İşçi heyəti: Redaksiya heyəti: Elşən Hacızadə baş redaktor, iqtisad elmləri doktoru, professor Vahid Axundov


Download 4.23 Kb.

bet19/22
Sana17.11.2017
Hajmi4.23 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   22

Elşən HACIZADƏ,
iqtisad elmləri doktoru, professor
t
“Ekonometrikaya giriş”
Ekonometrika iqtisadi hadisə və proseslərin kəmiyyət
və  keyfiyyətini  riyazi,  statistik  metod  və  modellərin
köməyi ilə öyrənən elm sahəsidir. Əsas məqsədi statistik
və riyazi modellərdən istifadə yolu ilə iqtisadi nəzəriyyəni
inkişaf etdirmək olan ekonometrikanın müasir predmeti
Beynəlxalq İqtisadçılar İttifaqı - Ekonometrik Cəmiy-
yətin nizamnaməsində öz əksini tapmışdır. 
YENİ NƏŞRLƏR

İngilis iqtisadçısı Con Riçard Nikolas
Stoun  (Sir  John  Richard  Nicholas  Stone)
1913-cı  ildə  Londonda  anadan  olmuşdur.
1935-ci  ildə  Kembric  Universitetini
bitirdikdən sonra özünü elmi tədqiqat işinə
hazır  saymadığı  üçün  karyerasını  biznes
sahəsində qurmağa səy göstərmişdir. Lon-
donda «Lloyd» sığorta cəmiyyətinin iqtisadi
məlumat  bülletenini  nəşr  etməklə  əmək
fəaliyyətinə başlayan Riçard Stoun 1937-ci
ildə  həyat  yoldaşı  Unifred  Meri  Cenikslə
birlikdə “Тrends” aylıq iqtisadi jurnalında
çalışmışdır.  İkinci  Dünya  müharibəsinin
alovlandığı  1939-cu  ildə  C.Stounu  hərbi
nazirliyə işə dəvət etmiş və ona dəniz daşın-
maları və neft təchizatı statistikası ilə məşğul
olmağı tapşırmışlar. Lakin bir gun sonra o,
hərbi kabinet katibliyinin mərkəzi iqtisadi
informasiya xidmətinə köçürülmüşdür. 
C.Stoun burada C.Keynz və C.Midlə bir-
likdə  Böyük  Britaniyanın  iqtisadi  və
maliyyə vəziyyətini əks etdərən ümumi ic-
malın hazırlanması işinə cəlb olunmuşdur.
Bu iş ona iqtisad elmi sahəsində tədqiqatlar
aparmaqda geniş imkan yaratmışdır.
Dövlət  xidmətindən  getdikdən  sonra
C.Stoun 1945-ci ildə Kembric Universitetin-
də yeni yaradılmış tətbiqi iqtisadiyyat depar-
tamentinin  ilk  direktoru  təyin  edilmişdir.
1955-ci ildə isə o burada maliyyə və müha-
sibat professoru vəzifəsində çalışmış, 1980-
ci  ilə  -  istefaya  gedənə  qədər  maliyyə  və
statistika kafedrasına rəhbərlik etmişdir.
Milli hesablar problemini tədqiq edərək
hesabların tam uzlaşması sistemini irəli sür-
məsi  C.Stounun  iqtisad  elmi  qarşısında
mühüm  xidməti  sayılır.  “Stonun  milli
hesablar  sistemi”  ilk  dəfə  1953-cü  ildə
BMT-nin  Statistika  şöbəsində  dərc
edilmişdir. Bu sistem, sadəcə olaraq, yalnız
milli gəlirin tərkib hissələrini özündə bir-
ləşdirən cədvəllər sırası deyil, həm də hər bir
xərc növünə uyğun gələn gəlirlər fonunda
qarşılıqlı uzlaşmanı əks etdirən ikiqat müha-
sibatlıq  şəbəkəsidir.  C.Stounun  milli
hesablar siteminin standartlaşmasının yara-
dılması  ilə  bağlı  işləri  müxtəlif  variasi-
yalarada  iki  sonrakı  onilliyi  də  əhatə
etmişdir. 
Bundan  başqa,  C.Stounun  çoxsaylı
məqalə  və  məruzələri  istehlak  davranış-
larının empirik təhlilinə həsr olunmuşdur.
Bu təhlillərin ümumiləşməsi onun D.Rou-
vomla  müştərək  işləmiş  olduğu  “İstehlak
xərclərinin  ölçülməsi  və  istehlakçıların
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
194
Nobel mükafatı laureatları
İqtisadiyyat sahəsində Nobel mükafatına 1984-cu ildə ingilis iqtisadçısı Riçard
Stoun (1913-1991) milli hesablar sisteminin yaradılması sahəsindəki yenilikçi işlərinə
görə, 1985-ci ildə isə ABŞ iqtisadçısı Franko Modilyani (1918-2003) əmanətlərə mü-
nasibətlərdə insanların davranışlarının təhlilinə görə layiq görülmüşlər.
Riçard
Stoun 
ELM KORİFEYLƏRİ

1920-1938-ci  illərdə  Birləşmiş  Krallıqda
davranışı”  (“The  Measurement  of  con-
sumers” expenditure and behaviour in the
United Kingdom, 1920–1938, 1954-1966)
adlı  əsərində  öz  dolğun  əksini  tapmışdır.
Mahiyyətcə,  bu,  istehlak  funksiyasının
təhlili əsasında ilk tədqiqat olmuşdur. 
1960-ci illərdə C.Stoun əvvəlki tədqiqat-
ları  ilə  yanaşı,  əmanətlər  probleminin  və
həmçinin,  əmanətçilər  qismində  fərdlərin
davranışlarına  təsir  edən  amillərin  təhlili
işlərinə  qatılmışdır.  O,  uzun  illər  sosial
hesablar  matrisasını  tələb  və  istehsal
bərabərliyi ilə birləşdirən artımın Kembric
modelinin yaradılması sahəsindəki araşdır-
malara  rəhbərlik  etmişdir.  Bu  model
hökumətin  iqtisadi  siyasətinin  hazırlan-
masında istifadə üçün nəzərdə tutulmuşdur.
Əsas məşhur elmi əsərləri:
1. Milli gəlir və milli xərclər - C.Midlə
müştərək (National income and expenditure,
1944);
2.  Milli  gəlirin  ölçülməsi  və  milli
hesablar düzümü (Measurement of national
income and the construction of social ac-
counts, 1947);
3. İqtisasdi artımın hesablanma modeli -
A.Braunla müştərək (A Computable model
of economic growth, 1964);
4.  Riyaziyyat  sosial  elmlərdə  və  digər
oçerklər.  (Mathematics  in  social  sciences
and Other essays, 1966);
5. İqtisadiyyatda riyazi modellər və digər
oçerklər (Mathematical models in economy
and Other essays, 1970);
6. Sosial və demoqrafik statistika sistemi
üçün (Towards a system of social and demo-
graphic statistics, 1975);
7. İqtisadi və sosial modelleşmənin bəzi
aspektləri (Aspects of economic and social
modelling, 1981).
Riçard  Stoun  çoxsaylı  fəxri  adlara  və
mükafatlara layiq görülmüşdür. O, 1945-ci
ildə Kral kollecinin fəxri üzvü, 1955-ci ildə
Ekonometrik Cəmiyyətin prezidenti olmuş,
1978-1980-ci illərdə Kral İqtisadi Cəmiyyə-
tinə rəhbərlik etmiş, 1978-ci ildə zadəgan ti-
tulu  qazanmışdır.  Riçard  Stoun  həmçinin
Amerika Elm və İncəsənt Akademiyasının
və  Amerika İqtisadi Assosiyasiyasının əc-
nəbi  üzvü  olmuşdur.  O.  Oslo,  Brüssel,
Cenevrə, Uorvika, Paris və Bristol univer-
sitetlərinin fəxri adlarını almışdır
Con Riçard Nikolas Stoun 1991-ci ildə
78 yaşında Kembricdə vəfat etmişdir.
Franko Modilyani (Franco Modigliani)
1918-cı  ildə  Romada  yəhudi  ailəsində
anadan olmuşdur. 1939-cu ildə Roma Uni-
versitetini bitirərək öncə Fransaya, sonra isə
ABŞ-a mühacirət etmişdir. O burada Nyu-
York Sosial Tədqiqatlar Məktəbini bitirmiş
və tədris müəssisəsində dərs demişdir. 1949-
cu ildə Çikaqo Universitetində, 1950-1962-
ci  illərdə  İllinoys  ştatının  universitetində,
Karnegi  Texnoloji  İnstitutunda  və  Şimal-
Qərb Universitetində müəllimlik etmişdir.
1962-1968-ci illərdə isə Massaçuset Texno-
loji İnstitutunun iqtisadiyyat və maliyyə üzrə
professoru olmuşdur. Bu illər ərzində o həm
də dövlət müşaviri, Federal Ehtiyatlar Sis-
teminin  idarəetmə  şurasının  üzvü  vəzi-
fələrini də yerinə yetirmişdir. 1976-1983-cü
illərdə  F.Modilyani Beynəlxalq İqtisadi As-
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
195
Franko
Modilyani 

sosiasiyanın vitse-prezidenti, 1983-cü ildən
isə  Amerika  İqtisadi  Assosiyasiyasının
prezidenti seçilmişdir.
F.Modilyani  mikro  və  makroiqtisadi
nəzəriyyənin  müxtəlif  aspektlərinin  inki-
şafına böyük töhfələr vermişdir. Mikroiqti-
sadiyyat sahəsində onun araşdırmaları daha
çox  kapital  nəzəriyyəsi,  kapital  qoyu-
luşlarının maliyyələşməsi, kapitalın struktutu
ilə bağlı istiqamətləri əhatə etmişdir. F.Mod-
ilyaninin  bu sahədəki  tədqiqatları  iqtisadi
ədəbiyyatlarda “Kapitalın dəyəri haqqında
Modilyani-Miller teoremi” kimi məşhurdur.
O, keynzçi tədqiqatların davamçısı olaraq bu
istiqamətdə də nəzəriyyənin inkişafında xid-
mətlər göstərmişdir.
1980-1990-cı 
illərdə 
F.Modilyani
keynzçi və monetar nəzəriyyənin uzlaşdırıl-
masına  böyük  diqqət  yetirmişdir.  Onun
fikrincə, keynzçilərlə monetaristlər arasında
əsas fərq pulun rolu münasibətlərindən de-
yildir.  Burada  başlıca  cəhət  odur  ki,
“neomonetaristlər etiraf edirlər ki, bazar iqti-
sadiyyatı  məcmui  məhsulun,  işsizliyin  və
qiymətin  dəyişkənliklərinə  bağlıdır.  Buna
görə də onlar korrektə oluna bilər və kor-
rektə olunmalıdırlar”. Daha yəqini isə bu is-
tiqamətlər  üzrə  fərq  fəlsəfi  əsaslarda  -
iqtisadiyyatın dövlət tənzimlənməsi imkan-
larına olan münasibətlərdədır.
F.Modilyani isbatlayır ki, müasir kapita-
list  iqtisadiyyatının  xarici  şoklara  daha
dayanıqlı olmasına baxmayaraq, o böhran-
dan  çıxışlarda  tarazlığın  tez  bərpa  olun-
masında  yetərli  işlək  mexanizmə  malik
deyildir.
Qeyd  olunmalıdır  ki,  bütün  bunlarla
yanaşı, F.Modilyani Federal Ehtiyatlar Sis-
teminin sifarişləri əsasında ABŞ-ın yeni iqti-
sadi modelinin işlənməsində aktiv iştirak et-
mişdir. O, həmçinin müxtəlif təyinatlı dövlət
və özəl layihələrin hazırlanmasında səmərəli
elmi fəaliyyəti ilə də fərqlənmişdir. Keynzin
“istehlakçının funksiyası” nəzəriyyəsini tək-
milləşdirməyi  qarşıya  məqsəd  qoyaraq
F.Modilyani ayrılıqda hər bir fərdin makro-
iqtisadi davranışı üzrə məntiqi baza düşün-
müş  və  onu  yaratmışdır.  Onun  daha
məşhurlaşdıran şəxsi əmanətlərin yaranışı
ilə bağlı “həyat tsikli” modeli olmuşdur. Bu-
rada  o,  təsdiq  etmişdir  ki,  əmanətlər  üzrə
əsas prinsip daimi həyat standartının cəlbe-
diciliyinin  saxlanılması  imkanlarlarına
malik olmağındadır.
Əsas məşhur elmi əsərləri:
1.  Milli  gəlir  və  beynəlxalq  ticarət.  -
H.Neysserlə  müştərək  (National  Incomes
and International Trade, 1953);
2. Beynəlxaq ödəniş sisteminin islahatı.
- Q.Askari ilə müştərək (The Reform of the
International Payments System, 1971);
3. Seçilmiş əsərləri. 3 cilddə (The Col-
lected Papers, 1980).
F.Modilyani Nobel mükafatı laureatı ol-
maqla yanaşı, bir sıra digər mukafat və ad-
lara  da  layiq  görülmüş,  bir  sıra  ölkələrin
universitetlərinin fəxri professoru olmuşdur.
Amerika Maliyyə Assosiasiyasının, Amerika
və İtaliya ekonometrik cəmiyyətlərinin üzvü
seçilmişdir.
Franko  Modilyani  2003-cü  ildə,  85
yaşında ABŞ-ın Massaçutes ştatının Kem-
bric şəhərində vəfat etmişdir.
t
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
196

BARTER - (fransızca - barater - dəyiş-
mək) - pul ödənişi aparılmadan malların biri-
biri  ilə  dəyişdirilməsi  üzrə  natural  əmtəə
mübadiləsi.
BARTER SAZİŞİ - valyutasız (pulsuz),
lakin  əmtəə  mübadiləsi  dəyərləndirilmiş  və
balanslaşdırılmış əmtəə mübadiləsi sazişi.
BASORAMA - (ingiliscə - bas - avtobus)
- avtobusların və digər nəqliyyat vasitələrinin
damına bərkidilmiş reklam paneli.
BAY-BEK - (ingiliscə - buy-back - satın
almaq, pul verib geri almaq) - satılmış avadan-
lığın  həmin  avadanlıqda  istehsal  olunmuş
məhsullarla hesablaşmasını təmin edən əmtəə
mübadiləli  əməliyyat;  müəssisənin,  yeni  ti-
kilinin  avadanlıq  verilməsi  ilə  kreditləş-
dirilməsi.
BAZA - (fransızca - base - təməl, əsas) -
1) digər analoji məlumatlarla müqayisə təyi-
natlı,  müəyyən  zaman  mərhələsinə  aid  olan
iqtisadi məlumat və göstəricilər. 2) əmtəələrin
saxlanılması anbarı.
BAZAR - ayrı-ayrı əmtəələr və xidmətlər
üzrə satıcılarla alıcıların birgə fəaliyyəti me-
xanizmi  olmaqla  iqtisadi  münasibətlərdə
tələblə-təklifin məcmusu, hər hansı əmtəə üzrə
bir qrup adamın sövdələşməsi ilə baş verən sıx
fəaliyyət münasibətləri və əmtəə, əmtəə-pul
mübadiləsi  formasıdır.  Bazarın  əmtəələr  və
xidmətlər bazarı, istehsal vasitələri bazarı, iş
qüvvəsi bazarı, elmi-texniki tədqiqatlar, inno-
vasiya  və  patent  bazarı,  valyuta,  maliyyə-
qiymətli  kağızlar  bazarı,  mənzil  bazarı,
informasiya məhsulları bazarı kimi növlərini
fərqləndirirlər.  Coğrafi  vəziyyətinə  görə
bazarlar - müvazinətli bazar, əmtəə artıqlığı
olan bazar, defisitli bazar, azad rəqabətli bazar,
inhisarçı  bazar,  qarışıq  və  oliqapolik  bazar,
geniş çeşidli əmtəələr bazarı, qarışıq əmtəələr
bazarı, topdansatış və pərakəndəsatış bazarları
kimi təsnif edilir.
BAZAR  DƏYƏRİ  -  bazardakı  hər  bir
konkret məqam üzrə tələb və təklif əsasında
əmtəə  və  xidmətlərin,  o  cümlədən  birja
əmtəələrinin, fond qiymətliləri və valyutaların
cari dəyəri.
BAZAR  FONDLARI -  şəxsi  istehlak
üçün daxili bazarda əhaliyə təklif edilən mal-
ların məcmusu. Onlar bir çox istehlak pred-
metləri üzrə mal ehtiyatlarının əsas hissəsini,
məsələn, mebellərin 80 faizdən çoxunu, dəri
ayaqqabıların  və  tikiş  məmulatlarının  90
faizini təşkil edir. Bazar fondları həcminə və
strukturuna görə bir tərəfdən istehsal həcmi,
mal  təyinatı  ilə,  digər  tərəfdən  -  əhalinin
alıcılıq fondlarının həcmi ilə əlaqələndirilir.
BAZAR İQTİSADİYYATI - bazar sub-
yektlərinin sərbəstliyini təmin edən azad təsər-
rüfatçılıq forması. Bazar iqtisadiyyatının üç
modelini fərqləndirirlər: 1. Liberal bazar iqti-
sadiyyatı  modeli  -  xüsusi  mülkiyyətin  iqti-
sadiyyatda payının çox olması və üstün mövqe
tutması ilə, təsərrüfat qanunvericiliyinin bazar
subyektlərinin tam sərbəstliyini təmin etməklə
onların  dövlət  tərəfindən  ola  biləcək  təsir-
lərdən qorunması ilə, dövlət tənzimlənməsinin
məhdud  xarakter  daşıması  və  əsasən,
makroiqtisadi  prosesləri  əhatə  etməsi  ilə,
əhalinin bir çox zəruri yaşayış problemlərinin
həll edilməsindən dövlətin təcrid edilməsi ilə,
sosial  məqsədlərin  həyata  keçirilməsinə
yönəldilən xərclərin qalıq xarakter daşıması
ilə, ümumimilli məhsulda dövlət büdcəsinin
payının az olması ilə və s. ilə xarakterizə olu-
nur; 2. Sosial yönümlü bazar iqtisadiyyatı -
çox  və  ya  az  dərəcədə  dövlət  sektorunun
olduğu qarışıq iqtisadiyyatın olması ilə, nəinki
makroiqtisadi proseslərin, hətta bazar subyekt-
lərinin  fəaliyyətinin  ayrı-ayrı  sahələrinin
dövlət  tərəfindən  tənzimlənməsi  ilə,  dövlət
tərəfindən əhaliyə qeyri-istehsal sahəsindəki
xidmətlərin  pulsuz  göstərilməsi,  ailə  gəlir-
lərindən  asılı  olmayaraq  cəmiyyətin  bütün
üzvlərinin bu xidmətdən istifadə etməsi üçün
sosial təminat yaradılması, hər bir vətəndaşa
pulsuz  təhsil,  səhiyyə  xidməti  alması
hüquqlarının həyata keçirilməsinə təminat ve-
rilməsi  ilə,  işsizlərin  sayının  minimuma
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
197
İqtisadi terminlər lüğəti
TERMİNOLOGİYA

endirilməklə əhalinin məşğulluğunun tənzim-
lənməsi ilə, ümumimilli məhsulun tərkibində
dövlət büdcəsinin xüsusi çəkisinin çox olması
və  s.  ilə  səciyyələnir;  3.  Sosial-demokrat
yönümlü bazar iqtisadiyyatı - sosial yönümlü
bazar iqtisadiyyatı modeli ilə, demək olar ki,
eynidir.  Buna  baxmayaraq,  bu  model  üçün
dövlət mülkiyyətinin həddən artıq çox olması
xarakterikdir. Bazar iqtisadiyyatının bu modeli
ən  çox  İsveçrədə  tətbiq  olunduğundan  ona
bəzən İsveç modeli də deyilir.
BAZAR  QİYMƏTİ  -  1)  azad  rəqabət
bazarında tələb və təklifin qarşılıqlı təsiri və
əlaqəsi nəticəsində yaranan qiymət; 2) müəy-
yən zaman kəsiyində real bazarda  əmtəələrin
formalaşmış qiyməti, bazarda əmtəənin satıla
bildiyi qiymət.
BAZAR  İNFRASTRUKTURU  -  iqti-
sadiyyatın  ümumi  quruluşunun  bazar  siste-
minə  xidmət  edən  və  onun  fəaliyyəti  üçün
zəruri şərait yaradan tərkib hissəsi. Bazar in-
frastrukturunun  ən  mühüm  tərkib  ünsürləri
kimi əmtəə, fond, valyuta və əmək birjaları,
lizinq  kampaniyaları,  banklar,  auksionlar,
yarmar-kalar çıxış edirlər.
BAZARIN ATOMİSTİKLİYİ - çoxsaylı
alıcı və satıcının təmsil olunduğu bazarda bir-
birindən  üstün  olmayan,  bərabər  və  eyni
vəziyyətllilik. Atomistiklilik təkmil rəqabətin
əsas şərtlərindən birini təşkil edir.
BAZAR ÖZÜNÜTƏNZİMLƏNMƏSİ -
tələb  və  təklifə,  qiymətlərin  formalaşması
rəqabətinə, əmtəələrin istehsalı və istehlakına,
istehlak səviyyəsinə, işlərin keyfiyyəti və is-
tehsal səmərəliliyinə bazar mexanizminin av-
tomatik təsiri. Bunla belə, vurğulanır ki, bazar
özünütənzimlənməsi müstəqil gücə malik de-
yildir və o, dövlət tənzimlənməsi, menecerlər
tərəfindən idarəolunma, cəmiyyət, ailə və in-
sanların reaksiyaları ilə dolğunlaşır.
BAZAR REPORTYORLARI - sövdələş-
mələri,   katirovkaları   qeydə   alan,  onları
müqavilə  bağlantılarına  nəzarət  üçün  elek-
tronlaşdıran  və  kənara  informasiyaların
ötürülməsini təmin edən birja xidmətçiləri.
BAZAR  SİSTEMİ -  1)  əmtəə  və  xid-
mətlər bazarı məcmusu; 2) əsasında mübadilə
dayanan təsərrüfat münasibətləri sistemi.
BAZAR  STRATEGİYASI -  bazarda
şirkətlər tərəfindən aparılan strategiya.
BAZİS - (yunanca - basis - təməl, əsas) -
ticarət  predmeti  olaraq  birja  kotirovkasına
əlavə edilmiş və ondan çıxan endirim.
BEDLAM - (ingiliscə - bedlam - ağıldan
kəmlərin Londonda yaşadığı evin adı) - jar-
qon:  xaos,  çaxnaşmalar  zamanı  birjada
ayrıdetməmə vəziyyəti.
“BEK-OFİS” - (ingiliscə - back-office -
köməkçi ofis, inzibati məntəqə) - xarici iqtisadi
fəaliyyətdə  sənəd  əməliyyatları  xidməti
göstərən bank bölməsi.
BEKVARDEYŞN - (ingiliscə - backwar-
dation  -  endirim)  -1)  birjada  endirməyə
yonəlmiş «ayıları» oyunu (deport); 2) əmtəə
fyuçers 
kontraktlarının 
bağlanmasında
yaranan  situasiya.  Bu  zaman  real  əmtəə
qiymətləri 
fyuçers 
kontraktları 
üzrə
kotirovkadan, yaxın müddətdə təchiz olunan
əmtəə qiymətləri isə uzaq mövqeyli katirod-
kalardan yüksək olur.
BENEFİSİAR -  (fransizca  -  benefice  -
mənfəət,  fayda)  pulu  akkreditiv  və  ya  digər
bank əməliyyatı üzrə alan.
BENİLÜKS - (ingiliscə - BENİLYUKS -
Belçika, Hiderland və Lüksemburq ölkələrinin
baş hərifləri) - Daxili gömrük rüsumlarını ləğv
edərək  vahid  xarici  tarif  qəbulunu  həyata
keçirmək,  həmçinin,  daxili  maliyyə  siyasə-
tində və dolayı vergi sahəsində koordinasiya
siyasətini aparmaq məqsədi ilə 1958-ci ildə
Belçika, Niderland və Lüksemburqun təsis et-
diyi gömrük ittifaqı.
BESSA - (fransızca - baisse - enmə, eniş)
- birja kağızlarının kursunun aşağı düşməsi.
BESTSELLER -  xüsusi  yüksək  tələbli
birja əmtəəsi.
BETA-ƏMSAL - (yunan əlifbasınada (β)
-  ikinci  hərf)  qiymətli  kağızlar  bazarında
ümumi situasiyaya, bütövlükdə ayrıca qiymətli
kağızın  qiymət  dinamikasına  təsir  edən
göstərici.
BETA-TEST - (yunan əlifbasında  (β) - ikinci
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
198

hərf) seriyalı istehsalın başlanılmasından öncə
hər hansı firmaya hazırlanmaq üçün veriləcək
məhsulun aprobasiyası. Yüksək texnologiyalı
məhsullar üçün xarakterikdir.
BEYNƏLXALQ BAZAR - xarici ölkələ-
rin alıcılarının, istehsalçı və istehlakçılarının,
həmçinin, satıcılararası bazarı.
BEYNƏLXALQ  ƏMƏK  BÖLGÜSÜ -
hazırlanmasına daha ucuz resurslar cəlb edilən
və digərlərinə nisbətdə üstün şəraiti olan ayrı-
ayrı əmtəə növləri istehsalı üzrə ölkələrin ix-
tisaslaşması.  Belə  ixtisaslaşma  şəraitində
ölkələrin  tələbatları  yalnız  öz  istehsalı
hesabına deyil, həmçinin, beynəlxalq ticarət
vasitəsi ilə təmin olunur.
BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATI -
(BƏT) - (ingiliscə - International Labour Or-
ganization - İLO) - 1919-cu ildə təsis olunmuş
beynəlxalq  təşkilat.  1946-cı  ildən  müxtəlif
ölkələrdə  əhalinin  əmək  şəraitinin  və  sosial
təminatının yaxşılaşdırılması problemləri ilə
məşğul  olan,  əmək  qanunvericiliyi  üzrə
tövsiyələr verən BMT-nin xüsüsi bölməsi kimi
çıxış edir. BƏT-də üç tərəf təqdim olunur: bu
təşkilat üzrə ölkəllərin təmsilçiləri, həmkarlar
ittifaqları nümayəndələri və ölkə sahibkarları
təşkilatları. Mənzil-qərərgahı Cenevrədədir.
BEYNƏLXALQ  KOOPERATİV  AL-
YANSI (BKA) - (ingiliscə - International Co-
operative Alliance - İCA) - əsasən, istehlak,
kredit və kənd təssərüfatı yönümlü milli və re-
gional ittifaqları,  kooperativ  federasiyaları
birləşdirən,  kooperativ  hərəkatını  bütün
dünyada təmsil edən qeyri-hökümət təşkilatı.
1895-ci ildə Londonda təsis edilmişdir. BKA
700  milyondan  çox  insanın  maraqlarından
çıxış  edir.  2010-cu  ilin  sonuna  alyansa  92
ölkədən 248 kooperativ federasiya və təşkilat
daxil  olmuşdur.  BKA-nın  nizamnamə  üzrə
əsas  məqsədləri:  bütün  ölkələrdə  koope-
rasiyanın inkişafına kömək etmək, kooperativ
hərəkatın  metod  və  prinsiplərinin  təşviqi,
maraqların təqdimatı və müdafiəsi, qarşılıqlı
əlaqələrin  yaradılması  və  inkişafı,  müxtəlif
ölkələrin kooperativləri arasında əməkdaşlıq,
uzunmüddətli sülh və təhlükəsizliyin bərqərar
olunması. BKA-nın rəhbər orqanıları: konqres
- bir neçə ildən bir çağrılır, Mərkəzi Komitə -
hər il çağrılır. İcraiyyə Komitəsi - BKA-nın
prezidenti,  2  vitse-prezident  və  13  üzvdən
ibarətdir. Cari işlərə direktor və Katiblik rəh-
bərlik  edir.  BKA  “Beynəlxalaq  kooperativ
günü” bayramının müəllifidir və BMT-də məs-
ləhətçi statusuna malikdir.
BEYNƏLXALQ  KREDİT -  borc  kapi-
talının ölkələr arasında hərəkəti və fəaliyyəti
ilə  əlaqədar  olaraq  verilən  kredit  növüdür.
Kreditor  və  borc  alan  rolunda  banklar,  iri
şirkətlər, xüsusi sahibkarlar, dövlət idarələri,
hökumət,  həmçinin  beynəlxalq  və  regional
təşkilatlar çıxış edə bilərlər.
BEYNƏLXALQ QIZIL STANDARTI -
XIX əsrdə və XX əsrin əvvələrində mövcud
olmuş əsas ödəniş vasitəsi qismində qızıl çıxış
edən,  dəyəri  isə  müvafiq  miqdarda  qızılla
ölçülən milli pul vahidlərinin beynəlxalq val-
yuta sistemi.
BEYNƏLXALQ  MALİYYƏ    MƏR-
KƏZLƏRİ - ssuda kapitalı bazarının beynəl-
xalq  mərkəzləri.  Bu  sıraya  ilk  növbədə
Nyu-York,  London,  Paris, Tokio,  Frankfurt,
Sürix, Honkonq daxildir.
BEYNƏLXALQ MÜSABİQƏ, tender-
lər - müxtəlif ölkələrə avadanlıqların təchizatı,
injinirinq xidmətlərinin göstərilməsi, obyekt-
lərin tikintisi ilə bağlı sifarişlərin alınması üzrə
hüququnu  əldə  olunmasını  təmin  edən
beynəlxalq  müsabiqə.  Belə  müsabiqələrin
şərtləri əvvəlcədən elan olunur.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   22


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2017
ma'muriyatiga murojaat qiling