Mobil radiorabiTƏ SİstemləRİ


Associated Control Channel) -


Download 1,44 Mb.
Pdf ko'rish
bet26/71
Sana09.02.2023
Hajmi1,44 Mb.
#1180538
1   ...   22   23   24   25   26   27   28   29   ...   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son

Associated Control Channel) - trafik kanalı ilə konkret birləşmə ilə 
əlaqədar olan təcili idarəetmə informasiyasının göndərilməsi üçün. 
Birləşmə üçün trafikin qalxan və ya enən kanalı ayrıl­ mazdan 
əvvəl, ayrılmış idarəetmə kanalı (DCCH - Dedicated Control 
Channel) həyata keçirilir. O, aşağıdakı məntiq kanallarından ibarət 
olur: 
Ayrılmış təhkim olunmuş idarəetmə kanalı (SDCCH - 
Stand-Alone Dedicated Control Channel) - əvvəlki birləşməyə aid 
informasiya mübadiləsi üçün, xüsusən istifadəçinin identifi-
kasiyası, yerləşmə yeri barədə informasiyanın təzələnməsi və 
verilənlərin ötürülməsi kanalının ayrılması üçün; 
Qısa məlumatların ötürülməsi üçün istifadə olunan 
FACCH yüksəksürətli kanalının qarışıq olmayan versiyası. 
GMSK - mn formalaşdırılması 
GSM standartı digər rəqəmli sistemləri ilə müqayisədə daha 
yaxşı energetik xarakteristikalar təmin edir, daha yüksək keyfiyyətli 
rabitə təmin edir, burada təhlükəsizlik və konfiden-siallıq məsələləri 
də yüksəkdir. Qəbul olunan nitq məlu­ matlarının münasib 
keyfiyyəti GSM standartında qəbuledicinin girişində siqnal/küy 
nisbətinin qiyməti 9 dB olarkən təmin edi­ lir (D-AMPS 
standartında isə bu nisbət 16 dB-ə yaxındır). Real 
47 
48 


rabitə kanallarında energetik məsrəflər 6 - 1 0 dB, D-AMPS ilə 
müqayisədə aşağıdır. Bundan başqa, GSM öz istifadəçilərinə elə 
xidmətlər də təklif edir ki, bunlar digər şanvari rabitə stan­ 
dartlarında reallaşdırılmamışdır. 
§6.6.5-də qeyd edildiyi kimi, bu standartda 890 ... 915 MHs 
tezlik zolağı məlumatların MS-dən BS-ə, 935 ... 960 MHs tezlik 
zolağı isə məlumatların BS-dən MS-ə ötürülməsi üçün istifadə 
edilir. Özü də kanallar rabitə seansı müddətinə çevrilər­ kən 
(dəyişdirilərkən) bu tezliklər arasındakı fərq sabitdir və 45 MHs 
təşkil edir. 
Qonşu rabitə kanalları arasındakı fərq 200 kHs - dir. 
Beləliklə, qəbul/veriliş üçün ayrılmış eni 25 MHs olan tezlik 
zolağında 124 rabitə kanalı yerləşir. 
GSM-də kanalların zamana görə ayrılması ilə çoxsaylı 
daxilolma (TDMA) metodu istifadə edilir. Bu, bir daşıyıcı tez­ 
liyində eyni vaxtda 8 danışıq (nitq) kanalı yerləşdirməyə imkan 
verir. Danışıq çevirici qurğusu kimi, danışığın çevrilməsi sürəti 13 
kbit/san olan nitq kodeki istifadə edilir. 
Radiokanallarda yaranan səhvlərdən müdafiə üçün növ-
bələşdirmə ilə blok və çevirmə (açılış) kodlamasmdan istifadə 
edilir. Mütəhərrik stansiyaların yavaş yerdəyişmələri zamanı 
kodlama və növbələşdirmənin effektivliyinin artırılması rabitə 
seansı prosesində işçi tezliklərin asta çevrilmələri ilə əldə edilir 
(saniyə ərzində 217 sıçrayış sürəti ilə). 
Şəhər şəraitində radiodalğalann çoxşüalı yayılması sayə­ 
sində yaranan qəbul olunan siqnalların interferensiya susmaları ilə 
mübarizə məqsədilə, rabitə avadanlığında ekvalayzerlərdən istifadə 
edilir. Ekvalayzerlər ləngimə müddətlərinin 16 mksan- 
yə qədər orta kvadratik meyletmələri şəraitində impuls siqnal­ 
larının bərabərləşdirilməsini təmin edirlər. 
Radiosiqnalın modulyasiyası üçün minimal tezlik sürüş­ 
məsinə malik olan spektral effektivlikli tezlik manipulyasiyası 
(GMSK) tətbiq edilir. Manipulyasiya ona görə belə adlandırılır ki, 
informasiya bit ardıcıllığı modulyatora qədər qauss ampli-tud - 
tezlik xarakteristikasına malik olan alçaq tezlik süzgə­ cindən keçir. 
Nəticədə şüalandırılan siqnalın tezlik zolağının enini xeyli 
azaltmağa imkan verir. GMSK radiosiqnalınm for­ malaşdırılması o 
cür baş verir ki, bir bitə uyğun gələn inter-valda daşıyıcının fazası 
90° dəyişir. Bu həmin növ manipulya­ siya halında aşkar oluna 
biləcək ən az faza dəyişilməsidir. Fa­ zanın fasiləsiz dəyişilməsi 
olan çıxış siqnalı, tezliyin diskret dəyişilmələri olan tezlik 
modulyasiyası sayəsində alınmış siq­ nala analojidir. GMSK 
siqnalının formalaşdırılması şəkil 6.13-də göstərilmişdir. 
GMSK siqnal formalaşdırıcısımn əsasını kvadratur modulyator 
(t/Q) təşkil edir ki, onun tərkibi iki ədəd vurucudan və bir ədəd 
cəmləyicidən ibarətdir. 
GMSK modulyasiyası aşağıdakı xassələrə malikdir: 

Qurşayanın səviyyəsi sabitdir, bu hal verici qurğuda “C” - 
sinifli güc gücləndiricisi istifadə etməyə imkan verir; 
Verici qurğunun güc gücləndiricisinin çıxışında qoşulan dar 
spektrə malik süzgəc, zolaqdankənar şüalanmaların aşağı 
səviyyəsini təmin edir; 
Rabitə kanalının maneədayanıqlılığı yaxşıdır. 
Şəbəkə avadanlığının tərkibinə MS - mütəhərrik stansiyalar 
(radiotelefonlar), BS - baza stansiyaları, rəqəm kommutatorları, 
idarəetmə və xidmət mərkəzi, müxtəlif əlavə sistem və qurğu- 
49
50 


lar daxildir; sistemin elementlərinin funksional qoşalaşdırılma- 
sı (uyğunlaşdırılınası) bir sıra interfeyslərin köməyilə həyata 
keçirilir. 
GSM 
MS-lərin 
tərkibindəki avadanlıqlar, GSM şəbəkəsi 
abonentlərinin mövcud rabitə şəbəkələrinə daxilolmalarının təşkilini 
həyata keçirirlər. GSM standartı çərçivəsində MS-lərin 5 sinfi qəbul 
edilmişdir: Çıxış gücünün qiyməti 20 vatta qədər olan birinci 
sinifdən (nəqliyyat vasitələrində quraşdırılan), maksimal çıxış gücü 
0,8 vatta qədər olan beşinci sinfə qədər (Cədvəl 6.1). 
Cədvəl . 
MS-in modelinin 
Vericinin maksimal çıxış 
sinfi 
gücü, Vt 

20 







0,8 
Məlumatların ötürülməsi zamanı vericinin gücünün adap-tiv 
olaraq tənzimlənməsi nəzərdə tutulur ki, bunun sayəsində rabitənin 
tələb olunan keyfiyyəti təmin edilir. MS və BS bir-birindən asılı 
deyildir. 
Hər bir MS özünün Beynəlxalq identifikasiya nömrəsinə 
(İMSİ) malikdir və həmin nömrə onun yaddaşına yazılmış olur. 
Belə yanaşma, radiotelefonları icarəyə verilən avtomobillərdə də 
quraşdırmağa imkan verir. 
İMSİ-dən başqa, hər bir MS-ə daha bir Beynəlxalq iden­ 
tifikasiya nömrəsi (İMEl) də verilir. Bu nömrə, oğurlanmış 
stansiyadan istifadə etməklə GSM şəbəkəsinə daxil olmağın və ya 
belə səlahiyyətlərə malik olmayan stansiyalardan GSM 
51
52 


şəbəkəsinin xidmətlərindən istifadə etməyin qarşısını almağa imkan 
verir. 
BS-in altsistemi avadanlığı tərkibinə BS-in kontrolleri və BS-in özü 
daxildir. Bir kontroller bir neçə BS-i idarə edə bilər. O, aşağıdakı 
funksiyaları yerinə yetirir: 
Radiokanallann paylanılmasını idarə edir; 
Birləşmələrə nəzarət edir və onlann növbəliyi məsələsini 
tənzimləyir; 
“sıçrayan” tezlikli iş rejimi təmin edir; 
Siqnalların modulyasiyası və demodulyasiyasını təmin edir; 
Məlumatların kodlanılması və dekodlanı İmasını yerinə yetirir; 
Nitqin kodlamlmasmı təmin edir; 
Nitqin,verilənlərin və çağınş siqnallarının veriliş sürəti­ nin 
adaptasiyasını təmin edir; 
Fərdi çağırışın məlumatlarının veriliş növbəliyini təyin edir. 
Kommutasiyanın altsistem avadanlığı mütəhərrik rabitə­ 
nin kommutasiya mərkəzindən (qısaca olaraq KM - kommuta-siya 
mərkəzi), HLR - vəziyyət registrindən (ev registri), VLR-
yerdəyişmənin registrindən (qonaq registri), AUC- autentifika-siya 
mərkəzindən və EİR - avadanlığın identifikasiyası regis­ trindən 
ibarət olur. 
Mütəhərrik rabitənin kommutasiya mərkəzi şanılar qru­ puna 
xidmət göstərir və MS-in işində lazım olan bütün növ bir­ ləşmələri 
təmin edir. O, mütəhərrik rabitə şəbəkəsi və stasionar şəbəkələr 
(məsələn, PSTN, PDN - paketli veriliş şəbəkələri, ISDN - 
xidmətlərinin inteqrasiyası olan rəqəmli şəbəkələr) ara­ sında 
interfeys rolunu yerinə yetirir və çağırışların marşrutlaş- 
53 
dırılmasmı və çağırışların idarə olunması funksiyasını təmin edir. 
Bunlardan başqa, mütəhərrik rabitənin kommutasiya mər­ kəzinə 
(KM) radiokanallann kommutasiyası funksiyası da hə­ valə olunur 
ki, bura MS-in bir şamdan digərinə hərəkəti zamanı rabitənin 
kəsilməzliyini təmin edən estafet ötürülməsi aiddir. Digər tərəfdən, 
maneə və ya hər hansı nasazlıq baş verən halda, şanıdakı işçi 
kanalın dəyişdirilməsini də təmin edə bilir. KM daim MS-in 
izlənilməsi prosesini həyata keçirir, bu məqsədlə HLR- və VLR - 
dən istifadə edir. HLR-də hər hansı MS-ə aid olan informasiyanın 
elə hissəsi saxlanılır ki, bu informasiya KM-ə çağırışı göndərməyə 
imkan verir. Bu registr MS-in Bey­ nəlxalq identifikasiya nömrəsinə 
malik olur və bu nömrə auten-tifıkasiya mərkəzində MS-i tanımağa 
imkan verir, həmçinin GSM şəbəkəsinin normal işləməsi üçün 
lazım olan bəzi başqa verilənlərə də malik olur. 
MS-in bir şamdan digərinə yerini dəyişməsini izləyən ikinci 
əsas qurğu VLR - yerdəyişmə registri hesab olunur. Onun köməyilə 
MS-in, HLR-in nəzarətindən kənardakı zona­ larda işləyə bilməsi 
təmin edilir. Əgər yerdəyişmə zamanı MS, bir BS-in kontrollerinin 
təsir zonasından kənara çıxaraq, baş­ qasının təsir zonasına keçərsə, 
onda sonuncu onu qeydə alır, daha doğrusu VLR-ə yeni informasiya 
daxil edilir. HLR və VLR-dəki verilənlərin saxlanıla bilməsi üçün, 
bu registrlərin yaddaş qurğularının mühafizəsi təmin edilmişdir. 
Şanvari sistemin resurslarından icazəsiz istifadənin qarşı­ sım almaq 
üçün, burada autentifikasiya mexanizmi daxil edil­ mişdir. 
Autentifikasiya - abonentin həqiqiliyinin təsdiqi əmə­ liyyatı kimi 
dəyərləndirilir. AUC - autentifikasiya mərkəzi bir neçə blokdan 
ibarətdir və autentiAkasiyanın açarını və alqorit-mini formalaşdırır.
Onun köməyilə abonentin səlahiyyətləri
54 


yoxlanılır və onun rabitə şəbəkəsi xidmətlərinə daxil ola bil­ məsi 
həyata keçirilir. AUC autentifikasiya prosesinin para­ metrləri 
barədə qərar qəbul edir və avadanlığın identifikasiyası registrində 
(EİR) toplanılmış baza verilənləri əsasında şifrləmə açarını təyin 
edir. 

Download 1,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2025
ma'muriyatiga murojaat qiling