I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans


Download 5.08 Mb.
Pdf ko'rish
bet69/88
Sana29.11.2017
Hajmi5.08 Mb.
#21200
1   ...   65   66   67   68   69   70   71   72   ...   88

qabarıq görsənir. Divan ədəbiyyatının nəzmə vurğunluğu və xüsusi diqqət göstərməsi danılmazdır. 

“Ancaq bu fakt, heç kəsə nəsrimizin keçmişini və tarixi ənənələrini, onun ədəbi inkişaf prosesində 

oynamış olduğu tarixi rolu inkar etməyə və ya azaltmağa imkan vermir. Təkcə onu qeyd etmək 

kifayətdir ki, “Kitabi-Dədə Qorqud” dan başlamış yeni dövrün dastanlarına qədər xalq şifahi 

ədəbiyyatında nəsr həmişə özünə fəxri yer tutmuşdur. Xalq nağılları və dastanları qədim nəsrin ən 

parlaq nümunələridir”. (1,4) Bədii nəsr də nəzmlə paralel surətdə daim öz varlığını qorumuş, inkişaf 

etmiş, öz çağdaş səviyyəsinə gəlib çatmışdır. Azərbaycan nəsrinin keyfiyyətini, xarakterini 

şərtləndirən amilləri əsasən “minillik və daha artıq bədii siqlətə malik İslam Şərqi poeziyası və bu 

poetik sistemdə özünəməxsus yeri olan Şərq nəsri; ümumtürk folklor gələnəkləri və onun yazı 

ədəbiyyatı üçün əsas, zəmin mövqeyi; çağdaş nəsr anlamını verən Qərb nəsri və onun XIX əsrdən 

başlayaraq ədəbiyyatımıza təsirləri” (2,3) kontekstində müəyyənləşdirirlər. 

Bədii mətnin estetikliyini, özünəməxsusluğunu təmin edən, onu başqa təhkiyə tiplərindən 

fərqləndirən məzmunu, nədən bəhs etməsi deyil, həmin məzmunun, mahiyyətin təqdimat şəklidir. 

İstənilən ədəbiyyat əsəri, istənilən bədii mətn oxucu nöqteyi-nəzərindən özünə ikili yanaşmanı 

labüd edir: birincisi, əsərin “nə”dən bəhs etməsi, ikincisi həmin “nə”nin necə təqdim olunması ilə 

bağlıdır. Bədii söz sənətinin iki ifadə formasından (nəzm və nəsr) biri olan nəsr kəlməsi ərəb 

dilində, bir şeyi əl ilə saçmaq, səpmək deməkdir; toylarda gəlinin başından gül-çiçək, badam, şirni 

ve pul tökmək; tarlaya toxum səpmək kimi anlamlara malikdir.  Buna “nisâr” da deyirlər . “Nesr” 

ve “nisâr” sözləri, eyni zamanda bir nəsnəni çoxaltmaq anlamını da ifadə edir. Ərəb dilində 

“Nesere’l-kelâm” cümləsi “Sözü çoxaltdı, uzatdı.” mənasındadır.  Sözü çox uzadan ozana “nesr ve 

minser” adı verilir (3). Lüğəvi və terminoloji məzmununa  “nəzm” kəlməsi “nəsr”in əksinə,  

boyunbağı düzəltmək məqsədilə inci, almaz və s. qiymətli daşların bəlli bir nizama uyğun şəkildə 

ipə düzülməsi mənasını ehtiva edir.Nəzmə nisbətdə nəsrin dili tam sərbəstdir, qafiyəyə və ya ritmik 

düzümə tabe deyil.  Proza (lat. prosa – birbaşa müraciət olunan nitq) ölçülü şeir dilindən fərqli 

olaraq sərbəst şəkildə təşkil edilir və adi nitqlə verilən bədii əsərdir. (4,122) Qərb 

ədəbiyyatşünaslığında nəsr sözü nəzəri-terminoloji cəhətdən aşağıdakı kimi şərh olunur: nəsr (lat. 

Prosa demək olub prosa oratio sözündən götürülüb – birbaşa, sərbəst olan, sərbəst hərəkət edən nitq 

deməkdir) – ədəbi yaradıcılığın iki əsas tipindən biridir (5,296).  

İslamiyyətə qədər türk nəsrinin şifahi ədəbiyyat dönəminə aid nümunələri əsasən aşağıdakı 

janrlarla təmsil olunur: 

Təbiət hadisələrinin, kortəbii qüvvələrin, səma cisimlərinin insanların xəyalında, təsəvvür və 

düşüncələrində müəyyən bir şəkilə salınması, gah insanlara, gah da tanrılara bənzər təsvir olunması 

yolu ilə yaranan, ibtidai insanların ibtidai təsəvvür və anlayışlarını əks etdirən miflər; 

Kosmik təsəvvürləri, bəşəriyyətin dünya haqqında, təbiətlə bağlı görüşlərini, zoomorfik 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



361

baxışlarını, həyat və cəmiyyət hadisələrinə münasibətlərini, olmuş və ya olması mümkün bədii 

həqiqətləri özündə əks etdirən əfsanələr; 

İbrətamiz əhvalatları əhatə edən, adətən “Deyirlər”, “Söyləyirlər”, “Rəvayət edirlər ki” 

kəlmələri ilə başlayan, uzaq və yaxın dövrün tarixi həqiqətlərini özündə qoruyan, konkret təhkiyə 

faktına söykənən, yığcam və vahid süjet xətti olan, əfsanələrə nisbətdə daha “gerçək” məzmun 

daşıyan rəvayətlər; 

İnsanlarıın həyatındakı zidiyyət və əkslikləri – gerilik, cəhalət, nadanlıq, pislik, yamanlıq, 

tamahkarlıq, zülm və riyakarlığı gülüş yolu ilə aradan qaldırmağa çalışan, tərbiyəedici və islahedici 

xarakterə malik qaravəlli və lətifələr; 

Miflərdən, mif süjetlərindən, ritual xarakterli mərasimlərdən, etiqad və adətlərdən törəyən, 

mifoloji dünya modelini əks etdirən, animist, fetişist, totemist və antropomorfik təsəvvürlərin geniş 

yer aldığı, motiv və arxetip zənginliyinə malik nağıllar; 

Türk epos təfəkkürünün həcmcə ən böyük və qədim janrı kimi, ozan-aşıq yaradıcılığının 

məhsulu olan, epik və lirik təhkiyənin birgə təqdimatını, nəsrlə nəzmin vəhdətini təşkilini 

gerçəkləşdirən dastanlar və.s 

Bütün bunları bir məxəzdə birləşdirən bədii ifadə strukturlarının oxşarlığıdır, epik xarakterli 

mətnlər müəyyən bir hadisənin təhkiyə vasitəsilə nəqlini gerçəkləşdirir. Dastan  epik düşüncənin 

hadisəsidir və mif qaynaqlıdır.  Dastan-mif münasibətlərinin terminoloji aspektdən nəzərdən 

keçirilməsi mif-dastan keçidinin məna qatlarını görməyə imkan verir. Dastanın “xalq romanı”, 

“xalq kitabı” mənaları vardır. M.H.Təhmasibə görə, dastan “musiqi havası”, “əhvalat”, “boy”, 

“nağıl” və s. mənalar bildirir. (6,156-159). Həmid Araslı dastanı “hekayə”, “hekayət” kimi də 

adlandırmışdır(7,103) Türkün nağıl yaradıcılığı onun çoxəsrlik tarixini, məişət tərzini, 

dünyagörüşünü, adət-ənənələrini, qəhrəmanlığını, mücadiləsini və s. özünəməxsus şəkildə əks 

etdirilir. Poetik yaradıcılığın şifahi formasının başqa janrları ilə müqayisədə nağıllar hadisələri daha 

çevik surətdə, geniş, ətraflı, anlaşılan dildə və canlı obrazlarla təsvir etmək gücünə malikdir. 

Ümumiyyətlə, yazının kəşfindən öncə, nağıllar vasitəsilə,  süjetqurmanın əsası qoyulmuş, epik 

ənənəyə məxsus təsvir üsulları və prinsipləri olan formullar müəyyənləşmişdir. Meletinski mif-

ədəbiyyat münasibətlərini mif-folklor kontekstində nəzərdən keçirir və göstərir ki, miflər, folklor 

mətnlərinə keçiddə miflikdən çıxır. Belə miflərdən nağıllar boy atır. Nağıllar isə dastanların 

formalaşma prosesinə təsir göstərir.(8,339) 

Türk yazılı abidələrinin yayılma arealı Monqolustandan başlamış Macarıstana qədər böyük 

bir ərazini əhatə edir. Qəbir daşları, qayalar, müxtəlif qablar və s. üzərində yazılmış bu abidələr V-

XI yüzilliklərə aid edilir. Monqolustan ərazisində 33, Yenisey çayı sahillərində 140, Lena-Baykal 

ərazisində 40-a qədər, Dağlıq Altayda 20, Şərqi Türküstanda 10, Şimali Qırğızıstan və Qazaxıstan 

ərazisində 28, Fərqanədə, Şimali Toxarıstanda 18-ə qədər, Şərqi Avropada xeyli belə yazılı abidə 

tapılmışdır. Şimali Qafqazda-Kumranda köhnə divarlar üzərində kiçik yazılı mətnlər müəyyən 

edilmişdir.(9) 

Orxon-Yenisey abidələri bütün türkdilli xalqların daşlar üzərində yazılmış ilk tarixi 

sənədləri, türkdilli yazının dövrümüzə gəlib çatmış ilk nümunələridir.Orxan-Yenisey abidələrindən 

ilk dəfə XII əsr tarixçisi Əlaəddin Ata Məlik "Cüveyni tarixi Cahanguşa" əsərində bəhs etmişdir. 

Orxon-Yenisey yazılarını ilk dəfə, 1893-cü ildə Vilhelm Tomsen oxumuş, V.V.Radlov, 

A.N.Samoyloviç, K.Donner, İ.A.Batmanov, A.Qaben, A.M.Şerbak, Ə.R.Tenişev, Azərbaycan 

alimlərindən Ə.Rəcəbov, A.Məhərrəmov, Ə.Şükürlü, Y.Məmmədov, T.Hacıyev, Ə.Quliyev və 

başqaları bu sahədə geniş tədqiqatlar aparmış, orijinal elmi nəticələr əldə etmişlər. 

 Orxon-Yenisey abidələrinin yaranması türklərin tarix səhnəsinə çıxması, onların oyanışı və 

mədəni yüksəlişinin nəticəsidir. Tonyukuk, Kül-tikin və Bilgə kağanın şərəfinə yazılmış bu daş 

kitabələr eyni zamanda ilkin yazılı ədəbiyyat nümunələridir. Belə deyirlər ki, türklərin ilk nasirləri 

Tonyukuk və Kül-tikindir. Bu kitabələrdə əksini tapmış nəsr mətnlərinin strukturunun sonrakı 

mərhələlərdə türk xalqlarının bədii nəsrinə təsirini müəyyənləşdirmək xüsusi əhəmiyyətə malikdir. 

“Orxon-Yenisey abidələri ilə qarşılıqlı müqayisə yalnız fonoloji, leksiksemantik, eləcə də 

qrammatik təkamülü izləmək üçün deyil, eyni zamanda söz sənətinin tarixini öyrənməyə o mənada 

daha çox imkan verir ki, burada linqvistik səpki ilə poetik səpkinin ayrılmadan bir-birini üzvi 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



362

şəkildə tamamlayan bir formada həll edilməsi nəzərdə tutulsun. Məhz sistemli şəkildə tətbiq olunan 

linqvopoetik təhlil Orxon-Yenisey abidələri ilə konkret abidələrin, eposların qarşılıqlı üzvi 

əlaqəsini, bədii sözün genetik təcrübəsini aşkarlaya bilər”(10).  

M.F.Köprülüzadə “bütün Türk ləhcələrinin ədəbiyyatmı” “ən əski mənşələrdən” başlamağı 

irəli sürmüşdü: “Türk ədəbiyyatı ən əski mənşələrdən bu günə qədər bütün Türk ləhcələrinin bir-

birilə rabitə və münasibətləri gözətilərək bir küll şəklində tədqiq olunmadıqca qabil deyil tənəvvür 

etməyəcəkdir” (11, 5) Nihad Sami Banarlıya görə Qədim Türk yazıları, dil abidələri olmaqla yanaşı 

həm də ədəbiyyat abidələri hesab olunur. (12,57) Bengü daşlara yazılmış bu mətnləri Məhərrəm 

Ergin “Türk ədəbiyyatının ilk şah əsəri”  adlandırır (13,7). Elmi ədəbiyyatda abidələrdəki yazıların 

janr təsnifatı ilə bağlı maraqlı nəticələrə rast gəlmək mümkündür. Həmin yazılar tarixi, bioqrafık, 

epitafıya lirikası, xatirə, magiya və dini mətnlər, hüquqi sənədlər və məişət əşyaları üzərində 

qeydlər kimi janrlara bölünür. Daş kitabələrin ədəbi-bədii mahiyyətinə dair İ.V.Stebleva “VI-VIII 

əsrlər türklorin poeziyası” adlı monoqrafik tədqiqatında belə qənaətə gəlir ki, qədim Türk yazılı 

abidələri “poeziyadır”. Türkoloqlardan V.Jirmunski, A.Şerbak bu fikirlə razılaşmırlar. Jirmunskinin 

fikrinə görə Orxon və başqa türk yazılarının mətnləri şeir mətnləri deyil, nəsr mətnIəridir. A.Şerbak 

da “Abidə məlnləri adi nəsr əsəridir” fikrində qərarlaşır (14,15). 

Ümumiyyətlə, daş kitabələrə yazılmış mətnlərdə nəqlin hadisəyə istinad etməsi, süjetliliyi, 

əvvəli, ortası, sonu olan bütöv kimi təqdimi və s. nəzmdən çox nəsrin varlığına dəlalət edir. 

Məsələn, Kültiginin şərəfinə yazılan böyük mətndə süjet müxtəlif əhvalatlar üzrə qurulub. “Üstə 

mavi, göy, altda qonur yer yaradıldıqda ikisinin arasmda insan oğlu yaranmış” deyə nəqlə başlanan 

təhkiyə süjetində əsasən üç mərhələ seçilir; Bumın xaqanın, İstəmi xaqanın, Kapakan xaqanın 

hakimiyyəti illərinin təsviri mərhələsi, Kül tiginin qoşun başçısı kimi yetişib keçirdiyi döyüşlər 

mərhələsi və nəhayət qəhrəmanm həlak olması mərhələsi. Bu mərhələlərin hər biri tarix

etnoqrafiya, dilçilik və s.  sahələrinə material verir. “Bununla bərabər birinci mərhələdə əcdadlarm 

ideallaşdınlması, ikinci mərhələdə Kül tiginin hər döyüşdən qələbə ilə çıxması, onun qəhrəmanhq 

fütuhatları, üçüncü mərhələnin başdan-başa kədərə həsr olunması, qəlb üzüntülərinin izharı, bütün 

bunlar birinci növbədə bədii aləmə mənsubdur.” (14,69) 

Müasir nəsr dedikdə, hər nəsr mətninin izah etdiyi bir nəsnənin varlığına və onun təhkiyəçi 

ilə təhkiyəyə əsaslandığına inanırıq. Mətn  müəllifi, qələmə aldığı mətnin epik quruluşunu hadisə  

əsasında qurar. Bu mənada hadisə epik mətnin əsas elementidir. Yazıçı  sənətin – dilin təmin etdiyi 

imkanlarla onu özününküləşdirir, məqsədi istiqamətində yenidən formalaşdırır. Bədii mətnin 

karkasını hörən hadisə və hadisələr cərgəsi özü ilə bərabər zaman, məkan və şəxsi heyətin də mətn 

daxili realizəsini şərtləndirir. Dilin poetik strukturu ilə öz ifadəsini tapan hadisələrin bədii mətndə 

gerçəkləşməsi, yenidən təqdimatı fərqli məzmun və mahiyyət qazanmış olur. Orxon-Yenisey 

yazılarında konkrtet poetik strukturda öz ifadəsini tapan hadisələr cərgəsi, bu cərgənin müəyyən 

nizamla düzümü, əvvəli, ortası və sonu olan inkişaf xətti aydın sezilir.  

 Türk xalqlarının və ümumən türk dünyasının ortaq dəyərləri hər bir türk xalqı üçün 

doğmadır. Bu gün özbək, türkmən, tatar, qırğız, qazax, Azərbaycan və digər türk xalqlarının ortaq 

dəyərləri deyərkən ortaq mifologiya, dastan ədəbiyyatı, folklor, ortaq yazılı abidələri əhatə edən 

sözdə, dində reallaşan mədəniyyət sisteminin bütövlüyü nəzərdə tutulur. Milli özünüdərk prosesində 

epos mədəniyyətinin önəmi və rolu danılmazdır. Bugün qədim türk təfəkkürünün ən müxtəlif 

sahələrini, inkişaf səviyyəsini, xarakterini bilavasitə əks etdirən qədim və ortaq türk eposunu 

mövcud mənbələr əsasında bu və ya digər dərəcədə öyrənmədən milli ədəbiyyatın nə təşəkkül, nə 

də formalaşma tarixini düzgün metodologiya ilə araşdırmaq mümkün deyil. Bəşəriyyət yaddaşının 

dərin qatlarında öz başlanğıcına sadiqdir və bu başlanğıcın sakrallığını qorumağa meyllidir. Mif 

təkcə yaddaşda yaşamır, o həm də təhtəl-şüurda möhkəm yerləşmiş, istədiyi vaxt təxəyyülə 

çevrilmək qabiliyyətinə malik potensial qüvvədir. XX əsr filosoflarından Beneddito Kroçe 

poeziyanı, ədəbiyyatı, incəsənəti mifologiya hesab edirdi, tarixin özünün miftörətmə prosesindən 

başqa bir şey olmadığını vurğulayırdı. XX əsr dünya ədəbiyyatında mifə, folklora qayıdış, folklor, 

mifoloji süjet və motivlərdən istifadə əsrin səciyyəvi sənət hadisəsi kimi daha çox diqqət cəlb edir. 

Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” romanında janrın poetik struktrunda özünü müxtəlif 

səviyyələrdə qoruyan mifopoetik yaddaş elementlerinin Azərbaycan tarixi və etno-mədəni kökləri 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



363

ilə bağlılığı, ibtidai təfəkkür konseptinə söykənən, zamanın dönərgəlik xüsusiyyətinə dayanan ilkin 

mifoloji yaradıcılıqdan törəyən formullara sadiqliyi, Elçinin “Mahmud və Məryəm” romanında 

mifin mətnin poetik strukturunda – süjet, kompozisiya, zaman-məkan anlayışları, obrazlar 

sistemində dəyişikliklərə yol açması, M.Süleymanlının “Köç” romanında janrın yaddaşında 

qorunan arxetipik strukturlar, Yusif Səmədoğlunun “Qətl günü” romanında mifopoetik irsin 

mühafizə qabiliyyəti və s. müasir Azərbaycan nəsrinin öz kökünə bağlılığı kontekstində 

düşündürməyi bacarır. İslamiyyətə qədərki türk nəsri bugün Ümumtürk miqyasında nəsrin genetik 

yaddaşı kimi iştirak edir. Orxon-Yenisey mətnlərinin, Türk ədəbiyyatının parlaq inciləri olan "Oğuz 

xaqan", "Boz qurd", "Erkenogen", "Törəyiş xan" dastanlarının müasir və qədim türk nəsri arasında 

paralelləri və keçidləri üzə çıxarmaq potensialı olduqca genişdir. Azərbaycan ədəbiyyatının 

qaynağında zəngin və dərin məzmunlu folklorun, kosmoqonik, təqvimi, etnoqonik miflərin 

detallarını özündə daşıyan mifoloji-bədii dünyagörüşün dayandığını sübut etmək, elmi-nəzəri 

şərhini vermək müasir ədəbiyyatşünaslığın əsas vəzifələrindəndir. Müasir nəsrdə miflərin və mif 

yaradıcılığının izlərinin müəyyən edilməsi, mifoloji qaynaqların, sakral mətnlərin müasir nəsrin  

süjet təşkilində funksiyasının üzə çıxarılması, arxetipik obrazların müqayisəli-tipoloji təhlilə cəlb 

edilməsi, bədii mətnlərdə mif-folklor elementlərinin və obrazlarının deformasiyasının müəyyən 

edilməsi, bədii əsərlərin süjet təşkilində mifoloji xronotopları təsbit etmək və s. kimi məsələlərin 

həlli həmin paralellərin tapılmasına şərait yarada bilər.  

ƏDƏBIYYAT 

1.

  Əfəndiyev H.. Azərbaycan bədii nəsrinin tarixindən. Bakı, Azərnəşr, 1963. 



2.

  Əlişanoğlu. T. Əsrdən doğan nəsr. Bakı, Elm, 1999, 115 s. 

3.

  Süleyman Çaldak. Eski  türk edebiyatinda nesir (düzyazı) 



http://turkoloji.cu.edu.tr/ESKI%20TURK%20%20EDEBIYATI/suleyman_caldak_eski_tur

k_edebiyatinda_nesir.pdf 

4.

  Тимофеев Л.и Венгров Н. Краткий словарь литературоведческих терминов. Москва, 



1963. 

5.

  Словар литературоведческих терминов. Москва, 1974. 



6.

  Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı: Elm, 1972. 

7.

  Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı, Bakı: ADU, 1956. 



8.

  Мелетински Е.М. Поэтика мифа. Москва: Наука, 1976. 

9.

  http://www.qkazimov.gen.az/arxiv/r5.htm 



10.

  http://dede.musigi-dunya.az/o/orxon_abideleri.html 

11.

  Köprülüzadə M .F. Türk ədəbiyyatı tarixi. I c, s. 5 



12.

  Nihad Sami Banarlı. Resimli Türk ədobiyyatı tarixi, 1, İstanbul, 1987. 

13.

  Məhərrəm Ergin, Orhun abidələri. 6 baskı, İstanbul 1980. 



14.

  Vəli Osmanlı. Qədim Türk Ədəbiyyatı (VI-X əsrlər). Bakı, 2008. 

 

 

 



Məlahət Babayeva, fil.ü.f.d. 

Azərbaycan Dövlət Pedaqoji Universiteti, baş müəllim 

millababayeva@mail.ru 

 

AZƏRBAYCAN-TÜRK ƏDƏBİ ƏLAQƏLƏRİ TARİXİNDƏN 



Azərbaycan-türk ədəbi əlaqələrinin tarixi çox qədimdir. Hələ XV-XVI əsrlərdə 

Azərbaycandan Osmanlı dövlətinə köç edən şairlərin sayı otuzdan çox olmuşdur.Bu dövrdə Bəsiri, 

Matəmi, Hamidi, Xəlili, Süruri, Xəzani, Xəlifə, Şahi və başqa Azərbaycan şairlərinin Osmanlı ədəbi 

mühitində əcəm şairləri kimi ad qazanmaları çox təqdirəlayiqdir. Bundan əlavə həmin dövrdə Orta 

Asiyaya köçmüş şairlər də vardı ki, onlardan da Ziyayi, Xülqi, Allahi və başqalarını xüsusilə qeyd 

etmək olar. XVI əsrin əvvəllində Şah ismayıl Xətainin Bağdadı fəth etməsi sonralar İraqda türk dilli 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



364

ədəbi mühitin yaranmasına səbəb olmuşdur. Əhdi, Şəmsi Bağdadi, Ruhi, Elmi, Kəlai, Fəzli və 

başqaları da məhz Bağdad ədəbi mühitində türk dilli etnosları təmsil edən şairlər olmuşlar. 

Azərbaycan-türk ədəbi əlaqələri bütün dövrlərdə öz aktuallığını saxlamış, müxtəlif sahələrdə 

dəyərli töhfələrini vermişdir. Belə ki, keçən əsrin əvvəllərində bu əlaqələr akademik müstəviyə 

qalxmış, H.Cavid, Ə.Abid, Ə.Cəfəroğlu, S.Rəfiqoğlu, A.Yıldırım və digər alim və ədiblərin 

yetişməsində müstəsna əhəmiyyət kəsb etmişdir. 

Əmin Abid Gültəkin 1919-cu ildə Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji 

məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmiş 

(1919-1926), "Azəri-türk"qəzetində işləmişdir. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi 

mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir. "Azərbaycan 

türklərinin ədəbiyyat tarixi", "Türk ədəbiyyatında bayatı-mani növü", "Bayatının türk xalqları 

ədəbiyyatında mövqeyi","Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)" kimi milli 

ədəbiyyatşünaslıq, folklor və mətbuat tarixi haqqında onlarca məqalənin müəllifi olmuşdur. 

Əhməd Cəfəroğlu İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olmuş, məşhur 

türkoloq Mehmet Fuad Köprülünün tələbəsi olmuşdur (1925). 1946-cı ildən sonra kafedra müdiri 

olan Əhməd bəy həm də universitetin yanında fəaliyyət göstərən Türkiyyat İnstitutuna da rəhbərlik 

etmişdi. Əhməd Cəfəroğlu"Azərbaycan Yurd bilgisi" dərgisinin (1932) yaradıcısı və baş redaktoru

"Türk amacı" dərgisinin (1942-1943) , "Türk dili və ədəbiyyatı məcmuəsinin" redaktoru olmuşdur. 

1930-cu illərdə İstanbul Universiteti Ədəbiyyat fakültəsinə daxil olmuşdur.Səlim Rəfiq 

Rəfiqoğlu Azərbaycan və Anadolu xalq nağıl və dastanlarını müqayisəli şəkildə təhlil edərək 

araşdırma etmişdir. “Azərbaycan Yurt Bilgisi”, “Yeni Kafkasiya”, “Azəri Türk”, “Bildiriş” kimi 

məcmuələrində folklor araşdırmalarını nəşr etdirmişdir. Ali Volkan “Azərbaycan maniləri”, Almas 

Yıldırım “Azərbaycan bayatıları” kitabları da Türkiyədə çap olunan dəyərli araşdırmalardandır. 

 

 

 



 

Niyaməddin Haşımov, fil.ü.f.d. 

Qafqaz Universiteti, Pedaqoji fakültə 

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi bölməsi 

nhasimov@qu.edu.az 

 

ƏLİ VƏLİYEVİN ƏSƏRLƏRİNDƏ ÜSLUBI ONOMASTİKA 



 Bədii əsərlərdə obrazlılıq ən başlıca kateqoriyadır. Eyni zamanda, obrazlılıq bədii əsərlərin 

xarakterik xüsusiyyətlərini, başlıca əlamət və keyfiyyətini də özündə əks etdirir.(1, s. 64; 3, s. 9) 

Onomastik vahidlər bədii təsvir və ifadə vasitəsi kimi hər bir sənətkarın fərdi üslubunda 

özünəməxsus poetikliyi ilə seçilir. 

Azərbaycan ədəbi dilində onomastik vahidlərdən istifadə bədii üslubun lüğət tərkibinin 

zənginləşməsində, əsərin məzmunun və idеyasının anlaşılmasında, surət хəttinin sistemli və obrazlı 

şəkildə oxucuya çatdırılmasında mühüm rol oynayır. (8, s. 5) Sənətkarın bədii dilində onomastik 

vahidlərin üslubi məqamları emosionallığa və ekspressivliyə əsasən müəyyən edilir. Onomastik 

vahidlərdən üslubi emosionallıq vasitəsi kimi istifadə olunması folklor ədəbiyyatımızda, qədim 

yazılı mənbələrimizdə və klassik poeziya dilimizdə də müşahidə edilir. Həmçinin onomastik 

vahidlərin üslubi bir vahid kimi işlənməsinə İ.Nəsiminin, M.Füzulinin, M.P.Vaqifin, 

M.V.Vidadinin, A.Ələsgərin, Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, 

Anarın və digər sənətkarlarımızın da əsərlərində rast gəlinir.  

Onomastik vahidlərin üslubiyyatdakı rolu, başlıca olaraq, xarakterlərin açılmasına, yer, 

məkan, şəxs barədəki təsəvvürlərin tamamlanmasına, hadisə və situasiyaların obrazlaşdırılmasına 

xidmət edir. (2, s. 8; 4, s. 194-196; 5, s. 156-158; 8, s. 5) Üslubi onomastikada, bir çox hallarda 

izahedici, aydınlaşdırıcı element kimi ləqəblərdən (Keçəl Həmzə, Qoçu Əsgər, Dəli Domrul, Dəli 

Həsən, Bəlli Əhməd); uydurma adlardan (Kollu Koxa, Qılınc Qurban, İtqapanlı kəndi, Danabaş 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



365

kəndi, Kəmfürsətov); adların mürəkkəbləşdirilməsindən (Atakişi, Babakişi, İmamyar, Xudayar 

bəy); eləcə də xəyali bənzətmələrdən (“Gələcək” kolxozu, “Çinarlı” bulaq) və s. istifadə edilir. 

Bədii onomastika ilə bağlı əsərlərdə bu barədə ətraflı bəhs edilmişdir. (6, s. 237-241; 7, s. 27-39; 9, 

s. 88-89)  

Uydurma adlar, ləqəblər, rütbə adları, titul bildirən sözlər satirik tipikləşdirmə vasitəsi kimi 

sənətkara çox kömək edir, komik sənətkarın əlində ən mühim tipikləşdirmə vasitəsinə çevrilir. 

Satira ustası mənfi tipi danlamaq üçün elə adlar seçə bilir ki, bu adlar obrazı ilk andan gözdən salır 

bununla da, onun ictimai nüfuzunun son dərəcə aşağı olduğu aydın görünür. Bütün bunlar satirik 

tipin ümumiləşmiş obrazının yaranmasında mühüm iş görür. (6, s. 237-238; 10, s. 408; 12, s. 12-13) 


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   65   66   67   68   69   70   71   72   ...   88




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling