VII sinif
Standart: 1.1.1.
Mövzu: Bəsit və mürəkkəb maddələr.
Məqsəd:
1.Tərkibinə görə bəsit və mürəkkəb maddələri fərqləndirir.
2. Bəsit maddələrin növlərini (metal və qeyri metalları) onların fiziki xassələrinə
görə tanıyır
3. Mürəkkəb maddələri təsnif edir.
4. Bəsit və mürəkkəb maddələrə aid nümunələri tanıyır.
5.Maddələrin ümumi təsnifat sxemini tərtib edir.
İnteqrasiya: F-2.2.1; B-1.1.1; C-2.1.3.
Dərsin tipi: yeni bilik verən dərs
İş forması: kiçik qruplarda iş, cütlərlə iş
Təlim üsulu: problemli şərh, klaster,Venn diaqramı,.
Resurslar:mis,dəmir,alüminium,kömür,kükürd,fosfor,su,spirt,xörək duzu, və şəkər
nümunələri,kiçik çəkic və qalın taxta parçası,spirt lampası və dərslik.
Dərsin gedişi:
I.mərhələ. Motivasiya,problemin qoyuluşu.
Müəllim şagirdlərin tanıdığı 2-3 bəsit maddə və bir o qədər də mürəkkəb maddəni
şagirdlərə göstərir (və ya əvvəlcədən partaların üstünə qoyur) və tədqiqat sualını
verir:
1.Qarşınızda qoyuluş maddələrin adlarını bildirin.
2.Bu maddələrin bir birindən nə kimi fərqi olduğunu izah edin
3.Maddələri atom molekul təlimi əsasında xarakterizə edin-fizika dərslərində
aldığınız biliklər əsasında.
Tədqiqat sualı: : Bəsit və mürəkkəb maddələr maddələr bir-birindən nə ilə
61
fərqlənir?
Do'stlaringiz bilan baham: |