İşçi heyəti: Redaksiya heyəti: Elşən Hacızadə baş redaktor, iqtisad elmləri doktoru, professor Vahid Axundov
Ödəməmələr probleminin aradan qaldırılması yolları
Download 4.23 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Танрывердиев Галиб Азиз оглы магистр, Министерство по налогам Азербайджанской Республики Основные направления повышения платежеспособности предприятий Аннотация
- Ключевые слова
- The main directions of increasing of solvent of enterprise Abstract
- Keywords
- Elşən Rəsul oğlu BAĞIRZADƏ * Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı 169 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. AZƏRBAYCANDA QEYRİ-RƏSMİ (GİZLİ)
- Açar sözlər
- Key words
- Dünya təcrübəsinin və müvafiq nəzəri mənbələrin təhlili göstərir ki, hər hansı bir ölkədə həyata keçirilən qeyri-rəsmi iqtisadiyyatın leqallaşdırılması siyasətinin uğur qazan
- • Makroiqtisadi mühitin yaxşılaşdırılması; • İqtisadiyyatın rəsmi sektorunun cəlbediciliyinin artırılması;
- Müstəqillik dövründə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətlərin təhlili göstərir ki, bu dövr ərzində yuxarıda qeyd olunan istiqamətlər üzrə ölkədə mühüm sayıla biləcək
- Ölkədə bu istiqamətdə həyata keçirilmiş və keçirilməkdə olan siyasi tədbirlərin
4. Ödəməmələr probleminin aradan qaldırılması yolları Ödəməmələr probleminin qeyd etdiyimiz həlli yolları praktiki olaraq dövlət tən- zimlənməsinin bütün sahələrində başlıca və geniş həcmli tədbirləri özündə cəm- ləşdirir. Eyni zamanda, yığılmış, vaxtı keçmiş borcların yükü bu tədbirlərin bir çoxunu praktiki olaraq həyatakeçirilməz edir. Bununla bağlı, artıq mövcud olan borcların ləğv edilməsi xüsusi əhəmiyyətə malik olur. Onun üç qrupunu qeyd edək: büdcənin yığılmış borcları. Bu büdcənin əmək haqları üzrə borclarıdır, yerinə yetirilən dövlət sifarişinin ödənilməməsidir, digər müəssisə və təşkilatlara olan borclardır; müəssisələrin kreditor və debitor borcları. Yığılmış borclara vaxt keçdikcə müxtəlif cərimə və penyalar da əlavə olunurlar, bu indiki vəziyyətdə, yəni büd- cəyə və büdcədənkənar fondlara borcun payının sabit artmasında xüsusi olaraq aktualdır. Bu çox güman ki, borcların öz-özünə artmasının əsas amilidir; ödəniş sistemi. Bugünkü günə iqtisadiyyatda hesablaşma mexanizmləri təsər- rüfatın normal fəaliyyət göstərməsindən daha çox böhrana uyğunlaşmışlar. Bu qrupların sıx qarşılıqlı əlaqəsi aydın görünür və ödəməmələrin öz-özünə art- ması probleminin həlli, bu qruplardan birinin üzərinə birmənalı yönəldilə bilməz, bunun üçün bütöv tədbirlər kompleksi lazımdır. Yığılmış borclar probleminin bir neçə həlli yolları sonra təklif olunacaqdır. Ödəməmələrin aradan qaldırılmasında əsas məsələ-yığılmış borc yükünün ləğv edilməsidir. Müəssisələrin ümumi borcu, penya və cərimələri də daxil edərək, ona gətirib çıxardır ki, rentabelli müəssisələrin bir çoxu indiki zamanda iflas həddindədir. Bu təbii ki, istehsalın artımını və müəssisənin rentabelliliyinin artırılmasını lazımi dərəcədə stimullaşdıra bilmir. Əlavə olaraq qeyd etmək lazımdır ki, nəticələrin aradan qaldırıldığı təqdirdə də çox vaxt ödəniş böhranının səbəblərinin kökünü kəsmək mümkün olmur. Belə ki, bir çox hallarda vaxtında büdcədən ödənilməyən sifarişlər sahələrarası borcları artırır (multiplikativ effekt), müəssisələrarası borcların ləğv edilməməsi istehsalçıların in- vestisiya cəlbediciliyinə təhrif olunmuş maliyyə göstəriciləri vasitəsi ilə təsir edir, əmək haqları üzrə işçi heyətinə və büdcədən maliyyələşən işçilərə olan borclar ödəmə qabiliyyətli tələbatı aşağı salır və i.a. Büdcənin borcu - Büdcənin borcunun ödənilməsi ödəniş böhranının yumşaldıl- masının əsas yollarından biridir. Borcun ödənilməsinə yönəldilmiş ilk addım gərək büdcəyə olan bütün borcların təftişi olsun. Eyni zamanda nəinki büdcəyə borcların, hətta onun ödənilməsi ilə bağlı potensial xərclərin də təftişi lazımdır. Burada vacib görünən, birincisi, bütün müəssisə və təşkilatlara olan büdcə ödəməmələri haqqında tam təsəvvürdür, ikincisi isə, büdcəyə və büdcədənkənar fondlara qalıq borcların miqdarıdır. Borcun təftişinin digər müsbət təsiri aşağıdakı itirilmiş həlqələrin bərpası olacaq: 165 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. müəssisəyə ödənilməmiş dövlət sifarişi (məhsulların, işlərin, xidmətlərin tə- darükü), tədarükçülərə borc, büdcəyə ödənilməmiş vergilər. Bu cür həlqələrin bir çoxunun aşkara çıxarılması borcun ödənilməsinin üstün- lüyünü və ardıcıllığını müəyyən etməyə imkan verəcək. Sənaye müəssisələri qarşısında büdcənin borcunun, hətta, qismən ödənilməsi bütün həlqələrdə borcun azalması ilə nəticələnəcək, əlavə olaraq büdcəyə olan borcun böyük hissəsi də ödəniləcək. Büdcə və müəssisələrin borclarının qarşılıqlı əvəzləşmə sxemlərinin istifadəsində mərkəzləşdirilmiş mexanizmin yaradılması lazımdır. Hətta, çox böyük məbləğdə əvəzləşmənin həyata keçirilməsi zamanı külli miqdarda ayrı-ayrı müqavilələr, razılaşdırmalar və digər sənədlər tələb olunur. Bununla belə, işlənib hazırlanmış əvəz- ləşmə sxemləri heç də həmişə ideal və yüksəktəsirli olmurlar. Bunun səbəbi tam məlumatın olmaması, çox sayda vasitəçi firmaların əvəzləşmə sxemlərində iştirakın- dadır. Bu problemin həlli yolu kimi və lazımi mərkəzləşdirilmiş mexanizm kimi hesablaşma- klirinq palatasının yaradılması çıxış edə bilər. Bu palatanın əsas vəzifəsi - hesablaşmaların aparılması və ən əsası müəssisələr arasında qarşılıqlı əvəzləşdirmə sxemlərini ən münasib surətdə (yəni ayrı-ayrı şəxslərin maraqlarına uyğun yox, bütövlükdə iqtisadiyyatın xeyrinə olan) həyata keçirilməsidir. Müəssisələrin borcu (büdcə borcu), həm də sənayedəki debitor-kreditor borcları nəinki yüksək həcmləri ilə, hətta ödəməmələrin istehsal əlaqələrinin kütləvi qarışıq- lığı ilə səciyyələnirlər. Eləcə də müəssisələrin borcu, daim onun üstünə əlavə hesab- lanmış penya və cərimələr ucbatından artır. Bəzən bu məbləğ müəssisənin borcunun ilkin məbləğini də ötüb keçir. Beləliklə, büdcə borcuna nisbətən müəssisə borcunun (büdcəyə, tədarükçüyə, işçi heyətinə və s.) öz-özünə artım sürəti daha yüksəkdir. İndiyə qədər yığılmış ödəməmələrin hər hansı bir yolla tamamilə aradan qaldır- maq mümkün olmamışdır. Müəssisələrin yığılmış borcunun ləğv edilməsi bir neçə mərhələdə həyata keçirilir. İlk növbədə, bu əsasən qarşılıqlı borcların saldosunu özündə əks etdirən, istehsal sferasında ödəməmələrin təftişidir. Bu məsələnin həllində, əsas alət kimi müəssisələrin borclarının lokal uçotu aparıla bilər, yəni de- bitor-kreditor borcu olan ayrı-ayrı müəssisələr arasında sıranın qurulması, həm də, bu sırada əsas əlaqələndirici həlqə kimi büdcəyə vergi ödənişləri çıxış edə bilər. Digər addım borc öhdəliklərinin restrukturizasiyası olmalıdır. Belə ki, büdcə qarşısında müəssisələrin borcları, onların struktur siyasətinin prioritetlərində tutduğu yerdən asılı olaraq 3-5-10 il müddətinə restrukturizasiya edilə bilər. Cərimə və penyalar üzrə borclar isə, onların ödənilməsi real olmadığından ümumiyyətlə silinə bilər. Restrukturizasiya real sektordan bütün yığılmış borc yükünü aradan götür- məyəcək, lakin bu tədbir iqtisadiyyatda cari hesablaşmaların normallaşmasına real şans vermək iqtidarındadır. 166 Q.Tanrıverdiyev. Müəssisələrin ödəmə qabiliyyətinin artırılmasının əsas istiqamətləri Yığılmış borcların aradan qaldırılmasında əlavə stimul kimi müəssisələrin borclarının ödənilməsi prosesində kreditorların iştirakı olmalıdır. Başqa sözlə, kre- ditorlar öz borclarını və faizlərini buna əlavə edərək, borcunu ödəməyən müəssisənin qiymətli kağızlarına transformasiya etmək (dəyişdirmək) imkanını əldə etməlidirlər. Beləliklə, kreditor səhmlərin sahibinə çevrilir və müəssisənin idarə edilməsində bilavasitə iştirak etmək qabiliyyətində olur. Bu kreditorun fəallığını stimullaşdırır, onun borclara görə məsuliyyətini artırır və borc alanı elə vəziyyətə qoyur ki, o kre- ditorun qərarını qəbul etmək məcburiyyətində olur. Eələcə də borc alanın səhmlərini reallaşdırmaq imkanı yaranır, müəssisənin borcu tədavül qabiliyyətliliyini (dönərliliyini) əldə edir. Lakin bu tədbirin həyata keçirilməsinə çox ehtiyatla yanaş- maq lazımdır. Borcların müəssisənin səhmlərinə transformasiyası növbəti olaraq ki- fayət qədər geniş miqyasda mülkiyyətin yenidən bölünməsinə səbəb ola bilər. Buna görə də ödəməmələrin bu cür həlli variantını qarşılıqlı borcun müvafiq ödənişindən sonra ayrı-ayrı hallarda istifadə etmək lazımdır. Aydındır ki, yığılmış borc hazırkı dövrdə əksər müəssisələr üçün çox ağır yükdür. Borcların borc alan müəssisənin səhmlərinə çevrilməsi ilə yanaşı, borcun tədavül qabiliyyəti (dönərliliyi), borcların veksellərə rəsmiləşdirilməsi ilə də mümkündür. Bu mülkiyyətin yenidən bölüşdürülməsinə, səhmdar cəmiyyəti olmayan müəs- sisələrin borclarının tədavül qabiliyyətinə imkan verəcək. Təklif olunan tədbir nəinki yığılmış borcların tədavülünə, həm də onların qarşılıqlı ödənilməsinə səbəb olacaq. Bu məqsədlə də müəssisələrin debitor borcların satışı üzrə auksionların (hərracların) təşkili xüsusi əhəmiyyət kəsb edir. 5. Nəticə Azərbaycanda müəssisələrin ödəmə qabiliyyətinin zəifləməsinin yaranma səbəblərinin təhlili göstərir ki, müəssisələrin maliyyə vəziyyətinin qeyri-sabitliyi nəticəsində borclar vaxtı keçərək ödəməmələrə çevrilmişdir. Əgər 1995-ci ilə kimi ödəmə qabiliyyətinin zəifləməsi ümumi iqtisadi vəziyyətlə (inflyasiya) əlaqədar idisə, 1996-cı ildən həyata keçirilən maliyyə sabitliyi tədbirləri bu problemin yaranmasında başqa bir amilin dövriyyə vəsaitlərinin çatışmamazlığı probleminin yaranmasına səbəb olmuşdur. Bunlardan çıxış edərək müəssisələrin ödəmə qabiliyyətinin artırılması üçün maliyyə sağlamlaşdırılması tədbirləri həyata keçirilmişdir. Məqalədə ödəmə qabiliyyətinin rolu, əhəmiyyəti və vəzifələri əks olunub ki, bu da onu müəssisələrdə yerinə yetirdiyi funksiya və prinsiplərlə bağlıdır. Bunlar həm də ona görə əks olunmalıdır ki,ödəmə qabiliyyəti istehsal planlarının və onların mövcud resurslarla təmin olunma səviyyəsini əks etdirir. Müəssisələrin ödəməqabiliyyəti potensialının artırılmasında həm mərkəzi, həm də kommersiya banklarının imkanlarından danışdıq. Onu da vurğuladıq ki, bu 167 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. məsələyə digər qurumların da cəlb olunması zərurəti var. Gəldiyimiz qənaət budur ki, yalnız kompleks, yaxşı koordinasiya olan əməllər bu və ya başqa makroiqtisadi problemlərin həllini effektli edə bilər. Beləliklə, müəssisələrin maliyyə vəziyyətinin tənzimlənməsi mexanizmlərindən səmərəli istifadə etməklə ödəmə qabiliyyəti potensialının artırılması və ondan sabit iqtisadi artım məqsədilə istifadə edilməsi Azərbaycan iqtisadiyyatının qarşısında duran aktual problemlərdəndir. Buna görə müəssisələrin ödəmə qabiliyyəti poten- sialının aşağı düşməsinə səbəb olan amillərin öyrənilməsi və onun iqtisadi inkişafa mənfi təsirinin aradan qaldırılması yollarının tədqiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Ədəbiyyat siyahısı: 1. Hacıyev Ə.V. İqtisadiyyatın sağlamlaşdırılması istiqamətləri. Bakı: Ekspert 2001 №1, s. 30-33 2. Şıxəliyev M.M. Qasımov С.M. Ödəmə qabiliyyəti olmayan müəssisələrin dövlət tən- zimlənməsi mövzusunda АzТU-nun 48-ci elmi-praktiki konfransının materialları. Bakı: 2001 s.7-9 3. Şıxəliyev M.M. Zərərlə işləyən dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması mövzusunda AzTU-nun aspirantları və gənc tədqiqatlarının elmi-prak- tiki konfransının məruzə materialları. Bakı: 2002 s .32-36 4. Савицкая Г.В. Методика комплексного анализа хозяйственной деятельности М.: Новое знание. 2003. 800 c. (Saviçkaya Q.V.(2003) Təsərrüfat fəaliyyətinin kompleks təhlilinin metodikası. Moskva. Novoye znanie. 800 s.) 5. Шеремет А.Д. Методика финансового анализа М.: ИНФРА 2000. 700 с. (Şermet.A.D. Maliyyə təhlilinin metodikası. M. İNFRA 2000. 700 s.) 6. Голдберг И., Уоткинс А. Реструктуризация предприятий, Инвестиции в России. №6(65) М.: 2003 г. (Qoldberq İ., Uotkins A. Müəssisələrin restruktirizasiyası, Rusiyada sərmayə qoyuluşu Rosii.№6(65) Moskva 2003). Танрывердиев Галиб Азиз оглы магистр, Министерство по налогам Азербайджанской Республики Основные направления повышения платежеспособности предприятий Аннотация Цель исследования - определение направлений развития финансового выздоровле- ния для повышения платежеспособного потенциала предприятий. Методология исследования - сравнение, системный анализ, логическое обобще- ние. Результаты исследования - разработаны предложения по повышению платеже- способного потенциала предприятий. 168 Q.Tanrıverdiyev. Müəssisələrin ödəmə qabiliyyətinin artırılmasının əsas istiqamətləri Ограничения исследования - требуется более детальное исследование с использо- ванием зарубежного опыта. Практическая значимость исследования - использование в качестве научного ис- точника для повышения платежеспособного потенциала предприятий. Оригинальность и научная новизна - анализированы вопросы повышения плате- жеспособного потенциала предприятий с точки зрения налогообложения. Ключевые слова: платежеспособноcть, финансовое выздоровление, монетарные средства, денежно-кредитная политика. Tanriverdiyev Qalib Aziz oglu master, the Ministry of Taxes The main directions of increasing of solvent of enterprise Abstract Purpose - Definition of directions of development of financial recover for increase of solvent potential of the enterprises. Design/methodology - comparison, the system analysis, logic generalization Findings - are developed offers on increase of solvent potential of the enterprises. Research limitations - more detailed research with use of foreign experience is required. Practical implications - use as a scientific source for increase of solvent potential of the enterprises Originality/value - Analyzed questions of increase of solvent potential of the enterprises from the point of view of the taxation. Keywords: solvent, financial recovers monetary means, a monetary and credit policy. JEL Classification Codes: G18, G33, G32 Məqalə redaksiyaya daxil olmuşdur: 20.09.11. Təkrar işləməyə göndərilmişdir: 22.09.11. Çapa qəbul olunmuşdur: 18.12.11. Elşən Rəsul oğlu BAĞIRZADƏ* Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı 169 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. AZƏRBAYCANDA QEYRİ-RƏSMİ (GİZLİ) İQTİSADİYYATIN LEQALLAŞDIRILMASI SİYASƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ T Ə K L İ F L Ə R XÜLASƏ Bu yazıda müəllif tərəfindən Azərbaycanda qeyri-rəsmi (gizli) iqtisadiyyatın leqallaşdırıl- ması siyasətinin təkmilləşdirilməsi üzrə təkliflər təqdim edilmişdir. Müəllif dünya təcrübəsi və müvafiq nəzəri mənbələrin təhlili əsasında bu təklifləri 4 qrupda toplamışdır: 1) Makroiqtisadi mühitin təkmilləşdirilməsi; 2) İqtisadiyyatın rəsmi sektorunun cəlbediciliyinin artırılması; 3) İqtisadiyyatın qeyri-rəsmi (gizli) sektorunun cəlbediciliyinin azaldılması; 4) İqtisadiyyatın qeyri-rəsmi (gizli) sektoru əleyhinə sosial şüurun formalaşdırılması. Açar sözlər: qeyri-rəsmi iqtisadiyyat, qeyri-rəsmi iqtisadiyyatın leqallaşdırılması, Azər- baycan iqtisadiyyatı. THE RECOMMENDATIONS ON IMPROVEMENT OF LEGALIZATION POLICY OF UNOFFICIAL (HIDDEN) ECONOMY IN AZERBAIJAN Elshan Rasul oglu BAGIRZADEH, Phd-student of Economics of Azerbaijan State Economic University ABSTRACT In this paper, the author introduced policy recommendations on improvement of lega- lization policy of unofficial (hidden) economy in Azerbaijan. The recommendations are grouped on four directions based on anlysis of World practice and theoretical sources: 1) Improvement of macroeconomic environment; 2) Increasing of attractiveness of official sector of economy; 3) Decreasing of attractiveness of unofficial (hidden) sector of economy; 4) Formation of social conscious against unofficial sector of economy. Key words: unofficial economy, legalization of unofficial economy, Azerbaijan eco- nomy. GİZLİ İQTİSADİYYAT Səh.169-192 170 E.Bağırzadə. Azərbaycanda qeyri-rəsmi (gizli) iqtisadiyyatın leqallaşdırılması siyasətinin təkmilləşdirilməsi üzrə təkliflər Dünya təcrübəsinin və müvafiq nəzəri mənbələrin təhlili göstərir ki, hər hansı bir ölkədə həyata keçirilən qeyri-rəsmi iqtisadiyyatın leqallaşdırılması siyasətinin uğur qazan- ması üçün bu siyasətin 4 əsas istiqamət üzrə tədbirlər sistemini özündə birləşdirməsi zəruridir. Bu istiqamətlər aşağıdakılardır: • Makroiqtisadi mühitin yaxşılaşdırılması; • İqtisadiyyatın rəsmi sektorunun cəlbediciliyinin artırılması; • İqtisadiyyatın qeyri-rəsmi sektorunun cəlbediciliyinin azaldılması; • İqtisadiyyatın qeyri-rəsmi sektoru əleyhinə sosial şüurun formalaşdırılması. Müstəqillik dövründə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətlərin təhlili göstərir ki, bu dövr ərzində yuxarıda qeyd olunan istiqamətlər üzrə ölkədə mühüm sayıla biləcək işlər görülmüşdür. Həmçinin də, tədqiqatlarımız göstərir ki, Azərbaycanda bu sahədəki dövlət siyasəti qarşıdakı illərdə də davam edəcəkdir. Bunu bəzi mühüm siyasi sənədlərindən də görmək mümkündür. Belə ki, “Azərbaycan Respublikasının milli təh- lükəsizik konsepsiyası”nda (23.05.2007) bəzi qeyri-rəsmi iqtisadi fəaliyyətlər milli təh- lükəsizlik üçün təhdid kimi qəbul edilmiş və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (14.04.2009) “qeyri- formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin həyata keçi- rilməsi” və “qeyri-qanuni miqrasiyanın qarşısının alınması”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Pro- qramı”nda (15.09.2008) “büdcə gəlirlərinin artırılması istiqamətində vergilərdən azadol- maların sayının azaldılması, gömrük-tarif sistemində lüzumsuz güzəştlərin ləğv edilməsi, qeydiyyatdan yayınan hüquqi və fiziki şəxslərin qeydiyyata alınması işinin güc- ləndirilməsi, “həmçinin, cəmiyyətdə vergi mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə əhalinin maarifləndirilməsinin gücləndirilməsi və əmək münasibətlərinin tənzimlən- məsinin təkmilləşdirilməsi istiqamətində qeyri-formal əmək münasibətlərinin leqallaşdırıl- ması üçün tədbirlər planının hazırlanaraq həyata keçirilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur. Ölkədə bu istiqamətdə həyata keçirilmiş və keçirilməkdə olan siyasi tədbirlərin əhəmiyyətini qeyd etməklə yanaşı, hesab edirik ki, bu siyasətin bəzi istiqamətlər üzrə tək- milləşdirilməsi potensialı böyükdür. Uzunmüddətli tədqiqatlarımızın nəticəsi olaraq, ölkədə qeyri-rəsmi iqtisadiyyatın leqallaşdırılması siyasətinin təkmilləşdirilməsi üçün elmi cəhətdən əsaslandırılaraq hazırladığımız təkliflər paketini bu məqsədlə ilk dəfə olaraq “Azərbaycanın vergi xəbərləri”jurnalında maraqlı tərəflərə təqdim edirik. 1. Makroiqtisadi mühitin yaxşılaşdırılması sahəsində Azərbaycanda qeyri-rəsmi iqtisadiyyatın leqallaşdırılması siyasəti baxımından mövcud makroiqtisadi stabilliyin və iqtisadi inkişaf tempinin qorunub saxlanılması əsas şərt olmaqla yanaşı, tədqiqatlarımız göstərir ki, bu sahədə aşağıdakı istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi də zəruridir: 1.1. Ölkədə iqtisadi artım tempi yetərli hesab olunsa da, mövcud iqtisadi inkişaf səviyyəsi özündə qeyri-rəsmi iqtisadiyyatın maddi əsaslarını qorumaqda davam edir. Bu baxımdan hesab edirik ki, qarşıdakı illərdə iqtisadi artımın davamlılığının təmin olunması, məşğulluq səviyyəsinin yüksəldilməsi, yoxsulluğun, gəlir bərabərsizliyinin, regional iqtisadi disbalansın 171 AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011. azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətlərində siyasi tədbirləri in- tensiv şəkildə davam etdirilməlidir. Bunun üçün: 1.1.1. Ölkədə xammala əsaslanan iqtisadi artım modelindən yüksək texnologiya və məh- suldarlığa əsaslanan iqtisadi artım modelinə keçid istiqamətində aşağıdakı tədbirlər həyata keçirilməlidir: - Ölkəyə yeni texnologiya transferinin təşviq edilməsi. Bunun üçün dövlət tərəfindən innovativ xarakterli kapital məhsullarının idxalı, xarici investorların (xüsusilə trans- milli şirkətlərin) ölkəyə yeni texnologiyalar gətirməsi, yerli şirkətlərin xarici şirkətlərlə patent, françayzinq kimi sazişlər bağlaması, beynəlxalq elmi konfranslar, akademik mübadilə proqramları və elmi-texniki nəşrlərin yayılması təşviq edilməli və beynəlxalq texniki yardım proqramları ilə əməkdaşlıq daha da güclədirilməlidir. - Elmi-texnoloji araşdırmalara investisiya qoyuluşlarının artırılması. Bu növ xərclərin ÜDM-də payının hazırda Yaponiyada 3 faiz, ABŞ-da 2,8 faiz, Avropa İttifaqında isə 1,8 faiz olduğunu nəzərə alaraq, Azərbaycanda da bu xərclərin ilk mərhələdə Avropa İttifaqı səviyyəsinə çatdırılmasına çalışılmalıdır. Bu baxımdan xüsusilə elmi-texnoloji araşdırmalara qoyulan investisiyaların, əsasən, dövlət tərəfindən maliyyələşdirildiyi hazırkı modeldən, tədricən maliyyələşdirmədə özəl sektorun aktiv şəkildə istirak et- diyi modelə keçilməlidir. Bunun üçün özəl sektorun elmi-texnoloji araşdırmalara yönəltdiyi fondların tamamilə və ya qismən vergidən azad olunması effektli tədbir ola bilər. - Elm-iqtisadiyyat əməkdaşlığının ən təkmil modellərinin tətbiq edilməsi. Bu baxımdan elm və elmi-tədqiqat fəaliyyətləri tədricən universitetlərə ötürülməli və texnoloji və biznes inkubator mərkəzləri, texnoparklar, texnoşəhərciklər və elm parkları kimi elm- iqtisadiyyat və ya universitet-biznes əməkdaşlığının mühüm infrastrukturları for- malaşdırılmalıdır. - İqtisadiyyatda resursların bölgüsü və istifadəsi sahəsində səmərəliliyin yüksəldilmə- sinə imkan verən müasir istehsal və idarəetmə sistemlərinin formalaşdırılması. Bu baxımdan iqtisadiyyatda korporativ idarəetmə standartlarının mənimsənilməsi və inkişaf etdirilməsi, firmaların “məcmu keyfiyyət idarəetməsi”, “statistik proses nəzarəti”, “dizaynda keyfiyyət”, “benchmarking”, “kiçilmə”, “optimallaşma”, “out- sourcing”, “çevik istehsal”, “sadə təşkilat modeli”, “iyerarxiyaların azaldılması”, “işçilərin gücləndirilməsi”, “avtomatlaşdırma”, “fasiləsiz təlim”, “avtonəzarət”, “kaizen”, “5-S” kimi yeni idarəetmə model və texnologiyalarından istifadəsi təşviq edilməlidir. - Optimal həcmli iqtisadi vahidlərin formalaşması təşviq edilməklə iqtisadiyyatda miqyas effektinin yüksəldilməsi. Hazırda ölkə iqtisadiyyatında fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 95 faizdən çoxu kiçik müəssisələr və fiziki şəxslərdir və bu da aşağı məhsuldarlığın əsas səbələrindən biri kimi çıxış edir. Bu baxımdan başda aqrar sektor olmaqla ölkə iqtisadiyyatında iri sahibkarlıq subyektlərinin formalaş- masının stimulaşdırılması zəruridir. - Təhsilin, xüsusilə də peşə təhsilinin keyfiyyət göstəricilərinin yüksəldilməsi və ölkədən “beyin axını”na yol verilməməsi. Bu baxımdan bazar iqtisadiyyatına ən uyğun təhsil sisteminin Qərbdə formalaşdığı məntiqindən hərəkət edərək, ölkə təhsil sisteminin Avropa standartlarına keçidi ilə bağlı aparılan islahatların dərinləşdirilməsi və tək- 172 E.Bağırzadə. Azərbaycanda qeyri-rəsmi (gizli) iqtisadiyyatın leqallaşdırılması siyasətinin təkmilləşdirilməsi üzrə təkliflər milləşdirilməsi, təhsilin idarə olunmasında müasir yanaşmalara üstünlük verilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının mütəmadi modernləşdirilməsi və təhsil işçilərinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində iqtisadi me- yarlara əsaslanan strategiyaya keçid sürətləndirilməlidir. Bu istiqamətdə xüsusilə aqrar sektorda məhsuldarlığın artırılması istiqamətində fəaliyyətlərin gücləndirilməsinin zəruri olduğunu nəzərə alaraq, burada iqtisadi vahidlərin konsolidasiyası prosesinin stimullaşdırılması, mütərəqqi texnologiyalardan istifadənin genişləndirilməsi, dünya standartlarına dolğun şəkildə cavab verən məhsul istehsalı, tə- darükü, qablaşdırılması və daşınması sistemlərinin formalaşdırılması, şoranlaşma, erroziya, su çatışmazlığı və xəstəliklərlə mübarizənin daha da gücləndirilməsi, damazlıq və seleksiya işlərinin səmərəliliyinin artırılması və qiymət səviyyəsinin qorunması mexanizmlərinin qu- rulması kimi tədbirlər həyata keçirilməlidir. Download 4.23 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling