Kompyuterlərin hesabi və məntiqi əsasları


Download 69.2 Kb.
bet3/7
Sana11.05.2023
Hajmi69.2 Kb.
#1454981
1   2   3   4   5   6   7
Bog'liq
DOC-20230220-WA0060.

D = dn * 2n-1 + dn-1 * 2n-2 + dn-2 * 2n-3... + d1 * 20

Burada D – ikilik ədəddir. 101012 ədədi üçün bu qaydanı tətbiq edək. Burada n=5:




101012= 1* 24 + 0 * 23 + 1 * 22 + 0 * 21 + 1 *20 = 16+0+4+0+1 = 21

Onluq say sistemində hər bir mərtəbənin qiyməti özündən əvvəlkindən 10 dəfə böyük olduğu kimi, ikilik sistemdə də hər bir mərtəbənin qiyməti özündən əvvəlkindən 2 dəfə böyük olur.


Tam ədədləri onluq say sistemindən ikilik say sisteminə keçirmək üçün aşağıdakı qayda tətbiq olunur:

  1. Ədəd 2-yə bölünür. Qalıq və qismət ayrıca qeyd olunur;

  2. Qismət 0 və 1-ə bərabər deyilsə, o yenidən 2-yə bölünür;

  3. Bu proses qismətdə 0 və ya 1 alınanadək davam etdirilir;

  4. Sonuncu qismət və qalıqlar axırıncıdan başlayaraq soldan sağa yazılır. Alınmış ədəd onluq ədədin ikilik say sistemində təsviridir.

Nümunə: 47 ədədini ikilik say sistemində təsvir edək.



47 : 2 = 23 1

23 : 2 = 11 1

11 : 2 = 5 1

5 : 2 = 2 1

2 : 2 = 1 0



1 0 1 1 1 1

Indi isə kəsr ədədlərin ikilik say sistemində təsvirinə baxaq. ədədin tam və kəsr hissəsi ayrı – ayrılıqda çevrilir. Tam hissənin çevrilməsi ilə artıq tanış olmuşuq. Kəsr hissə isə ikilik say sisteminin əsasına, yəni 2-yə vurma əməlinin köməyiylə keçirilir. Kəsr hissənin mərtəbələri sayını n qəbul edək və həmin hissəni 2-yə vuraq. Alınmış hasildə n+1-ci mərtəbənin qiymətini ayrıca yazaq. Növbəti addımda kiçik mərtəbələrdən təşkil olunmuş ədədi yenidən 2-yə vururuq və bu prosesi kiçik mərtəbələrdə 0 alınanadək davam etdiririk. Nəzərə almaq lazımdır ki, proses sonsuz davam edə bilər və heç bir mərtəbədə 0 alınmaz. Ona görə də ədədi bir sistemdən digərinə hansı dəqiqliklə keçirmək lazım olduğunu qeyd etmək lazımdır. Nümunə üçün 5.625 ədədini çevirək.
5 = 1012 olar. Kəsr hissə ilə məşğul olaq.
625 * 2 = 1250 1
250 * 2 = 500 0
500 * 2 = 1000 1
Deməli, 5.625 = 101 . 1012 olar.



Download 69.2 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling