İnstitutu
Download 1.26 Mb. Pdf ko'rish
|
5 Kimya-kurikulum(1)
4. Kublaşdırma
Şagirdlərin hər hansı problemə inteqrativ və mürəkkəb yanaşma bacarıqlarını inkişaf etdirmək məqsədinə xidmət edən kub metodu, əslində B.Blüm taksanomomiyasına əsaslanır.Bu metoddan tədqiqiqat xarakterli mövzuların tədris edilməsində istifadə etmək məqsədəuyğundur. Kub metodu aşağıdakı mərhələləri özündə birləşdirir: 1.Kartondan kubun həndəsi formasına uyğun maketi yaradılır. 2. Kubun tərəfləri üzərində şagirdlərin fəaliyyətini istiqamətləndirmək üçün- təsvir et, müqayisə et, təhlil et, assosiyiya yarat, tətbiq et, mubahisə et sözləri yazılır. 3. Dərs prosesində müzakirə olunacaq mövzunun adı bu və ya digər şəkildə elan edilir(konkret şəkildə və ya hər hansı metod vasitəsi ilə) . 4. Sinif altı qrupa ayrılır.Qrupların liderləri (püsk atmaq yolu ilə) arasında kubun hansı tərəfini seçməklə (rəqəmlər və ya müxtəlif rənglərə əsasən deməklə) qeyd olunan tapşırığı alır. 5. Mövzunun və ya situasiyanın qruplarda təhlili onlara düşən tapşrıq əsasında aparılmalıdır. a) təsvir et – mövzunun ölçüləri, forması yerləşməsinə dair məlumat verir b) müqayisə et – problemin oxşar və fərqli cəhətlərinin üzə çıxarılması, onların təhlili c) assosasiya yarat- hansı mövzular ilə əlaqəlidir, və ya bu sizi nə haqda düşündürməyə sövq edir. d) təhlil et - onun tərkibini, mahiyyətini izah etmək tələb olunur. e) tətbiq et - mövzunun həyati əhəmiyyəti nədir,ondan harada və nə məqsədlə istifadə etməyin mümkünlüyünü müəyyən edirlər. k) mübahisə et - mövzuya dair alternativ (əks) fikirlərə dair dəlillər gətir, öz mövqeyinizi (lehinə və əlehinə) əsaslandırın. 6. Şagirdlərin işinin yekunu plakat şəkilində və ya hazırlanmış iri «kubun» üzərində yazıla və sinifdə (eləcə də məktəbdə) nümayiş etdirilə bilər. Şagirdlərin yuxarı yaş həddində kublaşdırma metodu daha yüksək (B.Blüm taksonomiyasına uyğun) səviyyədə təşkil olunur. Burada əsas məqsəd şagirdlərin bilik səviyyəsinin aşağı səviyyədən yuxarıya doğru yüksəldilməsini təmin etməkdir. Bu məqsədlə çox cəhətli sorğu tətbiq edilir ki, onlar aşağıdakılardan ibarətdir.
Download 1.26 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling