablar, məşəqqətlərlə üz-üzə qalmaq yazılmış Əhməd bəy yüksək mənəviyyatı, inam və cəsarəti sayəsində önünə çıxan bütün maneələri dəf edərək əqidəsinə, amalına daima sadiq qalmışdı. “Əhməd bəy Ağaoğlu təpədən dırnağa qədər bir azəri türkü olaraq yaşamış, düşünmüş və söyləmişdir” deyərkən görkəmli publisist Mirzə Bala Məhəmmədzadə bununla həm də onun haqqında ümumun fikrini ifadə edirdi. Əhməd bəy Aöaoğlunun təxminən yarıməsrlik dövrü əhatə edən zəngin, məhsuldar yaradıcılığı XX əsr Azərbaycan ədəbi-bədii, ictimai-siyasi fikrinin ayrılmaz tərkib hissəsidir.
ƏDƏBIYYAT: 1. Ağaoğlu Ə. Seçilmiş əsərləri. Ön sözün, izah və şərhlərin müəllifi: Vilayət Quliyev. Bakı: Şərq-Qərb, 2007 2. Əhmədov B. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, I cild, Bakı: Elm və təhsil, 2011 3. “Həyat” qəzeti. 18 noyabr 1906 4. Qarayev Y. Azərbaycan ədəbiyyatı XIX və XX yüzillər. Bakı: Elm, 2002 I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
378 5. Məhəmmədzadə M. Azərbaycan türk mətbuatı. Ərəb əlifbasından çevirib tərtib edən, ön söz, lüğət və qeydlərin müəllifi: filologiya elmləri doktoru Alxan Bayram oğlu Məmmədov. Bakı, BakıUniversitetinəşriyyatı, 2004 6. Nemanzadə Ö. F. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1992 Saba Namazova, Phd in philology Sign of Ahmet Agaoglu in Turkish literary, journalistic thinking Summary
Ahmet Agaoglu the end of the nineteenth century and early twentieth century not only Azerbaijani people, all Turkic world, which holds a special place in the history of literature and social thought of himself as an example. He has done great things for Azerbaijan and Turkey, the unparalleled sacrifices for the people left behind a rich scientific and political heritage lends credence to this idea. Life is always social and political struggles of the past Ahmet Agaoglu, scientific activities, as well as productive worked in the field of journalism, as well as the role of Muslim women in society, their rights and freedoms given to the issue of special importance to its operations. Key words: Ahmet Agaoglu, journalistic activities, national awakening, a model personality, social life
Sədaqət Əsgərova, fil.ü.f.d. Bakı Slavyan Universiteti Azərbaycan ədəbiyyatı kafedrası, baş müəllim filoloq2010@rambler.ru
XX ƏSR AZƏRBAYCAN ƏDƏBIYYATINDA QADIN OBRAZLARININ YARANMASINDA TÜRK ƏDƏBIYYATI ƏNƏNƏLƏRİ Klassik Azərbaycan poeziyasında qadın çoxçalarlı rəmzi bir məxluq kimi tərənnüm olunsa da, qadın problemi əsasən yeni ədəbiyyatda, nəsr və dramaturgiyada özünü biruzə verir. Bu problemin təşəkkül dövrü XIX əsrə düşdüyü halda, hərtərəfli inkişafı XX əsrin başlanğıcına aiddir. XX əsrin ilk onilliklərinin ədəbiyyatının qadın obrazları üzərində araşdırma apararkən çox maraqlı bir vəziyyətlə rastlaşırıq. Ədəbi-nəzəri düşüncədə belə bir fikir formalaşmışdır ki, realist ədəbiyyata aid obrazlar həyata, gerçəkliyə daha yaxındır, romantik ədəbiyyatın obrazları isə gerçəkdən artıq idealla bağlıdır. XX əsrin romantik və realist dramaturgiyasını müqayisə edərkən şahid olduq ki, tənqidi realist dramaturgiyada qadın obrazı gerçək həyatdakı qadından daha artıq cəmiyyətin problemlərinin yükünü özündə daşıyan işarəvi bədii komponentdir. Romantik dramaturgiyanın qadın obrazları isə öz psixoloji məzmununa görə həyatdakı gerçək qadına daha yaxındır. XX əsr bütün dünyada, eləcə də qədim Şərqdə haqsızlığa, ictimai bərabərsizliyə, imperializm əsarətinə qarşı qanlı mübarizələr dövrü olmuşdur. Bu mübarizədən faydalanan Qərb öz mədəniyyətini yaymaq üçün də əlverişli şərait qazandı. Fransız hüquq bəyannamələri və daha sonra Rusiyada sürətlənən inqilabi mübarizə qərbi ucqarlar üçün ədalət məkanı kimi tanıtmaqla bərabər, həm də yeni müstəmləkələr üçün şərait yaradırdı. Fərdi və sosial azadlığa meylli olduğu üçün qərb mədəniyyəti, həyat tərzi, təhsil sistemi şərqlilər üçün cəlbedici idi. Belə bir zamanda Qərb ənənələri Azərbaycan ədəbiyyatında da sürətlə yayılmağa başladı. Azərbaycan ədəbiyyatında Qərbə meyllilik, qərb ədəbiyyatından təsirlənmə XIX əsrin əvvəllərindən başlanıb, 50-ci illərindən sürətlənsə də onun özünə aid nümunələrin Azərbaycan dilli oxucular arasında geniş yayılması XIX əsrin sonu, XX əsrin ilk
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
379 onilliklərindən başlandı. “Rus və Avropa dramaturgiyası haqda verilən məlumatlar hələ M.F.Axundovdan başlasa da, onun ilk nümunələrinin Azərbaycan dilinə tərcüməsi XIX əsrin sonlarına aiddir” (76, 201). Professor T. Məmməd özünün “XX əsr Azərbaycan dramaturgiyasının poetikası” adlı doktorluq dissertasiyasında Azərbaycan ədəbiyyatının Qərb ilə fəal münasibətlərinin tarixinin XIX əsrdən başlanmasını qeyd edir. Hələ vaxtilə Ə. Hüseynzadə “Füyuzat” jurnalında “Tolstoyçuluq nədir?” adlı məqaləsində XIX əsr Rus mədəniyyətinin yüksəliş səbəblərinin mahiyyətini izah edərkən, bunu qərb mədəniyyətinin təsiri ilə əlaqələndirir və qabaqcıl avropalıların mədəniyyətini mənimsəməyin tərəfdarı kimi çıxış edir(4, 252). XX əsr Azərbaycan dramaturgiyası elə bir dövrdə yaranmışdır ki, artıq dünya ədəbiyyatı ilə inteqrasiyanın müəyyən bir mərhələsi yaşanmışdı. XX əsrdə Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı ənənələrini mənimsəməsi birbaşa səviyyədən daha çox Rusiya və Türkiyə ədəbiyyatından keçib gələn ənənə şəklində özünü göstərməkdəydi. Maraqlıdır ki, realist ədəbiyyatın qadın obrazlarının yaranmasında kənar təsir hiss olunmayacaq dərəcədədir. Lakin romantik qadın obrazlarının məzmununda türk ədəbiyyat ənənələri özünü göstərir. Romantik və realist dramaturgiyada qadın problemindən bəhs edərkən bu problemə də aydınlıq gətirməyi lazım bildik. Məqalədə Qərb həyat tərzinin Şərqə daxil olmasının ilkin mərhələlərində yaşanan ağrıların ədəbiyyatda necə əks olunmasını müqayisəyə cəlb etmək istədik. “Bütövlükdə XX əsrin milli-mədəni dirçəlişimizdə, demokratik ədəbi fikrin formalaşmasında və yeni ideya-estetik dünyagörüşünün inkişafında Türkiyənin böyük rolu olmuşdur” (9, 103). Azərbaycan yazıçılarının IX qurultayında yazıçı Anarın çox haqlı olaraq qeyd etdiyi kimi: “Türkiyəylə sıx mədəni əlaqələr bizim müasirləşməyimizə, dünyanın qabaqcıl millətləri sırasında, demokratik, maariflənmiş, müasir çağdaş bir cəmiyyət kimi tanınmağımıza yardım etməlidir. Keçmişdə bizim pəncərəmiz yalnız rus mətbuatı vasitəsiyləydirsə, bu gün daha bir pəncərə – Türkiyə pəncərəsi dünyanı tanımaqda və özümüzü dünyaya tanıtmaqda əhəmiyyətli rol oynaya bilər (2). Faktlar göstərir ki, dünyanı tanımaqda Türkiyə “pəncərəsinin” tarixi əsrdən uzun vaxtı əhatə edir. Azərbaycan dramaturgiyasında Türkiyə mövzusu ayrıca tədqiqat işi kimi Rəsuli İradə Qafur qızının “XX əsr Azərbaycan dramaturgiyasında Türkiyə mövzusu” adlı dissertasiyasında işlənib. Həmin dissertasiyada mövzu istiqamətində H. Cavidin “Afət”, “Uçurum”, C. Cabbarlının “Trablis müharibəsi”, “Ədrinə fəthi” və İ.Əfəbdiyevin “Tənha iydə ağacı” pyesləri təhlil olunmuşdur. Bizim tədqiqatımızın məqsədi isə Türkiyə mövzusunu təkcə təsvir obyekti kimi götürmək deyil, dramaturgiyamızın inkişafına qadın obrazları və Şərq qadınının problemləri baxımından etdiyi təsiri araşdırmaqdır. Azərbaycan ədəbiyyatşünaslığında romantik ədəbiyyatda qadın obrazlarının daxili konfliktlərində yaşanan faciəvilik ənənəsinin Türkiyə ədəbiyyatından gəlməsi ilk dəfə olaraq “Azərbaycan tənqidi realist ədəbiyyatında qadın obrazı” adlı dissertasiyada araşdırılıb. Bu problemə aydınlıq gətirmək üçün məhz Türkiyə ədəbiyyatında Sərvəti-fünun və Tənzimatçıların əsərləri ilə H. Cavidin Türkiyədə təhsil alarkən ideyasını türk həyatından almış “Afət” əsərində də görə bilərik. Bədii yaradıcılığın spesifik cəhətlərinə münasibət məsələsində romantik və realist tənqid arasında müəyyən fərqlər mövcuddur. Bu fərq həyatı dərk və təhlil etmədə önə çıxır. Realist ədəbiyyat həyatı olduğu kimi, bütün əlvanlığı və ziddiyyətləri ilə vermək tələbi irəli sürürsə, romantik ədəbiyyat hadisələri ideallar prizmasından təqdim etməyi nəzərdə tutur. XX əsrin başlanğıcı mərhələsində Azərbaycan ədəbiyyatında qadın obrazlarına realist və romantik yaradıcılıq istiqamətində nəzər saldıqda, realist ədəbiyyatda qadının mübarizə aparmasını görmürük. Daha doğrusu, realist ədəbiyyatda qadının mübarizə aparması üçün konkret şəraitin olmaması bu dövrdə tənqid hədəfi seçilir. Romantik ədəbiyyatda isə biz qadının mübarizliyini görürük, lakin romantik ədəbiyyatda gördüyümüz mübariz qadınlar faciə ilə üzbəüz qalırlar. 1873-1875-ci illərdə yazılmış N. Kamalın əvvəllər “Son peşmanlıq” adı ilə tanınan “İntibah” romanı qərb tipli janrlardan olan romanın türk ədəbiyyatında ilk nümunələrindən biri kimi (bir çox tədqiqatçılara görə birincisi) oxuculara təqdim olunur. Bu romanda cərəyan I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
380 edən hadisələr bizə imkan verir ki, qadın obrazlarını Qərbdən gələn janrlar kontekstində nəzərdən keçirək.(Qeyd edək ki, X.Z.Uşaqlıgilin” Aşkı Məmnu”, M.Raufun “Eylül”,və H.Cavidin “Afət” əsərləri də həmin kontekstdə təhlil oluna bilir).Əsərdə hadisələr Əli bəyin üzərində cəmləşir və onunla əlaqələndirilən iki qadın obrazı ilə bir eşq üçbucağı formalaşır. Əsər boyu üç qadınla rastlaşırıq. Əli bəyin anası, Mahpeykər və Dilaşup. Bu üç qadından biri – Əli bəyin anası əsərdə öz missiyasını layiqincə yerinə yetirən ana obrazıdır. Roman Qərb xüsusiyyətlərinin daxil olmağa başladığı Şərq həyatı və sırf Şərq həyat tərzləri arasında müxtəlifliyi, təzadı nəinki duymuş, bəlkə də daha artıq bu təzaddan yaranmışdır. Əslində XIX əsr Azərbaycan ədəbiyyatında da “İntibah”da cərəyan edən hadisələrin qarşılığı ilə rastlaşırıq. Buna misal olaraq, Azərbaycan ədəbiyyatının aparıcı maarifçi simalarından biri olan və yaradıcılığı XIX əsrin birinci yarısına təsadüf edən A. Bakıxanovun “Xəyalın uçuşu” və “Firəng məclisi” əsərlərində bunu görmək olar. Məsələn, Bakıxanovun “Xəyalın uçuşu” əsərində belə bir beyt var: Heyrət etmə cəhalətlə sən buna, İp bağlamış nəfsin bil öz boynuna (1, 74). Klassik ədəbiyyatda çox zaman nəfs əql və ya ruh ilə qarşı-qarşıya qoyulur. Nəfsə tabe olanlar həmişə dünyada uduzurlar. Buna görə də Bakıxanov öz-özünə deyir ki, sən öz nəfsinə tabe olmuşsan, o sənin boynuna ip bağlayıb istədiyi tərəfə aparır. Əqlə arxalanan özünü bu bəladan qurtarar. Bu, Azərbaycan maarifçilərinin düşüncəsində önəmli idi. Çünki, ağıl maarifçilərin nəzərində ən böyük qüvvə idi. “Maarifçiliyin əsas xüsusiyyətlərindən biri ağıla, idraka istinad etmək və hər şeyi ona tabe tutmaqdır” (5, 125). “ Maarifçi realizmin əsasında ağıla uyğun cəmiyyət durur. Ağlın və dünyəvi elmin qanunları əsasdır. Burada humanizm prinsipləri insan hüquqlarının qorunması əsasında gündəmə gəlir” (6., 124). A. Bakıxanov nəfs və ağıl qarşıdurmasından başqa, həm də Şərq və Qərb qarşıdurmasını yaradır, hər ikisinin dəyərli və mənfi cəhətlərini də göstərir. “İntibah” romanındakı qəhrəmanların xarakterində də nəfsə uyub, ağıldan uzaqlaşmaq var. Bu baxımdan “İntibah” romanı ilə Bakıxanovun “Xəyalın uçuşu” və “Firəng məclisi” əsərlərində eyni xətt üzrə inkişafla rastlaşırıq. Şərq və Qərb tipli Şərq qadınını müqayisə etdikdə Əli bəyin anası, demək olar ki, sırf Şərq qadınlarının xarakterini tamlıqla xatırladır. Digər bir tərəfdən isə roman Qərb ədəbi cərəyanlarının, maarifçiliyinin təsiri ilə qələmə alınmışdır. Bu təsirə istinadən, Əli bəyin anasının xarakteri müqayisədə öz fərqliliyini sərgiləyir. O, özündə Şərq xarakterinə malik bir qadının cizgilərini biruzə verir. Biz burada A. Hüseynovun təbirincə desək, “gerçəkliyə baxış, yanaşmada başqalaşma” (3, 153) görürük. Ənənəvi qadın qeyri- ənənəvi janrda, qeyri-ənənəvi tərzdə təqdim olunur. Bu, artıq ədəbiyyamızda əsrlərcə davam edən təqdimat üsulu deyildi. Yəni Qərbdən gələn prinsiplə – gerçəkliklərin təsviri anında Şərq qadınının xüsusiyyətlərini daşıyan bir obrazın yaranmasının şahidi oluruq. Çünki, N. Kamal tənzimat ədəbiyyatının aparıcı nümayəndəsi olmuşdur. Bu baxımdan da o, “İntibah” romanında – yazıçı üçün maraq kəsb edən Qərb qayda qanunlarını, Qərbin insanlararası münasibətlərini, Şərq üçün yeni olan həyat tərzini təsvir etmiş, lakin rəğbətlə yanaşdığı tamamilə fərqli bir obraz (yəni Əli bəyin anası) şərqli xüsusiyyətlərinin daşıyıcısı olan ana obrazını da yaratmışdır. Əslində, “İntibah” romanının müəllifi şərqlidir və o, bu əsərdə Şərq və Qərb Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling