İşçi heyəti: Redaksiya heyəti: Elşən Hacızadə baş redaktor, iqtisad elmləri doktoru, professor Vahid Axundov
Ehtiyatların mənimsənilməsinin qlobal ssenariləri
Download 4.23 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Байрамзаде Яшар Керем оглы диссертант Иститута Экономики НАНА Географическое размещение топливо-энергетических ресурсов и их роль в развитии мировой экономики
- Bayramzadeh Yashar Karem oglu
- Keywords
- Açar sözlər
- Hüseynov Tural Yadigar oğlu
- 2. Əmlakın qiymətləndirilməsində bazar yanaşması metodları
4. Ehtiyatların mənimsənilməsinin qlobal ssenariləri Hesablamalara görə, ənənəvi yanacaq növləri - kömür, neft, qaz, torf, yanan bərk süxurların ehtiyatları, ümumilikdə dünyada yaxın 140-150 ilə yetə bilər. Məlum 107 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. olduğu kimi, karbohidrogen ehtiyatları məhdud olduğundan müəyyən dövrdən sonra tükənəcəkdir. Mütəxəssislərin rəyinə görə, İnkişaf Etməkdə Olan Ölkələr təsdiqlən- miş karbohidrogen ehtiyatlardan ABŞ səviyyəsində istifadə etsələr o zaman möcvud neft ehtiyatları 7, təbii qaz 5, kömür 18 ilə, təxmin olunan ehtiyatlara gəldikdə isə neft 60, təbii qaz 72, kömür 72 ilə tükənər. Proqnozlara görə dünya neft istehlakı 2020-ci ildə isə 5,3 milyard tona çatacaqdır [20]. Qlobal, o cümlədən enerji problemlərin tədqiqi istiqamətində çoxsaylı beynəlxalq təşkilatlar müvafiq iş aparırlar. Bu sırada Poma klubunun səmərəli konseptual fəaliyyət daha çox dəyərləndirilir. Klub tərəfindən hazırlanaraq 1995-ci ildə dövriyyəyə buraxılan “Dörd amil” adlanan məruzə - “Xərclər yarı - verim ikiqat” prinsipli qlobal problemlərin həllində, xüsusən də dünya enerji təhlükəsizliyinin təmin olunmasına metodoloji funksionallığı ilə fərqlənir [1, 17]. Müasir dünyada tanınmış çoxsaylı neft proqnozçuları vardır. Bunlar içərisində son dərəcə məhşur olanı geofizik Kinq Hubbert 1956-cı ildə özünün neft hasilatını proqnozlaşdıran məhşur qrafikini dərc etmiş və “Hubbert qanunu” adlanan qaydanı formalaşdırmışdır: Onun fikrincə, “Neftdən enerji mənbəyi kimi o zamanlara qədər istifadə ediləcəkdir ki, onun hasilatı ondan alınan enerjidən ucuz olacaqdır. Bundan sonra neft hasilatı onun “pul-kredit qiymətindən” asılı olmayaraq dayanacaqdır. K.Hubbertə görə, 1965-ci ildən 2023-cü ilədək - 58 il ərzində bəşəriyyət 89 faiz dünya ehtiyatlarını istehlak edəcəkdir. Bu dövr isə bəşər sivilizasiyasının üstün pik çağları olacaqdır [21]. Neft proqnoztikasının digər görkəmli nümayədəsi doktor Kolin Kempellin fikrincə [22, 23] neft piki artıq geridə qalmış və proses 2005-ci ildən başlanmışdır. Qarşıdakı dövrlərdə isə illik tükənmə faizi 2-yə bərabər sürətlə dövr edəcəkdir. ABŞ professoru Ayvenqonun fikrincə [17] isə artıq Yer kürəsində bütün neft resursları aşkarlanmışdır. Tələbin təklifi üstələcəyi “kritik vaxt” isə 2000-2010-cu illər arası müşahidə ediləcək və həmin zamandan sonra hasilat səngiyərək aşağı enəcəkdir. Dünya neft hasilatının tarixi inkişaf mərhələsini iki dövrə bölən rus akademiki V.N.Şelkaçov [24.] 1920-ci ildən başlayaraq 1970-ci illərə qədər dünya neft hasilatı hər 10 il ərzində 2 dəfə artımla müşayiət olunduğunu və 1970-ci ildən isə onun artım tempinin enməyə məruz qaldığını diqqətə çəkir. Digər tanınmış neft araşdırıcıları və müvafiq kompaniyalarının hesablamalara [1, 16, 17, 25-27] görə dünyada hasilat rekordu 2010-2012-ci illərdə baş verəcək və sonradan bu templər tədricən reqressiv zolağa keçəcəkdir. Ümumiyyətlə enerji tədqiqatları mənbələrində dünyada kəşf olunmuş neft və qazla zəngin 500-ə qədər 540 milyard tona yaxın neft, 546 trilyon m 3 qazın olduğu bildirilir. ABŞ alimləri kəşfiyyat altında olan sahələrdə 112 milyard ton neftin mövcudluğu proqnozunu verirlər. Onlar həm də qeyd edirlər ki, kontinental şelfdən uzaq dərinliklərdə yerləşən qatlardakı neftin müasir texnologiya ilə hasilatı rentabel- sizdir. Buna görə də, bu ehtiyatlar nəzərə alınmamalıdır [16]. Enerji sənayeləşmə, iqtisadi və davamlı inkişaf üçün dünyada qəbul edilmiş ən əsas amillərdəndir. Beyəlxalq təşkilatların enerji ilə bağlı proqnozlarına istinad etsək 2020-ci ildə enerjiyə tələbatın 65 faiz artacağını deyə bilərik. Ancaq artan bu tələ- batın qarşılanması mövcud imkanlarla çox çətindir və buradakı əsas problem enerji resurslarının dünyada qeyri-bərabər yerləşməsidir. Belə ki, dünyada mövcud olan neft və təbii qaz resurslarının təxminən 80 faiz Avroasiya regionunda yerləşmişdir. Qərbi Avropa, ABŞ və Çinin 2025-ci ildə 70 faiz neft idxalından asılı olacaqları güman edilir. Başqa sözlə desək, bu ölkələr Yaxın Şərq, Rusiya və Xəzər regionundan asılı ola- caqlar. Odur ki Çin, Hindistan, İndoneziya kimi ölkələr mühüm neft və təbii qaz boru kəmərləri üzərində işləyirlər. Asiya ölkələri neft istehlakının 85 faizini əsasən Bəsrə körfəzindən qarşılayır. Digər tərəfdən artan beynəlxalq siyasi gərginliklər, xüsusilə Yaxın Şərqdə baş verən hadisələr və bu kimi amillər də enerjiyə olan tələ- bata və onun qiymətinə böyük təsir göstərməkdədir . Ekspert hesablamalarına görə Avropanın qaz tələbləri 25 ildən sonra, indiki illik 500 milyard m 3 -dən 800-1000 milyard m 3 -ə yüksələcək və bu zaman kəsiyində daxili hasilat 200 milyard m3-dan 120 milyard m 3 -ə qədər aşağı enəcəkdir. İstehlak həcminin artımı xüsusilə enerji istehsalında özünü göstərəcək. Bu artım ekoloji tələblər baxımından da şərtləndirilir. Qeyd etmək lazımdır ki, son 3-5 ildə hər il orta hesabla Avropaya kənardan 600-650 milyard m 3 qaz gətirilir [10, 16]. Karbohidrogen resurslarının tükənməsi problemi qeyri-ənənəvi enerji- daşıyıcılarının axtarışı prosesinin sürətlənməsinə təkan vermişdir. Günəş, termal, külək enerjisindən istifadədə yeni texnologiyaların tətbiqinin genişlənməsi, okean sularının qabarma və çəkilməsindən daha sərfəli enerji alınması imkanlarının açıl- ması yüksələn perspektivli müstəviyə keçid edir. Lakin bununla belə, neft və qazla yanaşı daş kömür, yanar şist və torf istehsalı ənənəvi olaraq inkişaf edir. Bərk yanacaq daha çox maye yanacağa çevrilməklə istifadəsini tapır. Bu sırada sintetik neft istehsalı imkanlarını genişləndirir. Sintetik nefti almaq üçün daş kömür toz halına gətirilərək həlledicidə emal olunur və alınan qatışığa hidrogen əlavə edilir. Kükürdü çox olan 1 ton daş kömürdən 650 litr neftə oxşar maye götürülür ki, ondan da benzin almaq olar. Müasir dünya yanacaq-enerji balansı çox geniş spektrlidir. Bütün ekoloji fəsadlara baxmayaraq nüvə energetikası inkişaf edir. 1986-ci il Çernobıl, 2011-ci il Fukosima AES-lərdə baş verən fəlakətlər belə atom energetikasının irəliləyişini aradan çıxara bilməmişdir. Hazırda qlobal nüvə energetikasının pay hesabına yanacaq-energetika balansının 6-7 faizi və istehsal olunan elektrik enerjisinin 17 faizi düşür. AES-lərin gücünün artması prosesi davam edir, “Nüvə energetik klubu” üzvlərinin sayı artır. Lakin BMT-nin Atom Enerjisi üzrə Agentliyi - AEA-nın proqnozlarına görə, AES- lərin inkişaf sürəti yaxın onillikdə o qədər də yüksək olmayacaqdır. Bununla belə, nüvə energetikası addımlarını irəliyə doğru qətiyyətlə genişləndirəcəkdir. 108 Y.Bayramzadə. Yanacaq-enerji resurslarının coğrafi bölgüsü və dünya iqtisadiyyatının inkişafındakı rolu 109 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. Energetik statistika istinad etdikdə aydın olur ki, hazırda enerjidaşıyıcılarının 1/3-i istehlakçılara sərhədləri aşaraq yetişir. Bu göstərici daş kömür üzrə 10 faiz, neft üzrə 40 faiz, təbii qaz üzrə isə 20 faiz təşkil edir gətirilir [10]. Belə reallıq isə dünyanın ayrı-ayrı coğrafi ərazilərində enerji resurslarının qeyri-bərabər yerləşməsi və onların müvafiq enerji istehlakı mərkəzlərindən uzaqlığı vəziyyətindən irəli gəlir. Vəziyyətin mülayimləşməsini isə “Dayanıqlı inkişaf konsepsiyası” təmin edir. Bu konsepsiya dünya yanacaq-enerji kompleksinin inkişafının dünya iqtisadiyyatındakı roluna rəğmən enerji resursları istehlakçıları olan ölkələri, enerji sisteminin iqtisadi səmərəliliyini və ekoloji təhlükəsizliyinin təmin edilməsi oriyentasiyasına keçidini şərtləndirir. Aparılan təhlillər bir daha göstərir ki, dünya yanacaq enerji sərvətləri tükənmə fazasına daxil olmuşdur və bəşəriyyət orta və uzaq perspektivdə bu resurslardan daha səmərəli reallaşması mexanizmlərini hazırlamalı, bərpa olunan enerji resurslarından asan və girişli istifadəni mənimsəməlidirlər. Digər tərəfdən qlobal yanacaq enerji potensialı dünya iqtisadiyyatında qeyri-bərabər bölgüsünə istinadən onun səmərəli istifadə proporsiyalarını da optimallaşdırmalıdır. 4. Nəticə Yanacaq enerji sərvətlərinin coğrafi bölgüsü və dünya iqtisadiyyatının inkişafın- dakı rolu üzrə aparılan təhlil və araşdırmalar bir daha göstərir ki, hazırda enerji- daşıyıcılarının 30 faizdən çoxu istehlakçılara sərhədləri aşaraq yetişir. Neftin yarıya qədəri təbii qazın 1/5-i, daş kömürün isə 10 faizi ayrı-ayrı ölkələrə kənardan gətirilir. Buna baxmayaraq bir sıra az inkişaf etmiş ölkələrdə ənənəvi yanacaq-enerji resurslarından hələ də yetərli istifadə edilir. İnkişaf etmiş ölkələr isə alternativ ener- jidaşıyıcılarından istifadə sferasını daha da genişləndirirlər. Lakin karbohidrogen təyinatlı enerjidaşıyıcılarından müasir zamanda qlobal yanacaq-enerji balansında tu- tumlu mövqeylərini saxlayırlar. Daxili balansda təbii qaz resurslarından istifadə artaraq neftin payının azalmasına təsir göstərir. Bərk yanacaq növlərinin ekoloji zərərliyinin azaldılması istiqamətində tədqiqatlar davam edir. Nəticədə ETT bərk yanacağın maye və qaz yanacağa çevrilməsini asanlaşdırır və sintetik yanacaq istehsalı miqyaslarını artırır. Nüvə en- erjisi ilə bağlı bütün çətinliklərə baxmayaraq və istiqamətdə irəliləyişlər səngimir. Bir çox ölkələr özlərinin enerji strategiyasını bu inkişaf ssenarisi ilə qururlar. Bütün bu reallıqlar bəşəriyyətin, dünya iqtisadiyyatının artan tələbləri nəticəsində dünya yanacaq-enerji kompleksinin inkişafının biçimli məcraya salınmasını şərtli edir. Nəzərə aldıqda ki, dünya yanacaq enerji sərvətləri tükənmə fazasına daxil ol- muşdur, ona belə strategiyanı qlobol səciyyə daşıyaraq özünün beynəlxalq institu- sional tənzimlənməsini zəruri edir. Ona görə də bəşəriyyət orta və uzaq perspektivdə bu resurslardan daha səmərəli reallaşması mexanizmlərini hazırlamalı, bərpa olunan 110 Y.Bayramzadə. Yanacaq-enerji resurslarının coğrafi bölgüsü və dünya iqtisadiyyatının inkişafındakı rolu enerji resurslarından asan və girişli istifadəni mənimsəməlidirlər. Digər tərəfdən qlobal yanacaq enerji potensialı dünya iqtisadiyyatında qeyri-bərabər bölgüsünə isti- nadən onun səmərəli istifadə proporsiyalarını da optimallaşdırmalı, “Dayanıqlı inkişaf konsepsiyası” daha əsaslı qlobal reqlamentasiya sənədinə çevrilməlidir. Ehtiyatların mənimsənilməsinin daha ayrı-ayrı ölkələr, beynəlxalaq təşkilatlar tərəfindən mükəmməl yeni qlobal ssenariləri işlənməli və reallaşdırılmalıdır. Ədəbiyyat siyahısı: 1. Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat, Bakı: Elm, 2006, 509 s. 2. Экономика. (под редакцией д.э.н. Булатова А.С.), М.: Юристь, 2000, 896 с. 3. Социально-экономическая география зарубежного мира. (под редакцией члена корреспон- дента РАН, заслуженного профессора МГУ Волжского В.В.) М.: Дрофа, 2003. 190 с. 4. www.oecd.org. - OECD - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 5. www.europa.eu.int - EU - Avropa İttifaqı 6. www.wto.org. - Ümumdünya Ticarət Təşkilatı 7. www.unctad.org - UNCTAD - Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı 8. www.iie.com - ABŞ-ın Beynəlxalq İqtisadiyyat İnstitutu. 9. www.bp.com - BP-Azərbaycan. 10. www.iea.org - Beynəlxalq Enerji Agentliyi 11. US Energy İnformation Adminstration from Oil and Gas Journal 2010-2011 - ABŞ-in neft və qaz jurnalı. 12. Добронравин Н., Маргания О. Нефть и газ, модернизация общества. Cб.: 2008, 222 с. 13. Səmədzadə Z.Ə. Çin qlobal dünya iqtisadiyyatında. Bakı: Elm və təhsil, 2009. 608 s. 14. Hacızadə E.M., Z.Abdullayev, Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası. Bakı: Elm, 2003, s. 45 15. Hacızadə E.M., Energetika kompleksi yeni islahatlar ərəfəsində. Bakı: Elm, 2000, 257 s. 16. www.neftegaz.ru. - Rusiyanın neft-qaz portalı. 17. Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli, Bakı: Elm, 2002, 472 s. 18. Топливно-энергетический комплекс России 2000-2007 (справочно-аналитический обзор). М.: 2008, 309 c. 19. Mustafayev R.Ə., Paşayev P.A., İstehsalat və energetika. Bak: 1985, 239 s. 20. Родионов В.Г., Энергетика, проблемы настоящего и возможности будущего, М.: 2010, 413 c. 21. http://www.hubbertpeak.com - Professor K.Hubbertin saytı. 22. Colin J. Campbell. The Coming Oil Crisis. Multi-Science Publishing Co. Ltd. 297 c. - Kolin Kempell. 23. Colin J. Campbell, The Essence of Oil & Gas Depletion, 2004 ş. - Kolin Kempell. 24. Щелкачев В.Н. Отечественная и мировая нефтедобыча. История развития, современное состоянии и прогнозы. М.: Нефть и газ, 2001, 442 c. 25. Бекаев Л.С., Марченко С.В., Пинегин С.П. и другие. Мировая энергетика и переход к устой- чивому развитию, Новосибирск: Наука, 2000 433 с. 26. Грей Форест. Добыча нефти. М.: ЗАО Олимп-бизнес, 2004, 416 с. 27. Максимов В.А., Аношин В.В., Чернов И.Л. Исследования рынков основных энергоноси- телей, Уфа, БГУ, 2000, 561 с. 111 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. Байрамзаде Яшар Керем оглы диссертант Иститута Экономики НАНА Географическое размещение топливо-энергетических ресурсов и их роль в развитии мировой экономики Аннотация Цель исследования - исследование географического размещения топливо-энерге- тических ресурсов и их роли в развитии мировой экономики. Методология исследования - трендовый и ситуационый подход, системный анализ Результаты исследования - систематизация прогнозов эффективного использова- ния топливо-энергетических ресурсов в развитии мировой экономики на основе новых показателей развития. Ограничения исследования - медлительность процесса обновления современных статистических показателей глобального топливо-энергетического баланса. Практическая значимость исследования - возможность использования в качестве альтернативного источника прогнозирование влияния топливо-энергетических ресур- сов на мировой экономический рост. Оригинальность и научная новизна исследования - обоснование новых прогнозов по использованию топливо-энергетических ресурсов в развитии мировой экономики. Ключевые слова: мировая экономика, природные топливо-энергетические ресуры, глобальный топливо-энергетический комплекс, прогнозирование. 112 Y.Bayramzadə. Yanacaq-enerji resurslarının coğrafi bölgüsü və dünya iqtisadiyyatının inkişafındakı rolu Bayramzadeh Yashar Karem oglu PhD-Student in Institute of Economy of Azerbaijan National Science Academy Geographic location of the fuel and energy resources and their role in the global economy Abstract Purpose - the study of geographical location of fuel-energy resources and their role in the global economy. Design/methodology - a trend and a situational approach, systems analysis. Findings - the systematization of forecasts efficiency of fuel-energy resources in the world economy based on new development indicators. Research limitations - the slowness of the process of renovation of modern statistical in- dicators of the global fuel and energy balance. Practical implications - can be used as an alternative source of fuel prediction of the in- fluence of energy resources to world economic growth. Originality/value - preparing of a new prognosis scenarios on efficient usage from fuel- energy resources in development of the World Economy. Keywords: global economy, natural resources and energy fuels, the global fuel and en- ergy complex, prediction. JEL Classification Codes: F22, F43, O13, P28 UOT 332.74:330.132.2 Əmlakın qiymətləndirilməsində bazar yanaşması Xülasə Tədqiqatın məqsədi - əmlakın qiymətləndirilməsində bazar yanaşmasının xü- susiyyətləri, üstünlükləri, çatışmayan cəhətləri və bu yanaşmadan istifadə imkan- larının müəyyənləşdirilərək göstərilməsidir. Tədqiqatın metodologiyası - müqayisəli təhlil, əmlakın dəyərinin qiymətləndiril- məsi metodları, bazar yanaşmasının hesablama alqoritminin analitik üsulları. Tədqiqatın nəticələri - əmlakın qiymətləndirilməsində bazar yanaşması və onun spesifik xüsusiyyətləri nəzərə alaraq istifadəsi daşınmaz əmlakın qiymətləndirilməsi prosesində düzgün qərarların qəbul edilməsinə imkan yaradır. Tədqiqatın məhdudiyyəti - tədqiqat resursları baxımından əmlakın qiymətlən- dirilməsində istifadə olunan yanaşmaların tam şəkildə müqayisə edilməməsi. Tədqiqatın praktiki əhəmiyyəti - əmlakın dəyərinin bazar qiymətləndirilməsi üsu- lunun məqalədə şərh olunan nəticələrindən real qiymətləndirmə prosesində istifadə oluna bilməsi və düzgün qərarların qəbul edilməsidir. Tədqiqatın orijinallığı və elmi yeniliyi - əmlakın dəyərinin qiymətləndirilməsində bazar yanaşmasının tətbiqi alqoritminin və onun ümumi metodologiyasının sistemli şərtindən ibarətdir. Açar sözlər: müəssisənin iqtisadiyyatı, əmlakın qiymətləndirilməsi, qeyri-xətti model, vergiqoyma. 1. Giriş Bazar münasibətləri sistemində əmlakın dəyərinin qiymətləndirilməsi müəs- sisənin özəlləşdirilməsi və ləğvində, onun satılmasında mühüm əhəmiyyət kəsb edir. Əmlakın qiymətləndirilməsinin müxtəlif üsulları və onların modifikasiyaları Hüseynov Tural Yadigar oğlu* dissertant, Azərbaycan Texniki Universiteti * Bakı, AZ 1073. H.Cavid prospekti, 25. tempus-sus@yandex.ru AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. 113 ƏMLAKIN QİYMƏTLƏNDİRİLMƏSİ Səh.113-120 114 T.Hüseynov. Əmlakın qiymətləndirilməsində bazar yanaşması mövcuddur. Bu metodların içərisində əmlakın bazar qiymətləndirilməsi və ya müqayisəli yanaşma metodunun xüsusi yeri vardır. Əmlakın qiymətləndirilməsində bazar yanaşması qiymətləndirilən müəssisənin və müqayisə olunan müəssisə-analoqun dəyərinin tutuşdurulmasına əsaslanır. Bazar yanaşması metodu, adətən, elə əmlakın qiymətləndirilməsi üçün tövsiyə olunur ki, onların inkişaf etmiş ikinci bazarları mövcud olur. Belə yanaşma bazar haqqında çox boyük informasiyanın yığılıb, onun istifadəsini tələb edir. Bu nəzərə alınaraq məqalədə əmlakın qiymətləndirilməsində bazar yanaşmasının ümumi metodologiyası verilir. Əmlakın qiymətləndirilməsində bazar yanaşmasının xü- susiyyətləri, üstünlükləri, çatışmayan cəhətləri və bu yanaşmadan istifadə imkan- larının müəyyənləşdirilir və bu yanaşma ilə qiymətləndirmədə kompaniyanın dəyərinın artması əsaslandırılır. 2. Əmlakın qiymətləndirilməsində bazar yanaşması metodları Əmlakın qiymətləndirilməsində bazar yanaşması və ya müqayisəli yanaşma metodu qiymətləndirilən müəssisə və müqayisə olunan müəssisənin dəyərinin tu- tuşdurulmasına əsaslanır. Müqayisəli yanaşma aşağıdakı metodları özündə ehtiva edir [2, s. 45]: kapital bazarı; sövdələşmə (satışın müqayisəli təhlil metodikası); sahəvi əmsallar. Kapital bazarı metodikası qiymətləndirilən müəssisəyə oxşar müəssisənin ak- siyalarının bazar qiymətinə əsaslanır. Əvəzetmə prinsipindən çıxış edərək investor ya analoji müəssisəyə, ya da qiymətləndirilən müəssisəyə investisiya yönəldə bilər. Odur ki, müqayisə edilən analoji müəssisənin aksiyasının dəyəri müəyyən düzəlişlərlə qiymətləndirilən müəssisənin aksiyasının dəyərinin müəyyən edilməsində oriyentiv rolunu oynaya bilər. Bu metodun üstünlüyü ondan ibarətdir ki, burada fond bazarlarında mövcud olan faktiki informasiyadan istifadə olunur. Belə ki, gəlir yanaşması metodunda qeyri-müəyyənliklə səciyyələnən proqnoz məlumatlarından istifadə edilir. Kapital bazarı metodikasının reallaşdırılması üçün bir qrup müqayisə edilən müəssisə üzrə dəqiq və detallaşdırılmış maliyyə və bazar informasiyası vacibdir. Sövdələşmə metodikası (və ya satışın müqayisəli təhlili metodikası) - kapital bazarı metodikasının xüsusi halıdır, müqayisə edilən müəssisənin nəzarət aksiya paketinin və ya bütövlükdə müəssisənin əldə edilməsi qiymətinin təhlilinə əsaslanır. Bu metodika çərçivəsində bir sıra müxtəlif multiplikatorlar hesablanır: qiymət/balans mənfəəti; qiymət/təmiz mənfəət; qiymət/cari pul axını; qiymət/sırf pul axını; qiymət/ümumi mədaxil; qiymət/faktiki mədaxil və s. [1-5]. Bu metodikanın əsas üstünlüyü ondan ibarətdir ki, o cari real təsərrüfatçılıq 115 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. təcrübəsini əks etdirir, bu metodikanın çatışmayan cəhəti ondan ibarətdir ki, o köhnə hadisələrə əsaslanır və müəssisənin təsərrüfatçılığının gələcək şərtlərini hesaba almır. Sövdələşmə metodikasının kapital bazarı metodikasından əsas fərqi ondan ibarət- dir ki, əgər sövdələşmə metodikası müəssisənin tam idarə olunmasına imkan verən nəzarət paket aksiyalarının dəyərinin səviyyəsini müəyyən edərsə, kapital bazarı metodikası müəssisənin dəyərini nəzarət paketi olmadığı səviyyədə müəyyən edir. Sahə əmsalları metodikası (və ya sahə nisbətləri) müəssisənin dəyərinin təqribi qiymətləndirilməsi üçün istifadə olunur. Qeyd etmək lazımdır ki, xarici qiymətləndirici firmaların təcrübəsi[5, s. 36] göstərir ki: mühasibat firmaları və reklam agentlikləri illik mədaxilin 0,5 və 0,7 səviyyəsində müvafiq olaraq satılırlar; restoran və turist agentlikləri - müvafiq olaraq ümumi mədaxilin 0,25-0,5 və 0,04-0,1 səviyyəsində satılırlar; pərakəndə ticarət müəssisəsi - 0,75-1,5 məbləğində (təmiz gəlir + avadan- lıqlar+ehtiyatlar); yanacaqdoldurma stansiyaları - 1,2÷2,0 (aylıq mədaxillər); maşınqayırma zavodları - 1,5÷2,5 məbləğində (təmiz gəlir+ehtiyatlar). İqtisadiyyatın bir sıra sahələri üçün qiymətləndirilmənin “qızıl qaydası” belədir: alıcı müəssisə üçün vergi tutulan qədər orta illik mənfəətin kəmiyyətinin dörd qatın- dan artıq olmayan dəyər ödəyəcəkdir. Müəssisənin qiymətləndirilməsində yuxarıda sadalanan metodikalar bir-birindən izolə edilmiş halda istifadə olunmurlar, onlar bir- birini qarşılıqlı tamamlayırlar. Konkret müəssisənin qiymətləndirilməsi üçün bir qayda olaraq müxtəlif yanaşmalardan bir neçə metodika istifadə edilir. Sonra isə müxtəlif metodikalarla alınmış nəticələr öz aralarında tutuşdurulurlar və son qiymətləndirmə qərarını müəyyən edirlər ki, bu da qiymətləndirilən müəssisənin dəyərinin son səviyyəsi adlanır. Buna baxmayaraq, müəssisə dəyərinin bəzi üzvlərinin qiymətləndirilməsi üçün bir sıra metodikalar daha böyük istifadə imkan- larına malikdir. Məsələn, müəssisənin sığorta dəyərinin qiymətləndirilməsi üçün ən yaxşı metodika kimi əvəzetmə dəyəri hesabatı və ya balans dəyərinin korreksiya edilməsi metodikası, sabit gəlir gətirən müəssisənin qiymətləndirilməsi üçün gəlirin kapitallaşması metodikası tövsiyə olunur və s. Qeyd edək ki, bazar yanaşması və ya müqayisə yanaşması elə maşın və avadan- lıqlar üçün tövsiyə olunur ki, onların inkişaf etmiş ikinci bazarı mövcuddur: avtomo- billər, çox növ dəzgahlar, gəmilər, təyyarələr və başqa standart seriyalı avadanlıqlar. Bu metod avadanlığın cari vəziyyətində onun vahidinin “dəyərini” adekvat əks et- dirən bazar qiymətinin təyin edilməsinə əsaslanır. Burada istifadə olunan əsas prinsip tutuşdurmadır və aşağıdakıları nəzərə almaqla yerinə yetirilir [4, s. 79]: ikinci bazarda satılan dəqiq analoqu ilə; dəqiq analoqunun olmadığı halda uyğun korreksiya düzəlişlərinin aparılması ilə ikinci bazarda satılan təqribi analoqu ilə; 116 T.Hüseynov. Əmlakın qiymətləndirilməsində bazar yanaşması ikinci bazarın olmadığı halda aşınma üçün müvafiq düzəlişlərin edilməsilə yeni analoji avadanlıqla. Təbiidir ki, belə yanaşma çox böyük həcmdə bazar informasiyasının olmasını və obyektin müqayisəsində adekvat metodun istifadəsini tələb edir. Başqa sözlə qiymətləndirici çox böyük, daim təzələnən məlumat bazasına malik olmalıdır. Həmçinin belə informasiyanı daim toplamaq lazımdır, belə ki, təcrübədə müxtəlif maşın və avadanlıqların qiymətləndirilməsi başqa-başqa sənaye sahələrinin spesifik xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir. Qiymət və sorğu materiallarına aid məlumatların təşkili metodikası qiymətləndiricinin özü vasitəsilə həyata keçirilir. Çox vaxt məlumatlar bazası (kitabxanası) sahə klassifikasiya kateqoriyasına, məlumatların kodlaşdırılmasına, istehsalçı-firmalar üzrə əlifba sırası ilə və başqa prinsiplərlə təşkil olunur. Belə kitabxanada aşağıdakı informasiya yığılıb sistem- ləşdirilməlidir: yeni və işlənilmiş avadanlıqların məlum alqı-satqı sövdələşməsinin real qiymətləri; istehsalçıların (adətən, yeni avadanlıqlar) və ya dilerlərin preyskurant qiymətləri; yazılı və ya şifahi sorğu ilə alınmış təkliflər (ofert) qiyməti; qiymət indeksi. Belə formada alınan informasiya müxtəlif qiymət və əldə edilə bilmə qabiliyyəti- nə malik olduğundan yuxarıda sadalanan meyarlarla onların alınma yollarının müqayisə olunması vacibliyi yaranır. Əmlakın qiymətləndirilməsində bazar yanaşması metodikasının ümumi metodologiyası aşağıdakıları özündə ehtiva edir [3, s. 142]: qiymətləndirmə obyekti kimi hər hansı qapalı kompaniya və ya formal açıq olan obyekt çıxış edir və bu kompaniyanın aksiyaları kifayət qədər likvid deyildir. Odur ki, belə kompaniyaların ancaq kotirovkaya görə alınan ak- siyalarının bazar qiymətinə inanmağa əsas yoxdur. aksiyaları çox böyük likvidliyə malik olan açıq kompaniyalar arasında analoq- kompaniya (yaxın analoq) axtarılır; analoq-kompaniyaların aksiyalarının bazar qiyməti (fond bazarında bilavasitə müşahidə olunan) və dövriyyədə olan aksiyaların ümumi miqdarı əsas götürülür. Axırıncılar fond bazarının özünü təmsil edən analoq-kom- paniyalarının bazar qiymətləndirilməsi adlanır. qiymətdəndirilən kompaniyaya müxtəlif düzəlişlərin edilməsini nəzərə alaraq, fond bazarının analoq-kompaniyanın bazar qiyməti haqqında “fikir” yaradan əsas amil kimi, analoq-kompaniyanın doğru bazar qiyməti və onun fəaliyyə- tinin elan edilmiş maliyyə nəticələri (həmçinin onun elan edilmiş kapitalının quruluşu) arasındakı nisbət götürülür; göstərilən nisbətlər qiymətləndirilən kompaniyanın cari maliyyə vəziyyətinin 117 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. (həmçinin kapitalın quruluşu) uyğun göstəricilərinə vurulur. Bununla da baxılan qapalı kompaniyanın ehtimal edilən dəyəri qiymətləndirilir (fond bazarında müşahidə oluna bilən). Bu zaman həmin qapalı kompaniyanın ak- siyaları bu bazada yerləşdirilə bilsəydi və kifayət qədər likvid olsaydı şərtləri də nəzərə alınır. Bu zaman o da güman edilir ki, şəffaf maliyyə bazarında analoji kompaniyalar elan edilmiş maliyyə nəticələri və onların bazar qiymətləri təqribən eyni nisbətə malik olmalıdır. Bu yanaşma qiymətləndirilən kompaniyanın dəyərini xeyli artırır. Belə ki, faktiki olaraq onun aksiyaları likvid deyildir, bu da xüsusi olaraq kompaniyanın menecer- lərinə böyük təsir edə bilməyən kiçik aksiya paketi saxlayanlar üçün çox vacibdir. Belə ki, əgər səhmdarlar öz vəsaitlərini başqa biznesə yönəldirsə və ya istehlak məqsədilə bu vəsaitləri biznesdən çıxarmaq istəyirlərsə, kiçik aksiya paketi saxlayan- lar kompaniyadan öz aksiyalarını almaqda menecerlərlə sövdələşmə, problemlər yaradır. Burada bir məqama da toxunmaq lazımdır, bazar yanaşması müəssisəni fəaliyyətdə olana adekvat qiymətləndirməkdir, ona görə ki, burada analoq-kom- paniyanın qiymətləndirilməsi fond bazarı tərəfindən fəaliyyətdə olan kimi qiymətləndirilir. Download 4.23 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling